Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Dürmək
Dürmək — Azərbaycan milli mətbəxinə daxil olan qəlyanaltı növlərindən biri. Adətən səhər yeyilir. Tez və asan hazırlanması ilə seçilən yeməkdir. == Haqqında == Dürməyin iki forması məlumdur: bükmə dürmək və cibli dürmək. Bükmə dürməkdə yaxma ərzaq (pendir, göyərti, qızardılmış ət, yumurta və s.) yuxanın bir qırağına qoyulur, yuxanı alt tərəfdən bir az içliyin üzərinə büküb dürməkləyirlər. Alt tərəfi də qatlandığı üçün içlik tökülmür. Silindr şəklində bükülmüş, bürmələnmiş bu yemək çox ləzzətli olur. Çox vaxt quymaq, halva, eləcə də pendir, yağ, şor və s. ağartı məhsulları bu qayda ilə dürmək edilərək yeyilir. Azərbaycanın bir çox bölgələrində yas üçün bişirilən halvalar yuxaya bükülərək süfrəyə qoyulur.
Düşmən
Düşmən — fərdi və ya güclü şəkildə mənfi və ya təhlükəli olaraq təsdiqlənmiş bir qrup. Düşmən anlayışı "fərdlər və icmalar üçün əsasdır". "Düşmən" termini müəyyən bir şəxsin təhlükə kimi təyin edilməsi ilə bağlı sosial funksiyaya xidmət edir, buna görə də həmin şəxsin sıx bir emosional cavabını tələb edir.Kollektiv bir düşmənin varlığı və ya aşkarlanması qrupun birləşməsini artırmağa çalışır. Ancaq digər qurumların düşmən kimi tanınması və rəftarı səmərəsiz ola bilər və psixoloji disfunksiyanın əlaməti ola bilər. Məsələn, qrup polarizasiyası digər qrupları düşmən olaraq qəbul etməyə qadir ola biləcək qrupun birləşməsinə gətirib çıxara bilər.
Düşmən (film, 2013)
Düşmən (ing. Enemy) — Deni Vilnyovun psixoloji detektiv janrında çəkdiyi film. Kino Joze Saramaqonun "Double" romanının əsasında ekranlaşdırılıb. Ceyk Cillenhol filmdə fiziki cəhətdən eyni, lakin şəxsiyyət baxımından müxtəlif olan iki kişi rolunu birdən ifa edir. Kişilərin sevgilliləri rollarını Melani Loran və Sara Gadon almışdı. İlk göstərimi 2013-cü ildə Toronto Beynəxalq Film Festivalında olmuşdur. Düşmən 5 dənə Kanada Film Mükafatını almışdır: ən yaxşı rejissor (D. Vilynov), ikinci plan qadın rolu (Sara Gadon), operator işi (Nikolya Boldyuk), montaj (Metyu Hannam), orijinal musiqi (Denni Bensi, Sonder Yurriaans). Həmçinin film 5 kateqoriyada namizəd idi: ən yaxşı film, uyğunlaşdırılmış ssenari (Havyer Qullon), kişi rolu (Ceyk Cillenhol), rəssam işi (Patris Vermett), vizual effektlər. == Süjet == Adam Bell asıq sifətli (?), dağınıq bir tarix professorudur. Bir iş yoldaşının tövsiyəsi ilə video prokatdan baxmadığı komediya filmini götürür.
Qapıdakı düşmən (film, 2001)
Qapıdakı düşmən (ing. Enemy at the Gates) — Cean-Cacques Annaud tərəfindən 2001-ci ili Paramount Pictures istehsalı müharibə filmi. Filmin adı William Craigin "Enemy at the Gates: The Battle for Stalingrad" kitabından alınmışdır. Ümumiyyətlə Sovet snayperi Vasili Zaytsevin necə iti snayperçi olması və Stalinqrad Döyüşündə rəqibi Alman snayperi Mayor Erwin Königlə mübarizəsi canlandırılmışdır. == Məzmun == Bu film 1942 ci ildə Stalininqrad uğrunda gedən amansız döyüşlərdən bəhs edir.Almanlar ən yaxşı atıcıları olan mayor Keninqi Stalininqrada xüsusi tapşırıqla yollayırlar.O rusların "ölüm mələyi" ləqəbi ilə tanınan atıcısını məhv etməli idi.
Boyaqlar
Boyaqlar (azobayaqlar) - kimyəvi tərkib etibarı ilə azoboyaqlar, azobenzolun hidroksilli və ya aminli törəmələridir. Onların ən sadələri oksiazobenzol C6H5—N=N—C6H4OH və aminazobenzol C6H5—N=N—C6H4NH2-dir == Alınması == Azoboyaq almaq üçün əvvəlcə amini dnazolaşdırır, sonra onu ikinci komponent - amin və ya fenol ilə bitişdirirlər. Duazolaşdırmaq üçün amin duzu ilə turşu qarışığını yaxşı soyutmaqla qarışdıraraq, üzərinə natrium-nitrit əlavə edirlər. Dbazobirləşməni amin və ya fenolla kondensləşdirdikdə azoboyaq alınır. Müxtəlif aminlər, fenollar və onların müxtəlif törəmələrini götürməklə, müxtəlif tərkibli, müxtəlif rəngli boyaqlar almaq olar. azoboyaq alınması reaksiyanın sürəti, həmin reaksiyada iştirak edən diazobirləşmənin və ikinci komponentin quruluşundan asılıdır. == Azobirləşmələr == Azobirləşmələr intensiv boyadıcı kimi istifadə olunan üzvi maddələrdir. Molekulun strukturundan asılı olaraq, onlar intensiv sarı, çıhrayı, qırmızı, yaşıl və ya göy rəngdə ola bilərlər. Buna görə onlardan boyaqlar kimi istifadə olunur. Müasir sənayedə alınan boyaqların yarısı demək olar ki, azoboyaqlardır.
Qoruqlar
Qoruqlar — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Ordubad rayonunda bir kənd.Vənənd bələdiyyəsinin tərkibindədir. Rayonun mərkəzindən 27 km şimal-qərbdə, Ordubad-Unus avtomobil yolunun sağ kənarında, Vənənd çayının sahilindədir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur. Orta məktəbi, kitabxanası, tibb məntəqəsi var. == Toponimikası == Vənnənd çayının sahilində Zəngəzur silsiləsinin ətəyindədir. Tədqiqatlara görə oykonim qızılbaşların zülqədər tayfasının qoruq qolunun adındandır. Bu qol isə mənşəcə Səlcuq oğuzlarının 24 tayfasından biri olmuş karık tayfasındandır. == Əhalisi == Əhalisi 190 nəfərdir. Əhalisi bağçılıq, tərəvəzçilik və heyvandarlıqla məşğuldur.
Qoyunlar
Qoyun (lat. Ovis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinə aid heyvan cinsi. Qoyunların erkəkləri qoç, balacaları isə, quzu adlanır. Azərbaycanda heyvandarlıqda geniş istifadə edilir. Qədim tarixi mənbələrə görə Azərbaycanda qoyunçuluq hər zaman geniş yayılmışdır. == Qoyun dünya mədəniyyətində == === Məhsuldarlıq rəmzi === Məhsuldarlıq rəmzi olan qoç (qoyun) Qədim Şərqdə daha çox pərəstiş olunan heyvanlardan biri olmuşdur. Müqəddəs hesab olunan qoyunlar bir sıra allahların məbədlərində saxlanılırdı. Məsələn, Misirdə qoyunu Xnum allahının, Herakleopolda Herişafa allahının təcəssümü hesab edirdilər. Qoyuna daha çox pərəstiş olunan Mendesdə isə müqəddəs qoyun Banebjed ("Jed hakiminin canı") adlandırılırdı. Erkən tunc dövrünün məhsuldarlıq rəmzinə çevrilən qoç (qoyun) sonrakı dövrlərdə bu ev heyvanına olan inanc və münasibət yeni forma və məzmun əldə etmişdir.
Soyadlar
Soyad — bir insanın ümumi əcdaddan başlayaraq bir nəslə, yaxud daha dar mənada bir ailəyə mənsubluğunu göstərən irsi ata adı. Hazırda Azərbaycan vətəndaşlarının çoxunun soyadı "ev,ov" və "yev" şəkilçiləri ilə bitir. Bəzi soyadlar -zadə sonluğu ilə bitir. "ev,ov" və "yev" rus mənşəli, "zadə" isə fars mənşəlidir. == Soyadlar şəkilçilərlə == Soyadların araşdırılıb və təsdiq olunması dünyada nisbətən yeni haldır. İsveçdə soyadın mütləq olması 1901-ci ildə qərarlaşdırılıb. Avropada yalnız zadəgan ailələr soyadlarını təsdiqləyirdilər. Bunu ona görə edirdilər ki, miras yalnız soyadın davamçılarına qismət olsun. Rusiyada bu hərəkat təhkimçilik hüququnun ləğv olunmasından sonra başladı, 1861-ci ildə və XX əsrdə sona yetdi. Əvvəllər burada insanlar ad əvəzinə ləqəblərdən istifadə edirdilər, yerləşdiyi məkanın adlarını verirdilər, sahiblərinin adlarını, heyvanların, quşların, təbiət hallarının.
Soyotlar
Soyotlar — Şimali Asiyanın Sibir bölgəsində yaşayan, soyları, dilləri və mədəniyyətləri yox olma təhlükəsində olan azsaylı türk xalqı. Soyotların əsas hissəsi Rusiya Federasiyasının Buryatiya Respublikasının qərbindəki Oka bölgəsində (Tıva Respublikası ilə həmsərhəd) yaşayırlar. Rusiyadakı 2002-ci il əhali sayımına görə, soyotların Rusiyadakı sayı 2769 nəfərdir. == Ümumi məlumat == Buryatlar arasında dağınıq şəkildə yaşayaraq, rus və monqol dilləri qrupuna aid olan buryat dili yayqınlıq qazandığından son zamanlarda bu dillər ilə danışmaqda, bir türk dili olan öz dilləri isə yox olma təhlikəsi ilə qarşı qarşıya buraxılmaqdadır. Soyotlar milli cəhətdən tıvalara çox yaxın olan bir xalqdırlar. Soyotların milli ana dili olan soyot dili də tıva dilinə çox yaxın bir dildir, lakin qrupuna girən dilləri və mədəniyyətləri UNESCOya görə yox olma təhlikəsindədir Okada bazı okullarda öğrətim yapılmaya çalışılmışdır. Orjan Olsen, H. Printz, Anders K. Olsen, Fritz Jensen (Norveçli) və J. E. Gustschin kimi Norveçli alimlər tərəfindən Rusiyaya 1910-cu illərdə gerçəkləşən elmi səfərdə, soyotların hələ buryatlar və ruslar arasında assimilyasiya olmadığını görmək mümkündür. Çoxlu sayda mədəni və etnoqrafik məlumat toplanmışdır. Bu etnoqrafik məlumatlar və fotoşəkillər də alimlər tərəfindən "Et primitivt folk de mongolske rennomader" (Cappeln, 1915) kitabında buraxılmışdılar. Toplanan bu məlumatların ispanca bir nəşri də var idi: "Los soyotos, un pueblo primitivo.
Soyuqdağ
Soyuqdağ – Ordubad rayonu ərazisində dağ (hünd. 3147,5 m). Zəngəzur silsiləsinin suayırıcısında zirvə. Gənzəçayla Kotamçayın mənbə hissəsində, Gənzə kəndindən 4,8 km şərq-şimal-şərqdədir. Mehri-Ordubad batolitinin Orta Eosen yaşlı qranodiorit-porfir, diorit və diorit-porfirlərindən təşkil olunmuş sıldırım yamaclı konusvari yüksəklikdir. Tektonik cəhətdən Zəngəzur qalxım zonasının cənub-şərq cinahında yerləşir.
Düstək (Üşnəviyyə)
Düstək (fars. دوستك‎) - İranın Qərbi Azərbaycan ostanının Üşnəviyyə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 384 nəfər yaşayır (87 ailə).
Yan Düssek
Yan Düssek (d. 12.2.1760, Çaslav, Bohemiya krallığı - ö. 20.3.1812, Sen-Jermen-an-Le, Fransa) — Çexiyalı bəstəkar. Yan Antonin Kojeluxun qohumu və şagirdi.
Oyunlar
Oyun — boş vaxtları qiymətləndirmək üçün edilən əyləndirici və bəzən də maarifləndirici fəaliyyət. Oyun sözü ilə bunlardan biri nəzərdə tutulmuş ola bilər: Uşaq oyunları İdman müsabiqələri Olimpiya oyunları Azartlı oyunlar Rəqs və ya xalq rəqsləri Teatr tamaşaları Kompüter və ya konsollar vasitəsilə oynanan videooyunlar Şahmat, dama kimi masaüstü oyunlar Zəka oyunlarıKino"Oyun" — Maykl Duqlas və Şon Pennin baş rollarını oynadıqları film.Musiqi"Oyun" — 2005-ci ildə yaradılan musiqi qrupu. "Oyun" — "Təmas" musiqi qrupunun 2009-cu ilin noyabrında çıxardığı "Həyata toxun" adlı albomundai 9-cu mahnı. == Xarici keçidlər == Quliyev B. Mütəhərrik və əyləncəli oyunlar. (8 Azərbaycan milli uşaq oyunları).
Sofular
Sofular — Azərbaycan Respublikasının Tovuz rayonunun Kirən kənd inzibati ərazi dairəsində kənd. == Toponimikası == Kəndin keçmiş adı Çuxurtala olmuşdur. Etnooykonimdir. Kəndin adı azərbaycanlıların etnogenezində iştirak etmiş kəngərlilərin sofulu tayfa­sının adı ilə bağlıdır. Sofulu tayfasının nüma­yəndələri əsasən Zəngəzur və Qazax qəzalarında yaşamışlar. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd dağlıq ərazidə yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə Sofular kənd kitabxana filialı, Sofular kənd klubu fəaliyyət göstərir. == Təhsil == Kənddə Sofular kənd ümumi orta məktəbi fəaliyyət göstərir. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır.
Soyulan
Soyulan — Azərbaycan Respublikasının Tərtər rayonunun inzibati ərazi vahidində kənd. Soyulan kəndinin əsil adı Soylan, yerli tələffüzü Soylandır. Yerli məlumata görə, yaşayış məntəqəsini Ermənistanın Soylan kəndindən köçüb galmiş ailələr saldığı üçün belə adlandırılmışdır. Miqrant toponimdir.
Soylar
Soylar — nəsillər, familiyalar. Sosial həyatın ən mühüm anlayışlarından biri. O, sinfi cəmiyyətə qədərki dövrün əsas ictimai-iqtisadi hüceyrəsidir. Nəsil öz mənşəyini vahid bir əcdaddan götürən qan qohumlarının ittifaqıdır. Antik dünyada nəsil sözünə "gens" anlayışı uyğun gəldiyindən kentil quruluş, kentil təşkilat terminlərindən də istifadə olunur. Ana nəsli – ana xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Ata nəsli – isə ata xətti ilə qohum olan qan qohumlarının ittifaqıdır. Qərbi Avropa ədəbiyyatında "klan" termini ata nəsli termini ilə sinonim sayılır. Məsələn, Şotlandiyada ata nəsli quruluşu klan quruluşu kimi xarakterizə olunur. Nəsli ağsaqqallar idarə edirdilər.
Soyuqdur (mahnı)
Soyuqdur — Azərbaycanlı meyxanaçı, müğənni Namiq Qaraçuxurlunun mahnısıdır. == Mahnı haqqında == Sözləri və musiqisi Namiq Qaraçuxurlu aiddir. Yayımlandığı ilin ən böyük hitlərindən birinə çevrilib. Mahnıya klipdə çəkilmişdir. Klipin bir hissəsi Almaniyada bir hissəsi isə Azərbaycanda çəkilmişdir.
Cəngəllik toyuqları
Cəngəllik toyuqları (lat. Gallini) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin toyuqkimilər dəstəsinin qırqovullar fəsiləsinə aid heyvan tribası.
Oyunlar nəzəriyyəsi
Oyunlar nəzəriyyəsi — strateji qərar qəbuletməni öyrənən elm sahəsidir. Daha dəqiq, Myersona görə oyunlar nəzəriyyəsi "ağıllı rasional qərar qəbul edənlər arasında konfliktin və əməkdaşlığın riyazi modellərini öyrənir". Oyunlar nəzəriyyəsi əsasən iqtisadiyyat, siyasi elmlər, psixologiya, məntiq və biologiyada istifadə olunur. İlk dövrlərdə bu sahəyə əsasən sıfır-cəm oyunlar daxil edilirdi ki, bu tip oyunlarda bir oyunçunun qazancı digər iştirakçıların xalis itkilərinə bərabərdir. Lakin bu günlərdə oyunlar nəzəriyyəsi daha geniş və mürəkkəb əlaqələrə tətbiq olunur. Müasir oyunlar nəzəriyyəsi John von Neumannla 1920-ci illərin sonundan etibarən başlamışdır.[mənbə göstərin] [mənbə göstərin]Oyunlar nəzəriyyəsi — (ing.game theory, ru.теория игр)– tətbiqi riyaziyyatın, daha dəqiqi, əməliyyatların tədqiqinin bölməsi. Oyunlar nəzəriyyəsinin müəllifi Con fon Neyman (John von Neumann, 1903–1957) hesab edilir. Rəqabətli oyunda strategiya və uğur (uduş) ehtimalı məsələləri araşdırılır; rəqabətli oyunda hər bir iştirakçı oyuna qismən nəzarət edir və o biri iştirakşılara nisbətən daha uduşlu gedişlər etməyə çalışır. Oyunlar nəzəriyyəsinin metodları daha çox iqtisadiyyatda və başqa ictimai elmlərdə: sosiologiyada, politologiyada, psixologiyada, etikada və başqa sahələrdə tətbiq olunur. 1970-ci illərdən başlayaraq bioloqlar heyvanların davranışını və təkamül nəzəriyyəsini araşdırmaq üçün oyunlar nəzəriyyəsindən istifadə edirlər.
Dişmok
Dişmok — İranın Kohgiluyə və Boyer-Əhməd ostanının Kohgiluyə şəhristanının Dişmok bəxşində şəhər və onun mərkəzi. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 4,053 nəfər və 710 ailədən ibarət idi.
Dözmək
Dözmək — Davam gətirmək, tab gətirmək, səbirlə keçirmək, qatlaşmaq. Ağrıya dözmək. Əziyyətə dözmək.Misal: Səbir etmək, təhəmmül etmək, səbirlə gözləmək. Dözürsən döz bu ayrılıq dağına; Mən dayannam, amma sən dayanmazsan! M.P.Vaqif.Razılaşmaq, barışmaq, keçirmək, yol vermək.Misal: Belə şeylərə dözmək olmaz. – Yox, sən buna dözməzsən, elin vuran qolusan; Sən namus aşiqisən, şərəflisən, ulusan. M.Rahim.
Dümbək
Dümbək - qədəhvarı quruluşa malik qədim zərb alətlərindən biridir. == Tarixçə == Orta əsrlərdə Azərbaycanda geniş yayılmış bu alət XX əsrin əvvəllərindən tədricən unudulmağa başlansa da, hazırda istifadə olunmaqdadır. Cənub bölgələri üçün daha xarakterikdir. == Quruluşu == Bir üzünə dana və yaxud keçi dərisi çəkilən alətin gövdəsi ilk vaxtlar gildən düzəldilsə də, hal-hazırda ağac və misdən hazırlanır. Ümumi hündürlüyü 350-400 mm, diametri 280 mm-dir. Özünə məxsus bəm tembrinə malik dümbəkdə müxtəlif ritmlər və səs çalarları əldə etmək mümkündür.
Feşmək
Feşmək — karameləoxşar Azərbaycan şirniyyatı Tərkibinə un, şəkər tozu, kərə yağı, sirkə, cövhər, rəngli yeyinti boyaları daxildir. Mənbələrə əsasən pərvərdənin ilk reseptlərinin qədim İranda, xüsusilə ölkənin şimal hissəsində yaranmış, fars kulinariya mədəniyyətinin Azərbaycan kulinariya mədəniyyətinə təsiri nəticəsində bu şirniyyat Azərbaycan mətbəxində də geniş yayılmışdır. == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gülmək
Gülüş — insanlarda ritmik olaraq diafraqma və digər tənəffüs orqanlarının eşidilə biləcək şəkildə fiziki hərəkəti. Bu hərəkət "ha-ha-ha" və ya "he-he-he" şəklindəki səslərin yaranması ilə nəticələnir. Gülüşün (qəhqəhənin) yaranması səbəbləri kimi qıdıqlanma formasında kənar mühit amilləri, yumorik hadisə və sözlər, düşüncələr göstərilir. Gülmək sevincin fiziki göstəricisi hesab olunur. Amma insanlar bəzi halldan utanmaq, təəccüblənmək kimi fərqli emosiyalarda belə gülürlər. Bəzən isə nəzakət xatirinə saxta gülüşlər baş verə bilər. İnsanlardan başqa bəzi primatlar da (şimpanze, qorilla, oranqutan) qəhqəhəyə bənzər səslər çıxarırlar. Ən çox sevinc, xoşbəxtlik, rahatlıq və s. kimi bir sıra müsbət emosional vəziyyətlərdə müşahidə olunsa da bəzi hallarda bunun əksinə xəcalət, təəccüb və ya əks duyğu halları zamanı da ortaya çıxa bilir.
Çeşmək
Eynək, gözlük və ya çeşmək — insanın gözlərinin qarşısında saxladığı, müxtəlif üsullarla bərkidilən bir cüt şüşə və ya digər şəffaf materialdan hazırlanan lövhəciklər. Eynəklərin müxtəlif təyinatları vardır: Optik eynəklər Günəş eynəkləri Üzgüçülər üçün eynəklər Sürücü eynəkləri Yüksək müdafiəli eynəklər "Xameleonlar" Şaxtaçılar üçün eynəklər 3 ölçülü film eynəyi və s.Adi gün eynəkləri orta qurşağın tələblərinə cavab verən yay eynəkləridir. Yüksək müdafiəli eynəklər isə ilk növbədə hündür dağlıq ərazi, qütbarxası ərazilər, ozon anomaliyalı regionlar üçün nəzərdə tutulub. Onlar həm yay, həm də qış mövsümü üçün vacibdir. == Optik eynəklər == Optik eynəklər görmə qabiliyyəti zəif olan insanlar üçün nəzərdə tutlur. Yaxındangörməni səpici linzalı eynək, uzaqdangörməni isə toplayıcı linzalı eynək taxmaqla aradan qaldırırlar. İlk eynək elə optik eynək olmuşdur. O 1280-ci ildə italyada ixtira olunmuşdur və bu ixtiranın müəllifi Salvinio delli Armati olmuşdur. Əşyaların daha yaxşı görünməsini təmin edirdi. Həmçinin ilk eynəklər dəstəksiz idi.
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya
Ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsinin qadağan edilməsi haqqında Konvensiya (ing. Environmental Modification Convention или ENMOD) — iştirakçılarına biota, litosfer, hidrosfer daxil olmaqla, Yerin dinamikasını, tərkibini və quruluşunu dəyişdirmək üçün təbii proseslərin qəsdən idarə olunması yolu ilə ətraf mühitə təsir vasitələrindən hərbi və ya başqa bir düşmən istifadəsi ilə qadağan edən BMT-nin əsas sənədlərindən biri, atmosfer və ya xarici məkan. == Tarixi == Konvensiyanın inkişafı SSRİ-nin təşəbbüsü ilə başlandı, imzalanma üçün açılışı 18 may 1977-ci ildə baş verdi və 5 oktyabr 1978-ci ildə qüvvəyə mindi. 1997-ci ilin ortalarından etibarən, SSRİ-nin hüquqi varisi kimi Rusiya Federasiyası da daxil olmaqla 58 dövlət iştirakçı oldu. Müqavilə çərçivəsində iştirakçılar təbiətə yaradıcı təsir və ətraf mühitin dinc istifadəsi sahəsindəki işlər barədə elmi və texniki məlumat mübadiləsində əməkdaşlıq etməyi öhdələrinə götürürlər. Konvensiya konstruktiv məqsədlər üçün təbii proseslərə təsirində maneə yaratmır, lakin müddəalarına bütün iştirakçı dövlətlər tərəfindən ciddi şəkildə əməl olunmasını təmin etmək üçün bir sıra sərt tədbirləri nəzərdə tutur. Konvensiyanın müddəalarının pozulması barədə məlumat varsa, istənilən dövlət birbaşa BMT Təhlükəsizlik Şurasına şikayət etmək hüququna malikdir . Bundan əlavə, hər hansı bir iştirakçı ölkənin ətraf mühitdəki şübhəli hadisələrin faktiki hallarını aydınlaşdırmaq və qiymətləndirmək üçün bir aydan gec olmayaraq toplanmalı olan bir Mütəxəssis Məşvərət Komitəsinin çağırılması üçün BMT Baş Katibinə rəsmi bir müraciət göndərmək hüququ vardır. Konvensiyanın razılaşmalarının müddəti məhdud deyil, açıq sənəddir, yəni hər bir dövlət istənilən vaxt müstəqil olaraq ona qoşulmaq hüququna malikdir. Mətni giriş, on məqalə və Əlavədən ibarətdir.
Söyüdlər
Söyüdlər — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Söyüdlər oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Fitooykonimdir, miqrasiya edilmiş coğrafi addir. Yasayış obyektini vaxtilə Cənubi Azərbaycanın Söyüdlər kəndindən köçüb gəlmiş ailələr saldığı üçün hamin yerin adı ilə adlandırılmışdır. Kənd əvvəllər Kür çayının sahilində yerləşmiş, sonralar yerini dəyişmişdir. == Əhalisi == 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır. == İqtisadiyyatı == Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı-əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Düymə
Düymə (geyim)— geyim aksesuarı. Düymə (tumurcuq) — qönçə, puçur, tumurcuq. Düymə (ölçü vahidi) — ölçü vaidi.
Dəmək
Dəmək — Azərbaycanın əsasən Şimal rayonlarında ev quşlarının saxlanması üçün tikiliyə verilən ad. Kiçik və alçaq ev mənasında; daxma. Heyvanların torpaq altında qazıdıqları yuva. 1. Heyvanların torpaq altında qazıdıqları yuva. Tülkü dəməyi. Siçan dəməyi. – Günorta vaxtı siçan öz dəməyində olur, ona binaən ol zaman mallar yeri tapdalamaqdan dəməklərin deşikləri tutulduğuna siçanın nəfəsi darıxıb boğulub tələf olur. \"Əkinçi\". 2.
Sümək
Əlçim — yuyulub didilərək təmizlənmiş yunu daranmış yunun asan əyirmək məqsədilə hazırlanan əl içi boyda yun. Yunu daramaq üçün xüsusi daraqdan (yun darağından) istifadə edirdilər. Didilib hazırlanmış yunu yun darağı ilə darıyır, daranma zamanı yun sümək və ya əlçim (əlçək, əlçin) şəklinə salınır.
Söyüdlər ağlamaz (opera)
Söyüdlər ağlamır — Əfrasiyab Bədəlbəylinin 1971-ci ildə tamaşaya qoyduğu opera. İlk dəfə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulub. Azərbaycan xalqının Böyük Vətən Müharibəsi dönəmində cəbhədə və cəbhə arxası göstərdiyi qəhrəmanlıqdan bəhs edir.