Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Swan-Ganz kateteri
ing. Swan-Ganz ya ağciyər arteriyası kateteri ya da pulmonal kateter 1970-ci ildə kardioloqlar Uilyam Qans (ing. William Ganz) və Yeremi Suan (ing. Jeremy Swan) tərəfindən əsasən ürək patologiyalarında hemodinamik dəyişiklikləri müayinə etmək və qiymətləndirmək üçün icad edilmişdir. Kateter sonralar icad edənlərin şərəfinə ing. Swan-Ganz adlandırılmağa başlanılmış və bu adla da kardiologiyada öz yerini tutmuşdur. Kateter perkutan (dəridən keçməklə) mərkəzi venalardan birinə yeridilməklə ürəyin sağ qulaqcığına, oradan sağ mədəsiyə daha sonra isə ağciyər kötüyü vasitəsilə ağciyər artriyasına daxil edilir. Kateterin digər ucu isə müayinələri seyr etmək üçün manitorla əlaqələndirilir. Kateter növbə ilə ürəyin sağ şəbələrinə yeridilməklə onların hemodinamik göstəriciləri manitor vasitəsilə müşaidə olunur. Yekun olaraq kateterin ucu ağciyərin xırda arteriyalara qədər ğəlib çatdıqda onun ucundakı qovuq üfürdülərək (adətən maye yeritməklə) arteriyanın mənfəzinin qapanmasına nail olunur.
Among My Swan
Among My Swan — ABŞ musiqi qrupu Mazzy Star-ın üçüncü studiya albomu. 29 oktyabr 1996-cı ildə Capitol Records tərəfindən buraxılıb.
Arank
Arank - türk və tatar mifologiyasında su cini. Arang və ya Anank (Anang) olaraq da deyilir. "Aranklar" şəklində çoxluq olaraq xatırlanarlar. Sayları çoxdur. Suyun içində olduğu qədər su xaricində də yaşayırlar və hər tərəf onlarla doludur. Suların axışına hökm edərlər. Yaxşı davranan varlıqlardır, nadir olaraq pis davranarlar. İnsanları qoruyarlar. Bəzi müqəddəs insanlar onları hegemonluğu altına ala bilərlər. Səhrada susuz qalıb ölmə nöqtəsinə gələn kəslərə kömək edərlər.
Blank
Blank – [fr. blanc – ağ]: == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. "Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər", Bakı, "İnformasiya Texnologiyaları", 2009, 201 s. == Xarici keçidlər == Blank nədir?
Frank
Frank — ad. Frank Qorşin — ABŞ aktyoru. Frank Şvalba-Hot — siyasətçi. Digər Frank (musiqi albomu) — Emi Uaynhausun birinci albomu.
Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Prank
Prnak (ing. prank — şuluqluq, dəcəllik; zarafat) — telefon xuliqanlığı, telefon zarafatı. Pranklar kimsə başqa adamın adından zəng edirlər. Provokasiya ilə qarşı tərəfdən maraq doğuracaq cavab almağa çalışırlar. == İstinadlar == == Mənbə == Пранк — розыгрыш или хулиганство?
Seans
Seans (film, 1988)
Spark
Spark və ya Sumqayıt Park — Sumqayıt şəhərində yaranmış Azərbaycan rok qruplarından biri. 1997-2003-cü illər arasında fəaliyyət göstərmişdir. == Tarixi == Spark qrupu 1997-ci ilin noyabr ayında Kamal Xudiyev, Emin Əfəndiyev və Dmitri Strekalov tərəfindən Sumqayıt şəhərində yaradılıb. Kollektiv 4 nəfərdən ibarət olub, sonra isə qrupa daha iki nəfər - zərb və klavye ifaçısı qoşulub. Bu tərkiblə qrup məşq üçün yer axtarışına başlayır. Qrup öncə uğursuzluqla qarşılaşır; onlara məşq üçün yer verilə biləcək klublarda istədikləri avadanlıqlar olmur. Bir neçə müddətdən sonra onlar bir tanışları sayəsində «Dostluq Mədəniyyət Evi»nin direktoru ilə razılaşırlar, direktor onlara bir otaq və köhnə musiqi alətləri verir. == Üzvləri == === İlkin tərkibi === Emin Əfəndiyev - vokal Kamal Xudiyev - gitara Dmitri Strekalov (Damien) - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elşən Hacıyev - piano Elvin Bəşirov - zərb alətləri === Sonrakı üzvləri === Viktor Medyakov - vokal Dmitri Strekalov (Damien) - gitara Eldəniz Mirzoyev - gitara Rafael Qasımov (RBG) - bass-gitara Elvin Bəşirov - zərb alətləri Səid Qəniyev - klaviş (sintezator, orqan) Oqtay Abdullayev - gitara == Fəaliyyətləri == Qrup bu otağa “köçdükdən” dərhal sonra məşqlərə və proqramın hazırlanmasına başladı. 2 ay ərzində «Город мечты» («Arzular şəhəri») adlı proqramı tamamilə hazır oldu. 28 may 1998-ci ildə qrup Sumqayıt Dövlət Musiqili Dram teatrında ilk çıxışını etdi, amma bütün proqramı ilə yox, sadəcə 4 mahnı ilə.
Stanak
Stanak (həmçinin sabor, serb-xorv. Stanak, sabor ) — orta əsrlər Bosniyasında hökumətin ən yüksək məsləhət orqanı. Stanakda dövlətin həyatındakı ən vacib məsələlərə dair qərarlar verdilər: hökmdar seçirdilər, müharibə və sülh məsələlərinə və baştınların paylanmasına qərar verirdilər . == Tarix == Bosniya dövlət məclisinin mənasında ilk dəfə stanak termini 1354-cü ildən bəri Ban Tvrtko nizamnaməsində istifadə edildi. Bu termin Dubrovnikin yazılı mənbələrində də istifadə edilmişdir ( lat. , it. stanicho, stanach, stanagh, stanaz ). Xarici sənədlərdə buna zbor ( sborro, sborrum ) deyilirdi. Bosniya zadəganlarına və hökmdarlarına ünvanlanan sənədlərdə, Bosniya hökmdarı və ya stanak mənasını verən "bütün Bosniya" ifadəsi tez-tez istifadə olunurdu. "Bütün Bosniya Rusağı" ifadəsi ( serb-xorv.
Swing
Swing musiqisi yaxud sadəcə swing 1930–40-cı illərdə ABŞ-də yayılmış məşhur musiqi növüdür. Swing kəliməsi 'swing feel' ifadəsindən yaranmışdır ki, musiqidə vurğusuz və zəif taktı təmsil edir. Swing'ə müraciət edən qruplarda adətən melodiyanı aranjemana uyğun olaraq improvizasiya edə bilən solo ifaçısı olur. Benni Qudmen kimi biq-bend və bendliderlərin rəqsediləbilən swing tərzi 1935–46-cı illərdə Amerikada populyar musiqinin dominant növündən olmuşdur. Təsadüfi deyil ki, həmin dövrü swing erası adlandırmışdılar. İngiliscə fel kimi "to swing" yüksək dərəcədə oynaq olan ifanı daha da güclü ifadə etmək üçün işlədilir. Lui Armstronq, Duke Ellinqton, Count Basie,Benny Qudmen, Artie Shaw, Qlenn Miller, Vudi Herman və Cab Calloway swing erasının önəmli ifaçılarıdır. Swing'in yaranma tarixi 1920-ci illərdəki böyük musiqi ansambllarının yeni aranjemanlar etməsinə dayanır. Swing tərzində ifa edilən musiqi misdən hazırlanmış, eyni zamanda da nəfəsli musiqi alətlərindən istifadədə sərbəst olub, sıx ritmə malik olur. Ən geniş yayılmış tərzi qrup üzvlərinin müşayiəti altında ifa olunan xorlardan və solosu improvizasiya edilmiş xorlardan ibarət olur.
Piank
Piank — Azərbaycan Respublikası ərazisində olmuş qədim tarixi toponim, Qafqaz Albaniyası və Böyük Ermənistanın tərkibində olmuş tarixi Arsak vilayətinin on iki əyalətindən (havar) biri. == Coğrafiyası == Arsak vilayətinin mərkəzində yerləşən Piank havarı əsasən dağlıq relyefə malik idi. Havar, şimal-qərbdə Arsak bilayətinin Mets-İrank havarı, şimal-şərqdə Utik vilayətinin Aranrot havarı, cənub-şərqdə Arsak vilayətinin Muxank havarı, cənub-qərbdə isə Arsak vilayətinin Harçlank havarı ilə sərhədlənirdi. Piank havarının cənub-şərq sərhəddi boyunca Qarqarçay axırdı.
Bank
Bank (fr. Banque) — fiziki və hüquqi şəxslərdən depozitlərin və ya digər qaytarılan vəsaitlərin cəlb edilməsi, öz adından və öz hesabına kreditlərin verilməsi, habelə müştərilərin tapşırığı ilə köçürmə və hesablaşma-kassa əməliyyatlarını məcmu halda həyata keçirən maliyyə-kredit təşkilatı. Hüquqi status baxımından hüquqi şəxsdir. XX əsrin əvvəllərinə aid Azərbaycandilli mənbələrdə sərrafxana (صرافخانه) adlandırılmışdır. Bank – pul vəsaitlərinin toplanması, kreditlərin verilməsi, pulla hesablaşmaların həyata keçirilməsi, pulun emissiyası, müxtəlif qiymətli kağızların buraxılması və s. funksiyalarını yerinə yetirən iqtisadi təşkilatlardır. Bankların əsas vəzifəsi kreditorlardan borc alanlara, alıcılardan satıcılara pul vəsaitinin yönəldilməsində vasitəçilik etməkdir. Bank halidən əmanət qəbul edir və eyni zamanda kreditlər verərkən tələb olunan depozit yaradır. Kredit fəaliyyəti birbaşa bank tərəfindən və ya dolayısı ilə kapital bazarları vasitəsilə həyata keçirilə bilər. Banklar keçirdikləri əməliyyatların xarakterinə görə emissiya və kommersiya, verilən kreditlərin xarakterinə görə uzunmüddətli və qısamüddətli, mülkiyyətin xarakterinə görə əsasən dövlət, səhmdar, kooperativ, bələdiyyə və qarışıq banklara bölünürlər.
Saak
Saak Süni — 821-831/832 - ci illərdə Qeqarqunik hakimi. Sünik knyazı Vasakın kiçik oğlu olan Saak atası Vasakın ölümündən sonra Sünikin şimal-qərb ərazisində yerləşən Qeqarqunik ərazisində və Göyçə gölünün ətrafında hakimiyyətə gəlmiş və Sünik sülaləsinin bir qolu olan Qeqarqunik Haykazunları nəslinin əsasını qoymuşdur. 831-832-ci illərdə ərəblərə qarşı Zəngiçay sahilində Kavakert döyüşündə öldürülmüş və nəşi katolikos II David Kakagetsi tərəfindən dəfn edilmişdir. Ölümündən sonra taxta oğlu I Qriqor Supan keçmişdir. “Kavakert dastakerti qarşısında Xurastan çayı sahilində böyük ərlər onları qarşıladılar. Hulun onların üzərinə hücum əmri verməsindən sonra tərəflər arasında vuruşma başlandı və bir çoxlarının qanı töküldü. Öldürülənlər arasında Sünik teri (zadəganı) Saak da var idi. Smbat və Sevada isə qaçaraq canlarını qurtara bildilər. Hul yenidən Dvinə döndü. Sünik teri Saakın cəsədi böyük patriarx David tərəfindən müqəddəs patriarxlıq evinə gətirilərək müqəddəs məbəd yaxınlığında dəfn edilmişdir.
RANK
RANK (ing. receptor activator of nuclear faktor kappa B) – preosteoklastların üzərində yerləşən reseptordur, RANK-L birləşib, osteoklastları formalaşdırır.
Hans Frank
Hans Frank (alm. Hans Frank‎; 23 may 1900[…], Karlsrue – 16 oktyabr 1946[…], Nürnberq Məhkəmə Həbsxanası[d]) — 1920–1930-cu illərdə Nasional Sosialist Alman Fəhlə Partiyası üçün fəaliyyət göstərmiş alman vəkil.
Hilari Suonk
Hilari Suonk (ing. Hilary Ann Swank; 30 iyul 1974[…], Linkoln və ya Bellinqham, Vaşinqton) — amerikalı aktrisa, "Oskar" mükafatının ikiqat sahibidir. 30 iyul 1974-cü ildə Nebraska ştatının Linkoln şəhərində anadan olmuşdur. Karyerasına 1990-cı ildən başlamışdır.
I Stand
I Stand (azərb. Mən dururam‎) — Çexiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı.
Leandro Blank
Leandro Blank (2 may 1993) — Argentinalı boksçu. Leandro Blank Argentinanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Leandro Blank birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 49 kq çəkidə, 1/16 final mərhələsində Meksikanın nümayəndəsi Xoselito Velazkez ilə üz-üzə gəldi. Həmin görüşdə Leandro Blank rəqibinə 0:3 hesabı ilə uduzdu.
Maks Plank
Maks Karl Ernst Plank (alm. Max Karl Ernst Ludwig Planck‎; 23 aprel 1858[…], Kil, Holşteyn-Qlükştadt, Almaniya ittifaqı – 4 oktyabr 1947[…], Göttingen, İşğal Almaniyası) — görkəmli alman fiziki, Fizika üzrə Nobel mükafatı laureatı (1918). Kvant nəzəriyyəsinin banisi kimi XX əsrin əvvəllərindən fizika elminin inkişafı istiqamətini müəyyənləşdirmişdir. == Həyatı == Maks Plank övladlarının tərbiyə və fərdi inkişafına həddindən artıq diqqət göstərən prusiyyalı alim və hüqüqşünaslar ailəsində dünyaya gəlmişdir. Münhendə gimnaziyada oxuduğu illərdə bir çox fənnlərdə qeyri-adi istedad və yüksək əməksevərlik nümayiş etdirir. Fizik olmaq qərarına gəlməsi də bu səbəbdən asan olmamışdır. Plankı fəlsəfə və musiqi də maraqlandırıdı. Fizikanı isə Berlin və Münhendə oxumuşdur. == Elmi fəaliyyəti == Dissertasiyasını müdafiə etdikdən sonra 1885-ci ildən 1889-cu ilə qədər Kildə, 1889–1926-cı illər aralığında isə Berlində dərs demişdir. 1930-cu ildən 1937-ci ilə qədər isə Kayzer Vilhelm adına fizika cəmiyyətinə (hal-hazırda isə alimin öz adını daşıyır) rəhbərlik etmişdir.
Maqda Frank
Maqda Frank Fişer (tam adı: Maqda Frank, mac. Magda Frank; 20 iyul 1914, Kluj-Napoka – 23 iyun 2010, Buenos-Ayres) — Macarıstan-Argentina heykəltəraşı. == Həyatı == Maqda Frank Transilvaniyada Kluj-Napoka şəhərində anadan olmuşdur. Həmin dövrdə Macarıstanın ərazisi olsa da, 1918-ci ildə şəhər Rumıniyanın tərkibinə daxil edilmişdir. Faşist təqibi səbəbi ilə Maqda Frank Macarıstanı tərk etmiş və İsveçrədə məskunlaşmışdır. İllər sonra Jülian Akademiyasında təhsil almaq üçün Parisə köçmüşdür. 1950-ci ildə Argentinanın Buenos-Ayres şəhərinə gəlib həyatda qalan yeganə ailə üzvünü - qardaşını ziyarət etmişdir. O, burada professor təyin olunmuş və Pizarro Qalereyasında əsərlərini nümayiş etdirmişdir. Buenos-Ayres Premio Palanzaya qatılmışdır. Eduardo Sivori Muzeyində Benito Kinkela Martin mükafatı almış və Argentina Senatı tərəfindən təltif olunmuşdur.
Mel Blank
Mel Blank (ing. Mel Blanc; 30 may 1908[…], San-Fransisko, Kaliforniya – 10 iyul 1989[…], Sedars-Sinay Tibb Mərkəzi[d], Kaliforniya) — "Min səsin insanı" kimi tanınan amerikalı səs aktyoru. Mel Blank Warner Bros. cizgi filmlərinin bir çox qəhrəmanlarını və o cümlədən Bugs Bunny'ni və daha çox səsin sahibidir. Günlərin bir günü o avtomobil qəzasına düşür və kəllə sümüyünü sındıraraq 3 həftəlik komada olur. Komada Blanka dəfələrlə müraciət edilməsinə baxmayaraq o reaksiya vermirdi, lakin haçan ki, həkim ondan: "Necəsən, Bugs Bunny?", soruşur, aktyor dərhal dovşan səsi ilə cavab verir. Blankın məzarında bir çox cizgi filmlərinin sonluğunda donuz balası personajı Porki Piqin səsləndirdiyi məşhur "That's All Folks" yəni, Azərbaycan dilində: "Hamısı Bu Qədər Uşaqlar!" frazası yazılmışdır.
Mihael Zqank
Mihael Zqank (1 fevral 1994) — Sloveniyalı cüdoçu . Mihael Zqank Sloveniyanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mihael Zqank birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 90 kq çəkidə, 1/16 final mərhələsində Serbiyanın nümayəndəsi Aleksandar Kukoly ilə üz-üzə gəldi. Həmin görüşdə Mihael Zqank rəqibinə 0:100 hesabı ilə uduzdu.
Muriyel Spark
Dam Muriyel Spark DBE- (1 fevral 1918[…], Edinburq – 13 aprel 2006[…], Florensiya) ödüllü bir Şotlandiyalı romançı(roman yazıçısı) idi. 2008-ci ildə Tayms qəzetinin "1945-ci ildən bu yana 50 böyük britaniyalı yazıçı" siyahısında yeraldı. == Uşaqlığı == Muriel Sarah Camberg 1918-ci ildə Edinburqda doğulub. Atası şotland, anası ingilis idi. Ceyms Cillespi kollecində oxuyub. İstedadli tələbə olan Muriel 12 yaşında ikən "Out of a Book" başlıqlı şeirinə görə Volter Skot mükafatı alıb == Ailə həyatı == 1937-ci ildə Muriel Camberg Sydney Oswald Spark ilə evlənmişdir. Evliliyinin ilk illərində Afrikada yaşayır, 1938-ci ildə oğlu Robin kimi tanınan Samuel doğulur, amma Murielin evliliyi tezliklə boşanma ilə sona yetir. 1944-cü ildə ərindən ayrılıb oğlu ilə Londona qayıdır. == Əsərləri == Əsərlərini elmi və bədii olmaqla 2 qrupa bölmək olar. Elmi əsərlərinə tənqidi məqalə və bioqrafiyalar, bədii əsərlərinə isə şeirlər, romanlar, pyeslər və qısa hekayələr daxildir.
Sana
Səna (ərəb. صنعاء‎) — Yəmənin paytaxtıdır. == Haqqında == Bütün göstəricilərə görə Səna Yəmənin ən böyük şəhəridir. Əhalisinin sayı 1,0 mln. nəfərə çatmış Səna dəniz səviyyəsindən 2150 metr hündürlükdə, qərbdən və şərqdən dağlarla əhatə olunan geniş və məhsuldar torpaqları olan düzənliyin ortasında yerləşir. Səna ölkənin əsas siyasi-inzibati, mədəni-maarif və sənaye mərkəzidir. Burada dövləti idarə edən idarələr, mühüm tədris müəssisələri, əsas sənaye sahələri cəmlənmişdir. Paytaxtın iqtisadi həyatında metal emalı, tikinti, yüngül və yeyinti sənaye sahələri üstünlük təşkil edir. Səna müasir tələblərə cavab verən şose yolları vasitəsilə Taiz, Hodeyda, Ədən şəhərləri ilə sıx əlaqə saxlayır. Şəhərin yaxınlığında beynəlxalq dərəcəli təyyarə meydanı var.
Norodom Sianuk
Norodom Sianuk(31 oktyabr 1922[…], Pnompen, Fransa Hind-Çini – 15 oktyabr 2012, Pekin) — 1941-ci ildən 1955-ci ilədək, 1960-cı ildən 1970-ci ildək və 1993-cü ildən 2004-cü ilədək Kambocanın Norodom sülaləsindən olan altmışıncı, altmış ikinci və altmış üçüncü kralı.