YALVARMAQ

f. Birinin könlünü yumşaldıb bir şeyə razı etmək üçün öz nəfsini alçaldaraq təkidlə acizanə xahiş etmək, rica etmək. Çox yalvardı, bir şey çıxmadı.
[Koroğlu] ağlamayan, yalvarmayan düşməni öldürməzdi, bağışlayardı. Koroğlu”.
Evimizdən ayrılanda çox da tələsmirdim, amma xalamın yalvarmağı yadıma düşəndə bir qədər ayaq götürdüm. C.Məmmədquluzadə.
Bu halda – Şərifə [Zeynalın] qarşısında diz çöküb ağladığı halda, yalvaran bir vəziyyət aldı. S.Hüseyn.

Синонимы

  • YALVARMAQ YALVARMAQ Acı-acı yalvarır pərvərdigara; Deyir barı oğlumun bəxti geyməsin qara (M.Rahim); AYAĞINA/AYAQLARINA DÜŞMƏK O, sevindiyindən xacə Müfıdin əll

Этимология

  • YALVARMAQ Bu sözünsinonimi ləlimək kəlməsidir. Yalvar-yaxar kəlməsi də si­no­nimlər birləşməsidir. Yaxar - “yanmaq” sözü ilə bağlıdır (yandım- yıxıldım deyirik)
YALVARMA
YALVARTMA

Значение слова в других словарях