Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Snoop Dogg
Snoop Dogg (ing. Calvin Cordozar Broadus Jr.; 20 oktyabr 1971[…], Lonq-Biç, Kaliforniya) — amerikalı repçi, aktyor. 1992-ci ildə Dr. Dre ilə çoxsaylı əsərlərə imza ataraq məşhurlaşıb. Snoop Dogg ABŞ-də 23 milyondan çox, dünya üzrə isə 35 milyondan çox albom satmağa müvəffəq olmuşdur. O, "Amerika Musiqi" mükafatı və "Praymtaym Emmi" mükafatı laureatıdır, 17 dəfə "Qremmi" mükafatına namizəd olmuşdur. "Doggystyle" Snoop Dogg-un 1993-cü ildə buraxdığı ilk solo albomu olmuşdur. Albomun prodüserliyini əfsanəvi Dr. Dre etmişdir. Death Row Records tərəfindən buraxılan bu albom Snoop Dogg-a böyük uğur qazandırmışdır.
Apache Sqoop
Apache Sqoop — Hadoopdan böyük həcmli verilənlərin relyasion verilənlər bazası serverinə və əksinə ötürülməsi üçün geniş istifadə edilən bir vasitədir. Sqoop Oracle, MySQL və digər oxşar verilənlər bazasından müxtəlif tip verilənləri ixrac etmək üçün istifadə edilə bilər.
Snop fəvvarəsi
Snop fəvvarəsi (rus. Фонтан Сноп) — «Peterhof» saray-park kompleksinin Monplezir bağında yerləşən mərkəzi fəvvarələrindən biridir. == Tarixi == Snop fəvvarəsi I Pyotrun əmri ilə Peterhofda tikilmiş ilk fəvvarələrdən biri sayılır. O 1722-1723-cü illərdə Nikolo Mikettinin və fəvvarə ustası Sualemin rəhbərliyi altında tikilmişdir. Fəvvarə kompozisiyasının mərkəzində - hündür, tuf materiaından hazırlanmış tumba yerləşir. Onun içərisindən yüksək təzyiqlə su şırıntısı ətrafa yayılır. Ondan aşağıda su şırıntıları üçün dairəvi formada daha 24 kiçik dəlik yerləşir.
SNOBOL
SNOBOL — 1962-67-ci illərində AT&T Bell Laboratories (ABŞ) tədqiqat şirkətində Ralf Qrisuold tərəfindən işlənib hazırlanmış, əsasən, sətir və mətnlərin emalı üçün nəzərdə tutulmuş proqramlaşdırma dili. SNOBOL güclü, yığcam dil olsa da, geniş tətbiq olunmadı, çünki strukturlu proqramlaşdırmada istifadə olunan şərtsiz keçidi etibarlı təmin etmir. SNOBOL-un kompilyasiya olunan versiyaları yaradılsa da, başlanğıcdan o, interpretasiya olunan dildir. == Proqramın nümünəsi == == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 790 s.
Sinop
Sinop — Türkiyənin Sinop ilinin inzibati mərkəzi.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Bloop
Bloop — 1997-ci ildə ABŞ Milli Okean və Atmosfer Administrasiyası tərəfindən okean suyunun altında aşkar edilmiş səs (uğultu). Səs çox böyük olan aysberqlərin birqə yerləşdiyi yerlərdən gəlirdi. Alimlər okeanın hər tərəfinə yayılan bu qəribə səsi ilk dəfə 1991-ci ildə aşkar etmişdilər. 1944-cü ildə də bu səslər eşidilmişdi. 1944-cü ildə aşkar edilən səslər sonradan yavaş-yavaş azalmağa başlamışdı. Səslər kifayət qədər uzun, dar dalğalı bir xüsusiyyət daşıyır. Səs dalğalarının hər biri təxminən bir neçə saniyə davam edir. === Analiz === Səsin mənbəyi 50 °C 100°Q kordinatlarında təxmini (kobud) üçbucaqlara ayırıldı: 50 °C 100°Q (Cənubi Amerikanın cənubi ucluğunun cənubi Sakit okean qərbində uzaq nöqtə) və səs Ekvatorial Sakit Okean muxtar silsiləsində hidrofon ilə bir neçə dəfə aşkar edildi. Bu sistem müəyyən hadisəyə nəzarət etmək üçün istənilən okeanoqrafiya regionda açılına bilən muxtar silsiləsi kimi hidrofon istifadə edildi. Bundan əvvəl sualtı seysmikliyə nəzarət etmək üçün istifadə edilir, buz səsli və dəniz məməli canlılarını izləmək üçün istifadə edilir.
Svop
Svop (ing. swap - dəyişmə, mübadilə) — mübadilə əməliyyatıdır ki, qiymətli kağızların, valyutanın və s. alışı (satqısı) haqqında sövdələşmənin bağlanması eyni və ya digər şərtlərlə müəyyən vaxtdan sonra onların əks satışı (alışı) haqqında sövdənin bağlanması ilə müşayiət olunur. == Svoplar haqqında saziş == Hecirləmə məqsədilə bağlanılan öhdəliklərin və ya aktivlərin mübadiləsi haqqında saziş svoplar haqqında saziş. Bir qayda olaraq, svoplar haqqında saziş bankla və onun müştəriləri arasında bağlanır. Valyuta və faiz svopları, eləcə də onların kombinasiyası (valyuta, faiz svopu) haqqında sazişlər daha çox yayılmışdır. Valyuta svopu haqqında sazişə görə, bank hər hansı valyutada borca xidmət göstərmənin dəyərinin bank tərəfindən ödənilməsi əvəzinə, müştərinin borcuna görə bütün gələcək tədiyələrin milli valyutada həyata keçirilməsini öhdəsinə götürür. Valyuta svopları haqqında ilk sazişlər Böyük Britaniyada bağlanmışdır. Bir çox illər ərzində Britaniya hökuməti xarici investisiya qoyulması üçün bu ölkənin firmaları tərəfindən xarici valyutanın alınmasını məhdudlaşdırmışdı. Bu məhdudiyyətlər bir çox firmaları kompensasiya kreditləri haqqında sazişin bağlanmasına sövq etdi.
Cerard Svoup
Cerard Svoup (ing. Gerard Swope; 1 dekabr 1872, Sent-Luis, Missuri – 20 noyabr 1957, Nyu-York, Nyu-York ştatı) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni. Herbert Bayard Svoupun qardaşıdır. == Karyerası == Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Atası saat qabı istehsalçısı idi. Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir. 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir. O, şirkətin ABŞ, Çin və Yaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır. 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir. Birinci dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur.
Nurofen (sirop)
Severus Sneyp
Severus Sneyp (9 yanvar 1960 – 2 may 1998) — Harri Potter romanlar seriyasının qəhrəmanı. == Romanlarda == === Harri Potter və Fəlsəfə Daşı === Severus Sneyp ilk dəfə "Harri Potter və Fəlsəfə Daşı" romanında Harrinin Hoqvartsa gəlməsindən sonra görünür. O, məktəbdə İksir elmini tədris etsə də, əslində Qara qüvvələrdən müdafiə dərsini tədris etmək istəyir. Sneyp özü də "Simurq Ordeni" romanında bunu təsdiqləyir. Sneyp qəddar və tərs müəllimdir, o, öz fakultəsini önə çəkmək üçün hər imkanda Harrini və dostlarını cəzalandırır. Əsərin sonuna kimi oxucu Sneypin əsas antoqonist obraz olduğunu düşünür. Çünki Harri və dostları əvvəlcə Sneypin Fəlsəfə Daşını oğurlamaq istədiyini düşünürlər. Daha sonra isə Harri Sneypin Lord Voldemorta işlədiyini düşünür. Həmçinin uşaqlar Qviddiç oyunu zamanı Sneypin Harrini öldürməyə cəhd etdiyini fikirləşirlər. Lakin sonda məlum olur ki, Harrinin atası Ceyms Sneypin həyatını xilas etdiyinə görə, Sneyp də onun oğlunu qorumağa çalışırmış.
Sinop döyüşü
Sinop döyüşü – 1853 noyabrın 18-də vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rusiya Qara Dəniz Donanması tərəfindən türk eskadrasının məğlub edilməsi. Döyüş Türkiyənin Qara dəniz sahilindəki Sinop şəhərinin limanında (Sevastopoldan təqribən 300 km) baş vermişdir. Türk eskadrosı bir neçə saat ərzində məğlub edilmişdir. Bu, tarixə yelkənli donanmaların son böyük döyüşü kimi düşmuşdür. Rus donanmasının bu yürüşü ingilis mətbuatında son dərəcə mənfi reaksiyalara səbəb oldu və "Sinop qırğını" ("Massacre of Sinope") adlandırıldı. Bu döyüş Böyük Britaniya və Fransanın Osmanlı İmperiyası tərəfində (1854-cü ilin martında) müharibəyə girməsi üçün bir səbəb oldu. Sinop burnundakı türk eskadrası üzərində vitse-admiral Pavel Stepanoviç Naximovun komandanlığı altında Rus hərbi-donanmasının qələbəsi günü — 1 dekabr "Rusiyanın Hərbi Şöhrət Günü" kimi qeyd olunur. == Döyüşün gedişi == Vitse-admiral P. S. Naximov (84 toplu döyüş gəmisi "İmperatrisa Mariya", "Çesma" və "Rostislav") dəniz naziri knyaz Menşikov tərəfindən Anadolu sahillərinə göndərilmişdi. Buna səbəb Sinopdakı türk hərbi-dəniz qüvvələrinin Suxum və Potiyə desant çıxarmaq niyyətində olması haqqında məlumatların daxil olması idi. Noyabrın 11-də (yeni təqvimlə noyabrın 23-də) Sinopa yaxınlaşan Naximov, 6 sahil batareyasının qorunması altında buxtada türk gəmilərinin bir dəstəsini aşkar etdi.
Sinop ili
Sinop ili — Türkiyədə il. == Coğrafiya == Sinop Qara dənizin sahilində, şimala doğru uzanan Boztəpə burnu və yarımadası üzərində yerləşir. İlin sahəsi 5862 km2 olub Türkiyə ərazisinin 0.8 %-ni əhatə edir. Qərbində Kastamonu, cənubunda Çorum, cənub-şərqində Samsun illəri, şimalında Qara dəniz yerləşir. 475 km uzunluğundakı sərhədlərinin 300 km-i quru, 175 km-i isə dəniz sahilidir. Dağlar dənizə paralel olaraq yerləşmiş olub şimal-qərbdə uzanan dağlar Mərkəz ilçələrə 9–10 km yaxlaşdıqca alçalır və sahil ovalıqlar əmələ gətirir. Ən yüksək təpələr Ayancıkda Çanqal (1.605 m) və Boyabatda Dranazdır (1.345 m) Boyabat-Durağan bölgəsindəki Qızılirmaq vadisi istisna olmaqla əhəmiyyətli vadisi yoxdur. Sinop və Boyabat ən əhəmiyyətli düzənliklərdir. Ən əhəmiyyətli çaylarından Göyirmaq Boyabat ovalığını sulayıb Qızılirmaqla birləşir. Çatalzeytun, Ayancık, Qarasu, Qanlıçay (Güzəlcəçay) və Kabalı çayları Qara dənizə tökülür.
Sinop qalası
Sinop qalası — Sinop şəhərinin yerləşdiyi yarımadada tarixi bir qaladır. Qala e.ə. VII əsrdə şəhəri qorumaq məqsədilə yaradılıb. Roma, Bizans və Anadolu Səlcuqluları dövründə bir neçə dəfə bərpa olunubdur. Günümüzdə hələ də tarixi xüsusiyyətini qoruyan qalanın divarları 2.050 metr uzunluğu, 25 metr hündürlüyü, 3 metr enindədir. İki əsas giriş qapısı vardır. Qala divarı bütün şəhəri əhatə edir. Bu qala şəhərin tarixi əsərləri arasında ən önəmli əsərlərindən hesab olunur. Sinopun Yalı və Kefevi məhəlləlrini əhatə edən, xarici və daxili limanları arasında yerləşən qalanın nə vaxt inşa edildiyi məlum deyil. Bəzi mənbələr qalanın tikintisini Hetlərə qədər getdiyini bildirirlərsə də bu öz təsdiqini tapmamışdır.
CONOP 8888
CONOP 8888 (ing. CDRUSSTRATCOM CONPLAN 8888-11 Counter-Zombie Dominance Operations )Amerika Birləşmiş Ştatları Strateji Komandanlığı tərəfindən hazırlanmış zombi hücumu zamanı sağ qalma planıdır. == Təsvir == CONOP, Böhranlı vəziyyətlərdə fövqəladə hallar planıdır. (ing. Crisis Action Planning ) CONOP 8888 ABŞ hərbiçiləri üçün mülki şəxsləri və hakimiyyət orqanlarını zombilərdən, zombi təhlükəsinin aradan qaldırılmasından, diri ölülərin tamamilə məhv edilməsinə qədər qorunmaq üçün hərtərəfli fövqəladə təlimatları ehtiva edir. Sənəddə planın aşağıdakı məqsədləri var: “ bəşəriyyətin zombilərdən qorunması üçün şərait yaratmaq və ayıq-sayıq saxlamaq; zəruri hallarda zombilərdən insan həyatı üçün yarana biləcək təhlükəni aradan qaldıran əməliyyatlar həyata keçirmək; zombi hücumu zamanı və ondan sonra asayişin qorunmasında və əsas xidmətlərin bərpasında mülki hakimiyyət orqanlarına kömək etmək”. Sənədin müəllifləri "aydınlaşdırma qeydi" seqmentində qeyd edirlər ki, hazırlanmış plan zarafat deyil. Bununla belə, CONOP 8888 zombilərdən real vəziyyətlər üçün evfemizm kimi istifadə etsə də, sənəd zombilər üçün real təhlükənin olduğunu göstərir. Bu mövzu uzun müddətdir ki, təkcə hərbi-siyasi mühitdə maraq doğurmur. Məsələn, Amerika yazıçısı Maks Bruks tərəfindən zombilər arasında sağ qalmaq təlimatları haqqında yazılmış kitabı 2003-cü ildə nəşr olundu.
Con Snou
Con Snou (ing. Jon Snow) — amerikan yazıçısı Corc R. R. Martinin "Buz və odun nəğməsi" romanının və romandan adaptasiya olunmuş "Taxtların oyunu" serialının personajı. Romandakı hadisələrin bir hissəsi Con Snounun baxış bucağından verilir. The New York Times Con Snounu yazıçının "ən yaxşı tapıntılarından" və ən məşhur xarakterlərindən biri adlandırıb. Con "Taxtların oyunu" serialında baş personajdır və serialın 2015-ci ildə yayımlanan 5-ci sezon finalında Conun öldürülməsi izləyicilər arasında böyük reaksiyaya səbəb olub. Conun ata və anasının kimiliyi həm kitabların, həm serialın izləyiciləri arasında məşhur müzakirə mövzusudur. Con Snou "Buz və odun nəğməsi"nin "Taxtların oyunu" adlı ilk kitabında (1996) Vesteros (ing. Westeros) krallığının Şimal ərazisində yerləşən Vinterfel (ing. Winterfell) qalasının lordu Ned Starkın qeyri-qanunu oğlu olaraq təqdim edilir. Qeyri-qanunu oğul olması Con Snounun gələcək planlarını məhdudlaşdırır.
Faizli svop
Noor Husin
Noor Husin (3 Mart 1997-ci ildə Əfqanıstanın Məzari-Şərif şəhərində anadan olub) — Liqa 2 təmsilçilərindən olan Notts Kaunti klubunda yarımmüdafiəçi kimi çıxış edən peşəkar Əfqanıstan futbolçusudur. == Karyerası == === Ridinq === Husin hələ uşaq olarkən Əfqanıstanda baş verən müharibəyə görə ailəsi İngiltərəyə köçməyə məcbur olmuşdur. Husin burada Ridinqin akademiyasında futbol oynamağa başlamışdır. 2015-ci ilin oktyabr ayının ortalarında Husin Hemel Hemstid Taun klubuna icarəyə verildi. 2016-cı ilin yanvar ayında yenidən Ridinq klubuna geri döndü. 2015-16 mövsümünün sonunda Husin Ridinq klubunu tərk edəcəyini açıqladı. === Kristal Palas === Ridinq klubunu tərk etdikdən sonra Husin 2016-cı ilin yayında Kristal Palas klubu ilə müqavilə imzaladı. 31 yanvar 2017-ci ildə Husin Liqa 2 təmsilçilərindən olan Akkrinqton Stenli klubuna mövsüm sonuna qədər icarəyə verilmişdir. Husin klubu ilə debütünü 4 fevral 2017-ci ildə Notts Kaunti klubu ilə oyunda etmişdir. Husin debüt oyununda qolla yadda qalmışdır.
SOAP protokolu
SOAP (Simple Object Access Protocol) protokolu — şəbəkə daxilində ayrı-ayrı proqramların qarşılıqlı əlaqəsini təmin edən bir sistem. Bu protokol məlumatların veb-servislər üzərindən ötürülməsini, emal edilməsini təmin edir.
Snou adası
Snou adası (ing. Snow Island) — Cənubi Şetland adaları qrupuna daxil olan ada. Livinqston adasından 6 cənub-qərdə yerləşir. Aralarında Morton boğazı yerləşir. Antarktidadan 140 km aralıda qərarlaşır. Adanın sahəsi 120,4 km² təşkil edir. Adanın uzunluğu 16 km, eni isə 8 km-dir. Maksimal hündürlüyü 210 m, sahil xəttinin uzunluğu isə 58 km təşkil edir. Ada bütünlüklə buzla örtülü olur. == İstinadlar == == Mənbə == Южни Шетланди: Островите.
Snou boğazı
Snou boğazı (rus. Cноу (Пролив)) — Sakit okeanına daxil olan Cirpoy adasını Qara qardaşlar (Brat Ciopoev) adasından ayırır. Oxot dənizini Sakit okeanı ilə birləşdirir. Uzunluğu 7 km, ən dar eni isə 3 km təşkil edir. Dərinliyi 500 metrə çatır. Sahilləri sıldırımlı və qayalıdır. Boğazda Sotoiv,Lazurnıy (Cirpoy), Somotuqa Semenova (Brat Cirpoy) burnuları vardır. Şimal hissədə sualtı və su üstü qayalıqlar vatdır. Cənubunda Morskaya Vıdra adası və Otşelnik qayası vardır. Burada şərq istiqamətində güçlü axınlar olur.
The Roop
The Roop — Litvalı musiqi qrupu. Onlar Litvanı 2020 Avroviziya Mahnı Müsabiqəsində On Fire mahnısı ilə təmsil etmək şansı qazanmışdı, lakin, müsabiqə ləğv edildi. 2021 Avroviziya Mahnı Müsabiqəsində yarışma hüququ qazanmaq üçün öz ölkəsinin Pabandom iš naujo! milli seçim turuna qatılaraq Discoteque söylədilər və 1-ci yerə layiq görüldülər. The Roop qrupu 2021 Avroviziya Mahnı Müsabiqəsində Discoteque mahnısı ilə Litvanı təmsil edəcəklər.
İldiko Soos
İldiko Soos (27 dekabr 1976, Tatabanya) — Macarıstanı təmsil edən su poloçusu. == Karyerası == İldiko Soos, Macarıstan yığmasının heyətində 2004-cü ildə Yunanıstanın Afina şəhərinin ev sahibliyində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında mübarizə apardı. Beşinci pillə uğrunda görüşdə Rusiya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, Afina Olimpiadasını altıncı pillədə başa vurdu. Daha sonra İldiko Soos, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu.
Snob effekti
Snob effekti — mikroiqtisadiyyatda bir fenomen, digər istehlakçıların tələbinin miqdarının dəyişməsinə cavab olaraq bir istehlakçı tərəfindən mallara olan tələbin miqdarının əks istiqamətdə dəyişməsini əks etdirir. Gəlir səviyyəsi daha yüksək olan snob, aşağı gəlir səviyyəsi olan başqalarının almadığını almağa çalışır. Onun vəzifəsi kütlədən fərqlənmək, özünəməxsusluğunu vurğulamaqdır. Hər hansı bir məhsul kateqoriyasına tələbat nə qədər çox olarsa, belə bir alıcının onu almaq ehtimalı bir o qədər azdır. Snob effekti digər mikroiqtisadi modellərin əksəriyyəti ilə ziddiyyət təşkil edir, çünki tələb əyrisi adi malların tipik mənfi yamacından daha çox müsbət meylə malik ola bilər. == Məzmunu == Öz mənasında bu təsir “imitasiya effektinin” əksidir. Belə istehlakçıların (snobların) zövqləri digər insanların bu kütləvi mallara olan tələbindən tərs asılıdır. Snoblar istehlak mallarından istifadə etmək istəmirlər, lakin qeyri-adi, bahalı və ya unikal mallara sahib olmaq istəyirlər. Bu məhsullar adətən yüksək iqtisadi dəyərə malikdir, lakin praktiki dəyəri azdır. Məhsul nə qədər az olsa, onun snob dəyəri bir o qədər yüksək olar.
Sono Osato
Sono Osato (大里 ソノ, Osato Sono, 29 avqust 1919, Omaha, Nebraska – 26 dekabr 2018, Manhetten, Nyu-York ştatı) – yaponəsilli ABŞ rəqqasəsi və aktrisası. O, Orijinal Rus Baleti və Amerika Balet Teatrında çıxış etmişdir. İkinci Dünya müharibəsi dövründə səhnəyə qoyulmuş "Veneranın bir toxunuşu" və "Şəhərdə" müzikllarındakı çıxışlarına görə tanınır. == Həyatı və karyerası == Sono Osato 29 avqust 1919-cu ildə Nebraska ştatının Omaha şəhərində doğulmuşdur. Yapon olan atası fotoqraf idi. Kiçik yaşda ailəsi ilə birlikdə Çikaqo şəhərinə köçmüşdür. 8 yaşında ikən anası onu Sergey Dyagilevin ansamblının Monte-Karloda baş tutmuş "Kleopatra" performasına tamaşa etməyə aparmışdır. Bu hadisədən sonra Osatonun baletə qarşı böyük marağı yaranmış və Çikaqoya qayıtdıqdan sonra balet dərslərinə başlamışdır. 1934-cü ildə Vasili de Bazilin Orijinal Rus Baletinə seçilmişdir. O, ansambla seçilən ən gənc rəqqasə olmaqla yanaşı ansamblın ilk yaponəsilli üzvü olmuşdur.
Şnox
Şınıx, Baysunqur, Şnox (erm. Շնող) — Ermənistan Respublikasının Loru mərzində kənd. Rayon mərkəzindən 24 km məsafədə yerləşir. 7 noyabr 1995–ci il tarixində Ermənistan Respublikası Milli Məclisinin qəbul etdiyi və 4 dekabr 1995–ci ildə Ermənistan Respublikasının prezidenti Levon Ter-Petrosyanın təsdiq etdiyi "Ermənistan Respublikasının inzibati-ərazi bölgüsü haqqında Qanunu" na əsasən "Şnox bələdiyyəsi"ni (erm. Շնող համայնքի) təşkil edir. 12 – 21 oktyabr 2011–ci il siyahıyaalınmasına əsasən kəndin (de–yuri) daimi əhalisi 2.561 nəfərdir. == Toponim == Toponim türk dilində «əyri sıldırım dağ yamacı, əlçatmaz», «dərin çuxur, xəndək» mənasında işlənən şın sözünə -ıx şəkilçisinin artırılması yolu ilə düzəlmişdir. Orotoponimdir. Quruluşca düzəltmə toponimdir. Kəndin adı erməni dilinə uyğunlaşdırılaraq Şnox kimi rəsmiləşdirilmişdir.
Mustafa Şəntop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.
Mustafa Şentop
Mustafa Şentop (6 avqust 1968, Təkirdağ) — türk siyasətçisi və 24, 25, 26. Dövr Ədalət və İnkişaf Partiyası (AK Parti) İstanbul, 27. AK Partiya Tekirdağ millət vəkili. 2011-ci il Türkiyə ümumi seçkilərində ilk dəfə Türkiyə Böyük Millət Məclisinə daxil olan Şentop, 2012–2015-ci illərdə AK Partiya sədr müavini vəzifəsində çalışıb.