Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ceyson Stethem
Ceyson Steytem (ing. Jason Statham, 26 iyul 1967) — İngiltərə aktyoru. O, döyüş-triller filmlərindəki sərt və kobud rollarına görə məşhurlaşıb. Steytem 2000 və 2010-cu illərdə döyüş filmlərini yenidən populyarlaşdırdığına görə alqışlanıb. Onun rol aldığı filmlər 2017-ci ilə qədər 1,5 milyard dollardan çox gəlir gətirib, bu onu kino sənayesinin ən çox qazanan ulduzlarından birinə çevirib. Ceyson Steytem gənclik illərində mağazalarda işləyərkən boş vaxtlarında Çin döyüş sənətləri, kikboksinq və karate ilə məşğul olurdu. O, həvəslə futbol oynamış və suya tullanma ilə məşğul olmuşdur. İngiltərənin suya tullanma üzrə milli komandasını təmsil etmiş və 1990-cı ildə Birlik Oyunlarında İngiltərə üçün qürurla yarışmışdır. Bundan qısa müddət sonra o, müxtəlif reklam kampaniyalarından təkliflər aldı, tanınmış brendlər French Connection, Tommy Hilfiger və Levi's üçün modellik etdi. Steytem bundan bir neçə il sonra Qay Ritçinin cinayət filmlərində çəkilmək üçün seçildi, o, 1998-ci ildə "Lock, Stock and Two Smoking Barrels" və 2000-ci ildə "Qapışma"da rol aldı.
Ghods Saeghe
İranın zərbə tipli “Ghods Saeghe” PUA-sı 2013-cü ildə Tehrandakı “Qhods Aviation” şirkətində hazırlanaraq istehsal edilib. PUA hazırda İran Silahlı Qüvvələrinin silahlanmasında istifadə olunur. == Konstruksiyası == “Saeghe” aşağıda quraşdırılan delta qanadlara və uzunsov füzelyaja malikdir. İdarəetmə pərləri üfüqi stabilizator üzərində yerləşir. “Saeghe” tamamilə kompozit materialdan hazırlanır. PUA-nın konfiqurasiyasında 18.6 kVt (25 at gücündə) WAE-342 itələyici mühərrikdən istifadə edilir. Onun buraxılması üçün JATO adlanan qısa metal qollara malik katapultdan istifadə edilirdi. Pilotsuz vasitə quruya və ya suya paraşütlə enə bilir. == Versiyaları == “Saeghe” PUA-ları iki versiyada istehsal edilib. Birincisi, yalnız radio vasitəsilə idarəetmə sisteminə, digəri isə GPS və IR şüalanmalı idarəetmə sisteminə malikdir.
Smetse Smeye
"Flamand əfsanələri" toplusuna daxil olan dörd əsərdən ən maraqlı əsər "Smetse Smeye" novellasıdır. Bu novellanın motivləri isə şeytanın özünü belə aldadan sadə dəmirçi və xalq nağıllarında tez-tez rast gəlinən üç arzunun yerinə yetirilməsi haqqında mövzuların ifadə olunduğu bir neçə orta əsr fabliosundan götürülmüşdür. Bu novella digərlərindən fərqli olaraq daha çox fantastika ilə müşayiət olunan real məişət materialları ilə zəngindir. == Qısa Məzmunu == Dəmirçi Smetse qana boyanmış XVI əsr Flandriyasında yaşayır. Bu dəmirçi, öz şagirdləri ilə birlikdə xalqa zülm edən inkvizitorun, hersoq Albanın və II Filippin kölgələrinin öhdəsindən gəlir, onların cinayətlərini sadalayır. Smetse Smeye realist obrazdır. Daha çox xalq ədəbiyyatının qəhrəmanlarını xatırladır. O, oyunbazdır, işgüzardır və gözəl sənətkardır; bununla belə o, kələkbaz və çevik adamdır, o, həm də sadədil və xeyirxahdır. Smetse nəinki dara düşən dostunu, hətta düşmənini də xilas etməyə hazırdır. Heç şübhəsiz ki, bütün bu xüsusiyyətlər daha kamil şəkildə gələcəkdə yazıçının şah əsəri olan "Ulenşpigel əfsanəsi" əsərində böyük məharətlə ifadə olunmuşdur.
Lethe diana
Lethe diana – Nimfalidlər fəsiləsindən kəpənək növü. Qanadları tünd qəhvəyi rənglidir, üzərlərində arpacıqlar olur, qanad açıqlığı 45–55 mm təşkil edir. Lethe confusa növünü xatırladır, lakin Lethe confusa kəpənəyinin qanadlarında ağ zolaq olur. == Görünüş == Qanad açıqlığı 45–55 mm arasında dəyişir. Ön qanadlar tünd qəhvəyi rəngdədir, üzərlərində kiçik ağ zolaqlar olur, dişilərdə bu daha aydın sezilir. Bir qanadının üzərində 6-yə qədər arpacıq olur. Damarları açıq-aydın sezilə bilir. == Yayılması == Növə Rusiyanın regionlarında – Primorye, Saxalin və Cənubi Kurildə təsadüf edilir. Həmçinin Yaponiyada yayılmışdır: Hokkaydo, Honşu, Şikoku, Kyuşu və Tsuşima. Əsasən enliyarpaqlı meşələrdə, dağlarda və düzənlikdə rast gəlinir.
Seth Rollins
Colby Lopez (28 may 1986) — bilinən rinq adı ilə Seth Rollins WWE müqaviləli peşəkar güləşçi. 29 mart 2015 tarixində keçirilən WrestleMania 31 şousunda WWE kəmərini qazanmışdır.
Circuit de la Sarthe
Səbihə Bəngüdaş
Səbihə Bəngüdaş (1904, Konstantinopol – 2 oktyabr 1992, Ankara) — türk rəssam və heykəltaraşdır. Türkiyənin ilk heykəltaraş qadındır. == Tərcümeyi-halı == Səbihə Bəngüdaş (qızlıqda Səbihə Ziya) 1904-cü ildə İstanbulda anadan olub. İlk təhsilini Əyyub Sultan Rəşad məktəbini (Əyyub Anadolu Lisesi) bitirmişdir. Atası Ziya bəy Şamdan Türkiyəyə gəlmişdir. Təhsilinin 4 ilini Şamda almışdır. Bundan sonra 1 il Fransada katolik məktəbində təhsilini davam etdirir. İstanbula qayıdan ailəsi Böyükada da məskunlaşır. O burada faud Paşanın məktəbinə daxil olur. 1920-ci ildə liseni bitirmədən Sanayi Nefis Mektebinin (bugünkü Mimar Sinan Güzel Sanatlar Üniversitesi)rəssamlıq bölməsinə daxil olur.
Səbihə Gökçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Göyçən
Səbihə Göyçən (türk. Sabiha Gökçen; 22 mart 1913, Bursa, Xudavəndigar vilayəti – 22 mart 2001, Ankara) — dünyanın ilk qadın qırıcı təyyarə pilotu və ilk türk qadın pilotu. Mustafa Kamal Atatürkün qızlığa götürdüyü övladlarından biridir. == Həyatı == O, 22 mart 1913-cü ildə dünyaya göz açmış və 2001-ci ilin eyni günündə - martın 22-də dünyasını dəyişmişdir. O, Atatürkün Sabiha Gökçen adı ilə tanınmış mənəvi qızı idi. Onun atası Bursa vilayətinin baş katibi Mustafa Hafiz İzzət bəy, anası isə Xeyriyyə xanım idi. Sabiha özü də Bursada dünyaya gəlmişdi. Valideynlərini hələ balaca ikən itirmiş və böyük qardaşının himayəsi altında böyüyüb boya-başa çatmışdır. 1925-ci ildə 12 yaşının olmasına baxmayaraq, Bursanı ziyarət etməyə gələrək Hünkar adlı köşkdə qonaq qalan Atatürklə əlaqə yaradaraq təhsil almaq istəyini ona çatdırmağı bacarmışdır. Atatürk Sabihanın qardaşının icazəsi ilə onu öz himayəsinə götürmüş və özü ilə birlikdə Ankaraya gətirmişdi.
Səbihə Sultan
Ruqiyə Səbihə Sultan və ya Səbihə Osmanoğlu (19 mart 1894, Konstantinopol və ya Osmanlı imperiyası – 26 avqust 1971) — son Osmanlı sultanı Sultan Vahidəddinin qızı. == Həyatı == Səbihə Sultan 2 aprel 1894-cü ildə atasına məxsus Vahidəddin köşkündə dünyaya gəldi. Atası Sultan Əbdülməcidin oğlu Vahidəddin Əfəndi, anası isə onun ilk xanımı Əminə Nazikəda Qadınəfəndidir. Uşaq yaşlarında mükəmməl saray tərbiyəsi alan Səbihə Sultan bacısı Ülviyyə Sultanla birlikdə babasının xidmətçilərindən Mihrifələk xanımın oğlu Rəfiq bəy nəzarətində saray təhsilini tamamlamışdır. Ənənəvi Osmanlı tərbiyəsiylə yanaşı, Mile Voçino adlı bir italyan musiqiçidən piano dərsləri də almışdır. 1 fevral 1916-cı ildə İzzəddin Əfəndinin müəmmalı şəkildə vəfatının ardından, atası Vahidəddin Əfəndi taxt varisi elan olundu. Bu səbəblə vəliəhdin qızı olaraq Səbihə Sultanın evləndirilməsi müzakirə edildi. Onun üçün seçilən namizədlər arasında Rauf Orbay, Əhməd Muxtar Paşanın qardaşı oğlu Mehmed Əli Paşa və bir çox başqa ordu mənsubu da vardı. Üstəlik, sonuncu Qacar şahı Əhməd şah Qacar və o illərdə ordu daxilində yüksəlməyə başlayan Mustafa Kamal Paşa da Səbihə Sultan üçün əmisi Sultan Rəşada elçi düşmüşdü. Ancaq Səbihə Sultan o illərdə vəliəhd Əbdülməcid Əfəndinin oğlu Fərrux Əfəndiylə eşq yaşayırdı və bu səbəblə bu təkliflərin hamısını geri çevirdi.
Səbihə Sərtəl
Səbihə Dərviş Sərtəl (1895, Saloniki, Osmanlı imperiyası – 2 sentyabr 1968, Bakı, SSRİ) türk jurnalist və yazar. Jurnalistikanı peşə olaraq qəbul etmiş ilk türk qadın yazardır. Türkiyədə feminizmin qabaqcıllarından biri sayılır. Sol düşüncəli yazar həmçinin türk mətbuat tarixində önəmli bir isim olan Mehmet Zəkəriyyə Sərtəlin həyat yoldaşıdır. == Həyatı == 1895-ci ildə Salonikidə doğulub. Orta məkəbi Saloniki İnas Liseyində və bir Fransız məktəbində tamamlayıb. 16 yaşından etibarən qadın hüququları və sosial məsələlərlə bağlı esselər yazmağa başlamışdır. Salonikin yunan işgalına uğraması nəticəsində 1912-ci ildə ailəsi ilə İstanbula köçdü. 1915-ci ildə jurnalist Mehmet Zəkəriyyə (Sərtəl) Bəy ilə evləndi. Şahzadəbaşında Sübhi Paşa İqamətgahında təşkil edilən nikahda Səbihə xanımın vəkilliyini Tələt Paşa, Mehmet Zəkəriyyə Bəyin vəkilliyini isə Tevfik Rüştü Bəy etdi..
Sənihə Sultan
Sənihə Sultan (12 noyabr 1851, Konstantinopol – 15 sentyabr 1931, Nitsa) — 31-ci Osmanlı sultanı Əbdülməcidin qızı, ilk türk sosioloqlarından Mehmed Səbahəddinin anasıdır. == Həyatı == 1852-ci ildə dünyaya gəlmişdir. Atası Sultan Əbdülməcid, anası Nalandil xanımdır. 1861-ci ildə atasının vəfatı ilə Osmanlı taxtına əmisi Sultan Əbdüləziz çıxdı. Əmisinin 1876-cı ildə taxtdan endirilərək öldürülməsinin ardından taxta böyük qardaşlarından V Murad, onun 93 günlük səltənətinin ardından digər qardaşı II Əbdülhəmid taxta çıxdı. Qardaşının səltənəti dönəmində 4 dekabr 1876-cı ildə Xəlil Rüfət Paşanın oğlu Mahmud Cəlaləddin Paşayla evləndirildi. Bu evlilikdən Mehmed Səbahəddin və Əhməd Lütfullah adında iki oğlu dünyaya gəldi. II Əbdülhəmid bacısı Rəfiyə Sultanın gənc yaşda vəfat etməsilə ona aid olan Çamlıca sarayını Sənihə Sultana təsis etdi. Sənihə Sultan uzun müddət ailəsilə birlikdə bu sarayda yaşadı. 1895-ci ildə sarayın aşağı hissəsində övladları üçün məktəb tikdirdi.
Əbu Səəlbə
Əbu Səəlbə (ərəb. أبو ثعلبة‎) — Məhəmmədin səhabələrindən biri və sünni müsəlmanlar arasında ən məşhur hədis mənbəyi olan Səhihi-Buxaridə nəql edilən hədis ravisi.
Səbihə Bozcalı
Xədicə Səbihə Bozcalı (türk. Sabiha Bozcalı; 1904, Konstantinopol – 1998, Türkiyə) — Türk rəssam və illüstratoru. O, öncə Münxen və Berlində, sonra isə Sanayi-i Nefise məktəbində rəssamlıq təhsili alıb. O, həmçinin sənaye istehsalını rəsmlərində önə çıxaran ilk qadın rəssam kimi də tanınır. Onun illüstrasiyaları dövrünün qəzetlərində dərc olunurdu. Rəşad Sevinçsoy və Nezih İzmiroğulları kimi illüstratorlarla yanaşı, Rəşad Əkrəm Qoçunun müəllifi olduğu İstanbul Ensiklopediyasının da illüstratorlarındandır. Bozcalı 11 cildlik İstanbul Ensiklopediyası üçün cəmi 901 illüstrasiya işləyib. O, Türkiyənin ilk qadın illüstratorudur. == Həyatı == Səbihə Bozcalı, Daxili İşlər naziri vəzifəsində çalışmış Faiq təxəllüsü ilə tanınan Memduh Paşanın sənətkar qızı Handan xanım və Bozcaadalı Həsən Hüsnü Paşanın oğlu admiral Rüştü Paşanın qızıdır. Bozcalı rəssamlıq təhsilinə 5 yaşında olarkən rəssam və muzey direktoru Əli Sami Boyardan dərs alaraq başlayıb.
Səth
Səth — həndəsənin əsas anlayışlarından biri. Bu anlayış cismin sərhədi və ya hərəkət edən xəttin izi kimi sadə təsəvvürlərin riyazi mücərrədləşməsidir. Səthin sadə hissəsi üçölçülü fəzanın elə D {\displaystyle D} çoxluğudur ki, o, E 2 {\displaystyle E^{2}} kvadratı ilə homeomorfdur. D {\displaystyle D} və E 2 {\displaystyle E^{2}} çoxluqları arasında homeomorfluq <center x = x ( u , v ) , y = y ( u , v ) , z = z ( u , v ) {\displaystyle x=x(u,v),y=y(u,v),z=z(u,v)} funksiyaları ilə verilir. Burada u , v {\displaystyle u,v} E 2 {\displaystyle E^{2}} kvadratının daxili nöqtələrinin koordinatları, x , y , z {\displaystyle x,y,z} isə ( u , v ) {\displaystyle (u,v)} -yə uyğun nöqtənin koordinatlarıdır. u {\displaystyle u} və v {\displaystyle v} ədədlərini D {\displaystyle D} çoxluğunda əyrixətli koordinatlar adlandırırlar. Səthin sadə hissəsi ilə müqayisədə düzgün səth daha ümumi anlayışdır. Düzgün səth fəzanın elə nöqtələri çoxluğudur ki, bu çoxluqda hər bir nöqtənin kiçik ətrafı səthin sadə hissəsi olsun. Bu tərif üçölçülü fəzada ikiölçülü həndəsi obrazların tərifi ilə eynidir. Bu tərifi də, məsələn, kənarı olan səth ödəmir.
Peter Şelte
Peter Şelte - Dəniz qazma platformalarının daşınması üçün nəzərdə tutulan dünyanın ən iri yük gəmisi. Cənubi Koreyadan ilk səfərinə çıxan gəminin dekabr ayında Rotterdama çatacağı bildirilir. == Haqqında == Eni 124 metrə və uzunluğu 382 metrə çatan gəmi İsveçrənin sualtı kəmərlərin tikintisi ilə məşğul olan Allseas firmasına məxsusdur. Cənubi Koreyanın Daewoo Heavy Industries kompaniyası tərəfindən tikilən Peter Şelte 3 milyard dollara başa gəlib və 48 min ton yükgötürmə qabiliyyətinə malikdir. == Digər sifariş == Allseas kompaniyası artıq eni 160 metr və uzunluğu 400 metr olan daha bir gəmi hazırlatmaq niyyətində olduğunu bəyan edib. 77 min ton yükgötürmə qabiliyyətinə malik bu gəminin 2020-ci ildə istifadəyə verilməsi planlaşdırılır.
Səltə (Çaypara)
Səltə (fars. سالطه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Çaypara şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə yaşayış yoxdur.
Yer səthi
Coğrafi təbəqə və ya Yer səthi — Yerin tam və kəsilməz üst quruluşu. Onun tərkib hissələri torpaq, troposfer, stratosfer, hidrosfer və biosferdir. Onlar bir-biri ilə sıx əlaqədədir və onlar arasında daima enerji və maddələr mübadiləsi gedir. == Ədəbiyyat == Броунов П. И. Курс физической географии, СПб., 1917. Григорьев А. А. Опыт аналитической характеристики состава и строения физико-географической оболочки земного шара, Л.—М., 1937. Григорьев А. А. Закономерности строения и развития географической среды, М., 1966.
Yuyulma səthi
Yuyulma səthi (rus. поверхность размыва, ing. surface of wash-out, surface of erosion) — müxtəlif süxurların yuyulmuş, nahamar səthi. Y.s. cavan çöküntülər toplanana qədər daha qədim süxurların denudasiya prosesləri və ya su axınları ilə yuyulması /dağılması/ sayəsində yaranır. Çöküntü toplanma prosesində fasilə olmasını sübut edir.
Səthi cazibə
Səthi cazibə (və ya qeyri-səmimi cazibə) — insanın həqiqətən inandığı və ya etmək istədiyi şeydən çox, başqaları tərəfindən yaxşı qarşılandığı üçün bir şey söyləmək və ya etmək sosial hərəkətinə aiddir. Buna bəzən "insanlara eşitmək istədiklərini söyləmək" deyilir. Səthi cazibə ümumiyyətlə həvəsləndirmək və ya inandırmaq üçün təsirli bir yoldur və təəssürat/özünü təqdimetmə nəzarətinin çoxsaylı elementlərindən biridir. Açıq-aşkar gizli niyyətlərlə müşayiət olunan yaltaqlıq və cazibədarlıq cəmiyyətdə ümumiyyətlə qiymətləndirilmir və insanların çoxu özlərini səmimi tərifləri səthi olanlardan ayırmağa çalışırlar, lakin tədqiqatçılar hətta zahirən manipulyasiya cazibəsinin də təsirli ola biləcəyini efektiv olduğunu deyirlər. İfadə edilən münasibətlər mənfi və ya rəddedici olsa da, gizli münasibətlər çox vaxt müsbət təsir göstərir. Cazibədarlığın və yaltaqlığın effektivliyi adətən adamın özünü yaxşı hiss etmək təbii istəyindən irəli gəlir. == Zərəri == Səthi cazibə dağıdıcı ola bilər. Həddindən artıq sosial zəka ustası olmaqla və digər insanların sosial siqnallarını sonsuz olaraq qəbul edərək özünə hörməti qurban verə bilər. == Müsbət nəticələri == Zahirən cazibədar olmaq bacarığı tez-tez teatr, ticarət, siyasət və diplomatiya kimi sahələrdə uğur qazandırır. Səthi cazibədarlar daha xoş təzahürləri ilə müxtəlif müsbət nəticələr yarada bilirlər, onların danışıq bacarıqları xoşa gəlmək qabiliyyətinə görə ictimai yerlərdə yüngül əyləncə təmin edir.
Səbihə Rüfət Gürayman
Səbihə Rüfət (Ecəbilgə) Gürayman (türk. Sabiha Rıfat (Ecebilge) Gürayman; 1910, Bitola, Osmanlı imperiyası – 4 yanvar 2003, İzmir) — Türk inşaat mühəndisi və voleybolçu. Türkiyənin ilk qadın inşaat mühəndislərindən biri və Fənərbaxça İdman Klubuun ilk qadın voleybolçusu olub. Ölkənin müxtəlif yerlərində bir çox məktəb, dövlət idarələri və rəsmi binaların tikintisində çalışan Səbihə xanım Anıtkabirin tikintisində nəzarət rəisi vəzifəsində çalışıb. == Həyatı == Səbinə Gürayman1910-cu ildə Bitolada anadan olub. Onun atası kapitan Rüfət bəy Hərəkət Ordusu ilə İstanbula gələn zabitlərdən biri idi. İstanbula gəldikdən sonra ailəsini Monastırdən gətirərək Üsküdarda məskunlaşıb. Ailə Türkiyə İstiqlaliyyət müharibəsi zamanı əvvəlcə Bigada, sonra isə işğal altında olan İstanbulda yaşayıb. Səbihə xanım ilk təhsilini Beşiktaş Əsma Sultan İbtidai məktəbində alıb. 1925-ci ildə Nişantaşı Qız Orta məktəbini bitirib, daha sonra İstanbul Qız Liseyində oxuyub.
Səthi-aktiv maddələr
Səthi-aktiv maddələr(SAM) – xalq təsərrüfatının bir çox sahələrində müxtəlif məqsədlər üçün istifadə olunan maddələrdir. Qısaldılmış formada SAM-lar adlanır. SAM-lar yuyucu vasitələr, köpük və emulsiya stabilləşdiricisi, flotoreagentlər, hidrofoblaşdırıcılar, antistatiklər, korroziya inhibitorları və sair kimi işlədilir. == Səthi-aktiv maddələrin təyinatları == SAM-ların müxtəlif təyinatlı olması, onlardan geniş miqyasda istifadə etməyə imkan verir. Məsələn, istehsal olunan anion, qeyri-ionogen, kation və amfolit səthi-aktiv maddələrin miqdarı ildə milyon tonlarladır. == Səthi-aktiv maddələrdən istifadə tarixi == Neft sənayesində SAM-ların istehsalına təxminən 60-70 il bundan əvvəl başlanmışdır. 1939-cu ildə dünya miqyasında cəmi 14 min ton, 1960-cı ildə 1386 min ton, 1982-ci ildə isə 6500 min ton SAM istehsal olunmuşdur. Sonrakı illərdə istehsal olunan SAM-ların miqdarı daha çox artmışdır. SAM-ların bir hissəsi yuyucu xassəyə malikdir. Köməkçi komponentlər və doldurucularla (soda, fosfatlar, natrium sulfat və s.) əsas aktiv maddələrin yuyuculuq təsiri gücləndirilir.
Səth axımı
Səth axımı- özünün iki genetik mənşəyinin, qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan hissəsinin cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Ərazinin yüksəkliyindən asılı olaraq səth axımının kəmiyyəti dəyişir. == Azərbaycanda səth axımı == Respublikamızda əsas ziyanvurucu daşqınlar Böyük Qafqazın cənub və Zəngəzur dağ silsiləsinin cənub-qərb yamaclarında müşahidə olunur. Ümumi axımda olduğu kimi səth axımının paylanmasında da şaquli zonallıq mövcuddur. Səth axımının sutoplayıcıların orta yüksəkliyindən asılılı 13 əyri ilə xaraketrizə olunur ki, onlardan 6-sı Kiçik Qafqaz, 4-ü Böyük Qafqaz və 3-ü Lənkəran təbii vilayəti çaylarına aiddir. Bir qayda olaraq, səth axımının kəmiyyəti ərazinin yüksəkliyindən asılı olaraq artır. Ən böyük səth axımı Böyük Qafqazın cənub yamacının qərb hissəsində müşahidə edilir ki, bu da 850 mm təşkil edir. Yüksəklik azaldıqca səth axımı hər 1000 mdə 240 mm, hər 500 m-də isə 50 mm-ə çatır. Büyök Qafqazın şimal-şərq yamacında səth axımının ən böyük kəmiyyəti 370 mm-dir ki, bu da 2000–3000 m yüksəkliyə aiddir.
Səth morenləri
Səth parlaqlığı
Səth parlaqlığı və ya Obyektin görünən səthi parlaqlığı — obyektdən onun vahid səthinə düşən hissəsindən fəza bucağı vahidində gələn işıq selidir. Səth parlaqlığı obyektə qədər məsafədən asılı deyil.
Səth suları
Səth suları – Yer səthi ilə suyun axması; == Ümumi məlumat == Çay yatağı və yamac Səth sularına bölünür. Səth suları özünün iki genetik mənşəyinin – qar və yağış sularının torpaq örtüyünə hopa bilməyən və onun səthi ilə axan suların cəmindən ibarətdir. Bu sular dağlıq ərazilərdə daşqınlar, sellər yaradaraq xalq təsərrüfatına böyük ziyan vurur. Əsas ziyanvurucu daşqınlar (sellər) Böyük Qafqazın cənub yamacında müşahidə olunur.