Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tandava
Tandava – (canksr. ताण्डव, Tāṇḍava, tandu-rəqs etmə) sözündən götürülüb, həmçinin tandava-nritya-induslarin tanrısı Şiva-nın rəqsi mənasını verir. İndus mifologiyasına görə Şiva tandavası enerjili rəqs olub-"yaradılma-qoruma- dağıtma" mənasını kəsb edir. Mütəxəssislərin fikrincə bu rəqsdə Şivanin təkəbbürü, gücü, ikiüzlülüyü özünü göstərir. Şiva rəqs edərkən ekstaz halına düşüb güclü qüvvə toplayır və əvvəlcə bu qüvvəni yaratmağa, sonra isə dağıtmağa sərf edir. Bununla o,yaradılış prosesini özünəməxsus ritmlə dəstəkləyir. Rudra-tandava Allahın əvvəlcə kainatı yaradıb, sonra yaratdığını dağıtması nöqteyi-nəzərini ifadə edir. Ananda-tandava isə artıq Şivanın "sevinc"rəqsini ifadə edir. Belə hesab edilir ki, tandava adı Şivanın qulluqçusu Tandunun adından götürüb. Tandu "Natya-şastra"-nın müəllifi Baharatanın təlimat vericisi olub.
Tapmaca
Tapmaca — insanın zehni qabiliyyətini, ağlının çevikliyini yoxlamaq məqsədilə yaradılan ədəbi janr. Tapmacada hər hansı bir əşyanın əlaməti üstüörtülü şəkildə verilir və ya başqa bir əşyaya bənzədilir, onun tapılması qarşı tərəfdən tələb olunur. Anonim tapmacalar şifahi xalq ədəbiyyatının məhsuludur. Fərdi tapmacalar isə yazılı ədəbiyyat nümunəsi olub yazıçı və şairlər tərəfindən yaradılır. Qədimdən bəri insanların zəka və biliyinin ölçülməsi, eyni zamanda əylənmək üçün istifadə olunur. İnkişaf eden texnologiya ilə birlikdə artan əyləncə üsullarının təsiriylə tapmacalar öz funksiyası itirmişdir. Buna baxmayaraq, müxtəlif tədbir və mərasimlərdə rast gəlmək mümkündür. Tapmacalar daha çox nəzmlə olur. Məsələn: O yanı çəpər,Bu yanı çəpərİçində atlı çapar. (göz) Bir balaca mil başı,Yandırdı dağı-daşı (kibrit) Dəyirmana dən gəldi,Durun görün kim gəldi.Toxunmamış çuvaldaÜyünməmiş un gəldi.
Tamada
Tamada — Qonaqlıqlarda, toylarda və sairədə məclisi idarə edən şəxs; süfrəbəyi, masabəyi. Tamada Türk deyimi olub "ev-eşiyi" (damata deməkdir. Toy şənliklərinə dəvət olunan toybəyinin xələflərindən biri kimi bizim günlər şəhər mühitində keçirilən ziyafət və qonaqlıqların başçısı, toy məclislərini idarə edən peşəkar sərəncamçı "masabəyi" yə verilən ad. Ona bəzən "süfrəbəyi" də deyilir. Tamada, bir qayda olaraq, təşkilatçılarla seçilir, və ya tədbirin iştirakçıları tərəfindən seçilir. Tamadanın vəzifələrinə nitqlərin (danışıqların) və tostların sırasının (nizamının) qurulması, təşkilat və artistlərin çıxışlarının kontrolu daxil olur. Tamada alkoqollu içkilərdən istifadə etmir. Çox ölkələrdə belə növün (nəsilin) ənənələri mövcuddur. Tamadanın ənənəsinin post-sovet vaxtına Sovet İttifaqının bütün respublikalarına yayıldı. Əsl peşəkar tamada - Təkcə yumor hissiylə deyil, həm də şən və istedadlı olmalıdır.
Tapmaca gecələri
Zəngilan rayonunun bir çox kəndlərində payızdan başlayaraq yaza qədər evlərdə tapmaca gecələri təşkil olunurdu. Söyləyicilərin dediyinə görə, tapmaca gecələri olduqca maraqlı keçirdi. Kimsə tapmacanın cavabını tapa bilmirdisə, o, borclu qalırdı. Onda tap-macanı söyləyən deyirdi: “Satıram”. Yerdən biri deyirdi: “Alıram”. Soruşurdular: “Hansı cəzanı çəksin?” Tapmaca deyən dillənirdi: “Qab götürsün, getsin filan bulaqdan bir qab su gətirsin, camaat su içsin”. Tapmacanın cavabını tapa bilməyən gedib su gətirdikdə ona əziyyət vermək üçün deyirdilər ki, sənin şahidin yoxdu, bəlkə, suyu başqa yerdən doldurub gətirmisən. Onun yanına birini şahid qoşub təkrar su gətirməyə göndərirdilər. Tapmacanı tapmayan şəxsə digər cəzalar da verilirdi. Məsələn, səhərə qədər dik ayaq üstə durmaq və s.
Kazumi Takada
Kazumi Takada (28 iyun 1951 – 1 oktyabr 2009) — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 16 oyun keçirib.
Kenzo Takada
Kenzo Takada (高田 賢三, Takada Kenzo, 27 fevral 1939, Himeci, Hyoqo prefekturası – 4 oktyabr 2020[…], Nöyi-sür-Sen) – Yaponiya dəb dizayneri. 1970-ci ildə Paris şəhərində Kenzo geyim brendini yaratmışdır. 2020-ci ildə Fransanın Nöyi-sür-Sen kommunasında yerləşən Paris Amerika Xəstəxanasında COVID-19 nəticəsində ölmüşdür. == İlk illəri == Kenzo Takada 1940-cı ildə Yaponiyanın Himeci şəhərində doğulmuşdur. Valideynləri ənənəvi mehmanxana sahibləri idilər. Bacısının dəb jurnallarını oxuduqdan sonra dəbə maraq göstərməyə başlamışdır. Takada valideynlərinin təkidi ilə 18 yaşında Kobe Universitetində ədəbiyyat üzrə təhsil almağa başlamışdır. Lakin ədəbiyyatdan sıxılmış və valideynlərinin arzusuna qarşı çıxaraq Tokioda yerləşən Bunka Moda Kollecinə daxil olmuşdur. O, bu kollecə qəbul edilən ilk oğlan tələbələrdən biri olmuşdur. == Karyerası == 1960-cı ildə Soen mükafatının qalibi olmuş və Sanay alış-veriş mərkəzində qız geyimləri dizayneri kimi işləməyə başlamışdır.
Keyci Tamada
Keyci Tamada (d. 11 aprel 1980) — Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 72 oyun keçirib, 16 qol vurub.
Masao Takada
Masao Takada — keçmiş Yaponiya futbolçusu. == Milli komanda karyerası == Yaponiya milli komandasının heyətində 2 oyun keçirib.
Tamada heykəli
Tamada heykəli (gürc. თამადის ძეგლი) – Tbilisinin Qədim şəhər rayonunda, Şardeni və Sioni küçələrinin kəsişməsində yerləşən heykəl. Qədim şəhərin əsas görməli yerlərindən biridir. 2006-cı ildə açılışı baş tutmuş heykəl, Gürcüstan Milli Muzeyinin Xristianlıqdan əvvəlki dövr kolleksiyasında saxlanılan və ölkənin qərbindəki Vani arxeoloji abidəsinin tədqiqi zamanı aşkarlanmış bürünc heykəlinin böyüdülmüş kopyasıdır. Orijinal əsər e.ə. VII əsrə aid edilməklə bürüncdən hazırlanmışdır. Forma və elementlərində görə elmi ədəbiyyatda tamada adlandırılan heykəldə, buynuz tutulmuş əlini qabağa uzadaraq oturmuş vəziyyətdə dayanmış gənc oğlan təsvir edilmişdir. Свириденко О. Н. Тбилиси за неделю. Путеводитель. — С. Петербург: Своё издательство, 2015.
Çapada Diamantina
Çapada Diamantina (portuqalca: "Almaz təpələr") — Braziliyanın Bahia əyalətində San-Fransisko çayı ilə sahil arasında kvarsit zirvələri olan 1850 m hündürlükdə yayladır.
Şizuo Takada
Şizuo Takada (yap. 高田 静夫 Takada Şizuo; 5 avqust 1947, Tokio[d]) — yaponiyalı keçmiş futbol hakimi. 1986-cı ildə Meksikada keçirilmiş futbol üzrə dünya çempionatında İspaniya-Əlcəzair oyununda, 1990-cı ildə İtaliyada təşkil olunmuş mundialda isə Yuqoslaviya-BƏƏ matçında baş hakimlik etmişdir.
Şu Takada
Şu Takada (高田秋, Takada Şu, 23 sentyabr 1991, Ebetsu) – Yaponiya fotomodeli. "LesPros Entertainment" ilə əməkdaşlıq edir. Şu Takada 23 sentyabr 1991-ci ildə Hokkaydo prefekturasının Ebetsu şəhərində anadan olmuşdur. O, erməniəsillidir. Belə ki, onun babası Ermənistandandır. Takadanın böyük qardaşı və bacısı var. Takada modellik karyerasına 16 yaşında başlamışdır. 20 yaşında Tokioya köçərək burada modellik karyerasına davam etdirmək qərarına gəlmişdir və "Mina" jurnalının daimi modeli olmuşdur. "Mina" jurnalının Tayvan, Çin və Honkonq versiyalarında da yer almışdır. 9 dekabr 2022-ci ildə evləndiyini açıqlamışdır.
Takada Hanpo
Takata Sanae (高田 早苗, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir. == Həyatı == Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi. 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir. Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş, burada konstitusiya haqqında mühazirələr vermişdir. 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir. 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.
Takada Sanae
Takata Sanae (高田 早苗, 4 aprel 1860, Tokio – 3 dekabr 1938) – Yaponiya pedaqoqu və siyasətçisi. Vaseda Universitetinin qurucularından biridir. == Həyatı == Takata Sanae 4 aprel 1860-cı ildə Yaponiyanın Edo şəhərində doğulmuşdur. Gəmi evi sahibi olan Takata Koheyin üçüncü oğlu idi. 1881-ci ildə Azusa Ono ilə birlikdə "Otokay"ı yaratmışdır. 1882-ci ildə Tokio Universitetini bitirmiş, universitetdə Ernest Fenollosanın tələbəsi olmuşdur. 1882-ci ildə Ono vasitəsilə Okuma Şiqenobu ilə tanış olmuş və 1882-ci ildə Konstitusional İslahat Partiyasının yaradılmasında iştirak etmişdir. Okuma Şiqenobu ilə birlikdə Vaseda Universitetinin əsasını qoyan şəxslərdən biri olmuş, burada konstitusiya haqqında mühazirələr vermişdir. 1887-ci ildə "Yomiuri Shimbun" qəzetinin baş redaktoru olmuş, Ozaki Koyo və Koda Rohan kimi yazıçılarla əməkdaşlıq etmişdir. 1889-cu ildə nəşr olunmuş "Belletristikanın tədqiqi" (Biciqaku) əsəri Yaponiyada belletristika haqqında ilk işlərdən biridir.
Xose Xuan Tablada
Xose Xuan Tablada (isp. José Juan Tablada; 3 aprel 1871[…], Mexiko – 2 avqust 1945, Nyu-York, Nyu-York ştatı) – Meksika şairi və jurnalisti. İspan dilindəki şeirlərinin çoxunu Yaponiya haykularına əsaslanaraq yazmışdır. İnnovativ şeirləri Latın Amerikası ədəbiyyatına təsir göstərmiş, Latın Amerikasında Yaponiya haqqında rəyin formalaşmasına kömək etmişdir. Xose Xuan Tablada ədəbi karyerasına Meksikanın "El Universal" qəzetində başlamışdır. Pyer Loti, Jüdit Qotye və Qonkur qardaşlarının əsərlərini oxuduqdan sonra Yaponiya mədəniyyəti ilə maraqlanmağa başlamışdır. 1900-cü ilin mayında Meksikanın "Revista Modema" jurnalının müxbiri kimi Yaponiyaya səyahət etmiş və bir neçə ay Yokohamanın Çin şəhərciyində yaşamışdır. Bu, onun Yaponiyaya yeganə səyahəti olmuşdur. Meksikaya qayıtdıqdan sonra şərab taciri olmuş, ədəbi fəaliyyətinə fasilə vermişdir. 1911-ci idə başlayan Meksika inqilabından sonra bir neçə ay Parisdə yaşamışdır.
Talada ev (film, 1986)
Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil. İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir. Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir. Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır. Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Bağdada putyovka var... (film, 2000)
Bağdada putyovka var... tammetrajlı televiziya film-tamaşası rejissor Məhərrəm Bədirzadə tərəfindən 2000-ci ildə ekranlaşdırılmışdır. Azərbaycan Televiziyasında istehsal edilmişdir. Film-tamaşanın qəhrəmanı Qürbət sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım isə pul düşkünü bir qadındır. Onlar yeni mənzilə köçürlər. Lakin bu mənzilin keçmiş sakini olan Əzizov familiyalı naməlum şəxsə naməlum adamlar hədiyyələr, paylar gətirməyə başlayırlar və hadisələrin məcrası bundan sonra dəyişir. Əsas rolları Naibə Allahverdiyeva, Valeh Kərimov, Yasin Qarayev, Gülşən Qurbanova, Məsmə Aslanqızı, Tofiq Hüseynov və Kübra Dadaşova ifa edirlər. == Məzmun == Film-tamaşanın qəhrəmanı Qürbət (Valeh Kərimov) sadə xarakterli bir adamdır. Arvadı Sitəmxanım (Naibə Allahverdiyeva) isə pul düşkünü bir qadındır.
Talada ev (cizgi filmi, 1986)
Gizli şəkildə başqasının əməyinin bəhrəsindən istifadə etmək olarmı? Filmin balaca tamaşaçılara ünvanlandığını və uşaqların mənəvi tərbiyəsində əhəmiyyətli rol oynaya biləcəyini nəzərə alsaq, sual heç də ritorik deyil. İki siçanın başına gələn əhvalatdan belə nəticə çıxarmaq olar ki, bir parça halal çörək qeyri-qanuni əldə edilmiş var-dövlətdən şirindir. Ekran əsərində halal zəhmət, işgüzarlıq və əməksevərlik kimi yüksək amillər tərənnüm edilir. Film məşhur Ezopun təmsilinin motivləri əsasında yaradılmışdır. Ssenari müəllifi: Sabir Rüstəmxanlı Rejissor: Hafiz Əkbərov Quruluşçu rəssam: Nazim Məmmədov Bəstəkar: Cəmil Əmirov Operator: Ramiz Ağayev Səs operatoru: Akif Nuriyev Cizgi rəssamı: Vaqif Məmmədov, Gennadi Tişşenko, Rauf Dadaşov, Arifə Hatəmi, Bəhmən Əliyev, Firəngiz Quliyeva, Gülşən Quliyeva Rəssam: Hüseyn Cavid İsmayılov, B.Qaflanov Montaj edən: Lidiya Vyalsova Rejissor assistenti: Z.Rəhimova Rəssam assistenti: Məlahət Hümbətova Operator assistenti: Ziya Xəqani Redaktor: Çingiz Qaryağdı Filmin direktoru: Məmməd Qurbanov Ramiz Əzizbəyli — siçan (Azərbaycan variantı) (titrlərdə yoxdur) Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Çapada dos Veadeyros Milli Park
Çapada dos Veadeyros — YUNESKO-nun dünya irsi siyahısına salınmış Braziliyada milli park. Park Qoyas ştatının ərazisində yerləşir və 655 km² ərazini tutur. Bu park 1961-ci il yanvarın 11-də yaradlılıb. Orta illik temperatur selsi ilə 24–26 dərəcəyə bərabərdir. Minimal temperatur 4–8 dərəcəyə , maksimal temperatur isə 40–42 dərəcəyə bərabərdir. Park dəniz səviyyəsindən 1650 m yüksəklikdə yerləşir. Burada çoxlu şəlalələr var. Onlardan ən böyüyü hündürlüyü 120 m olan Rio-Pretu-Fols şəlaləsidir.
X-XI əsrlərdə Bağdada ideoloji mübarizə
X-XI əsrlərdə Bağdadda siyasi mübarizə — Xilafətin paytaxtı Bağdadda, ideoloji və məzhəb qarşıdurmalarında təzahür edən, sosial-iqtisadi səbəbləri olan üsyanlar. 991-ci ildə xəlifə Əl-Qadirin taxta çıxmasından 1092-ci ildə Sultan Məlikşahın vəfatına qədər İslam tarixi, həm dini, eyni zamanda siyasi mənada "keçid tarixi" kimi səciyyələnə bilər. Xilafətin paytaxtında, davamını gur kütləvi toqquşmalarda və alimlərin mübahisələrində tapan çoxsaylı təlatümlər, adi həyat hadisələrindən daha artıq idi. İnkişafını izləməyə və anlamağa çalışanlar üçün, onlar nəinki sünnüliklə şiəliyin münasibətlərini, eləcə də hakimiyətin mənası aydınlaşdırar. Buveyhilərin 945-ci ildə Bağdada varmasından sünnülərlə şiələr arasında toqquşmalar çoxaldı, buveyhi əmirlərinin xəlifələr üzərindəki himayəsi isə bütövlükdə məhdud idi. Əl-Qadirin hakimiyətindən(991–1031) yeni an müəyyən olundu: sünnəni müdafiə etmək və xəlifənin hakimiyətini bərpa etmək. Bunun üçün əlbəttə ki Əl-Qadir, xəlifələrə həmişə kifayət etməyən maddi vəsaitlərdən deyil, çevik diplomatiyadan və missioner fəaliyətindən (da'va) istifadə etməli idi. 994-cü ildə ilk mədrəsə sayılan və şiəliyin müdafiəsi üçün nəzərdə tutulan Sabur bin Ərdəşirin (Dar əl-elm)inə qarşı, xəlifə əl-Hərbiyyə məhəlləsində xütbələrin də nəzərdə tutulduğu cümə məsçidi açdırdı. O biri yandan, ciddi xalq təlatümləri, bağdadlı şiələrin xüsusi canfəşanlıqla qeyd etdikləri Aşura və Qədiri-Xum mərasimləri ilə əlaqədar, 998-ci ildə alovlandı. Sünnülər buna qarşı iki tədbirə əl atdılar: Mus'eib bin Zubeyrin qəbrinin ziyarətinə, və Mağara günü bayramına (Yaum əl-qar).