Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Subasımı (dənizçilik)
Subasımı, üzən bir cismin daşırtdığı (yerini dəyişdirtdiyi) suyun miqdarıdır. Cismin suyun altındakı hissəsinin həcmi ilə suyun sıxlığının hasilinə bərabərdir.</br> F = mcisim x g F qaldırma = V batma xd maye xg (Mayenin qaldırıcı qüvvəsi cismi qaldırdığı üçün qaldırıcı qüvvə və cismin çəkisi bir-birinə bərabərdir.) mcisim x g = Vbatan x d maye x g (Lazımi sadələşdirmələr aparıldıqda;) Vbatan x dmaye = mcisim </br>Nəticə etibarı ilə cismin suda yerdəyişməsi və ya yerdəyişməsinin həcmi obyektin həcminə bərabər olur.</br> Qeyd: Bu üsulla batan cisimlərin kütləsi ölçülə bilməz.
Anapa subasarı
Anapa subasarı — müasir Anapa şəhərinin şimalını tutan bataqlıqlaşmış düzənlik. Bir çox köçəri su quşları üçün yuva qurma yeridir. Anapa su basar ərazisi əvvəllər burada mövcud olmuş Qara dənizin Anapa körfəzinə dağ çaylarının gətirmə məhsulları hesabın yaranmış konus şəkilli çıxıntının bataqlaşması nəticəsində formalaşıb. == Tarixi == Anapa su basar ərazisi nisbətən yaxın zamanlarda meydana gəlib. XVII əsrin sonlarında səyahətçilərin yazdığı qeydlərə əsaslansaq bu nəticəyə gəlmək mümkündür: Bu ərazidə Anapa körfəzinin suları dalğalanırdı. Məhs bu ərazidə antik və orta əsrlərdə belə mövcud olmuş Qorqippi şəhəri var idi. Şəhər önəmli ticarət mərkəzi hesab olunurdu. Daşqın sahələrinin dibində gəmi qalıqları aşkar edilib. Müasir təmizləyici avadanlıqların olmaması səbəbindən Kuban çayının allüvial fəaliyyəti buxtanın şimal hissəsinin lillənməsinə səbəb olmuşdur. Cənubdan və şərqdən bu proses kiçik dağ çayları olan Maskaqa və Kumatırın tərəfindən daha da sürrətlənir.
Çayın subasarı
Acarlar subasarı meşəsi
Acarlar subasarı meşəsi (türk. Acarlar Longozu) ― Türkiyənin şimal-qərbində, Sakarya ilində yerləşən subasar meşəsi. Ərazi sahil, laqun, dyun və meşə ekosistemlərini ehtiva edir. == Yer və giriş == Meşə Sakaryanın şimalında, Karasu ilə Kaynarca arasında yerləşir və Türkiyənin ən böyük və yeganə çoxbloklu subasar meşəsidir. Meşədən Karasuya olan məsafə 26 kilometr (16 mil) və Sakaryaya olan məsafə isə təxminən 50 kilometr (31 mil)-dir. Ərazinin ətrafında Karasu ilçəsinin beş, Kaynarca ilçəsinin isə üç kəndi var. == Subasar == Ərazi dənizdən qumlu maneə ilə ayrılması nəticəsində əmələ gələn, su altında qalmış sahil hissəsi, tipik laqundur. Karasu-Kaynarca sərhədində yerləşən və təxminən dənizdən təxminən 700 metr (2,300 ft) məsafədə olan laqun sahilə pararlel olan 1 562 hektar ərazinin əhatə edir. Laqunun dərinliyi təxminən 1.50 metr (4.9 ft) civarında ola bilər. Yay aylarında suyun quruması nəticəsində ortaya çıxan subasar ərazi kəndlilər tərəfindən əkinçilik üçün istifadə olunur.
Altdan subasma (rütubətlənmə)
Subaşı
Subaşı və ya sübaşı türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində “komandir” mənasında işlənmişdir. Türk dilində “sü” sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində “sü begi” formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün “sü başlamaq” ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu. Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi.
Branimir Subaşiç
Branimir Subaşiç (serbcə: Branimir Subašić; d. 7 aprel 1982, Belqrad) — serb əsilli Azərbaycan futbolçusu, Türkiyənin Manisaspor və Azərbaycan milli futbol komandasının hücumçusu. == Həyatı == Branimir Subaşiç 7 aprel 1982-ci ildə Belqradda dünyaya gəlib. 1.80 metr boyu olan forvard karyerasına vətənində — "Zeleznik"də başlayıb. 1998–2000-ci illərdə bu klubun əsas komandasında 10 oyuna çıxıb. 2002-ci ildə "Sremcika"ya icarəyə verilib. "Bane" ləqəbli futbolçu bu komandada 6 oyunda 2 qol vurub. 2002/2003 mövsümündə Belçikanın "KV Oostende" klubunda 14 oyunda 3 dəfə rəqib qapıçıları məyus edib. 2003-cü ildə Fransaya yollanan Branimir "Beauvais Oise"lə anlaşıb. Bu komandada 5 oyuna 1 qol vurduqdan sonra Ukraynaya üz tutub.
Nur Subaşı
Mustafa Nur Subaşı (6 iyun 1941 – 10 mart 2018, İstanbul) — türk teatr aktyoru və səs aktyoru. Ankara Dövlət Konservatoriyasını bitirib. İlk olaraq Ankara Dövlət Teatrında çalışıb. 1979-cu ildə İstanbul Dövlət Teatrı qurulanda ilk təyin olunanlardan biri olub. O, teatrda oynamaqla yanaşı, bir çox filmlərdə də səsləndirib. O, Kanal D ekranlarına gələn unudulmaz Şirinlər cizgi filminin açılış rolları ilə yaddaşlara həkk olunub. O, tətilə getdiyi Salonikidə xəstələndikdən sonra reanimasiya şöbəsinə aparılıb və pnevmoniya diaqnozu qoyulub. 10 mart 2018-ci ildə reanimasiya şöbəsində yatarkən vəfat edib. Üsküdar Tekel səhnəsində təşkil edilən mərasimin ardından cənazəsi Şakirin məscidindən çıxarılaraq Karacaahmet qəbiristanlığında torpağa tapşırılıb. O, aktrisa Defne Solo ilə 3 ay evli olub.
Yaqub Şevki Subaşı
Yaqub Şevki Subaşı (türk. Yakup Şevki Subaşı; 1876, Elazığ – 20 dekabr 1939, İstanbul) — Osmanlı və Türkiyə hərbçisi. Balkan müharibələri, Birinci dünya müharibəsi və Türkiyə İstiqlaliyyət müharibəsində iştirak etmişdir. == Balkan müharibələri == 4 fevral 1913-cü il tarixində Çatalca Ordusu Artilleriya Komandanlığı baş qərargah rəisi vəzifəsinə təyin olunmuşdur. Bu vəzifədə olarkən Balkan müharibəsində iştirak etmişdir. == Birinci dünya müharibəsi == === Çanaqqala müharibəsi === 31 avqust 1915-ci ildə Mustafa Kamal Paşanın yerinə 19-cu diviziya komandanı vəzifəsinə təyin olunmuşdur. 15 oktyabr 1915-ci ildə 3-cü Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. === Qalisiya cəbhəsi === 21 oktyabr 1915-ci il tarixində 15-ci Ordu Korpusu komandan müavini vəzifəsinə təyin olunmuşdur. 5 oktyabr 1916-cı ildə Qalisiyada 15-ci Ordu Korpusu komandanı vəzifəsində xidmət edərkən Mirliva rütbəsinə yüksəlmiş və "Paşa" adı almışdır. === Qafqaz cəbhəsi === 18 noyabr 1916-cı ildə 14-cü Ordu Korpusu komandanı, 10 avqust 1917-ci ildə yenidən təşkil olunan 3-cü Ordunun tabeçiliyi altında olan 2-ci Qafqaz Ordu Korpusu komandanı vəzifəsinə təyin olundu.