Teymur Zaur oğlu Hacıyev (28 yanvar 1991; Qazax rayonu, Azərbaycan SSR — 13 oktyabr 2020; Füzuli, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin baş giziri, İkinci Qarabağ müharibəsi şəhidi.
Teymur Hacıyev | |
---|---|
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Yuxarı Salahlı, Qazax, AzSSR |
Vəfat tarixi | (29 yaşında) |
Vəfat yeri | Füzuli rayonu, Azərbaycan |
Vətəndaşlığı | Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Quru Qoşunları |
Xidmət illəri | 2009—2020 |
Rütbəsi | Baş gizir |
Döyüşlər |
İkinci Qarabağ müharibəsi • Füzulinin azad edilməsi |
Təltifləri | 2020 2020 2020 |
Teymur Hacıyev 1991-ci il yanvarın 28-də Qazax rayonunun Yuxarı Salahlı kəndində anadan olub.[1]
Azərbaycan Ordusunun baş giziri olan Teymur Hacıyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Hacıyev oktyabrın 13-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Qazax rayonunun Yuxarı Salahlı kəndində dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Hacıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.[2]
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Hacıyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.[3]
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Teymur Hacıyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.[4]