Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tamala
Tatla
Dəlibəng (lat. Datura) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinə aid bitki cinsi. Dəlibəng - Qaragilə fəsiləsinə aid olan birillik bitkidir. Gövdəsinin uzunluğu 1 metrdir. Yarpaqları iri, yumurtavari formadadır. Meyvəsi tikanlı qutu formasında olub şara oxşayır, toxumu qara-qonur qəhvəyi rəngdə olub böyrəyə bənzəyir. Dəlbəng başlı-başına buraxılmış, çürümüş torpaq və peyinlə zəngin olan torpaqda, bağça və bostanda bitir. Tərkibində atropin, hiostiamin skopalamin alkaloidləri vardır. Bitkinin bütün hissələri, xüsusilə meyvələri daha kəskin zəhərlidir. Körpə heyvanlar üçün təhlükəlidir.
Aristolochia tagala
Aristolochia tagala (lat. Aristolochia tagala) — zəravəndkimilər fəsiləsinin zəravənd cinsinə aid bitki növü.
Cinnamomum tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Laurus tamala Buch.-Ham.
Datura tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Laurus tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Laurus tamala Buch.-Ham.
Persea tamala
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Laurus tamala Buch.-Ham.
Eucalyptus tamala
Eucalyptus oraria (lat. Eucalyptus oraria) — bitkilər aləminin mərsinçiçəklilər dəstəsinin mərsinkimilər fəsiləsinin evkalipt cinsinə aid bitki növü.
Allah-Taala
Allah ( الله , romanlaşdırılmış : , , ar) — İbrahimi dinlərdə yeganə Tanrını bildirən ərəb sözüdür. Allah adı müsəlmanlardan başqa Yəmənli və bəzi Mizrahi ərəbdilli yəhudilərin, eləcə də Maltada yaşayan Roma Katolikləri, Yaxın Şərq semit xristianları, Aramilər, Maronitlər, Assuriyalılar və Keldanilər tərəfindən də istifadə olunur. İbrahimi dinlərin kitablarında Allah təcəssüm olunmuş yaradıcıdır. O, birinci şəxslə danışır və bəzən insanların qarşısına “insan obrazı” ilə çıxır. İslamda Allah Müntəkim (intiqam alan), Mütəkəbbirdir (El mütekabbir sözünün kökü kebir sözündəndir. Kebir hərfi mənada böyük deməkdir.), Sabur (çox səbirli), Cəlil (Cəlalət; 1/əzəmət, 2/qəzəb, qəzəb), Rəhim (çox mərhəmətli), Həlim (mülayim), Vədud (sevgili) kimi insani hissləri ifadə edən adlarla da tanınır. Xristianlıqda Allah ata, sufizmdə dost kimidir. Tanaxda da Yehova çox vaxt təcəssüm etdirilir. Allahı təsvir etmək üçün antropomorfik dilin istifadə edilib-edilməməsi yəhudi, xristian və islam düşüncə tarixində gərgin müzakirələrin mövzusu olmuşdur. İbrahimi dinlərin müqəddəs kitablarında antropomorfik nümunələr, həm də onu məxluqlara bənzəməkdən kənarlaşdıran ifadələr var.
Datura stramonium var. tatula
Adi dəlibəng (lat. Datura stramonium) — bitkilər aləminin quşüzümüçiçəklilər dəstəsinin quşüzümükimilər fəsiləsinin dəlibəng cinsinə aid bitki növü. Cənub-şərqdə, Astraxan, Volqoqradda, az miqdarda Samarski və Saratovsk vilayətlərində yayılmışdır. Hündürlüyü 1,5-dək olan mil köklü, güclü budaqlı, birillik ot bitkisidir. Gövdəsi düzdayanan, çəngəlvari budaqlanmış, çılpaqdır. Yarpaqları növbəli, bütöv yumurtavari, iri oyuqlu-dişli, ucu biz, saplaqlı, üstü tünd yaşıl, alt tərəfi açıqdır. Ağ rəngli ucda və ya qoltuqda yerləşən iri, tək çiçəkləri qoxuludur. Ağ qıfvari büküklü çiçək tacı və kasacığı bitişik yarpaqlı, beş hissəlidir. İyun-avqustda çiçəkləyir. Meyvəsi-dörd yuvalı, dörd laylarla açılan, iynələrlə örtülmüş qutucuqdur.
Cinnamomum tamala var. albiflorum
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Laurus tamala Buch.-Ham.
Cinnamomum tamala var. elliptifolium
Cinnamomum tamala (lat. Cinnamomum tamala) — bitkilər aləminin dəfnəçiçəklilər dəstəsinin dəfnəkimilər fəsiləsinin darçın ağacı cinsinə aid bitki növü. Laurus tamala Buch.-Ham.
Alatala
Alatala — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1960-cı ildə ləğv edilmişdir. Toponim türk dilində «ala-bula», «rəngarəng yer» mənasında işlənən ala sözü ilə Azərbaycan dilində «meşədə ağacsız, çılpaq yer, sahə», «açıqlıq» mənasında işlənən tala sözündən əmələ gəlmişdir. «Ala» sözü Azərbaycan toponimiyasında «boz rəng», «müxtəlif rəng çalarları» mənasında işlənir. Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.
Attila
Attila və ya Atilla (I minillik, Qafqaz – 453[…], Pannoniya) — türk-Hun dünyasının ən məşhur sərkərdələrindən biri. "Avropanın imperatoru" titulunu qazanmış Avropa Hun İmperiyası hökmdarı. Attilanın atası Muncuq xandır. Əmisi Rua, onu atası öldükdən sonra bozqırda tək başına yaşamağa çalışarkən tapıb və yanına gətirib. Eramızın 434-cü ilində taxta çıxan Attila, deyilənə görə, İdil (Volqaboyu) türkləri nəslindəndir. Müasirləri onun orta boylu, enli kürəkli, qara saçlı olduğunu yazır. Güclü natiqlik qabiliyyətinə malik olub. Sadə həyat tərzi sürən Attila qonaqpərvərliyi ilə də seçilib. Avropa qitəsinin üçdə ikisindən çoxuna hakim oldu və dövlətin sərhədlərini Asiyaya qədər genişləndirdi. Hökmdarlığı boyunca ordusu ilə Qərbi və Şərqi Roma (bax Bizans) imperiyalarını tez-tez istila edən Attila, Orta əsr salnamələrində qəddarlığı ilə xatırlanır.
Axtala
Aşağı Axtala — Ermənistan Respublikasının Loru mərzində şəhər. Yuxarı Axtala — Ermənistan Respublikasının Loru mərzində kənd. Axtala (selav) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda selav. Axtala (mədən) — Tiflis quberniyasının Borçalı qəzasında, Allahverdi rayonunda mədən yeri. Axtala (çay) — Tiflis quberniyasının Loru-Pəmbək qəzasında, Allahverdi rayonu ərazisində çay. Axtala monastır kompleksi — Loru mahalında, Allahverdi rayonu ərazisində erməni-gürcü monastırı və qalası.
Aytala
Ayıtala (Gədəbəy) — Gədəbəy rayonunun inzibati ərazi vahidində kənd. Ayıtala — Zaqatala rayonunun Maqov inzibati ərazi vahidində kənd.
Ağatala
Ağtala — İrəvan quberniyasının Yeni Bayazid qəzasında, indiki Çəmbərək (Krasnoselo) rayonu ərazisində kənd. == Tarixi == Toponim qədim türk dilində «kiçik», «balaca» mənasında işlənən ağ sözü ilə «meşə ortasında açıqlıq» mənasında işlənən tala sözünün birləşməsindən əmələ gəlmişdir. Relyeflə bağlı yaranan mürəkkəb quruluşlu toponimdir. 1930 - cu illərdə indiki Ermənistan hökumətinin göstərişi ilə kənd ləğv edilmişdir. == Əhalisi == 1926-cı ildə burada 26 nəfər azərbaycanlı yaşamışdır.
Ağtala
Ağtala (Xaçmaz) — Azərbaycan Respublikasının Xaçmaz rayonunun inzibati ərazi vahidində kənd. Ağtala (Qaraqoyunlu) — Çəmbərək rayonunda kənd. Ağtala — Qax rayonunun Qoşaqovaq kəndi ərazisində duz.
Baytala
Baytallı — Gürcüstan Respublikasının Aşağı Kartli mxaresinin Sarvan bələdiyyəsinin inzibati-ərazi vahidində kənd. == Toponimkası == Baytala Tiflis quberniyasının Borçalı qəzasında (indi Marneuli rayonunda) kənd adı. Gürcücə yazılış forması Baitalo. Dağıstan əyalətinin Teymurxanşura dairəsində Baytal kənd adı ilə eynidir. Monqolca bu adal — "düşərgə", "elin dayanacaq yeri" və tala sözündəndir.
Katalpa
Katalpa (lat. Catalpa) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin biqnoniyakimilər fəsiləsinə aid bitki cinsi. Yumurtavari katalpa (Catalpa ovata) Catalpa bignonioides Walter – Catalpa brevipes Urb. – Catalpa bungei C.A.Mey. – Catalpa cassinoides Spreng. – Catalpa communis Dum.Cours. – Catalpa cordifolia Moench – Catalpa denticulata Urb. – Catalpa domingensis Urb. – Catalpa duclouxii Dode – Catalpa ekmaniana Urb. – Catalpa fargesii Bur.
Katana
Katana (刀) feodalizm dövründə Yaponiyada samuray tərəfindən istifadə olunan ənənəvi Yapon qılınclarından biridir.Katananın müasir variantları bəzən qeyri- ənənəvi materiallarla və üsullarla hazırlanır. Katana özünəməxsus görkəmi ilə səciyyələnir:əyri olması,nazik olması, vahid iti tiyəli hər iki ələ yerləşən dairəvi və ya düzbucaq formada qorunması olan uzun dəstək ilə. Yaponiyada qılınc istehsalı xüsusi dövrlərə bölünür: Cakoto(qədim qılınclar,miladdan sona 900-cü ilə qədər) Koto( köhnə qılınc 900-1596) Şinto(yeni qılınclar 1596-1780) Şinşinto(ən yeni qılınclar 1781-1876) Qendayto(müasir qılınclar 1876-1945) Şinsakuto(ən son hazırlanmış qılınclar 1953-hal-hazırda) Kamakura dövründə tati dən fərqli olaraq uzun qılıncları təsvir etmək üçün ilk dəfə olaraq katana (gatana) sözündən istifadə edirdilər.
Katara
Katara (çin. 卡塔拉 Kǎ Tǎ Lā) — Avatar: Aanq haqqında əfsanə cizgi serialının, eyni adlı Netflix serialının və Sonuncu hava maqı filminin əsas personajlardan biri; Korra əfsanəsi cizgi serialın personajı. Birinci serialın əvvəlində Katara Cənub qütbdə tək bir su maqı idi. Yayılmamış pilot seriyasında Kataranın adı Kaya (ing. Kya) idi. Nickelodeon-un hüquq şöhbəsi həmin adın Kya: Dark Lineage video oyunuda artıq işləndiyini öyrənəndə ona veto qoymuşdu. Bundan sonra Kanna adı təklif olunub, amma o daha sonra Kataranın nənəsi üçün işlənilib. Kia isə Kataranın anası olub. Bundan başqa, orijinal konsepsiyada baş personajların yaşı aşağı olmalı idi. Lakin sonra, icraçı prodüsser Erik Kolmen Nickelodeon yetkinləşmə süjeti istəmədiyini xəbər vermişdi.
Masala
Masala (Tamilcə: மசாலா hind. मसाला; benq. মশলা; urdu مصاله; nep. मसाला) — Cənubi Asiya mətbəxində (o cümlədən Hindistan, Pakistan, Nepal, Banqladeş, Miyanma, və Şri Lanka mətbəxlərində) ədviyyat qarışığını təsvir etmək üçün istifadə olunan termin.
Matara
Matara (sinh. මාතර, tam. மாத்தறை) — Şri-Lankada şəhər. Cənub əyalətinin okean sahillərində yerləşir. Ölkə paytaxtı Kolombodan 160 km məsafədədir. Matara dairəsinin əsas ticarət mərkəzi və inzibati mərkəzidir. Şəhər 2004-cü ildə Hind okeanında baş vermiş zəlzələdən böyük zərər görmüşdür. Şəhər əhalisinin sayı 68 000, aqlomerasiyada isə əhalinin sayı 831 mindir. «Matara» sözü «Böyük bərə» mənasını verir və böyük ehtimal ki, tamil dilində olan «matturay» sözündəndir. Matturay sözü isə «böyük dəniz limanı» və ya «böyük qala» mənasını daşıyır.
Nataşa
Nataşa — ad. Nataşa Rostova — Lev Tolstoyun "Hərb və Sülh" romanının əsas qəhrəmanlarından Nataşa Vegşeider — Avstriyalı bədii gimnastdır. Nataşa Lionn — ABŞ aktrisası, komediyaçısı, rejissoru Nataşa Starr — Polşa pornoaktrisası. Nataşa Yarovenko — İspaniyada yaşayan Ukrayna aktrisası. Nataşa Bedinqfild — ingiltərəli müğənni ve bəstəkar. Nataşa Osmokroviç — xorvatiyalı voleybolçu. Nataşa Bassett — avstraliyalı aktrisa, ssenarist və rejissor. Nataşa Krsmanoviç — Serbiya voleybolçusu. Nataşa Kandiç — Serbiyalı ictimai xadim, insan hüquqları müdafiəçisi. Nataşa Ninkoviç Nataşa Stankoviç — Hindistan serbi, aktrisa, model, rəqqas.
İtitala
İtitala — Azərbaycan Respublikasının Balakən rayonunun İtitala kənd inzibati ərazi dairəsində kənd. Katex çayının sahilində, Alazan-Əyriçay çökəkliyindədir. Kəndə belə ad onun yerləşdiyi talanın iti bucağa oxşamasına görə verilmişdir. Yaşayış məntəqəsi 1863-cü ildə hazırda inzibati-ərazi bölgüsünə əsasən Zaqatala rayonuna daxil olan Əliabad yaşayış məntəqəsindən bura köçmüş ailələr tərəfindən salınmışdır.. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi təxminə əsasən kənd əhalisi 2.324 nəfərdir. Qeyri-rəsmi məlumatlara əsasən kənd əhalisinin əksəriyyətini ingiloylar təşkil edir. Kənddə İtitala kənd məscidi dini icması fəaliyyət göstərir.
Natalya
Natalya — ad.
Bağtala
Bağtala — Azərbaycan Respublikasının Qax rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == 2009-cu il tarixinə olan rəsmi məlumata əsasən kənddə cəmi 9 nəfər əhali yaşayır. 1 yanvar 2012-ci il tarixinə olan rəsmi məlumata əsasən kənddə 2 təsərrüfatda hər iki cinsdən toplam 9 nəfər əhali yaşamaqdadır. == Toponimikası == Bağtala oyk., mür. Qax r-nunun Qaxingiloy i.ə.v.-də kənd. Bağtala keçmişdə Qaxbaş kəndinə məxsus bağların adı olmuşdur. XIX əsrin ortalarında həmin kənddən ayrılmış ailələrin burada məskunlaşması nəticəsində yaranan yaşayış məntəqəsinə elə həmin bağların adı verilmişdir. Oykonim "bağ içərisində kənd" deməkdir. == Abidələri == Yaxınlıqda yarım-xaraba şəkildə dövrümüzə gəlib çatmış Müqəddəs Bakirə Kilsəsi vardır.
Camala
Susanna Alimovna Camaladinova (krımtat. Susana Alim qızı Camaladinova, ukr. Суса́на Алі́мівна Джамаладі́нова; 27 avqust 1983, Oş) və ya sadəcə Camala (krımtat. Camala, ukr. Джама́ла) — tatar və erməni mənşəli Ukrayna musiqiçisi. O, "1944" mahnısı ilə Ukraynanı 2016 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və qələbə qazanmışdır. == Həyatı == Susanna Camaladinova 27 avqust 1983-cü ildə Qırğızıstan Sovet Sosialist Respublikasının Oş şəhərində dünyaya göz açmışdır. Onun atası milliyətcə Krım tatarı, anası isə ermənidir. Camala və onun atası müsəlman, anası isə xristiandır. İkinci dünya müharibəsi zamanı Camalanın Krımdan olan əcdadları İosif Stalinin göstərişi ilə məcburi şəkildə Mərkəzi Asiyaya deportasiya edilmişdirlər.
Çapala
Qoçulu — Gürcüstan Respublikasının Borçalı mahalı bölgəsində kənd. İnzibati cəhətdən Bolnisi rayonunun tabeçiliyindədir. 90-cı illərin əvvəllərində rayonun digər 32 azərbaycanlı kəndində olduğu kimi adı dəyişdirilərək Çapala halına salınmışdır. Faruq Sümərin məlumatına görə XVI əsrin sonu XVII əsrin əvvəllərində Qoçulu Ustaclı oymağının obalarından biri idi. Qoçulu kəndi Maşavera çayının sağ sahilində dəniz səviyyəsindən 430–440 m. yüksəklikdə yerləşir. Ərazi baxımdan rayonun İmirhəsən, Daşlıqullar, Hasanxocalı, Cəfərli və Əsmələr kəndləri ilə qonşuluqdadır. Kənd rayon mərkəzindən 14 km şərqdə yerləşir. Coğrafi koordinatları 41° 26' 14" şimal enliyi, 44° 37' 51" şərq uzunluğudur.Kənddə məktəb yerləşir. Kənddə xüsusi körpü vardır ki, deyilənlərə görə yumurta qabığından inşa edilib.[mənbə göstərin] 2002-ci il əhali siyahıyaalmasının nəticələrinə əsasən Qoçulu kəndində 1623 nəfər sakin (rayon əhalisinin 2,2%-i) yaşayır.
Çatalca
Çatalca (türk. Çatalca) — İstanbul ilinin ilçəsi. 26 iyun 1926 tarixində yaradılan Çatalca rayonunun əhali sayı 68,935 nəfərdir (2016-cı ilin statistikasına görə). Rayon cənubda Böyükçəkməcə, qərbdə Silivri və Təkirdağ, şərqdə Avcılar, Kiçikçəkməcə və Qaziosmanpaşa məhəllələri ilə əhatə olunmuşdur. 1291 km² sahəsi olan Çatalca rayonu 40 məhəllədən ibarətdir. İlçənin ərazisi 1.291 km²-dır. Bu ərazin böyük əksəriyyəti meşələrlə örtülüdür. Sahil uzunluğu 135 km təşkil edir. İl mərkəzinə məsafə isə 55 km-dir. Cənubda Böyükçəkməcə, qərbdə Silivri və Qaziosmanpaşa ilçələri ilə qonşudur.