Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Təmmuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. (Təm/Tam/Dam) kökündən törəmişdir.
Tammuz
Təmmuz Xan - türk, şumer və altay mifologiyasında bərəkət ilahı. Tamız (Tamus, Tammus, Tamıs, Dumuz, Dumıs) Xan kimi də deyilir. Şumer mənşəlidir. Türk coğrafiyasının böyük qisimində adı yaz aylarından birinə verilir (iyul); Temmuz, Tamız, Tamıs kimi... Çox vaxt Ahır heyvanlarının və ya çobanların ya da çöl həyatın, əkinlərin və hasadın qoruyucusu olaraq görülər. Damazlıq (Anadoluda "Damızlık") sözü, "Damaz" (Anadoluda "Damız"; ahır) sözü ilə olduğu qədər bu adla də əlaqəlidir və Tamız Xan üçün ayrılan heyvan deməkdir. Şumer mifologiyasında çoban görünüşlü olaraq təsvir edilər. Şumerce adı Dumuzi, 12 Hayvanlı təqvimdə də iştirak edən Donuz (Türkcə "Domuz") ilə əlaqəli ola bilər. Ünü bütün orta şərqə yayılmışdır. (Təm/Tam/Dam) kökündən törəmişdir.
Termez
Termez (özb. Термиз) — Özbəkistanda Surxandərya vilayətinin mərkəzi. Ət-Tirmizi - sufi.
Teymur
Teymur — kişi adı. Teymur — görkəmli sərkərdə. Cahan Teymur — Elxanilər sülaləsindən, elxanlığa iddiaçı. Teymur Bəkirzadə — rejissor, ssenarist Teymur bəy Aşurbəyov — XX əsrin əvvəllərində yaşamış Bakı milyonçusu. Teymur Paşa xan — Maku xanlığının 5-ci xanı idi. Teymur İlyaslı Teymur Quliyev Teymur Quliyev (dövlət xadimi) — Azərbaycan SSR-nin dövlət xadimi Teymur Bünyadov Teymur Bünyadov (akademik) — tarix elmləri doktoru, prof., AMEA-nın həqiqi üzvü. Teymur Bünyadov (general-mayor) — general-mayor (1966) Teymur Məmmədov Teymur Məmmədov (aktyor) — Aktyor. Film bələdçisi. Teymur Məmmədov (boksçu) — Azərbaycanlı boksçu, həvəskar boks üzrə dünya, avropa çempionatlarının mükafatçısı. Filmlər Topal Teymur (film, 1983) — Digər Teymur Müskanlı — Azərbaycan Respublikasının Qubadlı rayonunun inzibati ərazi vahidində kənd.
Temur
Temur — Gürcü kişi adı. Temur Abazov — Gürcüstanın Marneuli rayonunun icra başçısı. Temur Çxeidze — sovet, gürcü və rus teatr rejissoru, aktyoru. Temur Babluani — kinorejissor.
Abbasov Teymur
Maarif Teymur
Maarif Teymur (tam adı:Teymurov Maarif Abı oğlu; 10 may 1946 – 9 oktyabr 2016) — ədəbiyyatşünas, publisist, mətnşünas, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1998), Azərbaycan Teatr Xadimləri Birliyinin üzvü (1989), Azərbaycan Jurnalistlər Birliyinin üzvü (1994). == Həyatı == Maarif Teymur 1946-cı il mayın 10-da Masallı rayonunun Ərkivan kəndində anadan olmuşdur. Burada on bir illik orta məktəbi bitirmişdir (1964). Əmək fəaliyyətinə "Azərkitab" birliyində yükləyici kimi başlamışdır (1964–1966). Azərbaycan Dövlət Universitetinin kitabşünaslıq şöbəsində təhsil almışdır (1965–1970). Moskvada Tarix arxivşünaslıq institutunda təhsilini davam etdirmişdir (1972–1974). Salman Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və İncəsənət Arxivi şöbəsində kiçik elmi işçi (1966), böyük elmi işçi (1969–1974), şöbə rəisi (1974–1983), elmi işlər üzrə direktor müavini (1983–1987) olmuşdur. Hazırda orada direktor vəzifəsində işləyir (1987-ci ildən). İlk dəfə mətbuatda 1969-cu ildə "Ədəbiyyat və incəsənət" qəzetində "Müşfıqin naməlum şeirləri" adlı məqaləsi ilə çıxış etmişdir. Ədəbiyyatımızın və tariximizin açılmamış səhifələrinə dair 250-dən artıq məqalə və xəbəri "Azərbaycan", "Ədəbiyyat və incəsənət", "Bakı", "Azərbaycan gəncləri", "Vətən səsi", "Millət", "Odlar yurdu", "Qobustan" və s.
Mahmud Teymur
Mahmud Teymur (ərəb. محمود تيمور‎) (16 iyun 1894, Qahirə – 25 avqust 1973, Lozanna) — Misir yazıçısı, dramaturqu, ədəbiyyatşünası. Qahirədə Ərəb Dili Akademiyasının fəal üzvü. Misir realist novella janrının banilərindən biridir. Məhəmməd Teymurun qardaşı olmuşdur. == Həyatı == Mahmud Teymur 16 iyun 1894-cü ildə Qahirədə, Əhməd Teymurun ailəsində anadan olmuşdur. O, Ali Kənd Təsərrüfatı Məktəbində oxumuşdur. Teymur 1925-ci ildə əsərlərini çap etməyə başlamışdır. Onun ilkin əsərlərinə İlkin əsər İvan Turgenev, Anton Çexov və Qi de Mopassan təsir etmişdir. 1920–1930-cu illərdə yazdığı hekayələrində Misir cəmiyyətinin müxtəlif təbəqələrinin həyatını göstərmişdir.
Mir Teymur
Mir Teymur Məmmədov (d. 21 yanvar 1947, Bakı) — Azərbaycan rəssamı. Mir Teymur Məmmədov 1947-ci ildə Bakı şəhərində anadan olub. 1968-ci ildə Ə. Əzimzadə adına Dövlət Rəssamlıq Məktəbini bitirib. 1968–1978-ci illərdə V. Muxina adına Leninqrad ali Rəssamlıq Məktəbini və Leninqrad Dövlət İnstitutunun "Teatr, musiqi, kino rəssamı" fakültəsini bitirib. 1970-ci illərdən "Kirpi" satirik jurnalında və dövri mətbuatda karikaturaçı rəssam kimi fəaliyyət göstərir. 1980-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. 1998-ci ildən Gürcüstan Rəssamlar İttifaqının fəxri üzvüdür. Respublikada və xaricdə keçirilən beynəlxalq sərgilərin iştirakçısı və mükafatçısıdır. 2004-cü ildə "Humay" milli mükafatına layiq görülüb.
Məcidzadə Teymur
Məngu Teymur
Məngu Teymur (monq. ᠮᠦᠨᠺᠬᠲᠡᠮᠦᠷ) və Daş Möngke— Elxani şahzadəsi, Hülakunun ən gənc oğlu. 23 oktyabr 1256-cı ildə gecə saatlarında Hülakü xanın ən gənc oğlu olaraq doğuldu. Anası Oyrat tayfasından Ölcay xatun idi. 5 yaşında Fars atabəyi Səəd Əbubəkr oğlu Salqurlunun qızı Abəş xatunla nişanlanmış, 1272-ci ildə evlənmişdi. 1281-ci ildə Suriyada Məmlük sultanı Qalavuna qarşı İkinci Höms döyüşündə məğlub olmuşdu. Uzun sürən xəstəlikdən sonra 26 aprel 1282-ci ildə Mosulda vəfat edib. 3 xatunu, bir neçə kənizi olub: Ölcay xatun (Buğa Teymurun qızı və dayısıqızı) Ara Qutluğ — Buğa Teymurun oğlu Tarağayla evləndi Abəş xatun Kərduçin xatun Noçin xatun (Diyarbəkr valisi Durabay noyonun qızı) İncitay xatun (Hülakunun oğlu Cumğurun qızı) Alinaq Egeçi Ambarçi (ö. 24 Sentyabr 1294, Naxçıvan) Əsən Temür Yol Qutluq Pir Hüseyn Qonçi Qutuqtay (Samaqarın oğlu Ərəb Noyonla evləndi) Bibi Şah (Kirman valisi Rüknəddin Mübarək Xacənin qızı) Başqa bir kəniz Buyan ağa — Əmir Sutayla evləndi.
Teymur Bəkirzadə
Teymur Bəkir oğlu Bəkirzadə (14 sentyabr 1941, Bakı – 21 sentyabr 1995) — Azərbaycan kinorejissoru, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1991). Teymur Bəkir oğlu Bəkirzadə 14 sentyabr 1941-ci ildə Bakı şəhərində anadan olub. 1974-cü ildə Ali rejissorlar kurslarını (Moskva) bitirmişdir. Rejissor 1995-ci ildə vəfat edib. Mərhum səs operatoru Bəkir Bəkirzadənin atasıdır. "Azərbaycanfilm" kinostudiyasında 40-dan çox sənədli və bədii filmlərin rejissoru olub. 1978-ci ildə çəkdiyi "Dissonans" sənədli filmi bir neçə festivalda mükafat alıb. Son filmi "Ləqəbi "İKA"dır" tammetrajlı bədii filmini tamamlamadan vəfat etmişdir. "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 4 fevral 1991 "Dissonans" filminə görə Leninqradda VII Ümumittifaq idman filmləri kinofestivalında Qızıl Medal (1979) "Dissonans" filminə görə Aşqabadda XII Ümumittifaq kinofestivalında parlaq, dinamik kinoreportaja görə münsiflər heyətinin Diplomu (1979) "Dissonans" filminə görə Moskvada idman jurnalistlərinin Ümumdünya Assosiasiyasının Prizi (1980) "Dissonans" filminə görə Budapeştdə qısametrajlı filmlərin Beynəlxalq kinofestivalında Bürünc Medal (1982) "Polad adalar" filminə görə Alma-Atada XIX Ümumittifaq kinofestivalında Diplom (1986) Rejissor kimi Toğrul Nərimanbəyov (film, 1966) (qısametrajlı sənədli film) Dənizdə şüa (film, 1967) (qısametrajlı sənədli film) İthaf (film, 1969) (qısametrajlı sənədli film) Axtarış həvəsi (film, 1970) (qısametrajlı sənədli film) Güləş (film, 1970) (qısametrajlı sənədli film) Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970) (çoxseriyalı sənədli film) (4-cü seriya) Şərqdə birinci (film, 1970) (qısametrajlı sənədli film) Fəhlə Gülbala Əliyev (film, 1971) (qısametrajlı sənədli film) Arzu (film, 1972) Bakı-Neapol qardaşdırlar (film, 1972) (qısametrajlı sənədli film) Rəqiblər (1974) (qısametrajlı bədii film) Çətin yol (film, 1975) (qısametrajlı sənədli film) Çətirimiz buludlardır (film, 1976) (tammetrajlı bədii film) Cənub buxtası (film, 1977) (qısametrajlı sənədli film) Dissonans (film, 1978) (qısametrajlı sənədli film) Futbol, futbol... (film, 1979) (qısametrajlı sənədli film) Yol əhvalatı (film, 1980) (tammetrajlı bədii film) Harri Qasparov.
Teymur Bəxtiyari
Teymur Bəxtiyari (fars. بختیارتیمور‎, Teymur Baxtiyâr, 1914, İsfahan – 12 avqust 1970, Bağdad) — SAVAK-ın 1-ci direktoru (oktyabr 1957 — iyun 1961) — İran dövlət xadimi, SAVAK şah xidmətinin aşpazı. İran Silahlı Qüvvələrinin General-leytenantı (Sepahbod) Teymur Bəxtiyari 1914-cü ildə İsfahanda, bəxtiyarilər sülaləsinin liderlərindən Sərdar Moazzam Bəxtiyarinin ailəsində anadan olub. Bəxtiyarilər İrandakı şah rejiminin son onilliklərində xüsusi nüfuz qazanmışdılar (bu ailədən Məhəmmədrza Şah Pəhləvinin ikinci həyat yoldaşı - Soray Esfandiyari Bəxtiyar, həmçinin doktor Şapur Bəxtiyar - Şah hökumətinin son baş naziri cıxmışdır). Bəxtiyar Beyrutda bir fransız məktəbini bitirib (1928-1933), Fransada Sen-Sir Hərbi Akademiyasında təhsil alır (1936-cı ilə qədər). Sonra təhsilini Samyur süvarilər məktəbində davam etdirir. 1936-cı ildə gənc Teymur Bəxtiyar artıq quru qoşunlarında 2-ci dərəcəli leytenant rütbəsini almışdı. İrana qayıtdıqdan sonra Bəxtiyar Şahın Daxili İşlər Nazirliyinin idarəsində işləməyə başladı; tezliklə bir vəzifə aldı və baş leytenant oldu. 1946-cı ildə Şah hökümətindən müvafiq əmr aldıqdan sonra Xəmsə bölgəsinin sakitləşdirilməsində iştirak etdi. Xəmsədaki köçəri tayfaların silahlı müqavimətini yatıraraq hökumət onu Zahidana (İran şəhəri, Sistan və Bəlucistan bölgəsinin inzibati mərkəzi) göndərdi.
Teymur Daimi
Teymur Daimi (əsl adı: Teymur Rüstəm oğlu Tağıyev) — Azərbaycan rəssamı, kinorejissoru, ssenari müəllifi, fəlsəfə elmləri doktoru, mədəniyyət və incəsənət tənqidçi və nəzəriyyəçisi, publisist, müəllim. 1981-1985-ci illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq məktəbində təhsil alıb, daha sonra Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam edib və 1993-ci ildə orani bitiribdir. XX əsrin 80-ci illərinin axırında, respublikanin bədii həyatında fəal surətdə arenaya daxil olan, Azərbaycanın müasir rəssamlarının nəslindəndir. Helə bu müddət ərzində (1989-cu il) T. Daimi dostları ilə Azərbaycanda "Təstiq" adında birinci müstəqil bədii qrupu yaradır. Peşəkar fəaliyyətinin əvvəlindən bədii təcrübə ilə yanaşı nəzəri tədqiqatlarla məşqul olur. 1990-ci ildən rəssamın fəaliyəti fənlərarası xarakteri alır. 1996-ci ildə "Yolun tapılması" kitabını nəşr edir. Bu kitaba uç esse daxil olub - "Yolun tapılması", "Transfomasiya olmuş fəzanın manifesti və ya Tam Təsvirin portreti" və "Tutulmaz Birliyin görünüşü". 2000-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda fəlsəfə üzrə namizədlik dissertasiyasını müdafiə edir. 2003-2005-ci illərdə ssenarist və rejissor qismində "Caspian Supplies" studiyası ilə əməkdaşlıq edib.
Teymur Elçin
Teymur Elçin (doğum adı:Teymur Süleyman oğlu Əliyev; 28 mart 1924, Şuşa, DQMV – 14 mart 1992, Bakı) – şair, publisist, 1958-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Jurnalistlər Birliyinin üzvü (1958), Azərbaycan Dövlət mükafatı laureatı (1991), Azərbaycan SSR mədəniyyət nazirinin müavini (1975–1988). Teymur Süleyman oğlu Əliyev (Teymur Elçin) 1924-cü il mart ayının 28-də Şuşa şəhərində anadan olmuşdur. 1931-ci ildə ailəsi ilə Bakıya köçmüş, burada 132 saylı şəhər orta məktəbini bitirmişdir. 1941–1948-ci illərdə ADU-nun filologiya fakültəsində təhsil almışdır. Eyni zamanda "Gənc işçi" qəzeti redaksiyasında ədəbi işçi (1941), 1941–1942-ci illərdə Azərbaycan Radio Komitəsində İctimai-siyasi verilişlər baş redaksiyasında ştatdankənar müxbir, 1942–1943-cü illərdə diktor, redaktor, məsul redaktor, 1945–1946-cı illərdə APİ-nin komsomol komitəsinin katibi, Azərbaycan LKGİ Bakı şəhər komitəsinin birinci katibi (VI, 1946 — IV, 1948), Azərbaycan LKGİ Bakı komitəsinin katibi (V, 1949 – IV, 1950), "Azərnəşr"in siyasi-ictimai ədəbiyyat şöbəsinin müdiri (1950–1952), Azərbaycan Nazirlər Soveti yanında Radio Məlumat Komitəsi sədrinin müavini (1952–1953), Azərbaycan Nazirlər Soveti nəşriyyat qrupunun rəisi, katibliyin müdiri (1953–1955), Azərbaycan KP MK Elm və mədəniyyət şöbəsinin təbliğat və təşviqat şöbəsi müdirinin müavini (1955–1957), Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin (sonra Dövlət komitəsi) sədri (1957–1964), Azərbaycan KP MK Təbliğat və təşviqat şöbəsinin müdiri (1964–1975), Azərbaycan mədəniyyət nazirinin müavini (1975–1988) vəzifələrində çalışmışdır. Ədəbi fəaliyyətinə kiçik yaşlarından başlamış, ilk şeirlərini məktəb şənliklərində oxumuşdur. Onun ilk mətbu əsəri Bakı Mərkəzi Pionerlər Evinin 1938-ci ildə nəşr etdiyi "Şeirlər əcmuəsi"ndə dərc olunan "Azərbaycan" şeiridir. Bundan sonra məktəb illərində onun dövri mətbuatda "Kommunist", "Yeni yol" və "Azərbaycan pioneri" qəzetlərində) dərc edilən yazıları "Teymur Əlizadə" imzası ilə çıxmışdır. Şairin bir sıra siyasi, lirik, əmək və uşaq şeirlərinə mahnılar bəstələnmişdir. "Qar qız" mənzum pyesi M. Qorki adına Gənc Tamaşaçılar Teatrında tamaşaya qoyulmuşdur (1983).
Teymur Həmidov
Teymur Qaraisayev
Teymur Süleymanbəyli
Emir Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 8 aprel 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405 və ya 18 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. == Adı və şəxsiyyəti == === Teymurun adı === Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Teymur Kərimov
Teymur Ləng
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Topal Teymur
Teymur (çağatay. تیمور; 9 aprel 1336[…] və ya 1336, Şəhrisəbz, Cığatay xanlığı – 19 fevral 1405, Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, Qərbi və Şərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur. Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay Barlas — Barlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub. Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür.
Teymur Göyçayev
Teymur Ənvər oğlu Göyçayev (d. 11 avqust 1958) — Azərbaycan dirijoru, Qara Qarayev adına Dövlət Kamera Orkestrinin bədii rəhbəri, Azərbaycan Respubikasının xalq artisti.Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü (2020-ci ildən).Bülbül adına orta ixtisas musiqi məktəbinin direktoru. T.Göyçayev Bakı Musiqi Akademiyasının simli alətlər fakültəsini (skripka üzrə) 1981-ci ildə fərqlənmə diplomu ilə bitirmiş, 1985-ci ildə musiqi ifaçılarının Zaqafqaziya müsabiqəsində iştirak etmiş və laureat adı qazanmışdır. Sənətçi kimi Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik orkestrində artist işləmiş, 1986-cı ildən Bülbül adına orta ixtisas musiqi məktəbində, daha sonralar Bakı Musiqi Akademiyasında pedaqoji fəaliyyət göstərir. 1998-ci ildən Q.Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəridir. 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar incəsənət xadimi, 2005-ci ildə isə Azərbaycan Respublikasının xalq artisti fəxri adını almışdır. 9 may 2012-ci ildə, 30 aprel 2014-cü ildə, 6 may 2015-ci ildə, 6 may 2016-cı ildə 1 may 2017-ci ildə, 9 may 2018-ci ildə və 10 may 2019-cu ildə Prezident Mükafatına layiq görülmüşdür. 10 may 2014-cü ildə Heydər Əliyev Fondunun "Qızıl çinar" beynəlxalq mükafatı ilə təltif olunub. 10 avqust 2018-ci ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Şöhrət" ordeni ilə təltif edilib. 7 may 2020-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülmüşdür.
Teymur Hacıyev
Teymur Hüseynov
Teymur Əbdüləli oğlu Hüseynov — Azərbaycan SSR xalq torpaq komissarı
Temrük
Temrük — Rusiya Federasiyasında şəhər, Krasnodar diyarının Temrük rayonunun inzibati mərkəzi.
Əmmun
Əmunilər, həmçinin Əmmun xalqı, əmmunlular, Ammon övladları və ya ammonlular (əmn.: 𐤏𐤌𐤍 ʻAmān; ivr. ‏עַמּוֹן‏‎ ʻAmmōn; ərəb. عمّون‎) İordan çayının şərqində, indiki İordaniyada yaşamış qədim samidilli xalq. Qeyd edilmiş bir neçə əmuni adları arasında hər ikiis Bibliyadan götürülmüş Nahaş və Hanun mövcuddur. Əmuni dilinin Kənan ailəsinə aid olduğuna inanılır, ivrit və Moav dilləri ilə sıx bağlıdır. Əmuni dili müəyyən arami təsirləri özündə birləşdirmiş olması ehtimal edilir. Əmuni dilində müxtəlif kitabələr məlumdur. Əmunilərin dini haqqında az şey məlumdur. Bu haqda mənbələr əsasən Yəhudi Bibliyası və maddi sübutlardır. Onların dinləri Levant dinləri üçün olduqca tipik idi.
Meysəm Təmmar
Meysəm Təmmar (ərəb. ميثم التمار‎) Bənu Əsəd bir qadın aid bir qul idi. Əli ibn Əbi Talib (birinci Şiə İmami və dördüncü sünni Xəlifə) qadın bu qul alınmış və Allah yolunda pulsuz onu seçir. O, yüksək xarakter daşıyır və Allah, İslam Peyğəmbər və onun Atom al-Bayt gerçek bir lover bir adam idi. Meysəm Yəhyanın oğlu idi. Onlar İraq və İranın arasında yerləşmiş Nəhrəvan məntəqəsindən idilər. Bəziləri Meysəmi iranlı hesab etmişlər. Ona Əbu-Salim də deyərdilər. Meysəm əvvəlcə bəni-Əsəddən olan bir qadının qulamı idi. Həzrət Əli onu həmin qadından alıb, azad etdi.