Emir Teymur

Teymur (çağatay. تیمور; 9 aprel 1336[1][2][…] və ya 1336[3], Şəhrisəbz, Cığatay xanlığı19 fevral 1405[2], Otrar, Teymurilər dövləti) — türk sərkərdə, Mərkəzi, QərbiŞərqi Asiyanın, habelə Qafqazın, Rusun və Volqaətrafı bölgələrin tarixində böyük rol oynamış şəxsiyyət, Teymurilər dövlətinin banisi. 1370-ci ildə Əmir titulu almış Teymurun adı Azərbaycan dilində olan tarixi ədəbiyyatlarda daha çox Əmir Teymur kimi qeyd olunur.

Əmir Teymur
9 aprel 1370 – 14 fevral 1405
SonrakıXəlil Sultan
Şəxsi məlumatlar
Doğum tarixi 9 aprel 1336[1][2][…] və ya 1336[3]
Doğum yeri
Vəfat tarixi 19 fevral 1405[2]
Vəfat yeri
Dəfn yeri
Fəaliyyəti döyüşçü
Həyat yoldaşları
Uşaqları
Ailəsi Teymurilər
Dini sünni islam
Hərbi xidmət
Mənsubiyyəti Mirzə, Xaqan
Rütbəsi Bəy[d], Mirzə, Xaqan
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Adı və şəxsiyyəti

[redaktə | mənbəni redaktə et]

Ərəb ad qoymasına əsasən Teymurun tam adı Teymur ibn Tarağay Barlas (Tīmūr ibn Taraġay BarlasBarlaslı Tarağayın oğlu Teymur) olub. Çağatay və monqol dilində Temür və ya Temir sözləri "dəmir" mənasını verir. Orta əsr rus mənbələrində Teymurun adı "Topal Teymur" kimi də qeyd olunub.

Çingizlilər sülaləsindən olmadığı üçün Teymur formal olaraq böyük xan titulu daşıya bilməzdi. Elə buna görə də o, özünə əmir (tayfa başçısı) titulunu götürür. 1370-ci ildə Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur özünə Gürkan[4] (fars. Timūr Gurkānī, تيموﺭ گوركانی‎) titulunu götürür. Gürkan monqol dilində kuruqen və ya xurqen sözünün fars dilində olan variantıdır və tərcüməsi "kürəkən" deməkdir. Bu o demək idi ki, Çingizlilər sülaləsi ilə qohumlaşan Teymur onların evlərində azad şəkildə yaşaya və hərəkət edə bilərdi[5].

Müxtəlif fars mənbələrində tez-tez Teymur Ləng (fars. Tīmūr-e Lang, تیمور لنگ‎) yəni "Topal Teymur" adına rast gəlmək olar. Ehtimal olunur ki, bu addan həmin dövrdə Teymuru alçaltmaq və həqarət etmək üçün istifadə olunub.[6] Bu söz sonradan qərb dillərində müxtəlif formalarda yayılır (Tamerlan, Tamerlane, Tamburlaine, Timur Lenk). Rus dilinə də keçən bu söz (Тамерлан) öz ilkin kökündən fərqli olarq heç bir neqativ çalara malik deyil və "Teymur" sözü ilə yanaşı şəkildə işlədilir.

Teymurun şəxsiyyəti

[redaktə | mənbəni redaktə et]
Teymur Səmərqənddə məclislərin birində

Teymurun siyasi fəaliyyətinin başlanğıcı Çingiz xanın fəaliyyətinə bənzəyir: onlar şəxsən özləri ardıcılları tərəfindən təşkil olunmuş dəstələrin başçıları idilər, hansılar ki, sonralar da onların hərbi qüdrətində əsas təməl rolunu oynayıblar. Teymur Çingiz xan kimi şəxsən bütün hərbi qüvvə təşkilatlarının təfərrüatları ilə maraqlanırdı, rəqib və onların torpaqları barədə ətraflı məlumatlar toplayırdı, öz ordusunda yüksək olan şəxsi nüfuza malik idi və tamamilə öz silahdaşlarına güvənirdi. Fərq Teymurun uğursuz şəkildə seçib vətəndaş idarəetməsinə qoyduğu insanlarda idi (Səmərqənd, Herat, ŞirazTəbriz şəhərlərində çoxlu sayda yüksəkrütbəli məmur rüşvətxorluğa görə cəzalandırılmışdı).

Teymur alimlər ilə söhbət etməyi xüsusən də tarixi əsərləri dinləməyi çox sevirdi. Teymurun özünün tarixi bilikləri ilə orta əsrlər tarixçisi, filosofu və mütəfəkkiri olan İbn Xəldunu çox təəccübləndirmişdir. Teymur tarixi və əfsanəvi qəhrəmanların cəsurluqlarından danışaraq öz döyüşçülərini ruhlandırırdı.

Teymur özündən sonra çoxlu sayda əzəmətli memarlıq tikililəri saxlayıb. Bunlardan bir çoxu dünya mədəniyyətinin xəzinələrinə daxildir. Teymurun tikililəri, hansıların ki, yaradılmasında şəxsən özünün fəal iştirakı olub, Teymurun bədii zövqünü nümayiş etdirib.

Teymur başlıca olaraq özünün doğma şəhəri Mavəraünnəhrin çiçəklənməsi və paytaxt Səmərqəndin şöhrətlənməsi üçün böyük qayğı göstərirdi. Teymur ələ keçirdiyi bütün ölkələrdən ustaları, memarları, zərgərləri və inşaatçıları imperiyasının paytaxtı Səmərqənd, atasının vətəni Keş (Şaxrisabz), Buxara və sərhədyanı şəhər Türkistanı yenidən qurmaq üçün sözügedən yerlərə göndərirdi. Teymurun Səmərqəndə olan qayğısı onun bu məşhur cümləsində öz əksini tapıb: "Səmərqəndin üzərində həmişə mavi səma və qızıl ulduzlar olacaq". Bu insanları ancaq həyatlarının son illərində daha çox sərhədyanı bölgələrdə yerləşən şəhərlərə işləmək üçün göndərirdilər (1398-ci ildə Əfqanıstanda yeni suvarma kanalı çəkilir, 1401-ci ildə isə Cənubi Qafqazda və s.)[7].

Uşaqlıq və gənclik

[redaktə | mənbəni redaktə et]

Teymur 1336-cı ilin 9 aprel tarixində, Mərkəzi Asiyada Keş (hal-hazırda Şaxrisabz, Özbəkistan) şəhərinin yaxınlığındakı Hoca-İlqar kəndində dünyaya gəlib.

Onun uşaqlıq və gənclik illəri Keşi dağlarında keçib. Gənc olarkən Teymur ov etməyi, at çapmağı, nizə tullamağı, ox atmağı və qılınc oynatmağı çox sevirdi. O, hələ uşaq olarkən hərbi oyunlara böyük maraq göstərirdi. Tarağayın yanında qulluq edən atəbəylər 10 yaşından etibarən Teymurun tərbiyəsi ilə məşğul olmağa başlayıblar. Onlar Teymura idman oyunlarını və hərb sənətinin sirlərini dərindən öyrədiblər. Teymur çox cəsur və təmkinli insan olub. Ayıq mühakimə yürütmək keyfiyyətinə malik olan Teymur ən çətin anlarda ən düzgün qərarları qəbul etməyi bacarıb. Xasiyyətinin bu xüsusiyyətləri insanları ona cəlb edirdi. Teymur barədə mənbələrdə olan ilk məlumatlar 1361-ci ildən etibarən onun siyasi fəalliyyətə başlaması ilə meydana gəlib.

Əmir Teymur 1336-cı ildə Səmərqənd yaxınlığında yerləşən Keş şəhərində anadan olub. Bu bölgə 1300-cü illərdə monqol hakimiyyəti altında idi. Həmin dövrdə türklərlə monqolların birlikdə yaşadığı və qaynayıb qarışdığı sosial mühit mövcud idi. Bu quruluşun bir təzahürü olaraq onsuz da türk mədəniyyətindən çox təsirlənmiş olan monqollar bölgədəki mənəvi mühitin də təsiri ilə İslamı qəbul etməyə başlamışdılar. Teymurun mənsub olduğu tayfa da bu mühitdən təsirlənmişdi.

İlk illəri və Mavəraünnəhrin tabe edilməsi

[redaktə | mənbəni redaktə et]
Əmir Teymur Bəlx döyüşündə (1370). Mirxvənd Ravzat əl-Səfa tərəfindən çəkilmişdir. Britaniya kitabxanasında saxlanılır.
… Çingiz xanın nəvəsi Tuğluq Teymur[q 1] Mavəraünnəhr məmləkətini ələ keçirmək məqsədilə qoşun çəkib, Xocənd suyundan[q 2] adlayıb keçərkən mənim, Əmir Hacı Bərlasın və Əmir Bəyazid Cəlayirinin adımıza yarlıq göndərərək tələb etmişdi ki, hüzuruna gələk. Əmir Hacı Bərlasla Əmir Bəyazid məndən məsləhət istədilər ki, öz uluslarından keçib Xorasana getsinlər, yoxsa Tuğluq Teymur xanın hüzuruna yollansınlar? Mən onlara belə yol göstərdim: Tuğluq Teymur xanın hüzuruna getsəniz, iki fayda, bir ziyan gözlənilir, Xorasan tərəfə keçib getməyin isə iki ziyan, bir faydası vardır. Onlar mənim məsləhətimə əhəmiyyət verməyərək öz yurdlarının içindən keçib Xorasan tərəfə yollandılar. Mən də çaşbaş qaldım, bilmədim Xorasana getsəm yaxşıdır, yoxsa Tuğluq Teymur xanın yanına. İki fikir arasında qaldım. Vəziyyəti belə görəndə pirimə[q 3] məktub göndərib ondan məsləhət istədim. O, bu məzmunda cavab yazıb mənə yolladı:

"Dördüncü xəlifə Həzrəti Əli ibn Əbu Talibdən (ona Tanrının kərəmi və mərhəməti olsun) bir adam soruşub ki, göylər kaman, Yer üzü kaman kirişi, olaylar, bəlalar, müsibətlər ox, insanlar da həmin yay-oxa hədəf olsalar, oxu atan isə Allah-Təalə olsa (onun qüdrəti daha da ulu olsun) adamlar hansı tərəfə qaçmalıdır? Xəlifə cavab verir ki, adamlar Tanrının qənşərinə qaçmalıdır. Buna oxşar olaraq sən də Tuğluq Teymur xanın qarşısına yürüş elə və bu yay-oxunu çəkib əlindən al". Bu cavab mənə çatan kimi könlüm qanad açdı və Tuğluq Teymur xanın qabağına getmək qərarına gəldim. …

Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 11.[8]

Teymur gənc yaşlarında olarkən Şərqi Türkistanda hökm sürən İli monqollarının hökmdarı Tuğluq Teymurun 1360-cı ildə Mavəraünnəhrə gəldiyi dövrlərdə burada olan bəzi bəylərin bölgəni tərk etməsinə baxmayaraq özü getməmiş və Tuğluq Teymura tabe olduğunu bildirmişdi.[9] Qarşılığında isə atalarının mülkü olan Keş şəhəri və ətrafı ona verilmişdi.

Tuğluq Teymur Mavəraünnəhrin idarəsini oğlu İlyas Xocaya vermiş[10], Teymuru da onun xidmətinə təyin etmişdi.[11] İlyas Xocanın yanındakı əmirlərin pis rəftarına görə Teymur Əmir Qazağanın nəvəsi Əmir Hüseynin[12] yanına getdi. Birlikdə Xorasana qaçarkən türkmənlər tərəfindən tutuldular və Mahanda 60 gün zindanda qaldıqdan sonra azadlığa çıxıb[13][14], Səncəri qəbiləsinin başçısı Mübarəkşahdan kömək gördükdən sonra[14] yenidən görüşmək şərtilə ayrıldılar. Ancaq düşmən qarşısında çətin vəziyyətə düşən Sistan hakimi Məlik Fəxrəddinin onları köməyə çağırmasından sonra min nəfərlik qüvvə ilə köməyə getdilər. Məlik Fəxrəddin vədlərini yerinə yetirmədiyi üçün buradan ayrılmaq istədiklərində Sistanlılar yollarını kəsdi. Burada baş verən toqquşmada Teymur sağ əlindən ox yarası aldı. Ehtimal olunur ki, Teymurun ayağının zədələnməsi də bu döyüşdə olmuşdur.[13][15][16]

Yaraları sağaldıqdan sonra Teymur Hüseynlə birlikdə yenidən Mavəraünnəhrə gələrək Tirmiz, Bəlx və Keş şəhərlərini İlyas Xocanın adamlarının əlindən alıb özünü də məğlub etdikdən sonra qurultay toplayıb Tuva xanın nəvələrindən Qabilşah Oğlanı xan elan etdilər. Teymur Hüseynlə birlikdə uzun çəkən mübarizədən sonra Mavəraünnəhrə hakim oldular. Bu iki dost arasında Hüseynin bacısı Ulcay Türkan ağanın Teymurla evlənməsi səbəbindən qohumluq əlaqələri də yaranmışdı.[13] Ancaq 1365-ci ildən sonra araları getdikcə soyumağa başladı. Teymurla Hüseyn arasında Mavəraünnəhrdə hakimiyyət qurmaq uğrunda mübarizə gedirdi.[17] Əmir Hüseyn Adil xanın adına hərəkət edirdi. Teymur da buna qarşılıq olaraq Çingizlilər nəslindən Suyurqatmış xanı taxta çıxararaq Əmir Hüseynin üstünə getdi. 1370-ci ildə Bəlx şəhərində müharisəyə alınan Əmir Hüseyn tutuldu[18] və Xutallan hakimi Əmir Keyxosrovun qardaşını öldürdüyünə[19] görə öldürüldü.[18] Bundan sonra Teymur bütün Mavəraünnəhrə hakim oldu. Əmir Hüseynin hərəmxanası və xəzinələri Teymurun əlinə keçdi. Əmir Hüseynin hərəmxanasından özünə seçdiyi xanımlar arasında Qazan Sultanın qızı Saray Mülk xanım da vardı. Məhz bu evlilikdən sonra Saray Mülk xanım xan qızı olduğuna görə Teymur özünə xan ailəsinin kürəkəni olduğunu bildirən Gürkan titulunu götürmüşdü.[13]

Əmir Teymurun Xarəzmə yürüşü

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun ordusu. Kəmaləddin Behzad tərəfindən çəkilmişdir. XVI əsr

Şimal və Qərbi Xarəzm Cuçi ulusuna, Qat və Xivə isə Çağatay ulusuna aid idi. Əmir Teymur da Çingizlilər soyundan gələn Suyurqatmış xanı taxta çıxardıqdan sonra dövləti Çağatay xanədanının adından idarə edirdi.[13] Əmir Teymuru Konqurat oymağından[13] Tenqüdeyin oğullarının əlində olan Xarəzm bölgəsinin ən böyük şəhərləri, Qat və Xivə maraqlandırırdı.[13] Əmir Teymur oraya nəzarət edən Hüseyn Sufiyə elçi göndərərək bu iki şəhərin Çağatay xana aid olduğunu və bu səbəbdən oraların təhvil verilməsini istədi. Hüseyn Sufi isə cavabında bu yerləri qılıncla aldığını və kiminsə ondan bu yerləri ancaq qılıncla geri ala biləcəyini bildirdi.[13] Bundan sonra Əmir Teymur bölgəyə qoşun yeritdi. Qat ələ keçirildi və ətraf ərazilər qarət olundu.[13] Xarəzm mühasirəyə alındı, amma Hüseyn Sufinin mühasirə zamanı öldüyü və yerinə qardaşı Yusif Sufinin keçməsi xəbərindən sonra sülh əldə olundu.[20]

Özbək xanın soyundan olan və Xanzadə ləqəbi ilə tanınan Süyün Bek xanımla Əmir Teymurun böyük oğlu Cahangir Mirzənin evləndirilməsi qərarlaşdırıldı.[13] Əmir Teymur 1373-cü ildə yenidən Xarəzmə hücum etdi. Bu yürüşün səbəbi Yusif Sufinin sözünü yerinə yetirməməsi və Qat vilayətinə əsgər göndərərək oranı dağıdıb əhalisini pis vəziyyətdə qoyması idi. Əmir Teymurun Xarəzm istiqamətində irəlilədiyini öyrənən Yusif Sufi narahat olmuş və sülh üçün Xanzadənin tezliklə göndərilməsini qəbul edərək toy hazırlıqlarına başlamışdı.[13] Bu evlilik nəticəsində Əmir Teymurun böyük oğlu Cahangir Mirzə də xan nəslinə kürəkən olmuşdu. Cahangir Mirzə və Xanzadədən daha sonra Əmir Teymur tərəfindən Teymuri taxtına varis təyin olunacaq Pir Məhəmməd anadan olmuşdur.[21]

1379-cu ildə Xarəzm məsələsi yenidən alovlandı. Xarəzm hakimi Yusif Sufi Əmir Teymurun şərqdə məşğul olmağından yararlanmaq istəmiş, Buxara və ətrafına əsgər göndərmişdi. Əmir Teymur elçi göndərsə də Yusif Sufi bu elçini tutdurmuşdu. Bundan sonra Əmir Teymur hücum edərək Yusif Sufini üç ay mühasirədə saxladı. Yusif Sufinin xəstələnib ölməsi nəticəsində yerinə Süleyman Sufinin keçməsindən sonra razılıq əldə olundu və yürüş başa çatdı.[13][22] Beləliklə Xarəzm bölgəsi Teymurilər dövlətinə tabe oldu, amma bir müddət sonra Toxtamışın təsiri ilə Sufi ailəsi yenidən Əmir Teymura qarşı çıxdı. Sufi ailəsinin də mənsub olduğu Konqurat boyu Xarəzmdə hakimdi. Bu boy Qızıl Ordaya yaxınlığı ilə seçilirdi. Qızıl Orda xanı Toxtamışın anası da bu boydandı. Bu boya mənsub olan əmirlərin Qızıl Ordada nüfuzu böyükdü. Hətta Əli bəy Konqurat Toxtamışın baş bəyi idi. Əmir Teymur 1371–1379-cu illərdə Xarəzmə etdiyi dörd yürüşlə bu bölgəni Teymurilər dövlətinə tabe etsə də, Sufi ailəsini və Konquratları tam şəkildə tabe etdiyini demək doğru olmazdı. Konquratlar Toxtamış xan Qızıl Orda dövlətini dirçəltdikdən sonra ona meyil etdilər və Əmir Teymur 1388-ci ildə yenidən Xarəzmə yürüş edərək bu dəfə tam olaraq Xarəzmi dağıtdı və özünə tabe etdi.[13][23]

Əmir Teymurun Xorasana yürüşü

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Xorasan istiqamətində yürüşü
Xorasan məmləkəti əlimizə keçəndən sonra əmirlərim təklif elədilər ki, adları çəkilən üç məmləkətə[q 4] qoşun göndərək. Mən dedim ki, əgər qoşunun özü təkbaşına bu işin öhdəsindən gələ bilməsə, necə olsun? Onda özümün ora getməyim lazım gələcəkdi. Mənim vacib saydığım özgə işlər çox idi. Məsləhətim belə oldu ki, həmin diyarların hakimlərini öz tərəfimə çəkmək üçün onlara bu məzmunda məktub yollayım: "Əgər mənə qoşulsanız, xilas olacaqsınız, mənə qarşı çıxsanız, yeniləcəksiniz. Yeniləcəyiniz təqdirdə gözləriniz çox şeylər görəcək". Bu tədbir taleyimlə düz gətirdi. Fərmanım hökmdarlara yetişən kimi itaətkar başlarını tabelik məqamına qoydular.
Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 59–60.[24]

Əmir Teymur Xarəzm məsələsi həll olunduqdan sonra hücum istiqamətini parçalanmış vəziyyətdə olan İrana çevirdi. O dövrdə Amudərya çayından qərbə doğru bu dövlətlər mövcuddu. Mərkəzi Herat olmaqla Xorasanda Kertlər (1245–1383); mərkəzi Səbzivar olmaqla Xorasanın qərbində Sərbədarlılar; mərkəzi Gürgan olmaqla Astrabad; Bəstam, DamğanSimnanda Toğa Teymurlular; mərkəzi Şiraz olmaqla FarsKirman ətrafında Müzəffərilər (1294–1393); mərkəzi Bağdad olmaqla Ərəb İraqı, Əcəm İraqı və Azərbaycan bölgələrində isə Cəlairilər dövləti hökmranlıq edirdi. Əmir Teymur Kert dövlətindən başlayaraq bütün bu bölgələri Teymurilər dövlətinə birləşdirdi.

Əmir Teymur 1380-ci ildə Kertlərin hakimiyyətində olan Heratı ələ keçirdi.[25][26] Daha sonra Xorasanın qərbinə irəliləyərək Sərbədarlıların mərkəzi olan Səbzivarı tutdu.[27] 1381-ci ildə isə Əmir Vəlinin hakimiyyəti altında olan Toğa Teymurluların üstünə hücum etdi və İsfərayeni ələ keçirərək Astrabada qədər irəlilədi.[28] Əmir Teymur geri çəkildikdən sonra Əmir Vəli yenidən ölkəsinə hakim oldu, amma 1384-cü ildə Əmir Teymurun ordusu yenidən gəldikdən sonra Azərbaycan istiqamətində qaçdı və ölkəsinin torpaqları tamamilə Teymurilər dövlətinin tərkibinə qatıldı.[29]

Əmir Teymurun üç illik yürüşü

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun üç illik yürüşü
…İsfahanı zəbt elədim. İsfahan əhalisinə ehtiram göstərib, İsfahan qalasını onların öz ixtiyarına buraxdım. Onlar isə üsyan qaldıraraq təyin elədiyim darğanı öldürdülər və üç əsgərimi nizədən keçirdilər. Mən də İsfahan əhalisini bir ucdan qırmaq haqqında buyruq verdim.
Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 62.[30][31]

Əmir Teymur Xorasan yürüşü müddətində İranın vəziyyəti ilə daha yaxından tanış olduqdan sonra 1386-cı ildə buranı tamamilə ələ keçirməyi qərarlaşdıraraq Səmərqənddən hərəkətə başladı. Həcc ziyarətinə gedən karvanlara hücum etdiyini bəhanə edərək Luristan hakimi Məlik İzzəddin və oğullarını ələ keçirib Səmərqəndə göndərdi.[28] Buradan Azərbaycan istiqamətində irəlilədi. Əmir Teymur Bağdad hakimi Sultan Əhməd Cəlayırın Təbriz istiqamətində irəlilədiyi xəbərini almışdı, amma Sultan Əhməd Cəlayır Əmir Teymurun onun üstünə gəldiyi xəbərini aldıqdan sonra Bağdada geri döndü. Bu səbəbdən Təbriz Əmir Teymur tərəfindən rahatlıqla ələ keçirildi.[32] Yayı Təbrizdə keçirən Əmir Teymur sonra qəzavat məqsədilə gürcülər üzərinə hücuma keçdi. Sürməli və Qars qalalarını tutaraq dağıtdı.[33] Naxçıvan və Qars ətrafını nəzarətə aldıqdan sonra isə Tiflisə daxil oldu. Əmir Teymur Gürcüstana etdiyi hücum zamanı müsəlman olan gürcülərə toxunmamış və hərəkətlərinə görə onları mükafatlandırmışdı. Bunu nəzərə alaraq Gürcüstana qəzavat məqsədilə gəlməsində səmimi olduğunu düşünmək olar. Əmir Teymur Tiflisi ələ keçirdikdən sonra Şirvan ətrafı əraziləri də özünə tabe edib qışı keçirmək üçün Qarabağa getdi.[34] Əmir Teymur 1387-ci ildə İsfahana daxil oldu. İsfahanda əvvəlcə şəhərin önəmli şəxsləri, seyidlər, alimlər Əmir Teymuru qarşılamağa çıxdı və şəhərə aman verilməsi qarşılığında mal verilməsi razılaşdırıldı. Malı almaq üçün şəhərə daxil olan əsgərlərə bir qrup adam hücum elədi və hamısını öldürdülər. İsfahanlıların üsyan qaldırması səbəbindən Əmir Teymur geri döndü və üsyan yatırıldı.[13][30]

Əmir Teymur İsfahanı ələ keçirdikdən sonra Şiraz istiqamətində irəlilədi. Əmir Teymur Şirazda olarkən ona Toxtamışın müxaliflik edərək əsgər göndərdiyi və Səmərqənd ətrafında qarışıqlıq çıxdığı xəbəri çatdı. Bu səbəbdən o, Səmərqəndə geri döndü.[13][35] Şirazın tam olaraq alınması isə Məhəmməd Müzəffər və oğullarının öldürülməsindən sonra Şirazın Əmirzadə Ömər Şeyxə soyurqal kimi verilməsi ilə başa çatdı.[36]

Əmir Teymurun Dəşt-i Qıpçaq üzərinə yürüşü

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Dəşt-i Qıpçaq üzərinə yürüşü.

Əmir Teymur Xarəzmə yürüş edərkən onun yoxluğunu fürsət bilən monqollar Mavəraünnəhrə hücum edərək qarət etməyə başlamışdılar. Əmir Teymur 1375-ci ilin sonunda Duğlat əmiri Kəmərədin üstünə hücuma keçdi, amma qış sərt keçdiyindən Səmərqəndə geri döndü. 1377-ci ildə yenidən hücuma başladı və monqol əmiri məğlub olaraq qaçdı.[37]

Çingiz xanın oğlu Cuçi xanın soyundan gələn Toxtamışın atası Ağ Orda hökmdarı Urus xan tərəfindən öldürüldükdən sonra Toxtamış 1376-cı ildə Səmərqəndə gələrək Əmir Teymura sığınmışdı.[38][39] Əmir Teymurdan dəstək aldıqdan sonra Toxtamış 1377-ci ildən başlayaraq Şərqi Dəşt-i Qıpçağa yiyələndi və 1380-ci ildə Qızıl Orda dövlətində hakimiyyəti ələ keçirdi.[40] Bu mövqeyə yüksəldikdən sonra Əmir Teymurun ona etdiyi köməkləri unutdu və onu kiçik hesab etməyə başladı.

Uğur qazandıqdan sonra Qızıl Orda dövlətini keçmiş sərhədlərinə çatdırmaq üçün Əmir Teymurdan Xarəzmi geri istədi. Bu istək Əmir Teymurla münasibətlərinin gərginləşməsinə səbəb oldu. Toxtamış 1386-cı ildə qarət məqsədilə Əmir Teymurun hakimiyyəti altında olan Azərbaycana hücum etməkdən çəkinmədi[41] və həmin il Əmir Teymurun yürüşdə olmasından istifadə edərək onun oğlu Ömər Şeyxi məğlub edib Mavəraünnəhri qarət etdi.

Əmir Teymur Toxtamışın üstünə hücum etməzdən əvvəl Xarəzm istiqamətinə irəlilədi. 1388-ci ildə beşinci dəfə Xarəzmə daxil olan Əmir Teymur Toxtamışın ən önəmli dəstəkçilərindən olan Konquratlara ağır zərbə vurdu və önəmli bir müxalifini yox etdi.[42] O, Ürgənc şəhərini ələ keçirdi və əhalisini Səmərqəndə köçürdü. Ürgənci dağıtdı və yerinə arpa əkilməsi göstərişini verdi.[13] Bu şəhər 1391-ci ildə Əmir Teymurun Qıpçaq üzərinə yürüş etməsinə qədər dağılmış şəkildə qaldı. Qıpçaq yürüşü müddətində bərpa olunmasına göstəriş verildi.[43]

1390-cı ildə Əmir Teymur Dəşt-i Qıpçaq üzərinə irəliləmək üçün Səmərqənddən yürüşə başladı. Otrar yaxınlığındakı Qaraasman bölgəsinə çatanda Toxtamışın elçiləri gəldi. Bu görüşdə elçilər Toxtamışın üzr istədiyini çatdırdılar. Əmir Teymur isə cavabında Toxtamışdan xoş davranış görmədiyini və ona güvənmədiyini bildirdi. Əmir Teymur təhlükəsizlik məqsədilə elçiləri tutdurduqdan sonra 22 fevral 1391-ci ildə hərəkətə başladı. O, böyük məsafə qət edərək 20 iyun 1391-ci ildə Toxtamışın ordusu ilə qarşılaşmışdı. Bu müddət ərzində ordusunda baş qaldıran ciddi aclıq və susuzluq problemlərinin də öhdəsindən gəlmişdi.[13][44] Əmir Teymur ordusunu ənənəvi olaraq üç yerə bölmək əvəzinə yeddi yerə bölmüşdü. Ağır keçən döyüşdən sonra Əmir Teymur qalib gəlmiş, Toxtamış isə qaçmağı bacarmışdı.[45] Toxtamışın Əmir Teymuru ordusu ilə birlikdə Dəşt-i Qıpçağın dərinliklərinə doğru çəkib məhv etmək planı baş tutmamışdı.[46]

Əmir Teymurun beş illik yürüşü

[redaktə | mənbəni redaktə et]

Dəşt-i Qıpçaq yürüşü müddətində İrandakı bəzi yerli hakimlər Əmir Teymurun yoxluğundan istifadə edərək ona qarşı çıxdılar. Əmir Teymur adamlarını ora göndərərək əsgər yığmalarını və döyüşə hazırlaşmaqlarını istədi. Özü isə 1392-ci ilin iyun ayında Buxaraya gəldi. Buradan Amudərya çayını keçərək Mazandarana irəlilədi və buranın qarşı çıxan hakimlərini tabe etdi. Buradan Cənubi İrana, Fars bölgəsinə irəliləyərək Müzəffərilərin üstünə hücum etdi. Şah Mənsur Əmir Teymurun hakimiyyətini tanımayaraq Şiraza çəkildi.[47] Əmir Teymur 1393-cü ilin mart ayında ora hücuma keçdi. Şah Mənsur ağır şəkildə məğlubiyyətə uğradı və ələ keçirilib bütün xanədan üzvləri ilə birlikdə öldürüldü.[47] Torpaqları isə Ömər Şeyxə soyurqal olaraq verildi.

Əmir Teymurun beş illik yürüşü

MazandaranFars bölgələri zəbt edildikdən sonra Əmir Teymur 1393-cü ilin avqustunda Bağdad istiqamətində irəlilədi. Bağdadda Cəlairilərin sonuncu nümayəndəsi olan Sultan Əhməd Cəlayıra dəyərli hədiyyələr göndərərək tabe olmasını istədi.[45] Əmir Teymurdan qorxan Sultan Əhməd Cəlayır bunu qəbul etdi, lakin ona qarşı gücü olmadığından Şama qaçaraq Məmlük dövlətinə sığındı.[48] Bu səbəbdən Əmir Teymur əvvəlcə Bağdada irəlilədi. Bağdadı ələ keçirdikdən sonra Ərzincan əmiri, Qaraqoyunlu və Ağqoyunlu bəyləri və Sivas-Kayseri bölgəsinin hakimi Qazi Bürhanəddinə elçilər göndərərək tabe olmalarını bildirdi. Eyni zamanda Məmlük dövlətinə də elçi heyəti göndərmişdi. Ancaq elçilərin cavabını gözləmədən irəliləməyinə davam edərək Mosul, MardinDiyarbəkiri zəbt edərək Van gölünün şimalındakı Aladağa gəlmişdi. Burada olarkən Ərzincan əmiri Taharten yanına gələrək tabe olduğunu bildirmişdi. Məmlük sultanı isə Əmir Teymurun elçi heyətini öldürmüşdü. Əmir Teymur bu səbəbdən Suriya istiqamətində irəliləmək qərarını qəbul etdi, amma Qazi Bürhanəddinin səyləri nəticəsində İldırım Bəyazid, Sultan Berqoq, ToxtamışQazi Bürhanəddin arasında ittifaq qurulmuşdu. Ərzuruma qədər irəliləyən Əmir Teymur cənubdan Məmlüklər, şimaldan isə Toxtamışın qüvvələri arasında qalacağını düşünərək geri dönüb Toxtamışın üzərinə hücuma başladı.

Geri dönərkən ilk olaraq Gürcüstanın fəth olunması ilə məşğul oldu. Bunun səbəbi isə Kral Baqratın Əmir Teymura bağlılıqdan imtina edib üsyan etməsi idi. Baqratın xəyanətindən sonra Əmir Teymur Tiflisə daxil olaraq oranı qarət etdi və bütün Kartli ilə Kaxetiya arasındakı bölgəni dağıtdı. Xristian din xadimləri və abidələrinə hücum edildi. Qırğın və qarət üst Kartlinin bütün vadilərində həyata keçirildi.

1391-ci ildə Qunduzca döyüşündə məğlub olmasına baxmayaraq Dəşt-i Qıpçaqdakı gücünü qoruyan Toxtamış Məmlük sultanı Berqoqa elçilər göndərərək Əmir Teymura qarşı onunla ittifaq qurmuşdu. Qisas almaq üçün Əmir Teymur MardinDiyarbəkirdə olduğu vaxt hücum edərək Dərbənddən keçmiş və Şirvanı talan eləmişdi.[48] Gürcüstanı nəzarətə alan Əmir Teymur hazırlıqlarını tamamladıqdan sonra 1395-ci ilin fevral ayında Toxtamışın üstünə hücuma başladı.[48] Toxtamışı birdəfəlik məğlub etmək məqsədilə irəliləyən Əmir Teymur 1395-ci ildə Terek çayı sahilində onunla qarşılaşdı. Əmir Teymur bir mühasirə həlqəsi əmələ gətirdi və bu həlqə daraldıqca ordusuna üstünlük və ruh yüksəkliyi qazandı. Əmir Teymur ordusundakı qadınlara əsgər paltarı geydirərək Terek çayı boyunca üç gün yuxarı-aşağı hərəkət etdirdi. Özü isə əsgərləri ilə birlikdə digər tərəfdən çayı keçərək Toxtamışın əsgərlərini ağır şəkildə məğlubiyyətə uğratdı.[49] Əmir Teymur Toxtamışı məğlub etsə də onu ələ keçirə bilmədi. Toxtamışın yenidən qüvvə toplayaraq ona qarşı gəlməsinin qarşısını almaq üçün Dnepr çayı istiqamətində irəliləyərək Toxtamışa dəstək olan qəbilələri qarət etmiş, onları Balkan yarımadasına sürgün etmişdi. Əmir Teymur irəliləməyə davam edərək HəştərxanSaray Bərkəni ciddi müqavimətlə qarşılaşmadan ələ keçirmişdi. Bu yürüşlə Qızıl Orda dövlətinə böyük zərbə vuran Əmir Teymur Qızıl Ordanın bütün gücünü demək olar ki, yox etmişdi.[50]

Əmir Teymurun Hindistan yürüşü

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Hindistan yürüşü.
Əmir Teymurun Dehli sultanı Nəsir əl-Din Mahmud Tuğluq ilə döyüşünü təsvir edən səhnə, 1398. müəllif:Şərafəddin Əli Yəzdi, (1595–1600.)

Əmir Teymur 1398-ci ilin mart ayında Hindistan yürüşünə başladı. Bu yürüşün zahiri səbəbi kafirlərlə cihad olaraq göstərilsə də,[13] Əmir Teymurun bu yürüşlə qazanacağı sərvətdən sonrakı yürüşlərini maliyyələşdirməsi üçün istifadə edəcəyini düşünüb hərəkətə başladığı ehtimalı güclüdür.[15] Əmir Teymur ordusu ilə Hind və İfasis çaylarını keçdikdən sonra PəncabSind bölgələrinin də mərkəzi olan Dehli istiqamətində irəlilədi. PəncabSindin mərkəzi olan Dehliyə Tuğluq sülaləsindən olan II Mahmud xan hökmranlıq edirdi.

Əmir Teymuru müşayət edən münəccimlər ilk dəfə uğursuzluq olacağını dedilər, amma Əmir Teymur onlara qulaq asmadı. Quran açıldı, zəfər və fəth vəd edən bir ayə çıxdı.[13][q 5] Dehli yaxınlarında II Mahmud xanın ordusu ilə qarşılaşan Əmir Teymur Dehli sultanının ordusunu ağır məğlubiyyətə uğratdı.[51] II Mahmud xan qaçmaqla xilas oldu. Əmir Teymurun ordusu Dehliyə daxil oldu və şəhər qarət olundu. Əmir Teymurun əlinə keçən qənimətin miqdarı o qədər çox idi ki,[51] 90 fillə geri daşınmışdı.[52]

Sənətkar, memar və rəssamlar əsərlərini Teymurilər dövlətinin paytaxtında meydana gətirməsi üçün Səmərqəndə gətirildi. Bunlar arasında divarçılar, daşyonanlar yürüşün uğurla tamamlanmasına görə Səmərqənddə tikiləcək olan Kəbir məscidinin inşa olunmasında işləmək üçün Əmir Teymurun komandanları arasında bölüşdürüldü. Bu abidənin inşa olunmasında istifadə olunması üçün naxışlarla bəzədilmiş daşlar və hindu məbədlərindəki əşyalar Səmərqəndə daşındı.[53]

Əmir Teymur atəşpərəst hinduları Qanq çayına kimi təqib etdi. Atəşpərəstlər Qanq çayı sahilində öldürüldükdən sonra çayın qırmızı rəngdə axdığı rəvayət olunur.[53] On iki ay davam edən yürüşdən sonra Səmərqəndə çatan Əmir Teymur bir müddət burada qaldıqdan sonra yenidən qərb istiqamətində yürüşə başladı.[54]

Əmir Teymurun yeddi illik yürüşü

[redaktə | mənbəni redaktə et]

Əmir Teymurun 1399-cu ildə yenidən qərb istiqamətində yürüşə başlamasının səbəbi Azərbaycan tərəfdən, xüsusən də Miranşahla bağlı xoş olmayan xəbərlərin gəlməsi idi. Xorasan hakimi olduqdan sonra 1393-cü ildə Hülakü xanın taxtına təyin olunan, Azərbaycan və ətraf ərazilərin hakimliyinə gətirilən Miranşah Hindistan yürüşündə iştirak etməmişdi. Əmir Teymura isə İran və Azərbaycanda hakimiyyət boşluğu və dövlətin malının sağa-sola xərclənməsi xəbərləri çatmışdı və üstəlik görkəmli tarixçi Fəzlullah Rəşidəddinin türbəsini uçuraraq onun sümüklərini yəhudi qəbiristanlığında basdırtmışdı[13][55]

Bu səbəbdən Əmir Teymur Hindistan yürüşündən dörd aydır ki, geri dönməsinə baxmayaraq yeni bir yürüşə başladı. Yeddi illik yürüş olaraq adlandırılsa da bu yürüş beş il davam etmişdi və Əmir Teymurun ən uzun müddət davam edən yürüşü idi. Əmir Teymur 1399–1400-cü ilin qışını Qarabağda keçirdi.[56] Sonra Azərbaycan, Gürcüstan və İraqda nəzarəti möhkəmlətdikdən sonra Bingölə gəldi. Bundan sonra Əmir Teymurun önündə SuriyaAnadolunu ələ keçirmək üçün maneə qalmamışdı.

Sivasın Əmir Teymur tərəfindən fəth olunması

[redaktə | mənbəni redaktə et]

Əmir Teymurla İldırım Bəyazid arasındakı başlıca problemlərdən biri Ərzincan hakimi Taharten məsələsi idi. Taharten Əmir Teymurun daha əvvəlki yürüşündə onun hakimiyyətini tanımışdı.[57] İldırım Bəyazid 1399-cu ildə başda Malatya olmaqla Kahte, Divriği və Darende qalalarını torpaqlarına daxil eləmişdi. Beləliklə Fərat çayına qədər olan torpaqlar Osmanlıların əlinə keçmişdi. Anadoludakı siyasi birliyin təmin olunması üçün növbə Fərat çayından qərbdə yerləşən Harput, Diyarbəkir, ƏrzincanƏrzuruma gəlmişdi. İldırım Bəyazid Ərzincan əmirinə ona tabe olmasını bildirmişdi. Taharten İldırım Bəyazidə vergi verməyi qəbul etmiş, amma Kemahı Osmanlılara verməyəcəyini demişdi.[58] Bunun isə sadəcə vaxtı uzatmaq üçün edildiyi məlumdur. Taharten hakimiyyətini tanıdığı Əmir Teymura İldırım Bəyazidin istəklərini bildirmiş və onu şikayət etmişdi.

Taharten onun qəbuluna gəldikdən 2 gün sonra Əmir Teymur Sivas şəhərinə gəldi. Əmir Teymurun ordusuna Ağqoyunlu bəyi Qara Yuluq Osman bəy və Taharten başçılıq edirdi. Sivas şəhəri yüksək qala divarları ilə əhatə olunmuşdu. Cənub tərəfdən su xəndəyi vardı. Qalanı bu tərəfdən aşmaq mümkün olmasa da, qərb tərəf bu iş üçün uyğun hesab edilmiş və mühasirə başlamışdı. Şəhərin altına tunel qazılmış və şəhər əhalisi bundan gec xəbər tutmuşdu. Osmanlı tarixçisi İbn Kamal yazır ki, Əmir Teymurun əsgərləri heç dayanmadan, sanki heç yeyib-içmədən səhərdən axşama qədər işləyirdi. Tunel qazmaq nəticə vermiş və şəhərdəkilər müqavimətin mənasız olduğunu gördükdən sonra qalabəyi Mustafa şəhəri təhvil verməyə məcbur olmuşdu.[59] Əmir Teymur Sivası qan tökmədən alacağına söz vermişdi. Sivas alınandan sonra[60] 3–4 min ermənini qazdırdığı böyük çuxura basdırır və sözünü tutduğunu, qan tökmədiyini bildirir.[13][61] Cüzam xəstəliyi Türkistanda məlum olmadığından Əmir Teymurun göstərişi ilə xəstəlik əsgərlərinə yoluxmasın deyə cüzam xəstələri öldürülmüşdü. Sivası qoruyan İldırım Bəyazidin oğlu bir neçə gün qorunduqdan sonra öldürüldü.[62]

Əmir Teymur Sivası ələ keçirdikdən sonra çox irəliləmədi və Suriya istiqamətinə yönəldi. Sivası tutmasına baxmayaraq Malatya hələ də Osmanlıların nəzarətində idi. Özündən geridə nəzarətində olmayan yer saxlamaq istəmədiyindən geri dönərək Malatyanı almış,[59] sonra cənuba irəliləməyə davam etmişdi. Əmir Teymurun SivasMalatyanı tutmaqla İldırım Bəyazidə göz dağı verdiyini düşünmək olar. Belə ki, Əmir Teymur Sivası ələ keçirdikdən sonra İldırım Bəyazidə göndərdiyi məktubunda Sivas hadisələrindən nəticə çıxarmağı, özünün Elxanilər nəslindən gəldiyini və kiçiyin böyüyə itaət göstərməsinin vacib olduğunu yazmışdı.[63]

Əmir Teymurla İldırım Bəyazid arasındakı mübarizədə Sivasın alınması önəmli bir mərhələdir. Beləliklə Əmir Teymur ilk dəfə Osmanlılara tabe olan bir bölgəni ələ keçirmişdi. Sivasın zəbt olunması xəbəri İldırım Bəyazidə çatdıqdan sonra o, Konstantinopolun mühasirəsini dayandırıb Anadoluya keçdi. İldırım Bəyazidin Əmir Teymurun Anadoluya doğru irəliləyəcəyini düşünmüş olduğunu güman etmək olar. Belə ki, İldırım Bəyazid Kayseriyə gələrək burada Əmir Teymuru gözləməyə başlamışdı.

Məmlüklərlə döyüş

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurla Sultan Fərəcin döyüşünü təsvir edən səhnə. Kəmaləddin Behzad tərəfindən çəkilmişdir.

Əmir Teymur Sivası ələ keçirdikdən sonra cənuba, Məmlük dövləti üzərinə irəliləməyə başladı. Əmir Teymur Məmlük Sultanı Berqoqun ölümündən sonra Məmlük dövlətində daxili vəziyyətin qarışıq olduğundan xəbərdardı və İldırım Bəyazidlə qarşılaşmazdan əvvəl bu vəziyyətdən faydalanmaq istəyirdi. Əmir Teymur Bağdadı fəth etdiyi zaman Sultan Berqoqa göndərdiyi elçi öldürülmüşdü və Qara Yusif tərəfindən həbs olunan Avnik hakimi Atlamış da Qahirəyə göndərilmişdi.[13] Bu səbəbdən Əmir Teymur yeni taxta çıxan Sultan Fərəcə elçilər göndərib Atlamışı azad etməsini istədi, amma elçilər Hələbə çatan kimi həbs olundular.[13] Həmin vaxt Malatyada olan Əmir Teymur Behisni və Antepi ələ keçirərək Hələbə yaxınlaşdı. Hələbə çatdığı zaman Məmlük ordusu ilə qarşılaşdı. Əmir Teymur döyüşməyə qərar verdi və ordusunda olan fillərin də verdiyi üstünlüklə qalib gəldi. Əmir Teymurun əsgərləri Hələbi asanlıqla ələ keçirdi.[64][65] Şəhərdə qarət və qırğın oldu.

Hələb, Həma və Xümsü bir-birinin ardınca ələ keçirən Əmir Teymur 1401-ci ilin yanvar ayında Şama yaxınlaşdı.[66][67] Məmlük ordusu məğlub oldu. Sultan Fərəc şəhəri tərk edib Qahirəyə qaçdı.[13][68] Sağ qalanlar isə Şam qalasına sığındılar. Şam mühasirədə olarkən Əmir Teymurun yanına şəhərə aman verməsi üçün bir heyət gəldi. İbn Xəldun da bu heyətin tərkibində idi.[13] Əmir Teymur İbn Xəldunu xoş rəftarla qarşıladı. Əmir Teymurla aralarında Məğribin vəziyyəti, tarix və digər mövzularda söhbət oldu. Əmir Teymur İbn Xəlduna hörmət göstərmiş, hətta Misirə geri qayıtmasına icazə vermişdi.[13]

Qızıl Orda dövlətinin ardınca Məmlük dövləti də sıradan çıxdıqdan sonra Teymurilər dövlətinin güclü rəqibi kimi yanlız Osmanlılar qalırdı.

Əmir Teymur və İldırım Bəyazid

[redaktə | mənbəni redaktə et]
border=none Əsas məqalə: Ankara döyüşü
Yeri və göyü yaradan Allaha sonsuz şükürlər olsun ki, yeddi iqlimdəki məmləkətlərin çoxunu mənim fərmanıma daxil elədi və dünyanın sultanları, hökmdarları mənə baş əyərək itaət sırğasını qulaqlarına taxdılar. Öz qədrini bilən, həddini aşmayan, ayağını yorğanına görə uzadan bəndənin günahından Allah özü keçsin. Sənin nəslinin-nəsabətinin kimliyi dünyada hamıya bəllidir. Belə olan halda, özünə yaraşan iş tut, cürət ayağını qabağa qoyma ki, inciklik və möhnət bataqlığına batıb, fəlakət quyusuna yuvarlanmayasan. İqbal qapısından qovulan bir sürü böhtançı adamlar qərəzli niyyətlərini yeritmək üçün sənin qoltuğuna sığınmış, yuxulayıb yatan fitnəkarlığı oyatmışlar. Onların təhriki ilə fəlakət və bəla qapısını yenidən öz dövlətinin üzünə açma. Bu məktubu alan kimi Qara Yusifi mənim yanıma göndər. Dediyimi eləməsən, qədər-qismət pərdəsi sənin üzünə qoşunlarımızın səfərləri toqquşanda açılacaqdır.

Əmir Teymurun Ankara döyüşündən əvvəl İldırım Bəyazidə göndərdiyi məktub.

Əmir Teymurun vəsiyyətləri əsərindən, səhifə 77.[66]

Əmir Teymur 1401-ci ilin iyul ayında 40 gün davam edən mühasirədən sonra Bağdadı ələ keçirmişdi.[69] Əmir Teymur Şam, HələbBağdadı tutduqdan sonra Qara YusifSultan Əhməd Cəlayır İldırım Bəyazidə sığındı. Bu İldırım Bəyazidlə Əmir Teymurun münasibətlərinin daha da gərginləşməsinə səbəb oldu. Əmir Teymurla İldırım Bəyazidin döyüş meydanında qarşılaşmazdan əvvəl məktublaşdıqları məlumdur,[66] amma bu məktublaşmalar döyüşün qarşısını ala bilmədi. Əmir Teymur Qara Yusiflə Sultan Əhməd Cəlayırın İldırım Bəyazid tərəfindən qəbul olunmamasını, onların tutulub ailələri ilə birlikdə ona göndərilməsini və ya ölkədən xaric olunmasını istəyirdi. İldırım Bəyazid isə bunları əmr hesab edərək ağır cavab yollamışdır.[68][70][71]

Ankara döyüşünü təsvir edən səhnə. (naməlum müəllif tərəfindən çəkilmiş Moğol illustrasiyası).

Əmir Teymuru Osmanlı dövləti ilə döyüşməyə təhrik edənlər Ərzincan əmiri, Ağqoyunlu bəyi və başda Qaraman bəyliyi olmaqla digər Anadolu bəylikləri idi.[q 6] Bundan başqa Genuya,[72][73] Fransa,[72] Kastiliya[74]Bizans[75] kimi dövlətlər də bu toqquşmanın olmasında maraqlı idi. Konstantinopolun İldırım Bəyazid tərəfindən mühasirəsi zamanı İmperator II Manuel Əmir Teymura tabe olub xərac verəcəyini bildirmişdi.[75][76] Bundan əlavə Əmir Teymur Anadoludakı tatar birliklərinə adam göndərərək onların dəstəyini əldə etməyə çalışırdı.

Əmir Teymur Qarabağ qışlağında olarkən gələn Osmanlı elçisinə Osmanlılar həmişə firənglərlə qəza döyüşləri etdiyindən onlarla döyüşmək firənglərin qüvvələrinin artmasına səbəb olar və bu səbəbdən Rum diyarına irəliləmək tərəfdarı deyiləm şəklində cavab vermişdi.[13] Buna baxmayaraq Əmir Teymur İldırım Bəyazidin Qara Yusifi himəyə etməsini ona qarşı gəlmək kimi başa düşürdü. Əmir Teymur sonuncu dəfə Qara Yusifin edam olunması və ya ölkədən xaric olunmasını təklif etdi. Əgər bu qəbul olunarsa ata-oğul olarıq və qəza döyüşlərində bir-birimizə kömək edərik dedi. Əmir Teymur 12 mart 1402-ci ildə Qarabağdan Anadolu istiqamətində irəliləməyə başladı.[77] İldırım Bəyazidə xəbər göndərib şərtlərini təkrar etdi. İldırım Bəyazid də Əmir Teymura elçi göndərdi. Sivasda Əmir Teymurun ordusu Osmanlı elçilərinin qarşısında rəsmi keçid etdi və yenidən sülh təklif olundu. Əmir Teymura İldırım Bəyazidin böyük bir ordu ilə ona qarşı irəlilədiyi xəbəri çatdı.[77] Əmir Teymur irəliləyərək Ankarada mövqe tutdu. İldırım Bəyazid mövqe cəhətdən pis vəziyyətə düşdü və geri çəkilərək yorğun əsgərləri ilə əlverişsiz Çubuq düzündə mövqe tutdu. Bunun əksinə olaraq Əmir Teymurun mövqeyi əlverişli idi.[53] Döyüş Əmir Teymurun hücumu ilə başladı və Osmanlı ordusunun sol cinahı ağır zərbə aldı. Osmanlı ordusundakı tatarlarAnadolu bəyliklərinin əsgərlərinin də Əmir Teymurun tərəfinə keçməsi və Əmir Teymurun ordusunda fillərin olması səbəbindən İldırım Bəyazidin ordusu məğlub oldu.[77] İldırım Bəyazid Əmir Teymurun sadiq adamı olan Mahmud xan tərəfindən əsir alındı.[76][77]

Əmir Teymurun Ankara döyüşündən sonra Anadoludakı fəaliyyətləri

[redaktə | mənbəni redaktə et]
Əmir Teymurun Məmlük dövləti üzərinə yürüşü və Anadoludakı fəaliyyətləri

Ankara döyüşündə qələbə qazandıqdan sonra Əmir Teymur Əmirzadə Məhəmmədi İldırım Bəyazidin oğlu Süleyman Çələbini təqib edərək Osmanlının paytaxtı Bursaya daxil olmağa və Osmanlıların xəzinəsini ələ keçirməyə göndərdi. Əmir Teymurun ordusu Bursaya Süleyman Çələbi oradan ayrıldıqdan sonra çatdı və şəhər qarət olundu.[13] Əmir Teymur Anadoluda Osmanlılar tərəfindən ləğv olunmuş bəylikləri bərpa etdi. İldırım Bəyazid tərəfindən ləğv olunan böyüklü kiçikli bütün xanədanlara yarlıqlar yazaraq onları himayəsinə qəbul etdi.[13]

Əmir Teymur XIV əsrin ortalarından türklərin əlindən çıxmış olan İzmir şəhərini fəth edərək İldırım Bəyazidin bacara bilmədiyini etməyi qərara aldı. İki həftə mühasirədən sonra İzmir şəhəri fəth olundu.[13] Əmir Teymur Genuyanın əlində olan Foça qalasını fəth etmək üçün Məhəmməd Sultanı göndərdi. Qaladakılar aman istəyərək xərac verməyi qəbul etdilər. 8 mart 1403-cü ildə İldırım Bəyazid öldü.[13] Bu xəbər Əmir Teymura çatdıqdan sonra İldırım Bəyazidə tabe olan bütün ölkələrin və yerlərin onun hökmranlığına keçdiyini elan etdi. Əmir Teymur İldırım Bəyazidin cənazəsini onun oğlu olan Musa Çələbiyə verərək dəfn etməsi üçün Bursaya yola saldı.[13] İldırım Bəyaziddən bir neçə gün sonra Əmir Teymurun varis elan etdiyi nəvəsi Məhəmməd Sultan 13 mart 1403-cü ildə öldü.[13] Formal şəkildə xan hesab olunan və Əmir Teymurun həmişə özü ilə yürüşlərinə apardığı Mahmud xan da 11 mart 1403-cü ildə ölmüşdü.[13]

Əmir Teymur Ankara döyüşündən sonra 8 ay da Anadoluda qaldıqdan sonra 1403-cü ilin iyul ayında Gürcüstana gəldi və oradan qışı keçirmək üçün Qarabağa yönəldi. Qışı Qarabağda keçirdikdən sonra 1404-cü ilin mart ayında Qarabağdan Səmərqənd istiqamətində hərəkətə başladı. Ərdəbil şəhərinə çatdıqda əvvəlcədən planlaşdırdığı kimi yığıncaq topladı. Hülakü xanın taxtı, Azərbaycan, Anadolu, Əcəm İraqı, Aran, Muğan, indiki Ermənistan və Gürcüstan bölgələri idarə etməsi üçün Miranşahın oğlu Mirzə Ömərə verildi. Əmir Teymur 1404-cü ilin iyul ayında Səmərqəndə çatdı.[13]

Ankara döyüşündən sonra Əmir Teymurun güclü rəqiblərindən olan Osmanlı sıradan çıxarıldı, Osmanlı dövlətində "Fətrət dövrü" adlanan səltənət boşluğu meydana gəldi, Konstantinopolun fəthi və Avropada irəliləmək yarımçıq qaldı.

Əmir Teymur 18 fevral 1405-ci ildə, Çinə səfərə gedərkən Otrarda 69 yaşında öldü. Dərhal Səmərqəndə gətirilərək nəvəsi Xəlil Sultan tərəfindən, daha əvvəl ölmüş olan nəvəsi Məhəmməd Sultanın Ruh Abad yaxınlığındakı mədrəsəsində dəfn edildi. Teymur, nəvəsi Məhəmməd Sultanı taxtının varisi kimi görürdü. Ancaq Məhəmməd Sultanın 1404-cü ildə, gözlənilməz şəkildə gənc yaşında ölümünün ardından Teymur bu çox sevdiyi və davamçısı olaraq gördüyü nəvəsi üçün Səmərqəndin seçmə bir təpəsində böyük mavzoleyin inşasını əmr etmiş və Məhəmməd Sultan burada dəfn edilmişdi. Mavzoley abidə-məzar, məscid və mədrəsədən ibarət idi. Teymur da ölümündən sonra çox sevdiyi nəvəsinin yanında dəfn edildi. O zamandan sonra Gor Əmir, bütün Teymuri xanədanının birlikdə dəfn olunduğu abidə-məzar vəziyyətinə gətirildi. Teymurun ölümündən sonra oğlu Şahruh, digər oğlu Miranşah və nəvəsi Uluqbəy burada dəfn edildi. Gor Əmir mavzoleyi yeddi hissədən ibarət idi: Sağda müsəlmanların dua etdiyi xanəgah, solda mədrəsə və mərkəzdə mavzoley, iki tərəfində abidəni tamamlayan iki minarə. Mədrəsə və xanəgah müasir dövrədək gəlib çatmamışdır. Abidənin yüksək qübbəsinin altında üç sıra şəklində yan-yana on mərmər məzar daşı olmaqla yanaşı, yalnız Teymurun məzar daşı qara rəngdə nefrit daşıdır, lakin bu, simvolik məzardır. Əsl məzar bu salonun altındakı salonda yerləşir və ziyarətə açıq deyil. Teymurun bədəni, daş oyma məzarın içində dəfn olunub. İslam ənənəsi ilə başı Kəbəyə istiqamətlidir. Orta Asiya ənənəsində müqəddəs ölülərin məzarlarına qoyulan at quyruğunun burada da olduğu mavzoleyin təmiri əsnasında ortaya çıxmışdır.

  1. Əslində isə Tuğluq Teymur xan Çingiz xanın nəvəsi deyil, ümumiyyətlə, törəmələrindən biri hesab olunur.
  2. Sırdərya çayının orta əsrlərdəki adlarından biri
  3. Burada Zeynəddin Əbubəkr Təibadi nəzərdə tutulur. O, məşhur şeyx olmuş və Əmir Teymura məsləhətçilik etmişdir. 1389-cu ildə vəfat etmişdi.
  4. Sistan, Qəndəhar və Əfqanıstan
  5. Söhbət Yunus surəsinin 24–27-ci ayələrindən gedir. 24) Həqiqətən, (ne’mətləri, cah-cəlalı ilə fəxr etdiyiniz) dünya həyatı göydən endirdiyimiz yağmura bənzər ki, onunla yer üzündə insanların və heyvanların yeyəcəyi bitkilər yetişib (əlvan çiçəklər və müxtəlif meyvələrlə) bir-birinə qatışar. Nəhayət, yer üzü bəzəklənib süsləndiyi və sakinləri də (onun məhsulunu, meyvəsini) yığmağa qadır olduqlarını zənn etdikləri vaxt gecə, yaxud gündüz əmrimiz (bəlamız) gələr və Biz onu, dünən üzərində bol məhsul olmamış kimi, (yolunub) biçilmiş bir hala gətirərik. Biz ayələrimizi düşünən bir ümmət üçün belə ətraflı izah edirik! 25) Allah (bəndələrini) əmin-amanlıq yurduna (Cənnətə) çağırır və istədiyini doğru yola salır! 26) Yaxşı işlər görənləri Cənnət və daha artıq mükafat (Allah rizası) gözləyir. Onların üzünə nə bir toz (ləkə), nə də bir zillət qonar. Onlar cənnətlikdirlər və orada əbədi qalacaqlar! 27) Günah qazananlara günahları qədər cəza verilər. Onları zillət basar (bürüyər). Onları Allahdan (Allahın əzabından) heç kəs qurtara bilməz. Onların üzü, sanki gecənin zülmət parçaları ilə örtülmüşdür. Onlar cəhənnəmlikdirlər, özləri də orada əbədi qalacaqlar!
  6. Ərzincan, Ağqoyunlu, Qaraman bəylikləri, eləcə də digər Anadolu bəylikləri şərqə doğru genişləyən Osmanlı dövlətinin təzyiqinə məruz qalırdı. Onlar Əmir Teymurun İldırım Bəyazidi məğlub etməsinə maraqlı idilər. Bu özünü Ankara döyüşündə daha aydın göstərir. Belə ki, Osmanlı ordusunun tərkibində olan Anadolu bəyliklərinin birlikləri Əmir Teymurun tərəfinə keçmişdi.
  1. 1 2 Deutsche Nationalbibliothek Record #118622803 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 3 4 Timur // SNAC (ing.). 2010.
  3. 1 2 Исаев Ю. Н. Chuvash encyclopedia (rus.). Чувашское книжное издательство, 2006. С. 2567. 2567 с. ISBN 978-5-7670-1471-X
  4. Sultanov T. İ., Ağ düşərgədə yüksəliş. Çingiz xanın xələfləri. Almatı: Dayk-press, 2001, s.97
  5. İbn Ərəbşah. Əmir Teymurun tarixi. T., 2007
  6. "Britannica ensiklopediyasında Teymur haqqında məqalə". 2015-05-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-05-15.
  7. "Наталья Басовская, профессор РГГУ". "Moskvanın əks-sədası" ("Эхо Москвы") radiosu. 13 fevral 2010-cu il. 2011-08-23 tarixində arxivləşdirilib.
  8. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 11. (az.)
  9. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 12. (az.)
  10. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 14. (az.)
  11. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 15. (az.)
  12. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 36. (az.)
  13. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20 21 22 23 24 25 26 27 28 29 30 31 32 33 34 35 Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı(az.)
  14. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 20. (az.)
  15. 1 2 İsmail Aka (2010). Timurlular Devleti Tarihi. Berikan Yayınevi. ISBN 975-2673-07-6.
  16. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 25. (az.)
  17. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 45. (az.)
  18. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 57. (az.)
  19. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 56. (az.)
  20. "Timur ve Harezm Seferi". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.
  21. Peter Jackson, Lawrence Lockhart (1986). The Cambridge History of Iran, Volume 6. Cambridge University Press. p. 1120. ISBN 978-0-521-24699-6. Retrieved 2013–01–02.
  22. "Archéologie de Grand Jeu: une brève histoire de l'Asie Centrale". 2021-11-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.
  23. "ТИМУР (ТАМЕРЛАН)". 2017-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-02.
  24. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 59–60. (az.)
  25. Wescoat, James L.; Wolschke-Bulmahn, Joachim. "Mughal Gardens: Sources, Places, Representations, and Prospects". Dumbarton Oaks. 29 may 1996. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023 – Google Books vasitəsilə.
  26. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 59. (az.)
  27. "L'EMPIRE DES STEPPES Attila, Gengis-khan, Tamerlan" (PDF). 2011-06-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2014-09-03.
  28. 1 2 Sicker (2000), p. 154
  29. "SERBEDARiLER" (PDF).
  30. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 62. (az.)
  31. "Isfahan History". 2022-03-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  32. "Ibn Khaldun: The Mediterranean in the 14th Century : Rise and Fall of Empires". Fundación El legado andalusì. 29 may 2006. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023 – Google Books vasitəsilə.
  33. "TİMUR'UN GÜRCİSTAN SEFERLERİ" (PDF). 2013-10-17 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  34. "An Universal History: From the Earliest Accounts to the Present Time". C. Bathurst. 29 may 1780. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023 – Google Books vasitəsilə.
  35. "Значение Тимура в мировой истории". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  36. Limbert, John. "Shiraz in the Age of Hafez: The Glory of a Medieval Persian City". University of Washington Press. 29 may 2004. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023 – Google Books vasitəsilə.
  37. "Moghulistan". 2021-05-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  38. "ТОХТАМЫШ-ХАН: БИОГРАФИЯ". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  39. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 60. (az.)
  40. "Тохтамыш". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  41. Р, Рахманалиев. "Империя тюрков. Великая цивилизация. Тюркские народы в мировой истории с X в. до н. э. по XX в. н. э." Рипол Классик. 2023-05-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-05-29 – Google Books vasitəsilə.
  42. "TİMUR'UN DEST-İ KIPÇAK SEFERİ". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  43. "Ургенч". 2021-11-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2014-09-03.
  44. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 64. (az.)
  45. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 65. (az.)
  46. СРАЖЕНИЕ НА РЕКЕ КОНДУРЧЕ [ölü keçid]
  47. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 63. (az.)
  48. 1 2 3 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 66. (az.)
  49. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 67. (az.)
  50. Marozzi (2005), p. 196–197
  51. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 73. (az.)
  52. Alphonse de Lamartine (Eylül 2005) [1854]. Historie de la Turquie (Aşiretten Devlete). Bilge Kültür Sanat. (Çeviren: Dr. Reşat Uzmen). ss. 147, 148, 160. ISBN 975-6316-54-3.
  53. 1 2 3 Alphonse de Lamartine (Eylül 2005) [1854]. Historie de la Turquie (Aşiretten Devlete). Bilge Kültür Sanat. (Çeviren: Dr. Reşat Uzmen). ss. 147,148, 160. ISBN 975-6316-54-3.
  54. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 74. (az.)
  55. Shterenshis, Michael. "Tamerlane and the Jews". Psychology Press. 29 may 2002. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023 – Google Books vasitəsilə.
  56. "QARABAĞ TARİXİ MƏNBƏLƏRDƏ" (PDF). 2016-03-04 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  57. "EMİR TİMUR'UN FAALİYETLERİNİN OSMANLI DEVLETİ VE ANADOLU BEYLİKLERİ ÜZERİNDEKİ ETKİSİ". 2016-03-04 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  58. "Kemah tarihi". 2016-03-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  59. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 76. (az.)
  60. [Tucker, Spencer C. (2010) Battles That Changed History: An Encyclopedia of World Conflict. ABC-ClIO; p. 140]
  61. Yazdī, Sharaf al-Dīn ʻAlī. "The History of Timur-Bec: Known by the Name of Tamerlain the Great, Emperor of the Moguls and Tartars: Being an Historical Journal of His Conquests in Asia and Europe". J. Darby. 29 may 1723. 29 May 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 May 2023 – Google Books vasitəsilə.
  62. "Timur versus Bayezid". 2014-06-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  63. "ANKARA SAVAŞI ÖNCESİ TİMUR İLE YILDIRIM BAYEZİD'İN MEKTUPLAŞMALARI" (PDF). 2008-10-10 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2014-09-04.
  64. Marozzi (2005), p. 292–296
  65. Aleppo:the Ottoman Empire's caravan city, Bruce Masters, The Ottoman City Between East and West: Aleppo, Izmir, and Istanbul, ed. Edhem Eldem, Daniel Goffman, Bruce Master, (Cambridge University Press, 1999), 20.
  66. 1 2 3 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 77. (az.)
  67. Marozzi (2005), p. 297
  68. 1 2 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 78. (az.)
  69. "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 79. (az.)
  70. Halil İnalcık, Devlet-i !Aliyye, Osmanlı İmparatorluğu Üzerine Araştırmalar-I, Klasik Dönem (1302–1606): Siyasal, Kurumsal ve Ekonomik Gelişim, Türkiye İş Bankası Kültür Yayınları, İstanbul 2009, s. 49–53. ISBN 978-9944-88-465-1
  71. Sakaoğlu, Necdet (1999), Bu mülkün sultanları, İstanbul: Oğlak yayınları ISBN 975-329-299-6, say.52, 62, 67
  72. 1 2 Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı. səhifə 379. (az.)
  73. Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı. səhifə 385. (az.)
  74. Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı. səhifə 400. (az.)
  75. 1 2 Castin Marozzi. "Tamerlan". Bakı, Qanun nəşriyyatı. səhifə 378. (az.)
  76. 1 2 Öztuna, T. Yılmaz (1946). Ankara Muharebesi, İstanbul
  77. 1 2 3 4 "Əmir Teymurun vəsiyyətləri". Bakı, Qanun nəşriyyatı, 2012; Özbək dilindən tərcümə edən: Məti Osmanoğlu, redaktor Natiq Səfərov, səh. 80. (az.)