Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Os temporale
Gicgah sümüyü (lat. os temporale) — kəllənin beyin şöbəsinə aid cüt sümüklərdəndir. Kələ əsasının və yan divarlarının təşkilində iştirak edir. Onda eşitmə mə müvazinət üzvüləri, daxili yuxu arteriyası, "S"-bənzər cibin bir hissəsi, dəhliz-ilbiz siniri və üz siniri, üçlü sinirin düyünü, azan sinirinin şaxələri və dil-udlaq siniri yerləşir. Gicgah sümüyü üç hissədən ibarətdir; bunlar xarici qulaq dəliyini — lat. porus acusticus externus əhatə etmişdir. Bu dəlik öz növbəsində xarici qulaq keçəcəyinə — lat. meatus acusticus externus açılır. Xarici qulaq dəliyindən yuxarı və ön tərəfə pullu hissə və ya gicgah pulu — lat. pars squamosa (sqama temporalis — BNA), ön və aşağı tərəfdə təbil hissə — lat.
A Tiempo
A Tiempo - Amerikalı pop qrupu Ha*Ashın 4-ci studiya albomudur. 16 iyun 2011-ci ildə Sony Music Latin tərəfindən nəşr olundu. == Treklər == Deluxe Edition == Mənbə == A Tiempo - Genius.
Nitqin tempi
Nitqin tempi (ing. Speech tempo, rus. Темп речи) – nitqin elementlərinin (səslər, hecalar, sözlər) tələffüz edilməsi sürətidir. Prosodik elementlərə aiddir, intonasiyanın komponentlərindən biridir. Normal nitq tempi – test frazasının orta müddəti 2.4 saniyəyə bərabər olduqda nitqin tələffüz sürətidir. Sürətli nitq tempi – test frazasının orta müddəti 1.5-1.6 san olduqda nitqin tələffüz sürətidir. == Ədəbiyyat == İmamverdiyev Y.N., Suxostat L.V. "Nitq texnologiyaları üzrə terminlərin izahlı lüğəti", 2015, “İnformasiya Texnologiyaları” nəşriyyatı, 111 səh.
Tempio Pausaniya
Tempio Pausaniya (it. Tempio Pausania) — Sardiniyada şəhər.
Templ Qrandin
Templ Qrandin (ing. Mary Temple Grandin; d. 29 avqust 1947, Boston, Massaçusets, ABŞ) — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru; ABŞ-dəki bütün heyvandarlıq fermalarının üçdə birinin dizaynını qurmuş alim. Heyvanlar mövzusunda peşəkar bir baytar, bir yazıçı və ixtiraçıdır. Autizm sahəsində dünya səviyyəli fərqlilik yaratmaq məsələsində də olduqca iddialıdır. Çünki o, özü də autizmlidir. == Həyatı == 3 yaşında ikən ona autizm diaqnozu qoyulub. Həkimi onu autizm sahəsində peşəkar təhsil verən bir məktəb əvəzinə, nitq terapiyası verilən yaşıdlarının getdiyi bir bağçaya istiqamətləndirir. Templ 4 yaşında ikən danışmağa başlayır. Ailəsi onun "fərqli" təhsil almasını istəmir.
Tenpo aclığı
Tenpo aclığı (天保の飢饉, Tenpo no kikin) – 1833-36-cı illərdə Yaponiyada baş vermiş kütləvi aclıq. Soyuq hava şəraiti, daşqınlar və bərk küləklərə görə 1833-cü ildə məhsuldarlıq 30-70% aşağı düşmüşdü. Nəticədə, düyünün qiymətində qəfil artım qeydə alınmışdır. Aşağı məhsuldarlıq 1834 və 1835-ci illərdə də davam etmiş, 1836-cı il isə məhsuldarlığın ən az olduğu il olmuşdur.Məhsuldarlığın az olması səbəbilə qiymətlər qalxmağa davam etmiş və yoxsullaşmış kəndilər şəhərlərə axışmışdırlar. Bir çox kəndli aclıq və xəstəlik səbəbilə ölmüş, hətta kannibalizm halları da qeydə alınmışdır. Şimal-şərqi Yaponiyadakı aclıq daha şiddətli olmuşdur.Şoqunluq düyü paylamaq, sığınacaqlar təşkil etmək, qiymətləri tənzimləmək, tədarükü qadağa etmək və sake istehsalını məhdudlaşdırmaqla böhranın qarşısını almağa çalışmışdır. Bir çox han aclığın qarşısını almaq üçün tədbirlər görməyə çalışsa da, effektivliyi az olmuşdur. Aclıq Osaka şəhərində Oşio Heyhaçironun başçılığı altında üsyanın başlamasına səbəb olmuşdur. Yaponiyanın digər bölgələrində də aclıq səbəbilə kəndli üsyanları baş vermişdir. == Həmçinin bax == Kyoho aclığı Temmey aclığı == İstinadlar == == Ədəbiyyat == Kodansha Encyclopedia of Japan (ingiliscə).
Tompo ulusu
Tompo ulusu (saxa Томпо улууһа) — Rusiya Federasiyası, Saxa Respublikasının ərazisinə daxil olan inzibati rayon. İnzibati mərkəzi şəhər tipli Xandıqa qəsəbəsidir. Xandıqa kəndi respublikasının paytaxtı Yakutsk şəhərindən quru ilə 449 km, su ilə 642 km, hava ilə 370 km məsafədə yerləşir. == Coğrafiyası == Rayon respublikanın şərqində yerləşir. Sahəsi 135,8 min km²-dir. Böyük çayları: Aldan, Tompo, Xandıqa, Adıçi və s. Rayonun ərazisi əsasən Aldan çayının orta axınında və onun hövzəsində yerləşir. Burada yerləşən Tompo çayı öz növbəsində adını rayona vermişdir. Ulus əraisi əsasən dağlıq ərazilərdən ibarətdir. Yanvar ayının orta temperaturu dağlarda -38 ° C-dən çay vadilərində -42 ° C-dək, iyunda dağlarda +10 ° C, çay vadilərində +17 ° C-dən olur.
Şirli Templ
Şirli Templ (ing. Shirley Temple; 23 aprel 1928[…], Santa-Monika, Kaliforniya – 10 fevral 2014[…]) — ABŞ aktrisası. == Həyatı == Şirli Templ 1928-ci ildə dünyaya gəlmişdi. 1934-cü ildə ən gənc "Oskar" mükafatı laureatı olub. Həmin dövrdə canlandırdığı uşaq obrazlarına görə Hollivudun ən çox tələbat olan aktrisalarından idi. Aktrisa karyerasını başa vurduqdan sonra siyasi fəaliyyətlə məşğul olurdu. O, ABŞ-nin bəzi ölkələrdə səfiri kimi çalışıb.
Temp (şahmat)
Temp — Şahmat termini Şahmat mübarizəsində iki məna daşıyır. "Temp" sözü altında mübarizənin inkişaf etməsinin ahəngini başa düşmək olar. Digər mənası bir gediş çox etməkdir.
Le temps perdu
Le temps perdu (azərb. İtirilmiş vaxt‎) — Fransanın 1956-cı ildə Avroviziyada təmsil olunduğu mahnı. Mate Alteri fransız dilində ifa etmişdir. 1956 Avroviziya Mahnı Müsabiqəsinin səsvermə nəticələri açıqlanmadığı üçün bu mahnının topladığı xal və tutduğu yer məlum deyil.
Tempi Madonna (Rafael)
Tempi Madonna — İntibah dövrü İtaliya rəssamı Rafael Santinin yağlı boya ilə işlədiyi rəsm əsəri. Rafel əsəri 1508 - ci ildə, yaradıcılığının Florensiya dövrünün sonuna yaxın işləmişdir. Tempi ailəsi üçün çəkilmiş əsər 1829-cu ildə Bavariyalı I Lüdviq tərəfindən alınmışdır. Əsər hazırda Münix şəhərindəki Köhnə Pinakotek muzeyində saxlanılır.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qadınlar, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — (Qarışıq, temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qadınlar (Komanda, Temp hərəkətləri) — Yarışların təsnifat mərhələsi 17 iyun tarixində Bakının Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 11 ölkənin 33 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 28.480 xal toplayan Belçika təmsilçiləri qazandı. Gümüş medalı 28.190 xal toplayan Rusiya Federasiyasının təmsilçiləri qazandı. Bürünc medalı isə 28.120 xal toplayan Belarus təmsilçiləri qazandı.
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri)
Akrobatika Gimnastikası 2015 Avropa Oyunlarında — Qarışıq (Cütlük, Temp hərəkətləri) — akrobatika gimnastikası üzrə Bakıda Milli Gimnastika arenasında keçirilən yarışların təsnifat mərhələsi. Təsnifat mərhələsi 17 iyun tarixində Milli Gimnastika Arenasında baş tutdu. Final isə 4 gün sonra 21 iyun tarixində baş tutdu. Yarışlarda 9 ölkənin 11 gimnastı mübarizə apardı. Yarışların qızıl medalını 29.300 xal toplayan Rusiya Federasiyası təmsilçiləri qazandı. Gümüş medalı 28.690 xal toplayan Belçikanın təmsilçiləri qazandı. Bürünc medalı isə 28.650 xal toplayan Böyük Britaniya təmsilçiləri qazandı.
Tampa
Tampa — ABŞ-nin Florida ştatında yerləşən şəhər.
Taupo
Taupo (ing. Taupo) — Yeni Zelandiyanın Şimal adasında yerləşən eyni adlı vulkanın kalderasında yerləşən şirinsulu göl. Gölün şimal-şərq sahillərində Taupo şəhəri yerləşir. Göldə yerləşən ən böyük ada Matutaikodur. Göldən ölkənin ən böyük çayı Uaikato başlayır. Gölə ümumilikdə 30 çay tökülür. Ən dərin nöqtəsi gölün mərkəzində yerləşir. Taupo Yeni Zelandiyanın ən böyük gölüdür. Üstəlik həm də Sakit okean və Avstraliya regionunun cənub hissəsinin ən böyük şirinsulu gölüdür. Səthinin sahəsi 616 km², maksimal dərinliyi 164 m, uzunluğu 44 km, sahil xətdinin uzunluğu 153 km, su hövzəsi 3327 km² təşkil edir.
Tello
Tello- kişilərin və qadınların qarışıq bir qrupda çeçələ barmaqla çiyin səviyyəsində bir-birindən tutaraq çiyinləri aşağı-yuxarı yırğalamaqla iki- orta və sürətli templi hissələrdən ibarət olan, Azərbaycanda, o cümlədən Naxçıvan Muxtar Respublikasının Şərur, Sədərək, Şahbuz, Culfa, Babək rayonlarındakı folklor kollektivlərinin repertuarlarına daxil edilən ən qədim yallı-qız adından irəli gələn mahnı yallısıdır.
Tembr
Tembr (fr. timbre) — səsin "rəng"i, musiqi səsinin gurluğu, yüksəkliyi və notun uzunluğu ilə yanaşı əlamətlərindən biri.Tembr səsin çalarıdır, eyni yüksəkliyə malik iki səsi fərqləndirməyə imkan verir. Tembrə görə biz musiqi alətlərinin səslərini fərqləndiririk, tanış adamların səsini tanıyırıq. Tembr ikinci subyektiv qiymətləndirmədir. Səsin tembri obertonlar çoxluğu ilə təyin olunur. Bu və ya digər səsə məxsus obertonların müxtəlif sayı ona xüsusi çalar – tembr verir. Bir tembrin digərindən fərqi təkcə obertonların sayı ilə deyil, onların intensivliyi ilə də şərtlənir. Tembr səs tezliklərinin hansı oblastlarında oberton toplularının (formantların) yaranmasından da asılıdır. Tembrinə görə eyni gurluqlu və not uzunluqlu səsləri fərqləndirirlər. Səsin tembri səsin rəngi deməkdir.Yəni ki, eyni yüksəkliyə, eyni ucalığa malik olan səslərin bir birindən fərqlənməsidir.Səs tembrinin əsas keyfiyyəti onun xarakterindən asılıdır.
Temir
Temir (qaz. Темір) — Qazaxıstanın Aqtöbe vilayətinin Temir bölgəsindəki bir şəhər. Temir şəhər administrasiyasının inzibati mərkəzi. KATO kodu —155621100. == Coğrafiyası == Temir çayı üzərində, Temir dəmir yolu stansiyasından təqribən 20 km cənubda yerləşir. == Tarixi == Şəhər 1870-ci ildə (orijinal adı Karakamıs), Emben postunun (1862-ci ildə Emba çayı üzərində tikilən) buraya köçürüldüyü zaman quruldu. 1896 -cı ildən bir mahal şəhəri olmuşdur. Daşkənd, Buxara, Ufa, Orenburq və Orsk tacirlərinin iştirakı ilə ildə iki dəfə yarmarkaların keçirildiyi XIX əsrin sonu — 20-ci əsrin əvvəllərindəki böyük bir ticarət mərkəzi. İlk məktəblər 1870-ci ildə Temir şəhərində açıldı. Əhməd Halfe məscidi qorunub saxlanılır və bərpa olunur.
Temis
Temis, Femida (yun. Θέμις) — Qədim yunan mifologiyasında ədalət ilahəsi, titan, Zevsin ikinci xanımı. == Təsvir == Temis belə təsvir olunur: gözübağlı şəkildə bir əlində tərəzi, digər əlində isə qılınc tutur. Gözünün bağlı olması tərəfsizliyini, əlində tərəzi tutması ədalət və nizam-intizamı, qılınc isə cəzalandırma ixtiyar və qüddətini təmsil edir. Bu xüsusiyyətlərinə görə müasir dövrdə belə Temisin təsvirindən hüquq və ədalətlə bağlı mövzularda istifadə olunur. Onun təsvirinə kitab, film kimi çox müxtəlif yerlərdə rast gəlmək mümkündür.
Temuco
Temuko — Çilidə şəhər. Əhalisi 245347 nəfərdir (2002). Ərazi — 464 km², əhali sıxlığı — 528,76 nəfər/km²-dir.
Temuko
Temuko — Çilidə şəhər. Əhalisi 245347 nəfərdir (2002). Ərazi — 464 km², əhali sıxlığı — 528,76 nəfər/km²-dir.
Temza
Temza (ing. Thames, lat. Tamesis) — İngiltərənin cənubundan başlayan çay. Temza çayı London şəhərinin mərkəzindən keçərək, Şimal dənizinə tökülür. Uzunluğu 346 km və hövzəsinin sahəsi 13000 km²-dir. Londonun mərkəzində yerləşən Tauer körpüsü Temza çayının üzərində inşa olunmuşdur. == Etimologiya == Temza çayının adının etimologiyası haqqında müxtəlif fikirlər vardır. Əsas fikrə görə "Temza" sözü kelt dilində olan Tamesa sözünündən keçmişdir və tərcüməsi "qaranlıq" deməkdir.
Tendo
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Alfredo Kampo
Alfredo Kampo (2 mart 1993) — Ekvadorlu peşəkar kişi BMX velosipedçisi. Alfredo Kampo Ekvadoru beynəlxalq yarışlarda təmsil edir. == Karyerası == Alfredo Kampo 2015 UCI BMX Dünya Çempionatında 1 km zaman yarışında iştirak etmişdir. O, Belçikada baş tutan yarışlarda 32.544 saniyəlik nəticəsi ilə 39-cu yeri tutdu.
Artur Rembo
Jan Nikolas Artür Rembo (fr. Arthur Rimbaud; 20 oktyabr 1854, Şarlevil Mezyer, Fransa — 10 noyabr 1891, Marsel, Fransa) — fransız şair, simvolizmin ədəbiyyatda ən böyük təmsilçilərindən biri. == Həyatı == Artür Rembo 20 oktyabr 1854-cü ildə Fransanın şimalındakı Ardennes bölgəsində yerləşən Şarlevil Mezyer qəsəbəsində, Burbon küçəsi 73 ünvanında doğulmuşdur. Atası Frederik dənizçi olmuşdur və anası Vitali ilə gənc yaşda ayrılmışdır. Vitali Roşe yaxınlığında yaşayan ferma sahibi varlı bir ailənin qızı idi. İlk doğulan uşağa atasının adı Frederik verilmişdir. İkinci uşaq olan Artür, anası ilə eyni adı daşıyan Vitali və 4-cü uşaq Rembonun həyatında vacib rol oynayan İzabeldir. Artür Rembo cəmi 37 il yaşayıb. Qısa həyatının çox hissəsini, kasıb, ac, küçələrdə soyuqdan üşüyən avara kimi keçirib. Rembo Fransadan piyada və tamamilə pulsuz İtaliyaya, Almaniyaya, Belçikaya səyahət edib, qarlı Alp dağlarını piyada aşıb.
Con Kemps
Con Kemps (ing. John Kamps) - ABŞ ssenaristi və aktyorudur.
Demo
Femyo adası
Femyo adası (dan. Femø) — Baltik dənizində, Danimarkaya məxsus olan ada. Lollann adasından şimalda yerləşir. Adanın sahəsi 11,38 km², əhalisi isə 147 nəfər təşkil edir (2009). İqlimi mülayim dəniz tipidir. Qışı qısa, yayı isə sərin keçir. 1971-ci ildən etibarən adanın şimal-şərqində beynəlxalq qadın düşərgəsi təşkil edilir. Yaxınlığında yerləşən kiçik adalar: Feyyo, Askyo.
Qəmlo
Qəmlo (tam adı: Qəmbəralı İsmayıl oğlu Abbasov; 1893-1931) — Azərbaycan xalq qəhrəmanı. == Həyatı == Qəmbəralı İsmayıl oğlu Abbasov 1893-cü ildə Vedi rayonunun Hand kəndində doğulub və 1931-cı ildə orada vəfat edib. Qəmlo kimi tarixdə və Vedi camaatının yaddaşında iz qoyan Qəmbəralı İsmayıl oğlu təkcə doğulub boya-başa çatdığı Hand kəndində deyil, bütün Qərbi Azərbaycanda qoçaqlığı, cəsarəti ilə ad çıxarıbmış. Sərrast atıcı imiş, atdığı güllə boşa çıxmazmış. Yaxın-uzaq 72 kənddə onun dediyi qanun imiş. Basdığını kəsməz, dost olduğu, duz-çörək kəsdiyi insanlar üçün canını qurban verərdi. Sovet hökuməti qurulana qədər Abbasqulu bəy Şadlinskinin Ermənistan ərazisində yaşayan azərbaycanlıları daşnakların hücumlarından qorumaq üçün yaratdığı "Özünümüdafiə dəstəsi”nin (1921-ci ildən “Qırmızı Tabor” adlandırılmışdır) ən döyüşkən üzvlərindən olub. İstər 1905, istərsə də 1918-çi illərdə daşnaklara qarşı çiyin-çiyinə vuruşduğu bu insanın sağ əli və ən etibarlı adamı sayılırdı. Bolşevik hökumətinin qurulması ilə əski dostlar da ayrı-ayrı cəbhələrdə yer alırlar. Şadlinski Vedidə bolşevik hökumətinin qurulmasının tərəfdarlarından olduğu halda, Qəmlo yeni hökumətə qarşı çıxır.
Bənu Təmim
Bəni Təmim (ərəb. بنو تميم‎ — tərc. Təmim övladları) — ərəb xalqının qolu. == Tarixi == Bəni Təmim qəbiləsinin kökü Müzərə bağlıdır. Təmim ibn Murra bin Udda bin Təbihə bin İlyas bin Mudar bin Nizar bin Maad bin Adnanın törəmələridirlər. Peyğəmbərin r vəfatından sonra Məkkə, Mədinə və Quba məscidlərinin camaatından başqa bütün ərəblər mürtəd olmuşdular (İslamdan üz çevirmişdilər). Bəzi ərəblər isə mürtəd olmamış sadəcə olaraq zəkatdan imtina etmişdilər. Hətta belə insanlardan bəziləri deyərdilər: Peyğəmbər r Allahın qulları arasında örtamövqeli olduğu halda ona itaət etmişdik. Əbu Bəkr nə etmək istəyir! Öz hakimiyyətini oğlu Bəkrə miras edəcək!