Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Magika De Spell (personaj)
Magica De Spell (ing. Magica De Spell) — 1961-ci ildə "Walt Disney Animation Studios" şirkəti tərəfindən yaradılan cizgi filmi personajıdır. == Xarakteristika == Magika De Spell İtaliyanın Neapol şəhəri yaxınlığında yerləşən Vezuvi dağının yamacında yaşayan təhlükəli cadugərdir. Bir sıra sehrlərini sehrli taxta ilə həyata keçirir. Tüstülü yanğın yarada bilir, müxtəlif yerlərə uça bilir, məxluqları bir növdən digərinə çevirə bilir, müxtəlif cildlərə çevrilə bilir. Həmçinin, bir sıra sehrli gücləri ilə bərabər şəxsləri hipnoz etmək qabiliyyətinə sahibdir.
Shell
Shell — Böyük Britaniyanın neft-qaz şirkəti. 2018-ci ilə kimi, Forbes Global 2000 reytinqinə görə dünyanın 11-ci ən böyük neft-qaz şirkətidir. Qərargahı Londonda yerləşir.
Pell-Mell
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
Bourne shell
Bourne shell- UNİX əməliyyat sistemində shell. İlk versiyası Stephen Bourne tərəfindən 1977-ci ildə Bell laboratoriyasında yaradılmışdır.
C shell
C shell (csh və ya inkişaf etdirilmiş versiyası tcsh) — Bill Joy tərəfindən Kaliforniya Berkli Universitetində oxuyarkən yaradılmış, Unix shelldir. C shell istifadəçi tərəfindən daxilən edilən komandları emal edir. C shell komandaları fayldan da oxuyub, icra edə bilir.
Françeska Snell
Françeska Snell (d. 28 mart 1987) — Birləşmiş Krallığı təmsil edən su poloçusu. Françeska Snell, Birləşmiş Krallığ yığmasının heyətində 2012-ci ildə baş tutan XXX Yay Olimpiya Oyunlarına qatılıb. == Karyerası == Françeska Snell, 2012-ci ildə Birləşmiş Krallığ yığması ilə birgə XXX Yay Olimpiya Oyunlarına qatıldı. Yarışların 1/4 final mərhələsinin görüşündə İspaniya yığmasına 7:9 hesabı ilə məğlub olan Birləşmiş Krallığ yığması, XXX Yay Olimpiya Oyunlarını 8-ci yerdə başa vurdu.
Mixail Psell
Mixail Psell (fr. Μιχαήλ Ψελλός; 1018[…], Konstantinopol – may 1078, Konstantinopol) — Bizans-yunan keşişi, alimi, yazıçısı, şairi, hakimi, filosofu, astronomu, siyasətçisi və tarixşünası. O, Aristotel və Platonu öyrənən ilk şəxslərdən olmuşdur. Mixail Psell 1017-ci ildə Bizans imperiyasının paytaxtı olan Konstantinopol şəhərində anadan olmuşdur. Kasıb bir ailənin övladı olan Psell 10 yaşında məktəbə daxil olmuş, orada qrammatika və şeiriyyət öyrənir. O, 16 yaşında ali təhsilini ritorika, fəlsəfə və hüquq üzrə almağa başlayır. Psell 1037-ci ildə Mesopotamiya regionunda çalışmağa başlayır. O, əlaqələrinin köməyi ilə hakim vəzifəsinə yüksəlir. Onun adı saçı kəsilməzdən əvvəl Konstantin idi. Psell yunan dilindən tərcümədə «pəltək» deməkdir və ehtimal olunur ki, onun nitq pozğunluğuna aid təxəllüs idi.
Unix shell
Unix shell (qabıq) — komanda interpretatoru olub, *nix əməliyyat sistemlərində ənənəvi istifadəçi interfeysidir. Nüfuzlu shell-lərə misal olaraq, Bourne shell və C shell-i göstərmək olar.
Z shell
Zsh(Z shell)- UNİX əməliyyat sistemində shell. Zsh-ni Bourne shell-in inkişaf etdirilmiş və genişləndirilmiş versiyası hesab etmək olar. Zsh-i bash, ksh, tcsh-nin bəzi xüsusiyyətlərinə malikdir.
Pell Mell (London)
Pell-Mell (ing. Pall Mall) — inzibati dairə, Vestminster borosunda yerləşən, Sant-Ceyms məhəlləsinə aid Londonun mərkəzi küçələrindən biri.
One Shell Plaza
One Shell Plaza - Hyustonda yerləşən 218 mərtəbəli binadır. Qüllə Hyuston şəhərində 1971-ci ildə tikilmişdir.
Debian Almquist shell
Dash (Debian Almquist shell) — *nix əməliyyat sistemində shelldir. Bashla müqayisədə çox kiçikdir, həm də xüsusiyyətləri cəhətdən az zəngindir. Almquist shell-in xələfi olan dash, 1997-ci ildə Linux əməliyyat sisteminə port edilmiş, 2002-ci ildə isə adı dəyişdirilərək dash qoyulmuşdur.
Pell-Siti (Alabama)
Pell City, ABŞ-nin Alabama əyalətində yerləşən şəhər. Şəhərin Əhalisi 26 noyabr 2009-cu il, ümumi əhalinin siyahıyaalınmasına görə 12,463 nəfərdir. 15 mart 2010-cu ildə keçirilən şəhər əhalisinin məlumatına görə, siyahıda 12,463 nəfər olub. Əhalinin 64.0% ağ, 33.0%, afro-amerika, 0.1%-i yerli amerikalılar, 1.2% - i asiya, 0.6%-i digər xalqlardan ibarətdir. 1 aprel 2000-ci ildə keçirilən şəhər əhalisinin məlumatına görə, siyahıda 9,565 insan qeydə alınıb.
Ghost in the Shell
Zirehdəki xəyalət və ya Yaponiyada tanınan adı ilə Ghost in the Shell (攻殻機動隊, Ko:kaku Kido:tai) Masamune Şironun 1991-ci ildə yaratdığı elmi-fantastik manqa. Adın İngilis dilinə müəllif özü tərcümə edib. Manqa Production I.G kompaniyası və rejissor Mamoru Oşii tərəfindən iki tam metrajlı film kimi ekranizasiya olunmuşdur: «Ghost in the Shell» (1995) və «Ghost in the Shell 2: Innocence» (2004). Həmçinin, Production I.G anime-serialı da çəkmişdi: «Ghost in the Shell: Stand Alone Complex» (birinci mövsüm 2002-ci ildə, ikinci mövsüm «2nd GIG» postfiksi ilə — 2004-cü ildə, rejissor Kenci Kamiyama). 1 sentyabr 2006 tarixində Production I.G-nın serialı bitirən «Ghost in the Shell: Stand Alone Complex - Solid State Society» adlı tam metrajlı anime-filmi ekranlara çıxıb. 2002-ci ildə manqanın sikvelı çıxdı - «Ghost in the Shell 2: Man/Machine Interface» (攻殻機動隊 : 2 ManMachine Interface). 22 iyun 2013-cü ildə 4 seriyadan ibarət olan «Ghost in the Shell: Arise» serialı çıxdı, hər seriya 50 dəqiqə çəkirdi. 31 mart 2017-ci ilə bədii filmin premyerası planlaşdırılıb, mayor Makoto Kusanaqinin rolunu Skarlet Yohansson, Daysuke Aramakinin rolunu isə Takeşi Kitano ifa edəcəklər. == Personajlar == === Doqquzuncu bölmə === İctimai təhlükəsizlik nazirliyi adından fəaliyyət göstərən Yaponiya DİN-nin bir bölməsi. Faktiki olaraq isə xoşagəlməz şəxslərin və polisin bacara bilmədiyi işlərin həll dilməsi üçün yaranan taktiki kəşfiyyat təşkilatı.
Ghost in the Shell (anime filmi)
«Ghost in the Shell» (攻殻機動隊, Kokaku Kidotay, ing. Ghost in the Shell) — Masamune Şinonun eyniadlı manqasının adaptasiyasısı olan tammetrajlı anime-film. Rejissor — Mamoru Oşii, ssenari müəllifi — Kazunori İto, personajların dizaynerı — Hiroyuki Okiura, bəstəkar — Kenci Kavai. Film Production I.G studiyasında çəkilib. 2004-cü ildı Innocence adlı sikvel çıxdı. == Məzmun == Hekayə antiutopik gələcəydə baş tutur. 2029-cu ildə kiber-texnologiyaların və kompüter şəbəkələrinin yayınmasıyla implantatlardan geniş istifadə olunur. Lakin bu texnologiyalar "kiber beyinlərin" qırılması və onlarla bağlı digər problemləri də özləri ilə gətirdilər. Neçə vaxtdır axtarılan Puppet Master adlı haker siyasətə qarışmağa başlayır və 9 bölmə bu işi araşdırmaq və Puppet Masteri tapmaq tapşırığlarını alır. Araşdırma zamanı insanı insan edən və insan və maşın arasında fərqin cüzi olan bu dünyada Puppet Masterin kim olduğu kimi suallar ortaya çıxır.
Ghost in the Shell 2: Innocence
Ghost in the Shell 2: Innocence (ing. Zirehdəki xəyalət 2: Günahsızlıq) və ya Yaponiyada tanınan adı ilə Innocence (yap. イノセンス; Inosensu; ing. Günahsızlıq) — Ghost in the Shell animesinin 2004-cü ildə buraxılan sikvelı. == Məzmun == Animenin məzmunu Ghost in the Shell manqasının Robot Rondo fəsilin ilə Phantom Fund fəsilinin elementləri əsasında yazılıb. 2032-ci il. Mayor Kusanagi internetin içində itirilib. Bato ilə Toqusa isə İctimai Təhlükəsizlik Bürosunun 9-cu şöbəsində işləməyə davam edirlər. Şöbə ginodların (kukla kimi seks robotların) nasaz işlərin nəticəsində baş verən bir sıra ölümü istintaq etməyə çağırılıb. == Prikvel romanı == Yasaki Yamada yazdığı Innocence: After the Long Goodbye (イノセンス After the Long Goodbye) romanı animenin prikvelıdır.
Shell Mysella stasionar qaz mühərriki yağları
Shell Mysella LA 15W-40 — təbii qaz üçün mükəmməl bir mühərrik yağıdır. O, böyük kompressorların katerlərində qarşılıqlı yağ hərəkəti ilə əla yağlamanı təmin edir. Mysella-40 yağı qığılcımla yandırılan iki və dörd taktlı, yüksək dövriyyəli mühərriklər üçün yüksək keyfiyyətli Shell firmasının aşağı küllü yağıdır. Uzun müddətli istismar zamanı oksidləşmə və neytrallaşmaya qarşı müqavimətli porşen və mühərriklərin mükəmməl təmizliyini təmin edir. Tərkibində siyrilmə zamanı həlqələrin parçalanmasının qarşısını alan külsüz element vardır. Shell firmasının dörd növ Mysella yağı mövcuddur. Bu yağlar kinematik özlülük, sıxlıq və təxmini eyni alışma və donma temperaturuna malik olmaqla bir qədər qələvi ədədi, sulfat külü və aktiv elementləri ilə fərqlənir. Mysella yağlarında istifadə olunan yanacaqlar təbii yaxud yüksək kükürdlü yanacaqla işlədikdə qələvi ədədi yüksək – 8.5 mqKOH/q olan variantından istifadə edilir. Mysella LA, Mysella sırasının ən universal növüdür və ənənəvi "Low Ash" texnologiyasına görə əhəmiyyətli inkişafı təmin edən texnologiyaya əsaslanır. O, 4 taktlı mühərriklərdə əla, 2 taktlı mühərriklərdə isə məqbul məhsuldarlığı təmin edir.
Ghost in the Shell: Stand Alone Complex
Ghost in the Shell: Stand Alone Complex (攻殻機動隊 STAND ALONE COMPLEX, Kōkaku Kidōtai STAND ALONE COMPLEX, Zirehdəki Xəyalət: Təklik Kompleksi) ー Production I.G studiyası tərəfindən Masamune Şironun Ghost in the Shell manqası əsasında çəkilmiş anime serialı. Birinci mövsumu ilk dəfə Perfect Choice kanalında 2002-ci ilin oktyabrından 2003-cü ilin oktyabradək yayımlamışdı. Ghost in the Shell: S.A.C. 2nd GIG (攻殻機動隊 S.A.C. 2nd GIG, Kōkaku Kidōtai S.A.C. 2nd GIG) adlı ikinci mövsum isə ilk dəfə Animax kanalında 2004-cü ilin yanvarın 1-dən 2005-ci ilin yanvarın 8-ə dək nümayiş olunurdu. == Məzmun == Hadisələr 2030-cu ildə, əsasən Yaponiyanın Niihama prefekturasının Niihama şəhərində (新浜県新浜市, Niihama-ken Niihama-shi) baş verir. Bəzi insanlar bədənləri protezləşdirib, kiborq olurlar. Məzmun İctimai Təhlükəsizlik Bürosunun IX Şöbəsinin (公安9課, Kōan Kyūka) ətrafında fırlanır. Bu şöbə bir sıra cinayətləri araşdırır və eyni zamanda Yaponiya hökumətinin bəzi hissələrin özündə olan cinayətlərlə üzləşir. == İstehsal == Ghost in the Shell: Stand Alone Complex serialın animasiyanı yaradan Production I.G, prodüserləti isə Bandai Visual, Bandai Entertainment, Dentsu, Nippon Television Network, Tokuma Shoten, Victor Entertainment, və Manga Entertainment idilər. === Musiqi === Yoko Kanno serialın iki mövsum, tam metrajlı sikvel və OVA-ların bütün musiqi çərçivələrinin (açılış və sonluq mahnıları) bəstəkarıdır. == Yayımlama == Animax anime televiziya şəbəkəsi 2002-ci ildə animenin lisenziyanı alıb, onu Asiyanın böyük hissəsində və həm də Latin Amerikada nümayiş eləyib.
Kyell Abell
Kyell Abell (dan. Kjeld Abell; 25 avqust 1901[…] – 5 mart 1961[…], Kopenhagen) — Danimarka dramaturqu, fəlsəfi və simvolik dramın yaradıcısı. == Həyatı == Kyell Abell 25 avqust 1901-ci ildə Danimarkanın Ribe şəhərində anadan olmuşdur. O, 1927-ci ildən teatr rəssamı işləmişdir. Fəlsəfi və simvolik antifaşist pyeslərinin, "İtirilmiş melodiya" (1935), "Anna Sofi Hedviq" (1939), "Silkeborq" (1946) komediyalarının müəllifidir. Onun "Andersen və ya həyatının nağılı" (1955), "Kameliyaların xanımı" (1959) və "Fəryad" (1961) dramları bədbinliklə doludur. == İstinadlar == == Əlavə ədəbiyyat == The Cambridge Guide to Theatre. / ed. by Martin Banham. — Cambridge University Press, 1992.
Maksimilian Şell
Maksimilian Şell (ing. Maximilian Schell; 8 dekabr 1930[…], Vyana – 1 fevral 2014[…], İnsbruk) — Oskar mükafatına layiq görülən avstriyalı aktyor == Həyatı == Maksimilian Şell 8 dekabr 1930-cu ildə Vyanada anadan olub. "Oskar" mükafatına layiq görülən sənətçi aktyorluqla yanaşı, rejissorluq və ssenaristlik də edirdi. İsveçrəli yazıçı Herman Ferdinand Şellə avstriyalı sənətçi Noe fon Nordberqin övladı olan Maksimilian Şell, İkinci Dünya müharibəsindən sonra alman dilində olan bir filmdəki roluna görə "Oskar" mükafatı alan ilk aktyor oldu. Peşə fəaliyyəti dövründə cəmi 6 dəfə "Oskar" mükafatına namizəd olan Maksimilian Şell aktrisa olan bacısı Mariya Şellin kölgəsində qalmış və yalnız 1962-ci ildə mükafatını ala bilmişdi. Şell 60 illik peşə fəaliyyətindən sonra "Das Urteil von Nürnberg" (Nürnberq hökmü) adlı filmdəki rolu ilə "Oskar" mükafatına layiq görüldü. 2002-ci ildə 17 illik həyat yoldaşı, rus sənətçisi Natalya Andreyçenkodan boşanan Şell, daha sonra alman opera ifaçısı İva Mixanoviçlə ailə həyatı qurmuşdu. 1958-ci ildə Şell Hollivuda gedir və ABŞ-nin məşhur sənətçilərindən olan Marlon Brando ilə ekran qarşısına çıxır. Şell "The Young Lions", "Judgment at Nuremberg", "Topkapi", "Julia", "The Castle", "Erste Liebe" kimi bir çox filmlərdə öz aktyorluq məharətini sərgiləmişdi. Avstriya, Almaniya və Hollivudda bir çox filmlərdə oynayan məşhur aktyor, eyni zamanda, teatr sənətçisi olaraq da tamaşaçılarının qəlbinə yol tapmağı bacarmışdı.
Maksimillian Şell
Maksimilian Şell (ing. Maximilian Schell; 8 dekabr 1930[…], Vyana – 1 fevral 2014[…], İnsbruk) — Oskar mükafatına layiq görülən avstriyalı aktyor == Həyatı == Maksimilian Şell 8 dekabr 1930-cu ildə Vyanada anadan olub. "Oskar" mükafatına layiq görülən sənətçi aktyorluqla yanaşı, rejissorluq və ssenaristlik də edirdi. İsveçrəli yazıçı Herman Ferdinand Şellə avstriyalı sənətçi Noe fon Nordberqin övladı olan Maksimilian Şell, İkinci Dünya müharibəsindən sonra alman dilində olan bir filmdəki roluna görə "Oskar" mükafatı alan ilk aktyor oldu. Peşə fəaliyyəti dövründə cəmi 6 dəfə "Oskar" mükafatına namizəd olan Maksimilian Şell aktrisa olan bacısı Mariya Şellin kölgəsində qalmış və yalnız 1962-ci ildə mükafatını ala bilmişdi. Şell 60 illik peşə fəaliyyətindən sonra "Das Urteil von Nürnberg" (Nürnberq hökmü) adlı filmdəki rolu ilə "Oskar" mükafatına layiq görüldü. 2002-ci ildə 17 illik həyat yoldaşı, rus sənətçisi Natalya Andreyçenkodan boşanan Şell, daha sonra alman opera ifaçısı İva Mixanoviçlə ailə həyatı qurmuşdu. 1958-ci ildə Şell Hollivuda gedir və ABŞ-nin məşhur sənətçilərindən olan Marlon Brando ilə ekran qarşısına çıxır. Şell "The Young Lions", "Judgment at Nuremberg", "Topkapi", "Julia", "The Castle", "Erste Liebe" kimi bir çox filmlərdə öz aktyorluq məharətini sərgiləmişdi. Avstriya, Almaniya və Hollivudda bir çox filmlərdə oynayan məşhur aktyor, eyni zamanda, teatr sənətçisi olaraq da tamaşaçılarının qəlbinə yol tapmağı bacarmışdı.
Şell çeşidləməsi
Şell çeşidləməsi — verilənləri nizamlamaq üçün istifadə olunan qabarcıqlı çeşidləmə və artırmalı çeşidləmədən (İNSERTİON SORT) daha sürətli proqramlaşdırma alqoritmi; 1959-cu ildə Donald Şell tərəfindən təklif olunub. Şell çeşidləməsində ədədi massivin bir-birindən müəyyən məsafədə yerləşən cüt-cüt elementləri düzgün ardıcıllıqla yerləşməyibsə, onların yeri dəyişdirilir. Hər keçiddə Şell çeşidləməsi yoxlanılan elementlər arasındakı intervalı kiçildir. Məsələn, 10 elementdən ibarət siyahı üçün Şell çeşidləməsi öncə siyahıda bir-birindən beş element (1 və 6, 2 və 7, 3 və 8 və s. nömrəli) aralı olan element cütlərini çeşidləyir. Sonra o, bir-birindən iki element (1 və 3, 2 və 4, 3 və 5 və s. nömrəli) aralı olan elementləri yoxlamaqla siyahını çeşidləyir. Sonda Şell çeşidləməsi siyahıda ard-arda yerləşmiş elementləri cüt-cüt yoxlayır, nəticədə son siyahı tamamilə nizamlanmış olur. İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Kcell
«Kcell» — Qazaxıstanda mobil operator. 2G / GSM (900 MHz), 3G / UMTS (2100 MHz), 4G / LTE və LTE Advanced (800/1800/2100 MHz) standartlarına uyğun mobil xidmətlər təqdim edir. Kcell və Activ markaları altında xidmətlər göstərir. Şirkət 1998-ci ildə qurulmuşdur və əsasən korporativ seqmenti hədəf alan Kcell markası və kütləvi bazara yönəldilmiş Activ adı altında mobil xidmətlər göstərir. 2020-ci ilin sonuna Kcell-in abunəçi bazası təxminən 8 milyon nəfər idi. == Tarixi == Kcell şirkəti 30 sentyabr 1998-ci ildə qurulmuşdur. 7 fevral 1999 - Kcell markası istifadəyə verildi. 9 sentyabr 1999-cu ildə Activ markası təqdim edildi. 2004-cü ildə şirkətin abunəçi bazası 1,5 milyon nəfəri keçdi. 2007-ci ildə, dekabr ayında 6 milyonuncu abunəçi qoşuldu.
Ncell
Ncell ( nep. एनसेल ), Nepalda özəl mobil şəbəkə operatorudur . Ncell ictimai fəaliyyət göstərən ilk özəl şirkətdir. GSM ilkin olaraq Mero Mobile olaraq adlandırldı,12 Mart 2010 -cu ildən isə Ncell olaraq adlandırılmağa başladı İsveç telekommunikasiya şirkəti Telia Sonera daha sona şirkəti sahibləndi. Hal-hazırda dövlət telekommunikasiya şirkəti Nepal Telecom tərəfindən keçirilən inhisarçılığını əlindən aldı. 12 aprel 2016-cı ildə Ncell rəsmi olaraq Malayziyanın telekommunikasiya qrupu olan Axiata Group Berhad- ın tərkibinə daxil olmuşdur. Şirkətin 80% hissəsi Axiata Group Berhada məxsusdur. 2017-ci ilin fevral ayının ortalarına kimi Ncellin 6,73 milyon abunəçisi var idi. 2017-ci ilin fevral ayından etibarən Ncell 15.21 milyon mobil abunəçiyə sahibdir. Ncell şirkəti, Axiata Group Berhad şirkətinin bir hissəsinə çevrilmişdir.
Sietl
Sietl (ing. Seattle) — Amerika Birləşmiş Ştatlarının şimal-qərbində və Vaşinqton ştatında şəhər, iri dəniz portu.
Small
Con Kunkel Smol (ing. John Kunkel Small) (31 yanvar 1869, Harrisburq, Pensilvaniya — 20 yanvar 1938, Manhetten, ABŞ) — botanik. ABŞ florası (xüsusilə də Florida ştatı) taksonu üzrə ixtisaslaşmışdır..
Sperm
Sperma — kişilərə xas qamet. Xayada olan bu hüceyrələrin yaranması yetkinlik dövründə başlayır. Üst hissəsində və döllənmə əsnasında yumurtaya irsi məlumat (DNT) köçürür. Quyruqlu və hərəkətlidir. İnsanlarda cütləşmə əsnasında təxminən 150-200 milyon sperma atılır. Lakin yumurtanı təkcə bir sperma hüceyrəsi dölləyə bilər. Bir sperma bir yumurta hüceyrəsinə çatanda, yumurtaya girmək üçün quyruğunu çöldə qoyub, yumurta zərindən keçərək irsi məlumatları yumurtaya çatdırmış olur. Spermalar sıx konsistensiyada bir mayenin içində olurlar. Bu mayenin adına meni və ya daha geniş yayılmış adı ilə sperma deyilir. Spermanın içində irsi məlumatlar olur.
Stela
Stela və ya stel — ucaldılmış və hündürlüyü enindən uzun olan monolitik bir daşdan ibarət olan bir əsərdir. Söz yunan dilində stele, yəni, "dik dayanan blok" sözündən yaranmışdır. Taxta olanları da tapılmışdır. Fərqli şəkildə istifadə olunan müxtəlif növ stellər var. Məsələn, xüsusilə Qədim Yunanıstanda tapılan məzar daşları şəklində stellər var. Bunlara qəbir stelləri də deyilir. Amarnada sərhədləri işarələyən Akhenaten steli var; stellər həm də sərhəd göstəriciləri kimi istifadə olunmuşdurlar. Bunlardan başqa, hərbi qələbələri xatırladan stellər də mövcuddur. Mesopotamiyada stellər əsasən padşahların əmrlərinin yazılmış olduğu abidələr kimi tapılmışdır. Stellər, Qədim Yaxın Şərqdə, Yunanıstanda və Misirdə və həmçinin müstəqil şəkildə Çində bəzi Buddist mədəniyyətlərində və Mezoamerikan mədəniyyətlərində görünmüşdür.
Spelta
Buğda (lat. Triticum) — bitkilər aləminin qırtıcçiçəklilər dəstəsinin qırtıckimilər fəsiləsinə aid bitki cinsi. Kökləri saçaqlı, 14-40 sm arasında uzun saplaqlı bir bitkidir. Buğda ən çox yetişdirilən taxıl olaraq yerini almışdır. Bunun əsas səbəbləri arasında, müxtəlif iqlim şərtlərinə göstərdiyi uyum, qidalandırıcı xüsusiyyəti, xammal olaraq istifadə olunan sahənin genişliyini göstərə bilərik. Buğdа – əsаs ərzаq bitkisidir. Dünyаdа əkin sаhəsinə görə birinci yеri tutur. Buğdа dənində 80-84% еndоspеrm оlmаsı istеhsаl zаmаnı yüksək sоrtlu un çıхımını аrtırır. Buğdаnın bоtаniki və əmtəə təsnifаtı vаrdır. Cəmi 22 bоtаniki növü yаyılmışdır.
Stella
Gəvən (lat. Astragalus) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinə aid bitki cinsi.
Opel
Opel — alman avtomobil şirkəti. 21 yanvar 1862-də Adam Opel tərəfindən qurulub. İlk zamanlarında tikiş maşını və velosiped istehsal edən bir firma olaraq xidmət etməkdə idi. Avtomobil istehsalına isə 1899-cu ildən başlamışdır.
Pall.
Peter Simon Pallas (alm. Peter Simon Pallas‎; 1741–1811) — XVIII–XIX əsrlərdə yaşamış alman və rus alim-ensiklopediyaçısı, təbiətşünası, coğrafiyaşünası və səyyahı.
Pele
Edison Arantes do Nascimento (Pelé) (23 oktyabr 1940[…], Tres-Korasoyns[d], Minas-Jerays – 29 dekabr 2022[…], Morumbi[d]) — dünya futbol tarixinin ən böyük futbolçularından biri. Braziliya milli futbol komandası ilə 3 dəfə Dünya Kubokunu qazanmışdır. İlk Dünya Kubokunu 1958-ci ildə İsveçdə keçirilən çempionatda almışdır. Bütün zamanların ən böyük oyunçularından biri kimi qəbul edilən və FİFA tərəfindən "ən böyük" adlandırılan Pele, 20-ci əsrin ən uğurlu və populyar idman xadimləri arasında idi. 1999-cu ildə Beynəlxalq Olimpiya Komitəsi tərəfindən Əsrin idmançısı seçilib və Time siyahısına 20-ci əsrin 100 ən mühüm adamı kimi daxil edilib. 2000-ci ildə Pele Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) tərəfindən Əsrin Dünya Oyunçusu seçildi və FİFA Əsrin Oyunçusu mükafatının iki birgə qalibindən biri oldu. Onun 1363 oyunda 1279 qolu, Ginnesin Rekordlar Kitabına düşüb. Pele 1940-cı ilin 23 oktyabrında Braziliyanın Minas-Jerays ştatının elə də böyük olmayan Tres-Korasoyns şəhərində kasıb bir ailədə anadan olub. Futbol Edison üçün sevimli əyləncələrdən biri idi. Atası Dondino da keçmişdə futbolçu olduğundan oğlunun ilk müəllimi də məhz o olub və futbol haqqında bəzi sirləri də ona uşaqlığından ötürmüşdür.
Şapel
Kapella – Kilsəyə nisbətdə daha kiçik xristian məbədi və ya müqəddəs ibadətgahı. Adətən böyük kilsə, kollec, xəstəxana, saray, həbsxana və ya qəbiristanlıq bir təşkilat yaxud məntəqə ilə əlaqəli olur. Zaman-zaman böyük kilsələrin içərisində bir müqəddəsin adına həsr olunmuş kiçik ibadət yerləri, kapellar da mövcud olur. Əsasən isə kiçik yaşayış məntəqələrində və ya yol kənarında dini etiqadları yerinə yetirmək üçün hazırlanmış dua etməyə və şam yandırmağa münasib xüsusi yerlər kimi təsvir olunur.
Şelli
Şelli — Azərbaycan Respublikasının Ağdam rayonunun Qasımlı kənd inzibati ərazi dairəsində kənd. Kənd 1993-ci il iyulun 4-də Ermənistan Ordusu tərəfindən işğal olunmuşdur. 20 noyabr 2020-ci il tarixində Dağlıq Qarabağ atəşkəs bəyanatının şərtlərinə əsasən Azərbaycan Silahlı Qüvvələri Şelli kəndinə daxil olmuş, kənd işğaldan azad olunmuş və kənddə Azərbaycan bayrağı ucaldılmışdır. Barat Quliyev - filologiya elmləri namizədi, dosent Orxan Zakiroğlu (Baharlı). Ağdamın adlı-sanlı pedaqoqları, alimləri. Bakı, 2001.