Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aktiv shutter 3D sistemi
Aktiv shutter 3D sistemi — bu gün 3D Xpand da adlandırılan 3D texnologiyasıdır. Bu, ən yüksək keyfiyyətli 3D təsvir texnikasıdır, çünki rəng və detal itkisi yoxdur. Lakin, ekranı müntəzəm olaraq yeniləmək zərurəti ilə əlaqədar olaraq, bahalı texnologiya və elektron komponentləri olan eynək tələb edir. == İşləmə prinsipi == Active Shutterdə, Polarizasiyalı 3D texnikasında olduğu kimi, iki kamera ilə çəkilişlər həyata keçirilir, lakin şəkillər üst-üstə qoyulmur, bir-birinin ardınca yayımlanırlar. Yəni əvvəlcə sağ kameranın çəkdiyi görüntü, sonra isə sol kameranın çəkdiyi görüntü çox sürətlə ekrana proyeksiya edilir. Xpand eynəklərinin ortasında uzaqdan idarəetmə sensoru mövcuddur. İdarəetmə pultlarında olduğu kimi, ekrandan bu sensora gələn ayrıca siqnal hazırda hansı kameranın şəklinin ekranda əks olunduğunu göstərir. Sağ kameranın şəkli eynəkdəki elektronikaya gəlirsə, eynəyin sol hissəsini qaraldır və həmin görüntünü yalnız sağ gözünüzün qəbul etməsinə şərait yaradır. Solda da eyni məntiqlə sağ şüşə qaraldılır.
Matthaus Seutter
Georq Matthaus Seutter (1678-1757)—Almaniya coğrafiyaşünası. == Həyatı == Məşhur alman coğrafiyaşünası Georg Matthäus Seutter (1647-1756) öz xəritəsində bütün cənubi Qafqazı Azərbaycan və Şirvanın tərkibində göstərmişdir. Bu xəritədə Ermənistan ümumiyyətlə yoxdur, onun ərazisi Azərbaycanın tərkibində göstərilir.
Hunter × Hunter
Ovçu × Ovçu (OVÇU × OVÇU kimi stilizə, "ovçu-ovçu" kimi də tələffüz edilir) — Yoşihiro Toqaşi tərəfindən yazıb illustrasiya edilən manqa serialı. 2006-cı ildən tez-tez uzunmüddətli fasilələrə gedilməsinə baxmayaraq Şueişanın şonen jurnalı olan Weekly Shōnen Jumpda 1998-dən bəri çap olunmaqdadır. 2022-nin noyabrı etibarilə 37 tankobon buraxılışında toplanmışdır. Əsas hekayə Qon Fırikısı adında onu gənc yaşda tərk edən atasının, əslində, dünya şöhrətli, nadir və yaxud tanımlanmamış heyvan növlərinin yerini təsbit etmək, xəzinə ovlamaq, kəşf edilməmiş anklavları araşdırmaq yaxud qeyri-qanuni fərdləri yaxalamaq kimi fantastik axtarışlarda ixtisaslaşmış lisenziyalı professional — bir ovçu olduğunu öyrənən gənc bir oğlana fokuslanır. Qon bir ovçu olmaq məqsədilə yola çıxır və ən sonda öz atasını tapır. Yol boyunca Qon digər bir sıra ovçularla da tanış olur və paranormal olaylarla rastlaşır. Manqa serialı 1999-cu ildən 2001-ci ilədək Fuci Televiziyasında yayımlanan Kazuhiro Furuhaşinin rejissorluq etdiyi və Nippon Animation tərəfindən istehsal olunmuş 62 bölümlük bir anime serialına köçürülmüşdür. Daha sonra isə ayrı-ayrılıqda cəmi 30 bölümlük 3 ədəd OVA Nippon Animation tərəfindən istehsal olunmuş və 2002–2004-cü illərdə Yaponiyada yayımlanmışdır. İkinci bir anime serialı isə 2013-də buraxılmış 2 animə edilmiş teatr filmi ilə birlikdə Madhouse tərəfindən yaradılıb Nippon Televiziyasında 2011-ci ilin oktyabrından 2014-cü ilin sentyabrına qədər cəmi 148 bölüm olaraq yayımlanmışdır. Habelə bu manqa serialını əsas alan bir sıra audioalbomlar, videooyunlar, müzikllar və dahası da mövcuddur.
Flutter
Flutter — Google tərəfindən yaradılmış açıq mənbəli UI proqram təminatı tərtibat dəsti (SDK). Hər hansısa bir veb brauzer, Fuchsia, Android, iOS, Linux, macOS və Windows üçün vahid kod bazasında kross platforma proqramlar hazırlamaq üçün istifadə olunur. İlk dəfə 2015-ci ildə bəhs edilən Flutter 2017-ci ilin mayında yayımlandı. Flutter-in ilk versiyası "Sky" kimi tanınırdı və Android əməliyyat sistemində işləyirdi. O 2015-ci ildə Dart tərtibatçılarının zirvə toplantısında, saniyədə 120 kadr sürətlə (FPS) render edə bilmək funksiyası ilə təqdim edildi. 2018-ci ilin sentyabrında Şanxayda keçirilən Google Developer Day-in əsas çıxışı zamanı Google, Flutter 1.0-dan əvvəlki son əsas buraxılış olan Flutter Release Preview 2-ni elan etdi. 4 dekabr 2018-ci ildə Flutter 1.0 Flutter Live tədbirində təqdim edildi və bu freymvorkun ilk stabil versiyası oldu. 11 dekabr 2019-cu ildə Flutter 1.12 Flutter Interactive tədbirində yayımlandı.6 may 2020-ci ildə Dart proqram təminatının inkişaf etdirilməsi dəsti (SDK) 2.8 və Flutter 1.17.0 yayımlandı, bu da iOS cihazlarında performansı təxminən 50% yaxşılaşdıran Metal API dəstəyi, həmçinin yeni Material vidcetləri və şəbəkə izləmə tərtibat alətləri əlavə etdi. 3 mart 2021-ci ildə Google onlayn Flutter Engage tədbiri zamanı Flutter 2-ni təqdim etdi. Bu böyük yeniləmə yeni Canvas Kit renderi və veb əsaslı vidcetlər, Windows, macOS və Linux üçün erkən giriş masaüstü proqram dəstəyi və təkmilləşdirilmiş Add-to-App API ilə veb-əsaslı proqramlar üçün rəsmi dəstək gətirdi.
Mutter
Mutter (azərb. Ana‎) — Rammstein qruppunun üçüncü albomudur.
Hunter × Hunter personajlarının siyahısı
Yoşihiro Toqaşi tərəfindən yaradılan Hunter × Hunter manqa serialında çox sayda personaj mövcuddur. Olaylar Ovçular adlandırılan lisenziyalı mütəxəssislərin xəzinə ovçuluğundan assassinliyədək geniş bir intervaldakı özəl işləri alaraq dünyanı gəzdikləri uydurma bir əvrəndə baş verir. Hekayə, əsasən, Qon Fırikısı və özü də məşhur bir ovçu olan atası Cinqi tapmaq üçün bir Ovçu oluşuna fokuslanır. Yolda Qon Kirıa Zorıdikkı, Kurapika və Leorio Paradinayt ilə tanışır və dostlaşır. Baxmayaraq obrazların çoxu insandır, onların çoxu Nen — birinin öz həyat enerjisi və yaxud aurasını idarə edə bilmə gücü sayəsinda superinsani güc və (yaxud) supernatural bacarıqlara sahibdirlər. Serialın dünyası həmçinin Kimera Qarışqaları kimi fantastik varlıqları da ehtiva edir. == Baş rollarda == === Qon Fırikısı === Səsləndirən: Rica Matsumoto (1998 film, Japanese), Junko Takeuchi (1999 series, Japanese), Elinor Holt (1999 series, English), Megumi Han (2011 series, Japanese), Erica Mendez (2011 series, English)Qon Fırikısı (ゴン=フリークス, Gon Furīkusu) atletik, sadəlövh və istiqanlı bir oğlandır. Uşaqlığında təbiətdə, xüsusilə meşədə çox vaxt keçirdiyindən heyvanlarla çox yaxşı yola gedə bilir, həmçinin güclü iybilmə və görüş kimi bir sıra superinsan hisslərinə sahibdir. Onu xalası olan Mito böyüdüb, analıq edib. Ovçu olan atasını tapmaq üçün o da ovçu olmağı arzulayır.
Fallout Shelter
Fallout Shelter (azərb. Radioaktiv-yağıntı sığınacağı‎) — "Bethesda Game Studios" və "Behaviour Interactive" tərəfindən hazırlanan və "Bethesda Softworks" tərəfindən nəşr olunan free-to-play simulyasiya videooyunu. "Fallout" videooyun seriyasının bir parçası olaraq dünya səviyyəsində 14 iyun 2015-ci ildə iOS platforması, 13 avqust 2015-ci ildə Android platforması, 14 iyul 2016-cı ildə Microsoft Windows platforması, 7 fevral 2017-ci ildə Xbox One platforması və son olaraq 10 iyun 2018-ci ildə PlayStation 4 və Nintendo Switch platformaları üçün buraxılmışdır. Həmçinin, oyunu "Tesla" avtomobillərində oynamaq mümkündür. "Fallout Shelter" oyunçulara öz sığınacaqlarını (ing. Vault) tikmək və təşkil etmək tapşırığını verir. Buraxılmasından sonra "Fallout Shelter" əsasən müsbət rəylər almışdır. Tənqidçilər oyunun "Fallout" kainatının bir uzadılması olmasını, əsas geympleyini və vizual üslubunu tərifləmişdir. Adi tənqidlər arasında oyunda dərinlik azlığının olması, lazımsız mikroödənişlərdən istifadəsi və sonluq azlığı var idi. Oyun buraxılışının ilk iki həftəsində mikroödənişlərlə 5.1 milyon ABŞ dolları qazanmışdır.
Goodbye (Shelter)
Goodbye (Shelter) (azərb. Əlvida (Sığınacaq)‎) — Serbiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.Sanya Vuçiç "Goodbye (Shelter)" mahnısı ilə Serbiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı İvana Petersin bəstələdiyi mahnının eyni zamanda Iza osmehla adlı serb dilində olan versiyası da mövcuddur.
KamAZ "Shuttle"
KamAZ "Shuttle" (KamAZ "Chelnok") — 2016-cı ildə KamAZ və METAAMİ (abr. Mərkəzi Elmi Tədqiqat Avtomobil və Avtomobil Mühərrikləri İnstitutu) tərəfindən birgə istehsal edilən kiçik elektrikli avtobus. İlk dəfə 2016-cı ildə Moskva Beynəlxalq Avtosalonunda nümayiş edilmişdi. Yandex, yol və nəqliyyatın intensivlik məlumatlarının emalı üçün infrastrukturun qurulması üçün məsuliyyət daşıyırdı və ona görə də avtobusun layihə inkişaf komandası ilə əlaqə saxlamışdır. == İstinadlar == == Xarici keçidlər == Engadget:Russia's search giant is making a self-driving shuttle bus. (ing.) КАМАЗ и НАМИ показали автомобиль под названием «Шатл». (rus.) Видео от редакции журнала «Drive2».
Phytoseius shuteri
Phytoseius shuteri (lat. Phytoseius shuteri) — phytoseiidae fəsiləsinin phytoseius cinsinə aid heyvan növü. == İstinadlar == Phytoseius shuteri Catalogue of Life saytında Mites GSDs: PhytoseiidBase.
Shelter (mahnı)
Shelter (ing. Sığınacaq) — elektronik musiqinin prodüsserləri Madeon və Porter Robinson yaratdığı mahnı. == Klip == 2016-cı ilin oktyabrın 14-də Robinson elan edib ki, bir ildən artıq A-1 Pictures studiyası ilə Shelter üçün klip hazırlayırdı. Video oktyabrın 18-də Crunchyroll əməkdaşlığı ilə Porter Robinsonun YouTube kanalında üzə çıxıb.
Demon Hunter
Demon Hunter — 2000-ci ildə Ryan Klark və Don Klark qardaşları tərəfindən Sietldə yaradılan ABŞ metal musiqi qrupu. == Haqqında == Qardaşların ilk qurduqları qrup "Training for Utopia" qrupu olmuşdur. 1996–2000-ci illərdə fəaliyyət göstərmişdir. "Demon Hunter" də Don Clark daha sonra ailəsi ilə çox vaxt keçirtmək üçün 2009-cu ildə qrupdan ayrıldı. Qrupun üslubu müxtəlifdir, Melodik Metalcore və Alternativ metal tərzin də ifa edir.2002-ci ildə "Solid State" albom şirkəti ilə ilk "Infected", "Through the Black" sinqllərini və "Demon Hunter" albomlarını çıxartdılar, albom 10 trekdən ibarət idi. Qrupun 2010-cu ilə qədər artıq yarım milyon albom diskləri satılmışdır.
Leta Stetter Hollinqvort
Leta Stetter Hollinqvort (25 may 1886 – 27 noyabr 1939) — amerikalı psixoloq. Xüsusilə İntellekt əmsalı və istedadlı uşaqlar üzərində gördüyü işlər ilə tanınan psixoloqdur. İstedadlı uşaqlarla yanaşı, klinik psixologiya, təhsil psixologiyası və qadınların psixologiyası ilə bağlı araşdırmalar aparmışdır. Eyni zamanda qadınlarla bağlı stereotiplərin aşılmasına mühüm töhfələr vermişdir. == Həyatı == L. S. Hollinqvort 1886-cı ildə Nebraska-da anadan olmuşdur. Anasının erkən ölümü və atasının evi tərk etməsi səbəbiylə çətin bir uşaqlıq həyatı olmuşdur. 15 yaşında yerli qəzetlərdədə məqalələr dərc etməyə başladı. 1902-ci ildə orta məktəbi bitirdikdən sonra Nebraska Universitetində ədəbiyyat təhsili aldı. Bu vaxt, psixologiya aspirantı olan Harri Levi Hallinqvor ilə nişanlandı. Nişanlısı doktorluq təhsili almaq üçün Kolumbiya Universitetinə getdi və Ceyms Makkin Kettellin tələbəsi oldu.
Norwegian Air Shuttle
Norwegian (Norwegian Air Shuttle) IAG Group şirkətinin nəznində xidmət göstərən Norveçin milli aviaşirkəti.
Satter qraflığı (Kaliforniya)
Satter (ing. Sutter) — Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatında yerləşən qraflıq. Qraflığın əhalisi 2010-cu il hesablamasına görə 94,737 nəfər olmuşdur. Mərkəzi Yuba-Siti şəhəridir.
Şuştər
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir.2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 94,124 nəfər və 21,511 ailədən ibarət idi.
Ulrix van Hutten
Ulrix van Hutten (Aprel 21, 1488 – avqust 9, 1523) Martin Lüter islahatları tərəfdarı, Alman humanist, mütəfəkkir və şairdir. == Həyatı == Ulrix van Hutten Greifsvald Universitetində İlahiyyat oxuyub. Müqəddəs Roma İmperatorluğunun İmperatorluq Cəngavərlərinin lideri olub. O, öz yazıları ilə Martin Lüterə kömək edib. Rotterdamlı Erasmusla protestantlıq haqqında danışıb. 1519-cu ildə yoluxduğu sifilis xəstəliyi ilə bağlı qeydlər hazırlayıb. Bu xəstəliyə yoluxan ilk insan olaraq hazırladığı qeydlər səbəbilə tibb tarixinə düşüb. Almanca və Latınca yazdığı əsərlər 5 cilddə nəşr olunub. Konrad Ferdinand Meyer tərəfindən 1872-ci ildə yazılan Huttens letzte Tage (Huttenin Son Günləri) adlı şeirləri Huttenin ölümü haqqındadır.
Vampire Hunter D: Bloodlust
Vampire Hunter D: Bloodlust (吸血鬼ハンターD ブラッドラスト, Banpaia Hantā Dī: Buraddorasuto, azərb. Vampir ovçusu D: Qana susama‎) – 2000-ci ildə çəkilmiş tam metrajlı anime. Animenin rejissoru Yoşiaki Kavaciridir. == Personajlar == == Xarici keçidlər == Vampire Hunter D: Bloodlust — Internet Movie Database saytında.
Andrea Şuster
Bill Şuster
Bill Şuster ing. William Shuster (an.ol. 10 yanvar, 1960-cı il) — ABŞ Konqresinin 2001-ci ildən üzvüdür. Respublikaçılar Partiyasının üzvüdür. Keçmiş konqresmen Bud Şusterin oğludur. ABŞ Konqresində Azərbaycan üzrə işçi qrupun həmsədridir. 2012-ci il 20 yanvar tarixində Bill Şuster Azərbaycanda 1990-cı ilin Qanlı Yanvarla bağlı bəyanatla çıxış edib == Mənbə == Vikianbarda Bill Şuster ilə əlaqəli mediafayllar var.
Morqan Şuster
Vilyam Morqan Şuster (ing. William Morgan Shuster; 23 fevral 1877, Vaşinqton – 26 may 1960, Nyu-York, Nyu-York ştatı) — ABŞ iqtisadçısı, İranda Məşrutə hərəkatında iştirak etmiş mülki şəxs. == Həyatı == 1911-ci ilin may ayında Morqan Şuster köməkçiləri ilə İrana gəlir. Rəsmən o, dövlət xəzinəsində baş xəzinədar vəzifəsini tutmalı və maliyyə işi ilə məşğul olmalı idi. 12 iyun 1911-ci ildə İran Milli Məclisi Morqan Şusterin qanun layihəsini təsdiq etdi. Az müddətdən sonra İranın bütün maliyyə işləri Morqan Şusterin nəzarəti altında idi. Həzrəti İmam Rzanın Məşhəd şəhərindəki türbəsi işgalçi Rusiya qoşununun top atəşinə hədəf oldu. Rusların bu cinayeti, Amerikalı Morqan Şuster tərəfindən İran baş xəzinədarlığı özəl jandarma gücünün təşkil edilməsi ardından gerçəkləşdi. Amerikalı birinin İranda belə bir məsuliyyətə gətirtilməsini xoş qarşılamayan Rusiya dövləti İran şahlığına ültimatium verdikdən sonra ordu Məşhəd şəhərində İmam Rza türbəsini topa tutdu.
Səttər Piriyev
Səttdər Fuad oğlu Piriyev (25 oktyabr 1998; Quba rayonu, Azərbaycan — 7 noyabr 2020; Xocavənd rayonu, Azərbaycan) — Azərbaycan Quru Qoşunlarının Leytenantı, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Səttər Piriyev 1998-ci il oktyabrın 25-də Quba rayonunun Zərdabi qəsəbəsində anadan olub. 2004-2012-ci illərdə B. Şıxəmirov adına Zərdabi qəsəbəsi tam orta məktəbində, 2012-2015-ci illərdə isə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. Ali hərbi təhsilini 2015-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) alıb. == Hərbi xidməti == Səttər Piriyev 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmət edirdi. Azərbaycan Ordusunun leytenantı olan Səttər Piriyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Cəbrayılın, Füzulinin, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Xocavənd rayonu istiqamətində gedən döyüşlərdə bölmələrin mühasirədən çıxarılmasın da, həmçinin yaralı hərbçilərin döyüş meydanından təxliyəsində fərqlənib. Səttər Piriyev noyabrın 7-də Hadrutun azad edilməsi zamanı "Qızılqaya" və "Üçtəpə" adlandırılan ərazilər istiqamətində şəhid olub. Quba rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edildi.Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Səttər Piriyev ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şuştər şəhristanı
Şuştər şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şəhristanın inzibati mərkəzi Şuştər şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 182,282 nəfər və 37,656 ailədən ibarət idi.
Şüştər (dəqiqləşdirmə)
Şuştər — İranın Xuzistan ostanının şəhərlərindən biri və Şuştər şəhristanının mərkəzidir. Şuştər şəhristanı — İranın Xuzistan ostanının şəhristanlarından biri. Şüştər — Azərbaycan musiqisində 1) əsas yeddi musiqi ladlarından (məqamlarından) biri, 2) əsas yeddi muğam dəstgahlarından biri.
Şüştər (musiqi)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı. == Etimologiya == Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür: 1. Say adları 2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları. 3. Tarixi şəxsiyyət və ifaçının adı ilə bağlı muğam və şöbə adları.
Şüştər (muğam)
Şüştər – 1) Azərbaycan musiqisində yeddi ladlarından (məqamlarından) biri, 2) əsas Azərbaycan muğam dəstgahlarından biri.Şifahi ənənəli professional Azərbaycan musiqisində “Şüştər” yeddi əsas muğamdan beşincisi hesab edilir. Azərbaycanın görkəmli bəstəkarı Üzeyir Hacıbəyov “Şüştər”in dinləyicidə kədər-qəm hissləri yaratdığını qeyd edirdi. Təbii ki, bu da xalqın ağır, keşməkeşli bir həyat yolu keçməsi ilə bağlıdır. XIX əsrin sonlarında bu muğam dəstgahı Əmiri, Şüştər, Şüştərək, Şüştər, Sarənc, Məsnəvi, Mənəvi, Əfşarı, Heydəri, Osman-Gərayi, Qara kürd, Mani, Keşişoğlu kimi 13 şöbə və guşəni özündə birləşdirirdi. Hazırda geniş yayılmış və xanəndələrimizin repertuarında özünə layiqli yer tutmuş “Ovşarı”, “Heydəri”, “Mani” kimi vokal-instrumental zərbi muğamlar vaxtilə “Şüştər”in daxilində instrumental zərbi muğam kimi çalınırdı. == Etimologiya == Bütün muğam, şöbə və guşə adlarının yaranma tarixi dörd qismə bölünür: 1. Say adları 2. a) yer, məkan adları; b) xalq, tayfa, qəbilə adları. 3. Tarixi şəxsiyyət və ifaçının adı ilə bağlı muğam və şöbə adları.
Osqud-Şlatter xəstəliyi
Osqud-Şlatter xəstəliyi (ing. Osgood-Schlatter) – budun dördbaşlı əzələsinin vətərinin birləşdiyi qamış sümüyünün qabarcığının iltihabı və periostitidir. Daha çox yeniyetmə oğlanlarda fiziki yükdən sonra yaranır.