Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təsəvvüf
Təsəvvüf (ərəbcə: تصوف) və ya Sufilik (ərəbcə: صوفية) – İslamda mənəviyyatın inkişaf yollarını göstərən xüsusi təlimdir. Təsəvvüf alimlərinə görə sufilik müsəlmanın mənəvi axtarışlarının nəticəsidir. Sufilik yolu ilə gedən müsəlman maddi aləmdən azad olmağa və mənəvi cəhətdən yüksəlməyə can atır. Bunu edərkən Allahı sevərək ona ibadət edir, yüksək əxlaqi xüsusiyyətlərə yiyələnir. Mənəviyyatın təkmilləşdirilməsi dinin durğunlaşmasının, onun yalnız qanunlar toplusuna çevrilməsinin, ruhunun itirilməsinin də qarşısını alır. Sufilər hesab edir ki, mənəviyyat yolçuları dözümlülük, sülhsevərlilik, yüksək əxlaqi xüsusiyyətləri əldə edərək lovğalıq, xəsislik, kobudluq kimi mənfi xüsusiyyətlərdən qurtula bilərlər. Onlara görə mənəvi inkişaf yalnız fiqhi qadağalarla və fətvalarla əldə olunmaz. Buna görə problemlərin yalnız zahiri tərəflərini nizamlayan qanunlardan fərqli olaraq sufilik hər kəsin mənəvi aləminə təsir edir, ona Allaha içdən gələn sevgi duyğularını aşılayır. == Mənbəyi == Sufilərin mənəvi inkişaf yolu Məhəmməd peyğəmbər, onun əhli-beyti və ilk səhabələrinin örnəyinə uyğun olmalıdır. Buna görə də, digər İslam elmlərində olduğu kimi sufiliyin qaynağı da Quran və hədislərdir.
Azərbaycanda təsəvvüf
Azərbaycan İslamın ilk dövrlərində (641–643) müsəlmanlar tərəfindən fəth edilmiş, islamiyyət bu ərazidə yaşayanlar tərəfindən zaman keçdikcə din olaraq qəbul edilmişdir. Bu coğrafi ərazidə yaşayan xalqın müsəlman olmasında ən böyük təsiri göstərənlər, şübhəsiz ki, sufilər olmuşlar. Onların xoş məramlı İslam anlayışları insanların könlünə təsir etmiş və islamın qəbulunu sürətləndirmişdi. İslamın ilk illərindən etibarən sufiliyin Azərbaycanda mövcud olduğunu göstərən dəlillər vardır. Əvvəla Hz. Məhəmməd sallallahu aleyhi və səlləm dövründə yaşamış təsəvvüf tarixi üçün mühüm əhəmiyyətə malik bir şəxs olan Veysəl Qaraninin qəbrinin mənbələrdə Azərbaycanda olması göstərilir. Kitabi-Dədə Qorqud dastanında Burla Xatunun Salur Qazana söylədiyi : Misralarında olduğu kimi ən qədim ədəbi mətnlərimizdə də suflərdən bəhs edildiyini görürük. Azərbaycanın hər yerində rast gəlinən, əsrlər keçdiyi halda adı-sanı unudulsa da yaddaşlarda qalan və böyük hörmətə layiq olan minlərlə pir qəbri və məqamı da Azərbaycanda islamın inkişafında sufilərin mövqeyini göstərən ən böyük dəlillərdəndir. Azərbaycanda təsəvvüfün tarixində dair mənbələrə nəzər salındığında Azərbaycanda təsəvvüf hərəkatının X əsrdən başladığı görülür. Təsəvvüf tarixçiləri tərəfindən təsəvvüfi dövr deyə adlandırılan adları tez-tez xatırlanan məşhur azərbaycanlı sufi alimlər var.
Polikultur təsərrüfat
Polikultur təsərrüfat - İxtisaslaşması aydın nəzərə çarpmayan çoxsahəli kənd təsərrüfatıdır.
İordaniyanın təsərrüfat sahələri
== Ümumi məlumat == İordaniya orta səviyyəli inkişaf etmiş sənaye-aqrar ölkəsidir. Tarixən əkinçilik və heyvandarlıq ölkəsi kimi formalaşan İordaniya iqtisadiyyatında İkinci Dünya müharibəsi illərində bir qədər dirçəliş olmuşdur. Belə ki, ingilis müstəmləkəçiləri burada hərbi şəhər və anbarlar tikir, yollar və neft kəmərləri inşa edir, məhsuldar torpaqlardan maksimum dərəcədə istifadə edirdilər. Bu illərdə sənaye sahələri birtərəfli inkişaf edir, əsasən kustar sənətkarlığa, yeyinti və yüngül (toxuculuq) sənaye sahələrinə fikir verilir, əhalinin 70%-i kənd təsərrüfatında çalışırdı. Müstəqillik əldə olunduqdan sonra hökumət iqtisadiyyatın dirçəldilməsi üçün müəyyən addımlar atmağa başlayır, ilk növbədə xarici mütəxəssislər və kapitalın köməyilə mədən sənayesinin (əsasən fosforit çıxarılması və Ölü dənizdən müxtəlif duzların istehsalı) inkişafına diqqət artırılır. Sonrakı illərdə ərzaq məhsullarının yetişdirilməsinə xüsusi fikir verilir. XX əsrin 80-ci illərindən etibarən isə turizm ölkəyə böyük həcmdə valyuta gətirməyə başlayır. Əvvəllər sənaye müəssisələrinin əksəriyyəti paytaxt rayonunda cəmləşmişdirsə, sonrakı illərdə hökumət yeni-yeni mərkəzlər yaradır. İordaniyada mədən sənayesinin (fosforit və duz çıxarılması)inkişafı güclü kimya sənayesinin yaranmasına (fosfor gübrələri, yuyucu tozlar, müxtəlif növ sabun və s. istehsalı) səbəb olmuşdur.