Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Geriyə uyumlu
Geriyə uyumlu (Backward compatibility)– köhnə kompüter, yaxud əməliyyat sistemi üçün əvəzetmə imkanı. Məsələn, Windows XP əməliyyat sistemi DOS ilə geriyə uyumludur, belə ki, DOS proqramlarının əksəriyyəti orada çalışa bilir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. == Xarici keçidlər == Vikianbarda Geriyə uyumlu ilə əlaqəli mediafayllar var.
Susulu
Uyuqlu
Uyuqlu — Qubadlı rayonu ərazisində dağ. Azərbaycanla Ermənistan sərhədindədir. Əsli Oyuqludur. Yerli əhali arasında Oyuğun dağı adı ilə tanınır. Oyuq sözü burada “sərhəd nişanı” mənasındadır. XIX əsrdə bu dağda Ermənistanın Gorus rayonundakı Şumux və Azərbaycanın Qubadlı rayonundakı Seytas kəndlərinin sərhədini bildirmək üçün kömür basdırıldığına görə belə adlandırılmışdır.
Buğumlu balqabaq
Ətirli balqabaq (lat. Cucurbita moschata; Muskat qabağı) — bitkilər aləminin balqabaqçiçəklilər dəstəsinin balqabaqkimilər fəsiləsinin balqabaq cinsinə aid bitki növü. == Haqqında == Muskat qabağı – (Cucurbita moschata Dush. Poir.) qabağın birillik növlərindəndir. Gövdəsi qabırğalı, yarpaq ayası iri, böyrək formalı, dilimli, damarlarının arasında ağ ləklər vardır. Çiçəkləri iri, çiçək kasası tünd yaşıl rəngli, tozcuq borusu silindir formalıdır. Meyvəsi uzunsov, ətli hissəsi sıx, toxumları orta irilikdədi.
Buğumlu qaraşәngi
Buğumlu qaraşәngi (lat. Scrophularia nodosa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin qaraşəngikimilər fəsiləsinin qaraşəngi cinsinə aid bitki növü. == Qısa morfoloji xüsusiyyətləri == Hündürlüyü 50-100 sm, gövdəsi düz, sivri dörd tinli olan çoxillik çılpaq ot bitkisidir. Kökümsovu kök yumrusu şəklində qalınlaşmışdır. Yarpaqları qarşı-qarşıya düzülmüşdür, qanadsız qısa saplaqlıdır, uzunsov-yumurtaşəkilli və ya uzanmış-uzunsov formadan, yumurtaşəkilli-neştərvari formaya qədər dəyişmiş, sivridir, qaidə hissəsində qısa pazşəkilli, dəyirmi və ya az ürəkşəkillidir, kənarları mişarvaridir, qaidəsində daha dərin və çox vaxt ikiqat mişarlıdir; aşağı yarpaqları küt, yuxarı yarpaqları sivridir. Çiçək qrupu uzunsov və ya uzanmış uzunsov olub, qısa saplaqda yerləşmiş boş az çiçəkli yarımçətirlərdən ibarətdir; çiçək qrupunun saplağı qısa vəziciklidir. Tac 5-7 mm uzunluqdadır, qonur-qırmızı rənglidir, yaşılımtıl borucuğu vardır; üst dodaq alt dodaqdan uzundur. Qutucuğun uzunluğu 5-8 mm olub, şarşəkilli-yumurtaşəkillidir, sivridir, kasacıqdan 3-4 dəfə uzundur. May-iyul (avqust) aylarında çiçəkləyir, iyun-sentyabr aylarında meyvə verir. == Azərbaycanda yayılması == BQ şərq, BQ qərb, Kür düz., KQ şimal, KQ mərkəzi, Lənk.
Ağsaqqal muymulu qızılquş
Madaqaskar muymulu qızılquşu
Nilufer Yumlu
Nilufər Yumlu (türk. Nilüfer Yumlu) və ya tanınan səhnə adı ilə Nilufər (türk. Nilüfer; 31 may 1955, İstanbul) — Türkiyə pop musiqiçisi. "Nazar" qrupu ilə birlikdə Türkiyəni 1978 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və Finlandiya nümayəndəsi Seyca Simola ilə 18-ci yeri bölüşmüşdür. 1997-ci ildən etibarən Türkiyənin YUNİSEF-dəki Milli təmsilçisidir. 1998-ci ildə Türkiyənin dövlət sənətçisi fəxri adına layiq görülmüşdür. Nilüfer '74 (1974) Selam Söyle (1976) Müzik (1978) 15 Şarkı (1979) Nilüfer '79 (1979) Nilüfer '80 (1980) Sensiz Olmaz (1982) Nilüfer '84 (1984) Bir Selam Yeter (1985) Geceler (1987) Esmer Günler (1988) Sen Mühimsin (1990) Yine Yeni Yeniden (1992) Ne Masal Ne Rüya (1994) Nilüferle (1996) Yeniden Yetmişe (1998) Büyük Aşkım (2001) Gözünaydın-Olur mu? Olur mu? (2003) Sürprizler (2004) Karar Verdim (2005) Karar Verdim + 3 Remiks (2006) Hayal (2009) 12 Düet (2011) 13 Düet (2013) Kendi Cennetim (2015) Yeniden Yeni Yine (2016) Kendine Bir Şans Ver (2022) Kalbim Bir Pusula - Ağlıyorum Yine (1972) Dünya Dönüyor - Neden (1973) Göreceksin Kendini - Aldanırım Sanma (1973) Hatıra Defteri - Sen de Söyle (1973) Arkadaş Dur Bekle - Kim Ayırdı Sevenleri (1973) (With Modern Folk Trio and Tanju Okan) Akdeniz Çocukları - Akdeniz Çocukları (Enstrümental) (1973) (With Ali Kocatepe, Gökben, Ertan Anapa, Esin Engin ve Füsun Önal) Al Beni Çal Beni - Körebe (1974) Söyle Söyle Sever mi? - Başıma Gelenler (1974) Boşver - Boşverdim (1975) Oh Ya - Ara Sıra Bazı Bazı (1975) Bau mir ein Paradies - Anatol (1975) Ali - Italiano (1975) Bilder im meinem Herzen - Warum muss ausgerechnet er es sein?
Nilufər Yumlu

Söyüdlü
Söyüdlü (Qars) Söyüdlü (Xoy) — Söyüdlü (Başkeçid) — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd; Söyüdlü (Cəbrayıl) — Azərbaycanın Cəbrayıl rayonunda kənd; Söyüdlü (Gədəbəy) — Azərbaycanın Gədəbəy rayonunda kənd. Söyüdlü (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Söyüdlü (Şörəyel) — Şörəyel mahalında kənd. Böyük Söyüdlü — Azərbaycanın Oğuz rayonunda kənd. 5 oktyabr 1999-cu ildə ləğv olunmuşdur. Söyüdlü (Duzluca) — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Söyüdlü — İrəvan quberniyasının Aleksandropol qəzasında, indi Ağin (Ani) rayonunda kənd. Söyüdlü — Gədəbəy rayonu ərazisində dağ. Söyüdlü çay — Kəlbəcər rayonu ərazisində çay. Söyüdlüdərə — Xanlar rayonu ərazisində dağ.
Sümüklü
Sümüklü-i Ülya (Biləsuvar)
Şükürlü
Şükürlü (əvvəlki adı: Bozayran) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 6 may 1997-ci il tarixli, 293-IQ saylı Qərarı ilə Cəlilabad rayonunun Gülməmmədli kənd inzibati-ərazi vahidinin tərkibindəki Bozayran kəndi Şükürlü kəndi adlandırılmışdır. XIX əsrə aid mənbədə Bozayranlı formasında qeydə alınmışdır. Sovet hakimiyyəti illərində Böyük Bozayran və Balaca Bozayran kəndlərinə ayrılmışdı. Böyük Bozayran kəndi ləğv edildikdən sonra 1972-ci ildə Balaca Bozayran kəndi rəsmi olaraq Bozayran adlandırılmışdır. Etnotoponim olduğu güman edilir. Kənd düzənlikdə yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Üzümlü
Kəndlər Üzümlü (Şabran) — Azərbaycanın Şabran rayonunda kənd. Üzümlü (Qax) — Azərbaycanın Qax rayonunda kənd. Üzümlü (Ərzincan) — Türkiyənin Ərzincan ilində kənd.
Düyünlü qırxbuğum
Elvin Şükürlü
Gülbahar Şükürlü
Gülbahar Şükürlü (Gülbahar Müzəffər qızı Şükürlü; 20 mart 1962, Bakı – 5 yanvar 2024) — Azərbaycan Respublikasının əməkdar artisti (2009), Azərbaycan musiqiçisi, qarmon ustası. == Həyatı == Şükürlü Gülbahar Müzəffər qızı 20 mart 1962-ci ildə Bakı şəhərində anadan olmuşdur. Bakı şəhərindəki 26 saylı orta məktəbdə ilk orta təhsilini almışdır. Orta məktəbi bitirdikdən sonra 4 nömrəli İncəsənət Gimnaziyasına daxil olmuş, təhsilini orada davam etdirmişdir. 2020-ci ilin sentyabr ayında başında aşkar olunan onkoloji şişə görə əməliyyat olunub. 2023-cü ilin yanvarında sənətçi xəstəliyin yenidən baş qaldırdığını bildirib. 5 yanvar 2024-cü ildə vəfat edib. Buzovnadakı Əliayağı qəbiristanlığında dəfn olunub. Ailəli idi, 2 övladı var. == Yaradıcılığı == 16 yaşından qarmon sənəti ilə məşğul olan Gülbahar xanım el şənliklərində, məclislərdə çıxış edərək qısa müddət ərzində sevilən sənətçi xanımlardan biri olaraq özünəməxsus şirin ifası ilə çoxlarının qəlbinə yol tapmışdır.
Nicat Şükürlu
Söyüdlü (Başkeçid)
Söyüdlü — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Başkeçid bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. Söyüdlü kəndi Qaraxaç silsiləsinin şərq yamaclarında, rayon mərkəzindən şimal-qərbdə, dəniz səviyyəsindən 1600-1630 metr yüksəklikdə yerləşir. Coğrafi cəhətdən rayonun Yuxarı Qarabulaq, Məmişlər, Gödəkdağ və Qəmərli kəndləri ilə qonşudur. Yırğançay və Məmişlər kimi Söyüdlü də bölgənin ən hündür dağ kəndlərindən biridir. Kəndə yüksək alp çəmənliklərinə xas olan sərt iqlim şəraiti səciyyəvidir. 2002-ci ildə Gürcüstanda keçirilmiş əhali siyahıyaalmasının nəticələrinə əsasən Söyüdlü kəndində hamısı etnik azərbaycanlılardan ibarət olmaqla 27 nəfər sakin yaşayır. Sakinlərin 13 nəfəri kişilər, 14 nəfəri isə qadınlardır. Yüksək dağ kəndi olan Söyüdlü mühüm heyvandarlıq zonasıdır. Ətlik-südlük maldarlıq, ətlik-yunluq qoyunçuluq və gecyetişən kartofçuluq inkişaf etmişdir.
Söyüdlü (Borçalı)

Söyüdlü (Cəbrayıl)
Söyüdlü — Azərbaycan Respublikasının Cəbrayıl rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 54-XII saylı Qərarı ilə Cəbrayıl rayonunun Söyüdlü kəndi Dağ Tumas kənd Sovetinin tərkibində rayonun yaşayış məntəqələri siyahısına daxil edilmiş, Dağ Tumas kənd Sovetindən Qazanzəmi kənd Sovetinin tərkibinə verilmişdir. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal olunmuşdur. Kənd 2020-ci ildə işğaldan azad olunub. Bu adda Cəlilabad və Gədəbəy rayonlarında da kənd adları mövcuddur. Zahid Quliyev — müğənni, aktyor. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq təşkil edib.
Söyüdlü (Cəlilabad)
Söyüdlü (əvvəlki adı: Nəftəluq) — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Cəlilabad rayonunun Svetlaya Zarya kənd inzibati ərazi dairəsi tərkibindəki Nəftəluq kəndi Söyüdlü kəndi adlandırılmışdır. Yaşayış məntəqəsi XIX əsrdə müxtəlif yerlərdən gəlmiş ailələrin Nəftəluq adlanan yerdə məskunlaşması nəticəsində yaranmışdır. Yerli əhalinin məlumatına görə, keçmişdə tuluqlara doldurulmuş neft dəvələrlə gətirilib burada satılırdı. Bu fikrə əsaslanan tədqiqatçılar oykonimin neft və tuluq sözlərindən ibarət olduğunu bildirirlər. Başqa bir fikrə görə isə, oykonim neft sözü və məkan bildirən -luq şəkilçisindən (-ə bitişdirici saitdir) ibarət olub, "neftli yer" mənasındadır. Kəndin adı 2001-ci ildə dəyişdirilərək Söyüdlü (söyüd ağacları çox olan yer) adlandırılmışdır. Kənd Lənkəran ovalığında yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 880 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Sümüklü balıqlar
Sümüklü balıqlar (lat. Osteichthyes) — skeletləri sümük quruluşda və deyildin mənşəli işçilər olan balıqları ehtiva edən sinif. Bədənləri müxtəlif şəkillərdə ola bilər. Bədən üzərindəki Marka sikloid, ktenoid və ya ganoid tipdədir. Quyruq üzgəci ümumiyyətlə homoserk quruluşdadır, ancaq müxtəlif qruplarda fərqlilik göstərə bilər. Yenə fərqli qruplarda, digər üzgəclərdə görülən strukturca dəyişikliklər, sistematik baxımdan əhəmiyyət daşıyar. Ağızları üst və ya uc mövqelidir. Hərəkətli çənələrində müxtəlif quruluşda dişlər ol/tapılar. Bəzi qruplarda ayrıca, yeddinci qəlsəmə yayı üzərində farinks dişləri görülər. qəlsəmələrin üzəri "operkulum" adı verilən kapakçıkla örtülüdür.
Sümüklü qanoidlər
Sümüklü qanoidlər (lat. Holostei) — şüaüzgəcli balıqların xüsusi qrupu. Sümüklü balıqlarla qığırdaqlı qanoidlər arasında keçid forma təşkil edir. Kəllə skeleti, çənə və qəlsəmə aparatları sümüklü balıqlar tipində qurulmuşdur, lakin alt çənə qığırdaqlı qanoidlərdəki kimi çoxlu miqdarda sümüklərdən ibarətdir. Sümüklü qanoidlər ilk dəfə Permin sonunda ehtimal ki, ali qığırdaqlı qanoidlərdən əmələ gəlmişlər. Mezozoyda sümüklü qanoidlərin 7 dəstəsi yaşamış və Paleogenin əvvəlində məhv olmuşlar. Hazırda 2 dəstəsi yaşayır.
Düyünlü zob
Düyünlü zob və ya qalxanabənzər vəzin düyünləri — adətən normal qalxanabənzər vəz daxilində əmələ gələn düyünlərdir (toxuma və ya mayenin yüksəlmiş sahələri). Onlar hiperplastik və ya şiş ola bilər. Qalxanabənzər vəzin şişlərinin yalnız kiçik bir hissəsi bədxassəli olur. Zobda kiçik, asimptomatik düyünlər tez-tez rast gəlinir və çox vaxt nəzərə çarpmır. Böyüyən və ya simptomlar yaradan düyünlər tibbi yardıma ehtiyac duya bilər. Zob uninodulyar — bir düyünlü, multinodulyar — çox düyünlü - və diffuz ola bilər. == Simptomları == Çox vaxt qalxanabənzər vəzin toxumasının bu anormal böyümələri onun kənarında yerləşir və boğazda bir parça kimi hiss edilə bilər. Böyük olduqda, bəzən boynun ön hissəsində qabar kimi görünə bilərlər. Bəzən düyünlü zob tiroid kisti adlanan maye ilə dolu boşluq şəklində özünü göstərir. Çox vaxt bərk komponentlər maye ilə qarışır.
Söyüdlü arx
Söyüdlü arx- kitabı İlyas Əfəndiyev tərəfindən yazılmışdır. Roman 1958-ci ildə dərc olunub. İlyas Əfəndiyev yaradıcılığa lirik ruhlu hekayələrlə başlayıb və 1939-cu ildə onun "Kənddən məktublar" adlı beş hekayədən ibarət ilk kitabı çıxıb. Gənc yazıçının şirin, lirik, dəqiq və ifadəli nəsr dili, cazibədar təhkiyə tərzi ilk yazılarından diqqəti çəkib."Söyüdlü arx" (1958) romanının əsas qəhrəmanı, şəhərdən kəndə işləməyə gəlmiş Nuriyyə xanım gənc aktirasıdır, lakin əsərin süjetində yenilik ondadır ki, Nuriyyə ancaq kənddə mədəni quruculuqla məşğuldur, kitabxana müdiridir. O, burada dram dərnəyi təşkil edir, cavanları kitabxanaya cəlb edir. Təsərrüfat məsələlərində yenilikçilərlə mühafizəkarlar arasında konfilikt Söyüdlü arxın uzadılması problemiylə bağlıdır və mübahisələr kəndin rəhbər işçiləri arasında gedir. Romanın uğur qazanmasında əsas rolu Nuriyyənin mədəniyyət sahəsində fəaliyyəti yox, onun mənəvi aləmi, şəxsi həyatı oynayır. Yazıçı qəhrəmanın həyatının bu tərəflərinə xüsusi diqqət yetirir.Roman birinci şəxsin-Nuriyyənin dilindən, onun xatirələri kimi verilir. Nuriyyə altı il ərzində sevib ürəyində gəzdirdiyi Murada təsadüfən rast gəlir, lakin onun ailəsi olduğunu bildikdə nəcib qız sevgisini qəlbinin dərinliyində basdırmağa qərar verir. Romanın sonunda bu gözəl təbiətli qadın, nəhayət ki, öz taleyini tapır və əsər nikbin sonluqla bitir.
Söyüdlü hadisələri
Gədəbəy hadisələri və ya Söyüdlü hadisələri — Gədəbəyin Söyüdlü kəndində Gədəbəy qızıl emalı zavodunun tullantıları üçün süni göl yaradılmasına razı olmayan kənd sakinlərinin 20 iyun 2023-cü il tarixində başlatdıqları etiraz aksiyaları. Etiraza səbəb təkcə qızıl mədənləri üçün süni göl düzəltmək yox, həm də qızıl mədən tullantıxanasının ləğvi və qızıl emalı zavodunun zəhərli tullantıları ərazidə toplanması faktorudur. Etirazın qarşısını almaq üçün kənd əhalisinin üzərinə daxili qoşunlar yeridilib. Polis gözyaşardıcı qaz və rezin güllə istifadə edərək etiraz aksiyasını yatırdıb. Kənd sakinləri 21 iyun 2023 tarixində 2-ci dəfə aksiya keçirib. Onlar ötən günki aksiyada həbs olunan 5 nəfərin sərbəst buraxılması üçün rayon polis idarəsinə doğru yürüş etməyə çalışıblar. Lakin polis sakinlərə mane olub. Polis kəndin çıxışında dayanaraq sakinlərin kəndi tərk etməsinin qarşısını alıb. Polislər Gədəbəyin Söyüdlü kəndinə giriş-çıxışı bağlayıblar və kəndə yalnız sakinlər buraxılıb. Söyüdlü kəndində baş verən etirazları bəzi media orqanları xarici amillərlə əlaqələndirirlər.
Söyüdlü (Duzluca)
Söyüdlü — Türkiyənin İğdır ilinin Duzluca ilçəsində kənd. Kənd 1901-ci ildən eyni addadır.
Cüyürlü abidəsi
Cüyürlü abidəsi ― Şəkinin Cüyürlü kəndində yerləşən dəmir və antik dövrünə məxsus yaşayış yeri və nekropolu. == Yerləşir == Cüyürlü abidəsi Şəkinin Daşüz və Küdürlü kəndlərinin yaxınlığındakı Cüyürlü kəndinin meşə ərazisində yerləşir. Abidə dağlıq, dağətəyi və düzən iqlimlərinin qovşağında, Əyriçay və Qarasu çayla əhatələnən təpə üzərindədir. Cüyürlü abidəsi 4 ha yaxın ərazini əhatə edir. == Cüyürlü abidəsinin arxeoloji tədqiqatları == Cüyürlü abidəsi 2008-ci ildə mərhum arxeoloq Nəsib Muxtarov tərəfindən qeydə alınıb. 2010-cu ildə AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun "Şəki-Qax-Oğuz arxeoloji ekspedisiyası" tərəfindən abidədə kəşfiyyat qazıntısı aparılıb. Tədqiqatlar nəticəsində abidənin dəmir və antik dövrə aid yaşayış yeri və nekropol olduğu müəyyən olunub. 2012-ci ildə abidədə aparılan xilasetmə işləri nəticəsində içərisində çoxlu keramikaların aşkarlandığı təsərrüfat quyusu müəyyən olunub. 2013-cü ildə kəşfiyyat və xilasetmə işləri davam etdirilmiş və yaşayış yerindən yarım qazma tipli, dördbucaqlı tikililər müəyyən edilmişdir. Bu qazmaların yer səthindən 40 sm dərinlikdə olub, ağac basdırmalarla və qamış örtüklü olması güman edilir.
Düyünlü eritema
Düyünlü eritema (ing. eritema nodosum) – pannikulitin bir növüdür, daha çox 20–45 yaşlı qadınlarda, hiperemiyalı, ağrılı, müxtəlif ölçülü düyüncüklərdir, dərialtı piy toxumasının geniş yayılmış kəskin iltihabıdır. Dəri əvvəl çərhayı və qırmızı, sonra isə qəhvəyi və göyərmiş olur. Ən çox aşağı ərtaflarda (baldırın ön səthində) olur. Bakteriya və göbələk infeksiyaları, vərəm, sarkoidoz, BİX və xərçəng kimi xəstəliklərin ilk əlaməti ola bilər. Əsas xəstəliklə əlaqədar yarandıqda halsızlıq, qızdırma, çəki itirmə, öskürək və sümüklərdə ağrı olur. Sağalma 4–6 həftə ərzində, nadir hallarda xora yarana bilər, miqrasiyə edən formaları illərlə gedə bilər.
Söyüdlü (Qars)
Söyüdlü — Türkiyənin Qars vilayətinin Mərkəz rayonunda kənd. Əhalisi 267 nəfərdir (2022).
Söyüdlü hadisəsi