Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senecio saucensis
Senecio saucensis (lat. Senecio saucensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Saue
Saue (est. Saue) — Estoniyanın şimalında, Haryumaa bölgəsində şəhər. Şəhər statusunu 1993-cü ildə alıb. Əhalisi 6,0 min nəfər, onların 93% estonlar təşkil edir. Saue Tallinin çox əlverişli mövqeyində yerləşdiyindən, həmçinin bu kiçik şəhərdə təmiz iqlimi olduğundan, varlı insanların istirahət yerlərindəndir. Saue təbiətə çox yaxınlıqda olmasına baxmayaraq, burada əyləncə növləri, iş və digər böyük şəhər şəraiti təklif olunur.
Sucə (Üşnəviyyə)
Sucə (fars. سوجه‎) — İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 489 nəfər yaşayır (69 ailə).
Sarule
Sarule (sardin: Sarùle) — Sardiniyanın Nuoro əyalətindəki kommuna və kiçik şəhər. Sahəsi 52,72 km²-dir. Kommunanın əhalisi 1,696, əhalinin sıxlığı isə bir kvadrat kilometrə 32 nəfərdir. Sarule kommunası aşağıdakı kommunalarla həmsərhəddir: Mamoiada, Ollolai, Olzai, Orani və Ottana.
Leuce
Qovaq (lat. Populus) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin söyüdkimilər fəsiləsinə aid bitki cinsi.
Eric Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. == İlk illəri == Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Erik Saade
Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir. == İlk illəri == Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı.
Haute-contre
Jaume Plensa
Jaume Plensa (isp. Jaume Plensa; 23 avqust 1955[…], Barselona) — İspaniya rəssam və heykəltəraşıdır. == Həyatı == Jaume Plensa Kataloniyanın Barselona şəhərində doğulmuş və “Llotja” məktəbində, daha sonra isə Escola Superior de Belles Arts de Sant Jordi ali incəsənət məktəbində təhsil almışdır. == Yaradıcılığı == Sənətkarın ən məşhur əsəri İllinoysin Çikaqo şəhərindəki Millennium parkında quraşdırılmış Tac fəvvarəsidir. It opened in July 2004. Fəvvarənin açılışı 2004-cü ilin iyulunda baş tutmuşdur. Fəvvarə qara qranitdən işlənmiş əks olunma (reflekt) hovuzu və şüşə kərpiclərdən hörülmüş cüt qüllələrdən ibarətdir. LED işıq lampalarından istifadə edilmiş qüllələrin hər biri 15 metr hündürlüyə malikdir. Plensanın “Blake in Gateshead” adlı digər bir əsəri isə Şimal-Şərqi İngiltərədə yerləşir. Qeytshed şəhərinin Baltik Müasir İncəsənət Mərkəzinin həyətində yerləşən həin əsərin mərkəzindən gecə vaxtı göyə lazer işığı buraxılır.
Pinus peuce
Balkan şamı (lat. Pinus peuce) — şamkimilər fəsiləsinin şam ağacı cinsinə aid bitki növü. Balkan yarımadası nın dağ rayonlarında təbii halda bitir, hündürlüyü 20 m-ə qədərdir. Çox vaxt dağların yuxarı zolağında kol şəklində bitir. Çətiri konusvarı, qabığı hamar, boz-qonur və ya qırmızı-qonurdur. Cavan zoğları qalın (3–4 mm), çılpaq, yaşıldır, sonra boz və ya boz-qonur olur. Tumurcuqları yumurtavarı, ucu qısa, bizşəkilli, qatranlıdır, uzunluğu 5–10 mm, eni 2,5–4 mm-dir. Dəstəşəkilli iynəyarpaqları möhkəm, 5 ədəd, kənarları az dişli, boz, tünd yaşıl, açıq zolaqlıdır. Uzunluğu 6-10 sm, eni 0,75–1 mm olub, 3 ilə qədər budaqların üzərində qalır. Qozaları sallaq, silindirik, bərk oduncaqlı, qalın qabıqlıdır, 3-cü ili yetişir.
Sauna
Sauna — tərləmə yolu ilə bədəndəki su və toksinlərin normaya salınması, dəridəki məsamələrin açılması və dərinin təmizlənməsi kimi öhdəlikləri özündə cəmləşdirən yüksək istilikli otaqlardır. Adətən 5–6 nəfərlik otaqlardan ibarət sauna günümüzdə bir çox idman zallarında, hamamlarda və gözəllik mərkəzlərində fəaliyyət göstərir. Bununla yanaşı, bir sıra yaşayış sahələrində də sauna otağı mövcuddur. Ənənəvi saunalarda, daxili mühit müəyyən ağac növləri istifadə edilərək hazırlanır və strukturu pillə şəklində oturma yerlərindən ibarət olur. Saunalarda taxtadan istifadə edilməsində əsas məqsəd, yüksək istilik şəraitində istifadəçinin rahatlığını maksimallaşdırmaqdır. Sauna sobası, adətən otağın orta hissəsində yer alır və əsas istilik mənbəyidir. Ənənəvi saunalarda soba odun alovu ilə, müasir saunalarda isə elektrik ilə çalışır. Sobanın üst hissində yerləşən sauna daşları, sobanın qızması ilə isinir. Zaman-zaman otaqdakı nəmişlik və istilik dərəcəsini artırmaq üçün bu daşların üstünə su tökülərək buxar əldə edilir. Xüsusilə Skandinaviya regionunda sauna daşlarının üstünə tökülən suya müxtəlif ətirlər qarışdırılır.
Souse
Souse (e.ə. 12 – e.ə. 11) — Hun İmperiyası hökmdarı. Qardaşı kimi sakit həyat sürən Souse 8 il hakimiyyət sürdü. Çinə imperatorla görüşməyə gedərkən xəstələnərək öldü. Yerinə qardaşı keçdi.
Space
Space (azərb. Fəza‎) — Monteneqronun 2017 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Slavko Kaleziç "Space" mahnısı ilə Monteneqronu Ukraynanın paytaxtı Kiyevdə keçirilən Avroviziya 217-də təmsil etmişdir. Mahnı Monteneqrolu bəstəkarlar Adis Eminiç, İva Borşiç və Momçila Zekoviç tərəfindən bəstələnmişdir.
AXCE
Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası — Azərbaycan Xalq Cümhuriyyəti tarixinin bütün sahələrini əhatə edən ilk fundamental elmi soraq əsəri. Ensiklopediya Heydər Əliyevin təşəbbüsü ilə ilk dəfə 2004–2005-ci illərdə nəşr olunub və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" 12 yanvar 2004-cü il tarixli sərəncamına əsasən ölkə kitabxanalarına hədiyyə edilib. == Haqqında == İki cilddən ibarət olan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının səhifələrində Azərbaycan xalqının istiqlal mübarizəsi və ictimai fikir tarixinin ən mühüm məqamlarını, azadlıq hərəkatının görkəmli nümayəndələrinin həyat və fəaliyyətini, Azərbaycan Xalq Cümhuriyyətini doğuran tarixi şəraiti, Cümhuriyyət xadimlərinin həyat və mübarizəsini, Azərbaycan xalqına qarşı həyata keçirilən kütləvi soyqırımlarını, Qafqaz İslam Ordusunun xilaskarlıq əməliyyatlarını, böyük dövlətlərin və qonşu ölkələrin Azərbaycanla bağlı qəsbkarlıq planlarını, Cümhuriyyət Parlamenti və Hökumətinin fəaliyyətini, dövlət quruculuğu, xarici siyasət, ordu quruculuğu və ölkənin ərazi bütövlüyü uğrunda mübarizəni, ictimai-siyasi, sosial-iqtisadi, mədəni-maarif həyatını, xarici dövlətlərdəki Azərbaycan diplomatik nümayəndəliklərinin fəaliyyətini, habelə Cümhuriyyətin süqutundan sonra istiqlal ideallarını yaşadan milli hərəkat, siyasi mühacirət və s. məsələləri işıqlandıran 1500-ə qədər termin-məqalə verilir. Ensiklopediyada Azərbaycan Xalq Cümhuriyyəti dövrünün inzibati-ərazi bölgüsünü əks etdirən çoxsaylı rəngli xəritələr, mətndaxili ağ-qara və rəngli şəkillər, xəritələr, cədvəllər, diaqramlar, portretlər, hərbi əməliyyat planları və başqa illüstrasiya materialları verilir. Bunların bir çoxu ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında işıq üzü görür. Tarixi varislik və dövlətçilik prinsipləri əsas götürülərək, həm də Şimali Azərbaycanda dövlət müstəqilliyinin bərpası, Azərbaycanda demokratik, hüquqi və dünyəvi dövlət quruculuğu prosesinin ən önəmli məqamlarını əks etdirmək məqsədilə ensiklopediyada Heydər Əliyev və onun davamçısı Prezident İlham Əliyev haqqında da ayrıca məqalələr verilir. Ensiklopediya 2014-cü ildə təkmilləşdirilərək, yenidən nəşr olunub. == Redaksiya heyəti == == Əsas məqalələrin müəllifləri == == Həmçinin bax == Şablon:AXCE Azərbaycan Sovet Ensiklopediyası Azərbaycan Milli Ensiklopediyası == İstinadlar == == Xarici keçidlər == Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyası. I cild (PDF).
Filippe Sayve
Filippe Sayve (2 iyul 1971, Lyej, Valloniya[d]) — Belçikanı təmsil edən stolüstü tennisçi. == Karyerası == Filippe Sayve Belçikanı 1992-ci ildə Barselona şəhərində baş tutan XXV Yay Olimpiya Oyunlarında təmsil edib və cüt turnirdə 9-cu pillənin sahibi olub. Daha sonra Filippe Sayve Belçikanı 1996-cı ildə Atlanta şəhərində baş tutan XXVI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 33-cü pillənin sahibi olub. Filippe Sayve Belçikanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 17-ci, cüt turnirdə isə 17-ci pillənin sahibi olub.
Henri Taube
Henri Taube (30 noyabr 1915[…] – 16 noyabr 2005[…], Palo-Alto[d], Kaliforniya[…]) — amerikalı alim. 1937-ci ildə Ricaində Saskaçevan universitetini bitirmiş, sonra ABŞ-yə köçmüş və Berklidə Kaliforniya universitetində oxumuşdur. 1940-1941-ci ildə orada, 1941-1946-cı illərdə Kornel universitetində, 1946-1962-ci illərdə Çikaqo universitetində (1952-ci ildən professor) işləmişdir. 1962-ci ildən Stanford universitetində professor işləmişdir. O, 2005-ci ildə noyabrın 16-da Kaliforniyada vəfat etmişdir. Əsas işləri elektron ötürülməsi ilə reaksiyaların mexanizminin, xüsusən metalların komplekslərində öyrənilməsinə həsr olunub. 1940-cı ildə ilk dəfə olaraq sulu məhlulda solvatlaşmış kationun (üçvalentli xromun misalında) mövcudluğunu sübut etmişdir. 1952-ci ildə sulu məhlullarda kompleks birləşmələrin davamsızlığı ilə onların elektron strukturları arasında korrelyasiyanı müəyyən etmişdir. 1960-1970-ci illərdə məhlullarda keçid metallarının komplekslərinin iştirakı ilə çoxlu, həm də daha əhəmiyyətli nəticələri sferadaxili keçid adlanan keçidi öyrənərkən əldə etmişdir. Göstərmişdir ki, bu prosesdə metalın koordinasiyası sferasının liqandalarından biri iştirak edir və nəticədə iki metal ionu arasında körpücük əmələ gətirir, iki nüvəli kompleks adlanan birləşmə əmələ gətirir.
Litl Saund
Litl Saund (ing. Little Sound) — Bermud adalarının qərbində yerləşən körfəz. Körfəz Atlantik okean akvatoriyasına daxildir Litl Saund havanı şimaldan Qreyt Saund havanı ilə əhatələnir. Onlar elə də böyük olmayan iki yarımada ilə ayrılırlar.
Marau Saund
Marau Saund (ing. Marau Sound) - boğaz Quadalkanal adasının şərqində yerləşir. kiçik ada və mərcan riftləri ilə əhatələnir. İnzibati cəhətdən Quadalkanal vilayəti ərazisinə daxildir. Boğaz yaxınlığında 2004-cü il məlumatına əsasən bağlanmış hava limanı vardır. Boğaz ərazisində isə Tavanipupu adası yerləşir. Hazırda Solomon adalrının Mərkəzi bankının rəhbəri Marau Saund boğazı sahillərində yerləşən Poposa kəndində anadan olmuş Denton Hehenoro Rapavadır == Ədəbiyyat == Pacific islands (pilot). Suppl. Admiralty notices to mariners. London, 1885.
Momodu Sayne
Qreyt Saund
Qreyt Saund (ing. Great Sound) — Bermud adalarının cənub-qərbində yerləşən körfəz. Qreyt Saund şimal-şərq istisna olmaq şərti ilə adalarla əhatələnmişdir. Körfəz Atlantik okean akvatoriyasına daxildir. Akvatoriyasına daxil olan adalar: Darrel, Hovkins, Lonq Alyend, Marşall və Hinson. Qreyt Saund havanı cənubdan Litl Saund körfəzi ilə əhatələnir. Onlar elə də böyük olmayan yarımada ilə ayrılırlar.
Sakae Takahaşi
Sakae Takahaşi — keçmiş Yaponiya futbolçusu. Yaponiya milli komandasının heyətində 1 oyun keçirib.
Sanae Mişima
Sanae Mişima (d. 3 may 1957) — keçmiş Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Sanco Nosaka
Sanco Sanetomi
Sanco Sanetomi (三条 実美, 13 mart 1837, Kioto – 28 fevral 1891, Tokio[d]) – Yaponiya saray əyanı və Meyci hökumətinin başçılarından biri. 1837-ci ildə Kioto şəhərində Fucivara ailəsinin beş əsas qolundan birinin üzvü kimi doğulmuşdur. Atası Sanco Sanetsumu Ansey təmizlənməsi zamanı 1859-cu ildə şoqunluq tərəfindən öldürülmüşdür. Buna görə də Sanetomi Sonno coy hərəkatına qoşularaq imperator hakimiyyətini dəstəkləməyə başlamışdır. 1863-cü ildə imperatorluq sarayında yenicə yaradılmış dövlət işləri üzrə komissar postuna təyin olunmuş, Tokuqava şoqunluğunu devirmək və imperator hakimiyyətini bərpa etmək istəyən əyanlar arasında vacib rol oynamışdır. İmperatorluğu dəstəkləyən Çoşu əyalətinin samurayları ilə əlaqələr qurmuşdur. 30 sentyabr 1863-cü ildə baş vermiş dövlət çevrilişindən sonra altı əyanla birlikdə Çoşu əyalətinə qaçmışdır. Sonuncu Tokuqava şoqunu Tokuqava Yoşinobunun 1867-ci ilin noyabrında hakimiyyəti imperatora qaytarmasından sonra Sanetomi Kiotoya qayıtmışdır. Növbəti il Administrasiya ofisinə təyin olunmuş, İvakura Tomomi ilə birlikdə yeni hökumətin mərkəzi fiqurlarından biri olmuşdur. 1869-cu ildə Sağ nazir, 1871-ci ildə Böyük nazir təyin olunmuşdur.
Sancı daşı
Sancı daşı — Kəngərli rayonunun Xıncab qəbiristanlığında sənduqə tipli qəbirüstü abidə. Dördkünc, düzbucaqlı formada yonulmuşdur. Bir tərəfində, mərkəzi hissədə bir-birinin arxasında duran şir və öküz təsviri, onun yuxarı tərəfindəki frizdə isə ərəb əlifbasında yazı vardır. Təsvir dörd tərəfdən zəncirvari ornamentlə əhatələnmişdir. Təsvirin əks tərəfindəki üzündə ərəb qrafikası ilə verilən yazı daşın üzərini mamır basdığından oxunmur. Qəbir daşının baş və ayaq tərəfində fantastik təsvirlər vardır. Bu tip sənduqə tipli qəbir daşları Orta əsrlər üçün xarakterikdir. Xalq arasında bu qəbir daşı ilə bağlı olan rəvayətə görə müəyyən xəstəliyi, yaxud istəyi olan insanlar bu daşı ziyarət edir, arzularının yerinə yetirilməsi üçün dilək tuturlar. Nadir sənət əsəri olan bu qəbirüstü sənduqəni XVI–XVIII əsrlərə aid etmək olar. Naxçıvan abidələri ensiklopediyası.
Sauber F1
Sauber Motorsport — 1970-ci ildə Peter Sauber tərəfindən əsası qoyulan, idman avtomobillərinin istehsalı ilə məşğul olan İsveçrə kompaniyası və yarış komandası. Komandanın yarışlarda ən yaxşı nəticəsi 2012-ci ildə Serxio Perezin iki ikinci yeri (İtaliya və Malayziya) qazanması, və ilk cərgədən Jan Alezinin (A-1 Rinq, 1998) və Kamui Kobayaşinin (Spa, 2012) göstəriciləridir.
Sazre (Alye)
Sazre (fr. Sazeret) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Monmaro kantonuna daxildir. Kommunanın dairəsi — Monlyuson. INSEE kodu — 03270. 2008-ci ildə əhalinin sayı 155 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 105 nəfər (15-64 yaş arasında) 84 nəfər iqtisadi cəhətdən fəal, 21 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi - 80.0%, 1999-cu ildə 74.7%). Fəal olan 84 nəfərdən 81 nəfər (50 kişi və 31 qadın) işləyir, 3 qadın işsizdir. 21 hərəkətsiz 8 nəfər arasında şagird və ya tələbə, 4 nəfər təqaüdçü, 9 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Bauçi
Bauçi — Nigeriyanın Bauçi ştatının paytaxtı.
Osakücə
Osakücə — Azərbaycan Respublikasının Lənkəran rayonunun Osakücə inzibati ərazi dairəsində kənd. Əhalisi 669 nəfərdir. Oykonim Osyokujə adının təhrifə uğramış variantı hesab olunur. Kəndin adı talış dilindəki osyo (dəyirman) və kujə ə (məhəllə, kənd) komponentlərindən düzəlib, "dəyirman olan məhəllə, kənd" mənasındadır. Kənddə Osakücə kənd məscidi dini icması fəaliyyət göstərir.
Şairə
Şair — şeir yazan şəxs; təbiətində şeir yazmaq qabiliyyəti olan şəxs.
Şalle
Şalle (fr. Challex) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Kollonj kantonuna daxildir. Kommunanın dairəsi — Jeks. INSEE kodu — 01078. Kommuna Paris şəhərinin 410 km cənub-şərqində, Lion şəhərindən 100 km şimal-şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 60 km şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 1225 nəfər təşkil edirdi. 2010-cu ildə 798 nəfər əmək qabiliyyətli insan (15-64 yaş arasında) arasında 618 nəfər iqtisadi fəal, 180 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici - 77.4%, 1999-cu ildə 71.7%). Fəaliyyət göstərən 618 sakindən 575 nəfər (309 kişi və 266 qadın) işləyir, 43 nəfər işsizdir (23 kişi və 20 qadın).
Şasle
Şasle (fr. Chasselay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vine kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38086. Kommunanın 1999-cu il üçün əhalisi 341 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 418 ilə 729 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 70 km cənub-şərqdə, Qrenobldan 32 km qərbdə yerləşir.
Emre Sakçı
Hüseyin Emre Sakçı (d. 15 noyabr 1997) — Türkiyəli üzgüçü. Hüseyin Emre Sakçı Türkiyəni 2017-ci ildə XXXVII Su idman növləri üzrə Dünya Çempionatında təmsil etdi. == Karyerası == Hüseyin Emre Sakçı birinci dəfə Dünya Çempionatına 2017-ci ildə qatıldı. O, Budapeştdə baş tutan XXXVII Su idman növləri üzrə Dünya Çempionatında kişilər 100 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 50.01 saniyəlik nəticəsi ilə 119 üzgüçü arasında 48-ci oldu və yarımfinala vəsiqə qazana bilmədi.
II Sanço
II Sanço (port. Sancho II de Portugal; 8 sentyabr 1207, Koimbra – 4 yanvar 1248 və ya 1248, Toledo) — Portuqaliya krallığının IV kralı.
I Sanço
I Sanço (port. Sancho I de Portugal; 11 noyabr 1154, Koimbra – 26 mart 1211 və ya 26 mart 1212, Koimbra) — Portuqaliya krallığının II kralı.
Kauçi hasili
Kauçi hasili — riyaziyyatda a n {\displaystyle a_{n}} və b n {\displaystyle b_{n}} şəklində iki ardıcıllığın c n = ∑ k = 0 n a k b n − k {\displaystyle c_{n}=\sum _{k=0}^{n}a_{k}b_{n-k}} formasında ifadə edilən hasilidir. Düstur Auqustin Kauçi tərəfindən kəşf edilmişdir.
Mapuçe dili
Mapuçe dili və ya Araukan dili — Araukanlar tərəfindən danışılan dil.
Mark Sançez
Mark Sançez (6 noyabr 1992, Palma-de-Malyorka) — İspaniyalı üzgüçü. Mark Sançez İspaniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mark Sançez birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 1500 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 15:11.38 saniyəlik nəticəsi ilə 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Nataliya Sançez
Nataliya "Nati" Sançez (20 may 1983, Medellin, Kolumbiya) — Kolumbiyalı oxatan. Nataliya Sançez Kolumbiyanı 2008 və 2016-cı ildə Yay Olimpiya Oyunlarında təmsil etdi. Nataliya Sançez birinci dəfə Olimpiya Oyunlarına 2008-cı ildə qatıldı. O, Pekində baş tutan XXIX Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Belarus nümayəndəsi Yekaterina Muliuk ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sançez rəqibinə 101:104 hesabı ilə uduzdu. Nataliya Sançez növbəti Olimpiya Oyunlarına 8 ildən sonra Rio-de-Janeyroda qatıldı. O, XXXI Yay Olimpiya Oyunlarında fərdi yarışlarda, 1/32 final mərhələsində Rusiya nümayəndəsi Kseniya Perova ilə üz-üzə gəldi. Həmin görüşdə Nataliya Sançez rəqibinə 4:6 hesabı ilə uduzdu.
Osaküçə bələdiyyəsi
Lənkəran bələdiyyələri — Lənkəran rayonu ərazisindəki bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Oskar Sançes
Oskar Arias Sançez (İspanca tələffüz: [ˈoskaɾ ˈaɾjas]; 13 sentyabr 1941[…], San-Xose) — 1986-1990 və 2006-2010-cu illərdə Kosta Rikanın prezidenti olub. Mərkəzi Amerikadakı maliyyə böhranına son qoyulması istiqamətindəki səylərinə görə 1987-ci ildə Nobel sülh mükafatına layiq görülüb. O, həmçinin Albert Şveytzer Humanitarizm mükafatına da layiq görülüb. 2003-cü ildə Beynəlxalq Cinayət Məhkəməsinin Qurbanlara Etimad Fondunun İdarə Heyətinə seçildi. Arias hal-hazırda; qorunan ərazidə qızıl hasilatı ilə əlaqədar milli mənfəət fərmanı səbəbiylə cinayət pozuntularına və cinsi təcavüzə görə bir neçə məhkəmə ittihamı ilə qarşı-qarşıyadır. Arias, Herediya əyalətində üst sinif ailədə anadan olmuşdur. Arias orta məktəbini paytaxt San Xosedəki Sent Frankis Kollecində başa vurdu. Daha sonra ABŞ-yə getdi və tibb təhsili almaq məqsədi ilə Boston Universitetinə yazıldı,lakin tezliklə vətəninə döndü və Kosta Rika Universitetində hüquq və iqtisadiyyat üzrə təhsil aldı. 1967-ci ildə Arias İngiltərəyə getdi və London İqtisadiyyat Məktəbində qeydiyyatdan keçdi. 1974-cü ildə Esseks Universitetində siyasi elmlər doktoru dərəcəsi almışdır.
Pedro Sançes
Pedro Sançes (ispan: [ˈpeðɾo ˈsantʃeθ ˈpeɾeθ kasteˈxon]; 29 fevral 1972[…], Madrid) — İspaniyanın baş naziri. O, həmçinin 2017-ci ilin iyun ayından İspaniya Sosialist İşçi Partiyasının (PSOE) Baş katibidir, daha əvvəl 2014-cü ildən 2016-cı ilə qədər bu vəzifədə çalışıb və 2022-ci ilin noyabrında Sosialist İnternasionalının prezidenti seçilib.
Renato Sançes
Renato Cunyor Luz Sançes (Portuqalca tələffüz: [[Beynəlxalq fonetik əlifba|[ʁɨˈnatu ˈsɐ̃ʃɨʃ]]]; 18 Avqust 1997-ci ildə anadan olub) — Yarımmüdafiəçi kimi çıxış edən peşəkar Portuqaliya futbolçusudur. Hal-hazırda Almaniyanın Bayern Münhen FK klubunun və Portuqaliya milli futbol komandasının əsas komandasının üzvüdür. Sançez karyerasına Portuqaliyanın Benfika FK klubunda başlamışdır. O, karyerasında 2014-cü ilin oktyabr ayında debütünü komandanın əvəzedici heyətində etmişdir. Peşəkar karyerasında debütünü isə əsas komandada 2015-ci ilin oktyabr ayında etmişdir. Sançez oynadığı yeganə mövsümdə Premyer Liqanın və Taça da Liqanın qalibi olmuşdur. 2016-cı ilin yay ayında 35 milyon dollar qarşılığında Almaniyanın Bayern Münhen FK klubuna tarnsfer olmuşdur. Bu qiymət Portuqaliyalı futbolçu üçün verilən ən yüksək transfer qiyməti hesab olunur.