TƏKİD

[ ər. ]
1. is. Bir şeyin üstündə durma, israr etmə; israrla tələb etmə; israr.
Rəisin təkidinə baxmayaraq, Səlim sarı şineli götürmədi. S.Rəhimov.

□ Təkid etmək (eləmək) – bir şeyin üstündə durmaq, israrla tələb etmək, israr etmək.
Atası çox təkid edəndə Əmiraslan dedi: – Dədə, mən məktəbə getməyəcəyəm.
Orada molla adamın ayağını falaqqaya salıb döyür. S.S.Axundov.
Məşədibəy bir də təkid elədi, uşaq razı oldu. M.Hüseyn.

2. Təkidlə şəklində – bax təkidən.

Синонимы

  • TƏKİD TƏKİD Tellonun təkidinə, Alonun acıqlanmasına baxmayaraq, Gülsənəm özünü kənara çəkib dayandı (S.Rəhimov); İSRAR Ananın israrına baxmayaraq on gün evd
  • TƏKİD israr — inad — səbat
TƏKİ
TƏKİDƏN

Значение слова в других словарях