Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sonqur
Sonqur — İranın Kirmanşah ostanının şəhərlərindən və Sonqur şəhristanının mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 43.184 nəfər və 11.377 ailədən ibarət idi.
Sonqur dialekti
Sonqur dialekti və ya Sunqur şivəsi — Türk dillərinin Oğuz dilləri qrupuna daxildir. Alman əsilli altayşünas və türkoloq Gerhard Dörfer Sonqur dialektini Azərbaycan dilinin dialektlərinin XII qrupuna aid edir. Kirmanşah da danışılır. Sonqur dialekti Qaşqay dili və Aynallu ləhcəsi ilə birlikdə Cənubi Oğuz dilləri qrupuna aid ləhcədir. Azərbaycan dilinin Cənubi Azərbaycan dialektlərinə yaxın olsa da bununla yanaşı türkməncə və xorasan türkcəsi ilə də yaxındır. Bu ləhcədə əsasən Sonqur şəhərində və bölgəyə aid olan iki kənddə, Fərhad-xan və Gurvedə danışılır.
Sonqur şəhristanı
Sonqur şəhristanı — İranın Kirmanşah ostanının şəhristanlarından biridir. Şəhristanın inzibati mərkəzi Sonqur şəhəridir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhristanın əhalisi 95,904 nəfər və 23,755 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Doqquz
9 (doqquz) — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Səkkizdən sonra, ondan əvvəl gəlir. Ən böyük bir rəqəmli ədəddir. Ümumi məlumat: Türk xalqlarının önəmli sayı doqquzdur. Amma bu, o demək deyil ki, doqlara yaddır. Bütün dünya xalqlarının mif, folklor örnəklərində, məişət institutunda doqquz sayı vardır və bu saya münasibət də fərqli-fərqlidir. Dünyada türk xalqlarından sayılan altaylıların mifik təsəvvüründə göy doqquz qatdan ibarətdir. Göyün doqquzuncu qatında oturan Tanrı Yeri yaratdıqdan sonra doqquz adam xəlq eləyir və bütün insan nəsli də bu doqquz adamın törəməsidir. Dünyanın sonunun, yəni qiyamət gününün də doqquz sayı ilə bağlılığı haqqında xəbərlər vardır. Deyilənə görə, qiyamət günü göy guruldayıb şimşək çaxacaq.
Moqur
Moqur və ya Mohur — Hindistanın qızıl sikkəsi. XVI–XVIII əsrlərdə, 1835–1891-ci illərdə və 1916–1919-cu illərdə kəsilmişdir. 1835-ci ildən moqur rupilərlə ifadə olunmuşdur. 1 moqur 15 gümüş rupiyə bərabər idi.
Doqquz (Qəmərli)
Doqquz — İrəvan quberniyasının İrəvan qəzasında, indiki Qəmərli (Artaşat) rayonunda kənd. Rayon mərkəzindən 6 km şimalda, Gərni çayının yanında yerləşir. «İrəvan əyalətinin icmal dəftəri»ndə Doqquz, Qafqazın 5 verstlik xəritəsində isə Dokkuz formasında qeyd edilmişdir. Toponim oğuzların dülqədirli tayfasından olan doqquz etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 20.VIII.1945-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Kanaçut qoyulmuşdur. Kənddə tarixən yalnız azərbaycanlı yaşamışdır. 1828-1829 - cu illərdə buraya İranın Xoy və Salmas vilayətlərindən ermənilər köçürülmüşdür. 1828-ci ilə qədər Doqquz kəndində cəmi 8 yerli erməni (rus.
Doqquz Oğuz
Doqquz Oğuz (Tokuz oquz)-türk tayfası.(Qədim Türkcə: , Toquz Oγuz, Çincə: 鐵勒九姓 / 铁勒九姓, tielè jiǔxìng), Telelərnin doqquz boyu. Doqquz Oğuz türk tayfaları indiki Çin Türküstanının şərq hissəsinə (Turfan) sahib idilər. 794-cü ildə bu ərazini tibetlər, 866-cı ildə uyqurlar tutmuşdu və bu ad uyqurlara keçmişdi. VI yüzillikdən etibarən Göytürklərin idarəsində toplanan Türk tayfalarından bir qismi kimi Doqquz Oğuzlar da öz aralarında birlik quraraq Tula-Selenge çayları bölgəsində Doqquz Oğuz хaqanlığını meydana gətirdilər. Göytürk хaqanlığının, Qutluq şad (Ültəris хaqan) tərəfindən 682-ci ildə də ikinci dəfə qurulmasından sonra, Göytürklər, hakimiyyətliklərini qəbul etməyən oğuzların üzərinə yürüş etdilər. Tula çayı kənarında edilən qanlı bir savaşda, Doqquz Oğuzlar yenildilər. Amma, Göytürklərin hakimiyyətini qəbul etmədilər. Ültəris хaqan Oğuzların üzərinə bir çoх səfər təşkil elədi və Baz хaqanı məğlub edib Oğuzların mərkəzi Ötükən və çevrəsini ələ keçirdilər. Bu məğlubiyyət nəticəsində Ültəris хaqanın hakimiyyətin qəbul etmək məcburiyyətində qalan Oğuzlar, Göytürklərin Qırğız səfərinə qatıldılar. Göytürk хaqanlarından Bilgə xaqan zamanında üsyan etdilər.
Doqquz Xatun
Orokina Xatun, digər adıyla Doqquz Xatun (?-1265) — XIII əsrdə yaşamış və Monqol hökmdarı Hülaku xan ilə evli olan bir Kereit xanzadəsiydi. Hülaku xanın Bağdadı alması sırasında müsəlmanlar öldürülərkən xristianlar Doqquz xatunun nüfuzu sayəsində zərər görməmişdi. Doqquz Xatun Nestorian xristian idi. Qərbli tarixçilər tərəfindən sıxlıqla xristian inancına böyük yararı toxunmuş bir kimsə olaraq anılır. Həyat yoldaşı Hülaku xanla eyni il 1265-ci ildə ölmüşdür. Runciman, Steven (çev.
Doqquz naməlum
"Doqquz naməlum" cəmiyyəti — məşhur gizli təşkilat. Bu qardaşlıq cəmiyyəti o qədər gizli fəaliyyət göstərib ki, tarixçilər arasında indi də belə bir cəmiyyətin olub-olmaması haqqında fikir ayrılıqları mövcuddur. "Doqquz naməlum" cəmiyyəti haqqında ilk məlumatlar eradan əvvəl III əsrə aiddir və hind çarı Aşokanın hakimiyyəti dövrünə təsadüf edir. Çar Çandraquptanın nəvəsi olan çar Aşokanın Hindistanın tarixində çox böyük və əhəmiyyətli rolu var. Aşoka da babası kimi Hindistanın birləşdirilməsi siyasətini davam etdirir və Cənubi Asiyanın əhəmiyyətli bir hissəsini Hindistana birləşdirir. Hakimiyyətə gəldikdən səkkiz il sonra Aşoka daha bir qonşu dövlətə, Kəlküttə və Mədrəs arasında yerləşən Kalinqaya müharibə elan edir və bu müharibə Hindistanın tarixinə ən qanlı müharibələrdən biri kimi düşür. Müharibə zamanı 150 min nəfər insan əsir düşür, 100 mindən çox insan isə həlak olur. Kalinqanın Hindistana birləşdirilməsi həm ticari-iqtisadi baxımdan, həm də imperiyanın güclənməsi nöqteyi-nəzərindən çox strateji əhəmiyyət daşıyırdı. Lakin müharibənin belə qanlı və dəhşətli sonluğu Aşokanın özünü də çox məyus edir və o qərara gəlir ki, bundan sonra torpaqların birləşdirilməsi qılınc gücünə yox, insanların qəlblərini fəth etməklə baş tutmalıdır. Bu müharibə Aşokanın buddizmi qəbul etməsinə və ölkədə yayılıb möhkəmlənməsinə səbəb oldu.
Doqquz qüllə
Doqquz qüllə (inq : Ийс гӏала) memorial kompleksi — İnquşetiya respublikasında yerləşən və Stalin repressiyalarının qurbanlarına həsr olunmuş abidə. Muzeyin açılışı 23 fevral 1997-ci ildə inquş və çeçenlərin Orta Asiya və Qazaxıstana sürgün edilməsinin ildönümündə baş tutub. Abidənin layihəsinin müəllifi Rusiyanın əməkdar rəssamı Murad Polonkoyevdir. O, 2002-ci ildə bu layihəsinə görə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalına layiq görülüb. Memorial abidə memarlıq abidəsi kimi qeydə alınıb və Rusiya Rəssamlıq Akademiyasının reyestrinə salınıb. Abidə 1997-ci ildə məftillərlə əhatələnmiş 9 qüllə şəklində tikilib. Bu məftillər sürgün edilmiş 9 xalqı simvolizə edir. Mərkəzi qüllə 4 mərtəbəlidir və hündürlüyü 25 metrdir. Qüllələr ayrı ayrılıqda inquş xalqının fərqli memarlıq dövrlərini əks etdirir. 23 fevral - İnquş xalqının deportasiyasını anım günü.
Doxsan doqquz
Doxsan doqquz — say sistemində ədədlərdən biridir. Doxsan səkkizdən sonra, yüzdən əvvəl gəlir. Ən böyük iki rəqəmli ədəddir. Doxsan doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 9, 11, 33 və 99 ədədlərinə qalıqsız bölünür. (Ya Peyğəmbər!) Sənə (Davudun padşahlığı vaxtı) dava edənlərin xəbəri gəlib çatdımı? O zaman onlar (Davuda məxsus) məbədə (ibadət vaxtı ora daxil olmaq qadağan edildiyi üçün) divardan aşıb gəlmişdilər. Onlar Davudun yanına gəlikdə (Davud) onlardan (mə’bədə qapıdan deyil, divardan aşıb daxil olduqları üçün) qorxdu. Onlar dedilər: "Qorxma, biz bir-birimizə haqsızlıq etmiş iki iddiaçıyıq. Aramızda ədalətlə hökm et, haqqı tapdalama (heç birimizin tərəfini saxlama) və bizə doğru yolu göstər!" (Onlardan biri dedi:) "Bu mənim (din) qardaşımdır.
Mustafa Sunqur
Mustafa Sunqur — Səid Nursinin tələbəsi.
On doqquz
On doqquz — say sistemində ədədlərdən biridir. On səkkizdən sonra, iyirmidən əvvəl gəlir. On doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir. 19 ədədi gizli şəkildə Qurani-Kərimin ayələri və ümumiyyətlə, mətninin strukturunda yer alır. Quranda "RƏHİM VƏ RƏHMAN ALLAHIN ADI İLƏ" ifadəsi orijinal, yəni ərəb variantında 19 hərfdən ibarətdir. Bu ifadənin tərkibindəki 4 söz Quranda 1919 ayədə istifadə olunur və onlarin hər birinin işlədilmə sayı 19-a tam bölünən ədədlərdir. Quranda 114 surə var, yəni 19x6. Quranda ilk nazil olan 96-ci surənin (Əl-Ələq) Quranın son surəsindən hesablamağa başlasaq 19-cu surədir. Surədə 19 ayə var. Ayələrdə isə 285 hərf var, yəni 19x15.
Otuz doqquz
Otuz doqquz — say sistemində ədədlərdən biridir. Otuz səkkizdən sonra, qırxdan əvvəl gəlir. Otuz doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Qara Sunqur
Qara Sunqur (v. 1140, Gəncə) — Azərbaycan atabəyi. Hicri 524-cü ilin zül-hiccə ayında (noyabr, 1130) Məsud qardaşı Mahmuda qarşı yenidən qiyam qaldırdı. Ancaq qardaşlar Kirmanşahda görüşüb, dinc barışıqla ayrıldılar. Məsud Gəncəni nahiyyələri ilə birlikdə iqta götürüb, 150 min dinarlıq hədiyyə aldı və qoşunları ilə Gəncəyə qayıtdı. Hələ hicri 521-ci ildən Arranı öz idarəsi altına keçirən Qara Sunqur bu vaxt şahzadələrdən Məsudla Toğrulun atabəyi idi. Məsudun Azərbaycan məlikliyi dövründə əvvəlcə qardaşı Mahmud, sonra isə II Toğrul ilə mübarizə aparmaq məcburiyyətində qaldı. 1135-ci ildə isə nəhayət, İraq Səlcuqlu dövləti taxtına oturdu. Sultan Məsud, hakimiyyətə gəldikdən və xəlifə ilə yaşadığı sürüşmədən sonra vəzir Kəmaləddin Məhəmməd əl-Xazininin məsləhəti ilə əmir və atabəylərin səlahiyyətlərini əllərindən almaq üçün hərəkətə keçdi. Bu qərara ilk müxalifət Azərbaycan hakimi Atabəy Qara Sunqurdan gəldi.
Seqyur (kommuna)
Seqür (fr. Ségur, oks. Segur) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Vezen-de-Levezu kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12266. Kommuna təxminən Parisdən 510 km cənubda, Tuluza şəhərindən 135 km şimal-şərqdə, Rodezdən isə 22 km qərbdə yerləşir. 2008-ci ildə əhalinin sayı 587 nəfər təşkil edirdi. 2007-ci ildə əmək qabiliyyətli 337 nəfər arasında (15-64 yaş arasında) 245 nəfər iqtisadi cəhətdən fəal, 92 hərəkətsizdir (fəaliyyət göstərici 72,7%, 1999-cu ildə bu 63.8%).
Yetmiş doqquz
Yetmiş doqquz — say sistemində ədədlərdən biridir. Yetmiş səkkizdən sonra, səksəndən əvvəl gəlir. Yetmiş doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Qırx doqquz
Qırx doqquz — say sistemində ədədlərdən biri. Qırx səkkizdən sonra, əllidən əvvəl gəlir. Qırx doqquz ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7 və 49 ədədlərinə qalıqsız bölünür.
Sonqor (Şaran)
Sonqor (başq. Соңғор), rus. Сунгуровка) — Başqırdıstan Respublikasının Şaran rayonunda yerləşən kənd. Kənd Pisarev kənd şurasının tərkibindədir. Məsafələr: rayon mərkəzindən (Şaran): 28 km, kənd sovetliyindən (Pisarev): 3 km. ən yaxın dəmiryol stansiyasından (Tuymazı stansiyası): 58 km. 2002-ci ildə keçirilən Ümumrusiya əhalinin siyahıya alınmasına əsasən kənddə ruslar (92%) üstünlük təşkil edir.
Sunqur Təkin
Sunqur Təkin bəy (1191, Əhlat) Oğuzların Bozox qolunun Qayı nəslinin üzvüdür və Süleyman Şah (və ya Gündüz Alp) və Hayimə Xatunun dörd oğlundan ən böyüyüdür. Osmanlı imperiyasının qurucusu Osman Qazinin əmisidir. 1227-ci ildə Süleyman Şah Fəratda boğulduqdan sonra qardaşı Gündoğdu bəylə vətənləri Ahlata geri qayıdır. 1227-ci ildə Ögeday ordusunun sıralarına daxil olmuş və Ələddin Keyqubada məlumatlar ötürmüşdür. Sunqur Təkin Qazinin həyatı haqqında məlumat kifayət qədər çox deyildir. Əldə olan məlumatlara görə, o Ögeday Xanın ordusuna cəsus kimi daxil olmuş və onun haqqında məlumatlar əldə etmişdir. Uzun müddət geri qayıtmamış, buna görə də onun öldüyü düşünülmüşdür. Uzun müddət sonra qəbiləyə geri qayıtmış və Qayı qəbiləsi iki yerə bölünmüşdür: Ərtoğrul Qazi və Dündar bəy Söğütə, Gündoğdu bəy və Sunqur Təkin isə Ahlata köçmüşdür.
Səksən doqquz
Səksən doqquz — say sistemində ədədlərdən biridir. Səksən səkkizdən sonra, doxsandan əvvəl gəlir. Səksən doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
İyirmi doqquz
İyirmi doqquz — say sistemində ədədlərdən biridir. İyirmi səkkizdən sonra, otuzdan əvvəl gəlir. İyirmi doqquz ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli doqquz
Əlli doqquz — say sistemində ədədlərdən biridir. Əlli səkkizdən sonra, altmışdan əvvəl gəlir. Əlli doqquz ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Mirça Snequr
Mirça İvanoviç Snequr (mold. Mircea Snegur; 17 yanvar 1940, Trifaneştı[d], Rumıniya Krallığı[d] – 13 sentyabr 2023, Kişinyov) — Sovet, Moldova dövlət və siyasi xadimi, 1990-cı il sentyabrın 3-dən 1997-ci il yanvarın 15-dək Moldova Respublikasının 1-ci Prezidenti. Bundan əvvəl o, 1989–1990-cı illərdə Ali Sovetin Rəyasət Heyətinin sədri, 1990-cı il aprelin 27-dən sentyabrın 3-dək Ali Sovetin sədri vəzifələrində çalışıb. Mirça Snequr 1956-cı ildə Florşetski rayonunun Frumuşika kəndində orta məktəbi bitirmişdir. 1961-ci ildə Kişinyov Kənd Təsərrüfatı İnstitutunu aqronom ixtisası üzrə bitirmişdir. 1961–1968-ci illərdə Floresti rayonunun Lunqa kəndində aqronom, kolxoz sədri işləyib, sonra MSSR Kənd Təsərrüfatı Nazirliyində də çalışıb. 1981-ci ildə Sov. İKP Edinet rayon komitəsinin birinci katibi olub. İşğal olunmuş Bessarabiya ərazisində Sovet Rusiyasına birləşmək üçün rumınlara qarşı mübarizə dayanmadı. 1985-ci ildən MSSR Kommunist Partiyası Mərkəzi Komitəsinin katibi olub.
Bu, sondur
Bu sondur (ing. This Is the End) — 2013-cü il Amerika qorxu komediya filmi. Rejissorluğu Set Rocen və Evan Qoldberqin etdiyi filmin baş rollarında Set Roqen, Ceyms Frenko, Cona Hill, Cey Baruşel, Danni Makbrayd və Kreyq Robinson yer almaqdadır. Film 14 iyun 2013-cü ildə təqdim edildi və tənqidçilərdən müsbət rəylər aldı. thisistheend.com — sondur Bunun rəsmi saytı Is the End/ 1245492 — Internet Movie Database saytında.
Simgur
Simgur — Göyçay rayonu ərazisində dağ; Simgur — Şamaxı rayonu ərazisində dağ. Hündürlüyü 676 m.
Şonqar
Şonqar — Azərbaycanın Qaradağ rayonunda qəsəbə.
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Suğur
Əvasim (ərəb. العواصم‎, hərf. "müdafiələr, istehkamlar"; təkdə Asimə, اَلْـعَـاصِـمَـة, hərf. "müdafiəçi") — Kilikiya, Suriyanın şimalı və Yuxarı Mesopotamiyada Bizans imperiyası ilə Əməvi və Abbasi xilafətləri arasındakı sərhəd zonasının müsəlman tərəfinə istinad etmək üçün istifadə olunan ərəbcə termin. Bu, VIII əsrin əvvəllərində, müsəlman fəthlərinin ilk dalğası azaldıqdan sonra qurulmuş və Bizans irəliləyişləri tərəfindən əzilən X əsrin ortalarına qədər davam etmişdir. Bu, suğur (اَلـثُّـغُـوْر; təkdə səqr, اَلـثَّـغْـر, hərf. "yarıq, açılış") kimi tanınan möhkəmləndirilmiş istehkamlar zəncirindən yaranmış irəli markalardan, həmçinin əsas əvasim olaraq bilinən sərhəd zonasının arxa və ya daxili sahələrindən ibarət idi. Suğur termini Əndəlus və Mavəraünnəhr yürüşlərində də istifadə edilmişdir. Bu, XIV əsrdə Misir Məmlükləri tərəfindən yenidən canlandırılmaq üçün Fərat regionunda bərpa edilmişdir. Qazi (islam) Honigmann, Ernst (1935). Byzance et les Arabes, Tome III: Die Ostgrenze des Byzantinischen Reiches von 363 bis 1071 nach griechischen, arabischen, syrischen und armenischen Quellen. Corpus Bruxellense Historiae Byzantinae (in German). Brussels: Éditions de l'Institut de philologie et d'histoire orientales.
Söğüt
Söğüt — Biləcik ilinin bir ilçəsidir. Osmanlı Bəyliyinin birinci paytaxtıdır. Mahalın əhalisi 31.12.2010 TÜİK məlumatlarına görə 25.679 nəfər dir.
Çoğur
Çoğur — mizrabla səsləndirilən simli muqisi alətidir. Tarixi faktlardan belə qənaətə gəlmək olar ki, XII-XIII yüzilliklərdə ozan qopuzunun çoğurla, XV-XVI yüzilliklərdə isə çoğurun sazla əvəzlənməsi mərhələləri olmuşdur. Tarixi qaynaqlardan aydın olur ki, XII-XVI yüzilliklərdə, qopuzun sazla əvəzlənməsi arasındakı dövrdə, Qafqaz, İran və Anadoludakı sufi mərasimlərində, dərviş aşıq məclislərində "çağır", "çaqur", "çuqur", "çoğur" adlı musiqi alətindən istifadə edilmişdir. Müxtəlif tarixi mənbələrdən məlumdur ki, Orta əsrlərdə Səfəvi dövlətinin ordusunda yüksək döyüş əhval-ruhiyyəsi yaratmaq üçün çoğur musiqi alətindən istifadə etmişlər. XVI yüzilliyin əvvəllərindən bəhs edən "Cahanarayi Şah İsmayıl Səfəvi" salnaməsində bu barədə deyilir... Qalib yürüşlü ordunun qarşısında çukurlar çalmaq, türkü-varsağılar oxumaqla döyüşçülərin vuruş ruhunu qaldırırdılar". Şah İsmayıl Xətainin (XVI əsr) "Dəhnamə"sində çoğur təsvir edilir. Çoğurun çanağı çuxura bənzəyir, yəni kötüyün içi çuxur kimi ovulur, bu üzdən alətə "çuxur" adı verilib. Təsadüfi deyil ki, Azərbaycan Sovet Ensiklopediyasında Orta Çağlarda alətin "çuxur", "çoğor", "çoğur" kimi adlandırıldığı da göstərilir . Başqa ehtimala görə, "çoğur" sözü "çağırmaq" felindən törəyib, "haqqı, Allahı çağırmaq üçün istifadə edilən musiqi aləti" mənasını verir.
Şoqun
Şoqun (将軍) və ya bəzən syoqun — 1192–1867-ci illərdə Yaponiyanın hərbi diktatorlarına verilən titul. Onların rejimi bakufu (hərfi tərcümədə "çadır hökuməti") adlansa da, bu termin əsasən "şoqunluq" sözü şəklində tərcümə olunur. Yaponiya tarixində üç şoqunluq olmuşdur: Kamakura şoqunluğu (1192–1333), Aşikaqa və ya Muromaçi şoqunluğu (1338–1573) və Tokuqava şoqunluğu (1603–1867). Kamakura dövründə şoqun titulu müxtəlif ailələrin fərdlərinə keçirdi, lakin bu titul Muromaçi dövründə Aşikaqa ailəsinin, Edo dövründə isə Tokuqava ailəsinin fərdlərinə verilirdi. Şoqun titulu formal olaraq imperator tərəfindən şəxsə sülhü qoruması üçün verilirdi, lakin əslində imperatorlar gücsüz idilər, şoqunların təyinatı daxili işlərdə üstünlüyü olan hərbi şəxslər tərəfindən müəyyən olunurdu. Hər şoqun vassallarını və torpaqlarına birbaşa nəzarət edə bildiyi bir inzibati təşkilata başçılıq edirdi. Digər hərbi ailələrə, buddist və şinto məbədlərinə aid olan torpaqları isə müəyyən dərəcədə idarə edə bilirdi. "Şoqun" sözü sey-i tayşoqun titulunun qısaltmasından yaranmışdır. Sey-i tayşoqun titulu isə daxili qarışıqlıqlara və digər etnik qruplara qarşı ekspedisiyalara başçılıq edən hökumət rəsmilərinə verilmiş qədim titullardan yaranmışdır. Nara dövründəki (710–794) imperatorluq hökuməti Honşu adasının şimal-şərqini işğal etmiş Emişi qruplarını məğlub etmək üçün göndərilmiş qüvvələrin komandalığına bir neçə şəxsi təyin etmişdir.
Ulduzlar sönmür
"Ulduzlar sönmür" (rus. Звезды не гаснут) — rejissor Əjdər İbrahimovun filmi. Tarixi-bioqrafik film şərq xalqlarının azadlığı uğrunda alovlu mübariz, Azərbaycan Xalq Komissarları Sovetinin sədri, SSRİ Mərkəzi İcraiyyə Komitəsinin sədri, gözəl insan, müəllim, həkim, jurnalist, yazıçı və dramaturq Nəriman Nərimanovun həyat və çoxsahəli fəaliyyətinə həsr edilmişdir. Film bir neçə novelladan ibarətdir. Həmin novellalarda Nəriman Nərimanovun həyatının ən parlaq səhifələri öz əksini tapmışdır. Ssenari müəllifi: İsa Hüseynov, Əjdər İbrahimov Quruluşçu rejissor: Əjdər İbrahimov Quruluşçu operator: Aleksey Temerin Quruluşçu rəssam: Yevgeni Çernyayev Bəstəkar: Arif Məlikov Səs operatoru: Viktor Belyarov Rejissor: Məmməd Əlili Mahnıların mətni: Onegin Hacıqasımov, Fikrət Qoca, İslam Səfərli Mahnı ifa edən: Anatollu Qəniyev ("Çıx yaşıl düzə" mahnısı) Vladimir Samoylov — Nərimanov Yevgeni Samoylov — Çiçerin Valerian Vinoqradov — Mironov Tengiz Arçvadze — Çingiz Boris Mulayev — Zarayev Nelli Samuşiya — Gülsüm Almaz Əsgərova — Fatma Tatyana Voloşina — Nataşa Ənvər Vəliyev — Bünyad Oleq Xabalov — Çotay İsmayıl Osmanlı — Tağıyev Adil İsgəndərov — Nəsib bəy Əjdər İbrahimov — Bequlov Müxlis Cənizadə — Mustafa Nikolay Mixaylov — Çemenov Nadejda Samoylova — Mariya Fyodorovna Nikolay Volkov — Tompson Semyon Sokolovski — Martinau Əhməd Əhmədov — Əhməd Ağasadıq Gəraybəyli — jandarm Zemfira Sadıqova — Firuzə Mirzə Babayev Rahib Əliyev Dadaş Kazımov Nikolay Şulgin Muxtar Avşarov Tamara Kokova Kamal Xudaverdiyev Rasim Balayev — Sultanov Məlik Dadaşov Rafael Dadaşov Fazil Salayev Məmməd Əlili Sergey İvanov Saveli Kramarov Zirəddin Tağıyev İdris Noqaybayev Anatoli Falkoviç "Ulduzlar sönmür" bukleti. Bakı, 1971-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл. ред.