SAYA

1
прил.
1. гладкий:
1) одноцветный, не имеющий узора, рисунка (об окраске, фоне тканей). Saya parça гладкая материя, saya köynək гладкая сорочка
2) без впадин, шероховатостей; ровный. мед. разг. Saya əzələlər гладкие мышцы
2. простой:
1) не замысловатый, не вычурный. Saya toxuma простая вязка
2) обыкновенный, ничем не примечательный. Saya adamlar простые люди
2
сущ. первач (самогон, полученный из аппарата в самом начале гонки)
SAY-HESAB
SAYAÇI
OBASTAN VİKİ
Saya
Saya (və ya Sayaqan) - türk və altay xalq mədəniyyətində bərəkət mərasimi. Qoruyucu ruhu olan Saya xan adına təşkil edilər. Heyvandarlıqla məşğul olan cəmiyyətlərin bərəkəti artırmaq üçün təşkil etdikləri bir mərasimdir. Oyunu aparan adama "Sayacı" deyilir. Qoyunlar doğmağa başlayanda çobanlar kənd kənd ev ev gəzib saya toplayırlar. Sayacılar keçi dərisinə bürünərlər. Saya adı verilən qoşalar (maniler) oxuyarlar. Saya Xan ilə əlaqəli bir mərasimdir. Bundan başqa otlaq, mera kimi mənaları da vardır. Qoça, Saya, Payna, Paqta dördlü bir mərasim silsiləsi meydana gətirərlər.
Saya tikmə
Saya tikmə — bədii tikmələrdə geniş tətbiq edilən texnikalardan biri. Bu növ bədii tikmə üçün adətən parlaq olmayan, pastel çalarlarında, çox zaman qızıl saplarla uzlaşmada rəngli ipək və yun saplardan istifadə olunurdu. Saya bədii tikmə üsulu ilə geyimlərə, divar bəzəklərinə, üz örtüyünə, pərdələrə və s. naxışlar vurulurdu. Saya bədii tikmənin iki növü vardı: ikitərəfli və birtərəfli.
Saya xan
Saya Xan - türk, yakut və altay mifologiyasında sürü ilahı. Çaya Xan və ya Taya Xan olaraq da bilinər. Moğollar Zaya Xan və ya Yaya Xan deyərlər. Sürünü hər cür bəladan və pislikdən qoruyar. Mal və heyvanları gözləyib, güdər. Bu tanrıya bağlı Zayaçılar (Zayaqçılar/Çayaçılar/Çayaxçılar/Tayaçılar) adlı ruhlar olar və yer üzünə bərəkət aparırlar. Adına Saya mərasimi təşkil edilər. Altaylılar və yakutlar (bu gün belə) qurban olaraq kəsdikləri atın dərisini uzun bir sırığa keçirib eynilə at şəklinə salaraq asarlar. Bu qurban mərasiminə Tayılqa/Xayılqa (Tayıq/Tayığ/Tayalqa/Taylaqan) adı verilər. Mərasimi idarə edən yaşlıya isə Tayığçı deyilir.
Saya İçikava
Saya İçikava (市川 紗椰, 14 fevral 1987, Naqoya) – Yaponiya fotomodeli və tarento. 2011-ci ilə kimi orijinal səhnə adı Saya idi. Atası çeroki əsilli amerikalıdır, anası isə yapondur. "Super Continental" agentliyi ilə əməkdaşlıq edir. Saya İçikkava 14 fevral 1987-ci ildə Yaponiyanın Aiçi prefekturasının Naqoya şəhərində doğulmuşdur. 4-13 yaşlarında Detroyt şəhərində yaşamışdır. Kolumbiya, Çikaqo və Nyu-York Universitetlərinə qəbul olmuşdur. Kolumbiya Universitetinə daxil olmağı planlaşdırsa da, fotomodel karyerasına diqqət ayırmaq üçün kolleci bir il gecikdirmişdir. İçikava bir ildən sonra ABŞ-də qayıtmaq istəsə də, karyerasından zövq almış və Yaponiyada qalmaq qərarına gəlmişdir. 2010-cu ildə Vaseda Universitetindən məzun olmuşdur.
Jak Sayabalyan
Jak və ya Cek Sayabalyan (Paylaq) (erm. Ժագ Սայապալեան (Փայլակ), d. iyun 1880 — ö. 1915) — Erməni əsilli Osmanlı jurnalisti, tərcüməçisi və Konyadakı Böyük Britaniya səfirinin müavini. == Bioqrafiya == Jak Sayabalyan 1880-ci ilin iyun ayında Osmanlı İmperiyasının Konya vilayətində anadan olmuşdur. Atası Konya qubernatoru idi. Sayabalyan ibtidai təhsilini Konyadakı yerli bir məktəbdə tamamlamışdır. 1896-cı ildə İstanbula gedərək "Reteyos Berberyan adına erməni məktəbi"nə daxil olmuşdur. Sayabalyan təhsilini iki il ərzində İzmirdə yerləşən Amerikan Kollecində davam etdirmişdir. 1904-cü ildə Amerikan Kollecində təhsilini tamamladıqdan sonra ingilis dilində səlis danışan Sayabalyan, Konyaya geri qayıdıb Britaniya səfirliyinin tərcüməçisi olmuşdur.
Mayada Əl-Sayad
Mayada Əl-Sayad (26 oktyabr 1992, Berlin, Almaniya) — Fələstinli marafonçu. Mayada Əl-Sayad Fələstini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mayada Əl-Sayad birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 2 saat 42 dəqiqə 28 saniyəyə qət edərək 157 marafonçu sırasında 67-ci yeri tutdu.
Mehman Sayadov
Mehman Sayadov (Sayadov Mehman Qəzənfər oğlu; 21 noyabr 1972, Canəhməd, Vardenis rayonu – 9 may 1992, Nəbilər, Şuşa rayonu) — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi. == Həyatı == 1972-ci il 21 noyabr Qərbi Azərbaycanın Vardenis rayonunun Günəşli kəndində anadan olmuşdur. Orta məktəbin yeddinci sinfini burada bitirən Mehman erməni millətçilərinin 1988-ci ildə azərbaycanlıları deportasiya etdikləri zaman ailəsi ilə Samux rayonuna köçür. 1988-ci illərdə Xalq Hərəkatının öndə gedənlərindən idi. Mehman 18 yaşı tamam olan kimi Sovet Ordusuna çağırıldı. Qarabağda baş verən hadisələr onu bərk narahat edirdi. Mehman altı ay xidmət etdikdən sonra Vətənə dönür və könüllü olaraq cəbhəyə yollanır. == Döyüşlərdə iştirakı == 5 noyabr 1991-ci ildə "Azərbaycan Qarabağı" adlı könüllü özünümüdafiə batalyonlarından birinə yazılan Mehman gənc olmasına baxmayaraq Şuşa cəbhəsində əfsanəvi qəhrəmanlıqlar göstərdi. Kosalarda və Nəbilər kəndlərində vuruşan Mehman döyüşçü dostları ilə 70 erməni yaraqlısını və xeyli zirehli texnikanı sıradan çıxarmışdı. Mehman 1992-ci il 9 may tarixdə Şuşanın Nəbilər kəndində öz ölümü ilə ölməzliyə qovuşdu.
Qərbi Sayan
Qərbi Sayan — Sibirin cənub hissəsində 650 km uzunluğa malik dağ sistemi. Qərbdən Şərqi Altayın Şapşal silsiləsi və Abakan silsiləsinin Kuznetsk Alatausu ilə məhdudlaşır. Şərqi Sayan silsilələri ilə qovşağa qədər 200-dən 80 km-ə qədər zolaqla eninə istiqamətdə uzanır. Minusinsk çökəkliyi şimaldan Qərbi Sayana, cənubdan isə Tuva çökəkliyinə bitişikdir. Bölgənin iqlimi kontinentaldır. Kontinentallıq ərazinin dənizlərdən uzaqlığı və hündürlük zonallığı ilə əlaqədardır. Burada hər 150 m yüksəlişdə 1 ° temperatur azalır. Silsilələr və dağətəyi rayonlar arasında ilin isti dövrünün uzunluğudakı fərq təxminən 40 gündür. Qış uzun və şaxtalı keçir. Yaz gec gəlir.
Sayad
Sayad (Xaçmaz)
Sayad (Xaçmaz)
Sayad — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd.
Sayad Hacıyev
Sayad Zeynalov
Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci dünya müharibəsinin iştirakçısı. Poruçik Sayad Zeynalabdin oğlu Zeynalov 1908-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci dünya müharibəsində "Dikaya diviziya"nın Tatar-Azərbaycan alayında xidmət edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindəki sənəddə onun haqqında belə yazılıb: "30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb." 1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniyaya qarşı döyüşlərin iştirakçısı olub. 1914–1916-cı illərdə cəbhələrdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə Ağköynəkli praporşik Sayad bəy Zeynalabdin oğlu imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur. "Müqəddəs Georgi" ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı.
Sayad bəy Zeynalov
Sayad Zeynalabdin oğlu Zeynalov (30 avqust 1886, Ağköynək, Qazax qəzası – 1942) — Birinci dünya müharibəsinin iştirakçısı. Poruçik Sayad Zeynalabdin oğlu Zeynalov 1908-ci ilin noyabrında Gəncədəki podpraporşiklər məktəbini bitirib. Birinci dünya müharibəsində "Dikaya diviziya"nın Tatar-Azərbaycan alayında xidmət edib. SSRİ Mərkəzi Dövlət Hərbi Arxivindəki sənəddə onun haqqında belə yazılıb: "30 avqust 1886-cı ildə anadan olub. Yelizavetpol quberniyasındakı Qazax qəzasının vətəndaşıdır. 1914-cü ildə könüllü olaraq Tatar süvari alayına daxil olub. 1915-ci ildə uryadnik, 1916-cı ildə praporşik, sonra isə yunker rütbəsi alıb." 1914-cü il sentyabrın iyirmisindən Avstriya-Macarıstan və Almaniyaya qarşı döyüşlərin iştirakçısı olub. 1914–1916-cı illərdə cəbhələrdə göstərdiyi qeyri-adi qəhrəmanlığa görə Ağköynəkli praporşik Sayad bəy Zeynalabdin oğlu imperiyanin ən şərəfli Müqəddəs Georgi ordeninin bütün dörd dərəcəsi ilə təltif olunmuşdur. "Müqəddəs Georgi" ordeni qədim rus ordenlərindəndir. Onun dörd dərəcəsi vardı.
Sayadlı
Sayadlı — Xızı rayonunda kənd. Kənddə 1989-cu ildə Münəvvər Rzayevanın müəllifi olduğu "Mikayıl Müşfiqin monumental abidəsi" ucaldılmışdır.
Sayalı (balet)
Sayalı — bəstəkar Elnarə Dadaşova tərəfindən 1983-cü ildə bəstələnmiş birpərdəli balet. Balet bəstəkarın anasının Sayalı Tağıyevanın adını daşıyır. Premyera 15 dekabr 2012 ildə olub. Baletmeyster Pulumb Agilliu, dirijoru Azərbaycanın xalq artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssamı isə əməkdar mədəniyyət işçisi Yusif Babayevdir. “Sa­ya­lı” ba­le­ti­nin lent ya­zı­sı 1983-cü il­dən Azər­bay­can Te­le­vi­zi­ya və Ra­dio Şir­kə­ti­nin fo­no­te­ka­sın­da saxlanılır. Əsər Azər­bay­can Te­le­vi­zi­ya və ra­dio Şir­kə­ti­nin sim­fo­nik or­kest­ri­nin ifa­sın­da len­tə alı­nıb. “Araz” proqramı ilə vax­ta­şı­rı efi­rə ve­ri­lib və ve­ri­lir. "Sayalı" baleti Novruz, bayramında təbiətin oyanması, heç vaxt solmayan əbədi məhəbbət, gənclik və rəqabət mövzusundadır.
Sayalı Sadıqova
Sayalı Allahverdi qızı Sadıqova (22 iyun 1960, Krasnoselsk rayonu) — Azərbaycan alimi, filologiya elmləri doktoru, professor, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Terminologiya" şöbəsinin müdiri və AMEA Rəyasət Heyəti yanında Terminologiya Komissiyasının sədr müavinidir. Sayalı Sadıqova 1960-cı ildə ən qədim tarixə malik olan Qərbi Azərbaycanın Göyçə mahalında, Krasnoselo rayonunun Cil kəndində ziyalı ailəsində anadan olmuşdur. 1967-ci ildə Cil kənd orta məktəbində birinci sinfə getmiş, 1977-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirmişdir. Həmin il Azərbaycan Dövlət Pedaqoji Universitetinin (APİ) filologiya fakültəsinə daxil olmuşdur. Təhsil aldığı illərdə İnstitut Tələbə Həmkarlar təşkilatının sədri, Tələbə Elmi Cəmiyyətinin sədr müavini olmuşdur. 1981-ci ildə həmin fakültəni fərqlənmə diplomu ilə bitirmişdir. 1981-1984-cü illərdə Azərbaycan dili ixtisası üzrə AMEA Nəsimi adına Dilçilik İnstitutunun Terminologiya şöbəsinin aspirantı olmuşdur. Elmi fəaliyyətə 1984-cü ildə AMEA Nəsimi adına Dilçilik İnstitutunda kiçik elmi işçi vəzifəsi ilə başlamışdır. 1986-cı ildə “Azərbaycan ədəbi dilində termin söz birləşmələri” mövzusunda namizədlik dissertasiyasını 26 yaşında müdafiə etmişdir. S.A.Sadıqova bu sahədəki fəaliyyətini davam etdirmək məqsədi ilə 1994-1997-ci illərdə Nəsimi adına Dilçilik İnstitutunda əyani doktoranturaya qəbul olmuşdur.
Sayalı Tağıyeva
Tağıyeva Sayalı Abdulla qızı (1920, Şuşa – 2013, Bakı) — tibb e.d. (1969), prof. (1969). Azərbaycan Dövlət Tibb İnstitutunu bitirmişdir (1942). 1942-ci ildən Tibb İnstitutunıın daxili xəstəliklərin hospital-terapiya kafedrasında ordinator, 1944-cü ildən assistent, 1955-ci ildən dosent, 1969-cu ildən professor olmuşdur. 1980-ci ildən 1992-ci ilə qədər pediatriya fakültəsinin daxili xəstəliklər kafedrasının müdiri işləmiş, 1992-ci ildən isə kafedranın professorudur. 130-dan çox elmi əsərin, o cümlədən 2 monoqrafiya, 3 metodiki vəsait, 2 ixtira və s. müəllifidir. Bəstəkar Elnarə Dadaşovanın anasıdır.
Sayalı bağı
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
Sayalı bağı yaşayış yeri
Sayalı bağı — Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Şəhriyar kəndinin cənub şərqində arxeoloji abidə. Yаşаyış yеri Şəhriyаr kəndinin cənub-şərqində yеrləşir. Yаşаyış yеrinin bir qismi əkin sаhəsinə çеvrilmiş, bir qismində isə yеni binаlаr sаlınmışdır. Аrаşdırmаlаr zаmаnı möhrədən tikilmiş dördkünc fоrmаlı binаlаrın qаlıqlаrı, çəhrаyı rəngdə bişirilmiş şirli və şirsiz kеrаmikа məmulаtı əldə еdilmişdir. Аşkаr оlunаn kеrаmikа məmulаtı Sоn Оrtа əsrlər üçün хаrаktеrikdir. Yаşаyış yеri ilə bаğlı yеrli əhаli аrаsındа müxtəlif rəvаyətlər vаrdır. Yаşаyış yеrini XVI-XIX əsrlərə аid еtmək оlаr.
Sayama hadisəsi
Sayama hadisəsi (yap. 狭山事件 Sayama ciken) — 1963-cü ildə Yaponiyanın Saytama prefekturasına aid olan Sayama şəhərində baş verən qətl. Günahkar bilinən Kazuo İşikava 31 illik həbs cəzasına məruz qaldı. İşikava burakumin olduğundan bu hadisə müasir Yaponiyada burakuminlərin diskriminasiyası epizodu kimi geniş yayındı. 1 may 1979-cu il tarixində 16 yaşlı Yoşie Nakata (yap. 中田 善枝) evə qayıdarkən itkin düşdü. Həmin gün axşam saatlarında naməlum şəxs qapısı önündə girov tələb edən məktub qoydu. Girov ¥2000000 (o vaxtın kursu ilə təxminən $55486) təşkil edirdi və cinayətkar pulu növbəti gün saat 12.00-da evinin yanına gətirməyini tələb edirdi. Təyin olunmuş vaxtda qızın bacısı (sonradan intihar törətdi) pulu mühafizə orqanlarının nəzarəti altında yerinə gətirdi. Cinayətkar qıza yaxınlaşıb onunla danışsa da, nəzarəti hiss edib yerindən uzaqlaşdı.
Sayan
Şərqi Sayan Sayan dağları Sayan dağı — Ağsu rayonu ərazisində dağ. Hündürlüyü 1146 m.
Sayan Sanya
Sayan Sanya (tay สายัณห์ สัญญา; 31 yanvar 1953 – 11 sentyabr 2013, Banqkok) – Tailand musiqiçisi.
Sayan dağları
Sayan dağları (rus. Саянские горы) — Cənubi Sibirdə iki dağ sisteminin ortaq adı: Qərbi Sayan və Şərqi Sayan. Silsilələr Krasnoyarsk diyarı, İrkutsk vilayəti, Xakasiya, Tuva, Buryatiya respublikaları, eləcə də qonşu Monqolustanın şimal bölgələrini əhatə edir. Bu Sovet İttifaqı tərəfindən 1944-cü ildən bəri qorunan və təcrid olunmuş bir ərazidir. Qərbi Sayan əsasən dağlıq hövzələrlə ayrılan yastı və uclu silsilələrdən, Şərqi Sayan isə buzlaqları daşıyan tipik orta dağ silsilələrindən ibarətdir. Çayları Yenisey hövzəsinə aiddir. Yamaclarda dağ tayqasından dağ tundrasına keçir. Sayan silsilələri arasında müxtəlif ölçülü və dərinlikdə olan onlarla vadi vardır. Ən məşhuru arxeoloji məkanları ilə tanınan Minusinsk vadisidir. Rusiya-Monqolustan sərhəd xəttindəki dağ silsilələridir.
Sayano-Şuşensk qoruğu
Sayano-Şuşensk qoruğu — Sayano-Şuşensk su anbarının təsir zonasında Yenisey çayının sol sahilindəki Krasnoyarsk vilayətinin cənubundakı Qərbi Sayanın əlçatmaz bir ərazisindəki bir qoruq. Sahə 3904 km²-dir. Relyefi dağlıqdır, hündürlüyü 500 ilə 2735 m arasındadır. Qoruq su tutarının təbiətə təsirini araşdırır. Əsas qorunan növlər qar bəbiridir. Qoruğun faunası son dərəcə müxtəlifdir. Demək olar ki, 100 növ nadirdir, nəsli kəsilməkdədir və Qırmızı kitaba daxil edilmişdir. Qoruğun böyük bir hissəsi meşələrdir. Əsas dəyər Sibir sidridir. Sidr meşələrinin sahəsi 1000 km²-dən çoxdur.
Sayano-Şuşensk su anbarı
Sayano-Şuşensk su anbarı — Yenisey çayında Sayano-Şuşensk su-elektrik stansiyasının tikintisi nəticəsində meydana gələn su anbarı. Hündürlüyü dəniz səviyyəsindən 540 metrdir. Su anbarı layihəsi Sayano-Şuşensk su-elektrik stansiyasının ayrılmaz hissəsidir. Sayano-Şuşensk SES layihəsinin ayrı-ayrı komponentlərinə aşağı byref və ətraf mühitin qorunması bölmələri də daxil edilmişdir. Su anbarının ətraf mühitə təsirini müxtəlif dərəcədə azaltmaq üçün tədbirlər planlaşdırılmış və həyata keçirilmişdir: ictimai səhiyyə üçün təhlükəli olan su anbarının mümkün çirklənmə mənbələriaradan qaldırılmışdır. Rusiya Federasiyası hökumətinin 16 noyabr 2006-cı il tarixli qərarı ilə Sayano-Şuşensk su anbarı, müstəsna federal mülkiyyətində olacaq strateji içməli su mənbəyi olan 70 su anbarı siyahısına daxil edildi. Onların su ehtiyatlarının istifadəsi Rusiya Federasiyasının bir və ya daha çox subyektinin əhəmiyyətli ərazilərinin içməli və məişət suyu təchizatı ilə təmin etmək üçün həyata keçirilir. Su anbarının səthinin 42% -i Tuvada yerləşir. Bunun çox hissəsi Tuva vadisinə düşür — respublikanın Uluq-Xem və Çaa-Xol kojunları. Su anbarının doldurulması zamanı Şaqonar (Köhnə Şaqonar) şəhəri və Çaa-Xol kəndi su altında qalmışdır.

Значение слова в других словарях