Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Selgi
Kareliya MSSR-də relyefin tirə formalarının yerli adıdır. Selgi adətən şam meşələri ilə örtülü olur, aralarındakı çökəkliklərdə isə bataqlıq və göllər yerləşir.
Katalin Sili
Katalin Sili (mac. Szili Katalin 13 may 1956) — 2002-2009-cu illərdə Macarıstan Milli Məclisinin sədri. Macarıstanlı siyasətçi Yana Pannoniya adına Peç Universitetini bitirdikdən sonra ekologiya və siyasətlə məşğul olur. 1994-cü ildən hakimiyyətdə təmsil olunur. 1994-1998-ci illərdə Ətraf Mühitin Mühafizəsi və Su Nazirliyinin siyasi katibi işləyir. 2009-cu ildə Katalin Sili Peç merinə namizəd olmaq üçün parlament sədri vəzifəsindən istefa etdir, ancaq seçkilərdə Zsolta Paveyə uduzur. 14 sentyabr 2009-cu ildə Bela Katona parlamentin yeni sədri seçilir. == Siyasi karyerası == Yanus Pannoniya Universitetindən bir dərəcə aldıqdan sonra, insan ekologiyası və politologiya ixtisası üzrə məzun olur. 1994-cü ildən 2014-cü ilə qədər qanunvericilik sahəsində çalışır. 1994-1998-ci illərdə Ekologiya və Su Nazirliyinin siyasi katibi olur.
Harri Qovir Sili
Harri Seeley (ing. Harry Govier Seeley; 18 fevral 1839, London – 8 yanvar 1909, Kensinqton) — Britaniya palentoloqu.
Şulqi
Şulqi (şum. 𒀭𒂄𒄀; v. təq. e.ə. 2045) — təxminən e.ə. 2094–2046-cı illərdə hakimiyyətdə olmuş, üçüncü Ur sülaləsindən Ur çarı, Şumer və Akkad çarı. Əvvəllər onun adı Dunqi kimi oxunurdu, lakin indiki dövrdə bu transkripsiyadan istifadə edilmir. Şulqi Ur-Nammunun oğludur. Ur çarlarının annalları daha sonrakı dövrlərdə, Selevki padşahı II Antioxun hakimiyyəti dövründə bir tələbə tərəfindən köçürülmüş və çox zəif qorunmuş nüsxəsində verilən məlumata görə, Şulqi çar Utuxenqalın qızının oğlu idi.Şulqi hakimiyyətdə olduğu müddətdə dövləti davamlı və ardıcıl olaraq gücləndirmiş və genişləndirmiş, atasının dövründə başlanan tikililərin tikintisini tamamlatdırmışdır. Arxeoloqlar üzərində Ur-Nammunun möhürü olan yerlərdə Şulqinin möhürü olan kərpiclər tapırlar.
Siqi
Siqi (lat. Coregonus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Cizgi filmi
Animasiya, cizgi, animasiya kinosu və ya cizgi filmi – incəsənətin bir növü. Onun əsərləri kağız üzərində və ya kompüterdə çəkilmiş şəkillərin hərəkətə gətirilməsi nəticəsində yaranır. == Haqqında == Kino sənətinin əsas növlərindən biri də animasiya kinosudur. Bu növ uşaqlar üçün nəzərdə tutulmuşdur. Ona multiplikasiya kinosu da deyilir. Animasiya kinosu yeni multiplikasiya filmləri rəsmli, yaxud həcmli obyektləri müəyyən fazalarla hərəkət etdirib onların bu hərəkətini ardıcıl lentə almaqla yaranır. Animasiya kinosunda fantastika, bədii uydurma mühüm yer tutduğuna görə tədqiqatçılar bəzən onu təsviri sənət növlərinə daha yaxın hesab edir və ya kinematoqrafiya texnikasından istifadə edən müstəqil sənət sayılır. Gerçəkliyi əks etdirmənin xüsusi bədii şərtilik forması olan qrafik animasiya fantastik hadisə və əhvalatların təsviri üçün özünə məxsus ifadə vasitələrinə malikdir. Əhvalatı göstərmək cəhətindən qrafik animasiya ilə ayaqlaşa bilməyən həcmli animasiyada personajların təsviri xarakteristikası daha dolğun olur. Elektronikaya və kibernetik maşınların tətbiqinə əsaslanan animasiya filmləri də vardır ki, onlara kompüter animasiyası deyilir.
Kəloğlan (cizgi filmi)
Kəloğlan türk. Keloğlan — TRT ÇOÇUK kanalında yayımlanan cizgi filmi. == Haqqında == Cizgi filmində düzgünlüyün, dürüstlüyün və yaxşılığın simvolu Kəloğlan və dostlarının başına gələn macəralardan bəhs olunur. Cizgi filminin ilk mövsümü "Biri varmış, biri yoxmuş. Kəloğlanın nağılları", 2-ci mövsümü "Kəloğlan", 3-cü mövsümü isə "Kəloğlan otağımda gizləndi" adı ilə yayımlanmışdır. Kəloğlan Mövsüm sayı— 3 Hissə sayı— 107Quruluş Yayım şirkəti— AnimaxYayım Məlumatları Kanal— TRT ÇOCUK Yayım Tarixi—2009-2013 Vəziyyəti— Keçmiş hissələri Televiziyada yayımlanır.
Moana (cizgi filmi)
Moana — "Walt Disney Animation Studios" tərəfindən istehsal olunmuş 2016-cı il musiqili, macəra janrında animasiya filmi. Filmin rejissorları Con Masker və Ron Klements, bəstəkarı isə Mark Mançindi. Əsas qəhrəmanlardan biri olan yarıtanrı Mauini amerikalı kinoaktyor Dueyn Conson səsləndirmişdir. Dünyada premyerası 23 noyabr 2016-cı ildə baş tutmuşdur. Film Sakit okeanın cənub sahillərindəki Matunui adalasında yaşayan Moana adlı qızın həyatından bəhs edir. Moana başçının qızıdır. Onların adasında yaşamaq üçün bütün vasitələr və şərait var. Amma bir gün məlum olur ki, ada sakinlərinin əsas qidası olan balıq və hind qozu (kokos) yoxa çıxmağa başlayıb. Bu zaman Moana mərcanları üzüb keçərək Teffitinin ürəyini qaytarmaq və bu yolla qəbiləni xilas etmək fikrinə düşür. Ona isə ancaq yarıtanrı Maui kömək edə bilər.
Yumrular (cizgi filmi)
Yumrular və ya Gülməcələr (rus. Смешарики) — rus cizgi serialı. Cizgi serial Rusiya Federasiyasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə çəkilir. Serial yumru və gülməli antropomorfik heyvanların macəraları haqqındadır. Serial 3 sezondan və 240 bölümdən ibarətdir. Hər bölüm 6 dəqiqə 30 saniyədən ibarətdir. Bəzi seriyalar iki hissəyə bölünür, "Əcdad effekti" bölümü isə üç hissədən ibarətdir. Əsas seriala "Yumrular: Pin-kod" və "Yumrular: əlifbalar" ("Əlifbalar" serialı bir neçə yerə bölünür "Oxu əlifbası", "Davranış qaydaları əlifbası" və s.) seriallar artırılmışdır.
Arı filmi (cizgi filmi, 2007)
Arı filmi (ing. Bee Movie) — 2007-ci ildə istehsal olunmuş cizgi filmidir. == İstinadlar == == Xarici keçidlər == Arı filmi — Internet Movie Database saytında.
Simpsonlar filmi (cizgi filmi, 2007)
Simpsonlar filmi (ing. The Simpsons Movie) — Simpsonlar cizgi-serialına əsaslanaraq çəkilmiş 2007-ci il ABŞ istehsalı animasiya filmi. Animasiya, serialın rejissorlarından biri olan Devid Silverman tərəfindən ekranlaşdırlıb, səs rollarını Den Kastellaneta, Culiya Kavner, Nensi Kartrayt, Yardli Smit, Henk Azariya, Harri Şirer, Tress Maknill, Pamela Heyden, Albert Bruks, Rassi Teylor və s. ifa edib. == Məzmun == Ailənin başçısı Homer ciddi problemə yol açır. İşlədiyi stansiyanın yaxınlarındakı gölə zərərli maddələr tökür. Buna görə işdən qovulur. Etdiyi hadisəyə görə Sprinqfild sakinləri təhlükə altındadır. Homer etdiyi xətanı düzəltməyə çalışdıqca işlər qarışır.
9 (cizgi filmi, 2009)
9 — 2009-cu ildə istehsal olunmuş ABŞ filmi. == Qısa məzmun == Hadisələr bizimlə paralel mövcud olan başqa bir kainatda baş verir. Əsas qəhrəmanlar postapokaliptik dünyada sağ qalmağa cəhd göstərən kuklalardır. Baş qəhrəman liderlik keyfiyyətləri nümayiş etdirərək hamının sağ qalmasını təmin etməyə çalışan Doqquzdur.
Anastasiya (cizgi filmi, 1997)
Anastasiya (ing. Anastasia) - 1997-ci ildə istehsal olunmuş cizgi filmidir. Cizgi filmi 1956-cı ildə çəkilmiş eyni adlı film əsasında hazırlanmışdır. 1999-cu ildə cizgi filmin "Anastasia: Adventures with Pooka and Bartok" adlı video oyunu çıxmışdır. == Məzmun == Rusiyanın sonuncu imperatoru II Nikolay Romanovun qızı Anastasiya Romanova Rasputinin hücumuna məruz qalır. Amma Anastasiya nənəsi ilə ondan qaça bilir. Qatara tərəf qaçan Anastasiya gözlənilmədən büdrəyərək aşağıya diyirlənir. Bu zaman onun başı yerə bərk dəyir və Anastasiya huşunu itirir. Bu hadisədən sonra 10 il keçir. Anastasiya uşaq evində böyüyür.
Bembi (cizgi filmi, 1942)
Bembi (ing. Bambi) — 1942-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 5-ci cizgi filmi. İlk nümayişi 13 avqust 1942-ci ildə təqdimatı olmuş və 2 milyon dollardan artıq gəlir gətirmişdir. Feliks Saltenin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Edvard Plambdır. 1 mart 2005-ci ildə "Bembi" DVD-də yenidən satışa çıxarılmışdır. 7 fevral 2006-cı ildə Disney studiyası filmin sikvelini — "Bembi 2" cizgi filmini təqdim etmişdir. 1 mart 2011-ci ildə "Bembi" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == Rollarda == Con Sazerlend — Bembi Bobbi Styuart / Donni Danagan / Hardi Olbraĭt — gənc Bembi Paula Uinslou — Ana Bembi / Qırqovul Piter Ben / Sem Edvards — gənc Thumper Tim Devis — Thumper Sterling Hollouey — Gül Stan Aleksandr — gənc Gül Vill Rayt — Dostuna Bayquş Enn Gillis — Felin Kammi Kinq — gənc Felin Fred Shilds — Böyük Şeyx dair meşə Margaret Li — Mrs. Rabbit == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Bembi — Internet Movie Database saytında.
Cəsur (cizgi filmi, 2012)
Cəsur (ing. Brave) — 2012-ci ildə Walt Disney Pictures və Pixar Animation Studios tərəfindən istehsal olunmuş amerikan fantastik animasiya filmi. Bu filmin Mark Andrews, Steve Purcell, Brenda Chapman, Irene Mecchi, Andrews Chapman-ın rejissoru və Purcellin prodüseridir. Filmin vyce aktyorları Kelly Macdonald, Julie Walters, Billy Connolly, Emma Thompson, Kevin McKidd, Craig Ferguson, Robie Coltrane rol alırlar. 25 ildə ilk dəfə olaraq, Pixar sistemini tamamilə yenidən yazdı. Dolby Atmosun lk səsli filmdi. Scots Hielandsr. -da cəryan edən filmdə Merida adlı bir şahzadə yetkinlik yaşına çatarkən qəbiləsinin məcburi evlilik ənənələrinə qarşı çıxdı və evlənmək istəmirdi. Yardım üçün bir cadudan sonra, Merida təsadüfən ailəsini lənətləyir. Cəsur, 10 Sentyabr 2012 tarixində Seattle Beynəlxalq Film Festivalında yayımlanmış, 22 Sentyabr 2012-ci ildə Şimali Amerikada yayımlanır.
Dambo (cizgi filmi, 1941)
Dambo (ing. Dumbo) — 1941-ci ildə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi filmidir, Disney studiyası tərəfindən yaradılmış sayca 4-cü cizgi filmi. İlk nümayişi 23 oktyabr 1941-ci ildə təqdimatı olmuş və 950,000 dollardan artıq gəlir gətirmişdir. Helen Aberson və Harold Pearlin eyniadlı romanının ekranlaşdırılmasıdır. Bəstəkarları Frenk Çörçil və Oliver Uollosdır. 23 oktyabr 2001-ci ildə "Dambo" DVD-də yenidən satışa çıxarılmışdır. 20 sentyabr 2011-ci ildə "Dambo" Blu-ray-də yenidən satışa çıxarılmışdır. == İstinadlar == == Xarici keçidlər == Rəsmi sayt Dambo — Internet Movie Database saytında.
Güzgü (cizgi filmi, 1990)
== Məzmun == Bu multiplikasiya filmi fantasmaqoriyadır, həyat güzgüsündə xeyir və şər qüvvələr qarşı-qarşıya dururlar... Xeyir baş verə biləcək bəlanın qarşısını alır. Təmizlik rəmzi olan xeyir, yəni su, çirkabı yuyub aparır... == Film haqqında == Filmdə Azərbaycan xalq nağıllarının motivlərindən istifadə olunmuşdur. == Filmin heyəti == === Film üzərində işləyənlər === Ssenari müəllifi: Tofiq Mirzəyev (Tofiq Mirzə kimi) Kinorejissor: Elçin Axundov Quruluşçu rəssam: Elçin Axundov, Gülşən Quliyeva Kinooperator: Ramiz Ağayev Bəstəkar: Eldar Mansurov Səs operatoru: Marat İsgəndərov Montaj edən: Nisə Hacıyeva Cizgi rəssamı: Bəhmən Əliyev, Vaqif Məmmədov, Rauf Dadaşov, Gülşən Quliyeva Assistent: Z.Rəhimova, Solmaz Hüseynova, Ziya Xəqani Rəssam: Hüseyn Cavid İsmayılov Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov === Filmi səsləndirən === Həmidə Ömərova (titrlərdə yoxdur) == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Kim Possibl (cizgi filmi)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Kim Possible (cizgi filmi)
Kim Possibl (ing. Kim Possible) — 2002-2007-ci illərdə istehsal olunmuş, Emmi mükafatına layiq görülmüş ABŞ animasiya serialı. Əslində 65 hissə olan seriala tamaşaçıların istəyi ilə daha 22 hissə əlavə olunmuş və epizodların sayı 87-ə çatmışdır. İlk dəfə 7 iyun 2002-ci il tarixində ABŞ-nin Disney Channel kanalında yayımlanmışdır. Serialda ABŞ-nin uydurulmuş Middlton şəhərində yaşayan Kim Possibl adında 13 yaşlı gənc bir qız, ən yaxın dostu Ron Stoppabl və Ueyd Load ilə birgə dünyanı pisliklərdən qurtarmalarından söhbət açılır. "Kim Possibl" sözü "Impossible" sözündən götürülmüşdür. Mənası İngiliscədən "Mümkün olmayan" deməkdir. Yəni Kim Possibl mümkün olmayan tapşırıqları məsuliyyətlə yerinə yetirir. == Yaradılış == "Kim Possibl" animasiyasının prodüserləri olan Bob Şuli və Mark MakKorklun sözlərinə görə, animasiya haqqında informasiya ilk fikirlər, onların liftdə qalması zamanı yaranmışdır. Prodüserlərin fikrincə, bu elə qəhrəman olmalıdır ki, gördüyü işin əvəzində pul almasın.
Koralina (cizgi filmi, 2009)
Koralina (ing. Coraline) — ailəvi cizgi film, Nil Geymanın eyniadlı əsərinin 2009-cu ildə "Laika Entertainment" studiyası tərəfindən ekranizasiya olunmuşdu. Uşaqların cizgi filminə tək baxması məsləhət olunmur. Cizgi film Oskar mükafatına namizəd olub. Koralina 3D formatında çəkilən ilk animasiya filmidir. Amerika Kinematoqrafiya İnstitutu 2009-cu ildə "Koralina"ya "İlin ən yaxşı filmi" adını vermişdir.. Dünya üzrə filmin ümumi gəlirləri 124 mln dollar təşkil etmişdi. == Süjet == Koralina Cons valideynləri ilə Çəhrayı saray adlanan bir köhnə evə köçür. Valideynləri öz işləri ilə çox məşğul olduğundan, Koralina darıxır və özünü hər hansı bir işlə məşğul etmək məqsədilə ev və onun ətrafını tədqiq etməyə başlayır. Beləliklə o cənab Bobinski adlı ekssentrik rus akrobatı və siçovulların baş məşqçisi, məcburi iki təqaüdçü aktrisalar - Miss Spink və Miss Forsibl və ağzıboş oğlan Vaybi ilə tanış olur.
Kral Şir (cizgi filmi)
Kral Şir (ing. The Lion King) — Volt Disney şirkəti tərəfindən 1994-cü ildə yaradılmış, Disney studiyası tərəfindən yaradılmış sayca 32-ci cizgi filmidir. İlk çıxış tarixi 15 iyun 1994-cü ildə baş tutmuşdur. == Məzmun == Simba, kral Mufasa ilə Sarabinin oğlu və padşahlığının varisidir. Mufasa Simbaya bir gün onun Afrika Savannasının kralı olacağını başa salır. Mufasanın qardaşı olan Skar isə taxtın varisi olmaq niyyətindədir. Mufasa, qardaşı Skarın qurduğu xain tələ nəticəsində ölür. Amma Skar bunun səbəbini Simbaya onun günahı olduğunu söyləyir və Simbanı qorxudaraq buradan uzaqlaşdırmağı bacarır. Bu zaman onu üç kaftar təqib etməyə başlayır, lakin heç bir uğur qazanmadan geri dönürlər. Artıq taxtın sahibi Skardır.
Küllücə (cizgi filmi, 1950)
Küllücə — Volt Disney tərəfindən istehsal olunan və əvvəlcə RKO Radio Pictures tərəfindən yayımlanan 1950-ci il Amerika cizgi musiqili fantaziya filmidir. Şarl Perronun nağılına əsaslanan Küllücə, on ikinci Disney cizgi filmidir.
Minyonlar (cizgi filmi, 2015)
Minyonlar — 2015 ABŞ ailə, animasiya filmidir. == Süjet == Minyonlar zamanın əvvəlindən mövcud olan, sarı təkhüceyrəli orqanizmlərdən yalnız tarixin ən pis ağalarına xidmət etmək üçün mövcud olan varlıqlara çevrilən kiçik, sarı canlılardır. , lakin onlar təsadüfən Tirannosaurus, mağara adamı, Firon və Count Drakula da daxil olmaqla, bütün ağalarını öldürürlər. Onlar Rusiyada olarkən Napoleona top atəşi açdıqdan sonra təcrid vəziyyətinə salınır və mağaranın içində yeni həyata başlayırlar, lakin uzun illərdən sonra minionlar kədərlənir və xidmət edəcək bir usta olmadan həvəssiz olurlar. Öz ləyaqətini və məqsəd hissini bərpa etmək üçün Kevin adlı bir minion yeni usta axtarmaq üçün Stüart və Bob adlı iki minionu işə götürür. 1968-ci ildə Nyu-Yorka üç səyahət, gecəni bir univermaqda bitirirlər və təsadüfən Orlando, Florida, Florida ştatındakı bütün bədxahlar və pis adamlar üçün bir konvensiya olan Villain-Con-u reklam edən yaramazlar üçün gizli kommersiya yayımını kəşf edirlər. . Ertəsi gün onlar oğru ailəsi olan Nelsonlar ilə avtostopla gəzməyə nail olurlar. Konqresdə onlar gözlənilmədən onları işə götürən və Londondakı evinə aparan inanılmaz dərəcədə məşhur və populyar nəzarətçi Scarlet Overkill-i görürlər. Qoşulmaq üçün qalan minionlara zəng vururlar. Skarlet İmperator Dövlət Tacını Kraliça II Yelizavetadan oğurlamağı planlaşdırır və Minionları oğurladıqları təqdirdə mükafatlandıracaqlarını, oğurlamadıqları təqdirdə isə onları öldürəcəyini vəd edir.
Mulan (cizgi filmi, 1998)
Mulan (ing. Mulan) - 1998-ci ildə istehsal edilmiş qısametrajlı cizgi filmidir. "Mulan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin 36-cı klassik qısametrajlı cizgi filmidir. Beynəlxalq tənqidçi və tamaşaçılardan böyük nisbətdə bəyənmə yığan cizgi filmi, "Mulan" adlı qəhrəman qızın, mənşəyi Çin əfsanəsindən götürülmüşdür. Orijinal əfsanədə olduğu kimi cizgi filmində ailəsinin qürurunu qurtarmaq məqsədiylə, tanınmış bir döyüş qazisi olan atasının yerinə kişi cildinə girib, Hun ordularına qarşı müvəffəqiyyətlə mübarizə aparan "Hua Mulan" adlı bir gənc qızın hekayəsi göstərilir. Davamı olaraq 2004-cü ildə Mulan 2 cizgi filmi çəkilmişdir. == Məzmun == Hunlar Şan Yunun idarəsi altında Çində hökm sürən Han sülaləsinin varlığına son qoymaq niyyətindədirlər. Onların hücum xəbərini eşidən Çin imperatoru dərhal dövlətdə yaşayan bütün kişi nümayəndələrini orduya qatılma əmrini verir. Fa Mulan adlı gənc qız başqalarından bir çox fərqli cəhətləri ilə seçilir. Çində həmin dövrdə qadınlar ərlərinin tam hakimiyyəti altında yaşamaq məcburiyyətindədirlər.
Pinokkio (cizgi filmi, 1940)
Pinokkio — Volt Disney tərəfindən istehsal olunan və əvvəlcə RKO Radio Pictures tərəfindən yayımlanan 1940-ci il Amerika cizgi musiqili fantaziya filmidir. Karlo Kollodinin nağılına əsaslanan Pinokkio, on ikinci Disney cizgi filmidir.
Ranqo (cizgi filmi, 2011)
Ranqo Qrem Kinqin rejissorluğu və Qor Verbinskinin prodüserliyi ilə 2011-ci ildə Vestern janrında ekranlaşdırılmış Amerika kompüter animasiyası filmidir. Ranqo həmçinin Oskar mükafatı qazanıb.
Sindirella (cizgi filmi, 1950)
Küllücə — Volt Disney tərəfindən istehsal olunan və əvvəlcə RKO Radio Pictures tərəfindən yayımlanan 1950-ci il Amerika cizgi musiqili fantaziya filmidir. Şarl Perronun nağılına əsaslanan Küllücə, on ikinci Disney cizgi filmidir.
Sidqi Abbasov
Abbasov Sidqi Səməndər oğlu (4 may 1969; Basarkeçər rayonu, Qərbi Azərbaycan – 5 yanvar 1994, Füzuli rayonu Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, şəhid.
Sidqi Ruhulla
Sidqi Ruhulla (tam adı: Ruhulla Fətulla oğlu Axundov; 28 mart (9 aprel) 1886, Buzovna, Bakı qəzası – 5 may 1959, Bakı) — Azərbaycan teatr aktyoru və rejissoru, SSRİ xalq artisti (1949). == Həyatı == === Erkən illəri === 1886-cı ilin aprel ayının 9-da Bakı qəzasının Buzovna kəndində müəllim ailəsində anadan olmuşdur. O, ibtidai təhsilini bir kənd müəllimindən almışdır. Atası Molla Fətulla Axundov oğlunun mənəvi inkişafında böyük rol oynamışdır. Elmə, sənətə, poeziyaya böyük həvəsi olan Molla Fətulla qış aylarında Bakıda, yayda isə Buzovna kəndində müəllimliklə məşğul olardı. O, klassik Azərbaycan poeziyasının vurğunu idi. Oxuduğu şerləri oğlu Ruhullaya izah edərdi. Uşaqlıq və gənclik illərini Buzovna kəndində keçirən Ruhullanı atası 1903-cü ildə Bakıda tacir dükanına şagird verdi. O, istəyirdi ki, oğlu ticarətçi olsun. Lakin atasından aldığı bilik onun mənəviyyatını tamam başqa istiqamətdə tərbiyələndirmişdir.
Cahid Sidqi Tarançı
Cahid Sidqi Tarançı (türk. Cahit Sıtkı Tarancı) — Türkiyə şairi.
Məhəmməd Tağı Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim. == Həyatı == Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. == Fəaliyyəti == Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir.
Məhəmmədtağı Səfərəlibəyov-Sidqi
Məhəmməd Tağı Sidqi (tam adı: Səfərov Məhəmməd Tağı Kərbəlayi Səfər oğlu) — Azərbaycan maarifçisi, pedaqoq, şair, publisist, böyük mütəfəkkir, müəllim. == Həyatı == Məhəmməd Tağı Sidqi mədrəsə təhsili almış, klassik şərq poeziyasını və fəlsəfəsini mükəmməl öyrənmişdir. Gəncliyində ticarətlə məşğul olmuş, ailəsini dolandırmaq üçün çayxana açmışdı; çayxana, bir növ, ziyalıların, ədəbiyyat həvəskarlarının toplaşdığı mədəni mərkəz, qiraətxana rolu oynayırdı. Sidqi Ordubadda "Əxtər" (1892, maarifçi ziyalı Hüseyn Sultan Kəngərli ilə birgə), Naxçıvanda isə "Tərbiyə" ("Məktəbi-Tərbiyə", 1894) məktəbi təsis etmiş, xalq müəllimi kimi şöhrət qazanmış, ədəbi-mədəni tədbirlərin və teatr tamaşalarının əsas təşkilatçılarından olmuşdur. == Fəaliyyəti == Elmi-pedaqoji dəyərə malik yeddi dərsliyin ("Nümuneyi-əxlaq", "Töhfeyi-bənat, yainki Qızlara hədiyyə", "Müxtəsər coğrafiya risaləsi" və s.) müəllifidir (əlyazmaları Azərbaycan Mlli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanır). Sidqi müntəzəm surətdə bədii yaradıcılıqla da məşğul olmuşdur. Ordubadda fəaliyyət göstərən "Əncüməni-şüəra" ədəbi məclisinin fəal üzvlərindən idi. Pedaqoji fəaliyyəti ilə bilavasitə bağlı olan ədəbi irsi qəzəllərdən (300-dən çox), "Məsnəviyyati-mənəviyyə" adlı irihəcmli mənzumədən, "Kəbb Nəsir" mənzum hekayətindən, "Heykəli-insanə bir nəzər" ədəbi-fəlsəfı traktatından (1912-ci ildə kitab halında çap edilmişdir), 20-dən çox hekayədən ibarətdir. Sidqi Azərbaycan uşaq nəsrinin ilk yetkin nümunələrini yaratmışdır. "Məktəb hekayələri" kimi tanınan bu əsərlərdə ("Məktəbə davam", "Gözütox uşağın hekayəti", "Yalançı uşaq", "Səxavətli uşaq" və s.) o, özünün maarifçilik ideyalarını, pedaqoji görüşlərini, yüksək mənəvi-əxlaqi keyfiyyətləri bədii şəkildə təbliğ etmişdir.
Məmmədəli Sidqi Səfərov
Məmmədəli Sidqi Səfərov (tam adı: Məmmədəli Məhəmməd Tağı oğlu Səfərov; 1888, Ordubad, Naxçıvan qəzası, İrəvan quberniyası, Rusiya imperiyası – 1956, Sumqayıt, Azərbaycan SSR, SSRİ) — müəllim, yazıçı, jurnalist. "İrşad" qəzetinin əməkdaşı (1906–1908), "Molla Nəsrəddin"in müvəqqəti redaktoru (1910–1911) olmuşdur. == Həyatı == Məmmədəli Sidqi Səfərov 1888-ci ildə Ordubad şəhərində məşhur maarifçi ədib Məhəmməd Tağı Sidqinin ailəsində dünyaya göz açmışdır. Ailə çoxuşaqlı olmuşdur. Ordubadda qısa müddətdə müəllim kimi şöhrətlənən Məhəmməd Tağı Sidqi 1894-cü ildə Naxçıvan şəhərinə dəvət olunmuş, maarifçilik fəaliyyətini burada davam etmişdir. Məmmədəli Sidqinin qeydlərindən öyrənirik ki, atası əvvəlcə Naxçıvana tək gəlmiş, bir il sonra, yəni 1895-ci ildə onu da yanına gətirərək "Məktəbi-tərbiyə"də təhsil almağa qoymuşdur. Ailə isə 1896-cı ildə Naxçıvana köçmüşdür.1894–1900-cü illərdə "Məktəbi-tərbiyə"də ilk təhsilini almış, sonra isə Naxçıvan şəhər rus-müsəlman məktəbində oxumuşdur. Tərcümeyi-halında yazır: "Mən o zaman 6 sinifli şəhər məktəbində rus dilində oxuyurdum. O zaman mənim 16 yaşım hələ tamam olmamışdı. Atamın vəfatından sonra mən hələ iki il o məktəbdə oxumalı idim.
Cəmil Sidqi Zəhavi
Cəmil Sidqi Zəhavi (ərəb. جميل صدقي الزهاوي‎) (18 iyun 1863, Bağdad, Bağdad əyaləti[d] – 24 fevral 1936, Bağdad) — İraq şairi, pedaqoqu, filosofu. O, müasir dövrdə ərəb dünyasının ən böyük şairlərindən biri hesab edilir və qadın hüquqlarının müdafiəçisi kimi tanınır. == Həyatı == Cəmil Sidqi Zəhavi Bağdadda anadan olmuşdur. Atası İraq kürdlərindən idi və Bağdad müftisi vəzifəsində çalışmışdır.Osmanlı hakimiyyəti dövründə Bağdad Təhsil Şurasının üzvü olmuş və burada qadınlar üçün təhsil almaq hüququnu müdafiə etmişdir. O, Bağdaddakı yeganə qəzet olan "əl-Zəvrə"nin redaktoru kimi fəaliyyət göstərmiş, Yəmən və İstanbul Ali Məhkəməsinin üzvü olmuşdur. O, ərəb dünyasının aparıcı yazıçılarından biri idi. Əsərləri Beyrut, Qahirə və Bağdadda böyük qəzet və jurnallarda çap olunmuşdur. Bəhailik təlimlərinin təsiri ilə 1896-cı ildən Misir dövri mətbuatında bəşəriyyəti birləşdirməyə hesablanmış "bütün xalqlar üçün universal" yazısını yaymaq üçün kampaniya aparmışdır.
Sintel (cizgi filmi, 2010)
Sintel - 2010-cu ildə istehsal olunmuş qısametrajlı Niderland animasiyasıdır. Cizgi filmin ditribüteri Niderlandın Blender Foundation adlı təşkilatıdır. == Film haqqında == Bir gün filmin qəhrəmanı olan Skalesin qarşısına yaralı əjdaha balası çıxır,o bu əjdaha balasının götürüb bəsləyir və yarasını sağaldır.Beləliklə bu bədheybət balasına öyrəşən Skales onun adını "Sintel" qoyur. Bir gün çarşıda oynayan Sintel və Skarles quşların səmada ötdüyünü görüb dama çıxırlar,bu zaman daha böyük bədheybət Sinteli caynağına alıb aparır.Əlacsız qalan Skarles onun dalınca getməyə məcbur olur,uzun müddət yol qət edən qarlı aşırımlar keçən Skarlas bir şamanın komasına gəlir və ona başına gələn hadisə barədə məlumat verir.Şaman onun Sinteli tapacağına yol göstərəcəyinə söz verir və ona böyük qılınc verərək yolu tərif edir.Nəhayət təhrif edilən əjdaha mağarasına gələn Skarles əjdahanın qidalandığını görür və ondan bir az aralıda yuvada balaca əjdahanın yatdığını görür və onun Sintel olacağını təxmin edib ona yaxınlaşır,lakin balaca bədheybət çığıraraq qaçır və bunu görən böyük əjdaha Skarlesə hücum edir.Əlindəki qılıncla əjdahanı ölümcül yaralayan qəhrəman qız kənara çəkilir yerə yıxılan əjdaha ona Sintelin gözləri ilə baxır bu baxışlar Skarlesə tanış gəlir və əjdahanın qanadına baxanda onun qanadında yara olduğunu görür və bu yara Sinteli tapandada onun qanadında var idi,bu yaranı Skarles özü sağaltmışdı.Artıq hər şey gec idi Skarlesin öldürdüyü körpəlikdən öz balası kimi sevdiyi,hər qayğısını çəkdiyi Sintel idi. == Film == == Xarici keçidlər == Rəsmi sayt Arxivləşdirilib 2011-02-25 at the Wayback Machine Sintel — Internet Movie Database saytında.
Təbriz Cizgi Filmi Muzeyi
Təbriz Cizgi filmi Muzeyi (fars. موزه کارتون تبریز‎) — Təbriz şəhərində yerləşən muzey. 2002-ci ildən Təbriz şəhərində keçirilən illik karikatura müsabiqəsi bu muzeydə keçirilir.Təbriz Cizgi Filmi Muzeyi İranın ilk və tək cizgi filmi və karikatura muzeyidir. Bu karikatura və cizgi filmi muzeyindən rəsmi olaraq dünyada cəmi 5 ədəd mövcuddur. Bolqarıstanın Qabrovo şəhərində yerləşən Yumor və Satira Evindən sonra dünyada yerləşən ikinci ən geniş muzeydir. Bu muzey dünya karikatura və cizgi filmi muzeyləri rəhbərlərinin illik ikinci toplantılarını ev sahibliyi edir. Bu toplantılara İtaliya, Fransa, Türkiyə, Azərbaycan, Suriya və Belçikadan nümayəndələr qatılır. Muzey 2007-ci ilin mart ayında Təbriz İncəsənət Mərkəzinin qərb hissəsində yaradılmışdır. Mədəniyyət departamentliyinə tabe olsa da, illik müdcəyə malik deyildir. Muzey karikaturaçılarının illik gəlirləri və dövlətin yardımları hesabına öz fəaliyyətini təmin edir.