Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Aeonium
Aeonium (lat. Aeonium) — daşdələnçiçəklilər dəstəsinin dovşankələmikimilər fəsiləsinə aid bitki cinsi.
Anonim
Anonim (yun. ανώνυμος - adsız, imzasız və ya biimza — müəllifinin adı bəlli olmayan, yaxud göstərilməyən əsər. İmzasız mətn kimi məktub, SMS, şikayət, məlumat ola bilər."Anonim" kimi həm imzasız və ya digər adla imzalanma götürülə bilər. Əsas motiv kimi imzalayan şəxsin qeyri-müəyyənliyi götürülür. Ədəbiyyatda anonim kimi imzası olmayan əsər götürülür. Ləqəb və şərti ad anonim hesab edilmir. Müəllif mürtəce qüvvələrin, senzuranın təqibindən qorunmaq məqsədilə, yaxud bu və ya başqa bir səbəbə görə öz müəllifliyini bildirmək istəmədikdə əsərlərini anonim – adsız, imzasız nəşr etdirməli olur. M. F. Axundzadə istibdad və fanatizm əleyhinə yazılmış "Kəmalüddövlə məktubları" adlı fəlsəfi əsərində müəllifliyini gizlətməyə məcbur olmuşdur. "Molla Nəsrəddin" jurnalında satirik yazıların və miniatürlərin çoxu imzasız dərc edilmişdir. Anonim əsərin müəllifinin müəyyənləşdirilməsi tarixi sənəd və məxəzlərin dərindən araşdırılmasını, əsərin dil və üslubunun müqayisəli təhlil olunmasını tələb edir.
Demonim
Demonim — müəyyən bir yerin sakinlərini və ya yerlilərini adlandırmaq üçün sözügedən yerin adından yaranmış sözdür. Bu son vaxtlarda edilmiş bir termindir daha öncəsində isə gentilic Oxford İngilis lüğəti tərəfindən işlədildi. Çindəki yerli xalq üçün Çinlilər, Svahili sahili yerliləri üçün Svahililer ya da Vasvahililer, Amerika Birləşmiş Ştatları üçün Amerikalılar kimi nümunələr verilə bilər. == İstinadlar == ^ George H. Scheetz (1988). Names' Names: A Descriptive and Pervasive Onymicon. Schütz Verlag.
Eponim
Eponim (q.yun. ἐπώνῠμος sözbəsöz "ad vermiş", lat. heros eponimus) — adından ümumi və ya xüsusi isimlər yaradılmış şəxs. == Terminin tarixi == === İlkin mənası === Eponim ilk öncə şərəfinə hansısa coğrafi obyekt (şəhər, çay, dağ və s.) adlandırılan tanrı, əfsanəvi qəhrəman və ya real şəxsə deyilirdi. Məsələn, rəvayətə görə, Bizantion şəhəri qədim yunan qəhrəmanı Bizas tərəfindən qurulmuşdur, hansı ki miflərdə Poseydon adlı tanrının oğlu idi. Beləliklə, Bizas Bizantionun eponimidir və həmçinin onun vasitəsi ilə Bizans İmperiyasının eponimidir. Kiyev şəhərinin eponimi əfsanəvi knyaz Kiydir. Kiyin qardaşlarından biri Şek Podol tərəfdə ucalan Şekavitsa dağının eponimidir, onların bacısı Lıbed isə Dneprin sağ qolu olan və indiki Kiyevin ərazisində axan Lıbed çayının eponimidir. Xalqlar və ya tayfaların adlarının kökləri da tez-tez əfsanəvi əcdadlara-eponimlərə qədər uzanır. Məsələn, latınlar tayfasının eponimi kimi mifik hökmdar Latin hesab olunur, hansının ki müxtəlif miflərə görə müxtəlif qədim tanrılar və qəhrəmanlarla qohumluq əlaqəsi olduğu qeyd olunur.
Etnonim
Etnonim (yun. έθνος — qəbilə, xalq və όνυμα — ad) — xalqların, millətlərin, qəbilələrin, qəbilə birliklərinin və etnik birliklərin adı.
Leonin
Magistr Leonin (lat. Magister Leoninus; təq. 1150 – təq. 1210) — XII əsrin 2-ci yarısında yaşamış əfsanəvi fransız bəstəkarı. Notr-Dam kilsəsinin xor məktəbinin nümayəndəsi.
Neodim
Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir. == Tarixi == Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir. == Alınması == Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir. == Fiziki xassələri == Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.
Omonim
Omonim (yun. ὁμός ὄνομα - eyni ad) — linqvistikada deyilişi və yazılışı eyni olan, lakin leksik mənalarına görə tamamilə fərqlənən sözlərə deyilir. Məs. Bağ-sözü iki mənada işlənir: "Meyvə ağacları əkilmiş sahə" və "Bir şeyi bağlamaq üçün ip" mənasında. Omonim və paronim anlayışları bir-birinə çox bənzəyir. Paronim semantik fərqə görə səsləri üst-üstə düşən sözlərə deyilir. Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. Bu sözlər omonim deyil: 1) Yazılışı eyni olan, vurğusuna görə fərqlənən sözlər paronim adlanır. 2) Yazılışı ilə oxunuşu eyni, lakin kökləri fərqli olan sözlər omoqraf adlanır 3) Ümumi və xüsusi sözlər; 4) Yazılışı və tələffüzü eyni, bir-birinə məcaz yolu ilə bənzəyən sözlər (belə sözlər çoxmənalı sözlər sayılır, omonimlərdə məcaz olmur).
Oronim
Oronim (yun. ὄρος — dağ, yun. ὄνομα — ad) — yerin hər hansı formasına — həm qabarıq (dağ, dağ silsiləsi, təpə), həm də çökəkliyə (yarğan, dərə, vadi, ova) verilən xüsusi ad. == Mənbə == Подольская Н. В. Словарь русской ономастической терминологии / Отв. ред. А. В. Суперанская.. — Изд. 2-е, перераб. и доп. — М.: Наука, 1988.
Tennis
Tennis (ing. lawn tennis) — iki nəfər və yaxud hərəsində iki nəfər olan iki komanda arasında oynanılan bir oyundur. Bu oyunun əsas qaydaları ondan ibarətdir ki, hər bir oyunçu verilmiş topu rəqibinə tərəf elə atmalıdır ki, rəqibi topa cavab zərbəsi vura bilməsin. Belə zərbələr zamanı top ağ cizgi ilə işarələnmiş zonaya düşməlidir. Tennis meydançası kort adlanaraq 3 zonaya bölünür: gil zonası (qırmızı və yaşıl), bərk zona (o cümlədən sement və yə asfalt) və ot zonası. Bütün dünyada məşhur olan bu oyun 1896-cı ildən etibarən Olimpiya oyunlarının proqramına daxil edilmişdir. Doğma vətənimizdə ilk dəfə rəsmi olaraq 1995-ci ildə Azərbaycan Tennis Federasiyası yaradılmışdır. == Elementlər == Kort — Tennisdə rəqiblər kort adlanan meydanda mübarizə aparırlar. Bu meydan dördbucaqlı formasında olur və futbolda olduğu kimi iki hissəyə bərabər ölçüdə bölünür. Əgər futbolda meydanı mərkəz xətti ayırırsa tennisdə bu funksiyanı xüsusi setka daşıyır.
Teofil
Antióxiyalı Teofíl (yun. Θεόφιλος Αντιοχείας; d. ? - ö. 180 və ya 181) — II yüzillikdə yaşayan xristian apologeti, Antioxiyanın episkopu (169-cu ildən), xristian kilsəsinin müqəddəsi. Qnostiklər, markionçular kimi çeşidli xristian hereslərinə (küfrlərinə) qarşı mübarizə aparmışdır. Suriyalı idi. == Apologetikası == Teofilin dünyagörüşü Tatiana yaxın idi. O da hesab edirdi ki, yunanlar özlərinə aid edən hər bir yaxşı şeyi yəhudilərdən alıblar. Sonradan aldıqlarına yenilik gətirməklə onların mahiyyətlərini dəyişdiriblər.
Teorem
Teorem (yun. θεώρημα) — doğruluğu digər məlum təkliflər və aksiomlar əsasında isbat olunan təklif. Verilmiş bir teorem müxtəlif şəkillərdə ifadə oluna bilər. Fəlsəfədə teorem məntiqli çıxarıla bilən, fikir və ya tezisdir . Teoremlərin dörd növü vardır: Düz teorem Tərs teorem Əks teorem Əks-tərs teorem Teoremlərin əks və tərs teoremləri hər zaman doğru deyildir. Amma hər hansı bir teorem ilə onun əks-tərs teoremi hər zaman eynigüclüdür. Buna görə də çox vaxt bir teoremi isbat etmək üçün onun əks-tərsini isbat edirlər.
Toponim
Toponimika — (q.yun. τόπος — topos — yer və ὄνομα — onoma) — coğrafi adları; toponimləri, onların mənasını, quruluşunu, mənşəyini və yayılma arealını öyrənir. Mənası yer deməkdir Hər bir ərazidəki toponimlərin məcmusu onun toponimiyasını təşkil edir. Azərbaycan toponimiyasının əsas fondunu Azərbaycan (türk) mənşəli adlar təşkil edir. Azərbaycanda qədimdən başlayaraq, hun, bolqar, suvar, peçeneq, xəzər, qıpçaq, oğuz-səlcuq və monqol qaydalarının, habelə İber-Qafqaz, İran, ərəb və s. xalq adları ilə bağlı toponim layları aşkara çıxarılmışdır. Ginnes Rekordlar kitabına görə ən uzun adlı toponim Yeni Zellandiyada hündürlüyü 305 metr olan Taumatavhakatanqihanqakoauauotamateaturipukakapikimaunqahoronukupokaivhenuakitanatahu (92 hərf) təpəsidir. == Toponimlərin növləri == Aqoronim— meydan adları (qədim yunanca ἀγορά — meydan, sahə). Antrotoponim — şəxs adlarından törəmiş coğrafi adlar (qədim yunanca ἄνθρωπος — insan). Astionim — şəhər adları (qədim yunanca ἄστυ — şəhər).
Terni
Terni — İtaliyanın mərkəzində Umbria regionunun və eyni adlı Terni vilayətinin mərkəzi olan bir şəhərdir. Terni Romadan 104 km şimalda, Rietidən 36 km şimal-şərqdə, Spoletodan isə 29 km cənubda yerləşir.
Tonik
Tonik - qazlı alkoqolsuz içkidir. Tonik içinə xinin qatılmış sodaya verilən addır. Tonikdən kokteyllərdə çox istifadə edilir. İlk dəfə bu alkoqolsuz içkidən Hindistan və Afrikada malyariya xəstəliyi ilə mübarizə etmək üçün istifadə edilmişdir. Tibbdə tonik yalnız qaz və xinindən ibarət alkoqolsuz içkidir. Bir zamanlar Britaniya Ost-Hindistan şirkəti toniki alkoqol içki cin ilə qatışdırırlar ki, xinin dadı itsin. Bununla da populyar olan cin-tonik kokteyli meydana çıxır. Xinin hesabına Tonik güclü antibiotik kimi istifadə edilir.
Aeonium glutinosum
Aeonium glutinosum (lat. Aeonium glutinosum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü. == Təbii yayılması == == Botaniki təsviri == Bu, möhkəm gövdəsi, 60 santimetrə (24 düym) qədər budaqları olan, çox özlü, çoxillik alt koldur. Boş, incə gənc yarpaqları ilə diametri 22 santimetrə (8,7 düym) qədər rozetşəkilli yarpaqlar. Yarpaqları 12x5 santimetrə qədər (4,7 düym × 2,0 düym) sarımtıl-yaşıldır, adətən zirvəyə yaxın qəhvəyi zolaqlı, az və ya çoxlu nazik təkhüceyrəli tükləri olan tüysüz, kirpikli kənarları var. Çiçəklər çox boş, uzaqdan budaqlanmış, 40 ilə 45 santimetrə qədər (16 düym × 18 düym) Ləçəklər 5–7 millimetr (0,20–0,28 düym), qızılı sarı, adətən abaksial qırmızı zolaqlı.
Aeonium haworthii
Aeonium haworthii (lat. Aeonium haworthii) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium hierrense
Aeonium hierrense (lat. Aeonium hierrense) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium holochrysum
Aeonium holochrysum (lat. Aeonium holochrysum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium leucoblepharum
Aeonium leucoblepharum (lat. Aeonium leucoblepharum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium nobile
Aeonium nobile (lat. Aeonium nobile) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium tabuliforme
Aeonium tabuliforme (lat. Aeonium tabuliforme) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium arboreum
Aeonium arboreum (lat. Aeonium arboreum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium undulatum
Aeonium undulatum (lat. Aeonium undulatum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Aeonium urbicum
Aeonium urbicum (lat. Aeonium urbicum) — dovşankələmikimilər fəsiləsinin aeonium cinsinə aid bitki növü.
Təcnis
Təcnis — daha çox aşıq poeziyasında yayılmış şeir şəkillərindən biri. Məzmununa görə təcnislər əsasən lirik xarakterlidir. Aşıq poeziyası ilə bir sırada yazılı ədəbiyyatda da ara-sıra təcnis nümunələrinə təsadüf olunur. Təcnisin özünəməxsus xüsusiyyəti, adından göründüyü kimi, burada qafiyələrin cinas üzərində qurulması ilə bağlıdır. Qafiyələnmə sistemi qoşma və gəraylıda olduğu kimidir. XIX əsr el sənətkarlarından biri Şəmkirli Aşıq Hüseynin təcnislərindən biri: Azərbaycan aşıq poeziyasında təcnislərin meydana çıxmasında ilk pillə rolunu cinas bayatılar oynamışlar. Digər tərəfdən, Azərbaycan dilinin ifadə imkanlarının genişliyi, onun ahəngdarlığı və musiqililiyi təcnis poetik formasının digər türkdilli xalqların ədəbiyyatı ilə müqayisədə Azərbaycanda daha geniş yayılmasına təkan vermişdir. Əlbəttə, cinas sözlərin zəruriliyi təcnisdə müəyyən formalizm ünsürlərinin meydana çıxma təhlükəsini yaradır. Lakin ustad sənətkarların təcnislərində bu cəhət qətiyyən nəzərə çarpmır. Burada sözlə fikrin, məna ilə məzmunun üzvi qaynağı yaranır.
Təqvim
Təqvim — böyük vaxt intervallarının hesablanması sistemi. Əsasını göy cisimlərinin hərəkəti ilə əlaqədar olan dövri təbiət hadisələri təşkil edir. Müxtəlif təqvim növləri mövcuddur. == Təqvimdən istifadə == Miladdan 3000 il öncə şumerlər bir gecə-gündüzü 24 saata, bir ili on iki aya bölürdülər. Ən qədim təqvim Ay təqvimi olmuşdur. Miladdan 2780 il öncə Misir kahinləri tərəfindən 365 gündən ibarət il təqvimi hazırlandı. Müasir dövrdə təqvimin daha geniş yayılmış növü Günəş təqvimidir. Ay təqvimi üzrə ilin uzunluğu 354 gecə-gündüzə bərabərdir. Ay təqvimi Günəş təqvimindən 11 gecə-gündüz qısadır. Vaxtın hesablanmasında daha çox müxtəliflik ilin başlanğıcını nə vaxtdan hesablamaqda olmuşdur.
Təsnif
Təsnif (fars. تصنيف‎) — Azərbaycan milli musiqi janrı. Muğamdan əvvəl və ya sonra ifa edilir. Əvvəllər təsnifin mövzuları xalq ruhunu əks etdirən vətənpərvərlik təsnifləri idi. Daha sonra təsniflər klassik şeirlərdən istifadə edərək əsas olaraq sevgi mövzulara həsr olunmuşdur.. == Tarixi == Təsnif nəzəriyyəsi ilk dəfə XV əsrdə Əbdülqadir Marağayinin yazılarında qeyd edilir, lakin XIX əsrin sonuna qədər klassik Avaz və ya Radifi üstün tutaraq təsnif janrını ciddiyə alınmırdı. Qacar dövründə (1875–1925) vokal oxumə mədəniyyəti bir neçə kateqoriyaya bölünürdü: dini, xalq, məşhur, kübar və siyasi. Təsnif ilə yanaşı həmçinin sürud (fars. سرود‎ — himn), dini mahnılar və təranə (fars. ترانه‎ — xalq mahnısı) mövcud olmuşdur..