Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sini çanaqlı tısbağa
Sini çanaqlı tısbağa (Caretta caretta), dənizlərdə yaşar. Yumurtaqoymaq xaricində quruya heç çıxmaz. Kürək tərəfi qırmızı-qəhvəyi alt tərəfi isə ağımtıl açıq sarı rənglidir. Qıçları üzməyə yarayacaq şəkildə kürək forması alıb və xarici kənarlarında ən çox 2 dırnaq var bu da daha çox yeriyici yox üzücü olduğu üçün dür. Oksigeni havadan almasına baxmayaraq uzun müddət sualtında qala bilir. Yumurtalarını gecə qumlularda açdıqları çuxurlara basdırarlar. Bir dəfəyə 100 yumurta qoya bilir (maksimum 162ə qədər təsbit edilmişdir). Balalar 2 aylıq kürt dövründən sonra gecə vaxtı yumurtadan çıxaraq dənizə qaçırlar ki bunun özü ayrı bir mənzərədir. Aralıq dənizi sahilləri üçün endemikdir. Ən əhəmiyyətli yumurta qoyma bölgəsi Adananın Yumurtalıq mahalı və Bələk, Anamur, Kəndsiyəz, Dalyan sahilləridir.
Sinq-Sinq
Sinq-Sinq həbsxanası (ing. Sing Sing Correctional Facility) — ABŞ-nin Nyu-York ştatının Ossininq şəhərində yerləşən ciddi rejimli həbsxana. Nyu-York şəhərindən təxminən 48 km şimalda, Hudzon çayının sahilində yerləşir. Həbsxana Sinq-Sinq kəndinə görə belə adlandırılmışdır, mənasını "Sint Sinks" hindu sözlərindən almışdır, daş üstə daş anlamına gəlir. Təxminən 1700 cinayətkar burada saxlanılır. 1825 kamerası olan tarixi binasının muzeyə çevrilməsi planlaşdırılır. Həbsxana 1825-ci ildə memar Elam Lindsin layihəsi əsasında tikilmişdir. Divarlar yaxınlıqdakı karxanadan çıxarılan mərmərdən hazırlanmışdır. Həbsxana tikildikdən sonra karxana məhbusların əsas islah-əmək düşərgəsinə çevrilmişdir. Elam Linds özü 1828-ci ildə açılışı olan həbsxananın ilk rəisi olmuşdur.
Mini
Mini — 1950-ci illərin sonunda çıxarılmağa başlanan, 60-cı illərin simvolu olaraq görülən bir avtomobil markasıdır. Ən məşhur İngilis istehsalı avtomobildir. 1950-ci illərdən 1999-cu ilə qədər təxminən 40 il kiçik cüzi dəyişikliklərlə eyni model olaraq istehsalda qalmışdır. Geniş diametrli bir anketə görə Ford Model-Tdən sonra ən təsir edici avtomobil modelidir. İndiki vaxtda Mini markası, BMW qrupuna aid bir markadır. 2001-ci ildə, BMW bünyəsində inkişaf etdirilmiş tamamilə yeni 2-ci nəsil bazara təqdim edilmişdir və bu model, retro dizaynı sahəsində günümüzdəki ən müvəffəqiyyətli tətbiqlərdən biri olmuşdur. Ayrıca bu model sanki go-kart hissi verən üstün yol tutuşuyla dünya mətbuatında və istifadəçilər arasında bir çox tərif almışdır. Markanın ən yeni 3-cü nəsil modelləri isə 2006-cı ilin sonlarında dünya mətbuatına tanıdılmışdır. Satışı isə 2007 ili içərisində Avropada başlamışdır.
Sibi
Sibi (Bəluc və urdu سِبی, puşt. سيوۍ) — Pakistanın Bəlucistan əyalətində şəhər.Sibi rayonunun inzibati-mərkəzi.Əhalisi 157 min nəfərdir.Şəhər 7-ci əsrdə yaranıb.18-ci əsrdə Nadir şah Əfşarın buraya səfəri ilə şöhrət qazanıb.
Sind
Sind əyaləti—Pakistanın 4 böyük bölgəsindən biri. Mərkəzi Kəraçi şəhəridir. Hazırda Pakistanın ərazisi olan Sind əyaləti Məhəmməd ümmətinin Hindistanda fəth etdiyi birinci əyaləti idi. Sind hakimi böyük şücaətlə müqavimət göstərib. Amma bir dəfə ona deyirlər ki, işğalçılar öz dualarını birağızdan oxuyur, onlar dua edəndə adama elə gəlir, ibadət edən bircə nəfərdi. Hakimin canını qorxu alır. O başa düşür ki, dünyada təzə bir güc peyda olub, bu, müsəlmanların fəxr etdiyi həmin xalq birliyinin gücüdür. Belə qardaşlıq ideyası insanlara hakim kəsilir. Hindistanda feodal dağınıqlığı 6 əsr (VI–XII əsrlər) davam etdi. VIII əsrin əvvəllərində ərəblər Hindistana hücum etdilər.
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sinif
Sinif (class) – obyekt-yönlü proqramlaşdırmada: bir anlayış çərçivəsində mövcud ola bilən və spesifik xarakterli elementlər qrupunu (obyektləri) təsvir edən ümumiləşdirilmiş kateqoriya. Proqramın siniflər konsepsiyasını insanların gündəlik həyatda, çox zaman şüuraltı istifadə etdikləri müxtəlif növ təsnifatlarla müqayisə etmək olar; örnək olaraq maddi dünyanın strukturunu müəyyən edən məlum “heyvan”, “bitki” və “mineral” kateqoriyalarını göstərmək olar. Proqramın sinifləri kimi bu kateqoriyalar da, onlara daxil olan obyektlərin tiplərini və onların davranış üsullarını müəyyən edir. Obyekt-yönlü proqramlaşdırmada siniflərin təyin olunması, C və Pascal kimi dillərdə tiplərin təyin olunması ilə oxşardır. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Sinir
Sinir (lat. nervus qısa N.; cəmdə nervi; qısa Nn.) sinir liflərinin mərkəzi sinir sistemi xaricində toplanmasından əmələ gəlir. Müəyyən miqdar sinir lifləri bir yerə toplaşaraq sinir dəstələri əmələ gətirir; bunlar xaricdən lat. endoneurium adlanan nazik birləşdirici toxuma qişası ilə örtülü olur. Kiçik sinir dəstələri də bir yerə toplaşıb böyük sinir dəstələri təşkil edir; bunlar da lat. perineurium deyilən birləşdirici toxuma qişası ilə əhatə olunmuşdur. Böyük sinir dəstələri öz növbəsində bir yerə toplaşaraq sinir – lat. nervus, ya sinir kötüyü – lat. truncus nervosus əmələ gətirir. Hər bir sinir xaricdən lat.
Sink
Sink (Zn), köhnə mənbələrdə Ruf və Tutiya adlar ilə tanınırdı – D.İ. Mendeleyevin elementlərin dövri sistemində 30-cu element. Rus dilinə metalın adını Mixail Lomonosov alman dilindəki zink sözündən yaradaraq daxil edib. Metalın almanca adı ehtimal ki, qədim alman tinka – “ağ” sözündəndir. Geniş yayılmış sink preparatı – ZnO (əlkimyaçıların “fəlsəfi yunu”) ağ rənglidir. Digər ehtimala görə almanca adı zinke sözündəndir – “diş, tiyə” (çəngəldə, qrabeldə və s.): sink bərkidikdə dişəbənzər kristallar əmələ gətirir. Alman dilində oxşar sözlər var: zinne – “divarın dişləri”, zahn – diş (ağızda), zant – “diş” (altlıqda). Sinkit (əlavələrə rəng almış sink oksid) kristalları da dişlər əmələ gətirir. Sinkin xeyli geniş yayılmış mineralı sfaleritdir (sink sulfiddir). Digər metallarla müqayisədə çox sayda ərinti quruluşuna malikdir. Avtomobil, elektrik və təchizat sənayələrində istifadə olunan tökmə qəliblərinin istehsalında da sink vardır.
Siqi
Siqi (lat. Coregonus) — heyvanlar aləminin xordalılar tipinin şüaüzgəclilər sinfinin qızılbalıqkimilər dəstəsinin qızılbalıqlar fəsiləsinə aid heyvan cinsi.
Siri
Siri Applenin iOS əməliyyat sistemi üçün nəzərdə tutulmuş bir fərdi ağıllı assistent və naviqasiya proqramıdır. Tətbiq istifadəçilərin suallarını cavab vermək üçün təbii bir dillə yaradılmış interfeysini istifadədi, təkliflər təqdim və bir dizi istəkləri daha reallaşdırmaq üçün web xidmətlərini istifadə. Applenin proqram mövzuseegeferr2tundakı iddiası bu ki: Siri, zamanla istifadəçinin fərdi seçimlərinə uyğunlaşma təmin edər, nəticələrini fərdiləşdirmək və bu performansıyla paralel olaraq yaxındakı restoranları tövsiyə edir və ya birbaşa yol tərifində tapılar.
Çini
Çini və ya Fəğfur (türk. farfur, fağfur, fars. fəğfur, rus. farfor) — su və qaz keçirməyən keramika növu. İlk dəfə Çində yarandığı üçun ölkəmizdə "Çini" adıyla məşhudur. Taxta çubuqla yüngülcə vurulduqda, özunə xarakterik yüksək tonlu aydın bir səs çıxarır. Məhsulun forma və qalınlığından asılı olaraq ton fərqli ola bilər. İngilis dilli ədəbiyyatdakı "çini" terminini ifadə etmək üçun istifadə edilən "porcelain" ( / ˈp ɔ ː r s ə l ɪ n /) termini, tez-tez tibbi və texniki keramika üçün istifadə olunur. Çini kaolin (Al 2 O 3 * 2SiO 2 * 2H 2 O), kvars (SiO 2), feldispat (seriya K [Alsi 3 O 8] — Na [Alsi 3 O 8] — Ca [Al 2 Si 2 O 8 ]) və plastik gil (əsasən kaolin, ionların daxilolmaları ilə — xromoforlar ) qarışdırılaraq bişirilmə yolu ilə əldə edilir. Çini kütləsinin tərkibinə görə yumşaq və sərt olmaqla iki qrupa bölünür.
Dilaltı sinir
Dilaltı sinir —
Dini ekstremizm
Fundamentalizm (ing. fundamentalism; fr. Fondamentalisme) — dini əsaslı əsl qaydalara geri dönmə tələbiylə özünü müəyyən edən və bu qaydalara qatı bir şəkildə bağlı olan digər görüşlərə qarşı toleranssız və dünyəvilik əleyhdarı dini hərəkət və ya dünyagörüşü. Kökdən dinçilik, ümumiyyətlə dini təbiətdəki bir sıra qaydaya bağlı, müasir ictimai və siyasi həyat ilə əlaqədar üzərində uzlaşılmış prinsiplərə qarşı reaksiyası olan inancı ifadə edər. Kökdən dinçilik termini İncilin sözcüyü sözcüyünə oxunub müdafiə olunması, həyata keçirilməsi üçün başladılan protestant hərəkata deyilirdi, zamanla genişlənərək bütün dini hərəkatlardakı ideoloji özə vurğu edən bir xarakterə bürünmüşdür. Dinin təməl prinsiplərinə bağlı, bu prinsiplərə dönməyi müdafiə edən, modernizm və sekülerizm əleyhdarı dini cərəyanları təyin etmək üçün istifadə edilər. Dini mətnləri ümumiyyətlə söz mənalarıyla anlarlar və yeni şərhlərə qarşı çıxarlar. Bu anlayış sıxlıqla radikalizm qarışdırılmışdır. Fundamentalizm sözü, latınca "təməl" mənasını verən "fundamentum" kökündən törəmişdir. Bu anlayış ilk dəfə 1910–1915-ci illər də (XX əsrdə) Amerikada yevangelist protestantlar tərəfindən istifadə edilməyə başlanmışdır.
Dini icma
Dini icma — eyni dinə etiqad edən insanlar birliyi. Bu ifadə dar və geniş mənada istifadə olunur. Özlərinin xüsusi bir dinə etiqad etdiyini müəyyən edən edən insanlar həmin dinin icmasının üzvləri hesab olunurlar. Daha geniş mənada bu termin qruplar şəklində yaşayan və ya həmin dinə yaxın və ya həmin dinə qarışmış başqa dinlərə mənsub olan şəxslərlə yaşayan eyni dinə mənsub olan şəxslərin birliyi kimi başa düşülür. Gündəlik həyatda həmin şəxslər bir yerdə, məsələn, kilsə və ya məscid kimi həmin dinə məxsus məbədlərdə və ya ayrılıqda ibadət edə bilərlər. Nümunə kimi Belfastın Katolik icmasını və ya Fransada Yəhudi icmasını göstərmək olar. Bəzən şəxsin hər hansı icmanın üzvü kimi tanınması üçün onun həmin icma tərəfindən rəsmi olaraq qəbul edilməsi tələb oluna bilər. İsraildə ancaq eyni dini icmaya mənsub olan cütlüklər evlənə bilərlər. Dar mənada dini icma dedikdə dini məqsədlər üçün xüsusi olaraq bir araya gələn eyni dinə mənsub insanlar birliyi başa düşülür, məsələn, monastırda dini andlar kimi formal öhdəliklərin icrasını bura aid etmək olar.
Dini milliyətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini millətçilik
Dini millətçilik — millətçiliyin müəyyən bir dini inanc və ya doğma ilə olan əlaqəsidir. Bu əlaqə iki yerə ayırıla bilər: Din siyasəti Dinin siyasət üzərindəki təsiri Paylaşılan bir din millətin vətəndaşları arasında ortaq bir əlaqə olan birlik duyğusuna əlavə dəyər yükləyir. Dinin digər bir siyasi tərəfi, bəzi hallarda paylaşılan etnik mənsubiyyət, dil və ya kültür kimi milli kimliyi dəstəkləməsidir. Xristian millətçilər xristianlıq qanunlarını keçərək, daxili siyasıtə daha çox diqqət ayırırlar. Birləşmiş Krallıqda Xristian millətçiliyi mühafizəkar olmağa daha meyillidirlər. XX əsrin ilk yarısındakı müharibələr dövründə xüsusi olaraq müxtəlif Avropa ölkələrində siyasi görüşlərin sağ cinahında dini millətçilik və ya din millətçiliyinin (klero-millətçilik və ya kretizm-millətçiliyi) müəyyən radikallaşmış formaları ortaya çıxırdı. Polşada millətçilik hər zaman Katolik kilsəsinə bağlı olmuşdur. Polşa Milli Dirilməsi kimi qruplar, Vielka Polska Katolicka (Böyük Katolik Polşa) kimi şüarlardan istifadə edirlər, cinsi azlıq evliliklərinin və abortun qanuniləşdirilməsinə şiddətlə qarşı çıxırlar. Radio Maryja ilə əlaqəli mühafizəkar dini qruplar, əsasən millətçi və anti-semit mövqelərinə görə günahlandırılırlar. Şərqi Ortodoks və milli Ortodoks Kilsələrinə ortaq olaraq bağlılıq ilə xarakterizə olunan dini millətçilik, bir çox Şərqi Avropa ölkəsində və Rusiya Federasiyasında var.
Dini plüralizm
Dini plüralizm — (ing. Religious Pluralism) — Dinlərarası münasibətlərin müəyyənləşdirilməsində əsas fəlsəfi yanaşmalardan biri. Dini plüralizm qısa formada, müxtəlif din və məzhəbləri təsdiqləmək və onların hamısının həqiqəti olmasına hökm etmək mənasındadır. Dini pluralizm, dinlərin haqq olması barəsində olan suala verilən bir cavabdır. Bəşər həyatının müxtəlif sahələrindəki və çoxluğu və müxtəlifliyi təbliğ edən və eyni zamanda onların hamısını eyni vaxtda təsdiq edən cərəyan "Plüralizm" adlanır. Plüralizm latın dilində plüralist sözündən götürülmüş və çoxlu mənasını ifadə edir. Plüralizmin din sahəsindəki cərəyanı və bu cərəyanın digər dini baxışlarla fərqini araşdırmaq bizim əsas məqsədimizdir. Plüralizim çoxluğa meyillilik mənasındadır. (plural- cəm) Bu mövzu müxtəlif sahələrdə o cümlədən, din və əxlaq fəlsəfəsində, hüquq və siyasi və sair … sahələrdə çoxluğa tərəf meyl mənasında olub, müxtəlif istifadələri var və bütün bu mənalar arasında müştərək məna, təkliyə meyillilik və ya münhəsirliyin (Exclusivism) qarşısında çoxluğa meyilliliyin rəsmi tanınması mənasıdır. Amma dini plüralizm (Religious pluralism) bu mənadadır ki, həqiqət və xoşbəxtlik tək bir dində cəm olmayıb, bəlkə də bütün ilahi dinlərdə bu həqiqət var.
Etrusk dini
Etrusk mifologiyası Etrusk əfsanəsinə görə, əvvəllər köçəri yaşamla keçinən etrusklar bir gecə ulduzdan qopan işığın yerə düşdüyünü görürlər. Zərbə ilə yerə dəyən işıq parçalanıb kiçik gümüş güzgülərə çevrilir. Etrusklar həmin yeri qazırlar, oradan uşaq görkəmində, lakin saçı ağarmış möcüzəli bir adam çıxır. Taq (Taqes)adlanan və gələcəkdən xəbər verən bu müdrik etrusklaraçox şey öyrədir.İtalyada ilk sikkələrin basılması da əvəzolunmaz görücü Taqın məsləhəti ilə gerçəkləşir. Taq çıxan yerdə etrusklar Tarkvini adlı şəhəri salınır.Dini və siyasi mərkəzə çevrilən bu şəhər Roma yaranandan sonra ona tabe olur. Tarixdən bəllidir ki, dəmir çağının başlandığı dövrdə bir çox xalqlarda mifik qəhrəmanlar sırasından peyğəmbər obrazı yaratma meyli artmışdı. Bu çağda etrusk kahinləri də Taq adlı birindən tanrı elçisi kimi danışırlırdı. Etrusk dünya görüşündə dini baxışlar ilə sosial qurumların arasında bir uyğunluq vardı. Toplumun müstəqil qəbul edə bilən səlahiyyətli vahid hökmdarı olmadığı kimi, etrusk panteonları sistemində də baş tanrı Tin yalnız böyük tanrılar şurasına başçılıq edir, vacib məsələlərin həllini tapmaqda yardımcı olurdu. Tinin mahiyəti romalıların Yupier tanrısında təcəssüm edirdi.
Gizli sinir
Qamış siniri (lat. nervus saphenus → safin - ərəb sözü olub "gizli" mənasını verir ) bud nahiyəsinə aid sinir. Başlanğıcını bud sinirindən (L3, L4) götürür.
Hakim sinif
Hakim sinif və ya iqtidar sinfi, hakimiyyəti və idarəçiliyi əlində saxlayan və cəmiyyətin gedişatını istiqamətləndirən sosial sinfi nümayiş etdirən termindir. Marksist terminologiyaya görə, bu təbəqə burjuaziya adlanır və o, dövlət aparatından və onun hüquq-mühafizə orqanlarından istifadə etməklə digər məzlum siniflərə, xüsusən də fəhlə sinfinə təzyiq göstərir. Sosioloq C. Rayt Millsə görə, hakim təbəqə elitadan fərqlidir. Millsə görə, elita siyasi gücə malik kiçik qrupdur. Bu sinfə siyasətçilər, siyasi rəhbərlər və hərbi liderlər daxildir. Lakin hakim sinif sərvət, yaxud da zor gücündən birbaşa istifadəyə əsaslanır və təhsildən tutmuş hökumət siyasətinə qədər geniş spektri əhatə edir.
Hull Siti
Hull Siti — İngiltərədə futbol klubu. Klub 1904-cü ildə qurulmuşdur. Klub tarixində yaddaqalan ən böyük uğuru FA Kubokunun yarım finalına yüksəlməsi olmuşdur (1930).
Dini satanizm
Teistik satanizm (ing. Theistic Satanism), ənənəvi satanizm (ing. Traditional Satanism) və ya dini satanizm (ing. spiritual Satanism) — şeytanı (satana) obyektiv olaraq sitayiş ediləcək bir mövcud fövqəltəbii varlıq və ya qüvvə hesab edən dini inanclar üçün istifadə edilən ümumiləşdirici termin, satanizmin növü. Bu ümumiləşdirici termin çərçivəsindəki fərdi inanc sistemləri bir-birləri ilə başdansovma əlaqəli olan və ya müstəqil qruplar tərəfindən tətbiq edilir. Teistik satanizmin başqa bir səciyyəvi xüsusiyyəti seremonial sehrdən istifadədir. Teistik satanizmin insanların tətbiq etdiyi dini inanc kimi tarixi qeyri-müəyyəndir, ancaq tarix boyu xeyli insan şeytana sitayiş etməklə təqsirkar bilinmişdir. 1560–1630-cu illərdə kulminasiya nöqtəsinə çatmış cadugər məhkəmələrini, xüsusilə də Salem cadugər məhkəmələrini buna nümunə göstərmək olar. Əsl teistik satanist dinlərin əksəriyyəti olduqca yeni modellərdə və ideologiyalarda mövcuddurlar. Onların çoxu İbrahimi dinlərdən müstəqil olduqlarını iddia edirlər.
Dini simvollar
Dini simvollar Bəhai dinində ən çox yayılmış simvol- doqquzkünclü ulduzdur (doqquz - müqəddəs rəqəmdir), Ən Böyük Ad simvolu və «Üzükdə simvoldur» (Ringstone symbol). Buddizmin simvolu — Dharmaçakra və ya qanun təkəridir. Təkərin mərkəzi kiçik dairədir, qəlb işığı yayan işıqlı dərketmə nöqtəsini göstərir. Onun proyeksiyasında in-yan — qadın və kişi başlanğıcı vardır, səkkiz mil budda təlimin səkkiz başlanğıc mənasını əks etdirir: düzgün görüntü, düzgün dərketmə, düzgün nitq, düzgün davranış, düzgün həyat tərzi, düzgün səy, düzgün anlayış, düzgün diqqət etmə (şüurun daxili aləminə diqqətin yönəlməsi).
Dini turizm
Dini turizm (inanc turizmi və ya mənəvi turizm) - dini hökmləri yerinə yetirmək, dini abidələri ziyarət etmək və ya dinlərin müxtəlif dövr tarixlərini öyrənmək məqsədiylə edilən səyahətlərdir. Analoji olaraq mənəvi turizm mənəvi məqsədlərlə edilən səyahətləri əhatə edir. Bu, dini turizm ola bilər, amma bəzən daha geniş mənalar da daşıya bilər. Həcc əsasən uzun məsafədə dini, yaxud mənəvi motivli səyahətdir. Antik dövrlərdən bəri bir çox dinlərdə müxtəlif cür yerinə yetirilir. Dünyada ən böyük həclərdən biri müsəlmanları Məkkəyə etdikləri həcc ziyarəti hesab olunur.
Şinci
Şinci — ad.
Şınıx
Şınıx (Gədəbəy) — Azərbaycan Respublikasının Gədəbəy rayonunda kənd. Şınıx bələdiyyəsi — Azərbaycan Respublikasının Gədəbəy rayonunda bələdiyyə. Şınıx (Borçalı) — Tiflis quberniyasının Borçalı qəzasında, indiki Allahverdi (Tumanyan) rayonunda kənd.
Sımsıkı Sıkı Sıkı
Sımsıkı Sıkı Sıkı — Kənan Doğulunun albomu.