Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tabaxmela
Tabaxmela ( gürc. ტაბახმელა ტაბახმელა) (gürcü dilində "quru göl" – Tba-göl, xmela-quru) — Gürcüstanda, Tbilisi yaxınlığında bir kənd. Tabaxmela 13-cü əsrdən bəri bilinir, 13-18-ci əsrlərdə Tabaxmela çarların bağ iqamətgahı idi. 1921-ci il 19-20 fevralda Tabaxmela kəndi yaxınlığında 11-ci Qırmızı Ordunun bölmələri ilə Gürcüstan hərbi məktəbinin müdavimləri arasında sərt döyüş baş verdi. Döyüşdə 510 nəfər müdavim və Milli Qvardiya döyüşçüləri 4 top və 6 pulemyot ilə müqavimət göstərərək, rus qoşunlarının qarşısını alıblar. Fevralın 24-də yenidən güclənərək, Tiflisə yaxınlaşan XI Qızıl Ordu Tiflisi işğal edib. Fevralın 24-də N. Jordaniya hökuməti Kutaisiyə təxliyə edildi. Tabaxmelada müdavimlər müqavimət göstərməyə davam edirdilər, onların cəmi 290 nəfəri qalmışdı. Gürcüstan qüvvələri geri çəkilmə əmri aldı. Sovet dövründə Tabaxmela, sakinləri əkinçilik, əsasən heyvandarlıq ilə məşğul olan böyük bir kənd oldu.
Tabaq
Tabaq — Azərbaycanda məişətdə işlədilən qab. Ağacdan hazırlanır və təknəyə nisbətən dayaz və yüngüldür. Xəmir yoğurmaq, çörək və s. ərzaq məhsulları saxlamaq üçün istifadə edilir. Həm əl üsulu ilə, həm də xüsusi dəzgahda düzəldilir. Azərbaycanda erkən orta əsrlərdən istifadə edildiyi məlumdur. Qonşu Şərq və Qafqaz xalqları arasında da geniş yayılmışdır. Keçmişdə Orta Asiya xalqlarında Tabaq dənəvər və səpələnən şeylərin (taxıl, un, qum və s.) ölçü qabı kimi də işlədilmişdir.
Tanax
Tanax (ibrani dilində תנַ"ךְ) – yəhudilərin Müqəddəs Yazılar toplusu. Bu Kitab xristianlar tərəfindən Əhdi-Ətiq adlandırılır və Bibliyanın birinci hissəsini təşkil edir. Tanax üç hissədən ibarətdir: Tövrat (תּוֹרָה Tora), Peyğəmbərlər (נְבִיאִים Nəviim) və Yazılar (כְּתוּבִים Kətuvim). Əslində, "TaNaX" sözü bu bölmələrin adlarının ilk hərflərinin qısaldılmış şəklidir. Xristianlara görə, Əhdi-Ətiq 39 əsərdən ibarətdir. Yəhudilər isə Tanaxın 24 kitabdan ibarət olduğunu deyirlər. Buna səbəb, yəhudilər bəzi əsərləri birləşdirmələridir. Nəticədə 39 deyil, 24 əsər alınır. Katoliklər, yəhudilər, pravoslavlar və protestantlar tərəfindən "qeyri-kanonik" sayılan 11 əsəri əlavə olaraq kanon kimi qəbul edirlər. Tanaxın ilk bölməsi olan Tövratda (תּוֹרָה Tora) kainatın və ilk insanın yaradılışından, Adəm peyğəmbərdən (ə), Habil və Qabildən, Nuh tufanından, Yusifin (ə) həyatından, Musanın (ə) fironla mübarizəsindən və onun yəhudiləri Misirdən çıxarmasından, yəhudilərin Allahla əhd bağlamaqlarından, haramlardan, halallardan və digər bir çox məsələlərdən bəhs olunur.
Tambax Muzeyi
Tambax Muzeyi — Keniyanın Tambax regionunda yerləşən muzeydir. Muzey keçmiş Rayon Komissarlığının iqamtgahına yerləşmişdir.
Mari Joy Tabal
Mari Joy Tabal (13 iyul 1989) — Filippinli marafonçu. Mari Joy Tabal Filippini 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Mari Joy Tabal birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Braziliyanın Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında marafon yarışlarında qüvvəsini sınadı və məsafəni 3 saat 2 dəqiqə 27 saniyəyə qət edərək 157 marafonçu sırasında 124-cü yeri tutdu.
Kuba-Taba dağı
Kuba-Taba (kab.-çərk. Къуэбэ-Тӏэбэ) — Mərkəzi Qafqazın ön dağlıq zonasında yerləşən dağ massivi. Massivin ən yüksək nöqtəsi eyni adlı Kuba-Taba zirvəsidir. Kabarda-Balkariya Respublikasının Baksan və Zolski rayonları arasından keçən inzibati sərhəd massivin suayrıcı xəttindən keçir. == Coğrafiyası == Kuba-Taba dağı Baksan rayonun şimal-qərb hissəində yerləşən tənha dağ massividir. Massivin daha yüksək hissəsi onun cənub hissəsidir. Şimala doğru hündürlük tədricən alçalır və Kuba kəndi yaxınlığında, Malka çayı yatağında itir. Kuba-Tobanın dəniz səviyyəsindən mütləq hündürlüyü 672 metrdir. Dağ massivinin cənub yamacı yaxınlığından Qafqaz federal avtomobil magistiralı keçir. Dağa ən yaxın yaşayış məntəqəsi Kuba-Taba cənub-şərqdə, Malka cənub-qərbdə, Kuba isə şimal-şərqdə yerləşir.
Taba və Nuveybəyə dron hücumları
Taba və Nuveybəyə dron hücumları — 27 oktyabr 2023-cü ildə "husilər"in İsrailə qarşı PUA-larla həyata keçirdiyi, lakin Misiri hədəf almış hücumlar. 2023-cü ildə Qəzzədə müharibənin başlamasından sonra Yəməndə "husilər" də daxil olmaqla, Yaxın Şərqdə İranın dəstəklədiyi silahlı qruplar fələstinliləri dəstəklədiyini bildirmiş və İsraili hücumla hədələmişdir. "Husilər"in nəzarətində olan Yəmənin Səna şəhərində nümayişçilər Fələstin və Yəmən bayraqlarını dalğalandırmışdılar. "Husi" hərəkatının şüarı "Allah uludur, Amerikaya ölüm, İsrailə ölüm, yəhudilərə lənət, islama qələbə" olmuşdur. "Husilər"in lideri Əbdülmalik əl-Husi ABŞ-yə müdaxilə etməmək barədə xəbərdarlıq etmiş, pilotsuz təyyarələr və raketlərlə qisas almaqla hədələmişdir. 27 oktyabr 2023-cü ildə Qırmızı dənizin cənubundan şimala doğru iki pilotsuz təyyarə uçuşa keçmişdir. İsrail Silahlı Qüvvələri rəsmilərinin sözlərinə görə, onların hədəfi İsrail olmuşdur, lakin onlar Misirdən sərhədi keçə bilməmişdilər. İki pilotsuz təyyarədən biri Misirin Taba şəhərində xəstəxanaya bitişik binaya dəymiş, altı nəfər yaralanmışdır. Dronlardan digəri Misirin Nuveybə şəhəri yaxınlığındakı səhra regionunda elektrik stansiyasının yaxınlığında vurulmuşdur. "Husi" rəsmisi daha sonra "Twitter"də pilotsuz təyyarənin Tabada qəzaya uğramasından sonra İsrailin yaxınlıqdakı "Eylat" şəhərini xatırladan bir söz yazmışdır.
Atabay
Atabay (film, 2020)
Banax
Stefan Banax (pol. Stefan Banach; 30 mart 1892[…], Krakov, Sisleytaniya – 31 avqust 1945[…], Lvov) — polyak riyaziyyatçısı. == Həyatı == 1924-cü ildən Lvov Universitetinin professoru olub. Müasir funksional analizin yaradıcılarından biri. Xətti funksionalların və operatorların öyrənildiyi xətti fəzanı (Banax fəzası) daxil etmiş və onun əsas xassələrini öyrənmişdir. "Xətti operasiyalar nəzəriyyəsi" əsəri polyak (1931), fransız (1933) və ukrayn (1948) dillərində nəşr edilmişdir.
Kabab
Kabab — əsasən şişə çəkilərək manqalda bişirilən ət yeməyi. Bununla belə tərəvəzlərdən, xüsusilə də pomidor, badımcan, bibər və kartofdan da kabab hazırlanır. Digər tərəfdən kabab tavada da bişirilir. Buna "tava-kababı" deyilir. Kababı hazırlayan aşpaz adətən kababçı adlandırılır. == Tarixi == Kabab rusca "şaşlık" adlanır. "Şaşlık" sözünün kökü "şişlik" türk sözündən götürülüb və "şiş üstündə" deməkdir. Hələ "Kitabi Dədə Qorqud"da "şişlik" sözünə dəfələrlə rast gəlinir. Əsrlər boyu kabab qafqazlıların ən sevimli yeməyi olmuşdur.
Kabar
Kabar — Xəzər tayfalarının tərkibinə daxil olan tayfa. Kabar tayfasının adı əsasında yaranmış etnotoponimlər Azərbaycan və indiki Ermənistan ərazisində kifayət qədər yayılmışdır. Bu tayfa haqqında ilk məlumatı Konstantin Baqranarodnı vermişdir. O, bu tayfanın xəzərlərdən çıxdığını bildirmişdir. Q.Qeybullayev bu etnonimin tərkibində ar sözünü ayırır. ar(ər) türk sözü kişi, ər, qəhrəman mənasındadır. Kabarlar Azərbaycanda kabarli və ya kəbirli adları altında yaşamışlar. Onların yaşadığı əsas areallardan biri də Qarabağ olmuşdur. Azərbaycanda Balakən və Tərtər rayonlarında Kəbirli adlı iki kənd vardır. Ermənistanın yeni Bəyazid uyezdində Kalar, Şərur-Dərələyəzdə Kəbirli (Kəbirlidağ), Dağlıq Qarabağda X1X əsrdə Kabirli –qışlaq adı, Kabarrı yeri toponimləri qeydəalınmışdır.
Katax
Katax — İrəvan quberniyasının Sürməli qəzasında dağ adı. Eranın əvvəllərindən başlayaraq Azərbaycan və Еrmənistan ərazisində Katak, Katuk formalarında toponimlər də geniş yayılmışdır. VII əsrə aid mənbədə Albaniyanın Artsak əyalətində bir mahalın Tuç=Katak adlandığı göstərilir . Bu mahal Kürün sol sahilinin Xaçın və Qarqarçay hissəsini əhatə etmişdir. “Alban tarixi”ndə bu ad еrmənicə yazılışda “y” səsinin əlavəsilə Katayk kimidir. XVII əsrdə Dağlıq Qarabağda Kötüklü kəndinin adında qalmışdı. Digər tərəfdən, İndiki Еrmənistan ərazisində İndi içərisindən Zəngiçay axan bir əyalət də V əsrdən Katak (еrmənicə yazılışda Katayk) kimi mə’lumdur. Bütün orta əsrlər boyu İrəvan əyalətinin bir mahalı Katayk, sonra Zəngibasar adlanmışdır. Hər iki Katak toponimi еranın əvvəllərində Cənubi Qafqazda məskunlaşmış türkmənşəli pеçеnеqlərin Katak tayfasının adını əks еtdirir. X əsrdə Cənubi Rus çöllərində yaşamış pеçеnеqlərin bir tayfası Tun=Katay adlanırdı Qazaxlarda, qaraqalpaqlarda, özbəklərdə, başqırdlarda, qırğızlarda Kataq, katak tayfaları ilə pеçеnеqlərin Katak tayfası mənşəcə еynidir.
Laybax
Lyublyana (sloven. Ljubljana) − Sloveniyanın paytaxtı. Əhalisi 247,000 nəfərdir. Şəhər icra başçısı Zoran Yankovic-dir. Əhalinin etnik tərkibini əsasən Sloven dilində danışan Slovenlər təşkil edirlər 87%. Xristianlığın Katolik məzhəbinin üzvləri 39,2% təşkil edirlər. Dinsizlər şəhərin 30,1%-ni təşkil edirlər. Ateistler isə 18,7%, Pravoslavlar 5,5%, Müsəlmanlar 5%[mənbə göstərin] == Qısa məlumat == Sloveniyanın ən böyük şəhəri və paytaxtıdır. Ölkənin tam ortasında. 300.000 əhalisi ilə bir paytaxt üçün çox kiçik.
Malax
Aşağı Malax — Azərbaycan Respublikasının Qax rayonunun Qaşqaçay inzibati ərazi vahidində kənd. == Tarixi == Qaşqaçay çayının sahilindədir. Keçmışdə bu zonada Malax adlı üç kənd mövcud idi. Onlar yaxınlıqlarındakı kəndlərin adları ilə Ləkit Malax, Baş Malax və Aşağı Malax adlanırdı. XI əsrə aid mənbədə Şəki zonasında Maluq qalasının adı çəkilir. Toponimikada Malax kəndinin adının Maluq qalasının adından götürülməsi ehtimalı var. Tədqiqatçıların məlumatına görə, bu kənd Dağıstanın Zeyxur kəndindən çıxmış saxurlar tərəfindən salınmışdır. Təxminən XVI əsrin ortalarında saxurlar bu zonaya köçüb gəlmiş və Malax kəndinin əsasını qoymuşlar.[mənbə göstərin] Ərazidəki Malaxlar adlı dağın olması bu toponimin etnotoponim olmasından xəbər verir. Qafqaz dillərində malax/malux "az, bir az, bir hissə" mənasını bildirir. Oykonim "Aşağıda yerləşən Malax kəndi" deməkdir.
Maybax
Maybach — Vilyam Maybax və oğlu Karl tərəfindən qurulan alman avtomobil şirkəti. Dirijabllar üçün mühərrik istehsal etməklə fəaliyyətə başlamış, sonradan böyük və lüks avtomobillər istehsalına keçmişdir. İkinci dünya müharibəsi illərində Almaniya hərbi zirehli maşınları üçün mühərrik hazırlamışdır. Hazırda şirkətin mərkəzi Ştuttqartdadır və Daimler-Chrysler avtokonserninin bir qoludur.
Nabat
Nabat-Meyvə şirəsilə qənd qarışığından hazırlanan şəffaf kristalik şirni növü.
Nacax
Panax
Jenşen (lat. Panax) — bitkilər aləminin çətirçiçəklilər dəstəsinin araliyakimilər fəsiləsinə aid bitki cinsi. Jenşen şəfalı bitki kimi yüz ildən çoxdur ki, istifadə edilməkdədir. Çin ölkələrində becərilsə də vətəni Çənubi Amerikanın qərb hissəsi hesab edilir. XIX əsrdən bu bitkinin kökləri və yarpaqları ABŞ-də ağdərililər tərəfından müalicə məqsədilə Çin və Hong-Konglu tacirlərə satılır. Nyu-York və Kanadanın Ontario bölgəsində yayılmışdır. Ancaq məşhurluğu və şəfalı bitki kimi tez-tez istifadə edilməsinə məruz qalması, çox toplanması səbəbindən məhvolma altındadır. Artıq ABŞ ilə Kanadanın bir çox sahələrində çətin rast gəlinən hala gəlmişdir. Yeni şəhərsalma, marallar tərəfindən istehlak edilmə də həyat sahələrinin daralmasına gətirib çıxarmışdır.
Qaban
Çöldonuzu və ya qaban (lat. Sus scrofa) — donuzlar fəsiləsindən gövşəməyən cütdırnaqlı məməli heyvan. Bədənin uzunluğu 130–175 sm, kütləsi 60–150 kq. Ayaqları qısa, nisbətən nazikdir. Qaban ölçüləri və proporsiyaları müxtəlifdir. Başı iri, pazşəkillidir. Baş bədənin 1/3 hissəsini təşkil edəcək qədər böyükdür. Başın ölçü və forması yeri qazmaq üçün əlverişlidir. Boyun əzələləri güclüdür. Gözləri xırdadır və nisbətən dərində yerləşir.
Qazax
Qazax — Azərbaycanda şəhər, Azərbaycan Respublikasının Qazax rayonunun inzibati mərkəzi. Qazax vaxtilə oymaq, sultanlıq, sonralar isə qəza mərkəzi olmuşdur. 1909-cu ildən şəhər statusu almış, hazırda isə rayon mərkəzidir. Ehtimallara görə Qazaxın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərvan ibn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yer haqqında VII əsr hadisələri ilə əlaqədar "Kasak" (Kasaq) kimi ərəb tarixçisi əl-Kufi (IX əsr) də məlumat vermişdir. Toponim özündə qıpçaq mənşəli "qazax" etnik birliyinin adını əks etdirir. Lakin qıpçaqların bir hissəsi bu zonaya sonralar da gəlmişdir. XI–XII əsrlərdə gürcü çarlarının hərbi qüvvə kimi istifadə etmək məqsədilə Şimali Qafqazdan Şərqi Gürcüstana kütləvi surətdə qıpçaq ailələri köçürdükləri məlumdur. Təkcə 1118–1120-ci illərdə gürcü carı IV Qurucu David 45 minlik süvari ordusu olan 225 min qıpcağı Gürcüstanda yerləşdirmişdi. Türkdilli əhali sayca çoxluq təşkil etdiyi üçün Şərqi Gürcüstan XI–XIII əsr gürcü mənbələrində Didi Türkoba (Böyük Türk obası) adlanırdı.
Rabat
Rabat (ərəb. الرباط‎ — ar-Rabāṭ və ya ar-Ribāṭ, mənası "möhkəmləndirilmiş qəsr") — Mərakeşin paytaxtı və üçüncü ən böyük şəhəri.
Gəncə-Qazax
Gəncə-Qazax iqtisadi rayonu — Ağstafa, Daşkəsən, Gədəbəy, Goranboy, Göygöl, Qazax, Samux, Şəmkir, Tovuz inzibati rayonlarını, Gəncə və Naftalan kimi şəhərləri əhatə etməklə Azərbaycanın qərbində yerləşir. İqtisadi rayon şərqdən Aran iqtisadi rayonuyla, şimal-şərqdən Şəki-Zaqatala iqtisadi rayonuyla, şimaldan Gürcüstanın Kaxeti diyarıyla, şimal-qərbdən Gürcüstanın Aşağı Kartli (Borçalı) diyarıyla, cənubdan Kəlbəcər-Laçın iqtisadi rayonuyla, Qərbi Azərbaycanın Göyçə mahalıyla, cənubdan və qərbdən Qərbi Azərbaycanın Tavuş bölgəsiylə qonşudur. Gəncə-Qazax iqtisadi rayonunun ən inkişaf etmiş və önəmli şəhəri Gəncədir. İqtisadi rayon əlverişli iqtisadi-coğrafi mövqeyə malikdir. İqtisadi və sosial-mədəni potensialına görə, Gəncə-Qazax Abşeron iqtisadi rayonundan sonra respublikada ikinci yeri tutur. Onun ərazisinin ümumi sahəsi 12,48 min km² olmaqla ölkə ərazisinin 14,4 %-nə bərabərdir. Ərazisinin böyüklüyünə görə Aran iqtisadi rayonundan sonra 2-ci yeri tutur. Relyef xüsusiyyətlərinə qörə rayonun ərazisi 4 zonaya: maili düzənliklər, dağətəyi, orta dağlıq (dəniz səviyyəsindən 1000–2000 metr yüksəklikdə), yüksək dağlıq (dəniz səviyyəsindən 2000 m yüksəklikdə) zonalara ayrılır. Rayonun iqlim şəraiti də bu zonalara müvafiq olaraq müxtəlifdir. İqtisadi rayonun əlverişli təbii şəraiti və iqtisadi-coğrafi mövqeyi əhalinin məskunlaşmasında mühüm rol oynamışdır.
Hüseynbəyli (Qazax)
Hüseynbəyli (əvvəlki adı: Əzizbəyli) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Əvvəlki adı Əzizbəyli olmuş və 29 may 1996-cı ildən dəyişdirilərək Hüseynbəyli adlandırılmışdır. == Toponimikası == Əzizbəyli oyk, sadə. Qazax r-nunun eyniadlı i.ə.v.-də kənd. Ağstafa çayının sol sahilində, Gəncə-Qazax düzənliyindədir. Kənd Məşədi Əzizbəyovun şərəfinə adlandırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasında kəndə 1574 nəfər əhali yaşayır. Əhalinin 796 nəfəri kişilər, 778 nəfəri qadınlar təşkil edir. == Görkəmli şəxsləri == Abdulla bəy Divanbəyoğlu (1883–1936) — yazıçı, nasir, pedaqoq, 1934-cü ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Dövlət arxivinin müdiri, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunun tarix və etnoqrafiya şöbəsinin müdiri, Milli ədəbiyyatda nəsrin əsasını qoyanlardan biridir. Məmmədova Əsmər Vəli qizi (1913–1988)- Sosialist əmək qəhrəmani, üç dəfə Lenin ordeni medali ilə təltif edilmişdir.
Kaban gölü
Kaban gölü (tatar. Кабан күле) — Kazan şəhərində göllər sistemi. Bu göllər sistemi 3 hissədən ibarətdir. Yaxın (Aşağı) Kaban (ən şimal), Uzaq (Orta) Kaban, Yuxarı (Boriskovski) Kaban olub Tatarıstanda ən iri göllər sistemi hesab olunur. == Əsas xüsusiyyətləri == Göllər Volqa çayının köhnə əyilmələri sahəsində karst prosesləri nəticəsində yaranmışdır. Göllər Volqanın terrası boyu şimala və cənuba doğru uzanır. Otarı kəndi yaxınlığında kanal bir dam ilə bloklanır, bunun vasitəsilə Kuybişev su anbarından suy nasosla buraya vurulur. Yuxarı Kaban qapalı anbar şəklində olub, digər göllər sistemi ilə əlaqəyə malik deyil. Burada suyun səviyyəsi Yaxın (Aşağı) və Uzaq (Orta) Kaban göllərindən 2 m yüksəkdədir. Göllər sisteminin ümumi sahəsi-186 ha-dır.
Kabaç xatun
Kabaç xatun (674–710)—cu illərdə Buxarada hökmranlıq edən buxaraxudat. == Həyatı == Ubeydullah ibn Ziyad 674-cü ildə Bəykəndi ələ keçirərək Buxara üzərinə yürüdü. O sırada Buxaranı Türk hökmdarı Bidunun dul arvadı Kabaç xatun idarə edirdi. Kabaç xatun çevrədəki türklərdən yardım istədiysə də, Türk birlikləri Ubeydullah qarşısında dayana bilmədi və 1 milyon dirhəm vergi vermək surətiylə Ubeydullahla anlaşma bağladı. Ubeydullah daha sonra 2000 Türk savaşçı ilə Bəsrəyə döndü; bunlar orda bir üsyanın yatırılmasında iştirak etdilər. 676-cı ildə Xorasan valiliyinə təyin edilən Səid ibn Osman, Səmərqəndə bir səfər hazırladı. Soğd, Kiş və Nəsəf əhalisi torpaqlarını qorumaq amacıyla səfərbər olunca Kabaç xatun da onlara qatıldı, ancaq Səid ibn Osman Türk birliklərini məğlubiyyətə uğratdı. Kabaç xatun girovlar göndərdi və itaət ərz etdiyini bildirdi (677). Səid, Buxaranı alaraq Səmərqəndə yönəldi. Ağır itgilər verən Səmərqəndlilər onunla anlaşdılar.
Kommuna (Qazax)
Bala Çaylı (əvvəlki adı: Kommuna) — Azərbaycan Respublikasının Qazax rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Qazax rayonunun Çaylı kənd inzibati ərazi dairəsi tərkibindəki Kommuna kəndi Bala Çaylı kəndi adlandırılmışdır. Gəncə-Qazax düzənliyindədir. Çaylı kəndin yaxınlığında yerləşir və Çaylı Kommuna da adlanır. == Tarixi == Çaylı Kommuna Qazax rayonunun Çaylı inzibati ərazi vahidində kənd. Düzənlikdədir. Kənd XIX əsrin 30-cu illərində Qıraq Kəsəmən və başqa kəndlərdən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Coğaz çayının sahilində yerləşən və Çaylı adlanan bu kəndin adına kollektivləşmə illərində rəmzi olaraq Kommuna (lat. "umumi" mənasında olan bu soz burada "icma" mənasında işlənmışdır) komponenti artırılmışdır. == Əhalisi == 2009-cu ilin əhalinin siyahıyaalınmasına əsasən kəndə 1089 nəfər əhali yaşayır.
Kyara Tabani
Kyara Tabani (d. 27 avqust 1994) — İtaliyanı təmsil edən su poloçusu. == Karyerası == Kyara Tabani, İtaliya yığmasının heyətində 2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərinin ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Final görüşündə ABŞ yığmasına 5:12 hesabı ilə məğlub olan İtaliya yığması, Rio-de-Janeyro Olimpiadasının gümüş medalına sahib oldu.
Çabar
Çabar (fars. چابار‎) — İranda, Mərkəzi ostanında, Komican şəhristanının Mərkəz bəxşinin İsfəndan dehestanında kənd. 2011–ci il siyahıyaalınmasına əsasən kəndin əhalisi 46 ailədə 72 nəfəri kişilər və 67 nəfəri qadınlar olmaqla cəmi 139 nəfərdir. Kəndin əhalisini türklər təşkil edir, türkcə danışırlar və şiə müsəlmandırlar.
Çatax
Çatax (Borçalı)