Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Sultanağa Bayramov
Soltanağa Nəhmət oğlu Bayramov (17 oktyabr 1936, Şürük, Lənkəran rayonu – 23 avqust 1993, Lənkəran) — hərbi həkim, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir. Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur. Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Əlikram Hümbətovun dəstələri ilə döyüşlər zamanı həlak olmuşdur. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Soltanağa Bayramov
Soltanağa Nəhmət oğlu Bayramov (17 oktyabr 1936, Şürük, Lənkəran rayonu – 23 avqust 1993, Lənkəran) — hərbi həkim, Azərbaycanın Milli Qəhrəmanı. == Həyatı == 17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir. Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur. Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Əlikram Hümbətovun dəstələri ilə döyüşlər zamanı həlak olmuşdur. == Milli Qəhrəman == Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Sultanabad
Sultanabad (Ağbaba) — Ağbaba mahalının Amasiya rayonunda kənd. Sultanabad (Talin) — Talin rayonunda kənd.
Sultandağı
Sultandağı, Afyonqarahisar ilinin, mərkəzdən 68 kilometr şərqdə yerləşən bir ilçesidir. Sultandağı, Egey regionu ilə Mərkəzi Anadolu regionunun birləşdiyi Afyon ilinin şərqində, Konya və Isparta illerinin sərhədində yerləşən bir mahal. Şimalda Bolvadin, cənubda Yalvaç, şərqdə Akşehir və qərbdə Çay ilə bitişikdir. == Tarix == Sultandağı İlçesi, e.ə. Mis Çağında yerləşmiş köhnə bir keçmişi var. Bu dövrdən bəri coğrafi quruluşuna görə Romalılar, Bizanslılar, Səlcuqlular və Osmanlılar dövründə qərb-şərq istiqamətində əhəmiyyətli bir yol yolunda tapıldı. Orta əsrlərdən bəri ipək yolu üzərində yerləşdiyindən ticarət əhəmiyyəti qazandı. Böyük Səlcuqlular dövründə İpək Yolu əhəmiyyət qazanaraq şimal-qərb-cənub-şərq istiqamətində bir yol marşrutu olduğu üçün dəvə karvanlarına ev sahibliyi etdi.[1] Arxivləşdirilib 2021-01-24 at the Wayback Machine == Ad Mənşəyi == 1116-cı ildə Bizans və Səlcuqlular arasında baş verən Bolybotum Müharibəsinde Sultan Məlikşah ordusunu cənubdakı dağın, Emir Mengec isə şimaldakı dağın yamacında yerləşdirdi. Bu vəziyyətdə sultanın geri çəkildiyi dağa Sultan Dağı, Əmir Mengücəyin çəkildiyi dağa Əmir Dağı deyildi.
Sultanova
Sultanova — Azərbaycan soyadı. Ayna Sultanova (1895–1938) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı. Afaq Sultanova (q. 1987) — Azərbaycanlı para-cüdoçu. Hökumə Sultanova — "Azərnəşr"in sabiq direktoru (1941-1947) Mirvari Sultanova (q. 1950) — görkəmli ziyalı, həkim Mehriban Sultanova (q. 1972) — filologiya üzrə fəlsəfə doktoru (2008). Sara Sultanova (1910 - ?) — Repressiya qurbanı. Həkim. Natəvan Sultanova (q.
Afaq Sultanova
Afaq Vaqif qızı Sultanova (20 fevral 1987; Bakı, Azərbaycan) – Azərbaycanı təmsil edən cüdoçu. 2012-ci ildə XIV Yay Paralimpiya Oyunlarının qalibi olub. == Həyatı == Afaq Sultanova 1987-ci il fevralın 20-də Bakı şəhərinin Əmircan qəsəbəsində anadan olub. Şəxsi məşqçisi Ağanağı Cəfərovdur. == Karyerası == Afaq Sultanova 2010-cu ildə Antalya şəhərində (Türkiyə) baş tutan Dünya Çempionatının qızıl medalına sahib oldu. Afaq Sultanova 2012-ci ildə London şəhərində (Birləşmiş Krallıq) baş tutan XIV Yay Paralimpiya Oyunlarında mübarizə apardı. Turnirin 1/4 final mərhələsində Fransa nümayəndəsi Marion Koaduya ipponla qalib gələn Afaq Sultanova, 1/2 final mərhələsində Türkiyə nümayəndəsi Duyğu Çeteni gərgin idman mübarizəsi şəraitində baş tutan görüşdə məğlub elədi və Paralimpiadanın final görüşünə vəsiqə qazandı. Həlledici görüşdə onun rəqibi Braziliya nümayəndəsi Lusia da Silva Teixeira oldu. Həmin görüşdə rəqibinə ipponla qalib gələn Afaq Sultanova, XIV Yay Paralimpiya Oyunlarının qalibi oldu. Azərbaycan Prezidenti İlham Əliyevin 14 sentyabr 2012-ci il tarixli Sərəncamına əsasən XIV Yay Paralimpiya Oyunlarında qazandığı nailiyyətlərə və Azərbaycan idmanında xidmətlərinə görə Afaq Vaqif qızı Sultanova "Şöhrət" ordeni ilə təltif edildi.
Ayna Sultanova
Ayna Mahmud qızı Sultanova (1895, Pirəbədil, Quba qəzası – 3 iyul 1938, Bakı) — ictimai-siyasi xadim, Azərbaycan SSR-nin Maarif Xalq Komissarı, "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan tarixinin ilk qadın naziri, Xalq Ədliyyə Komissarı və Ali Məhkəmə sədri. Siyasi fəaliyyətinin böyük bir qismi Azərbaycanda Sovet hakimiyyətinin möhkəmləndirilməsi olmuşdur. Müəyyən müddətdən sonra yeni qurulmuş rejimin onun uğrunda çalışdığı rejim olmadığını görmüş, Stalinlə görüşüb şikayətlərini bildirmək üçün Moskvaya getmiş, elə vağzalda da həbs olunmuşdur. Xüsusi mühafizə dəstəsinin müşayiəti ilə Bakıya gətirilmiş və SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyası Səyyar Sessiyasının 1938-ci il 3 iyul tarixli hökmü ilə ən yüksək cəzaya — güllələnməyə məhkum edilmişdir. Ayna Sultanova istintaq zamanı çox alçaldılmışdır. SSRİ-nin dağılmasının sonra Ayna Sultanova olan ictimai münasibət digər dövrün marksist düşüncəli fəallarına olan münasibət kimi qarışıq olmuşdur. Ayna Sultanova Nəriman Nərimanov ilə birlikdə heykəli hələ də Bakı şəhərində mövcud olan solçu siyasətçidən biridir. Ayna Sultanovanın "Dərnəgül şosesi"nin kənarında, metronun "Gənclik" stansiyasından bir qədər aralı heykəli ucalır. 1965-ci ildə Azərbaycan, 1976-cı ildə isə rus dillərində H.Sultanovanın müəllifi olduğu "Ayna Sultanova" adlı kitablar nəşr olunub. == Həyatı == Ayna Mahmud qızı Sultanova 1895-ci ildə indiki Şabran (keçmiş adı Dəvəçi) rayonunun Pirəbədil kəndində doğulmuşdur.
Hökumə Sultanova
Hökumə İsmayıl qızı Sultanova (dekabr 1909, Bakı – 10 noyabr 1981, Bakı) — Azərbaycan ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Qadınlar Şurasının rəhbəri, Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini (1954–1958), Azərbaycan SSR Nazirlər Soveti yanında İncəsənət İşləri İdarəsinin rəisi (1947–1951). == Həyatı == Hökumə İsmayıl qızı Sultanova 1909-cu ildə Bakının Qara Şəhər qəsəbəsində fəhlə ailəsində anadan olmuşdur. Atası vəfat etdikdən sonra o, doqquz yaşında olarkən böyük qardaşı inqilabçı Qasım İsmayılovun himayəsində böyümüşdür. Azərbaycanın sovetləşməsindən sonra 1-ci və 2-ci dərəcəli məktəblərdə oxumuş, ictimai işlərdə çalışmış, 1924-cü ildən Lenin komsomolu sıralarına qoşulmuşdur. 1928–1932-ci illərdə Azərbaycan Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsinin şöbə müdiri işləmiş, sonra isə bu mərkəzi komitənin katibi olmuşdur. 1930-cu ildən ÜİK(b)P (Sov. İKP) üzvü olan Hökumə İsmayılova 1936-cı ildə Marksizm-Leninizm İnstitutunu bitirmişdir. Daha sonra o, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsində mədəni-maarif şöbəsi müdirinin müavini vəzifəsinə irəli çəkilmiş, ardınca bu şöbənin müdiri olmuşdur. Azərbaycan SSR Xalq Komissarları Sovetində qrup rəhbəri olmuşdur. Hökumə Sultanova Stalin repressiyaları dövründə SSRİ Xalq Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin göstərişinə əsasən 23 iyul 1938-ci ildə əks-inqilabi-millətçi təşkilatın iştirakçısı kimi təqsirli bilinərək həbs edilmişdir.
Mehriban Sultanova
Mehriban Sultanova (Mehriban Paşa qızı Sultanova; d. 27 yanvar 1972-ci il, Naxçıvan) — filologiya üzrə fəlsəfə doktoru (2008), Azərbaycan Jurnalistlər Birliyinin (2002), Naxçıvan Mətbuat Şurası İdarə Heyətinin (2004) üzvü. == Həyatı == Mehriban Sultanova 27 yanvar 1972-ci ildə Naxçıvan şəhərində anadan olub. O, 1989–1994-cü illərdə Bakı Dövlət Universitetində təhsil alıb. == Fəaliyyəti == === Əmək fəaliyyəti === Mehriban Sultanova əmək fəaliyyətinə 1994-cü ildən Naxçıvan Dövlət Universitetinin Elmi kitabxanasında başlayıb. O, 2001-ci ildən jurnalistlik fəaliyyəti ilə məşğuldur. 2001–2006-cı illərdə paralel olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin orqanı "Nuh Yurdu" qəzetində də çalışıb. 2005-ci ildən Naxçıvan Dövlət Universitetinin Jurnalistika və dünya ədəbiyyatı kafedrasında müəllimdir. Mehriban Sultanova 2006-cı ildən universitetin mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərməyə başlayıb. 2008–2017-ci illərdə Naxçıvan Dövlət Universitetinin Mətbuat şöbəsinin müdiri işləyib.
Natəvan Sultanova
Natəvan Sultanova (tam adı: Natəvan Rəsul qızı Sultanova; 30 iyun 1942, Bakı Azərbaycan SSR) — kimyaçı alim, Aşqarlar Kimyası İnstitutunda aparıcı elmi işçi, kimya üzrə fəlsəfə doktoru, dosent. == Həyatı == Sultanova Natəvan Rəsul qızı 1942-ci ilin iyun ayının 30-da Bakı şəhərində anadan olub. Bakı şəhərinin 174 № li məktəbinin birinci sinfinə 1950-ci ildə daxil olub, 1960-cı ildə bitirib və həmin ildə Azərbaycan Dövlət Universitetinin kimya fakultəsinə daxil olub. 1965-ci ildə Universiteti bitirib.1965-ci ildə AMEA Aşqarlar Kimyası İnstitutuna qəbul olub, kiçik elmi işçi vəzifəsində çalışmışdır. Həmin İnstitutda 1970-ci ildə aspiranturaya daxil olub və 1977-ci ildə “Синтез продуктов нуклеофильного замещения некоторых дигалогенэфиров и эфиров - монохлоргидрина глицерина и исследование их в качестве присадок к маслам и топливам и ингибиторов коррозии” mövzusunda dissertasiya müdafiə edərək “Neft kimyası” ixtisası üzrə kimya elmləri namizədi alimlik dərəcəsinə layiq görülmüşdür. O, 2003-cü il tarixindən aparıcı elmi işçi vəzifəsinə təyin edilmiş və hal-hazırda həmin vəzifədə çalışır. == Elmi fəaliyyəti == Sultanova Natavan Rəsul qızı «Yanacaqlara aşqarlar» laboratoriyasında yanacaqlara aşqarların sintezinin elmi əsaslarının işlənib hazırlanmasında həmmüəllif kimi iştirak edir. O, tərkibində N- və S- saxlayan yüksək təsirli yeni birləşmələr sintez edir və onları yanacaqlara aşqar kimi tədqiq edir. Sultanova N.R. yanacaqların korroziya xasələrinin öyrənilməsinin və mühafizəedici aşqarların təsirinin qiymətləndirilməsinin dəyişən kontakt üsulu ilə hərtərəfli öyrənmişdir. O, ekoloji təhlükəsiz yüksək istismar keyfiyyətlərinə malik yeni yanacaq növü olan biodizel yanacağının alınması sahəsində tədqiqatlar aparmış və müsbət nəticələr əldə etmişdir.
Sultanabad (Ağbaba)
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir. == Tarixi == Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur. 1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib. == Əhalisi == Kəndin sakinləri azərbaycanlılar olmuşdur.
Sultanabad (Bicar)
Sultanabad (fars. سلطان آباد چتاق‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 118 nəfər yaşayır (23 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Sultanabad (Ərdəbil)
Sultanabad - İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il siyahıya alınmaya görə kənddə 1,752 nəfər yaşayır (368 ailə).
Əminə Sultanova
Əminə Abbas qızı Nağıyeva (Sultanova) (26 mart 1919, Bakı – 23 iyul 1977, Bakı) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1943). == Həyatı == Əminə Əliabbas qızı Nağıyeva (Sultanova) 1934-cü ildən Əli Bayramov adına qadınlar klubunun dram dərnəyində çıxış edib. 1936–1939-cu illərdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Dövlət Teatr Məktəbində təhsil alıb. 1938-ci ildə Milli Dram Teatrının aktyor truppasına qəbul olunub. Bir müddət xalq artisti Əjdər Sultanovun həyat yoldaşı olduğu üçün rollarının bir qismini "Sultanova" soyadı ilə oynayıb. 17 iyun 1943-cü ildə Azərbaycan SSR əməkdar artist fəxri adına layiq görülmüşdür. 1940-1950-ci illərdə Tiflis teatrında müxtəlif obrazlar yaratmışdır. Ən yaddaqalan obrazlarından Nəcəf bəy Vəzirovun "Müsibəti-Fəxrəddin"ində Böyükxanım, Sabit Rəhmanın "Xoşbəxtlər" tamaşasında Maralı (1941) misal göstərmək olar.
Sultanabad (Amasiya)
Sultanabad (Paxakn)—Qərbi Azərbaycanın Ağbaba mahalının Amasiya rayonunda bir kənd. Hal-hazırda Ermənistanın Şirak mərzinə daxil olan keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə birgə kənd inzibati vahidinə daxildir. == Tarixi == Sultanabad Rayon mərkəzindən 20 km şimal-qərbdə, Arpagölün yaxınlığında yerləşir. Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Sultanabad toponimi iki sözün − şəxs adı bildirən Sultan və «müntəzəm çoxlu tikintisi, yaşayış üçün hər cür şəraiti olan; şen» mənasında işlənən abad sözünün birləşməsindən əmələ gəlmiş antropotoponimdir. Quruluşca mürəkkəb toponimdir. Erm. SSR AS RH-nin 12.XI.1935-ci il tarixli fərmanı ilə kəndin adı dəyişdirilib Şurabad (Sovetabad mənasında) qoyulmuşdur. 1991-ci ildən sonra adı Paxakn olaraq dəyişdirilmiş, 2000-ci illərdə yaradılan Şirak mərzinə daxil edilmiş, keçmiş Təpəkənd, indiki Berdaşen kəndi ilə bir kənd inzibati vahidinə daxil edilib. == Əhalisi == Kəndin sakinləri azərbaycanlılar olmuşdur.
Sultanay (Askın)
Sultanay (başq. Солтанай, rus. Султанай) — Başqırdıstan Respublikasının Askın rayonunda yerləşən kənd. Kənd Yaybulək kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (Askın): 9 km, kənd sovetliyindən (Yaybulək): 5 km. ən yaxın dəmiryol stansiyasından (Kueda stansiyası): 117 km. == Əhali == == Tanınmış şəxsləri == Məhəmməd Xuseynov — din xadimi.
Sultanabad-i Ağziyarət (Çaroymaq)
Sultanabad-i Ağziyarət (fars. سلطان اباداغ زيارت‎) — İranın Şərqi Azərbaycan ostanının Çaroymaq şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 336 nəfər yaşayır (63 ailə).
Sultanabad-i Dərəviran (Bicar)
Sultanabad-i Dərəviran (fars. سلطان آباد دره ويران‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 122 nəfər yaşayır (32 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Sultangah (Bostanabad)
Sultangah (fars. سلطانگه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (77 ailə).