Tənəffüs (dəqiqləşdirmə)
Aerob oksidləşdirici prosesdir ki, bu zaman substrat sona qədər zəif enerjili qeyri-üzvi maddələrə parçalanır, proses müvafiq olaraq yüksək enerji çıxımı ilə gedir. Bunun üçün oksigen lazımdır. Bu prosesə ATP-nin generasiyası kimi baxmaq olar ki, burada elektronların yekun akseptoru rolunu qeyri-üzvi birləşmələr (məs., O2) yerinə yetirir. Elektronun donoru rolunu həm üzvi, həm də qeyri-üzvi birləşmələr yerinə yetirə bilər.
Tənəffüs aşağıdakı mənalarda istifadə edilirː
Oksigenli tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigen bir elektron qəbul edicisidir).
Oksigensiz tənəffüs, hüceyrələrin enerji əldə etmək üçün istifadə etdikləri bir biokimyəvi prosesdir. (Oksigendən tamam fərqli elektron qəbul ediciləri istifadə edilir).
Nəfəs alma, nəfəsin orqanizmə alınıb atılması.
Tənəffüs sistemi, bədəndəki sistemlərdən biri.