Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sarıgöz göyərçin
Sarıgöz göyərçin (lat. Columba eversmanni) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin göyərçinkimilər dəstəsinin göyərçinlər fəsiləsinin göyərçin cinsinə aid heyvan növü.
Sarıgöz pinqvin
Sarıgöz pinqvin, və ya Möhtəşəm pinqvin, Antipodov pinqvini (lat. Megadyptes antipodes) — pinqvinlər fəsiləsinə, nəsli kəsilməyən Megadyptes cinsinə aid olan yeganə növ. Maori dilində Xoixo adlandırılır. Bu vcanlıların bədən quruluşu daha çox Kəkilli pinqvinlərə bənzəyir. İri fərdlərin boyu 70–75 sm, çəkisi 6–7 kq olur. Orta ömür müddəti 10–12 ildir. Bəslənmə şəraitində isə bu 20 ilə qədər uzana bilir. , Dişilərin böyük qismi artıq 2 yaşında yumurta qoyur. Xarici görünüş baxımından isə digər pinqivinlərə bənzəyirlər. Başları qızılı-sarı həm də qara tüklərlə örtülürlər.
Qaragöz
Qaragöz (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Qaragöz (Zəngilan) — Azərbaycanın Zəngilan rayonunda kənd. Qaragöz (Siyəzən) — Azərbaycanın Siyəzən rayonunda kənd.
Sarıgah
Sarıgah — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Karvansaray (İcevan) rayonunda kənd. Toponim qədim türk dilində «iri, nəhəng, uca, hündür, yüksək, dik» mənasında işlənən sarı sözü ilə «qayalıqda, dağda təbii və ya süni oyuq, mağara» mənasında işlənən kah // kaha sözünün birləşməsindən əmələ gəlib «böyük mağara yanında salınan kənd» mənasını ifadə edir. Deməli, toponimin ikinci komponenti gah kah sözünün fonetik variantıdır və sözdə k~g səs əvəzlənməsi baş vermişdir. Bu hadisə Azərbaycan dili üçün qanunauyğun haldır. Orotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 10.V.1951-cı il fərmanı ilə kəndin adı dəyişdirilib Sangyuğ qoyulmuşdur.
Sarıkök
Kurkuma (lat. Curcuma) — zəncəfilkimilər fəsiləsinə aid bitki cinsi. Sarıkök yalnız plov üçün ideal ədviyyat deyil, həm də bioloji aktiv maddədir. Sarıkök diabetin müalicəsində istifadə edilir. İsti südün içərisinə 1 çimdik sarıkök əlavə edib içməklə aktiv şəkildə arıqlamaq və döşlərin ölçüsünü böyütmək mümkündür. Südlü sarıkök axşam içilərsə orqanizm üçün çox faydalı olar, həzm problemlərinin həllinə kömək edər, gecə rahat yuxunu təmin edər, immuniteti qaldırar, qanda xolesterinin miqdarını azaldar. Cəmi bir ay bu təbii ədviyatı qida rasionunuza daxil etsəniz, bədəniniz əhəmiyyətli dərəcədə dəyişəcək. Sarıköklə müalicə 1. Yeməyə sarıkık əlavə edəndə, mütləq ona bir çimdik də qara istiot da qatın. İstiot sarıkökün tamamilə mənimsənilməsinə kömək edəcək.
Sarışgöl
Sarışgöl — Azərbaycan Respublikasının Xocalı rayonununda göl. Şirin sulu axarlı göldü. Zardaxaç kəndi yaxınlığında, 1400 m. yüksəklikdə yerləşir. Hidronim sarışln (rəng) və göl sözlərindən düzəlib, “suyu sarı rəngə çalan göl” mənasındadır.
Sarız
Sarız (türk. Sarız) — Kayseri ilinin ilçəsi.
Mustafa Sarıgül
Mustafa Sarıgül (15 noyabr 1956, İliç, Ərzincan ili) - Türkiyə biznesmeni və siyasətçisi, İstanbul şəhər Şişli bölgəsinin bələdiyyə başqanı (1999-cu ildən). 15 noyabr 1956-cı ildə doğulub. Atası Haqqı Sarıgül, anası Ayşə Sarıgüldür. Erzincandan İstanbula köçmüşlər. Güngören kənd ibtidai məktəbində təhsilə başlamış, İstanbula köçdükdən sonra Liseyi Zincirlikuyu İsov Yapı litseyində oxumuş, Məslək litseyini bitirmişdir. Mərmərə Universitetinin pedaqoji fakültəsini bitirmişdir. İlk həyat yoldaşı 1980-ci ildə öldürülən millət vəkili Abdurrahman Köksaloğlunun yeganə qızı idi. Bu evlilikten Abdurrahman Emir adında bir oğlu vardır. Yoldaşı 1985-ci ildə vəfat etdikdən sonra 8 il sonra 1993-cü ildə Aylin Kotil ilə evləndi. Evləndiklərində Sarıgül 36, Kotil isə 22 yaşında idi.
Qaragöz (Siyəzən)
Qaragöz — Azərbaycan Respublikasının Siyəzən rayonunun inzibati ərazi vahidində kənd. Əhalisinin sayı 18 nəfərdir. Əhalini tatlar təşkil edir.
Qaragöz (Zəngilan)
Qaragöz — Azərbaycan Respublikasının Zəngilan rayonunun Ördəkli kənd inzibati ərazi dairəsində kənd. 9 noyabr 2020- ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələri tərəfindən işğaldan azad olunmuşdur. 1993-ci ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd Bəsitçayın sahilində, düzənlikdədir. Mənşəcə turkdilli inanh tayfasının qaragöz qolunun adındandır. Hazırda qaragözlülör İranın Fars əyalətində inanlı tayfa birləşməsinin tərkibində yaşayirlar.
Qaragöz qızılquş
Qarağöz qızılquş (lat. Falco subbuteo) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin qızılquşkimilər dəstəsinin qızılquşlar fəsiləsinin qızılquş cinsinə aid heyvan növü. Azərbaycanda təhlükədə olan quşlar siyahısına daxil edilmişdir. Göyərçin boydadır. Quyruğu uzundur. Bel tərəfi tünd-boz, başı qaramtıl, qarın tərəfi cizgili açıq rəngli, boğazı ağdır. Quyruğunun altı və "tumanı" kürəndir. "Bığları" aydın görünür. Avropa, Asiya və Şimal-Qərbi Afrikada yayılıb. Azərbaycanda ilk yayılması ağac olan hər yeri əhatə edib.
Uzun sarıkök
Uzun kurkuma (lat. Curcuma longa) — sarıkök cinsinə aid bitki növü.
Rəşad Karagöz
Rəşad Karagöz (1975, Amasya) — iş adamı və siyasətçi; Türkiyə Böyük Millət Məclisinin 28-ci çağırışının deputatı. Rəşad Karagöz 1975-ci ildə Amasya ilində anadan olub. Siyasətə Cümhuriyyət Xalq Partiyasında gənclər qanadında qoşulub. CHP Amasya il gənclər qanadının sədri, CHP Amasya il İdarə Heyətinin üzvü, CHP Amasya ilçə sədri və CHP Amasya il sədri olub. 2023-cü ildə Amasya ilindən Türkiyə Böyük Millət Məclisinin deputatı seçilib. 28-ci çağırışda TBMM Kişi və qadınlar üçün bərabər cəmiyyət Komissiyasının üzvü olub. Fransızca bilir. Evli və 2 uşaq atasıdır.
Adi qaragöz qızılquş
Afrika qaragöz qızılquşu
Qaragöz-i Hacıbaba
Qaragöz-i Hacıbaba (fars. ‎قراگوز حاجی‌بابا‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 146 nəfər yaşayır (43 ailə).
Qaragöz və Xacivat
Qaragöz və Xacivat — təqlidə və qarşılıqlı dialoqa əsaslanan iki ölçülü təsvirlərlə bir pərdədə oynadılan kölgə oyunudur. Qaragöz oynadana qurğusal, xəyalbaz deyirlər. Köməkçiləri çıraq, yardaq, dayrezen, sandıqkardır. Oyunda dialoqların dəyişməsi baş rollarla edilir. Bu iki xarakterin həqiqətən yaşayıb yaşamadığı, yaşayıbsa, harada necə yaşadığı dəqiq olaraq bilinmir. Danışılanlar rəvayətlərə əsaslanır, həqiqətən yaşamış olsalar da, böyük ehtimalla bəhs edilən dövrdə tarix kitablarına girəcək qədər əhəmiyyətli görülməyiblər. Folklorşünaslar Qaragözün bəzi oyunlarda qaraçı olduğunu öz dili ilə deməsi və Bulqar qaydası çalmasını əsas götürərək onun Bizans imperatoru Konstantinin qaraçı seyisi Sofyozlu Bali Çələbi olduğunu söyləyirlər. Bir digər rəvayətə görə isə Hacı İvaz Ağa, ya da xalqın bildiyi adı ilə Xacivat və Trakyada yerləşən Samakol kəndindən olan dəmirçi ustası Qaragöz Orxan Qazi dövründə Bursada yaşayan və məscid inşaatında işləyən iki işçidir. Özləri işləmədikləri kimi başqa işçilərin işləməsinə də imkan vermirdilər. Orhan Qazinin "məscid vaxtında bitməsə, kəlləni alaramm" dediyi məscid memarı məscidin inşaatının vaxtında bitməməsinə görə Qaragöz və Xacivatı şikayət edir.
Mariqo
Mariqo (fr. Marigot) — Fransanın Sen-Marten dəniz ərazisinin paytaxtı və ən iri yaşayış məskəni. Əhalisi 5,7 min nəfərdir (2006). Yaşayış məskəni XVIII əsrdə bataqlıq yerdə salınıb. Əvvəllər bura balıqçılıq qəsəbəsi olub.
Qaragöz-i El (Urmiya)
Qaragöz-i El (fars. قره گوزايل‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 211 nəfər yaşayır (65 ailə).
Qaragöz-i Səlimağa (Urmiya)
Qaragöz-i Səlimağa (fars. قراگوزسليم اقا‎‎‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 182 nəfər yaşayır (47 ailə).
Elgün Sadıqov
Elnur Sadıqov
Elvin Sadıqov
Emin Sadiqov
Famil Sadıqov
Famil Kamil oğlu Sadıqov (1968, Naxçıvan) — iqtisad elmlər namizədi, Qazprom-un vitse-prezidenti. == Həyat və fəaliyyəti == F. Sadıqov 1968-ci ildə Naxçıvanda anadan olub. S. Orconikidze adına Dövlət İdarəçilik Akademiyasının və Ümum-Rusiya Vergi Akademiyasını bitirmişdir. İqtisad elmlər namizədidir. 1995–1999-cu illərdə RF Maliyyə Nazirliyində və Federal Dövlət Xidmətində müxtəlif vəzifələrdə işləmiş, 1999–2004-cü illərdə RF vergilər və rüsumlar nazirinin müavini olmuşdur. RF vergilər və rüsumlar nazirinin müavini vəzifəsində işlədiyi dövrdə ona II dərəcəli RF dövlət xidməti həqiqi dövlət müşaviri rütbəsi verilmişdir. 2005–2009-cu illərdə Federal Xəzinədarlığın rəhbərinin müavini olmuşdur. 2009-cu ildən Rusiya "Qazprombank"nın İdarə Heyəti sədrinin müavini vəzifəsində çalışıb. 2020-ci il aprel ayından Gazpromun maliyyə direktoru, vitse-prezidenti təyin edilmişdir. 2020-ci ildən həmçinin əlavə vəzifə olaraq Famil Sadiqov Belarusda yerləşən, Səhmləri Rusiya Federasiyasına aid olan "Belqazprombank" idarə heyətinin sədridir.
Fikrət Sadıqov
Fikrət Məmməd oğlu Sadıqov (28 aprel 1940, Ordubad) — Azərbaycan Respublikası Milli Məclisinin II çağırış deputatı. == Həyatı == Fikrət Məmməd oğlu Sadıqov 1940-cı ilin aprel ayında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərində fəhlə ailəsində anadan olmuşdur.1965-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) kimya fakültəsini bitirmişdir. 1965–2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə — növbə rəisi, sex texnoloqu, istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis, 1981–1992-ci illərdə SSRİ kimya sənayesi nazirliyinin "Sumqayıt Kimya Sənaye" istehsalat birliyinin baş direktoru, 1992–2005-ci illərdə "Azərkimya" Dövlət Şirkətinin prezidenti işləmişdir. 1983–1990-cı illərdə Sumqayıt şəhər sovetinin, 1990-cı ildə Azərbaycan Respublikası Ali sovetinin, 1995–2000-ci ildə Milli Məclisin deputatı seçilmişdir.1987-ci ildə namizədlik dissertasiyası işini müdafiə edib. 1995-ci ildə doktorluq dissertasiyası müdafiə edib texnika elmlər doktoru elmi dərəcəsini almışdır. 2004-cü ildə professor adına layiq görülmüşdür. 1990-cı ildə SSRİ Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirmişdir.1993-cü ildən Beynəlxalq Şərq Neft akademiyasının,1994-cü ildən Beynəlxalq Mühəndislər akademiyasının, 1995-ci ildən Beynəlxalq Ekoenergetika akademiyasının həqiqi üzvüdür. == Elmi fəaliyyəti == Fikrət Sadıqovun rəhbərliyi ilə kimya sənayesində bir çox proseslər hazırlanıb, tətbiq edilmişdir. Epoksid qətranlarının istehsalının təkmilləşdirilməsi, kcl katalizatoru iştirakı ilə diqlisidid efirlərinin alınıb, onların epoksid qətranlarına çevrilməsində elmi işlər aparılmışdır. Epixlorhidrin istehsalında dixlorhidrin istehsalının yeni üsulu işlənib hazırlanmış və sənayedə tətbiq olunmuşdur.
Hacıbala Sadıqov
Hacıbala Müseyib oğlu Sadıqov (10 aprel 1935, Dəstə, Naxçıvan MSSR) — Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, sabiq hakimi, Azərbaycan SSR Ali Məhkəməsinin üzvü, Naxçıvan MSSR Ali Məhkəməsinin sədri. == Həyatı == H. Sadıqov 1935-ci il aprelin 10-da Ordubad rayonunun Dəstə kəndində anadan olmuşdur. O, 1949–1953-cü illərdə Ordubad Pedaqoji Texnikumunda, 1953–1958-ci illərdə isə Azərbaycan Dövlət Universitetinin hüquq fakül-təsində təhsil almışdır. Ali təhsil müəssisəsində hüquqşünas ixti-sasma yiyələndikdən sonra H. Sadıqov 1958–65-ci illərdə Azərbaycan Respublikası Ali Sovetinin Rəyasət He-yətində təltif, hüquq və sovet işləri şöbələrində məlumatçı və referent vəzifələrində işləmişdir. Onun 1965-ci ildən sonrakı həyatı respublikamızda ədalət mühaki-məsinin həyata keçirilməsi ilə bağlıdır. Belə ki, o, 1965–70-ci illərdə Salyan rayon hakimi, 1970–72-ci illərdə Yevlax rayon məhkəməsinin sədri vəzifələrində çalışmış, 1972-ci ildə isə Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü seçilmiş və həmin vəzifədə 1978-ci ilə qədər çahşmışdır. H. Sadıqov 1978-ci ildə Naxçıvan Muxtar Respublikası Ali Məhkə-məsinin Sədri seçilmiş və 1983-cü ilə qədər bu vəzifəni icra etmişdir. O, 1983-cü ildə yenidən Azərbaycan Respublikası Ali Məhkəməsinin üzvü vəzifəsinə seçilmiş və 2000-ci ilə qədər, yəni ölkəmizdə məhkə-mə-hüquq islahatları başlanana qədər həmin vəzifədə işləmişdir. 1. IX.2000-Cİ ildə isə o, Respublika Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Ali Məhkəməsi cinayət işləri və inzibati hüquqpoz-malara dair işlər üzrə kollegiyanm sədri — Azərbaycan Respublikası Ali Məhkəməsi Sədrinin müavini vəzifəsinə təyin olunmuşdur.
Hüseynağa Sadıqov
Hüseynağa Ələsgər oğlu Sadıqov — Azərbaycan aktyoru. Hüseynağa Musa oğlu Sadıqov — Azərbaycan SSR və Azərbaycan Respublikası Xarici İşlər Naziri (23.I.1988 - 29.V.1992).
Həsən Sadıqov
Sadıqov Həsən Şiralı oğlu (1928, Aşağı Mollu, Qubadlı rayonu) — azərbaycanlı filosof, fəlsəfə elmləri doktoru, əməkdar müəllim, Sumqayıt Dövlət Universitetinin Ağsaqqallar Şurasının sədri, prezident təqaüdçüsü. == Həyatı == Həsən Sadıqov 1928-ci ildə Qubadlı rayonunun Aşağı Mollu kəndində anadan olmuşdur. Atasını və anasını erkən itirmiş, dayısı Bəylər Əliyevin himayəsi ilə təhsil almağa başlamışdır. Ancaq çox keçməmiş dayısı da vəfat etmişdir. Kimsəsiz qalan H.Sadıqov Gəncə şəhərinə getmiş və orada baytar-feldşer ixtisasına yiyələnmişdir. Sonra Şuşa Zoobaytar Texnikumunda təhsilini davam etdirmişdir. Lakin təhsilini yarımçıq qoyaraq ordu sıralarına qatılmışdır. Daha sonra öz arzusu ilə Ukraynanın Xerson şəhərində hərbi məktəbdə oxumuş, serjant və 2-ci dərəcəli radist ixtisasına yiyələnmişdir. Bu ixtisas üzrə Krım vilayətinin Krasnoperekopski rayonunda hərbi işdə çalışmışdır. 1953-cü ildə həmin rayonda orta məktəbi başa vurmuşdur.
Həsənağa Sadıqov
Həsənağa Bilal oğlu Sadıqov (7 dekabr 1950, Salyan, Salyan rayonu – 1 avqust 2018, Bakı) — Azərbaycan musiqiçisi, Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan SSR əməkdar mədəniyyət işçisi (1988). == Həyatı == Həsənağa Sadıqov 1950-ci il dekabrın 7-də Salyan şəhərində müğənni ailəsində dünyaya göz açıb. Atası və babası milli aşıq sənətinin bilicilərindən olub. Həsənağa Sadıqovun babası Aşıq Qurbanxan Muğan bölgəsinin ən məşhur aşıqlarındandır. O xalqımızın görkəmli el sənətkarı Mirzə Bilaldan dərs alıb. H.Sadıqov 6-7 yaşlarından atasının və babasının yanında toylara gedər, müxtəlif musiqi alətlərində ifa etməyi, istedadlı musiqiçilərdən öyrənməyə çalışardı. O, 1968-ci ildə Salyan şəhər 2 saylı orta məktəbi bitirib. 1963-cü ildə Bakıda Həsənağa Sadıqovun ilk maqnitofon kaseti çıxıb, zərb alətlərində bacarıqla çaldığı mahnılar və ritmlərlə məşhurlaşıb. Həsənağa Sadıqov bacarıqlı və istedadlı musiqiçi kimi nəzəri ixtisasının artırılmasına da xüsusi fikir verib. Belə ki, o, 1986-cı ildə Azərbaycan Dövlət İncəsənət Universitetinin “Mədəni-marif işi” ixtisası üzrə bitirib.
Mirdaməd Sadıqov
Mirdaməd Mirsadıq oğlu Sadıqov (1 sentyabr 1950, Lahıc, İsmayıllı rayonu – 19 yanvar 2021) — iqtisad elmləri doktoru, professor, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı (2013–2020). Mirdaməd Mirsadıq oğlu Sadıqov 1 sentyabr 1950-ci ildə İsmayıllı rayonunun Lahıc qəsəbəsində anadan olub. O, 1957–1967-ci ilərdə Lahıc qəsəbə orta məktəbində, 1967-ci ildə D. Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunda təhsil alıb. Sadıqov 1971-ci ildə həmin institutun maliyyə-statistika fakültəsini əla qiymətlərlə bitirib. Mirdaməd Sadıqov əmək fəaliyyətinə 1971-ci ildə başlamış və Azərbaycan Xalq Təsərrüfatı İnstitutun Maliyyə-Kredit kafedrasına işə qəbul olunmuşdur. O, 1971-ci ilin dekabr ayından 1972-ci ilin 16 dekabr tarixinədək kafedrada baş referat, 1972–1977-ci illərdə laborant və baş laborant vəzifələrini icra etmişdir. Mirdaməd Sadıqov 1973–1977-ci illərdə həmin institutun Maliyyə-Kredit kafedrasının aspiranturasında oxumuş və Moskva şəhərində namizədlik dissertasiyasını müdafiə edərək iqtisad elmləri namizədi adına layiq görülmüşdür. Sadıqov 2 noyabr 1977-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Komsomol Komitəsinin katibi seçilmiş və 10 sentyabr 1982-ci ilədək bu vəzifədə çalışmışdır. O, 10 sentyabr 1982-ci il tarixindən Azərbaycan Xalq Təsərrüfatı İnstitutu Maliyyə-Kredit kafedrasının baş müəllimi və İqtisadiyyat fakültəsinin dekanı vəzifəsinə icra etmiş, bu müddət ərzində müsabiqə yolu ilə kafedranın dosenti seçilmiş və 1988-ci ilin iyul ayının 8-ə qədər həmin vəzifələrdə fəaliyyət göstərmişdir. 8 iyul 1988-ci ildən Bakı Maliyyə-Kredit Texnikumunun direktoru vəzifəsinə təyin edilən Mirdaməd Sadıqov 1992-ci ilə qədər bu vəzifəni icra etmişdir.
Mirpaşa Sadıqov
Mirpaşa Sadıqov (d. 18?? — ö. 1921, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı meyxanaçı və aktyor. O, Azərbaycan Xalq Cümhuriyyəti dönəmində Azərbaycan Dövlət Teatrının aktyoru idi. O, 1921-ci ilin fevralında Dağlıq Qarabağın Keşiş kəndində Əbülhəsən Anaplı ilə birgə ermənilər tərəfindən qətlə yetirilmişdir. Yazıçı Seyid Hüseyn qardaşı.
Misrəddin Sadıqov
Sadıqov Müsrəddin (tam adı: Sadıqov Misrəddin Allahverdi oğlu; 10 yanvar 1952 və ya 10 dekabr 1954, Krasnoselsk rayonu) — fizika-riyaziyyat elmləri doktoru, professor. Misrəddin Sadıqov 1954-cü il, dekabrın 10-da Ermənistan Respublikasının Krasnoselo rayonunun Cil kəndində anadan olub. 1962-1972-ci illərdə Krasnoselo rayonunun Cil kənd orta məktəbində oxuyub. 1972-1977-ci illərdə BDU-nun Mexanika-riyaziyyat fakültəsinin əyani şöbəsində təhsil alıb. 1993-cü ildən BDU-da çalışır. Ailəlidir, üç övladı var. 20 Yanvar şəhidi Yusif Sadıqovun qardaşıdır. Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqovanın qardaşıdır. 1972-1977,tələbə, Mexanika-riyaziyyat fakültəsi,BDU 1981-1984,dissertant, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1984, f.-r.e.n., «Diferensial daxilolmanın optimal trayektoriyasının xassəsi» 1993, f.-r.e.d., «Çoxdəyişənli hamar olmayan variasiya məsələsinin və diferensial daxilolmanın tədqiqi» 2008- h/h , professor, İdarəetmə nəzəriyyəsinin riyazi üsulları kafedrası, Mexanika-riyaziyyat fakültəsi, BDU 1998-2008, professor, Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1997-1998, baş müəllim,Optimallaşdırma və idarəetmə kafedrası, Tətbiqi-riyaziyyat fakültəsi, BDU 1994-1998, şöbə müdiri, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1987-1993, baş elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1985-1987, kiçik elmi işçi, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1981-1985, proqramçı-riyaziyyatçı, Azərbaycan EA-nın Riyaziyyat və Mexanika İnstitutu 1979-1981, mühəndis-proqramçı, Azərbaycan EA-nın Kibernetika İnstitutu 1978-1979, baş laborant, Azərbaycan EA-nın Kibernetika İnstitutu Variyasiya hesabı, Stoxostik optimal idarəetmə məsələsi, Oyunlar nəzəriyyəsi, İdarəetmə və müşahidə. 94 elmi məqalənin və 5 monoqrafiyanın müəllifi, 20-dən artıq beynəlxalq seminar, simpozium, konfranslar iştirakçısı, 99 seçilmiş əsərləri, 8 kitabın müəllifidir.
Məmməd Sadıqov
Məmməd Əhməd oğlu Sadıqov (2 may 1913, Bakı – 28 may 1987, Bakı) — Azərbaycanın teatr və kino aktyoru, Azərbaycan SSR əməkdar artisti (1943). Məmməd Sadıqov 2 may 1913-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1926-cı ildə Pedaqoji məktəbə qəbul olunmuş, lakin təhsilini yarımçıq qoymuşdur. 1931–1932-ci illərdə Bakı Türk İşçi Teatrının aktyor truppasının yaradıcı heyətində işləmişdir. 1 fevral 1933-cü ildən M.Əzizbəyov adına Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının truppasında çalışmışdır. Bu teatrda səhnəyə çıxarkən ilk rolu Cəfər Cabbarlının "1905-ci ildə" pyesindəki Karapet obrazı olmuşdur. Gənclik illərində "Sadıqzadə" soyadı ilə də çıxış etmişdir. 20-dən çox Azərbaycan filmində rol alan Məmməd Sadıqov xüsusi səs tembriylə seçilmişdir. O, 28 may 1987-ci ildə Bakı şəhərində vəfat etmişdir. "Azərbaycan SSR əməkdar artisti" fəxri adı — 17 iyun 1943 "Əməkdə fərqlənməyə görə" medalı — 9 iyun 1959 "1905-ci ildə" — Karapet (Cəfər Cabbarlı) "Müsyö Jordan və dərviş Məstəli şah" — Dərviş Məstəli şah (Mirzə Fətəli Axundov) "Lənkəran xadının vəziri" — Xacə Məsud (Mirzə Fətəli Axundov) "Hacı qara" — Qəhrəman (Mirzə Fətəli Axundov) "Xırs quldurbasan" — Namaz (Mirzə Fətəli Axundov) "Cehizsiz qız" — Qavrilov (Aleksandr Ostrovski) "Almaz" — Avtil (Cəfər Cabbarlı) "Oqtay Eloğlu" — Mazandaranski (Cəfər Cabbarlı) "Aydın" — Mirzə Cavad (Cəfər Cabbarlı) "Vaqif" — təlxək (Səməd Vurğun) "Xəyyam" — Bədəvi ərəb (Hüseyn Cavid) "Xoşbəxtlər" — usta Segah (Sabit Rəhman) "Toy" — Mirzə Hüseyn (Sabit Rəhman) "Həyat" — Pardon Qurbanəli (Mirzə İbrahimov) "Közərən ocaqlar" — Məmmədəli (Mirzə İbrahimov) "Rəqs müəlimi" — Kornexo (Lope de Veqa) "Müfəttiş" — poçt müdiri (Nikolay Qoqol) "Fırtına" — qoca (Uilyam Şekspir) "Unudulan adam" — qoca (Nazim Hikmət) "Hind gözəli" — hamamçı (Y. Osnos, V. Vinnikova) "Səyavuş" — Kosa (Hüseyn Cavid) "Dəlilər" — Tomas (Lope de Veqa) "Əcəb işə düşdük" — Nadirov (Şıxəli Qurbanov) "Əliqulu evlənir" — Səfər (Sabit Rəhman) Ağasadıq Gəraybəyli (film, 1974) Aygün (film, 1960) Bakıda küləklər əsir (film, 1974) – Manuçarov Bəxtiyar (film, 1955) – Mirhəmid Bizim Cəbiş müəllim (film, 1969) – Səngər qazan Dəli Kür (film, 1969) – kəndli Evlənmək istəyirəm (film, 1983) Əmək və qızılgül (film, 1962) General (film, 1970) İyirmialtılar (film, 1966) – ruhani "Kazbek" qutusu (film, 1958) Qanun naminə (film, 1968) Qayınana (film, 1978) Qızmar günəş altında (film, 1957) Mən mahnı qoşuram (film, 1979) – kənd sakini Min birinci söz (film, 1997) O olmasın, bu olsun (film, 1956) Od içində (film, 1978) – dərviş Sehrli xalat (film, 1964) – baş münəccim Sən niyə susursan?
Nizami Sadıqov
Nizami Yəhya oğlu Sadıqov (12 aprel 1950, Ağdam rayonu) — Ağdam Rayon İcra Hakimiyyətinin sabiq başçısı (2009–2014-cü illər). 1950-ci il aprel ayının 12-də Ağdam rayonunda anadan olmuşdur. 1957–1967-ci illərdə Ağdam İnternat məktəbində oxumuşdur.1967-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumuna daxil olmuş, 1969-cu ildə oranı bitirmişdir. 1969–1971-ci illərdə Moskvada Kantimirovski Tank Diviziyasında hərbi xidmətdə olmuşdur.Hərbidən kiçik leytenant kimi tərxis olunmuşdur. 1973-cü ildən 1978-ci ilə kimi Lenin adına Azərbaycan Pedaqoji İnistutunun tarix fakültəsində oxumuşdur. 1980-cı ildən 1985-ci ilə kimi Moskva Polis Akademiyasında oxumuşdur. Əmək fəaliyyətinə 1971-ci ildə Ağdam Kənd Təsərrüfatı Texnikumunda başlayıb. Belə ki, 1971-ci ildən 1974-cü ilə kimi Ağdam Kənd Təsərrüfatı Texnikumunda hərbi rəhbər vəzifəsində işləmişdir. 1974-cü ildən 1990-cı ilə qədər azadlıqdan məhrum olunma müəssisələrində inspektor, baş inspektor, müavin və rəis vəzifələrində işləmişdir. 1990-cı ildən 1992-ci ilə kimi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Cinayət Axtarış İdarəsinin ölüm şöbəsində xüsusilə mühüm işlər üzrə baş inspektor vəzifəsində işləmişdir.1992–2008-ci illərdə Ağdaş, Dəvəçi, İmişli, Masallı, Quba rayonlarında polis rəisi vəzifələrində işləmişdir.Qarabağ müharibəsi veteranıdır.
Nurəddin Sadıqov
Nurəddin Sadıqov (5 dekabr 1935, Behrud, Naxçıvan MSSR – 22 dekabr 2009, Bakı) – Azərbaycan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi, sabiq Hərbi işlər üzrə dövlət müşaviri, General-mayor. Sadıqov Nurəddin Sadiq oğlu 1935-ci il dekabr ayının 5-də Naxçıvan MR Ordubad rayonu Behrud kəndində anadan olub. 1942-ci ildə Behrud kənd 4-illik məktəbin birinci sinfinə qəbul olunmuş sonradan təhsilini Biləv kənd yeddiillik məktəbində davam etdirmişdir. 1949-cu ildə Ordubad rayon pedoqoji texnikumuna daxil olmuş, lakin ailə vəziyyəti ilə əlaqədar 1950-ci ildə öz ərizəsi ilə texnikumu tərk edərək, Parağaçay dağ-filiz mədənində fəhlə kimi işləməyə başlamışdır. Lakin təhsilini davam etdirmək istəyi ilə doqquzuncu və onuncu sinfi Culfa rayonunun Yaycı kəndində oxumuşdur. 1954-cü ildə orta məktəbi əla qiymətlərlə bitirib, kamal attestatı alır, həmin ilin oktyabr ayında hərbi xidmətə çağrılır və beləliklə ordu həyatı başlayır. Hərbi təhsilini H. A. Şors adına Lvov hərbi məktəbində alıb, sonda təyinatla Zakorpat vilayətinin Mukaçevo şəhəırində 128 saylı Türküstan Motoatıcı diviziyasında xidmətə başlayır. Daha sonra Mukaçevo şəhərində 149-cu Motoatıcı alayının komandiri vəzifəsinə təyin olunur. 1965-ci ildə M. V. Frunze adına Hərbi Akademiyasına qəbul olub, 1970-ci ildə akademiyanı qızıl medalla bitirir. 1974-cü ildə podpolkovnik hərbi rütbəsi alır.