Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Tenon
Vətər (yun.tenon, lat.tendo) — əzələnin quruluş hissəsi. Əzələ liflərinin ucları nazikləşərək sərt kollagen birləşdirici toxuma ya vətər liflərinə keçirlər. Bir neçə vətər lifi toplaşaraq ilkin vətər dəstələri əmələ gətirir, bunların birləşməsindən ikinci dərəc bunlardan da üçüncü və dördüncü dərəcə dəstələr əmələ gəlir. Nəhayət son dəstələr toplaşaraq vətəri təşkil edirlər.
Tenor
Bir tenor, vokal diapazonu countertenor və bariton səs növləri arasında olan klassik kişi oxuma səsinin bir növüdür. Kişi səs növlərinin ən yüksəklərindən biridir. Tenorun vokal diapazonu C5-ə qədər uzanır. Kiracılar üçün ən aşağı hədd təxminən A ♭ 2-dir (C-nin altından iki A ♭). Ən yüksək həddə, bəzi tenorlar orta C-dən (F5) yuxarıdakı ikinci F-ə qədər səsləndirə bilərlər. , və tenor buffo və ya spieltenor.
Venon
Venon (fr. Venon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Sen-Marten-d'Er kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38533. Kommunanın 2012-ci il üçün əhalisi 732 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 395 ilə 525 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 460 km cənub-şərqdə, Liondan 100 km cənub-şərqdə, Qrenobldan 7 km şərqdə yerləşir.
Tecon
Tecon (kor. 대전, [tɛ̝.dʑʌn]) Cənubi Koreyanın mərkəzində, Chungcheongnam-do əyalətinin inzibati mərkəzi olan birbaşa tabeliyində olan şəhərdir. Şəhərin rəsmi adı Daejeon Metropolitan Citydir (kor. 대전광역시, Daejeon-gwangyeoxi). 1,564 min əhalisi olan Koreyanın beşinci ən böyük şəhəri. Cənubi Koreyanın elmi və texnoloji paytaxtı hesab olunur. Şəhərin coğrafi koordinatları: 36° 10' ~ 36° 29' Ş. w. 127° 14' ~ 127° 33' düym. d. Daejeon Cənubi Koreyanın orta hissəsində, Seuldan 167 kilometr, Busandan 294 kilometr və Qvanqjudan 169 kilometr məsafədə yerləşir.
Eleyalı Zenon
Elealı Zenon (yun. Ζήνων, m. ö. 490 – 430) — qədim yunan filosofu, Eleya məktəbinin təmsilçisi, Parmenidesin şagirdi olmuşdur. == Aporiaları == == Mənbə == Aydın Əlizadə. Antik fəlsəfə tarixi (PDF). 3 saylı Bakı Mətbəəsi ASC. 2016. s. 39-40. ISBN 5-89968-061-X. 2016 tarixində arxivləşdirilib (PDF).
Haruka Tenno
Seylor Uran (セーラーウラヌス, Sērā Uranusu) — Naoko Takeuçi tərəfindən yaradılmış "Seylor Mun" manqasından personaj. Əsl adı Haruka Tenno (天王 はるか, Ten'ō Haruka, ingilis versiyasında Amara Tenno) olan Seylor Uran yapon tələbədir. Seylor Uran Günəş sistemini şər qüvvələrdən qorumaq üçün yaradılmış Seylor döyüşçüləri komandasının üzvüdür. Seylor Uran daim partneri və sevgilisi Seylor Neptun ilə birlikdə gəzir, kişi kimi geyinir. küləyi idarə edə bilir, yaxşı qılınc oynadır, prekoqnitiv güclərə malikdir. == Profil == Haruka inadcıl, qoruyucu, amma əzmkar, bacarıqlı, heyranedici və çılğındır. Haruka ilk dəfə hekayənin 3-cü hissəsində peyda olmuşdur. Bundan əvvəl isə Seylor Neptunla birlikdə "Seylor Mun S"-in "qısa reklam filmi" hesab olunan 89-cu seriyasında silueti görünmüşdür. Seylor döyüşçüləri arasında ən hündür ikinci üzvdür (175 sm), birincisi isə Seylor Plutondur. (179 sm) 16 yaşında olmasına baxmayaraq Haruka avtoidman sürücüsüdür.
Kitiyalı Zenon
Zenon (yun. Ζήνων, m. ö. 336 – 264) — antik dövrün filosofu, stoa fəlsəfi məktəbinin yaradıcısı. == Həyatı və fəlsəfəsi == Zenon Kipr adasının Kitiya şəhərindən idi. 315-ci ildə ticarət məqsədilə Afinaya gəlmiş, orada məskunlaşmışdır. Orada fəlsəfəyə böyük maraq göstərmiş və bir müddət kinik məktəbin nümayəndəsi olan Kratesin, daha sonra akademik məktəbin təmsilçiləri olan Stilpon və Ksenokratesin öyrəncisi olmuşdur. Zenon Afinada "Stoa Poykile" (yun. στοά ποικίλη – naxışlı portikus) adlı portikusda (binaya bitişik olan sütünlu açıq tikilidir) öyrəncilər üçün dərslər keçmişdir. Buna görə də məktəbin ardıcıllarını "stoaçılar" adlandırmışdırlar.
Rene Genon
Rene Genon (15 noyabr 1886, Blua, Üçüncü Fransa Respublikası – 7 yanvar 1951, Qahirə, Misir krallığı[d]) — fransız filosof, mistik yazıçı. Müsəlman ismi Şeyx Abd al-Wahid Yahya. Tradisyonalism məktəbinin banisidir. 15 noyabr 1886-cı ildə Fransanın Blois şəhərində anadan olub. Fransız və katolik bir ailənin övladıdır. 1910-cu ildə müsəlman olmuşdur.23 yaşında Əzhər şeyxi, Maliki alimi və Şazeliyyə şeyxi Əbdürrəhman İlis əl-Kəbirin xəlifəsi Əbdülhadi vasitəsilə müsəlman olmuş, Şazeliyyə məzhəbinə üzv olmuş və Əbdülvahid Yəhya adını almışdır (1912). Elə 1912-ci ildə fransız bir xanımla ailə həyatı qurur.1928-ci ildə həyat yoldaşı vəfat edir. 1934-cü ildə Şeyx Məhəmməd İbrahimin böyük qızı Fatimə ilə evlənir.23 noyabr 1948-ci ildə Misir vətəndaşlığı üçün müraciət etdi. Bu istək uzun cəhdlərdən və müdaxilələrdən sonra reallaşdı. 1947-ci ildə pisləşən səhhəti 1950-ci ilin son aylarında daha da pisləşdi.
Tanon boğazı
Tanon boğazı - Filippinin Visayas bölgəsindəki Neqros və Sebu adalarını ayıran boğaz. Təqribən 160 km (100 mil) olan boğaz Visayan dənizi ilə Mindanao dənizini (Bohol dənizi) birləşdirir. Onun eni cənubda ən dar nöqtəsi ilə birlikdə 5–27 km arasında dəyişir. Boğaz şimalda ən böyüyü Bantayan olan Don adaları tərəfindən qapadılır. San Karlos, Neqros Okkidental, Bais, Neqros Oriental ve Toledo, Sebu dərin su limanlarına sahibdir. Tanon boğazı Bais Sitidən hərəkət edən tur qayıqları ilə balina və delfin müşahidəçiliyi ilə məşhurdur. Tanon Boğazı Qorunan Dəniz Mənzərəsi 1998-ci il tarixli 1234 saylı bəyannaməyə əsasən prezident Ramos tərəfindən yaradılmışdır. 5.000 km2-dən çox ərazi ilə Filippindəki ən böyük qorunan dəniz ərazisidir. Sebuano mifologiyasında Sebuanonun böyük tanrısı Kaptanın üç qanadlı nəhəng elçilərindən biri (Sinoqo) istənilən şəxsi istənilən şeyə çevirə bilən qabığı oğurladığı üçün cəzalandırıldı. Elçi Sinoqo yaraşıqlı kişi və "Kaptanın sevimlisi" idi.
Tecon qətliamı
Tecon qətliamı – anti-kommunist Cənubi Koreya silahlı qüvvələrinin başçılıq etdiyi siyasi məhbusların məhkəmədənkənar qırğını. Yalnız yarım əsr sonra, Cənubi Koreyanın Həqiqət və Barışıq Komissiyası, siyasi zorakılıq zamanı baş verənləri araşdırdı, hansı ki, əhəmiyyətli dərəcədə tarixdən gizlədilmişdi İkinci Dünya Müharibəsinin sonunda Koreya Sovet və Amerika əsgərləri tərəfindən işğal edildi və yarımada 38-ci paralel boyunca bölündü. Sovetlər şimalda Kim İr Senin kommunist rejimini, ABŞ isə cənubun anti-kommunist rejimini dəstəklədi. 25 iyun 1950-ci ildə Şimali Koreya əsgərləri 38-ci paraleli keçərək Cənubi Koreyaya soxuldu və Koreya müharibəsinə səbəb oldular. Cənubi Koreyanın anti-kommunist hökuməti minlərlə kommunizmdə şübhəli bilinənləri həbs edərək rəhbəliyin milli proqramına daxil etdi.
Tenson sülaləsi
Tenson sülaləsi yaxud Şunten sülaləsi — Rükyu adalarını idarə etmiş yarıməfsanəvi sülalə. İlk 25 üzvünün adı bilinmir. "Çüzan güzgüsü" yap. 中山世鑑 (Çüzan seikan) əsərinə əsasən Rükyu mifologiyasının baş tanrısı Amamikyo tərəfindən əsası qoyulub. 1186-cı ildə sülalə Riyü tərəfindən devrilmişdisə də, sülalənin üzvlərindən biri olan Şunten tərəfindən məğlub edilmişdi. Buna görə sülalə həm də bu adla tanınır. 1–25 — İlk 25 hökmdarın adı elmə bəlli deyil.
Teton (Vayominq)
Teton Rayonu (ing. Teton County) — Vayominq, ABŞ-də yerləşən rayon. ABŞ Siyahıyaalma Bürosunun verdiyi statistik məlumatlara görə 2000-ci ildə bu rayonun əhalisi 18 251 nəfər olmuşdur. Rayonun paytaxtı Cekson şəhəridir. Rayonun ərazisində Cekson-Hol dağ-xizək kurortu, Qrand-Titonun milli parkı və Yellouston Milli Parkının 40,2%-i, o cümlədən Yelloustonun bütün su ehtiyatlarının 96,6%-i yerləşir. 2009-cu ildə Teton Rayonu ildə 132 728 ABŞ dolları olan adambaşına orta gəlir səviyyəsi ilə Amerika Birləşmiş Ştatlarının bütün rayonlarında arasında birinci yerə çıxmağı bacarmışdır. Bu göstəriciyə görə, Teton Rayonu hətta Nyu-York, Manhetten bölgəsini (120 790 ABŞ Dolları) belə geridə qoydu.
Zenon Yankovski
Zenon Yankovski (pol. Zenon Jankowski) — Polşa ordusunun istefada olan polkovniki, kosmonavt. Yankovski 1976-cı ildə "Soyuz-30" missiyası üçün həmyerlisi Miroslav Hermaşevskinin dublyoru olmuş, 1978-ci ildə "İnterkosmos" proqramında daxil edilmişdir.
Üç tenor
Üç tenor — ispan opera müğənniləri Plaçido Dominqo, Xose Karreras və italyan opera müğənnisi Luçano Pavarottinin birlikdə tarixi çıxışlarına verilən ad.
Şarliz Teron
Şarliz Teron (7 avqust 1975[…]) — CAR-da doğulmuş ABŞ aktrisa, kinoprodüser və modeli. Hollivudun ən gənc ulduzlarından Charlize Theron 7 avqust 1975-ci ildə Cənubi Afrikanın Benoni şəhərində dünyaya göz açmışdır. Aktrisa kasıb ailədə böyümüşdür. Atası yol şirkətində fəhlə kimi çalışırdı. Theron uşaqlığının böyük bir hissəsini ailəsinin yaşadığı fermada keçirib. Orada yaşadığı vaxtlar ərzində o, bir neçə yerli dildə danışmağı öyrənir. 6 yaşı olarkən ailəsinin və yaşadığı fermanın sahiblərinin də maddi köməyi ilə balet öyrənməyə başlayır. Qısa bir müddətdən sonra balet təhsilini professionallaşdırmaq üçün Yohannesburq şəhərinə dəvət alır. Orada oxumağa başlayan aktrisa artıq 13 yaşı olarkən bədbəxt hadisə baş verir. Valideynləri arasında baş verən münaqişə nəticəsində anası atasını qətlə yetirir.
Lirik tenor
Lirik tenor (tenor "di-grace", it. Tenore di grazia — "lütf tenoru") — yumşaq, gümüşü tembrin səsi, hərəkətliliyi, həmçinin səsin böyük melodikliyinə malikdir. Lirik tenorun səs diapazonu yüksək do², do²-diez səviyyələrə çata bilər, lakin səs gücü baxımından dramatik tenordan xeyli aşağıdır. Lirik tenora o əsərlərin ifası həvalə olunur ki, orada hisslərin lirik diapazonunu ifadə etmək lazımdır, səsin yumşaqlığı, melodikliyi tələb olunur. Xorda lirik tenorlar adətən birinci tenor hissələrinə daxil edilirlər. == Lirik tenorların klassik opera partiyaları == Alfred (Cüzeppe Verdi, "Traviata") Berendey (Nikolay Rimsky-Korsakov, "Qar qız") Verter (Jules Massenet, "Verter") Vladimir İqoreviç (Alexander Borodin, "Şahzadə İqor") Hersoq (Cüzeppe Verdi, "Riqoletto") Qraf Almaviva (Cioacchino Rossini, "Sevilya bərbəri") Hindistanlı qonaq (Nikolay Rimsky-Korsakov, "Sadko") Levko (Nikolay Rimski-Korsakov, "May Gecəsi") Lenski (Pyotr Çaykovski, "Yevgeni Onegin") Nemorino (Donizetti, "Sevgi İksiri") == Həmçinin bax == Tenor Səs tembri Sergey Lemeşev == Ədəbiyyat == Самин Д. К. 100 Böyük Vokalist. Сикур П. И. Mən sənə mahnı oxuyacağam . Гозенпуд А. Qısa opera lüğəti. == Xarici keçidlər == Какие бывают ТЕНОРА?
Tenor-altino
Tenor altino, tenorino — tenorun ultra yüksək çeşididir. Diapazonu: — mi2, f2-ə qədər. Səs zərifliyi və gurultulu üst notlar ilə fərqlənir. Kiçik oktavanın aşağı yarısının notları kar və ifadəsizdir. Altino adətən daha yüksək kontrtenorla qarışdırılır, baxmayaraq ki, onlar həm səs xarakterinə, həm də anatomiyaya görə fərqlənirlər. Birincisi kifayət qədər maskulin tembrə malikdir və yuxarı notlar alındıqda səs bağları tamamilə sıxılır, ikincisi isə androqin səsə malikdir və yuxarı notlar falsetlə götürülür. Tenorino nadir səsdir, ona görə də onun repertuarı nisbətən kiçikdir. Belə səsə malik müğənnilərə operadan daha çox xorlarda və ya kamera teatrlarında rast gəlinir. N. A. Rimski-Korsakovun "Qızıl xoruz" operasından ulduz seyrçisi D. D. Şostakoviçin "Burun" operasından məhəllə nəzarətçisi A. Salyerinin "Tarar" operasından Kalpiqi M. Ravelin "Uşaq və sehr" operasından balaca qoca (Arifmetika müəllimi) Rodriqo Del Pozo Klaus Florian Foqt Кто такой ТЕНОР-АЛЬТИНО? Какие бывают ТЕНОРА?
Teon Kennedi
Teon Kennedi (d.
Teon Smirnalı
Smirnalı Teon (yun. Θέων 6 Σμνρναΐος, təq. 70, İzmir – təq. 135) da orta dövrün akademiklərindən (platonçularından) biri olmuşdur. O, "Platonun əsərlərini oxuyarkən riyazi predmetlərin icmalı" (yun. Τα κατά μαθηματικόν χρήσιμα εις την Πλάτωνος ανάγνωσιν) adlı əsərin müəllifi idi. Həmin kitaba latın dilində qısaldılmış olaraq "Expositio" deyilir. Bu kitab antik dövrün məktəblərində tədris edilmək üçün yazılmış və orada riyaziyyat, musiqi nəzəriyyəsi və astronomiya elmlərindən bilgilər verilmişdir. Mətni yazarkən Teon, keçmiş alimlərdən çoxlu istinadlar gətirmişdir. Əsərin riyazi bölümündə Teon "bir" və "vahid" anlayışlarının fərqləndirilməsini zəruri bilirdi, çünki hər bir rəqəm "birlərin" cəmidir.
David Miller (tenor)
David Miller (14 aprel, 1973, San Dieqo, Kaliforniya, ABŞ) — amerikalı tenor və İl Divo qrupunun üzvü. == Həyatı == Miller San Dieqoda anadan olsa da, Koloradoda böyüyüb. 1991-ci ildə orta məktəbi qurtarıb. Atasının təkidinə baxmayaraq, o hərbiyə getməyərək Oberlin Musiqi Konservatoriyasına daxil olur. 1995-ci ildə Konservatoriyanı mükəmməl qiymətlərlə və vokal və opera ifaçısı olaraq bitirir. 1996 −1997-ci illərdə Miller Pittsburq Opera Mərkəzinin üzvü idi. 1997-ci ildə Vaşinqtondakı çıxışından sonra diqqət mərkəzinə düşən Millər artıq 6 may 1998-ci ildə Ağ Evdə Bill Klinton qarşısında çıxış edir. Bundan sonrakı illərdə də onun çoxlu uğurlu çıxışları davam edib. == İl Divo == 2003-cü ilin dekabrında o dörd kişi müğənnidən ibarət beynəlxalq İl Divo qrupuna qoşuldu. Qrupda ondan başqa fransız pop musiqiçi Sebastien İzambard, ispaniyalı bariton Karlos Marin və isveçrəli tenor Urs Büler yer alırlar.
Penon de Əlcəzair
Penon de Əlcəzair (isp. Peñón de Argel) — Aralıq dənizinin Əlcəzair şəhəri sahilinə yaxın ərazidə yerləşən ada. Orta əsrlərdə ada qumlu dillə sahilə birləşirdi. 1510-cu ildə İspaniya imperiyası Afrikanın şimalında möhkəmlənmək məqsədilə Əlcəzairin yaxınlığında olan adanı işğal edir. Adanın məhdud imkanlarına baxmayaraq ispanlar burada istehkam inşa edə bilirlər. Adada yerləşən qarnizon 200 nəfərdən ibarət idi. Yerli sultan İspaniya imperiyasının vassallığını qəbul edir və kral II Ferdinanda and edir. Qala 1516-cı ildə Oruc Barbarossanın hücumuna məruz qalsa da ələ keçirilmir. 1529-ci ildə isə Xeyrəddin Barbarossa Əlcəzair müharibəsi əsnasında qalanı ələ keçirir. Onun əmri ilə qala ispanların regiondakı mövcudluğunun simbolu olaraq tamamən dağıdılır.
Sen-Jermen-syur-Renon
Sen-Jermen-sür-Renon (fr. Saint-Germain-sur-Renon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jermen-sür-Renon
Sen-Jermen-sür-Renon (fr. Saint-Germain-sur-Renon) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-ci ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15-64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71.0%, 1999-cu ildə 68.8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Sen-Jorj-syur-Renon
Sen-Jyust (fr. Chavornay) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — En. Şampan-an-Valrome kantonuna daxildir. Kommunanın dairəsi — Belle. INSEE kodu — 01097. Kommuna Paris şəhərinin 420 km cənub-şərqində, Lion şəhərindən 70 km şərqdə yerləşir və Burk-an-Bres şəhərindən 55 km cənub-şərqdə yerləşir. 2010-cu ildə əhalinin sayı 199 nəfər təşkil edirdi. 2010-cu ildə əmək qabiliyyətli 131 nəfər (15–64 yaş arasında) 93 nəfər iqtisadi cəhətdən, 38 nəfər fəaliyyətsizdir (fəaliyyət göstəricisi 71,0%, 1999-cu ildə 68,8%). Fəaliyyət göstərən 93 sakindən 90 nəfəri (40 kişi və 50 qadın), 3 nəfər işsiz (3 kişi və 0 qadın) idi.
Tenöy
Tenöy (fr. Theneuille) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Seriyi kantonuna daxildir. Kommunanın dairəsi — Monlüson. INSEE kodu — 03282. 2008-ci ildə əhalinin sayı 396 nəfər təşkil edirdi. 2007-ci ildə 243 yaşda olan (15-64 yaş arasında) 160 nəfər iqtisadi fəal, 83 nəfər fəaliyyətsiz (fəaliyyət göstərici 65.8%, 1999-cu ildə 64.2%) idi. Fəal olan 160 nəfərdən 141 nəfər (79 kişi və 62 qadın), 19 nəfər işsiz (9 kişi və 10 qadın) idi. 83 hərəkətsiz 20 nəfər arasında şagird və ya tələbə, 38 nəfər təqaüdçü, 25 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Tonon-le-Ben (rayon)
Tonon-le-Ben (fr. Thonon-les-Bains) — Fransanın Ron-Alp regionun rayonlarından (fr. Arrondissement) biri. Departamenti — Yuxarı Savoyya. Suprefektura — Tonon-le-Ben. Rayon əhalisi 2006-cı ildə 124 595 nəfər təşkil edirdi. Əhalinin sıxlığı — 137 nəf / km². Rayon sahəsi — 908 km².
Etnos
Etnos (yun. ἔθνος / éthnos, azərb. xalq‎) — sözün dar mənasında, nisbətən sabit xüsusiyyətləri olan mədəniyyət və psixikaya malik, habelə öz vəhdətini insanların başqa qruplarından fərqləndirən, bir dildə danışan insanların tarixən yaranmış məcmusu. Etnos üzvlərinin öz qrup vəhdətini dərk etmələrinə etnik özünü dərketmə deyilir; bunun da zahiri əlaməti özünü adlandırma — etnonimdir. Etnosun sabitliyi bir sıra amillərlə, ilk növbədə endoqamiya ilə bağlıdır. Etnos üçün varislik, fasiləsiz inkişaf, habelə zaman çərçivəsində dəyişmə səçiyyəvidir. Bütün bunlara etnik (etnogenetik) proseslər deyilir. Həmin proseslər nəticəsində yeni etnik hala keçid baş verə bilər. Etnoqrafik tədqiqat obyekti mənasında etnos termini XX əsrin əvvəlində yaranmış və rus alimi S.M.Şirokoqorovun (1887—1939) adı ilə bağlıdır. Etnik proseslərin içərisində konsolidasiya və assimilyasiya xüsusi yer tutur.
Fedon
Phædo və ya Phaedo ( /ˈfiːdoʊ/ ; yun. Φαίδων : Φαίδων , Phaidon [pʰaídɔːn] ), qədim oxucular tərəfindən Ruh haqqında kimi də tanınan Respublika və Simpoziumla birlikdə Platonun orta dövrünün ən məşhur dialoqlarından biridir.
Fenol
Fenol (Karbalol turşusu) — çox sadə aromatik (ətirli) birləşmədir (C6H5OH), bərk maddədir, rəngsiz olub havada çəhrayı rəng olan kristaldır. Tibbdə az miqdarda dezinfeksiya məqsədilə işlədilir. Fenolun buxarı ilə nəfəs aldıqda selikli qişanı zədələyir, dəriyə dəydikdə yanıq əmələ gətirir, qida yoluna düşdükdə qaraciyər və böyrəkləri zədələyir. Hətta kiçik dozalarda bir çox su orqanizmləri üçün məhvedici təsir göstərir. İnsan üçün birdəfəlik ölüm dozası 154 q.-dır. == Nomenklaturası, fiziki xassələrinin xüsusiyyətləri == Fenollar- aromatik hidroksilli birləşmələr olub, hidroksil qrupu birbaşa aromatik nüvə ilə birləşmişdir. Runqe fenolu daş kömür qətranında tapıb, Loran onun quruluşunu müəyyənləşdirib və Jerar onu fenol adlandırmışdı. Bir çox fenolların (həmçinin onların törəmələri) İUPAC-a uyğun ənənəvi adları vardır. C6H5OH - fenol o-CH3C6H4OH - o-Krezol m-CH3C6H4OH - m-Krezol COOH C6H4OH - salisil turşusu və s. Fenolların alfatik spirtlərdən və aromatik karbohidrogenlərdən fərqi ondadır ki, onlar kristallik maddələr olub, sudan ağırdır və yüksək qaynama temperaturuna malikdirlər.
Gelon
Gelón (özb. Gelon / Гелон) — Özbəkistan Respublikası nın Kaşkadarya vilayətində bir kəndin ərazisində yerləşən, Şahrisabz şəhərinin bir rayonu. Kishlak 1305 -ci ildə quruldu. Kənd sakinləri hələ də qədim adət və həyat tərzini qoruyub saxlayırlar, 2018-ci ilin ortalarına qədər xarici turistlər xüsusi sərhəd rejimi səbəbindən bu kəndə gedə bilmədilər. == Coğrafiyası == Gelon Özbəkistanın cənubunda, Kaşkadərya çayının hövzəsində, Pamir-Alay dağlarının qərb yamacında yerləşir. Ərazi Özbəkistan və Tacikistan sərhədində, Şahrisabzdan 80 kilometr aralıda yerləşir. Kishlak, hər tərəfdən yüksək dağlarla əhatə olunmuş, şərqdə 4000 metrdən çox yüksəkliyə çatmışdır. Özbəkistanın ən yüksək dağ kəndlərindən biridir. Çoxsaylı serpantinləri olan çətin, lakin mənzərəli bir dağlıq yolla bura getmək asan deyil. == İqlimi == İqlimi kontinental, quru, bəzi yerlərdə subtropikdir.
Genom
Molekulyar biologiya və genetika sahələrində genom orqanizmin bütün genetik məlumatıdır. DNT-nin (və ya RNT viruslarında RNT-nin) nukleotid ardıcıllığından ibarətdir. Nüvə genomuna zülal kodlaşdıran genlər və kodlaşdırılmayan genlər, tənzimləyici ardıcıllıqlar kimi genomun digər funksional bölgələri (kodlaşdırılmayan DNT) və çox vaxt heç bir aşkar funksiyası olmayan "zərərli" DNT-nin əhəmiyyətli bir hissəsi daxildir. Demək olar ki, bütün eukariotlarda mitoxondriya və kiçik mitoxondrial genom var. Yosunlar və bitkilər də xloroplast genomuna malik xloroplastları ehtiva edir. Genomun öyrənilməsinə genomika deyilir. Bir çox orqanizmlərin genomları ardıcıllıqla tərtib edilmiş və müxtəlif bölgələrə şərh verilmişdir. Beynəlxalq İnsan Genomu Layihəsi 2004-cü ildə Homo sapiens üçün genomun ardıcıllığını bildirmişdir. "Genom" termini 1920-ci ildə Almaniyanın Hamburq Universitetinin botanika professoru Hans Vinkler tərəfindən yaradılmışdır. Oksford Lüğəti və Onlayn Etimologiya Lüğəti bu adın gen və xromosom sözlərinin qarışığı olduğunu göstərir.
Heron
Heron (təq. 10, İsgəndəriyyə, Roma Misiri[d] – təq. 75, İsgəndəriyyə, Roma Misiri[d]) – bizim eranın əvvəlində (I əsr) İsgəndəriyyədə yaşamış, öz dövrünün ən məşhur mühəndisilərindən biri, yunan riyaziyyatçısı və mexaniki. == Həyatı == Heronun tərcümeyi halı üzün müddət müəmmalı olaraq qalmışdır. Əsərlərində özünü "Heron Ktesibiu" adlandırması tarixçilər arasında çaşqınlığa səbəb olmuşdur. Tərcümədə "Heron Ktesibios oğlu" alınması onun məşhur alim, bizim eranın III əsrində yaşamış Ktesibiosun oğlu olmasına şübhə yaratmışdır. Heron öz başqa əsərlərində ayın üzünün tutulmasından yazır ki, bu da onun bizim eranın əvvəlində yaşamasına dəlalət edir. Çünki ayın üzünün tutulması hesablamalara görə bizim eranın əvvəlində, 62-ci il martın 12-də baş vermişdir. Onun Ktesibiosun oğlu olması qaranlıq qalmaqdadır. Tarixçilər güman edirlər ki, onun atasının adı sadəcə olaraq "Ktesibios" olmuşdur.