Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Terekti
Terekti — Qərbi Qazaxıstanda yaşayış məntəqələrinin adı: Terekti (2007-ci ilə qədər Lineevka) — Akmola vilayətinin Zərendə rayonunda kənd. Terekti (2018-ci ilə qədər Sadovoye) — Almatı vilayətinin Sarkənd rayonunda kənd.
Terenti Qraneli
Terenti Samsonoviç Kvirkveliya (gürc. ტერენტი სამსონის ძე კვირკველია, daha çox Terenti Qraneli ədəbi təxəllüsü ilə tanınır; 3 iyun 1897, Tsalencixa, Kutaisi quberniyası, Rusiya imperiyası – 10 oktyabr 1934, Tiflis, Gürcüstan SSR, SSRİ) — Gürcü şairi və esseisti, qrafika rəssamı. Terenti Kvirkveliya 1897-ci ildə (digər mənbələrə görə — 1898-ci ildə) Samson Kvirkveliyanın yoxsul kəndli ailəsində anadan olmuşdur. Yeddi yaşında anası İvlitanı itirmişdir. Anası doğuş zamanı həyatını itirmiş, özündən sonra iki qızı və bir oğlunu atasının himayəsində buraxmışdır. Qısa müddət sonar ata yenidən evlənmişdir. Terentinin anası Dariya Meboniya övladlığa götürülmüş uşaqlara doğmaları kimi yanaşmışdı. Xüsusilə bu valideyn istiliyini ömür boyu xatırlayan Terentini çox sevirdi. Ailədə oğlanın istedadını erkəndən görüb onu ibtidai məktəbə göndərirlər və yerli xeyriyyəçi və ictimai xadim Yakov Şanava uşağa kitab oxumaq sevgisi aşılayır və ona kitabxanasından istifadə etməyə icazə verir. Burada gənc Terenti dünya ədəbiyyatının klassikləri ilə tanış olur.
Həfte Tir terroru
28 iyun 1981-ci il tarixində (İran təqviminə görə 7 Tir 1360 (Haft-i Tir - هفت تیر)) İranın İslam Respublikası Partiyasının (İCP) liderləri partiyanın Tehrandakı qərargahında görüşərkən çox güclü bir partlayış baş verdi. Görkəmli partiya nümayəndələrindən 73-ü, o cümlədən İran məhkəmə sisteminin başında olan və Ayətullah Ruhullah Xomeynidən sonra İran İslam İnqilabının ən güclü şəxsiyyəti kimi göstərilən Ayətullah Məhəmməd Behişti də həmin hücum zamanı vəfat etmişdi. Hücuma görə məsuliyyətin İran Xalq Mücahidləri Təşkilatının üzərində olduğu düşünülür. İran İslam Respublikası hücuma görə əvvəlcə SAVAK və İraq rejimini günahlandırır, iki gün sonra isə Ayətullah Ruhullah Xomeyni tərəfindən bu hadisənin İran Xalq Mücahidləri Təşkilatı tərəfindən həyata keçirilirdiyi bildirilmişdir. İran İnqilabından sonra Ayətullah Xomeyninin başçılıq etdiyi yeni qurulmuş teokratik hökumət, digər müxalif qrupları bir-bir ləğv edərək bütün siyasi qüvvələri birləşdirirdi. Xalq Mücahidləri Təşkilatı (XMT) kimi İslam sosialist təşkilatları da aradan qaldırılmağa çalışılan qruplar arasında idi. Ayətullah Ruhullah Xomeyni XMT-ni ”eklektik”, “Qərb heyranı”, ”ikiüzlü” və “kafir” adı ilə günahlandırırdı. 1980-ci ilin fevral ayında Hizbullah yaraqlıları tərəfindən XMT tərəfdarlarına və digər solçu kitab mağazalarına, görüş yerlərinə və s. yerlərə güclü bir hücum başladıldı. Bu hücumlar nəticəsində İranın solçu təşkilatları yer altına çəkildi.
Erməni terroru və Qriqorian kilsəsi (kitab)
Birəotu
Dağtərxunu (lat. Tanacetum) — mürəkkəbçiçəklilər Fəsiləsinə aid bitki cinsi. Lələkvarı yarpaqları növbəli, bəzən dilimlidir. Çiçəkləri səbət çiçək qrupunda yerləşir və ikicinsli çoxsaylı boruvarı çiçəklərdən ibarətdir. Toxumu beş tilli, meyvəsi toxumcadır. Şimal yarımkürəsinin qeyri-tropik ölkələrində 50-dən çox, Azərbaycanda isə 4 növü bitir. Yarpaq və çiçəklərində efir yağı, flavonoidlər, aşı maddəsi və alkaloidlər var. Tibdə bağırsaq qurdlarına qarşı işlədilir. Dağtərxunundan insektisid kimi istifadə olunan toz (ovuntu)alınır. Dağtərxunu qaramal üçün zəhərlidir.
Dəvəotu
Dəvəotu (lat. Corispermum) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinə aid bitki cinsi.
Ərəbotu
Ərəbotu (lat. Arabis) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinə aid bitki cinsi. Bu cinsə Avrasiya, Şimali Amerika və Tropik Afrika dağlarında bitən 100-ə yaxın birillik, ikiillik və çoxillik bitkilər daxildir. Onların iki növündən gülçülükdə geniş istifadə olunur. Alp ərəbotu (A. alpina)- hündürlüyü 25 sm-ə çatan, gövdələri sərilən bitkidir. Gümüşü yarpaqları az miqdarda tüklərlə örtülür. Sadə və çoxləçəkli gülləri ağ ya da çəhrayı rəngdə olur. Arends ərəbotu (A.x.arendsii) hibrid mənşəli və müxtəlif rəngli gülləri olan bitkidir. Ərəbotu bitkisi gövdə zoğları ilə asanlıqla çoxalır. Qələmlərin alınması üçün yazda əmələ gələn yarpaq dəstələrinin miqdarına görə gövdəni bölürlər.
Ərəstu
Aristotel (yun. Ἀριστοτέλης, tarixi mənbələrdə Ərəstu; e.ə. 384[…], Stagir[d], Xalkidiya liqası[d] – e.ə. 322[…]) — Qədim yunan filosofu və ensiklopediyaçı alimi və astronomiya elmini tapan alim,Platonun şagirdi, Peripatetik məktəbinin banisi, klassik yunan fəlsəfəsinin Sokrat və Platondan sonra üçüncü nümayəndəsi. Spontan Absurte nəzəriyyəsinin banisi. Şərq ölkələrində və Azərbaycanda Ərəstun adı ilə də tanınır. Eramızdan əvvəl 384-cü ildə Yunanıstanın Staqir şəhərində anadan olub (buna görə ona çox zaman "Staqirit" deyirdilər). Onun fəlsəfəsi bəşəriyyətin ictimai fikrinin sonrakı inkişafına çox ciddi təsir göstərib. Aristotel təlimi iki istiqamətə ayrılaraq mistik idealizm və materialist fəlsəfi fikrin inkişafı üçün mənbə olub. Aristotel bizim eramızdan əvvəl 322-ci ildə Yunanıstanın Kalkida şəhərində vəfat edib.
Dalmat birəotu
Komarov birəotu
Komarov birəotu - (lat. Pyrethrum komarowii Sosn.). Asterkimilər - (Asteraceae Dumort.) fəsiləsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2cd ; B1ab(i, iii, iv)c(i, ii, iii). Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Regional IUCN Statusu - NT Çılpaq, əsasında çoxbudaqlı, 4-13 (25) sm hündürlükdə alçaqboylu yarımkolcuqdur. Yarpaqları qısa saplaqlarla, uzunsov, tərs-yumurtavari formada, yarpaq ayası lələklərə bölünmüş, aşağı seqmentləri bütöv, xətli, yuxarı seqmentləri sivriləşmiş hissələrlə, az sayda olur; gövdə yarpaqları oturaq vəziyyətdə, balaca, bunlardan yuxarıda yerləşənlər çox xırda və bütöv şəkildədir. Çiçək səbətləri tək-tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10–15 mm uzunluğunda, 4–5 mm enindədir. Toxumcaları 3 sm uzunluğundadır.
Koçi birəotu
Koçi birəotu - (lat. Pyrethrum kotschyi Boiss.) Asterkimilər - (Asteraceae Dumort.) fəsiəsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU D2. Azərbaycanın nadir növüdür. Əsasında çoxbudaqlı, 15-25 (30) sm hündürlükdə, alçaqboylu yarımkolcuqdur. Yarpaqları barsız zoğlarda və aşağıdakı uzun saplaqlarda, demək olar yarpaq ayası ilə bərabərdir, saplaqlarla bir yerdə 1,5–3 mm uzunluğunda; orta gövdə yarpaqları lələk və ya üç yerə bölünmüş şəkildə, yuxarı yarpaqları bütöv, xətlidir. Səbətləri tək olur. Dilşəkilli çiçəkləri ağ rəngli, 10 mm uzunluğunda, 4 mm enindədir. Toxumcuqların diş tacı uzun, çəp şəkildə kəsilib və ya qulaqvari formadadır. Çiçəklənmə və meyvəgətirmə dövrü iyun-iyul aylarına təsadüf edir.
Qızyarpaq birəotu
Sallaq ərəbotu
Catolobus pendulus (lat. Catolobus pendulus) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin catolobus cinsinə aid bitki növü.
Sinerariyarpaq birəotu
Çödükotuyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
Çəhrayı birəotu
Tanacetum coccineum (lat. Tanacetum coccineum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin dağtərxunu cinsinə aid bitki növü. IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu / Natonal IUCN Status: "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3 cd. Azərbaycanın nadir növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 35-50 (80) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, ikiqat lələkvari xırda, xətti, sivri hissəciklərə bölünmüşdür. Yuxarı yarpaqları oturaq, kiçilmiş, ensiz xətti hissəciklərə bölünmüşdür. Səbətləri tək-tək, iridir. Sarğı 15–20 mm enində, yarpaqcıqları üçbucaqlı-lansetvari, enli, çox tünd rəngli zarlı kənarlıdır.
İssopyarpaq dəvəotu
İssopyarpaq dəvəotu (lat. Corispermum hyssopifolium) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin dəvəotu cinsinə aid bitki növü.
Ətrəngi birəotu
Ətrəngi birəotu (Elmi adı - Pyrethtum carneum) — IUCN Qırmızı Siyahısına görə növün kateqoriyası və statusu "Nəsli kəsilməyə həssas olanlar" kateqoriyasına aiddir – VU A2c + 3c. Azərbaycanın nadir, Qafqazın endemik növüdür. Çoxillik ot bitkisidir. Gövdəsi 25-80 (100) sm hündürlükdədir. Aşağı yarpaqları uzun saplaqlı, ayası uzunsov, birqat lələkvari bölünmüşdür; seqmentləri yumurtavari-uzunsov və ya lansetvari, kənarları iri-sivri dişlidir. Gövdə yarpaqları yuxarıya qalxdıqca kiçilən, oturaqdır. Səbətləri iri, tək-təkdirlər. Sarğı 10-15 mm enində, yarpaqcıları rənglidir. Toxumcuqları 3 mm uzunluqda, dişli taclıdır. Çiçəklənmə dövrü iyul-avqust ayları, toxumlama avqust-sentyabr aylarına təsadüf edir.
Erməni ərəbotu
Arabis carduchorum (lat. Arabis carduchorum) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin ərəbotu cinsinə aid bitki növü. Ermənistan və Naxçıvanda (Azərbaycan) rast gəlinən bitki. Orta və yüksək dağlıq ərazilərdə böyüyür.
Ərəstü Həbibbəyli
Ərəstü İsa oğlu Həbibbəyli (1980, Naxçıvan) — Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri, Birinci dərəcəli fövqəladə və səlahiyyətli elçi. Ərəstü Həbibbəyli 1980-ci ildə Naxçıvan şəhərində anadan olmuşdur. Naxçıvan şəhərində 12 saylı orta məktəbi bitirdikdən sonra 1997–2001-ci illərdə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsində bakalavr, 2001–2003-cü illərdə isə magistr pillələrində təhsilini davam etdirmişdir. 2003–2006-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda beynəlxalq iqtisadi münasibətlər üzrə aspiranturada təhsil almışdır. 2006-cı ildə "Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı ilə iqtisadi əlaqələri" mövzusunda namizədlik dissertasiyası müdafiə edərək iqtisad elmləri namizədi alimlik dərəcəsinə yiyələnmişdir. 2002–2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində işləmişdir. 2007–2015-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici əlaqələr şöbəsində işləmiş, 2015–2018-ci illərdə Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini. 9 iyul 2018-ci ildə Azərbaycan Respublikası Baş Nazirinin Katibliyinin rəisi təyin olunmuşdur. 21 fevral 2024-cü ildə Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının Humanitar məsələlər şöbəsinin müdiri təyin olunmuşdur. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.
Rəhimə Pərəstu Sultan
Rəhimə Pərəstu Sultan (1826, Çərkəzistan – 1904, Maçka) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri, 34-cü Osmanlı sultanı II Əbdülhəmidin mənəvi anası və Osmanlı tarixinin son validə sultanı. I Əbdülhəmidin qızı və Sultan Əbdülməcidin bibisi olan Əsma Sultan İstanbuldakı köşklərində mükəmməl bir həyat yaşayırdı. Ancaq yenə də bədbəxt idi. Çünki bir övladı olmamışdı. Nəhayət uzun müddət sonra, Şimali Qafqazdakı ubix əsilli ailələrin birindən bir övlad alıb böyütməyə qərar verdi. Bu isə Gök bəy Gögenin bir yaşlı qızı Rəhimə oldu. Uşaq o qədər incə və zərif idi ki, adı dəyişdirildi və farsca qaranquş mənasına gələn Piristü adı verildi. Əsma Sultanın sarayında mükəmməl saray təhsili alan Rəhimə Pərəstu Sultan əsl sultan kimi böyüdüldü. Sultan Əbdülməcid vəliəhd olduğu illərdə tez-tez bibisini ziyarət edir, onun tövsiyələrini dinləyirdi. Sultan olduqdan sonra da bu ziyarətləri davam etdi.