Məcməyi— dairəvi formalı dayaz mis qab.
Alt hissəsi tamamilə naxışsız olan Məcməyinin ağız hissəsinin kənarları yarımdairəvi kəsmələrlə, içərisi isə zərif həndəsi, nəbati, buta və s. naxışlarla bəzədilir.Əsasən plov, xingal və s. xörəkləri süfrəyə gətirmək üçün istifadə olunur. Azərbaycanda hazırlanmış nəfis məcməyilər xaricdə də şöhrət qazanmışdır. Yaxın Şərq, Zaqafqaziya xalqları arasında da geniş yayılmışdır.
Azərbaycan Sovet Ensiklopediyası
Mis sənət işləri.
Значение слова в других словарях
MƏCMƏYİ
is. [ər.] Mis və ya başqa metaldan
düzəldilmiş dairəvi yastı iri qab, iri
sini. Mis məcməyi. Naxışlı məcməyi