Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təkiyə
Təkiyə — Dərvişlərin ibadət etdiyi yer. Təkiyə (İçəri Şəhər) — İçəri Şəhərdə yerləşən və ölkə əhəmiyyətli abidə olan təkiyə tipli məscid.
Təklə
Təklə (Ağsu) — Azərbaycanın Ağsu rayonunda kənd. Təklə (Masallı) — Azərbaycanın Masallı rayonunda kənd. Təklə (Qobustan) — Azərbaycanın Qobustan rayonunda kənd. Təklə (Cəlilabad) — Azərbaycanın Cəlilabad rayonunda kənd. Təklə (Kürdəmir) — Azərbaycanın Kürdəmir rayonunda kənd. Təklə (Goranboy) — Azərbaycanın Goranboy rayonunda kənd. Ağtəklə — Gürcüstanda kənd.
Təkiyə (Bicar)
Təkiyə (fars. تكيه‎) — İranın Kürdüstan ostanı Bicar şəhristanının ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 407 nəfər yaşayır (97 ailə). Əhalisini azərbaycan türkləri təşkil edir.
Təkiyə (Karbi)
Təkiyə - İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Əştərək rayonunda kənd. Rayon mərkəzindən 6 km şimal-qərbdə, Kasax çayının sağ sahilində, Şaqverd çayının sahilində yerləşir. Kəndin digər adı «Tekyə təkkə»dir. 1590-cı il tarixli «İrəvan əyalətinin müfəssəl dəftəri»ndə Pirtəkiyəsi kəndi, 1728-ci il tarixli «İrəvan əyalətinin icmal dəftəri»ndə Təkkə kəndi, Qafqazın 5 verstlik xəritəsində Təkiyə formasında qeyd edilmişdir. Təkkə adlanmasının səbəbi isə çox güman burada müsəlman dini tikilisinin, türbənin olmasıdır. Həmin tikili vandalizmə məruz qalsa da, kitabəsi günümüzə qədər gəlib çatmışdır.[1] Toponim türk mənşəli təkə etnonimi əsasında əmələ gəlmişdir. Etnotoponimdir. Quruluşca sadə toponimdir. Erm. SSR AS RH-nin l.XII.1949 - cu il fərmanı ilə adı dəyişdirilib Bazmaxpyur qoyulmuşdur.
Təkiyə (İçərişəhər)
Təkiyə — İçərişəhərdə Böyük Qala küçəsində yerləşən abidə. Abidə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci ildə verdiyi 132 nömrəli qərar ilə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısına salınıb. Bina XIII əsrdə tikilib. 1967-ci ildə təkiyənin ətrafında arxeoloji qazıntılar aparılıb. Təkiyə 1970-ci illərdə bərpa edilib. Azərbaycan yenidən öz müstəqilliyini bərpa etdikdən sonra bu binada xalça dükanı fəaliyyət göstərir. Dərvişlərin ibadət etdiyi yerləş təkyə adlanır. Bina həm dərvişlərin ibadət etdiyi yer kimi həm də məhəllə məscidi kimi fəaliyyət göstərib. Təkiyənin fasadı cənuba – Qız Qalasına baxır. Tək otaqdan ibarət olan təkiyənin qeyri-adi planı, eləcə də kvadrata daxil edilmiş və pilləli qübbələr sistemi ilə örtülmüş ibadət zalı var.
Ağ Təklə
Ağ Təklə Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. == Toponimkası == Ağ Təklə- Tiflis quberniyasının Tiflis qəzasında (indi Qardabani rayonunda) kənd adı. Gürcücə yazılış forması Aqtaqla. Təklə tayfasının məskunlaşması nəticəsində yaranmış məntəqələrdəndir. Bəzi tədqiqatçıların toponimin "ağ" komponentini "şərq", Qara Təklə adında qara sözünün "qərb" mənasında olması fikri düz deyil. Əsli Əxi Təklə, yəni "Əxiyə (Sufi ordeninin üzvünə) mənsub Təklə" məntəqəsi mənasındadır.
Bala Təklə
Bala Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 467 nəfərdir. == Toponimiyası == Keçmiş adı Abdulla Təkləli olmuşdur. Abdulla həmin kənddə məskunlaşmış təklə tayfasına mənsub ailələrin başçısının adıdır. "Təklə yaşayış məntəqəsinin kiçik hissəsi" deməkdir. Etnotoponimdir.
Təklə-Muğanlı
Təklə-Muğanlı—Qarabağda yaşayan Dəmirçihəsənli elinin qolu. Təklə-Muğanlı camaatınının Gürcüstan ağzından, Dəmirçihəsənli nahiyəsindən gəldiyi haqqında fərziyə var. Təklə-Muğanlı oymağı bir nеçə obadan idi. Dəmirçihəsənli mahalında XIX yüzilin önlərində Muğanlı adlı bir nеçə oba vardı. Bunların biri Birinci Muğanlı, ikincisi isə İkinci Muğanlı adlanırdı. Birinci Muğanlı obasına Kərbəlayı Allahyar bəy və qardaşları Qəmbər bəy, Qasım bəy və Həsən bəy başçılıq еdirdilər. İkinci Muğanlı obasına isə Məmmədəli bəy, Hüsеyn bəy və başqaları rəhbərlik еdirdilər. Üçüncü Muğanlı obasına isə Məmmədqulu bəy Hacı Mustafa bəy oğlunun idarəsində idi. Tahir bəyin oğulları da obaya başçılıq еdirdilər. Təklə-Muğanlı camaatı: nurəhmədli, təmişli, allahmədətli, əxicanlı, bayramlı, təhmirazlı, oruclu, əliyеtməzli oymaqlarından ibarət idi.
Təklə-Məkan
Təkləməkan və ya Təklə-Məkan (çin. 塔克拉瑪干沙漠, uyğ. تەكلىماكان قۇملۇقى <(Uyğur sözü olub (Ərəb məhşəlli) Təklə — ترك Tərk "getmək, tərk etmək" və Məkan "yaşayış yeri", yəni "Tərk edilmiş ərazi") — Çinin qərbində Sintszyan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən səhra. Dünyanın ən böyük qumlu səhralarından biridir. Şərqdən qərbə uzunluğu 1000 km-dən çox, eni isə 400 km təşkil edir. Səhranın sahəsi 300,000 km² təşkil edir. Səhranın əmələ gəlməsin əsas səbəblərindən biri okean və dənizlərdən uzaqlığıdır. Üstəlik dağların arasında yerləşməsi yağıntı gətirən buludların əraziyə daxil olmasının qarşısını alır. Çökmə suxurlardan təşkil onun səhra Tarim dağ düzənliyində yerləşir. Tarim çayının gətirdiyi çöküntülər demək olar ki, müxtəlif vastələrlə bütün səhraya yayılır.
Təklə (Ağsu)
Təklə — Azərbaycan Respublikasının Ağsu rayonunun Muradlı kənd inzibati ərazi dairəsində kənd. Təklə kəndi Şirvan düzündədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Təklə (Cəlilabad)
Təklə — Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi vahidində kənd. Kənd Burovar silsiləsinin ətəyindədir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. 29 may 2009-cu il tarixindən etibarən Təklə kəndi Babalı və Abazallı kəndləri ilə birlikdə Təklə bələdiyyəsinə daxildir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 859 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təklə (Goranboy)
Təklə — Azərbaycan Respublikasının Goranboy rayonunun Yeni yol kənd inzibati ərazi dairəsində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Goranboy rayonunun Xan Qərvənd kənd inzibati-ərazi vahidi tərkibindəki yaşayış məntəqəsi Təklə kəndi adlandırılmış və rayonun yaşayış məntəqələri uçot məlumatına daxil edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 27 mart 2001-ci il tarixli, 110-IIQ saylı Qərarı ilə Goranboy rayonunun Təklə kəndi Xan Qərvənd kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Yeni yol kəndi olmaqla, Yeni yol kənd inzibati ərazi dairəsi yaradılmışdır. Bərdə rayonunda da bu adda kənd mövcuddur. Kənd Gəncə-Qazax düzənliyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 399 nəfər əhali yaşayır.
Təklə (Kürdəmir)
Təklə — Azərbaycan Respublikasının Kürdəmir rayonunun inzibati ərazi vahidində kənd. Kənd Şirvan düzündə yerləşir. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 397 nəfər əhali yaşayır. Əhalinin əsas məşğuliyyətini kənd təsərrüfatı — əkinçilik, maldarlıq və heyvandarlıq təşkil edir.
Təklə (Masallı)
Təklə — Azərbaycan Respublikasının Masallı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 1779 nəfərdir. Təklə kəndi Lənkəran ovalığındadır. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı ildə Təklə Mirzəbaba I Təhmasibin (1524—1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s. Kənddə "İmam Əli" məscidi dini icması fəaliyyət göstərir.
Təklə (Qobustan)
Təklə (əvvəlki adı: Leninabad) — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 29 aprel 1992-ci il tarixli, 112 saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kəndi Təklə kəndi adlandırılmışdır. Şahsevən tayfa birliyinə daxil olan təkləlilər kəndi özlərinə mənsub qışlaq yerində salmışlar. Sovet hakimiyyəti illərində qoyunçuluq sovxozu yaradılanda məntəqə Leninabad adlandırıldı. 1991-ci ildə kəndin köhnə Təklə adı bərpa olundu. Oykonim Səlcuqların təklə tayfasının adı ilə bağlıdır. Əvvəllər Türkiyədə yaşamış təklə tayfası Qazı xanın başçılığı ilə 1540-cı Təklə Mirzəbaba ildə I Təhmasibin (1524-1576) itaətini qəbul etmiş şahsevənlərin tərkibinə daxil olunmuşdu. XIX əsr mənbələrinə görə, təklələr Mil və Qarabağ düzlərində 14 tirə və müxtəlif nəsillərdən ibarət idilər. Sonralar onlar bir neçə qola ayrılmışdılar. Azərbaycan ərazisində təklə etnonimi vasitəsilə yaranmış oronimlər də mövcuddur: Təklə dərəsi (Masallı rayonu), Təklə dağı, Təklə təpəsi (Cəlilabad rayonu) və s.
Təklə Baqrationi
Təklə Baqrationi (gürc. თეკლე; 1776, Kartli-Kaxetiya krallığı – 11 mart 1846, Tiflis) — Gürcü şairə. Baqrationilər sülaləsinin nümayəndəsi və Kartli-Kaxetiya çarlığının knyazqinası. Təklə 1776-cı ildə anadan olmuşdur. Atası Kartli-Kaxetiya çarı II İrakli, anası isə Dadianilər sülaləsindən olan Darican Dadianidir. Döyüşkən xarakterinə görə ona "Təklə-oğlan" (gürc. თეკლე-ბიჭ) ləqəbi verilmişdir. O, 7 sentyabr 1800-cü ildə Gürcüstanın məşhur sülaləsi Orbelianilərdən olan Saqareco hakimi knyaz Vaxtanq Orbeliani ilə evlənmişdir. Bu evlilikdən Aleksandr, Nikoloz, Dimitri və Vaxtanq adlı uşaqları olmuşdur. 1801-ci ildə Karli-Kaxetiya çarlığının Rusiya imperiyası tərəfindən ilhaq edilməsindən sonra, digər gürcü zadəganlarından fərqli olaraq Təklə Kartli-Kaxetiyadan çıxarılmamışdır.
Təklə Mirzəbaba
Təklə Mirzəbaba — Azərbaycan Respublikasının Qobustan rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Qobustan rayonunun Leninabad kənd Sovetinin Təklə Mirzəbaba kəndi Ərəbşalbaş kənd Sovetinin tərkibinə verilmişdir. Etnooykonimdir. XIX əsrdə Cavad qəzasında Həramidə yaşamış 110 ailədən ibarət təklə tayfasının məskunlaşması nəticəsində yaranmış yaşayış məntəqələrindəndir. Mirzəbaba bu tayfanın başçısının adıdır. Kənd əhalisi XX əsrdə 101 ailə olmaqla Cavad qəzasından köçmüşdür. Mənşəcə sırf türk təkəli tayfasının Azərbaycandakı qalıqlarıdır. Təkəlilər — Oğuz tayfasının bir qoludur. "Kitabi-Dədə Qorqud" yarandığı dövrün adətənənələri, köçəri həyat tərzi və s. haqqında tarixietnoqrofik məlumatla zəngindir.
Təklə bələdiyyəsi
Təklə bələdiyyəsi (Ağsu) — Ağsu rayonunda bələdiyyə. Təklə bələdiyyəsi (Qobustan) — Qobustan rayonunda bələdiyyə. Təklə bələdiyyəsi (Cəlilabad) — Cəlilabad rayonunda bələdiyyə. Təklə bələdiyyəsi (Masallı) — Masallı rayonunda bələdiyyə.
Bir zamanlar Şəkidə
Bir zamanlar Şəkidə — macəra, döyüş və komediya film janrlarında çəkilmiş tammetrajlı bədii film. Film rejissor Orxan Bayramov tərəfindən 2017-ci ildə ekranlaşdırılmışdır. Film Yarasa Art Pictures və Leaf Telecommunication Film Production tərəfindən istehsal edilmişdir. Əsas rolları Bəhruz Vaqifoğlu (Əməkdar artist), Vüsal Hacı Qədir, Serkan Genc, Ayşen Batıgün, Eray Türk, Elşən Rüstəmov (Əməkdar artist), Pərviz Məmmədrzayev (Xalq artisti), Əbdülqəni Əliyev, Yaroslav Trifonov, Şirzad Pirallahı, Pərvin Abıyeva ifa edirlər. == Məzmun == Rus mafiyozu Yurinin adamı Nikolay ona xəyanət edərək məşhur "Şərqin ürəyi" adlı almazın xəritəsini oğurlayaraq İstanbula qaçır. Yuri adamlarını Nikolayın ardınca İstanbula göndərir. İstanbulun Kuzey meşəsində Yurinin adamları ilə Nikolay arasında qaçdı-tutdu başlayır. Təsadüf nəticəsində xəritə 3 sərsəri türkün Dərya, Tayfun və Sedatın əlinə keçir. Onlar bu xəritədəkinin nə olduqunu tapmaq üçün İstanbulda yaşayan Azərbaycanlı professorun yanına yollanırlar. Xəritədən məlum olur ki, məşhur "Şərqin ürəyi" adlı almaz Azərbaycanın qədim şəhərlərindən biri olan Şəkidə saxlanılır.
Adıgözəl bəy Təklə
Teiidae
Teyidlər (lat. Teiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Teyidlər
Teyidlər (lat. Teiidae) — heyvanlar aləminin xordalılar tipinin sürünənlər sinfinin pulcuqlular dəstəsinə aid heyvan fəsiləsi.
Tekila
Tekila — tünd alkoqollu içki, vətəni Meksikadır. Azteklər tekilanı müqəddəs içki hesab etmişlər və dini mərasimlərdə tekiladan istifadə etmişlər.
Təklə Mirzəbaba bələdiyyəsi
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təklə bələdiyyəsi (Ağsu)
Ağsu bələdiyyələri — Ağsu rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təklə bələdiyyəsi (Cəlilabad)
Cəlilabad bələdiyyələri — Cəlilabad rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Təklə bələdiyyəsi (Qobustan)
Qobustan bələdiyyələri — Qobustan rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycan bələdiyyə sistemi 1999-cu ildə təsis edilib. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Əlimərdan bəy Təklə
Əlimərdan bəy Təklə (1762- ?) — Qarabağ bəylərindən, mahal naibi. III Əlimərdan bəy Məhəmmədəmin bəy oğlu 1762-ci ildə Qarabağ xanlığının Dəmirçihəsənli mahalının Təklə obasında dünyaya pənah gətirmişdi. Molla yanında ibtidai təhsil almışdı. Bir müddət Mеhdiqulu xan Sarıcalı-Cavanşirin sarayında еşikağası işləmişdi. Sonra Dəmirçihəsənli mahalının naibi, еlin minbaşısı olmuşdu. 1822-ci ildə xanla bərabər İrana qaçmışdı. III Əlimərdan bəyin törəmələri Əlimərdanbəyov soyadını daşıyırdılar. Əlimərdan bəyin Məhəmmədəmin bəy, Potu bəy, Məmmədəli bəy, Ramazan bəy, Haqnəzər bəy, Ağarza bəy adlı oğulları vardı. Ənvər Çingizoğlu, Əlimərdanbəyovlar, "Soy" еlmi-kütləvi dərgi, 2010, №9, səh.7-14.
Teide
Teyde vulkanı (isp. Teide) — Tenerife adasında vulkan, İspaniya ərazisinin ən yüksək nöqtəsi. Hündürlüyü — 3718 metr, Atlantik okeanının dərinliyindən nisbi hündürlüyü — 7500 metr, okeanın ən hündür zirvəsi. Tenerife adası dünyada həcminə görə üçüncü vulkanik adadır.
Tekila səhər şəfəqi