Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Reality Killed the Video Star
Reality Killed the Video Star, İngilis müğənni və sözyazarı Robbi Vilyamsın səkkizinci studiya albomudur. Robbi Vilyams albomun 9 Noyabr 2009'da satışa təqdim ediləcəyini rəsmi internet saytında eşitdirdi. Və albomdan ilk single Bodies radiolarda nəşr olunduqdan qısa bir müddət sonra albom internet üzərində əvvəldən sifariş açıldı.
Ben Stiller
Bencamin Edvard Mira Stiller (30 noyabr 1965[…], Nyu-York, Nyu-York ştatı) — Amerikalı aktyor, komediyaçı və rejissor. O, komediya ustaları Cerri Stiller və Enn Miranın oğludur. Stiller "Frat Pack" kimi tanınan məşhur komediya aktyorlarından ibarət olan qrupdandır. Stillerin çəkildiyi filmlər Kanada və ABŞ-dən 2,6 milyard dollardan çox gəlir əldə edib, hər filmi orta hesabla 79 milyon dollar gəlir gətirib. Uğurlu karyerası boyunca o, "Emmi", çoxsaylı "MTV Film" mükafatları, "Britanniya" və "Yeniyetmələrin Seçimi" mükafatı da daxil olmaqla çoxsaylı mükafatlara layiq görülmüşdür. == Həyatı == Bencamin Edvard Mira Stiller 30 noyabr 1965-ci ildə Nyu-York şəhərində doğulub. O, şəhərin Yuxarı Qərb tərəfində (ing. Upper West Side) böyüyüb. Onun atası komediyaçı Cerri Stillerin valideynləri Polşa və Qalisiyadan ABŞ-ə köçmüş yəhudilərdir. Stillerin anası Enn Mira İrlandiya katoliklərindədir və onun atası ilə evləndikdən sonra İudazim dinini qəbul etmişdir.
Killer Queen
Queen qrupunun Sheer Heart Attack albomundan olan ən məşhur mahnısı.Mahnı hamını valeh edən fahişə haqqındadır. Maraqlı cəhət orasındadır ki, bu mahnıda Mariya Antuanetta , Xruşyov və Kennedi kimi tarixi şəxslərin adları çəkilir. Qlem-rok stilindədir. Bəzi fərziyyələrə görə narkotik asılılıqda olan Con Lennon bu mahnını dinlədikdən sonra arvadı ilə barışmış və yeni albom üzərində işləməyə başlamışdır.
Sillem adası
Sillem adası (ing. Sillem Island) — Kanada Arktik arxipelaqına daxil olan ada. Adada hazırda yaşayış yoxdur (2012). == Coğrafiya == Sillem adası Baffin Torpağından şimalda yerləşən ada və adacıqlar arasında, sahəsinə görə ikincidir (Baylot adasından sonra). Skott buxtasının daxilində yerləşən adanın şərq sahillərini Qibbs fiordu, qərb sahillərini isə Klark fiordu yuyur. Adanın şimal qutaracağından 6,4 km km şimalda Skott adası yerləşir. Sahilləri qərbdən və şərqdən sürətlə yüksəlir, 600-700 metr yüksəkliyə qalxır. Yüksəkliklər sahil xəttindən yalnız beş yüz metr aralıdan başlayır. Adanın daxili hissəsi isə dağlıq ərazilərdən ibarətdir. Burada maksimal hündürlük dəniz səviyyəsindən 1,660 metrə çatır.
Hazen Spiller evi
Hazen Spiller evi — Massaçusets ştatının Heyverill şəhərində, Qroveland küçəsində yerləşən tarixi evdir. Hazen Spiller evi Riçard Hazen tərəfindən 1724-cü ildə tikilmiş, dövrün kərpic ev modelinin nadir bir nümunəsidir. XX əsrin əvvəllərində Hazen Spiller evində bərpa işləri aparılmışdır. Ev iki mərtəbəlidir. Hazen Spiller evi 1911-ci ildə binaların ilk dövrün xüsusiyyətlərini ətraflı şəkildə qeyd edən Vlliam Taylor tərəfindən qeydə alınmışdır. 1915-ci ildə Teylor evi Nattinq Vollesə satdı. Volles daha sonra evdə bərpa işləri aparmış, bu proses Hazen Spiller evi ilə yanaşı erazidəki digər tikililərə də mənfi təsir göstərmişdir. Ev, Nattinqin sahibi olduğu və müstəmləkə üslubunu yaymaq üçün istifadə etdiyi "Şəkil evləri zənciri" kitabçasında nümayiş olunan seriyadan biri idi. Ev 1990-cı ildə "Tarixi Yerlərin Milli Reyestri"nə verilmişdir.
Skills in Pills
== Skills in Pills == Rammstein qrupunun vokalisti Till Lindeman və Pain qrupunun başçısı Peter Tagtgren ilə birgə 2015-ci ildə yayımladığı solo albom. Albom İndustrial metal tərzindədir.Əslində Till və Peter bu Albomu 1999-cu ildə çıxaracaqlardı amma Tillin vaxtının olmaması ucbatından albom işi təxirə salınır.Yalnız 2015-ci ilin başlarında Till İsveçdə olarkən albomun ilk təməlləri atılır. Albom "Lindemann" adı ilə yayımlanacaqdı. Albomda bütün mahnı sözləri və vokallar Till Lindemanna aiddir. Digər alətlər isə (Elektro gitar, Bass gitar,Org,Zərb alətləri, geri vokal) Peter Tagtgren tərəfindən çalınmışdır. Albomun mahnılarının əsasının bəstəkarı Till Lindemanndır .Albomda sadəcə 2 mahnıya klip çəkilmişdir, bunlar: "Praise abort" və "Fish on" təkliləridir.
Təbii killer hüceyrələri
Təbii killer hüceyrələri (ing. Natural killer cells (NK cells)) — B- və T- hüceyrələri ilə ümumi mənşəyə malikdirlər və limfositlərin üçüncü populyasiyasını əmələ gətirirlər. B- və T- limfositlərindən fərqli olaraq onlar xüsusi antigenbirləşdirən reseptorlar kompleksindən məhrumdurlar. Ona görə də onlara bəzən 0 hüceyrələri də deyilir. Təbii killer hüceyrələrinə orqanizmin bütün toxuma və orqanlarında rast gəlinir. Qan dövranınmdakı limfositlərin 10–15% i onların payına düşür. Ölçülərinə ğörə adi limfositlərdən təxminən 2 dəfə böyükdürlər. Morfoloji quruluşlarına görə də təbii killaer hüceyrələri digər limfositlərdən fərqlənirlər. Onların sitoplazmasının nüvəyə olan nisbəti yüksəkdir və sitoplazmaları azurofil qranullarla zəngindir. Qranullarda ehtiyat şəklində perforin zülalı, apoptozun induksiyasını həyata keçirən qranzimlər(serin esterazaları) və təbii killer hüceyrələrini autolizisdən qoruyan proteoqlikan molekulları toplanırlar.
Killer List of Videogames
"Killer List of Video Games" (qısaca "KLOV") — arkada oyunlarının onlayn ensiklopediyası olan veb-sayt. Məlumat bazasında 1972-ci ildən indiyədək istehsal olunmuş 4,650-dən çox maşın haqqında məlumat var. Hər bir maşın üçün korpusun növü, displey, sistem, prosessor, səs və digər texniki xüsusiyyətlər haqqında ətraflı məlumatlar verilir. İstifadəçilər maşınların fotoşəkillərinə, oyunların ekran görüntülərinə və bəzi başlıqlar üçün hətta üçölçülü modellərə və istifadəçi təlimatlarına daxil ola bilərlər. ABŞ-nin həftəlik "Newsweek" jurnalının rəyçisi "KLOV"u bir dəfə "oyunçular üçün IMDb" adlandırmışdır. == İstinadlar == == Əlavə ədəbiyyat == McLemore G. Killer List of Videogames // Encyclopedia of Video Games, Set: The Culture, Technology, and Art of Gaming. ABC-CLIO. 2012. 347–348. ISBN 9780313379369.
Skiflər
Skiflər — antik dövrdə və orta əsrlərdə həm Şərqi Avropa, həm də Asiya ərazisində yaşayan xalqları adlandırmaq üçün istifadə edilən Qədim yunan mənşəli ekzoetnonim. Qədim yunanlar skiflər yaşayan ölkəni Skifiya adlandırırdılar. (q.yun. Σκυθική, yun. Σκυθία, lat. Scythia). Skiflər haqqında ilkin məlumatlar antik dövr yazarlarının (Herodot və s.) əsərlərindən, eləcə də Dunayın aşağısından Tuvaya qədər olan ərazilərdə aparılmış arxeoloji qazıntılardan əldə edilmişdir. Skif-sarmat dili İran dil qrupunun şərqi-iran yarımqrupuna aid olub. Bəzi tədqiqatçılar skiflərin İran mənşəli olduğunu bildirir. == Skif etnonimi == Bir assur mənbəsində e.ə.
Google Şəkillər
Google Şəkillər - Google tərəfindən şəkil, video paylaşmaq və saxlamaq üçün yaradılan xidmətidir. 2015-ci ildə rəsmi olaraq bəyan edildi və Google+dan ayrıldı. == Xidmət == Google Şəkillər Google tərəfindən hazırlanan şəkil, video paylaşma və saxlama xidmətidir. Yeni Google Şəkillər limitsiz şəkil, video saxlamaq qabiliyyətinə və Android, iOS üçün program və brauzer xidmətlərinə malikdir. İstifadəçilər bulud xidmətinə şəkillərini yükləye və servisə bağlı bütün cihazlarda bu şəkillərə baxa bilərlər. Google Şəkillər analizlər və qruplar halınde görüntüləri rədaktə edir. Programın axtarış pəncərəsindən, istifadəçilər üçün əsas kateqotiyada axtarışlar göstərilmişdir. O kateqoriyalar bunlardır: İnsanlar, Yerlər və Əşyalar. Servis İnsanlar kateqoriyasında bir-birinə bənzəyən üzləri analiz edir və qruplaşdırır. Server Rəhbər kateqoriyasında coğrafi etiketləmə məlumatlarından istifadə edir, amma eyni zamanda vacib yerlər üçün analiz edərək köhnə şəkillərdə yerləri tapa bilər.
Fridrix Şiller
İohan Xristof Fridrix fon Şiller (alm. Johann Christoph Friedrich von Schiller‎; 10 noyabr 1759[…], Marbax-am-Nekkar[d], Vürtemberq qraflığı[d], Müqəddəs Roma imperiyası[…] – 9 may 1805[…], Veymar, Saksen-Veymar-Eyzenax hersoqluğu[d], Müqəddəs Roma imperiyası) — alman şairi, filosof, tarixçi və dramaturqu, alman romantik ədəbiyyatının nümayəndəsi. Ömrünün son illərində Yohann Volfqanq Göte ilə çox məhsuldar, lakin bir qədər mürəkkəb dostluq münasibəti qurur. Bu yaradıcılıq münasibətləri iki dahi ədibin öz estetik dünya görüşlərıni müzakirə və mübadilə etməsinə, Hötenin yarımçıq buraxdığı bir çox əsərlərini tamamlamasına imkan yaradır. Bu ədəbi-fəlsəfi münasibətlər sonralar alman ədəbiyyatında Veymar klassisizmi adlanacaq bir dövrün əsasını qoyur. Şiller Höte ilə birgə estetik dünya görüşlərinə düşmən kəsilmiş filosoflara cavab olaraq "Yadlar" ("Die Xenien") adlı qısa, lakin çox kəskin satirik poemalar məcmuəsini yazır. Adı tarixdə 100 ən çox öyrənilmiş şəxsiyyətlər siyahısına daxil edilib. == Həyatı == Şiller 1759-cu il noyabrın 10-da Almaniyanın Marbax şəhərində hərbi feldşer İohan Qaspar Şillerin (1723–1796) ailəsində dünyaya göz açmışdır. Uşaqlıq və gənclik illəri yoxsulluq içində keçmiş, bununla belə kənd məktəbində təhsil ala bilmişdir. Bilik və istedadı ilə 1783-cü ildə Vürtenberq hersoqunun diqqətini cəlb edən Şiller nüfuzlu hərbi akademiyaya daxil olmaq imkanı əldə edir.
Robert Şiller
Robert Şiller (ing. Robert James Shiller; d. 29 mart 1946) — amerikalı iqtisadçı. 2013-cü ildə aktiv varlıq qiymətlərinin emprik analizi mövzusundakı tədqiqatlarına görə Lars Piter Hansen və Eqini Fema ilə birlikdə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. == Həmçinin bax == İqtisadiyyat üzrə Nobel mükafatı İqtisadiyyat üzrə Nobel mükafatı laureatlarının siyahısı == Xarici keçidlər == Robert Şiller haqqında faktlar. Robert Şillerin şəkilləri. Robert Şillerin müsahibəsi. Robert Şillerin İqtisadiyyat üzrə Nobel mükafatının təqdimolunma mərasimindəki çıxışı.
Leon Şiller
Leon Şiller (pol. Leon Schiller; 14 mart 1887[…], Krakov, Sisleytaniya[…] – 25 mart 1954[…], Varşava[…]) — polşalı teatr rejissoru, teatr tənqidçisi və nəzəriyyəçisi, teatr və radio tamaşalarının ssenari müəllifi, bəstəkar. == Həyatı == Leon Şiller 1887-ci il martın 14-də Avstriya-Macarıstanın Krakov şəhərində avstriyalı polyak ailəsində anadan olub. O, Krakovda Müqəddəs Anna gimnaziyasında təhsil almış (1897–1905), 1906-cı ildə qiyabi bakalavr təhsilini başa vurduqdan sonra Yagellon Universitetində və Sorbonnada fəlsəfə və polonistika üzrə təhsil almışdır. == Fəaliyyəti == Kabare müğənnisi kimi debütünü 1906-cı ildə edən Leon Şiller 1917-ci ildə Varşavada Polşa Teatrında rejissorluğa başladı. 1922-ci ildə "Redut" teatrında çıxış edib. 1924–1926-cı illərdə (V. Xojitsa və A. Zelveroviçlə birlikdə) Varşavada Boquslavski teatrına rəhbərlik etmiş, burada Zeromskinin "Qızılgül" (1926) və Krasinskinin "İlahi komediya" (1926) tamaşalarını səhnələşdirmişdir. Teatr hakimiyyət tərəfindən bağlandıqdan sonra Şiller Polşa Teatrına keçir və burada Polşa və dünya klassikasının dram əsərlərini səhnələşdirir. Şillerin Samuel Zborovski (1927) və Yuliuz Slovatskinin "Kordial" (1930), Stanislav Vispyanskinin "Cəsur Boleslav" (1929) və "Qurtuluş" (1935), Şekspirin "Yuli Sezar" tamaşaları (1928-ci il) romantizmlə zəngindir. Qəhrəmanlıq monumental teatrının yaradılmasında Şillerin müstəsna nailiyyəti Böyük Şəhər Teatrının səhnəsində Adam Mitskeviçin "Dzyadov" əsərinin tamaşaya qoyulması olub (1932, indiki S. A. Kruşelnitskaya adına Lvov Milli Akademik Opera və Balet Teatrı).