SİNONİMİYA
SİNOPTİKA
OBASTAN VİKİ
Sinoptik meteorologiya
== Meteorologiya == Meteorologiya elmi atmosferi, onun quruluşunu, xüsusiyyələrini və onda baş verən fiziki proseslərin mahiyyətini öyrənir. Bu ad iki yunan sözünün birləşməsindən: meteor — atmosfer hadisəsi, yaxud səma hadisəsi və logiya-elm sözlərindən yaranmışdır. Meteorologiya geofizika elmlərinə aiddir. Atmosferdə baş verən proseslərin öyrənilməsinin əsas mahiyyəti ondan ibarətdir ki, bu proseslər üzərində müşahidələr aparılır və alınmış nəticələr sonradan təhlil edilir. Bu zaman fizikada, hidromexanikada, aerodinamikada və termodinamikada qəbul olunmuş ümumi qanunlardan istifadə olunur. == Sinoptik meteorologiya == Sinoptik meteorologiya – proqnoz məqsədilə atmosfer proseslərinin yaranma mexanizmlərini, hava şəraitinin dəyişməsinin səbəblərini öyrənir.
Sinoptik xəritə
Sinoptik xəritə – üzərində rəqəmlər və şərti işarələrlə hava (temperatur, təzyiq, buludluq, küləyin istiqaməti, sürəti və s.) haqqında məlumat verilmiş xəritə. Sinoptik xəritə meteoroloji stansiyalarda müəyyən vaxt ərzində aparılan müşahidələrin məlumatına əsasən gündə bir neçə (2-8) dəfə tərtib edilir. Sinoptik xəritə havanın təhlili və qabaqcadan xəbər verilməsi (proqnozu) üçün əsas materialdır. == Sinoptik meteorologiya == Meteorologiyanın bölməsi olub hava proqnozu üsullarını işləyib hazırlamaq məqsədilə hava şəraiti və onun dəyişkənliyini müəyyən edən atmosfer proseslərini öyrənir.
Sinoptik üsul
Sinoptik üsul dedikdə - sinoptik xəritələrin və di-gər aerosinoptik vasitələrin köməyi ilə atmosfer proseslərinin və hava şəraitinin qarşılıqlı təsir və inkişafının məkana - zamana görə fiziki təhlili üsulu başa düşülür.
Azərbaycanın sinoptik-iqlim rayonlaşdırılması
Gəncə-Qazax rayonu (sinoptik-iqlim rayonlaşdırılması)

Значение слова в других словарях