Sultanağa Bayramov

Soltanağa Nəhmət oğlu Bayramov (17 oktyabr 1936, Şürük, Lənkəran rayonu23 avqust 1993, Lənkəran) — hərbi həkim, Azərbaycanın Milli Qəhrəmanı.

Soltanağa Bayramov
Soltanağa Nəhmət oğlu Bayramov
Şəxsi məlumatlar
Doğum tarixi 17 oktyabr 1936(1936-10-17)
Doğum yeri
Vəfat tarixi 23 avqust 1993(1993-08-23) (56 yaşında)
Vəfat yeri
Vəfat səbəbi döyüşdə ölüm
Dəfn yeri
  • Lənkəran Şəhidlər Xiyabanı[d]
Hərbi fəaliyyəti
Döyüşlər
Təltifləri Azərbaycanın Milli Qəhrəmanı "Səhiyyə əlaçısı" döş nişanı

17 oktyabr 1936-cı ildə Lənkəran rayonunun Şürük kəndində anadan olmuşdur. Orta təhsilini Astara rayonunda almışdır. 1957-ci ildə Lənkəranda tibb məktəbini bitirmişdir. 1957-ci ildə Lənkəran Tibb Məktəbini bitirərək, təyinatla hərbi hospitalda əmək fəaliyyətinə başlamışdır. 1967-ci ildə fizio-terapevt, sonra isə rentgenoloq-texnik vəzifəsində işləmişdir.

Soltanağa Bayramov hospitalda çalışdığı müddət ərzində "Səhiyyə əlaçısı" adını qazanmışdı. Milli Ordumuzun neçə-neçə əsgərinin sağalıb fəal həyata qayıtmasında Soltanağa Bayramovun böyük əməyi olmuşdur.

Soltanağa Bayramov 23 avqust 1993-cü ildə Əlikram Hümbətovun dəstələri ilə döyüşlər zamanı həlak olmuşdur.

Milli Qəhrəman

[redaktə | mənbəni redaktə et]

Azərbaycan Respublikası Prezidentinin 24 avqust 1993-cü il tarixli 740 saylı fərmanı ilə Bayramov Soltanağa Nəhmət oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.

Lənkəran şəhərinin Şəhidlər xiyabanında dəfn olunmuşdur. Lənkəran şəhərindəki küçələrdən birinə onun adı verilmiş və büstü qoyulmuşdur. Yaşadığı binanın önünə xatirə lövhəsi vurulmuşdur.

Ailəli idi, dörd övladı var.