Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sindirk
Sindirk — İranın Hörmüzgan ostanının Minab şəhristanının Sindirk bəxşində şəhər və bu bəxşin mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,284 nəfər və 277 ailədən ibarət idi.
Sinonim
Sinonimlər (yun. synonimon. "eyni cür adlandırma") — linqvistikada Sinonimlər müxtəlif cür tələffüz olunur və yazılır, ancaq eyni və ya oxşar mənaları olur. Sinonimlər nitq qabiliyyətini zənginləşdirməyə yarayır. Sinonimlər arasında oxşarlıq olsa da, sinonimlər öz fikriifadə zənginliyi, müəyyən stillə bağlılığı və işlədilmə dərəcəsinə görə fərqlənirlər. Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur.Məsələn: Hündür - uzun, Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır. Fonetik cildinə, səslənməsinə və eləcə də yazılışına görə fərqli, mənaca yaxın olan sözlərə sinonimlər deyilir. Sinonimlər eyni məfhumu ifadə edir, lakin siqnifikatına görə qismən fərqli məna çalarlığına malik olur. Eyni məfhumu ifadə etdiyinə görə, sinonimlər ümümiləşdirici mənaya malikdir.
Snovik
Snovik — Sloveniyanın Yuxarı Karniola regionunun Karmik bələdiyyəsinin Tuhinj vadisində yerləşən yaşayış məntəqəsi. Yeni yaradılmış Snovik spa mərkəzi Snovikin yaxınlığında yerləşir. Ərazidəki hovuzların termal sularından müalicə məqsədi üçün istifadə olunur. Spa mərkəzi bundan əlavə bir sıra sağlamlıq proqramları, istirahət fəaliyyətləri və qalmaq üçün otaqlar təklif edir.
Sidik
Sidik — böyrəklərdən ürinasiya prosesi ilə ifraz olunan, ümumiyyətlə steril vəziyyətdə, bədənin yan məhsulu olan bir mayedir. Turş mənşəli olan bu maye, məhlullarında saxlayan məməli canlıların bədənlərindəki suyun məzmunundakı mineral, qeyri-üzvi və digər maddələrin tarazlığını təmin etmək məqsədilə sidik torbasından çölə əksəriyyətlə cinsi orqanlarda mövcud mexanizmlər köməyiylə atılır. Sidik meydana gəlməsi, bədəndə mineral və digər maddələrin tarazlığının təmin edilməsində təsirlidir. Bədəndə olması lazım olandan çox olan və ya bədənə zərərli olan maddələr sidik yolu ilə çölə atılır. Sidik, içində ərimiş ya da dayandırılması vəziyyətində olan bir çox maddəni uzaqlaşdırar. Eyni zamanda sidik (alınan qidaya bağlı olaraq) 5.0 - 8.0 pH dəyərləri arasındadır.
Sindi
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Sinod
Ruhanilər məclisi və ya Sinod – xristianlıqda dini və ya inzibati mübahisələri həll etmək üçün çağırılan iclas. Qədim yunan dilində “yığıncaq”, “iclas”, “toplantı”, “komitə”, “komissiya”, “assambleya” mənalarını verən sinodos (σύνοδος) sözündən yaranmışdır. Latın dilinə keçmiş olan versiyası isə concilium terminidir.
Sinonim (taksonomiya)
Bioloji taksonomiyada eyni takson iki və daha çox ada malikdirsə, belə adlar sinonim adlanır.
Sinoptik meteorologiya
Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor — atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur. Sinoptik meteorologiya – proqnoz məqsədilə atmosfer proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin dəyişməsinin səbəblərini öyrənir.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. Meteorologiyanın bölməsi olub hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
Sidik kanalı
Sidik kanalı (lat. urethra) — insan və onurğalıların sidik sisteminin boruvari orqanı, sidik kisəsini xarici mühitlə birləşdirir. Hər iki cinsdən olan fərdlərdə sidik ifrazı — orqanizmin əsasən suda həll olunan tullantı məhsullarının sidik kisəsindən xaricə sidiklə xaric edilməsi, kişilərdə də boşalma üçün xarici mühitə (sidik ifrazı prosesindən kənar) sperma ifraz edilməsinə xidmət edir. Kişilərdə uretranın böyük hissəsi kişi cinsiyyət orqanının içindən keçir və kanalın xarici açılışı penis başının yuxarı hissəsində asanlıqla aşkar edilir, qadınlarda isə uretranın yolu kiçik çanaq boşluğunun arxasında gizlənir: pubis və vaginanın qarşısında, xarici açılış isə klitorun arxasında və vagina girişinin qarşısında vagina vestibülünün kiçik cinsi dodaqları ilə yan tərəfdən məhdud olan selikli qişanın qıvrımlarındadır.
Sidik qaçırma
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. Enurez nədir?
Sidik saxlamamazlıq
Sidik qaçırma (və ya Sidik tutmamazlıq, və ya Sidik saxlamamazlıq, və ya enurez) - bilincsiz sidik axması. Gərginlik (stress) sidik qaçırması - fiziki gərginlik, öskürmə və asqırma zamanı meydana gələn qeyri-iradi sidik qaçırması. Dolma (çağırış) tipli - təcili sidiyə getmə tələbatı zamanı sidiyi saxlamama. Daşma tipli - sidik kisəsinin tam boşaldıla bilməməsi nəticəsində damcılama tərzində davamlı sidik qaçırması Qarışıq tipli - gərginlik və çağırış tipli sidik qaçırmanın qarışığı: sidiyə getmə çağırışı və fiziki gərginlik, öskürmə, asqırma sonucu meydana gəlir. Funksional növ - neyro-uroloji səbəblər xaricində yaranan sidik qaçırması (məs., delirium, psixiki pozuntular, sidik infeksiyası, azhərəkətlilik və s.) Xəstəliyin diaqnostikasında əsas üsullar sorğulama, fiziki müayinə, sidik analizidir. Bəzi xəstələrdə əlavə müayinə metodlarına ehtiyac ola bilər: Sidik gündəliyi (günlüyü) Pambıqlı bez sınağı Öskürək sınağı İşəyəndən sonra qalıq sidiyin ölçülməsi Sistoskopiya Urodinamik sınaqlar Müalicə növləri nasazlığı yaradan səbəblərdən asılıdır: gərginlik tipli sidik qaçırması - çanaq diafraqmasının əzələlərini gücləndirən fizioterapiya, sidik qaçırmaya qarşı cihazlar, cərrahiyə dolma tipli sidik qaçırması - pəhriz, davranış dəyişiklikləri, çanaq əzələlərinin gücləndirilməsi, dərmanlar və/və ya cərrahi müdaxilə qarışıq tipli sidik qaçırması - çanaq əzələlərinin məşqi, antixolinergik dərmanlar, cərrahiyə daşma tipli sidik qaçırması - kateter funksional tipli sidik qaçırması - əsas xəstəliyin müalicəsi. Enurez nədir?
Sindi Krouford
Sindi Krouford (20 fevral 1966[…]) ([ˈsɪndi ˈæn ˈkrɔfɚd]) — Məşhur amerikalı supermodel, aktrisa və teleaparıcı. Sindi Krouford 20 fevral 1966 -cı ildə ABŞ-də, İlinoys ştatında anadan olub. Atası elektrik, anası tibb bacısı idi.
Sindi Mun
İpək (ing. Silk) və ya əsl adı ilə Sindi Mun (ing. Cindy Moon) – Marvel Comics tərəfindən nəşr olunan komikslərdə peyda olan uydurma personaj. Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) peyda olmuşdur. Koreyalı-amerikalı mənşəyə malik olan İpək Hörümçək-adam personajlarından biridir. İpək bir neçə video oyunda və filmdə görünmüşdür. "Hörümçək-adam: Evə qayıdış" filmində Sindi Mun rolunu Tiffani Espensen canlandırmışdır. "Qisasçılar: Sonsuzluq savaşı" filmində isə çox qısa səhnədə görünmüşdür. Sony 22 iyun 2018-ci ildə "İpək" filmi üzərində işlədiklərini bildirmişdir. İpək Den Slott və Umberto Ramos tərəfindən yaradılmış, ilk dəfə "The Amazing Spider-Man" komiksinin 1-ci sayında (aprel 2014) üzsüz şəkildə kameo etmişdir.
Sindi Ninos
Sindi Ninos (d. 27 mart 1972) — Yunanıstanı təmsil edən skeletonçu. Sindi Ninos, Yunanıstanı 2002-ci ildə baş tutan XIX Qış Olimpiya Oyunlarında təmsil edib. Sindi Ninos, 2002-ci ildə Yunanıstan yığmasının heyətində Birləşmiş Ştatların Solt Leyk Siti şəhərində baş tutan XIX Qış Olimpiya Oyunlarına qatıldı. Sindi Ninos, 1-ci gedişdə 54.54 saniyə, 2-ci gedişdə isə 54.74 saniyə nəticə göstərdi və yarışları 13 idmançı sırasında sonuncu, 13-cü yerdə başa vurdu.
Sidik kisəsi
Sidiklik və ya qədim türkcə Qovuq (lat. vesica urinaria; yun. cystis) sidik-ifrazat sisteminə aid üzv. Sidik üçün bir anbar funksiyasl daşıyır və özü də kişik çanaqda, kişilərdə qasıq birləşməsi ilə düz bağırsaq arasında və qadınlarda qasıq birləşməsinin arxasında, uşaqlıq və uşaqlıq yolunun önündə yerləşmişdir. Sidikliyin yuxarı doğru baxan zirvəsi — lat. apex vesicae (vertex vesicae BNA), aşağı tərəfə çevrilmiş dibi — lat. fundus vesicae və ortada cismi — lat. corpus vesicae vardır. Sidikliyin iki ın və dal səthi iki sağ və sol kənarları vardır. Ön səthi qasıq birləşməsinə və dal səthi kişilərdə düz bağırsağa, qadınlarda isə uşaqlıq və uşaqlıq yoluna baxır.
Sindi (Estoniya)
Sindi (est. Sindi) — Estoniyada şəhər, Pyarnunun sputnik hesab edilir. DYS-dən 21 km. məsafədədir. Sindi ətrafında arxeoloji qazıntılar nəticəsində (1965), mezolit dövrünə aid Pulli yaşayış məntəqəsi aşkar olunmuşdu. Bu Estoniya ərazisində aşkar edilmiş ən qədim yaşayış məntəqələrindəndir. Hipoteza əsasında məlum olmuşdur ki, Pulli Kund mədəniyyətinə aiddir. Sindi öz adını 1565-ci ildə, ətrafda malikanəsi olan Klaus Zindt adlı şəxsin adından götürülüb. 1601-ci ildən şəhər Suria, 1638-ci ildən isə Zintenhof adlanırdı.
Azərbaycanın sinoptik-iqlim rayonlaşdırılması
Kişi sidik kanalı
Kişi sidik kanalı (lat. urethra masculine) — kişi orqanizmində sidiyi və toxumu xaric etmək funksiyası yerinə yetirən orqan. Kişi sidik kanalının uzunluğu 16–22 sm, diametri 0.5–0.7 sm-dir. Onun daxili dəliyi sidiklikdən (sidik kisəsi) başlayır və qeyri-iradi büzücü əzələyə malikdir. Penisin başı üzərindəki xarici dəliklə xaricə açılır. Kişi sidik kanalı topoqrafik cəhətdən 3 hissəyə ayrılır: prostat hissə — 2–3 sm zarlı hissə — 1–1.5 sm süngəri hissə — 14–16 sm Kişi sidik kanalının prostat hissəsi prostat vəzinin kütləsindən keçir, genişdir və onun arxa divarında sidik kanalı darağı vardır. Darağın ən hündür hissəsi toxum təpəciyi adlanır. Toxum təpəciyi üzərində olan dəliklərdən toxumtullayıcı axacaq və prostat vəzin axacaqları sidik kanalına açılır. Toxum təpəciyinin yuxarısında prostat (kişi) uşaqlığı (kisəciyi) yerləşir. Kişi sidik kanalının zarlı hissəsi (aralıqdan keçən hissəsi) şaquli istiqamətdə prostat hissənin ardını təşkil edib penis soğanağına kimi davam edir.
Sidik-cinsiyyət aparatı
Sidik-cinsiyyət aparatı (lat. apparatus urogenitalis) — daxili üzvlərin təşkil elədikləri üç aparatdan biri olub, orqanizmin sidik və cinsiyyət üzvlərindən təşkil olunur. Sidik üzvləri cinsiyyət üzvləri ilə birlikdə təsvir edilir, çünki bunlar anatomik genez cəhətcə bir-biri ilə sıxı rabitədədir. Sidik üzvlərinin vəzifəsi bədəndən suyun və duzların artığını və maddələr mübadiləsindən sonra hasil olan azotlu maddələri sidik (lat. urina) halında xaric etməkdir. Sidik və cinsiyyət üzvlərinin anatomik rabitəsi onların ifrağ etdikləri maddələrin ümumi axacaq vasitəsilə xaricə çıxmasından ibarətdir. Bu rabitə ədaha əsasən kişilərə xasdır. Sidik üzvlərinin əsas hissəsini bel nahiyəsində yerləşmiş bir cüt böyrək (lat. renes) təşkil edir. Böyrəklərdə ifrağ olunan sidik sidik axarları (lat.
Qadın sidik kanalı
Qadın sidik kanalı (lat. urethra feminina) — qadın orqanizmində sidiyi xaric etmək funksiyası yerinə yetirən sadə quruluşa malik borulu orqan. Qadın sidik kanalının uzunluğu 2.5–4 sm, diametri 8–12 mm-dir. Qadın sidik kanalının daxili dəliyi (lat. ostium urethrae internum) sidiklikdən başlayır, xarici dəliyi (lat. ostium urethrae externum) uşaqlıq yolu dəhlizinə açılır. Sidik kanalının selikli və əzələ qişaları vardır. Kanalın selikli qişasında boylama büküşlər və vəzilər yerləşir. Onun arxa divarındakı boylama büküş daraq şəklindədir və sidik kanalı darağı (lat. crista urethralis) adlanır.
Süni sidik kisəsi
Süni sidik kisəsi — süni sidiklik orqanı. Sidik kisəsinin funksiyasını dəyişdirmək üçün iki əsas üsul — sidik axınının yönləndirilməsi və sidik kisəsinin rezervuarının dəyişdirilməsi. 30 yanvar 1999-cu ildə alimlər laboratoriyada yetişdirilən sidik kisəsinin itlərə uğurla köçürüldüyünü elan etdilər. Bu süni sidik kisələri təxminən bir il itlərdə yaxşı işlədi. 2000-ci ildə insan süni sidik kisəsinin yaradılması üçün yeni prosedur işlənib hazırlanmışdır. Bu prosedur ortotopik neoplazma proseduru adlanır. Bu prosedur xəstənin nazik bağırsağının bir hissəsinin (adətən 35-40 düym) yeni sidik kisəsinin formalaşdırılmasını nəzərdə tutur; lakin bağırsaq toxumasından hazırlanmış bu kisələrin yan təsirləri var idi. 2006-cı ildə "The Lancet"-də biomühəndislik kisələrinin eksperimental transplantasiyasına dair ilk nəşr çıxdı. Tədqiqat, uzunmüddətli təsirləri müəyyən etmək üçün əməliyyatdan sonra 5 il ərzində izlənilən 4-19 yaşa qədər onurğa bifidası olan 7 nəfəri əhatə etdi. Sidik kisələri professor Entoni Atalanın rəhbərlik etdiyi Ueyk Forest Universitetinin Tibb Məktəbindən və Boston Uşaq Xəstəxanasından bioloqlar qrupu tərəfindən hazırlanmış və sınaqdan keçirilmişdir.
Mayk Şinoda
Mayk Şinoda (yap. 篠田 賢治; 11 fevral 1977) – repçi, Linkin Park qrubunun vokalisti. Həm də Fort Minorun tək üzvü və yaradıcısı. Aktyor, müğənni və prodüser. Linkin Parkın bütün albomlarının prodüserliyini etmişdir. Kiçik yaşlarından repə və Hip-hopa daha çox marağı var idi. Məktəbi bitirdikdən sonra sinif yoldaşı Brad ilə qrup qurmağı qərara alırlar. Daha sonra Robu qruba daxiı edirlər. Daha sonra da Co və Deyvid qruba daxil olur. Beləliklə Maykın uşaqlıq xəyalı gerçək olur.
Şindi dağı
Şindi dağı — Qızılkilsə və Şindilər kəndləri ilə ehatələnmiəş hündürlüyü dəniz səviyəsindən 1857 metrə çatan Borçalıda yerləşən dağdır.
Qətl sındı
Sinan ibn Ənəs Nəxai (ərəb. سنان بن أنس‎; VII əsr, Kufə – 686, Kufə) — Kərbəla döyüşünün iştirakçısı. Bəzi mənbələrə görə, o, Kərbəla döyüşündə İmam Hüseynin başını kəsmişdir. Azərbaycanda Aşura günü zamanı tətbiq olunan "qətl sındı" ritualı əslində "qatil Sinan" deməkdir. Atasının adı Əbu Əmr, babası Ənəsdir. O, babasının adı ilə tanınırdı. Sinan Kufədə anadan olmuşdu. Onun doğum tarixi məlum deyil. İbn Əbi Hədid İbn Hilal Səqəfiyə istinadən qeyd etmişdir ki, İmam Əlinin xilafəti dövründə Sinan uşaq yaşlarında idi və Əli onun "Allahın rəsulunun oğlunu" öldürəcəyini proqnozlaşdırmışdı. Bəzi tarix kitablarına görə Sinan "dəlicəsinə vuruşan döyüşçü" və şair idi.
Gəncə-Qazax rayonu (sinoptik-iqlim rayonlaşdırılması)
Sıddık Sami Onar
Sıddık Sami Onar (türk. Sıddık Sami Onar 1898, Konstantinopol – 9 avqust 1972, İstanbul) — Türkiyə hüquqşünası, inzibati hüquq üzrə mütəxəssis. Müasir Türkiyə inzibati hüququnun qurucusu, İstanbul Universitetinin ilk seçilən rektoru və universitetdə ilk inzibati muxtariyyətin müdafiəçilərindən biri idi. 1946–1963-cü illərdə İstanbul Universitetinin rektoru və müxtəlif vaxtlarda hüquq fakültəsinin dekanı vəzifəsini daşımışdır. Sıddık Sami Onar 11 noyabr 1897-ci ildə İstanbulda Melepker və Abdulla Saminin ailəsində anadan olmuşdur. İlk təhsilini istnbulda almışdır. Sonradan Vefa liseyində təhsilinə davam etmişdir. Onar İstanbul Universitetinin hüquq fakültəsini bitirmişdir. Bir müddət sonra Paris Unuversitetində Hüquq Fakültəsindən məzun olmuşdur. Sıddık Sami Onar 1925-ci ildən İstanbul Ticarət Məhkəməsində hakim vəzifəsini icra etməyə başlamışdır.