Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sufalı (Çaldıran)
Sufəli (fars. صوفعلي‎) - İranın Qərbi Azərbaycan ostanının Çaldıran şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 80 nəfər yaşayır (17 ailə).
Sufyan
Sufiyan — İranın Şərqi Azərbaycan ostanının Şəbistər şəhristanının Sufiyan bəxşində yerləşən şəhər. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 8,733 nəfər və 2,427 ailədən ibarət idi. Əhalisinin əksəriyyəti azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar. Şəhər qədim Güney mahalında yer alır.
Sumaylı
Sumaylı — Azərbaycan Respublikasının Zaqatala rayonunun inzibati ərazi vahidində kənd. Əhalinin əsas məşğuliyyəti taxılçılıq, tütünçülük, fındıqçılıq, tərəvəzçilik, bağçılıq və maldarlıqdır.
Səfalı
Səfalı – Azərbaycan Respublikasının Şamaxı rayonunun Dəmirçi inzibati ərazi vahidində kənd. Kəndin əsası XVII əsrdə qoyulmuşdur. Əvvəllər Zarat adlanan kəndin ərazisindən keçən Pirsaat çayı 1963-cü ildə öz axarından çıxaraq 100-dən çox yaşayış evini yuyub və kənd tamamilə xəritədən silinib. 600-dən çox sakin isə rayonun digər kəndlərinə köçürülüb. 1965-ci ildən kəndin bir neçə sakini yenidən kənddə məskunlaşıb və kənd Səfalı adlandırılıb. Şamaxıdan 41 kilometr uzaqlıqda, dəniz səviyyəsindən 1500 m hündürlükdə yerləşir. Hər il kəndə gələn turistlərin sayı artır. Kənddə xəstəxana xidmət göstərir. Azərbaycan kinomatoqrafiyası tarixində müstəsna rola malik olan kənddir. Burada "Qəm pəncərəsi", "Qanlı zəmi" (Qaçaq Nəbi), "Qəzəlxan", "Ovsunçu", "Pirverdinin xoruzu", "Dədə Qorqud"un bəzi fraqmentlərinin və son vaxtlarda "Buta" filmi çəkilmişdir.
Subaşı
Subaşı və ya sübaşı — türk mənşəli bir söz olaraq demək olar ki, tarix boyu mövcud olmuş bütün türk dövlətlərində "komandir" mənasında işlənmişdir. Türk dilində "sü" sözünün mənası əsgər, ordu deməkdir. Orxon kitabələrində "sü begi" formasında işlədilmişdir. Qaraxanlılar orduya rəhbərlik etmək və ordunu idarə etmək üçün "sü başlamaq" ifadəsindən istifadə edirdilər. Qutadqu Bilikdə "sübaşlar er", "sübaşçısı" və "sübaşlar adamı" kimi işlədilmişdir. Qaraxanlılar, Qəznəvilər, Böyük Səlcuqlar, Anadolu Səlcuqları və Osmanlı imperiyası dövründə ərəb və fars dillərində müvafiq olaraq "sahibü'l ceyş" və "sipehsalar" kimi işlənən sözlərdən, eyni zamanda da türk dilindəki "subaşı" sözündən istifadə edilmişdir.Səlcuq bəyin titulu da subaşı olmuşdur. Subaşı və buna oxşar sözlərin işlədildiyi bütün türk dövlətlərində, bu mövqe dövlətin adət-ənənələrinə və şərtlərinə görə dəyişsə də, subaşı olmaq təbii olaraq son dərəcə vacib bir vəzifə hesab edilirdi. Subaşı vəzifəsinə təyin olunacaq şəxslərdə təbii olaraq bir sıra xüsusi xüsusiyyətlərin olması vacib hesab edilirdi. Bunlar arasında hərbi məsələlərdə, xüsusilə də hərbi taktikalarda təcrübəli olmaq, cəsarətli, cəsur, səxavətli, ləyaqətli, təvazökar, özünəməxsus siyasi və strateji baxışların olması, adət-ənənələrə sadiqlik, qələm və silahdan istifadə də bacarıqlı olmaq, elm və hikmət sahibi olmaq kimi geniş xüsusiyyətlər nəzərdə tutulurdu. Osmanlı imperiyasının birinci dövrlərində subaşı olmaq şəhərin mühafizə qüvvələrinin komandanı olaraq, qazı və dizdarın təyin edilməsi ilə bərabər bir şəhərin ələ keçirilməsinin rəsmiləşdirilməsi kimi qəbul edilirdi.
Eldənizlər sarayı
Eldənizlər sarayı və ya Darülmülk — Naxçıvan şəhərində mövcud olmuş orta əsrlərə aid tarixi memarlıq abidəsi. Saray böyük Azərbaycan memarı Əcəmi Əbubəkr oğlu Naxçıvani tərəfindən inşa edilmiş Atabəylər Memarlıq Kompleksinə daxil olmuş, lakin dövrümüzədək gəlib çatmamışdır. Tədqiqatlar zamanı XIII əsrin 20-ci illərində yazılmış "Əcaib əd-dünya" əsərində adı çəkilən "Darülmülk"ün ("Dövlətxana") Eldənizlər sarayı olduğu qənaətinə gəlmişlər. Saray Möminə Xatun türbəsinin yaxınlığında yerləşmişdir. == Mənbə == "Naxçıvan abidələri ensiklopediyası", Naxçıvan, AMEA Naxçıvan bölməsi, 2008, səh. 89.
Fontenblo sarayı
Fontenblo sarayı — Fransa əsilzadə saraylarından biri. Paris şəhərinin mərkəzinə təqribən 55 km uzaqlıqda yerləşən Fontenblo şəhərindədir.
Heyva sukatı
Heyva sukatı - Heyva dilimlərindən hazırlanmış quru mürəbbə Tərkibinə heyva, şəkər tozu, vanil daxildir. Heyva sukatından tort, pirojna, keks və digər şirniyyat məmulatlarını bəzəmək və içlik hazırlamaq, eləcə də çay süfrəsində istifadə olunur. == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Kayzerşteyn sarayı
Kayzerşteyn sarayı (çex. Kaiserštejnský palác, alm. Kaiserstein Palais‎) - Praqanın Mala Strana meydanı №37-də yerləşən barokko üslublu binadır. O, 1714-cü ildə iki İntibah dövrünə aid binanın yenidən qurulması nəticəsində yaranmışdı. Hazırda Kayzerşteyn sarayı qorunan memarlıq abidəsi sayılır və UNESCO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilib. Bura həmçinin toy mərasimləri keçirmək üçün ən populyar məkandır. Çexiya paytaxtının ən qədim rayonlarından birində, yəni Praqa 1-də yerləşən saray, şəhərin tarixinin bir parçası olmaq üçün özünün xidmətlərini yeni ailə quranlara təklif edir. == Tarix == Bu barokko sarayı 1714-cü ildə daha erkən tikililər və iki renessans üslublu binanın yerində ucaldılmışdı. O, yaxınlıqdakı Şternberq sarayı ilə birlikdə italiyalı memar Covanni Batisto Alliprandi tərəfindən inşa edilmişdi. Kayzerşteyn sarayı birləşmiş nazik yan qanadları olan iki binadan ibarətdir; bu binalar kiçik bir daxili həyəti formalaşdırır.
Kensinqton sarayı
Kensinqton sarayı - (ing. Kensington Palace) - Londonun qərb bölgəsində elədə böyük olmayan və həddən artıq sadə saraydır. Hloster hersoqluğunun (hal-hazırda hersoq Riçard və hersoginya Birgitta) eləcə də, Kent hersoq və hersoginyası (hal-hazırda hersoq Edvard və hersoginya Katarina) və onların övladlarının rəsmi iqamətgahıdır. Nottingem qrafının şəhərətrafı malikanəsi kimi yaranmışdır. Şəhərdənkənar Hempton Kortda çay gəzintilərindən sıxılan kral III Vilhelm Oranskiy qrafdan sarayı satın alaraq, təmir və təhcizat işlərini Kristofer Renoya həvalə etmişdir. Onun həyat yoldaşı Mariya 1694-cü ildə bu sarayda vəfat etmiş, bir neçə il sonra I Pyotr kralı Kensinqton sarayında ziyarət etmişdir. Kraliça Annanın zamanında 30 akr sahəsində daimi salınmış və oranjereya tikilmişdir (memar Con Vanbru, 1704). Hannover sülaləsinin birinci kralları Sent-Ceyms sarayını həddindən artıq səs-küylü və çox sakinli hesab etdikləri üçün Kensinqton sarayında demək olar ki, fasiləsiz yaşayırdılar. 1760-cı ildə Kral II Georqun ölümündən sonra sarayda taxtda olan sülalənin gənc nəsil nümayəndələri yerləşmişdir. Məhz burada kraliça Viktoriya anadan olmuşdur (bağdakı xatirə abidəsi buna nümunədir (xatırladır)).
Konstantin sarayı
Konstantin sarayı (rus. Константиновский дворец) və ya Böyük Strelna sarayı (rus. Большой Стрельнинский дворец) - Strelna şəhərində saray və park ansamblı təşkil edən və XVIII əsrə aid memarlıq abidəsi; 2003-cü ildən - "Konqresslər sarayı" Dövlət kompleksi. Kompleks Fin körfəzinin cənub sahilində, Strelka və Kikenka çaylarının yaxınlığında, Peterhof yolu boyunca və Sankt-Peterburqun mərkəzindən 19 km. məsafədə yerləşir. == Tarix == Saray-park ansamblı XVIII - XIX əsrin birinci yarısında formalaşmışdı. 1917-ci ilə qədər əmlak Rusiyanın imperator ailəsinə məxsus idi. Onun ilk sahibi Böyük Pyotr idi, XVIII əsrin sonunda Strelna böyük özəl mülkiyyətə çevrildi - 1797-ci ildə, imperator I Pavel sarayı hədiyyə olaraq ikinci oğlu - Böyük knyaz Konstantin Pavloviçə bağışlayır. Bunun sayəsində, saray və park ansamblı onun şərəfinə adlandırılmışdı və bu ad günümüzə kimi qorunub saxlanılmışdı. === "Rus Versalı" Strelna şəhərində === Hələ 1709-cu ildə imperator I Pyotr məşhur Versaldan daha böyük və möhtəşəm böyük iqamətgahın tikintisi üçün yerin axtarışına başlayır.
Kursaal sarayı
Kursaal sarayı və ya Kursaal Konqres və Tamaşaçı zalı Mərkəzi (isp. Palacio de Congresos y Auditorio Kursaal) - İspaniyanın San Sebastian şəhərində yerləşən tamaşaçı zalı. == Haqqında == Kursaal sarayı əsasən auditoriya, iclas salonu, sərgi məkanı, konqres mərkəzi kimi istifadə olunur. Zurriola çimərliyinin yanında yerləşir İspaniyalı memar Rafael Monoe tərəfindən dizayn edilən saray 1999-cu ildə tikilmişdir. Bu işinə görə Rafael Monoe Pritsker mükafatı ilə təltif edilmişdir. 1800 nəfəri qəbul edə bilən bina 1953-cü ildən keçirilən İspaniyanın ən böyük film festivalı olan San Sebastian Film Festivalına ev sahibliyi edir.
Kyonbokkun sarayı
Kyonbokkun (Koreya: 경복궁; Hanja: 景福宮), Kyonbokkun Sarayı və ya Gyeongbok Sarayı kimi də tanınır, Coseon sülaləsinin əsas kral sarayı idi. 1395-ci ildə tikilib, Cənubi Koreyanın Gvanghvamun meydanın şimalında Seulda yerləşir. Coseon sülaləsi tərəfindən tikilmiş Beş Böyük Saraydan ən böyüyü olan Kyonbokkun Coseon sülaləsinin Krallarının, Kralların ev təsərrüfatlarının, eləcə də Coseon hökumətinin evi kimi xidmət edirdi. Coseon sülaləsinin əsas sarayı olan Kyonbokkun Sarayının tikintisi 1395-ci ildə Coseon sülaləsinin başlanğıcında Kral Taejo dövründə tamamlandı . O, hakimiyyətinin dördüncü ilində (1395) paytaxtı Hanyang'a köçürdü. Hərfi mənada "böyük sərvət" mənasını verən Kyonbokkun sarayının adı Coseon sülaləsinin alimi Jeong Do-jeonun sitat gətirdiyi Sigyeong (Mahnılar Kitabı) ifadəsi ilə yaranmışdır: "Mən artıq sərxoş olmuşam və fəzilətlə dolmuşam, ona görə də mən fəzilətli bir insan kimi son ilində sənə böyük sərvət qazanmağa kömək edəcəyəm." İmjin müharibəsi (1592–1598) zamanı binalar yanğınla məhv edilənə qədər Kyonbokkun Coseon sülaləsinin əsas sarayı kimi xidmət etməyə davam etdi. Lakin 19-cu əsrdə sarayın bütün 7700 otağı daha sonra Kral Qojonqun dövründə Şahzadə Regent Heungseonun rəhbərliyi altında bərpa edildi. 40 hektardan çox ərazidə 500-ə yaxın bina bərpa edildi. Qədim Koreyanın memarlıq prinsipləri Coseon kral sarayının ənənəsinə və görünüşünə tətbiq edilmişdir. 20-ci əsrin əvvəllərində sarayın çox hissəsi Yaponiya İmperatorluğu tərəfindən sistematik şəkildə dağıdıldı.
Köpenik sarayı
Köpenik sarayı (alm. Schloss Köpenick‎) — Almaniyanın paytaxtı Berlin şəhərində, Köpenik rayonunda yerləşən barokko tərzində su sarayı. == Haqqında == Bu tikili Brandenburqun Hohenzollern seçiciləri tərəfindən saray kimi istifadə olunmuşdur. Saray Dame çayı üzərindəki bir adada yerləşmiş olub, ətrafı ingilis üslubundakı parkla əhatə olunmuşdur. Saray adını yerləşdiyi bölgədə — Köpenikdən alır. Saray 1558-ci ildə II Yoahim Hektor tərəfindən VI əsrdən qalma slavyan qalasının bünövrəsi üzərində ov köşkü kimi tikildi. İntibah memarlığı üslubunda olan saray Dame çayının bir adasında — dağılmış orta əsrlər qəsrinin ərazisində yerləşirdi. II Yoahim Hektor 1571-ci ildə burada vəfat etdi. 1631-ci ildə saray İsveç kralı Qostavus Adolfusun qərargahı kimi fəaliyyət göstərməyə başladı. Prussiya kralı I Frederik sarayı 1677-ci ildə genişlətdirməyə və bərpa etdirməyə başladı.
Susay
Susay — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Quba rayonunun Susay kəndi Alpan kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Susay kənd Soveti yaradılmışdır. Yaşayış məntəqəsi Susayçayın adı ilə adlanmışdır. Yerli camaatın dediyinə görə, bu kəndin 4 min ildən çox yaşı vardır. Vaxtilə burada yaşayan qədim su, şu türk tayfası 7 para bir-birinə çox yaxın olan kiçik yaşayış məntəqələrində məskunlaşıblarmış. Sonralar bu 7 para kiçik kəndlərdəki su, şu tayfası müxtəlif həmlələrdən, hücumlardan, daşqınlardan və s.-dən qorunmaq üçün bir yerə yığışaraq bir kənddə - hazırkı Susay kəndində birlikdə yaşamağa, məskunlaşmağa üstünlük vermişlər. Kənd Quruçayın sahilində, Qusar maili düzənliyində yerləşir. 1886-cı ildə ailələr üzrə aparılmış siyahıyaalmaya əsasən Bakı quberniyası, Quba qəzası, Qusar şöbəsi, Susay kənd cəmiyyəti tərkibinə daxil olan Susay kəndində 80 evdə sünni etiqadlı müsəlman tatarlardan (azərbaycan türkləri) ibarət 787 nəfər (422 nəfəri kişilər, 365 nəfəri qadınlar) əhali yaşayırdı. Hazırda Susay kəndi 150 evdən və 276 təsərrüfatdan ibarətdir (2013). 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 123 nəfər əhali yaşayır.
Farnezi sarayı
Palasso Farnezi və ya Farnezi sarayı (it. Palazzo Farnese) — Roma şəhərində intibah dövrünə aid nümunələrdən biri olan saray, palasso. Artıq 100 ildən artıqdır ki, bu sarayda Fransa respublikasının səfirliyi yerləşir.
Ferreriya sarayı
Ferreriya sarayı, Palazzo Ferreriya və ya rəsmi adı ilə Palazzo Buttigieg-Francia — Maltanın paytaxtı Vallettanın girişinə yaxın yerləşən saray. XIX əsrin sonlarında inşa edilmişdir. Memar Cüzeppe Bonaviya tərəfindən tərtib edilmişdi. Saray adalarda taxta eyvanları olan ilk bina idi. Bura 1-ci dərəcəli milli abidədir. == Tarixi == Əvvəllər sarayın ərazisində Malta cəngavərləri ordeninin silah-sursat hazırlaması üçün köhnə metaltökmə zavodu mövcud idi. Giuseppe Buttigieg və həyat yoldaşı Giovanna Kamilleri, torpaqları hökumətdən aldılar və 19-cu əsrin sonlarında burada Ferreriya sarayını inşa etdilər. Binanın fasadında Buttiegieg və Kamillerinin gerbləri var. Saray, qızları Tereza Buttigieg üçün cehiz olaraq qaldı. Tereza bir müddət sarayın adını aldığı polkovnik Con Luis Fransiya ilə evləndi.
Fransa Sudanı
Fransa Sudanı (fr. Soudan français; ərəb. السودان الفرنسي, as-Sūdān al-Faransī‎) — Qərbi Afrikada keçmiş Fransa müstəmləkəsi, Qərbi Sudan bölgəsinin bir hissəsi. Niger və Seneqal çaylarının yuxarı və orta axını boyunca ərazi olmuş, indi Mali dövlətinin ərazisini əhatə etmişdir. == Tarixi == 9 sentyabr 1880-ci ildə Niger və Seneqal çaylarının yuxarı və orta axınında yerləşən Fransa mülkləri əsasında Yuxarı Seneqal müstəmləkəsi yaradılmışdır. 18 avqust 1890-cı ildə bura Fransa Sudanı ərazisi adlandırılmışdır. Onun paytaxtı Kayes olmuşdur. 11 oktyabr 1899-cu ildə Fransa Sudanı bölünmüşdür. 11 cənub əyaləti Fransa Qvineyası, Kot-d'İvuar və Dahomeya müstəmləkələrinə verilmişdir. Növbəti il 2 əyalət geri verilmişdir.
Gavalı sukatı
Gavalı sukatı - Gavalı dilimlərindən hazırlanmış quru mürəbbə == Həmçinin bax == Sukat == Mənbə == Əhmədov Ə. 1002 şirniyyat. Bakı, «Gənclik», 2010.
Gequti sarayı
Gequti kral sarayı (gürc. გეგუთის სასახლე, translit. gequtis sasaxle) — Gürcüstan Respublikasının İmereti diyarının Tsxaltubo bələdiyyəsinin Gequti kəndində orta əsrlərə aid kral sarayı. Kutaisi şəhərindən 7 km (4.3 mil) uzaqlıqda yerləşən saray hal-hazırda xarabalıq vəziyyətindədir. == Memarlıq xüsusiyyətləri == Gequti saray kompleksinin xarabalıqları Rioni çayı sahilindəki 2,000 m2 (0.20 ha) ərazini əhatə edir. 1953-cü və 1956-cı illərdə aparılan ekstensiv tədqiqat işləri mütəxəssislərə tikilinin ilkin arxeoloji təbəqələrini anlamağa və memarlıq üslubunu, eləcə də orta əsrlərə aid dekorasiyaları rekonstruksiya etməyə imkan yaratmışdır. Saray kompleksinin əsas hissəsi hündürlüyü üç metr olan daş postamentin üzərində kərpiclə inşa edilmiş dördmərtəbəli bir tikilidir. Tikilinin geniş, xaçşəkilli bir mərkəzi zalı, zalın üstündə isə diametri 14 m (550 düym) olan tromplara dayanmış günbəz var. Tikilinin nəhəng sütunlarla möhkəmləndirilib. Tikilinin qərbində yerləşən əlavə strukturlar və saray kilsəsi növbəti dövrlərdə – təxminən XIII–XVI əsrlərdə tikilmişdir.
Gülüstan Sarayı
Gülüstan sarayı — Azərbaycanın paytaxtı Bakı şəhərinin mərkəzində, zirvəsində Şəhidlər Xiyabanının olduğu dağın aşağı ətəklərində yerləşən ictimai binadır. Binanın daxilində çoxməqsədli təyinata malik geniş ölçülü restoran zalı yerləşir. == Tarixi == "Gülüstan" sarayı 1980-ci ildə tikinti işləri üzrə Azərbaycan SSR-nin Nazirlər şurasının sədr müavini Əliş Ləmbəranskinin təşəbbüsü ilə inşa edilmişdir. Sarayın memarları olaraq Nazim Hacıbəyov və Hafiz Əmirxanov, inşaat işləri üzrə konstruktorlar isə Novruz İsmayılov və Kamil Kərimov seçilmişdilər. Binanın layihəsi "Bakgiproqor" institutunda hazırlanmışdır. 1982-ci ildə sarayın müəllif kollektivi (memarlar Nazim Hacıbəyov və Hafiz Əmirxanov, konstruktorlar Novruz İsmayılov və Kamil Kərimov, Fira Rüstəmbəyova və Teodor Şarinskinin başçılığı altında mühəndislərdən ibarət işçi qrupu, eləcə də inşaatçılar Tofiq Əhmədov və Armais Kevorkov) Azərbaycan SSR Dövlət mükafatına layiq görülmüşdür. Saray ümumşəhər, həm də respublika miqyaslı kütləvi tədbirlərin — məsələn, konsert, dövlət qəbulları və ya yeni il axşamlarının keçirilməsinə hesablanmışdır. 20 sentyabr 1994-cü ildə Gülüstan sarayında ümummilli lider Heydər Əliyevin başçılığı və təşəbbüskarlığı ilə "Əsrin Müqaviləsi" adlı neft sazişi imzalanmışdır. Böyük Britaniyanın "BP", ABŞ-nin "AMOCO", "Penzol", Rusiyanın "Lukoyl" və "TPAO" şirkətləri bir konsorsiumda birləşmişlər. Gülüstan sarayında müxtəlif illərdə Azərbaycan mətbuatının 135-yaşlı yubileyi (2010), Beynəlxalq humanitar forum (2011), Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci ildönümü (2011) və digər bu kimi, önəmli tədbirlər keçirilirdi.
Kiran sarayı
Kiran sarayı — Kiran şəhərinin içqalasında yerləşən dünya əhəmiyyətli tarix-memarlıq abidəsi. == Memarlıq xüsusiyyətləri == Saray, Kiranın ikinci məhəlləsinin cənub hissəsində yerləşir. Saray binasının divarları nəhəng ölçülü qaya parçalarından tikilmişdir. Düzbucaqlı formaya malik olan həmin daş bloklar 2 metr uzunluğa və 0.5 metr enə malikdir. Saray divarlarının 6 sırası dövrümüzə çatmışdır ki, tədqiqatçı B. İbrahimov saxlanılmış hissənin iri tikilinin yalnız kürsüsü olduğunu qeyd edir. Saray binası düzbucaqlı formaya malikdir. Cənub tərəfi istisna olmaqla, digər tərəflərdən saray binasına müxtəlif kiçik tikililər də birləşir. Saray binasına kürsünün tikilməsində istifadə edilmiş geniş daşlardan hörülmüş iri pilləkən aparır. B. İbrahimov ehtimal edir ki, saray tikilisinin ətrafındakı zirzəmili tikililər xidmətçilərin yaşaması və təsərrüfat xarakterli işlər üçün nəzərdə tutulmuşdur. Arxeoloji qazıntılar zamanı həmin otaqlardan çoxlu sayda mətbəx və təsərrüfat əşyalarının aşkara çıxarılması da tədqiqatçıların ehtimallarını təsdiqləmişdir.
Küçüksu sarayı
Küçüksu (Kiçiksu) sarayı və ya Göksu (Göysu) sarayı — İstanbulun Küçüksu səmtində, Göksu dərəsi ilə Küçüksu dərəsi arasında, Boğaziçində Üsküdar-Beykoz sahilyolu üzərində yerləşən saray. Sultan Abdülməcid tərəfindən Nigoğos Balyana tikdirilmiş, tikinti 1856-cı ildə başa çatdırılmışdır. Keçmiş adı "Göksu Qəsri" olan bu bina, padşahların, Bosfor sahillərindəki qəsrlərindən biridir. Qəsrlər yalnız hökmdarların malı sayılan və sarayların xaricində inşa edilən köşkdən böyük binalardır. Davamlı yaşayış üçün istifadə edilməyən qəsrlər, padşahların dincəlmələri üçün vaxt keçirdikləri yerdir. == Qəsrin tarixi == Osmanlı tarixində Lalə Dövrü adı ilə keçən dövr, yeniçəri üsyanı qanlı bir şəkildə sona çatdıqdan sonra, Kağıthanədə yerləşən saray, köşk, yalı və s. binalar talan edib dağıdılmışdır. Bu hərəkət bir xalq qiyamı xarakterində olmadığından qısa bir müddət sonra hər şey köhnə halına qayıtmışdır. Belə bir şəraitdə taxta çıxan I Mahmud, Kağıthane və ətrafını abadlaşdırmaq əvəzinə, Bosfor sahillərində dincəlməyi və əylənməyi üstün tutmuşdur. Küçüksu padşahın Boğazda ən çox sevdiyi yerlərdən biri olmuşdur.
Livadiya sarayı
Livadiya sarayı (rus. Ливадийский дворец, ukr. Лівадійський палац) — Yaltanın 3 km uzaqlığında, Livadiyada Mohabi təpəsində yerləşən saray kompleksi. 1911-ci ildə Rusiya çarı II Nikolay tərəfindən yay evi kimi tikilmişdir. == Haqqında == Bizans, ingilis, qotika və ərəb memarlığının izlərini daşıyan saray İtaliya intibah tərzində 1910-1911-ci illəri arasında memar Nikolay Krasnov tərəfindən tikilmişdir. İnşaasında ağ Krım qranitindən istifadə olunmuşdur. Sarayın bəzi yerlərində islam memarlığına aid izlər vardır. Sarayın bağçası İtalyan görkəminə malikdir. Sarayın içində muzey və şəkil qaleriyası fəaliyyət göstərir. Livadiya sarayı inşa olunduqdan sonra çar II Nikolay bura sadəcə 2 dəfə gələ bilmişdi.
Massandra sarayı
Massandra sarayı (ukr. Масандрівський палац) — Ukraynada, Krım MR-də yerləşən qədim saray. Saray çar III Aleksandrın yay evi olmuşdur. == Tarixi == Saray Krımın cənub sahillərindəki ən yaxşı memarlıq nümunlərindən biridir. Saray Fransa memarlığına uyğun inşa edilmişdir. Layihəsi şahzadə Vorontsov tərəfindən 1878-ci ildə memar M. Buşerə dizyn etdirilmişdir. 20 il davam edən işlər memar M. Mesmaher tərəfindən tamamlanmışdır. Stalinin bağ evi kimi tanınmışdır. Saraydan bir zamanlar Ramonovlar sülaləsi də istifadə etmişdir. III Aleksandr və ailəsi tərəfindən yay evi kimi istifadə olunması üçün tikilən sarayda böyük otaqlar və bal zalları mövcuddur.
Safari
Safari — Müasir dövrdə ekoturizmin geniş yayılmış növlərindən biri. Turizmin bu növü ilk olaraq zəngin təbiəti ilə seçilən Afrikada yaranıb. "Safari" sözü də Afrika xalqlarından olan tanzaniyalıların dilindən götürülüb, "səyahət etmək", "yolçuluq", "gəzinti" mənasını verir. Bu cür turlar Afrikanın bir sıra ölkələrində Qərbi Avropadan və Amerikadan gələn imkanlı turistlərin maraqlarını yerli vəhşi fauna nümunələri ilə cəlb etmək üçün həyata keçirilir. Bu gün safari turizmi ovçuluq və ya fotoovçuluq, balıq tutmaq, açıq məkanda təbii halda heyvanları müşahidə etmək məqsədilə təşkil olunan turizm növü kimi məşhurdur. Ənənəvi safarilər heyvanları nəsli kəsilmək təhlükəsi ilə üz-üzə qoyduğu üçün son dövrlərdə təşkilatçılar ov məqsədli turlardan imtina edərək sırf fotosafarilərə istiqamətləniblər. Fotosafariləri bədii dillə "sakit ov" da adlandırırlar.
Sunami
Sunami — yaponca "津波" (つなみ) sözündən olub, liman dalğası və ya nəhəng dalğa deməkdir, okean və ya dəniz dibində zəlzələ, meteorit düşməsi, dənizin altında nüvə partlayışları, vulkan püskürməsi ilə əlaqədar döşəmənin çökməsi, yerin yerdəyişməsi kimi tektonik hadisələr nəticəsində dənizə keçən enerji nəticəsində yaranan uzunmüddətli dəniz dalğalarıdır. Bundan əlavə, qasırğalar sunamilərə də səbəb ola bilər. Sunamilərin 80%-i Sakit Okeanda baş verir. Yunan tarixçisi Fukidid “Peloponnes müharibəsinin tarixi” kitabında sunamilərin sualtı zəlzələlər nəticəsində baş verdiyini irəli sürmüşdür. Fukidid bu təklifi irəli sürən ilk şəxs kimi tanınsa da, sunaminin baş verməsi haqqında 20-ci əsrə qədər çox şey məlum deyildi. İlk geoloji, coğrafi və okeanoqrafik sənədlər sunamiləri “seysmik dəniz dalğaları” adlandırırdı. Sunami dalğaları adi sualtı cərəyanlar və ya dəniz dalğaları kimi deyil, çünki onların dalğa uzunluqları daha uzundur. Sunamilər adətən dalğa qatarı adlanan dəqiqələr və saatlar arasında dəyişən dövrlərdə bir sıra dalğalardan ibarətdir. Böyük hadisələrlə on metrlərlə dalğalar baş verə bilər. Sunamilərin təsiri sahilyanı ərazilərlə məhdudlaşsa da, onların dağıdıcı gücü böyük ola bilər və bütün okean hövzələrinə təsir edə bilər.
Surami
Surami (gürc. სურამი) — Gürcüstanın Xaşuri bələdiyyəsinin inzibati ərazi vahidində Daba (Şəhər tipli qəsəbə), kiçik bir dağ-iqlim kurortu. Lixi silsiləsinin cənub yamaclarında, dəniz səviyyəsindən 740 metr yüksəklikdə yerləşir. Dəmiryol xəttilə Xaşuri ilə bağlıdır. Qəsəbə statusu 1926-cı ildə verilmişdir. Əhalisi 7,492 nəfərdir (2014). Gürcüstan Sovet Ensiklopediyası, IX cild, səh.
Susami
Susami (すさみ町, Susami-chō) — Yaponiyanın Vakayama prefekturasının Nişimuro qəzasında yerləşən qəsəbə. 1 avqust 2014-cü ilin məlumatına görə qəsəbənin əhalisi 4.291 nəfər, əhali sıxlığı hər km2-da 24,56 nəfər təşkil edir. Qəsəbənin sahəsi 174,71 km2-dır. Qəsəbənin Honşu adasının Kansai regionunda, Vakayama prefekturasının Nişimuro qəzasında yerləşir. Qəsəbənin Kuşimoto, Kozaqava və Şirahama qəsəbələri ilə qonşudur.. 2014-cü ilin məlumatına görə qəsəbə əhalisi 4.291 nəfərdir, hər km² ərazidə 24,56 nəfər yaşayır. Əhalisinin 1980-2005-ci illər arasında dəyişməsi: Qəsəbənin simvolik ağacı kastanopsis, simvolik çiçəyi Crinum asiaticum, simvolik quşu yapon ağgözüdür.. Susami qəsəbəsinin sahil hissəsində qəsəbənin poçt sisteminin rəsmi hissəsi olan sualtı poçt qutusu yerləşir. Bu poçt qutusu dünyada ən dərində yerləşən sualtı poçt qutusu (10 metr) olduğundan Ginnesin Rekordlar Kitabına düşmüşdür. Deyilənə görə, ən işlək vaxtda bu poçt qutusuna gündə 200 məktub çatdırılır.
Süvari
Atlı qoşun, Süvarilər, Kavaleriya - (fr. cavalerie, it. cavaleria, от lat. caballus — at) - atlılar - döyüş əməliyyatlarının aparılması və yerdəyişmə üçün minik atlarından istifadə edilən qoşun növü. Sürətli və güclü zərbə ilə birlikdə, yüksək hərəkətliliyə və manevrliyə malik olan süvarilər, keçmişin bir çox döyüşlərində həlledici qüvvə idi. Öz qoşunlarından xeyli aralı məsafədə müstəqil hərəkət etmək bacarığı, qısa zaman ərzində böyük məsafələri qət etmək, rəqibin arxasında və cinahlarında qəflətən peyda olmaq, döyüş üçün çevik açılmaq həm atlı, həm də piyada sırada bir hərəkətlərdən başqasına çevik keçid bacarığı, süvarilər üçün çoxfunksional taktiki və strateji-əməliyyat imkanları yaradırdı. Süvarilərin əsas döyüş hərəkətlərindən birincisi, gedişində rəqibə saldırılan, cinahlarına zərbə endirilən, geri çəkiləndə isə onu qovan, hücum idi. Süvarilər həmçinin, öz qoşunlarının cinahlarını və geri çəkilməsini qorumaq, kəşfiyyat aparmaq və rəqibin arxasına reyd etmək və sairə əməliyyatlarda əsas qüvvə idi. Süvarilər qeyri-nizami atlı qoşun kimi Qədim Dünyanın, atların kütləvi yetişdirildiyi ölkələrində yaranmışdır. Qədim Misir, Hindistan, Çin və başqa ölkələrdə atlara qoşulmuş döyüş arabaları istifadə olunurdu.
Şubanı
Şubanı — Bakı şəhərinin Qaradağ rayonunda yerləşən şəhər tipli qəsəbə. Abşeron yarımadasındadır. Azərbaycanın orta əsr yaşayış məntəqələrindən olub, eyniadlı yüksəkliyin adını daşıyır. Azərbaycan toponimlərinin izahlı lüğəti. II cild. Bakı,2007.
Şuğayıb
Şuğayıb — İrəvan quberniyasının İrəvan qəzasında, kənd. Sonralar Qarabağlar rayonununda kənd. Kənd 1930-cu illərdə ləğv edilmişdir.
Şəmayı
Şəmayılar (lat. Chalcalhurnus) — cinsə Xəzər dənizində bir növ Kür şəmayısı və bir yarımnöv - Lənkaran şəmayısı formasında mövcuddur. Kür şəmayısı Xəzər dənizinin əsasən cənubi-qərb hissəsində sahildən 3–5 km aralı, 30 m-dək dərinlikdə yaşayır. Şəmayı keçici balıqdır, noyabrın əvvəllərində kürü tökmək üçün Kür çayına girir. Maraqlıdır ki, suda temperatur aşağı düşdükcə şəmayının çaya girməsi sürətlənir. Belə ki, suda temperatur 12 °C olduqda çaya girmə başlayırsa, 10 °C-də maksimum həddə çatır, 8 °C-də proses başa çatır.Şəmayı çox da böyük olmayan dadlı balıqdır. Uzunluğu 24-30 sm, kütləsi 125-610qolur.Kür şəmayısi 3-4 yaşında cinsi yetişkənliyə çatır, erkəklər arasında 2 yaşlı yetkin balıqlara da təsadüf olunur.Suyun temperaturu 18-25 °C olduqda Şamayı kuru tökməyə başlayır. Kürülərin inkubasiya dövrü 18,5-21,5 °C temperaturda 70-72 saat çəkir. Kürüdən çıxmış körpələr çayda çox qalmayaraq suyun axarı ilə dənizə aparılır.Şəmayı çox həssas və zərif balıqdır, odur ki, suda temperaturun, oksigenin aşağı düşməsi, mexaniki təsirlər, xüsusilə çirklənmə ona öldürücü təsir edir.Xəzərin Azərbaycan sektorunda şəmayının Lənkəran yarımnövü və Mingəçevir su anbarında şirinsu şəmayısı mövcuddur.Kür şəmayısı qiymətli vətəgə balığıdır. Əvvəlki illərdə hər il 41-348 sentnerə qədər şəmayı ovlanardı.
Dərya Hüdayı
Dərya Hüdayı (fars. دريا هدائى‎, ing. Darya Hodaei, 21 sentyabr 1989, İran) amerikalı-iranlı əczaçı və uşaq Yazıçıdır. İran Azərbaycanının Təbriz şəhərində doğulub boya-başa çatmışdır. 9 yaşından etibarən qısa hekayələr yazmağa başlayan Dərya daha sonra Təbriz milli univeristesindən əczaçılıq üzrə elmər doktoru dərəcəsi almışdır. 26 yaşında ABŞ-yə köçmüş və əczaçılıq peşəsini inkişaf etdirməyə çalışmışdır. Eyni zamanda Dərya Hüdayı uşaq ədəbiyyatına və ana dilinə öz yaradıcılığında diqqət ayıraraq Amerikada uşaq kitabları müəllifi oldu. Kitab nəşri ilə yanaşı hazırda Florida ştatının Mayami şəhərində yaşayan Dərya Hüdayı özünün "EnglishAzerbaijani" platformasında baş direktor vəzifəsində çalışır. Dərya Hüdayı Azərbaycan türklərinin mədəni adət-ənənələri haqqında videolar və məzmunlar hazırlayır. Onun "Jirtdan’s Halloween" ("Cırtdanın Helloini") kitabı mediada geniş işıqlandırılmış və Amazon satış platformasının "ən çox satılanlar" siyahısına daxil olmuşdur.
Gəmi sükanı
Gəmi sükanı, dəniz nəqliyyatı və avianəqliyyat vasitələrində defolt hərəkətini həyata keçirmək üçün nəzərdə tutulan şaquli stabilizatordakı nəzarət səthi. Gəmi sükanının iki növü mövcuddur - hidravlik və joystick. == Aviasiyada == Təyyarələrdə sükanı hündürlük sükanından ayırmaq üçün çox vaxt istiqamət sükanı terminindən istifadə olunur. Uçuş zamanı təyyarənin bütün hərəkətləri təyyarədəki təzyiq paylanmasından asılıdır. Sabit qanadlı bir təyyarə üçün əsas nəzarət səthləri, bu səthlərin axına qarşı dayanması və onu pozması, bununla da yüksək təzyiq zonası yaratması prinsipi ilə işləyirlər. Nəzarət səthləri işlədikdə, təyyarənin iki əks tərəfindəki təzyiq simmetriyası pozulur, bu da istənilən hərəkəti təmin edir. === İş prinsipi === Gəmi sükanı, ümumiyyətlə, quyruqun arxa kənarına yerləşdirilir. Pilot sol pedala basanda sükan sola dönür və rulda yüksək təzyiq zonası yaranır. Sükan sıfıra çatmayana qədər (notrlanmadıqca), təyyarə əyilməyə davam edir. Bəzi təyyarələrdə rulda trim nişanı vardır.
Hündürlük sükanı
Hündürlük sükanı — eninə ox ətrafında fırlanmanı həyata keçirən təyyarənin aerodinamik idarəetmə orqanıdır. Hündürlük sükanı uçan təyyarənin tanqajının dəyişməsinə səbəb olan hərəkətli idarə olunan səthdir. Aerodinamik sxemdən asılı olaraq hündürlük sükanı təyyarənin müxtəlif yerlərində quraşdırıla bilər. Normal sxemə görə, hündürlük sükanları stabilizatorların arxa kənarlarında yerləşən quyruq lələki elementləridir. Səsdən surətli təyyarələrin əksəriyyətində yüksəklik hündürlük sükanların funksiyasını tam dövriyyəli stabilizatorlar yerinə yetirir. "Ördək" sxemi hündürlük sükanların qabaqda yerləşməsini nəzərdə tutur; "quyruqsuz" sxemi isə, hündürlük sükanlarının elevonlarla dəyişdirilməsini nəzərdə tutur. Təyyarənin tangajla idarə edilməsi pilot tərəfindən sükan çarxını özünə götürməklə və ya özündən geri qaytarmaqla həyata keçirilir. Hündürlük sükanları bu zaman müvafiq olaraq yuxarı və ya aşağı sapdırılır, kabrirləşdirici və ya şığıyıcı an yaradır, və təyyarənin burnu yuxarı qalxır və ya aşağı düşür.