Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Köməyə tələsən itlər
Köməyə Tələsən İtlər (ing. PAW Patrol) — Kit Çapman tərəfindən yaradılmış Kanada kompüter animasiyalı uşaq televiziya serialı. Guru Studio tərəfindən təmin edilən animasiya ilə Spin Master Entertainment tərəfindən istehsal edilmişdir. Azərbaycan dilində səsli versiya ARB Günəşdə yayımlanır.
Çələkən yarımadası
Çələkən yarımadası — Xəzər dənizinin şərq sahillərində Türkmənistan ərazisində yerləşir. Yarımada 1930-cu illərdə ada materikə birləşib. Səbəb isə dənizin səviyyəsinin kəskin enməsi olmuşdur. Yarımadanın sahəsi 500 km² təşkil edir. Hündürlüyü isə 100 metrdir. Yarımadanın ərazisi əsasən qumlar və duzlarla öztülüdür. Ərazidə neft və ozokerit yataqları aşkarlanıb. Bölgədə balıqçılıq da inkişaf etmişdir. Yarımadaya güclü küləklər əsir. Bu səbəbdən yarımada ərazisində həşaratların fəaliyyəti çətinləşir.
Cənubi Çələkən körfəzi
Cənubi Çələkən körfəzi — Xəzər dəniziində Türkmən körfəzinin şimalında, Çələkən yarımadasının cənubunda yerləşən körfəz. Dənizdən Cənubi Çələkən burnu və Dərviş yarımadası ilə ayrılır. Uzunluğu 20 km, eni 35 km təşkil edir. Dərinliyi 5-7 metri keçmir. Burada Alaca limanı yerləşir. Körfəz özü Dərviş, Mixaylovski körfəzləri yerləşir. Üstəlik burada Uzunada körfəzi və Qırark körfəzləri vardır.
Gələsən Görəsən (Meşkinşəhr)
Gələsən Görəsən (fars. گلسن گورسن‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 30 nəfər yaşayır (9 ailə).
Çələkən Oğurçalı boğazı
Çələkən Oğurçalı boğazı - Xəzər dənizinın açıq sahəsini Türkmən körfəzi ilə birləşdirir. Oğurca adasını Çələkən yarımadasından (Dərviş yarımadası) ayırır. Xəzər dənizinin Türkmənistan akvatoriyasında yerləşir.. Eni 15 km təşkil edir. Boğaz dayazdır. Xəzər dənizinin özünəməxsus xüsusiyyətinə görə dərinlik dəyişkəndir. 1970-ci illərdə maksimal həddinə çatmışdır. Ən dərin yeri 3 m, orta dərinlik isə 1,5–2 m təşkil edir. Son onilliklər ərzində Oğurcalı adasının şimalı axınların təsirindən boğazın daxili hissələrinə qum çöküntüləri gətirir. Hazırda boğazın daxilində adsız ada vardır.
Şimali Çələkən körfəzi
Şimali Çələkən — Türkmənbaşı körfəzinin şimal-şərqində, Çələkən yarımadasının şimal sahillərində yerləşir. Dənizdən Çələkən burnu ilə ayrılır. Körfəzin uzunluğu 20 km, eni — 25 km, dərinliyi isə 3,8 m təşkil edir. Körfəzin girişi dayazdır və gəmilərin girişinə imkan vermir.
Bakı-Çələkən (film, 1973)
Bakı-Çələkən qısametrajlı sənədli televiziya filmi rejissor Nazim Rzayev tərəfindən 1973-cü ildə çəkilmişdir. "Azərbaycantelefilm"də istehsal edilmişdir. Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir. == Məzmun == Sənədli televiziya filmi Azərbaycan neftçilərinin Türkmənistanın Çələkən yarımadasındakı neft mədənlərində gördükləri işlərdən bəhs edir.
Kələşkənd
Kələşkənd — Seyidli-Ağsaxlı, İrəvan quberniyasının Eçmiədzin qəzasında, indi Abaran rayonunda kənd. 1918-ci ildə əhalisi qovulmuş, 1922-ci ildə az hissəsi geri qayıdaraq yenidən məskunlaşmışdır. 1931-ci ildə kənd dağılmışdır. “Kələş” sözünün bu və başqa toponimlərdə mənşəyi məlum deyil. Ehtimal ki, gətirilmə addır. Orta əsrlərdə Kürdüstanda Kalas və Kalaş əyalətləri də məlumdurİrəvan quberniyasının Eçmiədzin qəzasında, indiki Abaran rayonu ərazisində kənd. Zəngi çayının sağ qolunun üzərində yerləşirdi Erməni mənbəyində Kyalaşkənd formasında, Qafqazın 5 verstlik xəritəsində Kələskənd formasında qeyd edilmişdir. Kənddə 1831-ci ildə 96 nəfər, 1873-cü ildə 288 nəfər, 1886-cı ildə 363 nəfər, 1897-ci ildə 404 nəfər, 1904- cü ildə 373 nəfər, 1914-cü ildə 437 nəfər, 1916-cı ildə 372 nəfər yalnız azərbaycanlı yaşamışdır . 1918-ci ildə kənd erməni təcavüzünə məruz qalaraq yerli sakinləri - azərbaycanlılar tarixi-etnik torpaqlarından deportasiya edilmişdir. Kənd 1926-cı ildə ləğv edilmişdir.
Teleskop
Teleskop (q. yun. τῆλε [tele] "uzaq" + σκοπέω [skopeo] "baxmaq") — kosmik obyektlərin öyrənilməsində , həmçinin kainatdakı kosmik cisimlər arasındakı radioşüalanmanın müşahidəsində istifadə olunan optik cihaz. Artıq teleskop sözü geniş anlamda, elektromaqnit şüalarının böyük bir sahədə dalğa uzunluğunu təyin edə bilən cihazlara verilən ümumi ad kimi başa düşülür. Elektromaqnit dalğalarını (məsələn, gözlə görünən işıq olar bilər) toplayaraq uzaq obyektlərin müşahidəsinə kömək edən optik cihazdır. Teleskop müşahidə edilən və öyrənilən kosmik obyektlərin ölçüsünü böyüdərək insan gözünün onu görməsinə imkan yaradır. Müşahidə astronomiyanın açarıdırsa, teleskop da müşahidənin açarıdır. Sağlam insan gözü açıq səmada cəmi 6000 ətrafında ulduz gördüyü halda, müasir teleskoplar sayəsində milyardlarla ulduz görə bilir. Ona görə də teleskop əsas astronomiya cihazıdır. == Tarixi == İnsanlar daim bir çox əşyaları adi gözlə gördüklərindən daha yaxşı görmək istəmişlər.
Teleslər
Teleslər—Qədim türk tayfası. == Tarixi == Bu tayfa mənbələrdə tolos, teles, tolis, tulus və s. variantlarda qeydə alınmışdır. Jujan xanlığının əsas qüvvəsi teles tayfalarını itaət altında saxlamağı bacarmasında idi. Öz tarixlərinin başlanğıcında, yəni bizim eranın III əsrində teleslər Ordosdan qərbdəki çöllərdə yaşayırdılar. 338-ci ildə onlar Tobas xanına tabe oldular və IV əsrin sonlarında şimala, Cunqariyaya köçüb Selenqa çayına qədər bütün Qərbi Monqolustana yayıldılar. Dağınıq yaşadıqlarından teleslər jujanlara müqavimət göstərə bilmir və buna görə xərac verməli olurdular. Teles tayfaları jujanlara çox lazım idi, jujan ordası isə əksinə, teleslərə gərək deyildi. Jujanlar elə adamlar idilər ki, hər vasitə ilə yorucu əməkdən qaçırdılar, onların övladları isə, ümumiyyətlə xərac almağı işləməkdən daha üstün tuturdular. Teleslər isə heyvandarlıqla məşğul olurdular, onlar mal-qaraları otarır və heç kimə bac-xərac vermək istəmirdilər.
Balon teleskop
Balonla teleskop, sub-orbital astronomik teleskopdur. Bu teleskop Yer atmosferinin aşağı, sıx hissəsindən yuxarı qalxmağa imkan verən bir və ya daha çox stratosferik balonlardan asılır. Bu tip teleskoplar peyk teleskoplarına nisbətən çox az nüfuzetmə qabiliyyətinə malikdir, ancaq üstünlüyü daha az maliyə tələb etməsidir. Eyni zamanda atmosferin mane törətdiyi tezlik intervallarının müşahidəsinə imkan verir.Balon teleskopların çatışmayan cəhəti onun nisbətən aşağı hündürlüklərdə istifadə olunması və yalnız bir neçə gün uçuş müddətinə malik olmasıdır. Lakin onların maksimal hündürlüyü təxminən 50 kilometr ətrafında olub, 15 km-lik hündürlük limitinə malik olan Koyper Hava Rəsədxanasının və İnfraqırmızı Astronomiya üçün Stratosferik Rəsədxananın təyyarə əsaslı teleskopları kimi teleskopların hündürlük limitindən xeyli yüksəkdir Bir neçə balon teleskoplarda teleskopun zədələnməsinə və ya məhv olmasına səbəb olan qəzalar baş vermişdir. Balon teleskopdan zeniti gizlədir, lakin çox uzun süspansiya bunu 2°-ə qədər azalda bilər. Teleskop stratosfer küləklərinin induksiyasından, həmçinin balonun yavaş fırlanmasından və kəfgir hərəkətindən izolə olunmalıdır. Azimut sabitlik maqnitometr vasitəsilə saxlanıla bilər, plus bir giroskop və ya daha qısa müddətli düzəlişlər üçün ulduz izindən istifadə oluna bilər. Üç ölçülü-azimut, hündürlük və çarpaz axından ibarət montajlama boru hərəkəti üzərində ən yaxşı nəzarəti təmin edir.
Pyotr Teluşkin
Pyotr Teluşkin (rus. Пётр Телушкин; ö. 1833) — dam ustası, 1830-cu ildə Sankt-Peterburqdakı Müqəddəs Pyotr və Pavel Kafedralının 122,4 metr hündürlüyündə olan qülləsindəki küləkdən zərər görmüş mələk fiqurunu tikinti konstruksiyaları olmadan bərpa etmişdir. Göstərdiyi şücaətə görə imperator I Nikolaya təqdim olunmuş və imperator tərəfindən ona pul mükafatı və "Çalışqanlığa görə" gümüş medalı təqdim edilmişdir. Rəvayətə görə, ona həmçinin Peterburqun bütün yeməkxanalarında ömürboyu pulsuz araq içmək hüququ verən fərman verilmişdir. Lakin o bu fərmanı itirdiyi üçün onu tanısınlar deyə, boynuna çar ailəsinə aid bir döymə vurulmuşdu. Yeməkxanaya daxil olduğu zaman barmağı ilə o işarəni göstərməsi bəs edirdi və guya məhz bu jest içki içməyə dəvət məqsədilə ruslar tərəfindən indiyədək istifadə edilir.
Reflektor (teleskop)
Reflektor (lat. reflect - əks etdirmək) optik teleskopların bir növüdür. Onun obyektivi çökük güzgü və ya güzgülər sistemindən ibarətdir. Reflektorun iş prinsipi işığın əks olunmasına əsaslanır. Reflektor XVII əsrdə refraktora bir alternativ olaraq yaradılmışdır, o zaman o xromatik aberrasiyaya məruz qalan bir sistem idi. Reflektorun digər optik aberrasiyalar meydana gətirməsinə baxmayaraq, çox geniş diametrli obyektivlər üçün istifadə olunur. Demək olar ki, astronomik müşahidələrdə istifadə olunan bütün böyük teleskoplar reflektordur. Reflektorların bir çox növləri mövcuddur, bundan başqa görüntü keyfiyyətini yaxşılaşdırmaq və ya görüntünü mexaniki cəhətdən uyğun yerə salmaq məqsədilə əlavə optik elementlərdən istifadə oluna bilir. Reflektorlarda güzgüdən istifadə olunduğundan bu cür teleskoplar bəzən katoptrik də adlandırılır. == Tarixi == Çökük güzgülərdən linza əvəzinə istifadə etmək fikri İbn əl-Haytəm -in XI əsrdə apardığı optika tədqiqatlarından sonra erkən müasir Avropada Latın tərcümələrində geniş büsət aldı.Refraktonun kəşfindən qısa bir müddət sonra Qaliley, Civanni Fransisko Sadeqo və başqaları çökük güzgülərin prinsipləri haqqında bilikləri genişləndirərək, obyektivi güzgü olan teleskopun yaradılması fikrinini ortaya çıxardılar.
Selesten Buqle
Selesten Buqle (1.6.1870, Kot-dü-Nor dep-ti, Sen-Briyo – 25.1.1940, Paris) — fransız sosioloqu, Fransız sosioloji məktəbinin nümayəndəsi. == Həyatı == 1893-cü ildə Ali Normal Məktəbi bitirmişdir. Tuluza universitetində (1900–1907-ci illər ) və Sorbonnada (1908-ci ildən professor) dərs demiş, Sosial Sənədləşdirmə Mərkəzinin direktoru (1920-ci ildən), Ali Normal Məktəbin direktoru (1935-ci ildən) olmuşdur. E. Dürkheymin davamçısı olan, həmçinin G. Zimmelin ideyalarından bəhrələnən Buqle sonuncunun təsiri ilə sosiologiyanın vəzifəsini sosial formaların, onların səbəb və nəticələrinin öyrənilməsində görürdü. == Fəaliyyəti == Buqle sosiologiyada biologizmi tənqid etmiş, Qərb cəmiyyətlərində bərabərlik ideyalarının yayılmasının sosial amillərini araşdırmışdır (“Bərabərlik ideyaları”, 1899).Buqlenin Hindistanda kasta sisteminin sosioloji təhlilinə həsr olunmuş “Kasta rejiminə dair oçerklər” (1908) kitabı klassik əsərə çevrilmiş və bu sahədə aparılan sonrakı tədqiqatlara (L. Dümon və b.) əhəmiyyətli təsir göstərmişdir. Üçüncü respublika ideologiyasının mühüm elementi olan həmrəylik ideyalarının Fransa cəmiyyətində formalaşmasında Buqlenin də xidməti vardır.
Teleskop (bürc)
Şimal Tacı (lat. Telescopium) - göyün CƏNUB yarımkürəsində bürc.
Teleskop (dəqiqləşdirmə)
Teleskop — astronomik qurğu. Teleskop (bürc) — göyün CƏNUB yarımkürəsində bürc. Teleskop (qəzet) — 1999-cu ildə nəşr olunmuş qəzet.
2-metrlik teleskop
2-metrlik teleskop və ya Şamaxı Astrofizika Rəsədxanasının 2 m-lik teleskopu Teleskop Zeiss-2000 reflektoru “Carl Zeiss Jena” (Almaniya) firmasının istehsalıdır. 1964-cü ildə rəsədxanaya gətirilib və 1966-cı ildə istifadəyə verilmişdir. Coğrafi koordinatları: λ=48° 35' 50ʺE, φ=40° 46' 51ʺN. Teleskop dəniz səviyyəsindən 1435 m hündürlükdə qurulmuşdur. Kupolun və binanın xarici üst qatı temperatur izolyasiyası üçün alüminium lövhələrlə örtülmüşdür == 2-metrlik teleskop haqqında ümumi məlumat == Almaniyanın “Carl Zeiss JENA” firmasının istehsalıdır və 1966-cı ildə istifadəyə verilmişdir. Əsas güzgü parabolikdir, diametri 2080 mm, fokus məsafəsi 9000 mm-dir. 2-metrlik teleskop 3 müxtəlif optik sistemi özündə birləşdirir və əsasən spektral müşahidələr üçün nəzərdə tutulmuşdur: • Baş fokus. İşıq qüvvəsi-1:4.5. Fokal səthdə miqyas 23″/mm. Cihazları: fotoqrafik müşahidələr üçün korrektor tədbiq etməklə faydalı sahəsi 21′x21′ olan baş fokus kasset qurğusu, zəif obyektlərin spektrlərinin alınması üçün istifadə olunan 2 difraksiya qəfəsi və 3 kamera ilə təchiz olunmuş baş fokus spektroqrafı; • Kasseqren fokusu. Ekvivalent fokus məsafəsi 29500 mm.