Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Neqativ
Neqativ (latın:negativum (negativus) – mənfi) — ağ-qara,dəfedici 1)fotoqrafiya və kinematoqrafiyada çəkilmiş obyektinin metallik gümüş zərrəcikləri təbəqəsində yaranan əks (qara hissələrin – ağ, ağ hissələrin – qara) təsviri. Rəngli neqativdə isə hər rəng obyekt hissəsi rənginə uyğun tamamlayıcı rənglə ifadə olunur. Məsələn: sarı göylə, mavi qırmızı ilə və s. Neqativ pozitivə çevrildikdə rənglər bərpa olunur. == Ədəbiyyat == R.Əliquliyev, S.Şükürlü, S.Kazımova. Elmi fəaliyyətdə istifadə olunan əsas terminlər. Baki, İnformasiya Texnologiyaları, 2009, 201 s. ASE, VII cild, Bakı, 1983. səh. 181.
Tərcümədə Təşkilatlanma
=== Tərcümədə Təşkilatlanma === Hal-hazırkı mənbələrə əsasən dünyada qeydə alınmış 300 minə yaxın rəsmi tərcüməçi vardır. Qeyri-rəsmi məlumatlara əsasən isə bu rəqəmin daha da yüksək olduğu qeyd olunur. Bu sayın günü-gündən artdığı heç kimdə şübhə yaratmır. Bəs bu qədər tərcüməçi harda və necə təşkilatlanır? Topladığım məlumatlara istinadən deyə bilərəm ki, dünya üzərində yüzlərlə tərcümə təşkilatları, assosiasiyaları mövcuddur. == Beynəlxalq Tərcüməçilər Federasiyası == Beynəlxalq Tərcüməçilər Federasiyası Federation of Translators) dünyada üzvlərinin sayına , heyata keçirdiyi tədbirlərə və reytinginə görə tərcüməçilərin ən böyük təşkilatıdır. Dünya üzərində 55-dən çox ölkənin tərcümə təşkilatlarının təmsil olunduğu federasiyanın baş ofisi İsveçrədə yerləşir. Federasıyanın üzvü olan tərcüməçilərin sayı isə 80.000-dən artıqdır. Federasiyanın əsas məqsədləri arasında tərcüməçiləri bir araya toplamaq, onların hüquqlarını müdafiə etmək, tərcüməçilər üçün xüsusi təlimlər keçirmək yer alır. Hər 3 ildən bir beynəlxalq iclas keçirən federasiyanın növbəti iclası 2014-cü ildə Almanyada baş tutacaq.
Neqativ azadlıq
Neqativ azadlıq (mənfi azadlıq) — başqalarının zorakı müdaxilələrindən azad olmaq kimi xarakterizə olunur və fərdin cəmiyyət içindəki sosial sistemin sinifçilik, cinsiyyətçilik və ya irqçilik kimi məhdudiyyətlərindən azadlığı olaraq təyin olunan müsbət azadlığa qarşı istifadə olunur. Mənfi azadlıq konsepsiyası onu liberalizm və klassik liberalizmin sosial liberalizmdən (ABŞ-də qısaldılmış bir ad da istifadə edirlər - liberalizm) və sosial demokratiyadan fərqləndirən mərkəzi ideyasıdır.Mənfi və pozitiv azadlığın fərqi İsayya Berlin tərəfindən "İki Azadlıq Konsepsiyası" adlı mühazirəsində təsvir edilmişdir. Berlin üçün bu fərq siyasi ənənə ilə sıx bağlıdır. Mənfi azadlıq anlayışı Con Lokk, Tomas Hobbs, Adam Smit, Ceremi Bentam kimi İngilis filosofları ilə, müsbət azadlıq isə Karl Hegel, Jan Jak Russo, İohann Qottfrid Herder və Karl Marks kimi qitə mütəfəkkirləri ilə əlaqələndirilir. Berlinə görə == Haqqında == İsayya Berlin iki əsas azadlığı müəyyən etdi. "Mən heç kimin köləsi deyiləm" kimi bir açıqlama Berlin mənfi azadlığın, yəni başqa bir şəxsin birbaşa müdaxiləsindən azad olmağın səciyyəvisi kimi xarakterizə etdi. Bunun əksinə olaraq, Berlin müsbət azadlığa xas olan “Mən öz ağam” ifadəsini, həyatda öz yolunu seçmək azadlığı barədə bir ifadəni istifadə etdi.Çarlz Teylor, mənfi azadlığın, bir şəxs xarici qüvvələrin əsarətində olmadığı və dövlət qaynaqlarına bərabər şəkildə çıxışı olduğu halda (vaxtınızı necə keçirməsinə qərar verməsindən asılı olmayaraq) mənfi azadlıq qazandığı zaman “fürsət-konsepsiya” fikrini izah edir. Taylor, müsbət azadlığın "həyata keçirmə konsepsiyası" («opportunity-concept») üzərində dayandığını iddia edir: müsbət azadlığa sahib olmaq, fərdin daxildə sərbəst olması və özünə uyğun şəkildə hərəkət edə bilməsi mənasını verə bilər. Fərz edək ki, varlı və nüfuzlu bir şəxs də narkotik aludəçisidir. Teylora görə çox mənfi azadlığa sahib ola bilər, amma çox az müsbət azadlığa sahib ola bilər.
Məcburi yerdəyişmə
Məcburi yerdəyişmə, məcburi köç və ya məcburi miqrasiya — bir şəxsin və ya insanların öz evindən və ya doğma bölgəsindən kənara məcburi və ya zorakı formada köçməsi. Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı "məcburi yerdəyişmə"yə belə tərif vermişdir: "təqib, münaqişə, ümumiləşdirilmiş zorakılıq və ya insan hüquqlarının pozulması nəticəsində yerdəyişmə".Məcburi yerdəyişmə Avropa miqrant böhranından bəri beynəlxalq müzakirələrdə və siyasətdə diqqəti cəlb edir. Bu, o vaxtdan məcburi miqrasiyanın Avropadan kənarda təsirə məruz qalmış bölgələrə təsirlərinin daha çox nəzərə alınması ilə nəticələnmişdir. Müxtəlif beynəlxalq, regional və yerli təşkilatlar məcburi miqrasiyanın qarşısını almaq və onun təsirini azaltmaq üçün əvvəlki yerli bölgələrdə, eləcə də qəbul və ya təyinat bölgələrində yanaşmalar hazırlayır və həyata keçirir. Bundan əlavə, insanların fəaliyyəti nəticəsində baş vermiş məcburi miqrasiya hadisələrinin baş verməsində iştirak edənlərin təqib edilməsi üçün sübutların toplanması üçün bəzi əməkdaşlıq səyləri göstərilir. 2022-ci ildə dünyada təqribən 100 milyon insan məcburi miqrant vəziyyətinə düşmüşdür, onların əksəriyyəti dünyanın cənub hissəsindəndir. == İstinadlar == == Əlavə ədəbiyyat == Betts, Alexander: Forced Migration and Global Politics. Wiley-Blackwell. James, Paul. "Faces of Globalization and the Borders of States: From Asylum Seekers to Citizens".
Qırmızı yerdəyişmə
Qırmızıya sürüşmə — elektromaqnit şüalanmasının tezliyinin azalması, Dopler effektinin təzahür formalarından biri. Spektrin görünən hissəsindəki xətlərin spektrin qırmızı ucuna doğru sürüşməsi. Başqa tezlikli, məsələn radiotezlikli şüalanmalarda da müşahidə olunur. Qırmızıya sürüşmə termini kosmoloji qırmızıya sürüşmə və qravitasiya qırmızıya sürüşməsi mənasında işlədilir. Kosmoloji qırmızıya sürüşmə bizdən çox uzaq olan mənbələrin (qalaktikalar, kvazarlar və s.) şüalanma tezliyinin azalmasıdır. İlk dəfə 1914-cü ildə müşahidə edilmişdir. Qırmızıya sürüşmə bir neçə qalaktika istisna olmaqla (bunlarda şüalanmanın tezliyi artır, mavi və ya bənovşəyi yerdəyişmə baş verir) bütün qalaktikalarda müşahidə olunur və onun qiyməti bütün tezliklər üçün qalaktikanın müşahidə edildiyi istiqamətdən asılı deyil. Qırmızıya sürüşmə spektr xəttinin tezliyinin nisbi dəyişməsi (z) ilə xarakterizə olunur və qalaktikaya qədər məsafə ilə düz mütənasibidir: Δz=Δλ / λ =Hr / c (Habbl qanunu). Burada, r – qalaktikaya qədər məsafə, c – işıq sürəti, H – Habbl sabitidir (kainatın genişlənmə sürətini xarakterizə edir, ilk yaxınlaşmada istiqamətdən asılı deyil). Qalaktikanın spektrindəki qırmızıya sürüşməni ölçərək Habbl qanununa əsasən həmin qalaktikaya qədər məsafəni təyin etmək olur.
Yerdəyişmə (dəqiqləşdirmə)
Yerdəyişmə (film, 1983) — 1983-cü ildə ABŞ-də istehsal edilmiş film
Yerdəyişmə amplitudu
Yerdəyişmə am­plitudu– (rus. амплитуда смещения, ing. amplitude of dislocation) qırılma pozulmanın qanadlarında yerləşən, orta nöqtələr arasındakı, yerdəyişmə boyu mə­safə.
Üfüqi yerdəyişmə
Üfüqi yerdəyişmə – (rus. сдвиг, ing. shear-fault) geologiyada süxur qatlarının bir- birinə nisbətən qırılma boyu üfqi istiqamətdə yerdəyişməsi. Yerdəyişmənin sağ və sol, uyğun, qeyri- uyğun, kön­dələn, uzununa və strukturaya nis­bətən çəp növləri vardır.
Yerdəyişmə (film, 1983)
Yerdəyişmə (ing: Trading Places) — 1983-cü ildə rejissor Con Landis tərəfindən çəkilmiş və Timothy Harris və Herschel Weingrod tərəfindən ssenarisi yazılmış Amerika komediya filmidir. Baş rollarda Den Aykroyd, Eddi Merfi, Ralf Bellami, Don Ameçe, Denholm Elliott və Ceymi Li Kertis çəkilib. Film yüksək səviyyəli bir əmtəə brokerinin (Aykroyd) və yoxsul bir küçə fırıldaqçısının (Merfi) hekayəsindən bəhs edir, onların həyatları fərqində olmadan hər bir insanın həyat şəraitləri dəyişdirildikdə necə rəftar edəcəklərini yoxlamaq üçün əvvəlcədən hazırlanmış mərcin mövzusuna çevrilir.
Yerdəyişmə (film, 2019)
Yerdəyişmə (Fransızca: Mon inconnue; Mənim qəribim) — rejissor Hyu Gelin tərəfindən çəkilmiş 2019-cu il istehsalı olan fransız romantik komediya filmidir. Aktrisa Edit Skobun rol aldığı son filmdir Dünya premyerası 18 yanvar 2019-cu ildə baş tutmuşdur. == Süjet xətti == Rafael Ramis məşhur yazıçıdır. Kollecdə o, ilhamverici Olivia ilə tanış olur - qız ona populyarlıq gətirən ilk romanının qəhrəmanının prototipinə çevrilir. Evlənirlər və birlikdə xoşbəxt yaşayırlar. Pianoçu kimi böyük bir gələcək vəd verən Olivia əri üçün karyerasını yarımçıq qoyur və piano müəllimi olmağı seçir. Bir axşam yazıçı sonunda baş qəhrəmanını öldürdüyü birinci kitabının davamını bitirir. Elə həmin axşam cütlük böyük dava edir. Güclü qar fırtınasından sonra Rafael paralel dünyada oyanır. Qəhrəman heyrətlə özünün əsl qadın düşkünü olduğunu kəşf edir.
Yerdəyişmə, yerini dəyişmə (İnformatika)
Yerdəyişmə, yerini dəyişmə (ing. move, ru. перемещение) - informasiyanın bir yerdən başqa bir yerə verilməsi. Əməliyyatdan asılı olaraq yerdəyişmə kompüterin yaddaşında yerləşmiş verilənlərə, yaxud verilənlər faylında olan mətnə və ya görüntüyə aid ola bilər. Məsələn, proqramlaşdırmada move deyimi tək qiyməti bir yaddaş sahəsindən başqasına verə bilər. Digər tərəfdən, tətbiqi proqramlarda yerdəyişmə komandası mətnin bir hissəsini sənədin bir yerindən başqa bir yerinə köçürə bilər. İnformasiyanı təkrarlayan köçürmə – kopiyalama (COPY) prosedurundan fərqli olaraq, yerdəyişmə zamanı informasiya ilkin yerindən uzaqlaşdırılır. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov), “İnformatika terminlərinin izahlı lüğəti”, 2017, “Bakı” nəşriyyatı, 996 s.
Type O Negative
Type O Negative — Amerikalı gothic metal qrupu. Musiqi və ifaləri tamamən qaranlıq dünyadan ibarətdir. Qara yumor, depressiyadan, ölüm və məhəbbət mövzusunun yazılmış musiqiləri ilə seçilirdilər. Ona görə də kollektivi "The Drab Four" ("darıxdırıcı dördlük") adlandırırdılar. == Haqqında == 1989-cu ildə Piter Stil (bas, vokallar), Kenni Hiki (gitara, vokallar), Coş Silver (sintezator), və Sal Abruskato (baraban) tərəfindən Bruklin, Nyu-York, Amerika yaradılmışdır. Qrupun ilk debüt "Slow, Deep and Hard" albomu 1991-ci ildə Roadracer Records ilə birgə nəşr edilmişdir. 1992-ci ildə isə qrup yenidən "The Origin of the Feces (Not Live at Brighton Beach)" adlı ikinci albom nəşr etdi. 1993-cü ildə onlar "Bloody Kisses" adlı üçüncü albomlarını Roadracer Records ilə birgə nəşr etdilər. Bu albom onlar üçün böyük uğurlar qazandırdı, və onlara Amerikada Platinum statusunu qazandılar. Bu albomun trekləri MTV və VH1 telekanalların da gündə yayımlanırdı.
Neqotin
Neqotin (serb. Неготин) — Serbiyanın şərqində yerləşən şəhər. Neqotin icmasının inzibati mərkəzi. Neqotin Serbiyanın Rumıniya və Bolqarıstan arasında olan sərhədə yaxın ərazidə yerləşir. Şəhərin əhalisi 16,882 nəfərdir (2011). == Demoqrafiya == == Tarixi == İlk dəfə XVI əsrdə 1530-cu ildə qeyd edilmişdir. 1804-cü ildə buradan Osmanlı imperiyasına qarşı ilk Serb üsyanı başladı. == Görməli yerləri == Neqotin pivə saxlama zirzəmiləri Serbiyadakı YUNESKO-nun Dünya İrsi Siyahısına əlavə olunmuşdur.
Tərcüməçi
Tərcüməçi — Bir dildən başqa dilə tərcümə etməklə məşğul olan adam; mütərcim.
Necati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. == Həyatı == Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Tərcümə
Tərcümə — fikrin bir dildən digər dilə eyni məzmunda verilməsi. İlk dövrlərdə tərcümə ancaq insanlar tərəfindən edilirdi. Sonradan tərcümə maşın (ing. MT — Machine Translation) və kompüterdən istifadə edilməklə (ing. CAT — computer aided translation) edilməyə başlandı. Bu zaman onun keyfiyyəti insan tərcüməsindən çox geri qalır. Tərcümədə məqsəd ilkin materialla maksimum oxşarlıq təşkil etməkdir. Ancaq dillərin xüsusiyyəti, mədəniyyət fərqi və elmi terminlərin yayılması dərəcəsi tam tərcüməyə imkan vermir. Tərcümələr "şifahi" və "yazılı" tərcümələrə bölünür. Poetik tərcümə, yəni bir dildə yazılmış şeirin digər dildə bənzərini yaratmaq tərcümənin ən çətin növlərindən hesab olunur.
Maşın tərcüməsi
Maşın tərcüməsi (ing. machine translation, rus. машинный перевод) — lüğətlər və tərcümə qaydaları toplusu əsasında mətnin bir dildən başqa bir dilə avtomatik çevrilməsi texnologiyası. Kompüterlərdən tərcümə üçün istifadə olunması ideyası 1947-ci ildə, ilk kompüterlərin yaranmasından dərhal sonra ABŞ-də irəli sürülüb. Maşın tərcüməsinin (Corctaun eksperimenti) ilk ictimai nümayişi isə 1954-cü ildə olub. Həmin sistem nə qədər primitiv olsa da (250 sözdən ibarət lüğət, 6 qaydadan ibarət qrammatika, bir neçə cümlənin tərcüməsi), eksperiment geniş resonans yaratdı: ADR-də, AFR-də, Bolqarıstanda, Çində, Fransada, İngiltərədə, İtaliyada, SSRİ-də, Yaponiyada bu istiqamətdə tədqiqatlara başlanıldı. Tərcümənin keyfiyyəti ilkin mətnin mövzusundan və üslubundan, eləcə də aralarında tərcümənin aparıldığı dillərin qrammatik, sintaktik və leksik qohumluğundan asılıdır. Bədii mətnlərin maşın tərcüməsinin keyfiyyəti, demək olar ki, həmişə qaneedici olmayıb. Texniki mətnlərdə isə azacıq redaktəyə ehtiyacı olan tərcümələr almaq mümkündür. Fəqət mükəmməl maşın tərcüməsi sisteminin yaradılması yarım əsr bundan öncə olduğu kimi, yenə də arzu olaraq qalır.
Poetik tərcümələr
"Poetik tərcümələr" – orijinaldan tərcümə olunmuş və orijinal ilə birlikdə verilmiş şeirlər-tərcümələr kitabı. Xəzər Universiteti Nəşriyyatı nda işıq üzü görmüş bu toplunun redaktoru və kitaba daxil edilmiş "Poetik tərcümələr" məqaləsinin müəllifi Hamlet İsaxanlı dır. == Məqsəd və ideya == Bu toplu bir tərəfdən ingilis, fransız və rus dilindən azərbaycancaya, digər tərəfdən isə azərbaycancadan ingilis və fransız dillərinə poetik tərcümələrdən ibarətdir. Kitabda bu dillərdə yazmış 43 şairin 23 tərcüməçi tərəfindən 117 şeiri tərcümə olunmuş və onlar şeirlərin orijinalları ilə birlikdə verilmişdir. "Poetik tərcümənin orijinal mətnlə yanaşı, ona paralel olaraq verilməsi fikri bu toplunun əsas xüsusiyyətlərindən biridir. Bu paralellik hər iki dili bilənlərə tərcüməni orijinalla müqayisə edərək oxumağa imkan verir, həmçinin kitabın tədqiqat və tədris istiqamətində faydalı olacağına ümud yaradır" ..."Davamlı tərcümə layihəsi kimi nəzərdə tutduğumuz bu işin birinci addımında peşəkar şair və tərcüməçilərlə yanaşı həvəskarlara da yer ayırmışıq" (Hamlet İsaxanlı. "Ön söz") == İngilis dilindən azərbaycan dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən ingilis şairləri aşağıdakılardır: Walter Raleigh Christopher Marlowe William Shakespeare Robert Herrick William Blake Walter Scott Thomas Campbell George Gordon Lord Byron Percy Bysshe Shelley Henry Wadsworth Longfellow Edgar Allan Poe Mathew Arnold J.B.O'reilly William Buttler Yeats Rudyard Kipling Langston Hughes Sidney Keyes Eric Clapton and Jim Gordon Tina Arena Howard Barnes W.E.Hawkins Bu şeirləri ingiliscədən azərbaycancaya tərcümə edənlər: Şəhla Nağıyeva Ənvər Rza Hamlet İsaxanlı Mərufə Mədətova Firəngiz Nəsirova Sevil Gültən Vahid Ərəb Şahin Xəlil == Fransız dilindən azərbaycan dilinə tərcümə == Kitabda şeiri orijinalda və Azərbaycancaya tərcümədə verilən fransız şairi: G.de Nerval Fransızcadan Azərbaycancaya tərcümə edən: Hamlet İsaxanlı == Rus dilindən azərbaycan dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Azərbaycancaya tərcümədə verilən rus şairləri aşağıdakılardır: В.А.Жуковский Е.А.Баратынский Ф.И.Тютчев А.А.Фет Н.С.Гумилёв А.А.Ахматова С.А.Есенин Алла Ахундова Мансур Векилов Şeirləri rus dilindən azərbaycancaya tərcümə edənlər: Hamlet İsaxanlı Knyaz Aslan Nəriman Həsənzadə == Azərbaycan dilindən ingilis dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Ingiliscə tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır: Cəfər Cabbarlı Hüseyn Arif Bəxtiyar Vahabzadə Əli Kərim Məmməd Araz Hamlet İsaxanlı Zəlimxan Yaqub Şeirləri azərbaycan dilindən ingiliscəyə tərcümə edənlər: Firəngiz Nəsirova (Firangiz Nasirova) Şəhla Nağıyeva və Piter Makuk (Shahla Naghiyeva and Peter Makuck) Şəhla Nağıyeva və Lyuk Visnant (Shahla Naghiyeva and Luke Whisnant) Şəhla Nağıyeva və Culi Fey (Shahla Naghiyeva and Julie Fay) Sabir Mustafa (Sabir Mustafa) == Azərbaycan dilindən rus dilinə tərcümələr == Kitabda müxtəlif sayda şeirləri orijinalda və Rusca tərcümədə verilən Azərbaycan şairləri aşağıdakılardır: Səməd Vurğun Əli Kərim Hamlet İsaxanlı Gülnarə Cahan İslam Türkay Nizami Elyanar Şeirləri azərbaycan dilindən ruscaya tərcümə edənlər: Tofiq Abasquliyev (Тофиг Абаскулиев) Dinarə Karakmazli (Динара Каракмазли) Alla Axundova (Алла Ахундова) Gülnarə Cahan (Гюльнара Джахан) Vyaçeslav Zaycev (Вячеслав Зайцев) Səyavuş Məmmədzadə (Сеявуш Мамедзаде) Vladimir Qafarov (Владимир Гафаров) == "Poetik tərcümə. Məhdud çərçivələr içində xoş ahəng və gözəllik axtarışı" == "Bu sətirlərin müəllifinin bu kitaba poetik tərcümə haqqında giriş sözü yazmaq və bu girişdə qısa tarixi ekskurs etmək fikri ilkin çərçivədən çıxaraq iri həcmli məqalə halına gəldi" (Hamlet İsaxanlı. "Ön söz") == Mənbə == "Poetik tərcümələr". 1-ci toplu.
Necati Şaşmaz
Məhəmməd Necati Şaşmaz (türk. Muhammed Necati Şaşmaz; 15 dekabr 1971, Elazığ) — Türkiyə aktyoru, ssenaristi, prodüseri və iş adamı. Qurdlar Vadisi seriasında canlandırdığı Polad Ələmdar personajı ilə tanındı. == Həyatı == Zaza əsillidir. Əbdülqədir — Sahil Şaşmaz cütlüyünün oğludur. Raci Şaşmaz və Zübeyr Şaşmaz adında 2 qardaşı var. Əsl peşəsi turizmçilikdir, ibtidai və orta təhsilini tamamladı. Universitetə daxil ola bilməyincə, əvvəl Kanadaya, sonra ABŞ-yə getdi. Amerikada 6 il yaşadıqdan sonra, işləmə və daimi yaşama icazəsi verən qrin kart aldı. Hərbi xidmətini İzmit zəlzələsindən sonra ödənişli olaraq Kütahyada etdi.
Zəhra Nemati
Zəhra Nemati (30 aprel 1985, Kirman, İran) — İranlı oxatan. Zəhra Nemati İranı 2012-ci ildə Paralimpiya Oyunlarında təmsil etdi və biri qızıl, digəri gümüş medal olmaqla iki medal qazandı. O, həmdə İranı 2016-cı ildə Olimpiya Oyunları və Paralimpiya Oyunlarında təmsil etdi. Olimpiya Oyunlarında uğursuz çıxış etsə də, Paralimpiya Oyunlarında iki qızıl və bir gümüş medal qazandı. O, həmçinin 2016-cı ilin Olimpiya Oyunlarının açılış mərasimində İran bayrağını apardı.
Necati Ateş
Necati Ateş (3 yanvar 1980, İzmir) — Türkiyənin keçmiş futbolçusudur. == Karyera == === Klub karyerası === Uşaqlıq illərinin bir hissəsini Almaniyada keçirən Necati 14 yaşında ailəsi ilə birlikdə Türkiyəyə qayıdıb. O, məmləkəti İzmirdə Narlıdere Esnafsporun akademiyasında futbol oynamağa başlayıb. Üç il burada oynadıqdan sonra İzmirin güclü komandalarından olan Altayın akademiyasına transfer oldu. Burada əsasən PAF komandasında çıxış etsə də, ilk mövsümündən A komandasında məşqlərə başlayıb və 16 dekabr 1997-ci ildə İstanbulspor ilə Türkiyə kuboku matçında Ömər Pehlivanı 46-cı dəqiqədə əvəzləyərək ilk rəsmi matçını Altayda keçirib. 18 yanvar 1998-ci ildə "Bursaspor" la oynanan Super Liqa matçının 56-cı dəqiqəsində oyuna sonradan girərək birinci liqa oyununa çıxdı. O, yaşı az olmasına baxmayaraq, Altayda ilk mövsümündə 8 yarışda iştirak edib və bu yarışlarda iki qol vurub. Sonrakı iki mövsüm Altayda o qədər də müsbət keçmədi və iki mövsümdə 14 yarışda iştirak edə bildi. O, Altaydakı 3-cü mövsümünün fasiləsindən mövsümün sonuna kimi "Aydınspor" a icarəyə verilib. Mövsümün sonunda Altay'a qayıtdıqdan sonra Altay 1.
Reza Deqati
Reza Deqati (26 iyul 1952, Təbriz) — Milli Coğrafiya Cəmiyyətinin Reza ləqəbi ilə tanınan Azərbaycan əsilli fransız fotoqrafı, humanist. == Həyatı == Reza Deqati 1952-ci il 26 iyul tarixində Təbrizdə azərbaycanlı ailəsində dünyaya gəlib. İlk şəklini 14 yaşında çəkən Reza bu fotosunu məktəbdə fəaliyyət göstərən Pərvaz adlı jurnalda yayımlayıb. Daha sonra Tehran Dövlət Universitetində Memarlıq üzrə təhsilini davam etdirən Reza burada fotolar çəkib yaymağa davam edir. Öz fəaliyyətinə görə 22 yaşında şah rejimi tərəfindən 3 il müddətində həbs olunaraq 5 ay işgəncələrə məruz qalır. Həbsdən çıxdıqdan sonra memarlıq təhsilini yarımçıq qoyaraq fotoqraflığa başlayır. Fəaliyyətə İran İnqilabını çəkməklə başlayır. Tezliklə çəkdikləri şəkillər dünyanın bir yerində yayımlanır. Tezliklə o Newsweek jurnalı ilə müqavilə imzalayır. 1979-cu il, 4 noyabr tarixində iranlı tələbələrin Tehranda ABŞ səfirliyində 66 amerikalı daxil olmaqla 99 nəfəri girov götürdükləri vaxt səfirlikdə olan tək jurnalist o olur.
İsa Necati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. == Həyatı == Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Avtorizə tərcümə
Avtorizə tərcümə — müəllif tərəfindən bəyənilmiş və ya onun razılı ilə edilmiş tərcümə. Müxtəlif ölkələrin qanunvericiliyində bu sahə haqqında fərqli-fərqli hissələr var.
Bədii tərcümə
Bədii Tərcümə– ədəbi yaradıcılıq növü, bir dildə olan əsərin başqa dildə təcəssümü. B.t. tərcümə olunan əsərin obrazlar düzümünü başqa dilin ifadə vasitələri ilə ekvivalent ifadə etmək kimi mürəkkəb yaradıcılıq prosesidir. O, orijinal yaradıcılıqdan tərcümə obyektindən asılı olması ilə fərqlənir.B.t. sahəsində qədimdən bir-birinə zidd iki baxış hökm sürür: orijinalın mətninə yaxınlıq; oxucuların bədii qavrayışına yaxınlıq. Hər iki təmayülün dialektik vəhdəti daha səmərəli olur. Tərcümə olunan əsərin dilini bütün incəlikləri ilə, həmçinin ədəbi ana dilini dərindən bilmək, əsərdə haqqın da bəhs olunan ölkənin, xalqın həyatına, tarixinə və ədəbiyyatına, milli psixologiyasına və mənəviyyatına, tərcümə olunan müəllifin bütövlükdə yaradıcılığına bələd olmaq B.t.-nin əsas şərtlərindəndir.Azərbaycanda Bədii tərcümənin tarixi qədimdir.Orta əsrlərdə bir sıra əsərlər fars dilindən Azərbaycan dilinə (15 əsrdə Əhmədi təxəllüslü şair-tərcüməçi F. Əttarın “Əsrarnamə”, Şeyx Əlvan Şirazi Mahmud Şəbüstərinin “Gülşəni-raz”, M. Füzuli Ə. Caminin “Hədisi-ərbəin” əsərini) tərcümə olunmuşdur. Orta əsrlər də bir sıra nəsr əsərləri də Azərb. dilinə tərcümə edilmişdir:Məhəmməd ibn Hüseyn Nişatinin “Rövzət üş-şühəda” (Vaiz Kaşifi, “Şəhidlərbağı”) əsərinin “Şühədanamə” adı ilə tərcüməsi, eləcədə onun “Şeyx Səfi təzkirəsi” adlı tərcümə əsəri. 19 əsrin əvvəllərin də Əvəz Əli ibn Səfiqulu “Kəlilə və Dimnə”ni Azərb.
Google Tərcümə
Google Tərcümə - (İngiliscə: Google Translate), İnternet səhifələrini, mətnləri və ya yükləmiş olduğunuz sənədləri pulsuz tərcümə edən bir vasitədir. Google tərəfindən təmin olunur. İlk olaraq 28 Aprel 2006 tarixində, Ərəb ilə İngilis arası tərcümə edərək xidmətə girmişdir. 20 milyard söz ehtiva edən Birləşmiş Millətlər Təşkilatının sənədləri üzərində öyrədilən bir proqramdır. Google Tərcümə 103 fərqli dil arasında anında tərcümə edən pulsuz bir tərcümə xidmətidir. Sözləri, cümlələri və veb səhifələri dəstəklənən dillərin bütün kombinasiyalarını çevirə bilər. Xüsusiyyətləri - Google Tərcümə, mətn, nitq, şəkil, sayt və ya real vaxt video daxil olmaqla bir çox mətn və media formatını bir dildən digərinə çevirə bilər. Müxtəlif səviyyələrdə 100-dən çox dili dəstəkləyir və 2013-cü ilin May ayına görə gündə 200 milyondan çox insana xidmət göstərir. Bəzi dillərdə Google Tərcümə, tərcümə edilmiş mətni tələffüz edə bilər, mənbə və hədəf mətndə müvafiq söz və ifadələri vurğulayır və tək söz daxil etmək üçün sadə bir lüğət kimi çıxış edə bilər. "Dili aşkar et" seçilsə, naməlum dildə mətn avtomatik olaraq müəyyən edilə bilər.
Nəbati
Seyid Əbülqasim Nəbati (1812, Üştibin, Şərqi Azərbaycan ostanı – 1873, Üştibin, Şərqi Azərbaycan ostanı) — XIX əsr Cənubi Azərbaycan ədəbiyyatının nümayəndəsi. Həyat və yaradıcılığı ilə bağlı müxtəlif ziddiyyətli fikirlər var. == Həyatı == Əbülqasim Nəbati Cənubi Azərbaycanın Qaradağ vilayətinin Dizmar mahalının Üştibin qəsəbəsində ruhani ailəsində anadan olmuşdur. Onun əsli qədim dövrlərdən bəri Ərəbistanda, İranda və Azərbaycanda geniş yayılmış Nəbatilər tayfalarındandır. Atası Seyid Mir Yəhya Möhtərəm Üstibində və yaxın kəndlərdə dərvişlik edir, müxtəlif islami əqidələri yayırdı. Nəbati ilk təhsilini atasından almış, klassik poeziyanı, xüsusilə Hafiz yaradıcılığını və Şərq təsəvvüf ideyalarını dərindən öyrənmişdir. Yeniyetmə çağlarından atasına qoşulub qələndərlik edən Nəbati Azərbaycanın çox yerlərini piyada gəzib dolaşmışdır. Şeirlərindəki bioqrafik işarələrdən məlum olur ki, o, Qaracadağdan başqa Qarabağda-Əsgəranda, Ağdamda, Hindarxda və Muğanda, Salyanda, Lənkəranda, Təbrizdə, Xorasanda olmuş, bu yerlərin ədəbi-mədəni həyatı ilə maraqlanmışdır. Nəbati 1873-cü ildə Üştibində vəfat etmiş və orada kənd qəbristanlığında dəfn edilmişdir. == Yaradıcılığı == Nəbati "Məcnun", "Məcnunşah", "Xançobanı" təxəllüsləri ilə yazmışdır.
Nəcati
İsa bəy Nəcati (bilinmir, Ədirnə – 27 mart 1509) — türk divan şairi. == Həyatı == Nəcatinin doğum tarixi məlum deyil. Təzkirələrə görə o, ədirnəlidir. Nəcatinin əsil adı İsadır. Lətifi təzkirəsinə görə o, Abdulla oğludur. Rus tədqiqatçıları onun İzmitdə doğulduğunu qeyd edirlər. Onu Ədirnədə dul bir qadın böyüdüb, Saili adlı bir şair isə onun istedadının parlamasında rol oynayıb. Lətifi də onun Ədirnədə Saili adlı şairin yetişdirməsi olduğunu qeyd edir. Onun yetişdiyi və şöhrət qazandığı yer Kastamonudur. O, Ədirnədən Kastamonuya gəlib, öz şairliyi ilə məşhurlaşandan sonra İstanbula, sultan Məhəmməd Fatehin sarayına dəvət olunub.
Tərcümeyi-hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Tərcümeyi hal
Bioqrafiya və ya tərcümeyi-hal — bir şəxsin doğum tarixi, atasının, anasının kimliyi, aldığı təhsili, ümumi həyatının mənbələri haqqında konkret məlumatlardan ibarət olan adətən qısa mətn.
Nəbati ornamentlər
Nəbati ornamentlər – Gül, yarpaq, budaq kimi təbiət formalarından ibarət olan naxışlar. Bu ornamentlər həndəsi ornamentlərdən sonra ən geniş yayılmış ornamentlərdir. Nəbati ornamentlərin əsas elementi stilizə olunmuş bitki təsvirlərini təşkil etməsidir. Azərbaycanda nəbati naxışlar içərsində ən çox yayılmış naxışlar güllərdən (lalə, qızılgül, süsən, qərənfil və s.) və ağaclardan (nar, palıd, sərv və s.) ibarət olan naxışlardır. Nəbati naxışlardan Azərbaycanın sənət abidələrində geniş istifadə olunmuşdur. XV-XVIII yüzillərdə bu tipli bəzək elementləri özünün ən yüksək inkişaf mərhələsinə çatmışdır. Nəbati ornamentlər içərisində çox yayılmış kompozisiyalardan biri “İslimi” adı ilə geniş şöhrət tapmış naxış ünsürüdür. Onun adı “buxar, buğ, istilik axını” mənasına gələn “islim” kəlməsindən qaynaqlanır. Bu nəbati bəzək motivi təkcə Azərbaycanda deyil, Yaxın və Orta Şərq xalqlarının ornamental sənətində də mərkəzi yer tutur. “İslimi” qəbilində olan bəzəklər adətən bəzədilən əşyanın kənarlarına haşiyə kimi vurulurdu.
Nəcati Tacan
İbrahim Nəcati Tacan (1895, İstanbul - 28 iyul 1958), Türk əsgər. == Həyatı və hərbi xidməti == General İbrahim Necati Tacan 1895-ci ildə İstanbulda anadan olub. 21 iyul 1914-cü ildə tələbə olarkən orduya qatıldı. 1915-ci ildə leytenant rütbəsi aldı. Müxtəlif bölmələrdə taqım komandiri, tabur köməkçisi və müəllim kimi xidmət etdikdən sonra 7 Noyabr 1921-ci ildə Anadoluya getdi və Milli Orduya qoşuldu. Müxtəlif bölmələrdə xidmət etmişdir. Kapitan rütbəsi ilə 28 Oktyabr 1923 - 6 Noyabr 1924 arasında Hərbi Akademiyada təhsilini tamamladı. 1925-ci ildə Hərbi Akademiyanı bitirmiş və 1928-ci ildə heyət üzvü olmuşdur. 1945-cü ilə qədər müxtəlif qərargahlarda və bölmələrdə xidmət etmişdir. 1945-ci ildə Tuğgeneral, 1947-ci ildə general-mayor, 1951-ci ildə general-leytenant, 1956-cı ildə isə tam general rütbəsinə yüksəldi.