Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sour
Sour — amerikalı müğənni Oliviya Rodriqonun ilk studiya albomu. 21 may 2021-ci ildə Geffen Records tərəfindən buraxılıb. Albom Rodriqo və prodüser Den Niqro tərəfindən hazırlanıb.
Broken Source
Broken Source - Xorvatiyada çalışan azərbaycanlı musiqiçi Dj Sineddin ikinci studiya albomudur. 2011-ci ilin aprel ayında Xorvatiyada bürünc statusu alıb. 1 dekabr 2012 tarixinə olan məlumatlara görə albomun 72000 nüsxəsi satılıb. == Albom haqqında == Broken Source albomunun təqdimatı 10 oktyabr 2010-cu ildə Bakı şəhərində Face klubda keçirildi. Albom 11 (10+1) trek daxil oldu. Dj Sinedd öz ikinci studiya albomu üzərində yenidən Ejay-Studio Records nişanı ilə çalışdı. Albomda Sineddin il ərzində yazdırdığı remikslər və 5 yeni mahnı yer alıb. Dj Sinedd öz rəsmi saytında avqust ayının 28-i yeni albomun trek-siyahısını və üzlüyünü nümayiş etdirdi. Albom 10 oktyabr tarixində işıq üzü gördü və qısa bir zaman ərzində Azərbaycan dance chartinda ilk pilləyə qalxdı. Xorvatiya üzrə satışları 15 mini keçdiyinə görə bu ölkədə albom "gümüş status"unu, Avropa üzrə isə satışları 25 min nüsxəni keçdiyinə görə "bürünc statusu"nu alıb.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Soul
Soul (ing. soul — can) — ABŞ-də qara insanların populyar musiqisi.
Sous
Fransızların dediyi kimi çox gözəl yemək bişirməyi və hazırlamağı öyrənə bilərsən, lakin sous düzəltmək Allahın verdiyi vergidir. Sous sözü də digər bir çox sözlər kimi bizim dilimizə fransızlardan keçmişdir və latın sözü sayılır. Salsa sözü qədim romalılarda duzlu məhlul, yəni bir sözlə izah etsək sous sözünü ifadə edirdi. Fransanın özündə souslar kulinariyanın ən yüksək zirvəsini qət edə bilmişdir, nəticədə fransız dilində sauce kimi ifadə olunan bu söz dünya ədəbiyyatında daxil olmuşdur. Birinci məşhur sous qarum adlandırılırdı və bu sous daha çox balıq yeməklərində, iksusda istifadə edilirdi. Qarumu daha çox kübar ailələrin nümayəndələri istifadə edirdi, çünki bu qida ən çətin hazırlanan xörəklər siyahısında yer alırdı. Ət və balıq məhsullarından hazırlanan yeməklərdə əlavə sous kimi istifadə edilirdi. Sousu çox vaxtlar duzun yerinə istifadə edirdilər. Qarum iri yırtıcı balıqlardan və skumbriya balığının günəşin altında qurudulmuş halından hazırlanırdı, eyni zamanda qızardılmışından da istifadə edilə bilərdi. Uzun müddət günəşin altında saxlandıqdan sonra qızardılır və ətdə müəyyən sərtlik əmələ gəlirdi.
Sor Sor
Sor Sor — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Toponimikası == Kənd Qarasuçayın sahilində yerləşir. Etnooykonimdir. Oykonim özündə Azərbaycanın sorsor/sorsur tayfasının adını əks etdirir. Sorsorlar XV əsrdə Səfəvi hökmdarı I Şah İsmayıl Xətainin hakimiyyətə gəlməsində və Səhvilər dövlətinin möhkəmlənməsində yaxından iştirak etmiş qızılbaş tayfalarından biri olmuşdur. Sonralar onlar Azarbaycanın müxtəlif zonalarında məskunlaşmışdılar. XVI əsrin əvvəllərində sorsorlann bir qismi Şirvanda yaşayırdı. Sorsor etnotoponiminə tarixən Azərbaycanın müxtəlif yərlərində rast gəlinirdi, məsələn: Göyçay quberniyasında Sorsor kəndi, Qubada Sursur Bilici kəndi, Şamaxıda Sorsor kəndi, Lənkəranda Son, Sorə kəndi, Cəbrayılda Sur kəndi və s. == Əhalisi == 2022-ci ilin siyahıyaalınmasına əsasən kənddə 2320 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sor
Sor (əvvəlki adı: Tsur) — Azərbaycan Respublikasının Xocavənd rayonunun Binədərəsi kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 29 dekabr 1992-ci il tarixli, 428 saylı Qərarı ilə Xocavənd rayonunun Tsur kəndi Sor kəndi adlandırılmışdır. 1993-cü ilin avqust ayından 9 oktyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Sor kəndi 9 oktyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd XIX əsrin 20-ci illərində İrandan gəlmiş erməni ailələrinin məskunlaşmasından sonra Tsur adlanmışdır. 1992-ci ildə kənd əvvəlki adı ilə rəsmləşdirilmişdir. Sor sözü türkdilli xalqların toponimiyasında coğrafi termin kimi "duzlu çöl", "bataqlıq", "kiçik göl", "aşağı yer, ətək" mənalarında işlənir. Konkret olaraq dağ ətəyində yerlaşən bu kəndin adı məhz "aşağı yer, ətək" mənasındadır. == Tarixi == Kəndin adı 1727-ci ildə Osmanlı qaynaqlarında Dizaq nahiyəsinin Sur kəndi olaraq keçir. Kənd ilk dəfə 1992-ci ilin əvvəllərində erməni quldurlarının əlinə keçmişdir.
Sur
Sur (ərəb. صور‎; finikiycə 𐤑𐤅𐤓 Tsor — daşlı ada; q.yun. Τύρος Túros) —Finikiyada qədim şəhər. Bəzən bu şəhərin adını "yeni şəhər" kimi yozurlar. == Tarixi == Finikiyalılar Aralıq dənizinin şərq sahillərində bir çox şəhərlər saldılar. Sonralar bu şəhərlərin hər biri ayrıca dövlətə çevrildi. Sayda, Sur, Kabil belə şəhərlərdən idi. Geniş ticarət Sur şəhər-dövlətinin yüksəlməsinə şərait yalatdı. Sur qaya ada üzərində tikilmişdi. Adaya torpaq və daş tökülmüş və genişləndirilmişdi.
Sor-Sor xalçaları
Sor-Sor xalçaları — Şirvan xalçaçılıq məktəbinə aid Azərbaycan xalçaları.
Sor Sor bələdiyyəsi
Kürdəmir bələdiyyələri — Kürdəmir rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Bos gour
Qaur (lat. Bos gaurus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinə aid heyvan növü. Qaur (Bos Bibos Frontalis Gaurus) hazırda Hindistanda və Zond adalarında yayılmışdır. Bəzi alimlərin rəyinə görə qaur özündən fərqli olan qayalın törəməsinə səbəb olmuşdur. Prof. A.A.Brauner burnu buğa yarımailəsinin törəməsi tarixinə dair təklif etdiyi sxemdə təsdiq etmişdir. Əslində isə qayal və qaur müxtəlif formalardır. Qaurun buynuzları uzun və çox əyilmişdir, dibləri enli, ucları isə sivridir. İstiqaməti yuxarıya, azacıq dala və içəriyə tərəfdir. Qaurun ilk təsviri 1827-ci ildə verilmişdir.
Crypturellus soui
Kiçik tinamu (lat. Crypturellus soui) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin tinamukimilər dəstəsinin tinamular fəsiləsinin əsl tinamu cinsinə aid heyvan növü.
Dyula Mour
Dyula Mour (mac. Moór Gyula; 11 avqust 1888, Brаșоv – 3 fevral 1950, Budapeşt) — Macarıstan hüquqşünası, professor, millət vəkili. 1945-1946-cı illərdə Macarıstan Elmlər Akademiyasının prezidenti olmuşudr. == İstinadlar == == Mənbə == Szegedi egyetemi almanach: 1921–1995. Vol. I. (1996). Szeged, (ed. Rezső Mészáros). p. 53.
Midnight Hour
Midnight Hour (azərb. Gecə yarısı‎) – C. C. Catch tərəfindən 1986-cı ildə ifa edilmiş mahnıdır.
Nour gölü
Nohur gölü (az.-əbcəd نوئور گؤلو‎) — Güney Azərbaycan (İran)da Ərdəbil-Xalxal bölgələri arasında Bağrov dağlarında yerləşən dərinliyi az bir göldür. Bu göl Eosen geoloji dönəmində iki qayanın bir birinə dəyib su axımının qarşısını almağına görə yaranmışdır. == Coğrafyası == Göl Bağrov dağlarının ərgənə zirvəsinin aşağı yamaclarında yerləşir. Gölün hündürlüyü orta dəniz səviyyəsindən 2500 metr (8,200 ft) təşkil edir. Ərdəbil Xalxal yolunda 35 kilometr güneyə doğru gedib, Budalalı kəndinə çatanda, doğuya tərəf 18 kilometr də dərə təpəli yolları gedəndə, Nohur gölünə yetişmək olar. Göl Eosen geoloji vaxt miqyaslı zamanı ortaya çıxdı. Nohur geoloji arizəsi və onun batısındakı/qərbindəki başqa arizə, bu gölün yaranmasına bayis olmuşlar. Soyuq dağ iqlimində yerləşən Nohur gölü hövzəsi 400 millimetr (16 inç) illik yağış alır. == Özəlliklər == Göl 220 hektar (540 acre) su yayılması sahəsi var və Azərbaycan Xəzər arasındakı dağlarının bir "yelaltına doğru cinahında bir tektonik depressiya ərzində formalaşmış su mövsümi 'şarj' orqanı/enerji mənbəsi"dir. Bu gölün dərinliyi 5.5 metr (18 ft) dir.
Pendirli sous
' 'Pendirli sous -Hindistan mətbəxi. == Hindistan mətbəxi == Mətbəxin ən çox istifadə edilən ədviyyatları sarıkök, acı bibər, qara xardal tozu, zəncəfil, sarımsaq, hind zəfəranıdır. Hind mətbəxi şimal, cənub, şərq və qərb mətbəxləri olmaqla dörd hissəyə ayrılır. Hər mətbəxin özünəxas xarakteristikaları vardır. Şimali Hind mətbəxi süd məhsullarından çox istifadə edilməsi ilə digərlərindən fərqlənir. Qatıq, yağ və süddən geniş istifadə edilir. Şimali Hind mətbəxinin əsas yeməkləri mirch bada, buknu, bhujiya, Chaat, kachori, imarti sayılır. Qərb Hind mətbəxində balıq, hindistan qozu və düyüdən çox istifadə edilir. Cənubi Hind mətbəxi düyü, hindistan qozu, müxtəlif turşularla məşhurdur.Samosa: Şimali Hind mətbəxinə aiddir. Üçbucaq və ya aypara şəklində açılmış xəmir içi ədviyyatlı kartof, qiymə və soğan ilə doldurulmaqla hazırlanır.
Saur-Moqila
Saur-Moqila (rus. Саур-Могила) və ya Savur-Moqila (ukr. Савур-могила) ― Ukrayna ilə Rusiyanın Rostov vilayətinin sərhədindən təxminən 5 kilometr (3.1 mil) məsafədə, Donetsk silsiləsində yerləşən strateji yüksəklik. 277,9 metr hündürlüyündəki təpə 1963-cü ildə Ukraynalı memar Anatoliy İqnaşenko tərəfindən İkinci Dünya Müharibəsi zamanı Saur-Moqilanın azad edilməsinin 20-ci ildönümünə tikilmiş böyük bir abidə kompleksi ilə daha çox tanınır. == Tarix == Təpə əslində tarii bir kurqan qəbirdir. Təpənin adı da məhz bunla bağlıdır. Belə ki moqila ukrayn dilində "kurqan" deməkdir. Saur sözünün isə türk dilindən gəldiyi və "at sarğısına bənzər çöl kurqanı" mənasını verdiyi düşünülür. Rozamund Bartlett yazır: "Orta əsrlər dövründə ruslarla türklər və tatarlar arasında bir növ sərhəd rolunu oynayan bu xüsusi kurqan haqqında bir çox məşhur rəvayətlər yayılmışdır; Saur onlarda ya pis bir Türk xanı, ya da kazak qəhrəmanı olaraq göstərilir. == İkinci dünya müharibəsi == İkinci Dünya Müharibəsi zamanı Sovet qoşunları 1943-cü ilin avqustunda Alman qüvvələrindən hündürlüyə nəzarəti ələ almağa müvəffəq olduqda Saur-Moqila gərgin döyüşlərin mərkəz nöqtəsi idi.
Soul Survivor
Soul Survivor (azərb. Ruhun xilaskarı‎) – C. C. Catch tərəfindən 1987-ci ildə ifa edilmiş mahnıdır.
Stur-Fiord
Stur-Fiord (norv. Storfjorden, nyunorsk Storfjorden) — Norveçin Myore-oq-Romstal rayonu ərazisində yerləşən fiord. Uzunluğuna görə 5-ci fiordudur. Fiord ölkənin daxilinə 110 km məsafəsə daxil olur. Maksimal dərinliyi 679 metrdir. Sahilləri sıldırımlıdır. Hündürlük 300-1200 metr arasında dəyişir. Sahillərində Olesunn və Stranda kimi yaşayış məntəqələri vardır. Norveş dilindəm tərçümədə «Böyük Fiord» anlamını verir.
Suur-Munamyaqi
Suur-Munamyaqi (est. Suur Munamägi) — Estoniyada və bütövlükdə Baltikyanı ölkələrdə ən yüksək zirvədir. Hündürlüyü dəniz səviyyəsindən 318 metrdir. Estoniyanın cənub-şərq hissəsindəki Haanya təpəli yüksəkliyində yerləşir. Haanja kəndi ərazisinə daxildir. == Qüllələrin tarixi == Müxtəlif dövrlərdə dağın üstündə 5 qüllə tikilmişdir. Birincisi 1812-ci ildə inşa edildi və yerli əfsanəyə görə, hündürlüyü "gəmiləri utandırdığı" üçün dağıdılmışdır. İkinci qüllə 1870-ci ildə yerli bir restoran sahibi sayəsində ortaya çıxdı. 8 metr hündürlüyü olan qüllə əsasən meyxanaya görə yerli sakinlər arasında populyarlaşdı. Üçüncü qüllə (hündürlüyü 12 metr) eyni meyxananın binasında inşa edilmişdir.
Your-Freedom
Your-Freedom (Azərbaycanca Sizin-Azadlıq) proqramı istifadəçilərin internetə anonim şəkildə daxil olmağısını təmin edir. O, bunun üçün istifadəçilərin sorğularını əvvəlcə "Your-Freedom" serverlərindən göndərir və bu serverlərdən geri çatdırır. "Your-Freedom" veb brauzerlə işləyir, lakin onu elə nizamlamaq olur ki, kompüterdəki digər internetə daxil olan proqramlarla, məsələn SMS və ya ani mesajlaşma proqramları ilə də işləsin.
Your Name
Sənin adın və ya Yaponiyada tanınan adı ilə Kimi no Na wa. (君の名は。) — Makoto Şinkayın ssenaristliyi və rejissorluğu ilə CoMix Wave Films studiyası tərəfindən 2016-cı ildə çəkilmiş elmi fantastika və fentezi anime filmi. Film Şinkay tərəfindən yazılmış eyniadlı roman əsasında çəkilmişdir. Masayoşi Tanaka filmin personaj dizayneridir. Film üçün musiqi Radwimps rok qrupu tərəfindən bəstələnmişdir. Film ilk öncə 3 iyul 2016-cı ildə Los-Anceles şəhərində baş tutmuş Anime Expo 2016 tədbirində nümayiş etdirilmişdir. Rəsmi premyerası 26 avqust 2016-cı ildə baş tutmuşdur. Film üçün ilham qaynağı olan roman 18 iyun 2016-cı ildə buraxılmışdır. Anime Expo 2016 tədbirində filmin Funimation tərəfindən lisenziyalaşdırıldığı açıqlanmışdır.
Your Power
"Your Power" — amerikalı müğənni Billi Aylişin ikinci studiya albomu "Happier Than Ever"dən üçüncü sinql. 29 aprel 2021-ci ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb.
Abdulla Sur
Mirzə Abdulla Məhəmmədzadə (təxəllüsü: Abdulla Sur, Abdulla Tofiq; 23 iyul 1883, Yelizavetpol – 1912, Yelizavetpol) — ədəbiyyatşünas, tənqidçi. == Həyatı == Abdulla Sur 23 iyul 1883–cü ildə Gəncədə anadan olmuşdur. === Təhsili === İlk təhsilini Gəncədəki Xeyriyyə Məktəbində almış, burada müxtəlif dünyəvi elmlərlə yanaşı ərəb və fars dillərini də öyrənmişdir. Çox gənc yaşda – 1899-da, təhsil aldığı məktəbin müəllimi olaraq işləməyə başlamışdır. 1906-cı ildə İstanbula getmiş və İstanbul Universitetində təhsil almışdır. Dərin savadı, ədəbi zövqü və geniş mühakiməsiylə çox qısa zamanda bütün Gəncə ziyalıları arasında tanınmışdır. == Fəaliyyəti == İlk məqalələri 1903–cü ildə Tiflisdə nəşrə başlayan "Şərqi-Rus" qəzetində çap olunmuşdur. Həmin ildə Tiflisə köçərək, bu qəzetin təsisçisi işləyir. Onun yazıları qəzetin hər sayında yer alırdı. Abdulla Surun 1903-cü ildə başlayan mətbuat həyatı, qəzetçilik fəaliyyəti onun qısa ömrünün sonuna qədər davam etmişdir.
Kani Sur
Kani sur- İranın Kürdüstan ostanının Banə şəhristanının Nəmşir bəxşində şəhər və bu bəxşin mərkəzidir. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 1,131 nəfər və 239 ailədən ibarət idi.
Mariama Sou
Mariama Sou (19 may 2000) — Qvineyalı üzgüçü. Mariama Sou Qvineyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mariama Sou birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 39.85 saniyəlik nəticəsi ilə 87-ci yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Somür
Somür (fr. Saumur) — qərbi Fransada Maine-et-Loire departamentində yerləşən kommuna. == Tarixi == Tarixi şəhər, Loire və Teo çayları arasında yerləşir və Fransanın ən yaxşı şərablarını istehsal edən Somür, Şinon, Burqöy, Koto-dü-Layon regionları arasındadır.
Şüur
Şüur — psixika kimi beynin funksiyasıdır. Obyekt aləmin insana xas inikasıdır. Şüur obyektiv aləmin beyində ideal inikasıdır. Şüurun fərdi və ictimai formaları vardır. Fərdi şüur – bir insana xas olan ideyalar, baxışlar sistemidir. == Fəlsəfədə == İctimai şüur isə müəyyən insan qrupuna xas olan ideyalar, baxışlar sistemidir. Şüurun xüsusiyyətləri psixi proseslər, fərqləndirmə, mənlik şüuru məqsədin olması və ictimai-tarixi xarakter daşımasıdır. Şüur, onun mənşəyi, mahiyyəti və gerçəkliyə münasibəti məsə­­­ləsi filosofları qədimdən düşündürən problemlərdən olmuşdur. İn­sanın dünyada yerini və rolunu, onun ətraf aləmlə qarşılıqlı tə­si­­rinin spesifikasını açmaq üçün, şüurun təbiətini və mahiy­yətini ay­dınlaş­dır­maq lazım­dır. Şüur problemi çox mürəkkəb olub, yal­nız fəlsəfi tədqiqatın deyil, habelə bir sıra humanitar və təbiət­şü­na­s­­lıq elmlərinin, o cümlədən müasir dövrdə sosiologiya­nın, psi­xo­­lo­gi­ya­­nın, ki­ber­neti­ka­nın, informatikanın və s.
Milli şüur
Milli şüur – milli varlığı, milli müəyyənliyi səciyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. == Milli şüurun komponentləri == Millətə aid bir çox keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıcıları təkcə elm adamları deyildir. Eyni zamanda vətən, xalq qeyrətini çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıcısıdır. Bu bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı- ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, onlarda bir sevinc və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Xalqın tarixi, onun görkəmli mütəfəkkir və tarixi şəxsiyyətləri, müxtəlif milli atributlar insanın mənəvi aləminə daxil olub onun milli şüurunun formalaşmasına şərait yaradır. Milli şüurun mühüm tərkib hissələrindən biri də milli vicdandır. == Milli vicdan == Milli vicdana malik olan hər bir insan öz torpağının qədrini bilməli, onun təbii sərvətlərini məhv olmaq təhlükəsindən qorumaq üçün daim mübarizə aparmalıdır. Burada milli şüur ekoloji şüurlar birləşir, onun inkişafına təkan verir.
Rabab Aşour
Rabab Aşour (1 yanvar 1979) — Misirli qadın ağır atlet. 53 kq çəki dərəcəsində yarışır və beynəlxalq yarışlarda Misiri təmsil edir. Rabab Aşour dünya çempionatlarında iştirak etmişdir. Son dəfə 1998 Ağır atletika üzrə Dünya Çempionatında mübarizə aparmışdır.
Somür (rayon)
Somür (fr. Saumur) — Fransanın Luara torpağı regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Men və Luara. Suprefektura — Somür. Rayon əhalisi 2006-cı ildə 132 812 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 60 nəf / km². Rayon sahəsi — 2229 km².
Yalançı şüur
Yalançı şüur — sinfi münasibətlərin obyektiv şəkildə müəyyən edilmiş təsvirini ifadə edən marksist konsepsiya “baş üstə”. Marksın əsərlərində “yalançı şüur” (Engels belə deyir) ifadəsi yoxdur, lakin Marks “dönüşmüş şüur ​​formalarına” və bununla əlaqədar olaraq ideologiya və əmtəə fetişizminin müvafiq anlayışlarına böyük diqqət yetirirdi.Yalançı şüur ​​termini məzlum siniflər tərəfindən ictimai münasibətlərin dərk edilməsində sistematik təhrifi ifadə edir; bu təhrif ictimai istismar, hökmranlıq və tabelik münasibətlərini gizlətmək üçün yaranır, mövcuddur və saxlanılır. == Terminin yaranması == İlk dəfə "yalançı şüur" termini Fridrix Engelsin Frans Mehrinqə yazdığı məktubda keçir. O yazırdı: İdeologiya — mütəfəkkir deyilən şəxsin şüurla olsa da, saxta şüurla həyata keçirdiyi prosesdir. Onu fəaliyyətə sövq edən əsl hərəkətverici qüvvələr ona naməlum olaraq qalır, əks halda bu, ideoloji proses olmazdı. O, özü üçün yalançı və ya zahiri hərəkətverici qüvvələr haqqında fikirlər yaradır. Söhbət düşüncə prosesindən getdiyi üçün onun həm məzmununu, həm də formasını xalis təfəkkürdən - ya özündən, ya da sələflərinin düşüncəsindən alır. O, yalnız əqli materialla məşğul olur; o, əlavə təfərrüatlara varmadan bu materialın təfəkkürlə yarandığına inanır və ümumiyyətlə, təfəkkürdən başqa, daha uzaq və müstəqil mənbəyi öyrənmir. Məsələyə bu cür yanaşma ona öz-özünə aydın görünür, çünki onun üçün hər bir hərəkət son təhlildə təfəkkür üzərində qurulmuş kimi görünür, çünki təfəkkür vasitəsilə həyata keçirilir. Marks cəmiyyəti öz-özünə inkişaf edən bir sistem kimi anlayışı yaratdı və inkişaf etdirdi və bunun əsasında əsasən sosial quruluşun tipini və ona uyğun şüuru müəyyən edən iqtisadi münasibətlər sisteminin obyektiv xüsusiyyətlərinin təhlilinə əsaslanan bir sinif nəzəriyyəsini inkişaf etdirdi.
Boum-Boum
Boum-Boum – Enigma musiqi layihəsi adından 2004 – cü ildə çıxarılmış sinql. Mahnı Voyageur albomundan çıxarlmış sonuncu sinqldır. Mahnının vokal ifaçıları Andru Donalds və Ruth-Ann Boyledur.