Alatala — Yelizavetpol (Gəncə) quberniyasının Qazax qəzasında, indiki Şəmşəddin rayonu ərazisində qışlaq. 1960-cı ildə ləğv edilmişdir.[1]
Qışlaq | |
Alatala | |
---|---|
40°48′00″ şm. e. 45°24′00″ ş. u.HGYO | |
Ölkə | Ermənistan |
Region | Qaraqoyunlu mahalı |
Rayon | Şəmşəddin rayonu |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | UTC+4 |
Toponim türk dilində «ala-bula», «rəngarəng yer» mənasında işlənən ala sözü ilə[2] Azərbaycan dilində «meşədə ağacsız, çılpaq yer, sahə», «açıqlıq» mənasında işlənən tala sözündən[3] əmələ gəlmişdir.
«Ala» sözü Azərbaycan toponimiyasında «boz rəng», «müxtəlif rəng çalarları» mənasında işlənir[4].
Relyef əsasında yaranan quruluşca mürəkkəb toponimdir.