Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ayrum
Ayrum Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. == Toponimkası == Ayrum - Tiflis quberniyasının Borçalı qəzasında kənd adı. Ayrum tayfasının məskunlaşmasından yaranmışdır. Türklər XIII əsrin əvvəllərində Anadolu yarımadasında Konya (İkonum) sultanlığını tutduqdan sonra, oradakı türk tayfalarının bir hissəsi Gəncə bölgəsinə və İrəvan əyalətinə köçmüşlər. Ayrum adı ayrı ("ayrılmış") sözündəndir. "Ayrım" adının guya hay (yəni erməni) və urum (yəni Roma,Bizans) sözlərindən ibarət olması fikri yanlışdır. İrəvan əyalətində ayrumların bir hissəsi İrana keçəndən sonra Şahsevənlərə qoşulmuş, digər hissəsi Ayrumlu(631 ailə), Seyid Aqsaqlı (311 ailə), Taşanlı (124 ailə) və Saatlı (160 ailə) qollarından ibarət olmuşdu. Ayrumlar oradan Azərbaycana, (Gədəbəy-Qazax bölgəsinə) və Gürcüstana köçmüşlər.
Pyrus
Armud (lat. Pyrus) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinə aid bitki cinsi. Armud ağ çiçəkli bir ağacın yumşaq, sulu və şirin meyvəsidir. Armud sarı-yaşıl arası rənglərdə, lifli, həzmi asan və mineral baxımından olduqca zəngin bir meyvədir. Vətəni Çindir. Hündürlüyü 30 m-ədək, yarpağı tökülən ağac və ya koldur; budaqları bəzən tikanlı olur. Kökü milşəkillidir; torpağın dərinliklərinə gedir. Gövdəsi və budaqları boz və ya qəhvəyi qabıqla örtülüdür. Zoğları çılpaq, bəzən tükcüklüdür. Yarpaqları sadə, bəzi hallarda dilimli, yaxud lələkvarı yarılmış olur.
Saruq
Saruq — İranın Mərkəzi ostanının Fərahan şəhristanının Saruq bəxşində şəhər və bu bəxşin mərkəzidir. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 2,189 nəfər və 647 ailədən ibarət idi. === Milli tərkibi === Əhalisi Azərbaycan türklərindən ibarətdir və Azərbaycan türkcəsində danışırlar.
Sirop
Sirop (ərəb. شراب‎ şərab; lat. sirupus) — suda əsasən şəkər məhlulundan ibarət olan, çox miqdarda həll edilmiş şəkər olan, lakin kristalların az miqdarda meylini göstərən qalın, viskoz (yapışqan) bir maye. Onun tutarlılığı (ardıcıllığı, quruluşu) bəkməzə bənzəyir. Yapışqanlıq, bir çox hidroksil (OH) qrupa sahib olan həll edilmiş şəkər ilə su arasındakı çoxlu hidrogen əlaqələrinə görə meydana gəlir. Siroplar suda şəkəri həll edərək və ya saman suyu, sorqum suyu və ya ağcaqayın sapı kimi təzə suları azaltmaqla hazırlana bilər. Qarğıdalı siropu isə qarğıdalı nişastasından şəkərlərə çevrilən bir fermentativ prosesdən istifadə edilərək əldə edilir.
Sen-Pursen-syur-Syul
Sen-Pursen-sür-Syul (fr. Saint-Pourçain-sur-Sioule) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Sen-Pursen-sür-Syul kantonuna daxildir. Kommunanın dairəsi — Mulen. INSEE kodu — 03254. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 5065 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə 2933 əmək qabiliyyətli insanlar arasında (15-64 yaş) 2092 nəfər iqtisadi fəal, 841 nəfər hərəkətsiz (fəaliyyət göstərici 71.3%, 1999-cu ildə 68.7%) idi. Fəal 2092 nəfərdən 1842 nəfəri (961 kişi və 881 qadın), 250 nəfəri işsizdir (122 kişi və 128 qadın). Aktiv olmayan 841 nəfər arasında 175 nəfər şagird və ya tələbə, 318 nəfər təqaüdçü, 348 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Qrup
Qrup – 1)bir yerdə, bir-birinə yaxın olan bir neçə adam, heyvan, şey və s.; dəstə. Məsələn, bir qrup adam; 2)siyasi görüşləri, məqsədləri, peşələri və s. bir olan adamlar birləşməsi (dəstəsi). Məsələn, ictimai qruplar, ədəbi qruplar, təbliğatçılar qrupu, desant qrupu; 3)elmi təsnifatda: ümumi sistemin hissəsi, qismi, şöbəsi. Məsələn, elmlər qrupu, bitki maddələri qrupu. Qrup (riyaziyyat) — G çoxluğu qrup adlanır. Qrup nəzəriyyəsi Qrup 84 — Ankaralı 4 gənc tərəfindən qurulan musiqi qrupu. Qrup Yorum — protest və folk-rok kimi müxtəlif janrlarda musiqilər yaradan siyasi, inqilabçı türk musiqi qrupu. Qrup Hepsi (Hepsi) — Türkiyə musiqi qrupu. Sosial qrup — == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova.
Seru
Sero (fars. سِرو‎)— İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanının Sumaye Bəradust bəxşində yerləşən bir şəhərdir. 2006-cı ilin siyahıya alınması əsasında bu şəhər 1,508 nəfər və 279 ailədən ibarət idi.
Soru
Soru — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 8 fevral 2000-ci il tarixli, 809-IQ saylı Qərarı ilə Lerik rayonunun Nüvədi kənd inzibati ərazi vahidinin Soru kəndi Əliabad kənd inzibati ərazi vahidinin tərkibinə verilmişdir. == Toponimikası == Bəzi tədqiqatçıların fikrincə, oykonim talış dilindəki so (həyət, təsərrüfat) və ru (çay) sözlərindən ibarət olub, "çay kənarındakı təsərrüfat" mənasındadır. Digər tədqiqatçılar isə hesab edirlər ki, oykonim talış dilində sə və ros sözlərindən yaranmışdır, mənası "başıuca" deməkdir, "düz dik yer" mənası da verir. Əslində oykonim türkdilli xalqların toponimiyasında geniş yayılmış soru (bataqlıq, dərə, çeyillik) sözündəndir. Altayda Soru (çay), Soruqlu (şəhər, qəsəbə), Soruqlu-Ayn (şəhər), Sorulu göl və s. qeydə alınmışdır. == Əhalisi == Əhalisi 1388 nəfərdir. 1859-1864-cü ilə olan məlumata əsasən Alaşa çayı sahilində yerləşən Soru kəndində 23 evdə 97 nəfəri kişilər, 58 nəfəri qadınlar olmaqla 155 nəfər şiə talışlar yaşayırdı. Soru kəndi Vətən müharibəsinin qəhrəman şəhidlərindən olan Hərbi Dəniz Qüvvələrinin "Sualtı hücüm" (SAH) Xüsusi Təyinatlı Qüvvərinin miçmanı "Qarabağ orden"li Elvin Səfərovun kəndidir.
Urup
Urup adası (yap. 得撫島, aynu. ウルㇷ゚, Уруп; həmçinin Rakkoşima; 1760—1806-cı illər ərzində Aleksandr adası) — Kuril adalarına daxil olan Böyük Kuril cırgəsinə aid olan ada. Ümumilikdə isə arxipelaqın dördüncü ən böyük adası. İnzibati cəhətdən isə Saxalin vilayətinin Kuril şəhər dairəsinə aiddir. 1946—1991 illərdən adada sərhəd zastavası fəaliyyət göstərmişdir. Burada Sovet sərhəd konringenti xidmət edirdi. Hazırda isə daimi əhaliyə sahib deyildir. == Fiziki-coğrafi xüsusiyyətləri == === Coğrafiyası === Ada Urup boğazı ilə Çornıye Bratya adalarından ayrılır. Bu ada Urupdan 30 km şimal-şərqdə yerləşir.
Cerard Svoup
Cerard Svoup (ing. Gerard Swope; 1 dekabr 1872, Sent-Luis, Missuri – 20 noyabr 1957, Nyu-York, Nyu-York ştatı) – yəhudiəsilli ABŞ elektrik mühəndisi və elektrotexnika biznesmeni. Herbert Bayard Svoupun qardaşıdır. == Karyerası == Cerard Svoup Missuri ştatının Sent-Luis şəhərində doğulmuşdur. Atası saat qabı istehsalçısı idi. Svoup uşaq yaşlarından etibarən elektrik sahəsinə böyük maraq göstərmişdir. 1895-ci ildə Massaçusets Texnologiya İnstitutundan məzun olmuş və tezliklə Western Electric şirkətinin ümumi satış meneceri vəzifəsinə yüksəlmişdir. O, şirkətin ABŞ, Çin və Yaponiyada əlavə filiallarının açılmasında rol oynamışdır. 1913-cü ildə şirkətin vitse-prezidenti və direktoru seçilmişdir.Birinci dünya müharibəsi zamanı ABŞ ordusunun heyətinə daxil edilmiş və təltif olunmuşdur. O, Fransa və Yaponiyanın da medallarını əldə etmişdir.
Eyruz Məmmədov
Eyruz Məmmədov (1953, Bakı) — azərbaycanlı jurnalist. == Həyatı == 1953-cü ildə Bakı şəhərində anadan olmuşdur. 1958-ci ildən Sumqayıt şəhərində yaşayır. Sumqayıt şəhəri 12 nömrəli tam orta məktəbi bitirmişdir. Azərbaycan Dövlət Universitetini bitirib; ixtisasca jurnalist-filoloqdur. "Sumqayıtın əks-sədası" qəzetinin baş redaktorudur. 1988-ci ildə baş vermiş Sumqayıt hadisələrindən sonra ömrünün qalan hissəsini ekspert qismində bu olayların araşdırılmasına həsr etmişdir. "Sumqayıtın əks-sədası" tammetrajlı, "Sumqayıtın əks-sədası-2" sənədli filmlərinin, "28-dən 29-na keçən gecə", "Sumqayıtım mənim", "2-ci paralel", "Bir, iki, üç… və yaxud Dağ çiçəyi", "Anata", "Gecə… İncə gecə", "Mister Riç" və s. kitablarının müəllifidir. == Mükafatları == Həsən bəy Zərdabi adına mükafat; "Qızıl qələm" mükafatı; "Araz" ali ədəbi mükafatı.
Mayli Sayrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (ing.
Meril Strip
Meril Strip (ing. Mary Louise "Meryl" Streep, 22 iyun 1949) — ABŞ aktrisası. == Həyatı == Meryl Streep 22 iyun, 1949-cu ildə ABŞ-nin Nyu-Cersi ştatında dünyaya göz açmışdır. Atası Harry Streep dərman şirkəti direktoru, anası Mary Streep isə isveç, irland və ingilis qarışığı reklam ulduzu idi. Meryl atasının əcdadlarının Hollandiyadan gəldiyini demişdir, hətta ailəsinin əsl soyadı Messerschnitz olub, sonradan Streep`ə çevrilib. Aktrisanın uşaqlığı elə doğulduğu ştatda- Nyu-Cersidə keçib. Vassar kollecində teatr dərsləri alıb və bu kollecdən məzun olduqdan sonra Yale Universitetinin Teatr fakutləsində təhsilini davam etdirir. Rol aldığı ilk film 1977-ci ildə çəkilən "Julia" filmi oldu. Kiçik, lakin vacib bir rola yiyələnmişdi. İkinci rol aldığı film isə 1978-ci il istehsalı olan "Maral ovçusu" (The Deer Hunter) filmi oldu.
Miley Cyrus
Mayli Rey Sayrus (ing. Miley Ray Cyrus; doğum adı: Destini Houp Sayrus (ing. Destiny Hope Cyrus); 23 noyabr 1992[…], Neşvill) — amerikan aktrisa, müğənni, bəstəkar və model. Sayrus bir Disney serialı olan Hanna Montanadakı Mayli Stüart/Hanna Montana roluyla tanınır. Qızıl Qlobus mükafatına namizəd göstərilmişdir. 2012-ci ildə aktyor Liam Hemsvort ilə nişanlanıb. Ancaq sonra müxtəlif səbəblərlə ayrılıblar.Billi Rey Sayrusun qızıdır. Kristofer Kosi və Treys (Los-Ancelesdəki Metro Station adlı elektro rok qrupunun solisti və gitaristi) adlarında iki ögey qardaşı vardır. Həmçinin Brendi adında bir ögey bacısı, Breyson adında bir qardaşı və Noah adında Mayli kimi aktrisa olan bir bacısı vardır. Ana və atası onun yaxşı bir gələcəyi olacağını düşünərək ona Destini Houp (ing.
Nurofen (sirop)
== Ümumi məlumat == Nurofen uşaqlar üçün (suspenziya) Beynәlxalq patentlәşdirilmәmiş adı: İbuprofen == İstifadəsinə göstərişlər == Uşaqlar üçün Nurofen 3 aylıqdan 12 yaşa qədər uşaqlarda kəskin respirator xəstəlikləri qrip uşaq infeksiyaları peyvənddən sonra reaksiyalar və bədən temperaturunun yüksəlməsi ilə müşaiət olunan digər infeksion-iltihabi xəstəliklər zamanı qızdırmasalıcı vasitə kimi istifadə olunur. Dərman vasitəsini zəif və ya orta intensivlikli ağrı sindromu zamanı o cümlədən başağrısı və dişağrısı miqren nevralgiyalar qulaqlarda və boğazda ağrılar dartılmalar zamanı ağrılar və ağrının digər növləri zamanı ağrıkəsici vasitə kimi istifadə edirlər. == Əks göstərişlər == Uşaqlar üçün Nurofen aşağıdakı hallarda istifadə edilə bilməz. -ibuprofenə asetilsalisil turşusuna və ya digər QSİƏP-lərə həmçinin dərman vasitəsinin digər komponentlərinə qarşı yüksək həssaslıq; -asetilsalisil turşusunun (salisilatlar) və digər QSİƏP-lərin qəbulu ilə bağlı yaranan bronxial astma övrə rinit; -uşaqda mədə-bağırsaq qanaxması; -bağırsağın iltihabı xəstəlikləri; -təsdiq edilmiş hipokaliemiya; -qan xəstəlikləri hipokoaqulyasiya leykopeniya hemofiliya; -böyrək və ya qaraciyər çatışmazlığı; -eşitmənin zəifləməsi. == İstifadə qaydası və dozası: == === Ölçü şpirisinin istifadəsi; === Şprisi flakonun ağzına sıx yerləşdirin Suspenziyanı yaxşıca çalxalayın Flakonu üzü aşağı çevirin və şpirisə lazım olan nişana qədər suspenziyanı yığaraq, sərbəst şəkildə porşeni aşağı çəkin. Flakonu başlanğıc vəziyyətinə qaytarın və şprisi səliqə ilə çevirərək çıxarın. Şprisi uşağın ağız boşluğuna yerləşdirin və porşenə yavaş-yavaş basaraq, suspenziyanı rahat çıxarın. === İstifadə dozası; === 3-6 ayında olan uşaqlar (uşağın çəkisi 5 kq-dan artıq); 2,5 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 150 mq-dan artıq olmayaraq. 6-12 ayında olan uşaqlar (uşağın orta çəkisi 6-10 kq); 2,5 ml-dən 24 saat ərzində 3-4 dəfə, gündə 200 mq-dan artıq olmayaraq 1-3 yaşında olan uşaqlar (uşağın orta çəkisi 10-15 kq); 5.0 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 300 mq-dan artıq olmayaraq. 4-6 yaşında olna uşaqlar (uşağın orta çəkisi 15-20 kq); 7,5 ml-dən 24 saat ərzində 3 dəfə, gündə 450 mq-dan artıq olmayaraq.
Pyrus anatolica
Pyrus anatolica (lat. Pyrus anatolica) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Pyrus aucuparia
Adi quşarmudu (lat. Sorbus aucuparia) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin quşarmudu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir - VU A2c+3 cd. Azərbaycanın nadir növüdür. Quşarmudu qiymətli bitki olduğundan bağlarda və parklarda da becərilir. Meyvələri tam yetişəndə toplanır. Meyvələrinin xoşagələn turşməzə dadı vardır. Təbabətdə quşarmudu mədə-bağırsaq, nəfəs yolları xəstəliklərində istifadə olunur. Çox vaxt təzə dərilən kimi, bəzən isə xüsusi peçlərdə qurudandan sonra işlədilir. Təzə dərilmiş meyvələri soyuq binalarda və ya dondurulmuş halda bütün qış ayları saxlamaq olur.
Pyrus balansae
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Pyrus boissieriana
Buasye armudu (lat. Pyrus boissieriana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Qısa morfoloji təsviri == 5m-ə qədər hündürlüyündə ağac və ya koldur. Yarpaqları dairəvi-yumurtavari və ya ovalşəkillidir, küt, itidişli, 2-3 sm uzunluğunda və enindədir. Üstdən tükcüksüz, parlaq, yaşıl, quruyan zaman qaralan, alt hissədən damarlar boyu seyrək tükcüklüdür; saplağı nazikdir. Çiçəkləri xırda şüalı, qalxanvari çiçək qrupunda yerləşəndir. Meyvələri xırdadır, 1-1,5 sm diametrindədir; kürəvari və ya nisbətən yastı, xırda, sarımtıl, vəzilidir, parıldayan, qırmızımtıldır; meyvə saplağı nazik, meyvədən 2-3 dəfə böyükdür. == Bioloji, ekoloji və fitosenoloji xüsusiyyətləri == Aprel ayında çiçəkləyir. Meyvələri avqustda yetişir. Tozlanması — entomofildir.
Pyrus bourgaeana
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Pyrus bracteata
Malus coronaria (lat. Malus coronaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Arealı == Şimali Amerika üçün endemik növdür. == Sinonimləri == Malus coronaria var. coronaria Malus coronaria var. elongata (Rehder) Rehder Pyrus bracteata (Rehder) L.H.Bailey Pyrus coronaria L. Pyrus coronaria var. elongata (Rehder) L.H.Bailey == Yarımnövləri == Malus coronaria var.
Pyrus calleryana
Pyrus calleryana (lat. Pyrus calleryana) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü.
Pyrus communis
Adi armud (lat. Pyrus communis) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin armud cinsinə aid bitki növü. == Təbabətdə == Aşağıda qeyd edilən 2 növ armudun təbabətdə istifadə edilməsi barədə məlumat verilir. Adi armud və ya mədəni armud və Qafqaz armudu. Armud. Onun hündürlüyü 20 – 30 m-ə qədər olan ağac bitkisidir. Meyvəsinin qabığının qırmızı, qəhvəyi, qızılı rəngdə olması ilə başqa növlərindən fərqlənir. O, Azərbaycanın bir çox rayonlarında geniş becərilir. Qafqaz armudu. Bu çətiri budaqlı ağacdır.
Pyrus coronaria
Malus coronaria (lat. Malus coronaria) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü. == Arealı == Şimali Amerika üçün endemik növdür. == Sinonimləri == Malus coronaria var. coronaria Malus coronaria var. elongata (Rehder) Rehder Pyrus bracteata (Rehder) L.H.Bailey Pyrus coronaria L. Pyrus coronaria var. elongata (Rehder) L.H.Bailey == Yarımnövləri == Malus coronaria var.
Sayrus Dallin
Sayrus Dallin (ing. Cyrus Edwin Dallin; 1861, Sprinqvill, Yuta – 1944, Arlinqton, Massaçusets) — Amerikalı heykəltaraş və oxçu, 1904 Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı. == İdmançı == 1904-cü ildə Sent-Luis şəhərində keçirilən oyunlarında, Dallin bütün kişi fənlərində iştirak etdi. Komanda yarışında üçüncü oldu və bürünc medal qazandı.
Şirud
Şirud — İranın Mazandaran ostanının Tonekabun şəhristanının Mərkəzi bəxşində şəhər.
Şlyup
Şlyup (ing. sloop) — XIX əsrin ortalarına aid bir və iki dor ağacına malik (ön staksel, arxa qrot) yelkənli gəmi. Bermud, qraffel, şprint, reek tipləri vardır. Bundan başqa düz marsel (XIX), kliver (XX əsrin əvvəlləri), spinaker (XX əsrin ortaları) növləri mövcuddur. XX əsrin əvvəllərində şlyup Avropada bir stakselli olurdusa, Amerikada iki stakselli şlyuplar tikilirdi. Müasir dövrümüzdə ki, bütün idman yelkənli qayıqları və gəmiləri şlyupun bermud növünün yelkən konstruksiyasına malikdirlər.
Şurud
Şurud — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda kənd. == Toponimikası == Dağətəyi ərazidədir. Kənd eyniadlı çayın adını daşıyır. Çayın adı "şor çay" çay kimi izah edilir. Şurud variantında da qeydə alınmışdır. == Əhalisi == Əhalisi 172 nəfərdir.
Şürük
Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 26 iyul 1994-cü il tarixli, 868 saylı Qərarı ilə Lənkəran rayonunun Şürük kəndi Səpnəkəran kənd ərazi vahidindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şürük kənd ərazi vahidi yaradılmışdır. == Əhalisi == Əhalisi 1302 nəfərdir. === Tanınmış şəxsləri === Soltanağa Bayramov — Azərbaycanın Milli Qəhrəmanı. == İqtisadiyyatı == Kənd əhalisi əsasən meyvəçiliklə məşğul olur. Kənd ərazisində hallabonq bağları salınmışdır. == Din == Kənddə Şürük kənd məscidi dini icması fəaliyyət göstərir.
Şərur
Şərur — Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası ərazisində şəhər, Şərur rayonunun inzibati mərkəzi. Azərbaycan Respublikası Ali Sovetinin 7 fevral 1991-ci il tarixli, 55-XII saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının İliç rayonunun (Şərur rayonunun) İliç şəhəri Şərur şəhəri adlandırılmışdır.Yeni şəhərdir, dəmiryolunun çəkilişi zamanı yaranmışdır. Burada iki park, muzey, stadion, məscid, şəhidlərin xatirə abidəsi, kinoteatr vardır. Burada dəmir yolunun o biri tərəfində hamamları, bazarı, məscidləri ilə köhnə şəhər də qorunub saxlanmışdır. == Əhalisi == AzStat-ın 1 yanvar 2013-cü il tarixinə olan rəsmi məlumata əsasən şəhərdə təxminən 7 min nəfər əhali yaşayır.
Sürü
Sürü — canlılar qrupu. Davranışında qarşılıqlı əlaqə olan, bir növə mənsub məməlilər qrupu; yəni müəyyən vaxtda eyni çür davranan, çox vaxt fəaliyyətiti eyni olan (məs, balinaların eyni vaxtda suyun üzünə çıxması) və vahid hərəkət istiqamətinə malik heyvanlar. Sürü yaratmaq balinakimilər, çüt və təkdırnaqlılar, meymunlar üçün daha çox xarakterikdir. Sürünün tərkibi və böyüklüyü dəyişkəndir. Ədəbiyyatda sürü termini daha geniş mənada bir çox heyvanın bir yerə toplanmasına aid edilir. Məs, çəyirtkə sürüsü, balıq sürüsü. Ayrı-ayrı təsərrüfatlarda saxlanmaq, kökəldilmək və otarılmaq üçün formalaşmış heyvan qrupu. Ətlik istiqamətli qaramal sürüsü (naxır), qoyun sürüsü və at sürüsü (ilxı) və s. olur. Təsərrüfatda eyni cinsdən olan heyvanların ümumi miqdarı.
Arbatan (Şərur)
Arbatan — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Toponimikası və tarixi == Arazboyu düzənlikdədir, Oykonim "sayalıq, çınqıllıq" deməkdir. SSRİ dövründə Babəki, Çərçiboğan, Dərvişlər, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. == Əhalisi == Əhalisi 826 nəfərdir.
Arpaçay (Şərur)
Arpaçay (əvvəlki adı: Sovetabad) — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dərvişlər kənd inzibati ərazi dairəsi tərkibindəki Sovetabad kəndi Arpaçay kəndi adlandırılmışdır. == Toponimiası və tarixi == Arpaçayının sahilində şərur düzündədir. Əvvəlki adı Sovetabad olmuşdur. Oykonim sovet hakimiyyəti illərində "sovet kəndi" mənasinda yaranmışdır. Kəndin adı eyniadlı çayın adı ilə bağlıdır. SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Dərvişlər, Keştaz və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib. 2017-ci il fevralın 1-də Arpaçay Kənd Mərkəzinin açılışı olub. Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, yaradılan şəraitlə tanış olub.
Ağbulaq (Şərur)
Ağbulaq — Şərur rayonunda yerləşən yüksəklik. == Haqqında == 2018-cı il 20-27 may arasında Azərbaycan Silahlı Qüvvələri hücumu nəticəsində Ağbulaq yüksəkliyi 26 ildən sonra azad olunub.
Bala Şürük
Bala Şürük — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində, Kosalar icra nümayəndəliyində kənd. Əhalisi 671 nəfərdir. Bəşərü çayının sahilində yerləşir. == Toponimiyası == Oykonim "kiçik Şürük kəndi" deməkdir. Türk dillərində şürük "cavan şam ağacı"; "gavalı ağacı"; "kiçik, balaca, cır" mənalarını ifadə edir. == Coğrafiyası == Rayon mərkəzindən 10 kilometr aralıda yerləşir. Şərqdən Gərmətük, qərbdən Kosalar, cənubdan Şürük kəndləri ilə əhatə olunmuşdur. == Tarixi == Bala Şürüksn Şürük kəndindən buraya köçənlərin hesabına yarandığını ehtimal edənlər daha çoxdur. Yaşayış əvvəllər Şürük kəndində olmuş, əhali artdıqca adamlar indiki Şürük (kiçik Şürük) kəndinin ərazisinə köçmüşlər. 1930-1991-ci illərdə kənd Soveti fəaliyyət göstərib.
Billava (Şərur)
Billava — Naxçıvan Muxtar Respublikasının Şərur rayonu ərazisində yerləşən kənd. == Tarixi == Qurulma tarixi məlum deyildir. Kifayət qədər səfalı yer olmağına baxmayaraq hal-hazırda yaşayış yoxdur. 1955-1965-ci illər ərzində tədricən kənd əhalisi qonşu Axura və digər qonşu kənd olan Tənənəm kəndinə köçürülmüşdür. Günümüzdə Korabulaq adlanan bulağın qərbində kənd qəbirsanlığı yerləşir. Kənd əhalisinin tamamı Azərbaycan Türklərindən ibarət olmuşdur. Kənd əhalisi heyvandarlıq və maldarlıqla məşğul olsa da dəmiyə əkinçiliklə də məşğul olmuşlar. Kəndin quzey yamaclarında noxud və taxılla yanaşı muxtəlif növlər əkilmişdir. Ovculuğun da yayqın olması təsadüfü deyildi. == Ağ Yarğan == Billava kəndi ərazisində yerləşən füsünkar bir dərə kənarı.
Dizə (Şərur)
Dizə — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Dizə kəndi Oğlanqala kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Dizə kənd inzibati ərazi dairəsi yaradılmışdır. == Toponimikası == Arpa çayının sahilində, Şərur düzündədir. Dizə coğrafi adlarının əsasını təşkil edən dizə sözü qədim İran dillərində "divar, hasar", "möhkəmləndirilmiş Şəhər", "qala divarı", "qala", "istehkam" mənalarında, bir sıra türk dillərinə, o cümlədən Azərbaycan dilinə keçərək "kənd" mənasında işlənir. == Əhalisi == Əhalisi 1758 nəfərdir.
Dəmirçi (Şərur)
Dəmirçi — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Dəmirçi kənd inzibati-ərazi vahidi Şərur rayonunun tərkibinə verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 23 fevral 2021-ci il tarixli, 275-VIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun inzibati ərazi bölgüsünə daxil olan Dəmirçi kənd inzibati ərazi dairəsi tərkibindəki Dəmirçi kəndi Sədərək rayonunun inzibati ərazi bölgüsünə daxil edilmiş, Dəmirçi kənd inzibati ərazi dairəsi Şərur rayonunun tabeliyindən çıxarılaraq Sədərək rayonunun tabeliyinə verilmiş, Şərur rayonunun inzibati ərazisindən dövlət mülkiyyətində olan 4444 ha torpaq sahəsi Sədərək rayonunun inzibati ərazisinə birləşdirilmişdir. == Toponimikası == Oykonimin türkdilli "Dəmirçilər" tayfasının adı ilə bağlı olması ehtimal edilir. == Tarixi == === Tarixi abidələri === == Coğrafiyası və iqlimi == Kənd Şərur düzündə yerləşir. == Əhalisi == Əhalisi 6500 nəfərdən çoxdur, 1651 ev vardır (2021-ci il) == İdman == 2017-ci ilin iyun ayında Dəmirçi kənd stadionu istifadəyə verilib. Uzunluğu 105, eni isə 60 metr olan təbii ot örtüklü stadionun ərazisində 118 nəfərlik oturacaqlar quraşdırılıb. Stadionda muxtar respublika çempionatı üzrə oyunların, həm də rayon birinciliklərinin keçirilməsi nəzərdə tutulur. Stadionun açılışında Aralıq və Dəmirçi kənd futbol komandaları arasında yoldaşlıq görüşü keçirilib. Görüş Aralıq komandasının 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Dərvişlər (Şərur)
Dərvişlər — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. == Tarixi == SSRİ dövründə Babəki, Çərçiboğan, Arbatan, Keştaz, Sovetabad və Qara Həsənəli kəndləri ilə birlikdə "SSRİ-nin 50 illiyi" adına kolxozda birləşmişdir. == Toponimikası == Dərvişlər oyk., sadə. Şərur r-nunun eyniadlı i.ə.v.-də kənd. Arpa çayının sahilində, şərur düzündədir. Etnotoponimdir. Dərvişlər nəslinin bu kənddə məskunlaşması ilə bağlı yaranmışdır. == Əhalisi == Əhalisi 591 nəfərdir (2009 -cu il) == İnfrastruktur == 1982-ci ildə kəndə qaz və su kəməri çəkilib.
Dərəkənd (Şərur)
Dərəkənd — Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Şərur rayonunda kənd. Azərbaycan Respublikası Milli Məclisinin 1 mart 2003-cü il tarixli, 423-IIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şərur rayonunun Siyaqut kənd inzibati ərazi dairəsi tərkibindəki Dərəkənd kəndi Dərəkənd adlandırılmışdır. == Tarixi == Oykonim dərə (çökək) və kənd (yaşayış məntəqəsi) komponentlərindən düzəlib, "dərədə yerləşən kənd" deməkdir. Kəndin XIX əsrdə salınması haqqında məlumat vardır.29 mart 2005-ci ildə Dərəkənd Yuxarı Daşarx kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, həmin kənd mərkəz olmaqla, Dərəkənd inzibati ərazi vahidi yaradılmışdır. == Coğrafiyası və iqlimi == Bu kənd Şərur düzündədir. == Əhalisi == Əhalisi 1104 nəfərdir (2009-cu il).