Söyüdlər — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd.
Söyüdlər | |
---|---|
40°06′28″ şm. e. 47°55′47″ ş. u. | |
Ölkə | Azərbaycan |
Rayon | Kürdəmir rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Əhalisi | |
Əhalisi | 611 (2009) nəfər |
Söyüdlər oyk. Kürdəmir r-nunun Köhünlü i.ə.v.-də kənd. Şirvan düzündədir. Fitooykonimdir, miqrasiya edilmiş coğrafi addir. Yasayış obyektini vaxtilə Cənubi Azərbaycanın Söyüdlər kəndindən köçüb gəlmiş ailələr saldığı üçün hamin yerin adı ilə adlandırılmışdır. Kənd əvvəllər Kür çayının sahilində yerləşmiş, sonralar yerini dəyişmişdir.[1]
2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 611 nəfər əhali yaşayır.[2]