Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Mequmi Takase
Mequmi Takase (d. 10 noyabr 1990) — Yaponiya qadın futbolçusu. Yaponiya milli komandasının heyətində 61 oyun keçirib, 9 qol vurub.
Banqladeş takası
Bangladeş takası (Benqalca: বাংলাদেশী টাকা; ISO 4217: BDT) - Banqladeşdə istifadə edilən rəsmi pul vahididir. 1 Banqladeş takası təqribən 100 poişaya bərabərdir. Banqladeş takası Banqladeş Mərkəzi Bankı tərəfindən dövriyyəyə buraxılır. 4 sentyabr 2016 tarixinə aid məzənnəyə görə, 1 Banqladeş takası = 0.0128081 ABŞ dolları.
Takasaki
Takasaki (yap. 高崎市) — Yaponiyanın Kanto regionunda yerləşən Qunma prefekturasında şəhər.
Takase çayı
Takase çayı (高瀬川, Takase-qava) — Yaponiyanın Kioto şəhərində yerləşən kanal. Nico-Kiyamaçidə başlayır, Kiyamaçı küçəsi boyunca axır və Fuşimi limanında Uci gölü ilə görüşür. Yolda Takase çayı Komo çayı ilə kəsişir. Müasir gündə çayın cənub hissəsi Kamo çayı ilə əlaqələnmir. Kanal Edo dövründə, 1611-ci ildə Suminokura Ryoy tərəfindən Kiotonun mərkəzində müxtəlif məhsulları və resursları daşımaq üçün qazdırmışdır. Kanal şəhər iqtisadiyyatına böyük töhfə vermişdir. 35°00′44″ şm. e. 135°46′12″ ş. u.
Takasagoya
Dazı (lat. Hypericum) — bitkilər aləminin malpigiyaçiçəklilər dəstəsinin dazıkimilər fəsiləsinə aid bitki cinsi.
Takab
Təkab (fars. تکاب‎ Azərbaycan türkcəsində. Tikan təpə) — İranın Qərbi Azərbaycan ostanında şəhər. Şəhər Təkab şəhristanının inzibati mərkəzidir. Türk mənşəli Tikantəpə toponimi dəyişdirilmiş və Təkab adlandırılmışdır. 1938-ci ildə Rza xan Palani Pəhləvinin toponimlərin farslaşdırılması proqramına uyğun olaraq tarixi adı Tikantəpə olan şəhərin adı dəyişdirilərək Təkab olmuşdur. 2006-cı il siyahıya alınmasına əsasən əhalisi 43,702 nəfərdir. Şəhərin əsas əhalisi azərbaycanlılardan, az qismi isə kürdlərdən ibarətdir. Tikantəpə şəhərinin 42 məhəlləsi vardır. Şəhərin Şərifava məhəlləsi kürdlərdən ibarətdir, Qırnav məhəlləsində isə kürdlər azərbaycanlılarla birlikdə yaşayırlar: 1962-ci ildə şəhərin çıxışındakı körpünün yaxınlığında kasıb bir kürd ailəsi məskunlaşdı.
Talas
Talas (qırğ. Талас) — Qırğızıstanda şəhər, Talas vilayətinin mərkəzi. Mahmud Qaşqaridə Talas şəhərinin Kiçi və Kümi kimi fərqləndirici leksik vahidləri özünü göstərir. 751-ci ildə baş verən Talas döyüşü ilə İslama qovuşur. Talas döyüşündən sonra Türk boyları at belində Anadoluya, Balkan və Avropa ölkələrinə qədər irəliləyirlər. Talas şəhəri yerləşdiyi Talas vadisinin adını daşıyan kiçik bir şəhərdir. Bura Manas Torpağı adlanır. Ehtimal edilir ki, eposun qəhrəmanı bu şəhərdə doğulub və onun qəbiri bu şəhərin yaxınlığındadır. Bu şəhərin mərkəzində, çay kənarında gözoxşayan təbii park yerləşir. 20 km aralıda yerləşən üç şəhərdə Kulan Say, Terek Say və Kurqan Taş şəhərlərində bir neçə qiymətli daş abidələr və petroqlif nümunələri var.
Talkas
Talkas gölü (başq. Талҡаҫ) — Ural dağlarının şərq ətəklərində yerləşən şirinsulu göl. Göl inzibati cəhətdən Başqırdıstanın Baymak rayonu ərazisinə daxildir. Göl şirinsulu olub, tektonik məşəllidir. Talkas gölü iki dağ arasında ensiz sahəni tutur. İrendık silsiləsinin qərb enişində qərarlaşır. Göl Tubinski kəndindən 4 km cənub-şərqdə qərarlaşır. Cənub sahilində qədim yaşayış məntəqəsi olan İsranovo yerləşir. Şimal və cənub sahilləri düzəndir. Bu ərazilər bataqlıqlıqlaşmışdır.
Tapas
Tapas (isp. Tapa) — İspaniya mətbəxində yer alan qəlyanaltı çeşidi. Soyuq və isti növləri mövcüddur. İspaniyanın seçilmiş restoranlarında tapas mürəkkəb bir yeməyə çevrilmişdir. Mərkəzi Amerika ölkələrində bokas kimi tanınır. Meksikada isə buna bənzər yeməklər botana adlanır.
Feyzabad (Takab)
Feyzabad (fars. فيض اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 232 nəfər yaşayır (49 ailə).
Həsənabad (Takab)
Həsənabad (fars. حسن اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 1.467 nəfər yaşayır (266 ailə).
Kaçlar (Xakas)
Kaçlar — Rusiya Federasiyasının orta cənub bölgəsindəki Xakasiyada yaşayan Türk xalqlarından Xakasların bir tayfası. == Ümumi məlumat == Abakan vadisində əyləşirlər. Çat və Çulım civarında oturan tayfalarla bir qrup təşkil edirlər. Vaxtıyla Yeniseyin bir qolu olan Kas çayı boyunda oturmuş olduqlarından özlərinə Kaas tayfa adını vermişdilər. Gerçəkdən də daha XVII əsrin sonralarına doğru, İrtış hövzəsindəki bəzi Türk tayfaları, sırf buraları məzkunlaşdırmağa başlayan rusların təzyiqi ilə, Tomsk şəhərinin şimalındakı Yenisey çayına doğru sıxışdırılmış və sürülmüşdülər. Bu üzdən, bunların mühüm bir qismi, Krasnoyarskdan xeyli uzaq olmaq üzrə, Kaç çayı sahillərində yerləşməyə məcbur olmuşdular. Qırğızlar, Abakan vadisindən çəkilincə, bu Türk tayfaları Yuxarı Yeniseydən cənuba doğru enmişdilər. Fəqət, əsas Türk kütləsi Abakanla Askısın şimalındakı Yüs arasında qalmışdılar. Bu Türk topluluğundan törəmiş olanlar, özlərinə Kaas adını vermişdilər. Matias Kastrenə görə kaçlar, vaxtıyla eyni adı daşıyan çay hövzəsində yaşayarkən, tərkiblərində mühüm yer almış olan Ara türkləri ilə birləşmişdilər.
Kərimabad (Takab)
Kərimabad (fars. كريم اباد‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 82 nəfər yaşsyır (18 ailə).
Mainbulaq (Takab)
Mainbulaq (fars. مايين بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlimatına görə kənddə 392 nəfər yaşsyır (77 ailə).
Orsolya Takaç
Orsolya Takaç (20 may 1985, Budapeşt) — Macarıstanı təmsil edən su poloçusu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2008-ci ildə Çinin ev sahibliyində baş tutan XXIX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:12 hesabı ilə məğlub olan Macarıstan yığması, XXIX Yay Olimpiya Oyunlarını dördüncü pillədə başa vurdu. Daha sonra Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2012-ci ildə Birləşmiş Krallığın ev sahibliyində baş tutan XXX Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Avstraliya yığmasına 11:14 hesabı ilə məğlub olan Macarıstan yığması, London Olimpiadasını dördüncü pillədə başa vurdu. Orsolya Takaç, Macarıstan yığmasının heyətində 2016-cı ildə Braziliyanın ev sahibliyində baş tutan XXXI Yay Olimpiya Oyunlarında mübarizə apardı. Bürünc medal uğrunda görüşdə Rusiya yığmasına 18:20 hesabı ilə məğlub olan Macarıstan yığması, Rio-de-Janeyro Olimpiadasını dördüncü pillədə başa vurdu.
Pəhləvan (Takab)
Pəhləvan (fars. پهلوان‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 10 nəfər yaşayır.
Qalacıq (Takab)
Qalacıq (fars. قلعه جوق‎, azərb. قالاجیق,Qalacıq‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Bu kənd Təkabdan 12 kilometr şərqdə, Bədrli və Yolqunağac kəndlərinin arasında yerləşir. 2006-cı il məlumatına görə kənddə 267 nəfər yaşayır (46 ailə). Etnik baxımından kənd əhalisi müsəlman olan Azərbaycan türklərindən ibarətdir. Kənd əhalisinin əsas gəlir mənbəyi əkinçilik və maldarlıqdır.
Qarabulaq (Takab)
Qarabulaq (fars. قره بلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 283 nəfər yaşayır (62 ailə).
Qaranaz (Takab)
Qaranaz (fars. قره ناز‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. Kənddə nə qədər əhalinin yaşaması barədə məlumat yoxdur.
Qaraqaya (Takab)
Qaraqaya (fars. قره قيه‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 494 nəfər yaşayır (83 ailə).
Qazdərə (Takab)
Qazdərə (fars. گزدره‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 590 nəfər yaşayır (108 ailə).
Qoşabulaq (Takab)
Qoşabulaq (fars. قوشابلاغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlimatına görə kənddə 172 nəfər yaşsyır (36 ailə).
Sarıbağ (Takab)
Sarıbağ (fars. ساري باغ‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 150 nəfər yaşayır (30 ailə).
Sarıcalı (Takab)
Sarıcalı (fars. ساري جالو‎) — İranın Qərbi Azərbaycan ostanının Takab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 141 nəfər yaşayır (28 ailə).
Xakas dilləri
Xakas dilləri və ya xakas-qırğız dilləri — qədim qırğız dilinin əsasında formalaşmış şərqi türk dilləri qrupu. Ehtimal olunur ki, qədim qırğız dili sarı uyğur, Fuyu qırğız, ədəbi xakas, şor və xakas altay idiomları əsasında formalaşmışdır ki, onlar bir-birini anlayan dialektlərdir. Ən çox təcrid olunmuş sarı uyğur dilidir. Текин Т. Проблема классификации тюркских языков // Проблемы современной тюркологии: материалы II Всесоюзной тюркологической конференции.
Fernanda Takay
Fernanda Takay (port. Fernanda Barbosa Takai) — Braziliyalı müğənni və mahnı yazarı. Əvvəllər Belo Horizonte şəhərində yaradılmış Pato Fu rok qrupunun vokalist və gitaristi kimi tanınmışdır. 2007-ci ildən etibarən solo karyerasına başlayıb. 2011-ci ildə Atom ™, Toshiyuki Yasuda və Moreno Veloso ilə birlikdə Red Hot+Rio 2 albomu üçün Águas de Março parçasını hazırlamışdır. Albomdan əldə edilən gəlirin QİÇS virusuna qarşı məlumatsızlığın aradan qaldırılmasın və mümkün qorunma tədbirləri ilə bağlı layihələrin həyata keçirilməsinə yönləndiriləcəyi bildirilib. == Həyatı == 1971-ci ilin 25 avqust tarixində Braziliyanın Serra do Navio bölgəsində anadan olan Fernanda Takay gənc yaşlarında ölkənin önəmli şəhərlərindən biri olan Belo Horizonteyə köçmüşdür. Fernanda Takay Braziliya yaponlarındadır. Ata tərəfi yapon, ana tərəfi isə yerli portuqal dillində danışan braziliyalılardandır. 2007-ci ildə solo karyerasına başlamasına baxmayaraq, musiqi sahəsində ilk addımlarını atdığı Pato Fu rok qrupu ilə də əməkdaşlığını davam etdirməkdədir.
Tadas İvanauskas
Tadas İvanauskas ((lit. Tadas Ivanauskas, belar. Тадэвуш Іваноўскі, pol. Tadeusz Iwanowski; 16 dekabr 1882 – 1 iyun 1970, Kaunas) — Sovet və Litva zooloqu, Litva SSR Elmlər Akademiyasının akademiki (1941-1970), Litva SSR-nin əməkdar elm xadimi (1945). Tadas İvanauskas 28 dekabr 1882-ci ildə Vasilişkovskaya volostunda (indiki Belarusiya Lida rayonu) Lebedka fermasında anadan olub. 1908-ci ildə Sorbonnanı, 1910-cu ildə isə Sankt-Peterburq Dövlət Universitetini bitirib. 1910-1915-ci illərdə yaratdığı əyani təbiətşünaslıq vasitələri laboratoriyasına rəhbərlik etmişdir. 1914-cü ildə Murmansk və Norveçin şimalına, 1917-ci ildə Şimal Buzlu okean sahillərinə ekspedisiya qurdu. 1919-1922-ci illərdə onun təşkil etdiyi Təbiəti Öyrənmə Stansiyasına rəhbərlik etmişdir. 1929-cu ildə ornitoloji stansiyanın əsasını qoydu.
Taras Barovets
Taras Dmitroviç Barovets (təxəllüsləri:Тарас Бульба, Чуб, Гонта, Taras Bulba-Borovets kimi məşhurdur; 9 mart 1908 – 15 may 1981, Nyu-York, Nyu-York ştatı) — Ukrayna millətçisi, Polesye Seçi (Bulbovtsi) lideri (1941-ci ilin avqustundan 1944-cü ilə qədər Volın və Polesiyada mövcud olmuş Ukrayna millətçilərinin silahlı təşkilatı). Taras Barovets, Volın vilayətinin (Rusiya imperiyası) Rovno rayonunun Bistriçi kəndində (indiki Rovno vilayətinin Bereznovski rayonunda) anadan olub. O, Dmitri Yuliyanoviç Borovetsin oğlu idi və doqquz uşaqlı bir ailədə böyümüşdü. Uşaq vaxtı böyük qardaşları onu kartofa bənzəyən burnuna görə “Bulba” ləqəbi ilə çağırırdılar. Borovets özü sonradan bu günləri xatırlayaraq yazırdı ki, bu ləqəb onu Qoqolun "Taras Bulba" əsərini oxuyana qədər çox incitsə də, sonradan ləqəbi ilə fəxr edib. 1932-ci ildə, öz ifadəsinə görə, o, Sovet Ukraynası ərazisində kəşfiyyat məlumatlarının toplanması işini ona həvalə edən keçmiş UMR ordusunun polkovniki İ.Litvinenko ilə görüşüb. 1933-cü ildə Polşa polisi, Bıstrıçidə UMR yazılı bayrağı asan Taras Borovetsin başçılıq etdiyi 5 nəfərlik Ukrayna hərbi təşkilat dairəsinin olduğu barədə məlumat yayıb. 1934-cü ilin yayında Borovetsin kəşfiyyat işi, onun Ukrayna Millətçiləri Təşkilatı ilə əlaqələrinə görə Polşa polisi tərəfindən həbs edilməsi səbəbindən dayandırıldı. 3 il müddətinə azadlıqdan məhrum edilən Barovets, 1935-ci ilin yazında “nümunəvi davranışına görə” həbsdən azad edilib. O, 1935-ci ilin payızından 1937-ci ilin qışına kimi Korpilovka kəndində daş karxanası işinin təşkili ilə məşğul olub.
Taras Proxasko
Taras Proxasko (ukr. Тара́с Богда́нович Проха́сько; 16 may 1968, İvano-Frankovsk) — müasir ukraynalı nasir, Stanislav fenomeninin simalarından biri. Taras Boqdanoviç Proxasko 16 may 1968-ci ildə İvano-Frankovskdə anadan olub. 1992-ci ildə İvan Franko Lvov Dövlət Universitetinin (indiki İvan Franko Lvov Milli Universiteti) biologiya fakültəsini bitirmişdir. İxtisasca — bioloq. 1989-1991-ci illərdə tələbə hərəkatının üzvü. Əvvəlcə İvano-Frankovsk Karpat Meşə Təsərrüfatı İnstitutunda işləyib. Sonra müəllim, gözətçi, “Veja” radiosunda aparıcı olub, rəsm qalereyasında, qəzetdə, televiziya studiyasında işləyib. Lvovdakı "Express" və "Postup" qəzetləri ilə əməkdaşlıq etdi. Ukrayna Yazıçılar Birliyinin üzvü.
Takaşi
Takaşi — ad.
Tokaş
Tokaş və ya Nan (özb. tandir non, uyğ. tonur nan, qazax/qırğız: тандыр-нан, tandır nan) — Orta Asiyada təndir çörəyi. Şərqi Türkistan ilə Qazaxıstan, Qırğızıstan və Özbəkistanda geniş olaraq hazırlanır.
Hadi Takdaş
Hadi Takdaş (tatar. Hadi Taqtaş; əsl adı tatar. Мөхәммәтһади Хәйрулла улы Такташев; Mөxəmməthadi Xəyrulla uğlı Taqtaşev; 1 yanvar 1901 – 8 dekabr 1931, Kazan) — tatar şair və dramaturq. Tatar Sovet poeziyasının banilərindən biri. == Yaradıcılığı == === Poemaları === "Gizli silahlar" "İtmiş gözəllik" "Kamil" "Əsr və dəqiqə", V. İ. Leninə həsr olunmuşdur (1924-cü il) "Alsu" "Sevgi peşmançılığı" "Gələcəyə məktublar" (tamamlanmadı) == Həmçinin bax == Şair Dramaturq == İstinadlar == == Xarici keçidlər == Хади Такташ — Стихи на русском языке Хади Такташ.
Stefan Kakaş
Stefan Kakaş (alm. Stefan Kakasch‎; 1565, Kluj-Napoka – 25 oktyabr 1603 və ya 25 oktyabr (4 noyabr) 1603) — alman diplomatı, səfir. Səfəvi diplomatı Hüseynəli bəy Bayatın Almaniyaya səfərindən sonra imperator II Rudolf (1552-1612) Osmanlı dövlətinə qarşı I Şah Abbasla danışıqlar aparmaq məqsədilə onu Səfəvilər dövlətinə göndərmişdi. Kakaşın başçılıq etdiyi səfirlik Moskva-Volqa-Xəzər yolu ilə 1603-cü il avqustun 8-ində Lənkərana çatdı. Kakaş Lənkəranda öldü və səfirliyə Tektander başçılıq etdi.
Tamaş Farkaş