Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təhriri-Öqlidis
Təhriri-Öqlidis (ərəb. تحریر اقلیدس‎; Evklidin şərhi) — Nəsirəddin Tusinin riyaziyyat (həndəsə) sahəsində yazdığı əsər. Əsərdə Evklidin "Başlanğıclar" ("Əsaslar") əsərində verilmiş 700-dən artıq teoremin isbatı təhlil edilmiş və bir çoxunun yeni isbatı verilmişdir. “Təhriri-Öqledis” kitabı ilk dəfə 1594-cü ildə Romanın “Mediçi” mətbəəsində ərəbcə nəşr edilib. “Təhriri-Öqlidis” 1598-ci ildə ikinci dəfə yenə Romada çap olunur. Kitaba Avropada olan böyük tələbi ödəmək üçün o, latın dilinə tərcümə edilərək, 1657-ci ildə Londonda çap edilir. Bir sıra Şərq ölkələrində ərəb dilində nəşr edilən əsər 1801-ci ildə İstanbulda, 1824-cü ildə Mərakeşdə,1880-ci ildə isə Tehranda nəşr olunur. Əsər Həsən Zərrinəzadə tərəfindən ərəb dilindən azərbaycan dilinə tərcümə edilmiş və YUNESKO-nun da maliyyə yardımı ilə Nəsirəddin Tusinin 800 illik yubileyi ilə əlaqədar olaraq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası tərəfindən nəşrə hazırlanmış və 2001-ci ildə, Bakıda "Ulduz" nəşriyyatında çap olunmuşdur. Zic-Elxani Euclid. Kitāb Taḥrīr uṣūl li-Ūqlīdis.
Həqiri Təbrizi
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. Əliyar Səfərli "Azərbaycan Ədəbiyyatı Tarixi" kitabında yazır ki, Həqiri haqqında mənbələrdə geniş məlumata rast gəlmirik. Olan məlumat özü də dolaşıq və ziddiyyətlidir. 1550-ci ildə öz təzkirəsini bitirən Sam Mirzə "Töhfeyi-Sami"də yazır: "Həqiri o şairlərdəndir ki, təzə peyda olubdur. Şeir yazmağa yaxşı təbi var" Təqiəddin Məhəmməd Kaşani isə 1577-ci ildə bitirdiyi “Xülasətül-əşar və zibdətül-əfkar" adlı təzkirəsində Həqiri haqqında nisbətən geniş məlumat verərək yazır: “Həqiri Azərbaycanın ən ustad şairlərindəndir. Şirin sözlü bir sənətkardır. Fikirləri incə bəyan edir, əxlaqının və davranışının xoşagələn və bəyənilən olmasında tayı-bərabəri yoxdur...
Təbrizi
Təbrizi — Cənubi Azərbaycanda daha çox işlədilən təxəllüs. Bu təxəllüsü olan tanınmış insanlar Əbu Abdulla Məhəmməd Bin Nəmvar Təbrizi Mirzə Məhəmməd Təbrizi • Əbülfət Təbrizi • Sadəddin Əbulqasim Təbrizi — Sufi Ələddin Həkim Təbrizi Əbu Talib Təbrizi Ağa Seyid Əli Təbrizi Səvvab Təbrizi Fəzl ibn Hatim Neyrizi Təbrizi Əzhər Təbrizi Bədrəddin Təbrizi memar Əssar Təbrizi Təsir Təbrizi - Şair Mühzəbəddin Təbrizi XII əsr həkim Əlişah Təbrizi Memar, vəzir Abdulla Seyrafi Təbrizi — XIV əsr xəttat. Şəms Təbrizi — Mənşəcə Azərbaycan türklərindən olan məşhur sufi alimi və şairi. Mircan Təbrizi — Sufi Mirzə Saleh Təbrizi — şair, şeyxülislam Fədai Təbrizi Əlirza Təbrizi Mirzə Əli Təbrizi Həqiri Təbrizi — şair Məczub Təbrizi — şair Saib Təbrizi — XVII əsrdə yaşamış, mənşəcə Azərbaycan türklərindən olan şair. Hümam Təbrizi — şair, xəttat. Əhməd bin Şəmsəddin Məhəmməd Təbrizi — xəttat. Əbu Talib xan Təbrizi — təzrikəçi Məhəmməd Kazım Əsrar Əlişah Təbrizi — təzrikəçi Məhəmməd Bəndduz Təbrizi — xəttat. Mirzə Əli Siqqətülislam Təbrizi — İran Məşrutə hərakatının fəal üzvü, tanınmış din xadimi, şair. Cəfər Təbrizi — xəttat. Xətib Təbrizi — XI əsr Azərbaycan alimi, ədəbiyyatşunas, dilçi, şair və ərəb dili, ədəbiyyatı, qrammatika və leksikoloqiya elminin banilərindən biri.
Həqiri
Həqiri Təbrizi (XV əsr, Təbriz) — XV-XVI əsr şairidir. == Həyatı == Həyatı, yaradıcılığı, ədəbi irsi haqqında məlumat olduqca azdır. Dünyaya gəlməsi haqqında dəqiq məlumat olmasa da, təqribən 1586-cı ildə qoca yaşlarında Təbrizdə öldürüldüyü qeyd olunur. Azərbaycan dilində ilk dəfə yazılmış "Leyli və Məcnun (Həqiri)" ən məşhur əsəridir. Əliyar Səfərli "Azərbaycan Ədəbiyyatı Tarixi" kitabında yazır ki, Həqiri haqqında mənbələrdə geniş məlumata rast gəlmirik. Olan məlumat özü də dolaşıq və ziddiyyətlidir. 1550-ci ildə öz təzkirəsini bitirən Sam Mirzə "Töhfeyi-Sami"də yazır: "Həqiri o şairlərdəndir ki, təzə peyda olubdur. Şeir yazmağa yaxşı təbi var" Təqiəddin Məhəmməd Kaşani isə 1577-ci ildə bitirdiyi “Xülasətül-əşar və zibdətül-əfkar" adlı təzkirəsində Həqiri haqqında nisbətən geniş məlumat verərək yazır: “Həqiri Azərbaycanın ən ustad şairlərindəndir. Şirin sözlü bir sənətkardır. Fikirləri incə bəyan edir, əxlaqının və davranışının xoşagələn və bəyənilən olmasında tayı-bərabəri yoxdur...
Təkrir
Təkrir — bədii əsərdə eyni sözün, söz qrupunun, ifadənin məqsədli şəkildə təkrar olunması. Təkririn iki növü var: anafora və epifora; anafora — misranın, cümlənin əvvəlində işlənən təkrirdir; epifora — misranın, cümlənin sonunda işlənən təkrirdir.
Efiopiya təqvimi
Efiopiya təqvimi (amh. የኢትዮጵያ ዘመን አቆጣጠር — ye'Ītyōṗṗyā zemen āḳoṭaṭer) və ya Həbəşə təqvimi — Efiopiyada və Efiopiya Pravoslav Kilsəsində istifadə edilən təqvim. Misirdəki Qipti xristianlarının istifadə etdiyi təqvimə bənzəyən bu təqvim Günəşə əsaslanır. Həbəşə təqvimi və ya digər adı ilə Efiopiya təqvimi olan təqvimə əsasən Efiopiyada yeni ilin ilk günü Enkutataş (እንቁጣጣሽ) adlanır. Ölkədə həmin gün qeyri-rəsmi iş günü elan edilir. Paytaxt Əddis-Əbəbədə Yeni il mərasimləri keçirilir, məhkumlarla bağlı əfv sərəncamı verilir. Efiopiya təqviminə əsasən il 13 aydan ibarətdir. Ayların adları Efiopiya xalqına məxsus Amhar dilində yazılır. 12 ayın hər biri bizim işlətdiyimiz təqvimdəki aylara ekvivalentdir, lakin onların hər biri 30 gündən ibarətdir. 13-cü ay isə "Pagume"(ጳጉሜ) adlanır ki, bu da yunancadan tərcümədə “qalıq, artıq” deməkdir.
Erməni təqvimi
Erməni təqvimi — Xristianlıq yayılana qədər ermənilər tərifindən istifadə edilmiş günəş təqvimi. Bu təqvim qədim Misir təqvimi əsasında yaradılmışdır. Təqvimə əsasən bir il 365 gündən ibarətdir və yeni il 1 navasarda (qriqorian təqviminə görə 11 avqustda) daxil olur.
Fədai Təbrizi
Fədai Təbrizi (XV əsr, Təbriz – XV əsr)- XVI əsrdə yaşamış Azərbaycan şairi. Ehtimal ki,şair Təbrizdə anadan olmuşdur. Amma əsərlərində eyni zamanda Şirvana məhəbbət də əks olunmuşdur. Lakin ədəbiyyatçılar şairin Təbrizdə anadan olmasını məqbul sayır. Şairin nə vaxt anadan olması,vəfatı və vəfat yeri məlum deyil. Əldə olan ədəbi mənbələrdə onun gənclik illərindən şeir yazdığı, fars və türk dillərində yüksək səviyyəli əsərləri ilə dövrünün ən bacarıqlı şairlərindən biri olduğu bildirilir. Azərbaycan ədəbiyyatında “Bəxtiyarnamə” məsnəvisi ilə tanınan şairin bir də “Divan”ı olduğu bilinsə də, bu əsər günümüzdə mövcud deyil. “Bəxtiyarnamə” mövzusunun ilk dəfə nə zaman və kim tərəfindən qələmə alındığı bilinmir. Lakin bu fakt dəqiqdir ki, ana dilində illk “Bəxtiyarnamə”nin müəllifi məhz Fədai Təbrizidir. Bu əsər bir çox mədəni xalqların dillinə XIX əsrdə tərcümə edildiyi halda Azərbaycan dilinə daha əvvəl XVI əsrdə tərcümə edilmişdir.
Fəzl Təbrizi
Fəzl ibn Hatim Neyrizi Təbrizi (?-922)—münəccim, riyaziyyatçı. == Həyatı == Onun riyaziyyat və astronomiyanın aktual məsələlərinə həsr edilmiş «Evklidin “Başlanınc” («Əsaslar») kitabının şərhi», «Ptolomeyin “Macəsti” əsərinə şərh», «Dairəvi üsturlabla iş» kitabları məlumdur. Qeyri-Evklid həndəsəsində ilk addım atan görkəmli alimin şöhrətinin Abbasilər xilafətində yayılması, xəlifə Mötəzidin onu saraya dəvət etməsi. Fəzl ibn Hatimin Bağdadda xəlifətin sifarişi ilə yazdığı «Hava törəmələri», «Zic əl-Mötəzid», xəlifənin ölümündən sonra yazdığı «Kiçik zic» və «Böyük zic» adlı əsərləri var. Fəzl Təbrizi 922-ci ildə vəfat edib.
Günəş təqvimi
Günəş təqvimi — müasir dövrdə təqvimin daha geniş yayılmış növü. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. İlk Günəş təqvimini qədim misirlilər yaratmışlar. Herodotun məlumatına görə "Qara torpağın" sakinləri ilin uzunluğunu müəyyən edə bilmişlər (365,25 günəş sutkası). Onlar təqvimi yaradarkən Günəşin nəzərdə tutulan nöqtədən çıxması ilə Sirus ulduzunun (70 gecə yoxa çıxdıqdan sonra) görünməsi və Nil çayının daşqınnlarının başlanmasının eyni vaxtda düşdüyünə dair müşahidələrinə əsaslanmışlar. Misir təqviminə əsasən il 365 gün, hər dörd ildən bir isə 366 gün hesablanırdı. İl dörd fəslə, 12 aya bölünürdü. Artq qalan 5 gün isə ilahələrin şərəfinə bayram edilirdi. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır.
Hicri təqvimi
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Hind təqvimi
Hind təqvimi — Hinduizmdə istifadə edilən təqvim. Hind təqvimi Benqal təqvimindən, Assam təqvimindən nümunə alınaraq yaradılmışdır. Hal-hazırda bu təqvim Hindistanın orta bölgəsində istifadə edilir.
Holosen təqvimi
Holosen təqvimi, həmçinin Holosen erası və ya İnsan erası — asrtronomik ilə (ing. Astronomical year numbering) yaxın olub, ona buz dövründən sonra başlanğıc kimi insan erasının başlanğıcı (insan sivilizasiyası) olaraq 10 000 il əlavə edilməklə hesablanan təqvim sistemidir. İstifadə etdiyimiz Qriqorian ilinin üzərinə 10 000 il gəlməklə Holosen ilinə çevirmək olar (məsələn eramızın 2023-cü ili holosen təqviminin 12023-cü ilidir). İnsan erası termini ilk dəfə olaraq 1993-cü ildə (11993 h. e.) Çesare Emiliane tərəfindən təklif edilib. == Motivasiya == İddia edilir ki, holosen erası insanın yaradılışından bəri tarixi hadisələrin qeydə alınması üçün istifadə etdiyimiz təqvimdən daha rahatdır, çünki istifadə etdiyimiz təqvimin çətinliyi "bizim eradan əvvəl" və "bizim eraya" bölünməsidir. == Çevirmə yolu == İstifadə etdiyimiz tarixi Holosen təqviminə çevirmək çox sadədir, bunun üçün dörd rəqəmli il rəqəmlərinin qarşısına bir əlavə etmək lazımdır. Məsələn: b.e. 2023-cü ili h.e.12023-cü ilə uyğundur. == Həmçinin bax == David Ewing Duncan.
Hümam Təbrizi
Hümam Təbrizi və ya Xacə Hümam Təbrizi (fars. همام الدین تبریزی‎, Hümamüddin Təbrizi, Hümam ibn Məhəmməd Əla; 1238, Təbriz – 1314) — Elxanilər dövlətində yaşamış Azərbaycan və İran sufi şairi. O, şeiri, təlimi, təqvası, təsəvvüfə əsaslanan mənəviyyatına görə dövrünün ən seçilən simalarından biri idi. Hümam ömrünün çox hissəsini Təbriz şəhərində keçirmiş və burada nüfuzlu şəxsiyyət olmuşdur. O, Cüveynilər ailəsinə yaxın olmuş, onlardan siyasi və mədəni himayə almış və onların dəstəyi ilə Təbrizdə xanəgah qurmuşdur. 1284-cü ildə Hümamın himayədarı Şəmsəddin Cüveyni edam edildikdən sonra o, Rəşidəddin Həmədani kimi digər siyasi xadimlər arasında dəstək tapmağı bacarmışdır. Hümam 78 yaşında vəfat etmiş və Təbrizin Sürxab mahalında dəfn olunmuşdur. Onun poeziyasının əksəriyyəti qəzəl formasında yazılmış, müasiri Sədi Şirazinin üslub və ahənginə uyğun olmuşdur. O, həmçinin iki məsnəvi – "Söhbətnamə" və "Kitab-i mənəviyyat"ın müəllifi olmuşdur. == Həyatı == Hümamın erkən illəri və təhsili ilə bağlı təfərrüatlar, o cümlədən doğulduğu yer qaranlıq qalmışdır.
Hüseyn Təbrizi
Hüseyn Təbrizi, Əbu Möhsin Hüseyin ibn Nəsr Təbrizi — XI əsr şairi. Dövrün Azərbaycan şairlərindən ərəb dilində gözəl şerlər yazan şair Hüseyn Təbrizi peşəkar "söz ustası" idi. Mənbələrdən məlum olur ki,o, doğma şəhərin olan Təbrizdə yaşayıb-yaratmışdır. Elə ona görə də şairin təbiət təsvirinə həsr olunmuş misraları doğma diyarın zəngin gözəlliklərini əks etdiridi. Sənətkarın yaratdığı poetik mənzərə təxəyyülün deyil, gərçək həyatıi müşahidələrin nəticəsidir. Azərbaycan təbiəti ilə bu bağlılıq Hüseyn Təbrizinin şerini xalq poetik sənətinin ən qiymətli nümunələrindən biri edir.
Kamal Təbrizi
Kamal Təbrizi - azərbaycanlı məşhur kinorejissor. == Həyatı == 1959-cu ildə Tehran şəhərində anadan olmuşdur. O, anadan olmamışdan əvvəl valideynləri Təbriz şəhərindən Tehran şəhərinə köçmüşdü. Yeni üzə çıxan şəkillərə əsasən demək olar ki, 1979-cü ildə Tehrandakı ABŞ səfirliyinin işçiləri əsir götürülən zaman Kamal Təbrizi orada fotoqraf və jurnalist kimi fəaliyyət göstərmişdir. == Təhsili == Kamal Təbrizi Tehran İncəsənət Universitetinin Film və Teatr fakültəsini bitirmişdir.
Kopenhagen Təfsiri
Kopenhagen təfsiri — Nils Bor və Verner Heyzenberq tərəfindən 1927-ci ildə Kopenhagendə birgə fəaliyyət zamanı kvant mexanikası ilə əlaqədar etdikləri təfsirlərin nəticəsidir. Bor və Heyzenberq Kvant mexanikası ilə əlaqədar müxtəlif suallara cavab verməyə çalışmışdılar. Kvant mexanikasının başlıca problemlərindən biri, nəticənin müşahidəçi tərəfindən öyrənilməsindən sonramı, yoxsa cihaz tərəfindən qeydə alınmasından sonramı ölçməyin tamamlanmış qəbul ediləcəyidir. Daha sonra da görüldüyü kimi, kvant mexanikasının Kopenhagen təfsirinə görə, ölçmənin edilməsinin bilinməsi, müşahidəçinin ölçmədən əvvəl var olan məlumatlılıq halında dəyişiklik edir. Yəni, məlumat azalmasına səbəb olur. Müşahidəçinin məlumatlılıq halını, müşahidəçinin ölçmə müddətinin sonunda qavradığı təcrübəyə əsaslanan məlumatı müəyyənləşdirir. Bu məlumat halları, müşahidəçinin məlumatlılıq halına (subyektiv) bağlıdır. Bəhs edilən əlaqədən dolayı, fiziki reallıqda reallaşmış bir hal ilə reallaşacağı irəli sürülən hal arasına "subyektiv müşahidəçi" faktoru yerləşdirilir. Bu subyektivlikdən qurtulmaq mümkün deyil. Dünya iki hissəyə ayrılır: kvant varlıqları (ehtimal dalğaları) və klassik ölçmə vasitələri olan real nəsnələr (obyektlər).
Koreya təqvimi
Koreya təqvimi — ənənəvi lunisolar təqvim. Digər Şərqi Asiya ölkələrinin ənənəvi təqvimləri kimi, Koreya Təqvimi əsasən Çin təqvimindən əldə edilir. Tarixlər Koreyanın meridianlarından (Cənubi Koreya üçün müasir dövrdə 135-ci meridian şərqindən), eləcə də bayram və bayramların Koreya mədəniyyətinə əsaslanaraq hesablanır. Qreqorian təqvimi 1896-cı ildə rəsmən qəbul edilmişdi, lakin yaşlı nəsillər üçün ənənəvi bayramlar və yaş hesabları hələ də köhnə təqvimə əsaslanır. Bu gün Koreyanın ən böyük bayramı Seollal, ənənəvi Koreya Yeni ilinin ilk günüdür. Digər əhəmiyyətli festivallara həmçinin Boreumdaal (ilk tam ay), Dano (bahar şənliyi) və Chuseok (məhsul ayı festivalı) və Samjinnal (bahar-açılış festivalı) kimi istinad edilən Daeboreum daxildir. Digər kiçik festivallara isə Yudu (yay festivalı) və Chilseok (musson festivalı) daxildir. == Tarix == Koreya təqvimi Çin təqvimindən əldə edilir. Ənənəvi təqvim 270 ilə 963 arasında Koreya dövrü adları ilə təyin edilmiş, sonra Koreya və Çin dövrünə aid adları 1894-cü ilə qədər bir neçə dəfə istifadə edilmişdir. 1894 və 1895-ci illərdə isə ay təqvimi, 2031-ci ildə meydana çıxmış Joseonun yaranmasından hesablanmağa başlandı.
Mircan Təbrizi
Mircan Təbrizi — Azərbaycan da doğulmuş məşhur sufi, övliya Kubrəviyyə şeyxi. Şafi’i məzhəbinə mənsub fəqih idi. Şah İsmayıl Xətainin Təbrizi ələ keçirməsindən sonra təzyiq və təqibə məruz qaldığı üçün vətəni tərk edib Suriyaya, Hələb şəhərinə getmişdi. Hələbdə yaşamış və burada tədrislə məşğul olmuşdu. H. 934-cü ilin şaban ayında (may 1528) isə Dəməşqə köçmüş və tədris fəaliyyətini burada davam etdirmişdi. Mircan Təbrizi Kubrəviyyə təriqətinə mənsub sufi idi. H. 935-ci ilin məhərrəm ayında (sentyabr 1528) Dəməşqi tərk edərək Azərbaycana getmiş və h. 936-cı ildə (1529) vəfat etmişdi .
Myanma təqvimi
Myanma təqvimi (မြန်မာသက္ကရာဇ်) və ya Ənənəvi Myanma təqvimi — Myanmada istifadə edilən ənənəvi bir günəş təqvimidir. Myanma təqvimi Myanma xaricində Kambocada, Laosda da istifadə edilir.
Mühzəbəddin Təbrizi
Mühzəbəddin Təbrizi - XII əsrdə Təbrizin tanınmış həkimlərindən
Müsəlman təqvimi
Hicri-qəməri təqvim(İranda və Əfqanıstanda); Hicri təqvim, İslam təqvimi, Müsəlman təqvimi (başqa ölkələrdə); (ərəb. الـتـقـويم الـهـجـري‎, ət-təqviməl-hicri). Ay səhifələrinin dəyişməsi nəticəsində yaranan 12 dənə 29, yaxud 30 günlük aydan ibarətdir. Adi illərdə günlərin sayı 354, uzun illərdə isə 355-dir. Ərəbistanda İslam dininin meydana çıxmasına qədər hər biri ay səhifələrinin dəyişməsinə əsaslanan 12, yaxud 13 aydan ibarət 24 illik təqvim stilindən istifadə olunurdu. Bu stildə 15 il 12 aydan, 9 il isə 13 aydan ibarət idi. Lakin Məhəmməd peyğəmbər tərəfindən 13-cü aylar ləğv edildi. Əsas isə Quranın bu ayəsi idi: إِنَّ عِدَّةَ الشُّهُورِ عِندَ اللّهِ اثْنَا عَشَرَ شَهْراً فِي كِتَابِ اللّهِ يَوْمَ خَلَقَ السَّمَاوَات وَالأَرْضَ مِنْهَا أَرْبَعَةٌ حُرُمٌ (Həqiqətən, Allah yanında, Allah kitabında ayların sayı göyləri və yeri yaratdığı gündən on iki aydır).. Hicri-qəməri təqvimində illər hicrətin başladığı gündən — 16 iyul 622-ci il tarixdən nömrələnir. Təqvimdə 0-cı il yoxdur; 1-ci il, yaxud hicri erası 16 iyul 622-ci il tarixində başlayır.
Məczub Təbrizi
Məczub Təbrizi — şair. Şərəfəddin Mirzə Məhəmməd Məczub Təbrizi haqqında Vəliqulu bəy Şamlu "Qisəsi-Xaqani" adlı təzkirəsində yazır:"Onun əsli təbrizlidir. Şairlik fənnində böyük ustaddır. Fəzilət ehsanı süfrəsindən tam bəhrəsi var. Çox fəsahətli və bəlağətli olduğundan nəzm və nəsr gülüstan və bustanının qəzəlxan bülbülüdür. Qəzəldə Xacə Hafiz Şirazinin yolu ilə getdiyini bildirir. Təxminən üç min beytlik "Şahrahi-nicat"adlı məsnəvisi var. Onun toplanmış beytlərinin sayı on mindən artıqdır". Məczubun təvəllüd tarixi məlum deyil. Bir rübaidən aydın olur ki, o,1682-ci ildə vəfat etmişdir.
Nəşə Təbrizi
Nəşə Təbrizi (XVII əsr, Təbriz – 1775, Təbriz) — XVIII əsrdə Təbrizdə doğulub yaşamış azərbaycanlı şair. O, həm də Nadir şahın saray şairi olub. Əbdürrəzzaq Nəşə Təbrizi XVII əsrin sonunda Təbriz şəhərində anadan olub. Qaraqoyunlu Cahanşahın nəslindən olub. Nadir şahın yürüşlərində iştirak edib. Nəşə Təbrizi Nadir şahın saray şairi olub. Azərbaycan və fars dillərində qəzəllər yazırdı. Saib Təbrizinin davamçısı, "hind üslubu"nun nümayəndəsi olub. Bir çox qəsidələri Nadir şahın göstərişi ilə müəyyən tarixi hadisələrə həsr edilib. 1743-cü ildə Nadir şah İmam Əlinin İraqın Nəcəf şəhərində olan türbəsinin günbəzini bərpa edərək minarəsi ilə birgə qızıllayanda şair Azərbaycan türkcəsində bu hadisəyə şeir həsr edir.
Porqəm Təbrizi
Porqəm Təbrizi Azərbaycanın 13-cü əsr (Hicri Şəmsi) şairlərindandir ki, Təbriz şəhərində dünyaya gəlib və Azərbaycan, və fars dillərində şeirlər yazıb.