Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hear Them Calling
Hear Them Calling (azərb. Onların çağırışlarını eşidirəm‎) — İslandiyanın 2016 Avroviziya Mahnı Müsabiqəsindəki mahnısı. Qreta Saloume "Hear Them Calling" mahnısı ilə İslandiyanı İsveçin paytaxtı Stokholmda keçirilən Avroviziya 2016-da təmsil etmişdir. Mahnı ifaçının özü tərəfindən bəstələnmişdir.
Thea
Çay (bitki) — bitki növü. Çay (coğrafiya) — coğrafi anlayış. Çay (içki) — içki. Çay (Afyonqarahisar) — ilçə.
Now & Then
Now & Then — The Carpenters albomu.
Thea sinensis
Çin çayı (lat. Camellia sinensis) — Vətəni yabanı halda rast gəlinən Hindistan və Hind-Çinin dağlarıdır. Bizim eradan çox əsrlər əvvəl Çində becərilməyə başlanmışdır. Hündürlüyü 10 m - dək olan, çoxbudaqlı, kiçik, həmişəyaşıl, ağac və ya iri koldur. Yarpaqları növbəli, oval və ya uzunsov - ellipsvari, uzunluğu 6 - 8 (30- dək) sm və eni 4 sm - dək, üstü tünd yaşıl yarpaq ayasının kənarı dişli və qısa saplaqlıdır. Çiçəkləri ətirli, yarpaqların qoltuqlarında çiçək saplağında tək və ya dəstələrlə 2-5 ədəd yerləşir. Hər çiçəkdə meyvələrdə qalan 5-7 kasayarpaqları vardır; çiçək tacı 5-9 ağ ləçəkli, sarımtıl - çəhrayı çalarlı, diametri 2 - 5 sm, çoxsaylı erkəkcikləri xırda, sarı tozluqlu, dişiciyi yuxarı, yumurtalıqlı və 3 (bəzən 5) sapvari sütuncuqludur. Meyvələri hamar, 3 yuvalı, laylarla açılan, 3 iri, şarşəkilli, boz qonur, hamar toxumları olan, oduncaqlı qutucuqlardır. 2-3 yarpaqlı cavan zoğları yığılır; 4-cü yarpaq qoltuq tumurcuğu ilə budaqda qalır və tumurcuqdan yeni zoğ inkişaf edir. Tropik və subtropik iqlimi olan regionlarda becərilir.
Theo James
Teo Ceyms (ing. Theo James; doğum adı: Teodor Peter Ceym Kinnaird Taptiklis (ing. Theodore Peter James Kinnaird Taptiklis); 16 dekabr 1984, Oksford) — ingilis kino və televiziya aktyoru. Teo Ceyms 16 dekabr 1984-cü ildə Oksfordda Philip Taptiklis və Jane Martinin ailəsində anadan olub. Onun ata tərəfdən babası yunandır; Peloponnesdən Yeni Zelandiyaya köçüb. O, həmçinin anası tərəfdən Şotland və İngilis mənşəlidir. Ceyms ailənin ən kiçik uşağıdır - onun iki böyük qardaşı və iki bacısı var. Nottingem Universitetini fəlsəfə ixtisası üzrə bitirib. Bristol Old Vic Teatr Məktəbində aktyorluq təhsili alıb. Ceyms 2016-cı ilin iyun ayında Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı ilə birlikdə Yunanıstana getmiş və burada suriyalı qaçqınlarla görüşmüş və onların vəziyyəti haqqında məlumat almışdır.
The CW
The CW Television Network — daha çox qısa olaraq The CW kimi tanınan ABŞ-də yaranmış kabel televiziyasıdır.
The Car
The Car – ingilis rok qrupu Arctic Monkeys-in 21 oktyabr 2022-ci ildə Domino Recording Company tərəfindən buraxılmış yeddinci studiya albomu. Albomu qrupun solisti Aleks Törner Los-Anceles və Parisdəki evində yazıb. Prodüserliyini qrupla tez-tez əməkdaşlıq edən Ceyms Ford, həmçinin qonaq musiqiçilər Tom Rouli, Lauren Humphrey və Tayler Parkford etmişdir. Aranjeman Bridget Samuels və Törner tərəfindən edilmişdir. Boş dayanacaqda ağ rəngli avtomobili əks etdirən albomun qapağındakı şəkli təbilçi Mett Helders çəkib. 2022-ci ilin may ayında, Mett Helders qaldıqları yerdən (Tranquility Base Hotel & Casino) davam edəcəklərini bildirdi və yeni albomdakı mahnıların "R U Mine?" kimi olmayacağını açıqladı. Albomdan olan mahnı "Ain't Quite Where I Think I Am" 23 avqust 2022-ci ildə Zürich Openair festivalında ilk dəfə ifa olundu, ertəsi gün 24 avqust isə albomun adının "The Car" olduğu və 21 oktyabrda buraxılacağı elan edildi. Albomun əsas sinqlı "There'd Better Be A Mirrorball" 30 avqustda musiqi videosu ilə birlikdə buraxıldı.Albomun "Body Paint" və "Mr Schwartz" mahnıları ilk dəfə 22 sentyabrda qrupun Kings Theatre-da baş tutan konsertləri zamanı ifa olunub. Onların 29 sentyabrda Cimmi Fallonun televiziya şousunda "Body Paint" mahnısını yenidən ifa etmələri gözlənir. Qrupun baraban ifaçısı Mett Helders tərəfindən Los Ancelesdə Leica M6 kamerasından istifadə edilərək çəkilən fotoda avtoparkın üst mərtəbəsində tək dayanmış Corolla E90 markalı ağ avtomobil görünür.
The Carpenters
The Carpenters (azərb. Dülgərlər‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Dauni şəherində yaradılmış pop qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1968-ci ildə yaradılan qrupun ən parlaq dövrü, ve 1983-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. Yesterday Once More, We've Only Just Begun, Top of the World, They Long to Be (Close to You) və Only Yesterday kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
The Catalyst
The Catalyst – Linkin Parkın ilk studiya albomu olan A Thousand Sunsdan çıxan 1-ci sinqldır. 2 avqust 2010-cu il tarixində çıxmışdır. Klipi isə 26 avqust 2010 tarixində Co Han prodüserlik edilib çıxarılmışdır. "The Catalyst" – 5:44 "New Divide" (Live at Terra Vibe Park, Athens, Greece, July 21, 2009) – 3:06 Mahnı üçün klip çəkilmşdir. Klip Joe Hahn tərəfindən yönəldilmişdir. Klipin premyerası 26 avqust 2010 tarixində Co Han prodüserlik edilib çıxarılmışdır. Video 25 avqust 2010-cu il rəsmi YouTube`da premyerasi oldu. Pendulum Qrupu musiqinin koverini 22 sentyabr 2010 BBC Radio 1 təqdim etmişdir.
The Corrs
The Corrs - İrlandiyalı üç bacı, bir qardaşın yaratdığı bir qrupdur. Qrupun adını öz soyadlarına uyğun (Corrs) adlandırmışlar. Qrupun solistliyini ailənin ən kiçik üzvü və ən kiçik bacı Andrea Korr etmişdir və qeyri-adi ecaskar səsi ilə hələ də ön plandadır.
The Cranberries
The Cranberries (oxunur: "Krenberis" — Quşüzümü) — 1989-cu ildə yaranmış və 1990-cı illərdə dünya şöhrəti qazanmış irland rok qrupudur. Qrupun tərkibi vokalçı Dolores O'Riordan, gitaraçı Noel Hoqan, bass gitaraçı Mayk Hoqan, zərb alətləri ifaçısı Ferqal Laulerdən ibarətdir. Daha çox alternativ rok ifa etsələr də, qrupun musiqisinə həmçinin indi pop, postpank, iriş folk, pop rok da aiddir. The Cranberries 1990-cı ildə Birləşmiş Ştatlarda beş milyon surəti satılmış Everybody Else Is Doing It, So Why Can't We? albomu ilə dünyada tanındılar. Qrup 90-cı illərin ən uğurlu qruplarından idi və Birləşmiş Ştatlarda ümumilikdə 15 milyon albom satmışdılar. The Cranberries altı illik fasilədən sonra yenidən birləşdi və Şimali Amerika turuna çıxdı. Daha sonra 2010-cu ildə Latın Amerikası və Avropa ilə turlarına davam etdilər. Qrupun altıncı albomu olan "Roses" albomu 2011-ci ilin mayında yazıldı və 2012-ci ilin fevralın 17-də işıq üzü gördü. 1989-cu ildə Mayk və Noel Hoqan qardaşları Loulerlə tanış olurlar və Niall Kuinni vokalist kimi götürərək birlikdə "The Cranberry Saw Us" qrupunu yaradırlar.
The Doors
The Doors (azərb. Qapılar‎) – Amerika Birləşmiş Ştatlarının Kaliforniya ştatının Los-Anceles şəhərində yaradılmış rok qrupu. Qrup fəaliyyət göstərdiyi illər ərzində böyük şöhrət əldə etmişdir. 1965-ci ildə yaradılan qrupun ən parlaq dövrü, qrupun vokalisti Cim Morrisonun ifa etdiyi dövr hesab olunur. Cim Morrison qrupda cəmi 6 il fəaliyyət göstərmişdir. 1971-ci ildə Cim Morrisonun ölməsi ilə birlikdə qrupun şöhrəti zəifləməyə başlamışdır. Sonrakı illərdə hazırlanan musiqi parçaları, əvvəlkilər qədər məşhur olmasada, qrup Morrisonun ölümündən sonrada fəaliyyət göstərmişdir. 1973-cü ildə qrupun fəaliyyətinə son qoyulmuşdur. The Doors musiqi sözlərində olan dərin məna ilə insanların digər qruplara görə daha çox təsir etmişdir. Break on Through, L.A. Woman, The End, The Crystal Ship və Light My Fire kimi hitlər qısa zaman ərzində bütün dünyada məşhurluq qazanmışdır.
The Economist
The Economist (İqtisadçı) - həftəlik siyasi-iqtisadi jurnal. 1843-cü ildən Britaniyada nəşr olunur. Dünyada ən çox oxunan həftəlik ingilisdilli dərgilərdən biridir.
The Escapist
"The Escapist" ("the escapist" kimi üslublaşdırılır) — ABŞ elektron jurnalı. Jurnalın məzmunu əsasən videooyunlara yönəlmişdir, lakin eyni zamanda filmləri, komiksləri, televiziya şoularını və s. əhatə edir. Aleksandr Makris tərəfindən 12 iyul 2005-ci ildə təsis edilmişdir. Əvvəlcə jurnalın nömrələri həftədə bir dəfə nəşr olunurdusa, artıq davamlı olaraq məqalələr dərc olunur. 2018-ci ildən sahibi "Enthusiast Gaming" şirkətidir. Jurnal 12 iyul 2005-ci ildə Aleksander Makris tərəfindən təsis edilmişdir. 30 iyun 2009-cu ilə qədər Julianne Greer baş redaktor olmuşdur, sonra 2011-ci ilin sentyabrına qədər bu vəzifəni Rass Pitts, 4 sentyabr 2012-ci il tarixinə qədər - Stiv Batts, 14 iyun 2013-cü il tarixdə Suzan Arendt, 21 yanvar 2015-ci il tarixinə Qreq Tito öz üzərinə götürmüdür. İndiki baş redaktor Coşua Vandervalldır. İlk növbədə, jurnal həftəlik jurnal idi, indi isə məqalələr davamlı olaraq dərc olunur.
The Fading
The Fading — 2000-ci ildə vokalçı İlya Badrov və gitaraçı Boris Aranoviç tərəfindən Tel-Əvivdə yaradılan İsrail metal musiqi qrupu. Qrupun ilk konserti 2003-cü ildə Tel-Əvivdə Asylum klubunda baş tutmuşdur.2005-ci ildə qrup öz debüt EP "Instruction for Self Destruction" adlı albomunu çıxartmışdır.2007-ci ildə qrup özünün ikinci EP "Chaos in Flesh" adlı albomu çıxartdıqdan sonra, The Fading İsraildə bütün konsertlərdə və festivallarda Eternal Gray və Whorecore Betzefer kimi qruplarla birgə çıxış edir. 2008-ci il avqustun 1-də qrup Almaniyada Metal Battle Wacken müsabiqəsində İsraili təmsil edir, dünyanın hər yerindən digər 15 qrupla ilə yarışaraq, festivalda The Fading müsabiqənin qalibi elan edilib.2009-cu ildə qrup özünün ilk debüt studio "In Sin We'll Find Salvation" adlı albomu buraxdıqdan sonra,Open Air Wacken festivalında albomunu təqdim edib. Rəsmi relizi avqustun 3-cü Avropa ölkələrində keçirilib.2010-cu ildə qrup "In Sin We'll Find Salvation" albomun "The Sin Collector" mahnısına ilk kliplərini çəkdirmişdir. 2011-ci ildə qrup Kiyevdə In Flames ilə və Tel-Əvivdə Children Of Bodom,2012-ci ildə isə Arch Enemy ilə Moskva və Sankt-Peterburqda konsertlərdə çıxış etmişdir.
The Fame
The Fame — Lady Gaganın ilk studiya albomudur. 19 avqust 2008 tarixində yayımlanan albom, Interscope Records etiketi ilə satışa buraxılmışdır. Lady Gaga hələ Nyu-York klublarında oxuduğu vaxtlarda onun ilk studiya albomu The Fame işıq üzü gördü. Sənətçinin 2008-ci ilin avqust ayında çıxan ilk studiya albomu "The Fame" tənqidçilərdən müsbət rəylər aldı və dünya hit siyahılarında birinci oldu. Albomdan çıxan "Just Dance" və "Poker Face" sinqlları beynəlxalq nailiyyətlər əldə edərək başda Billboard Hot 100 olmaq üzrə bir çox ölkədə bir nömrəyə yüksəldi.
The Guardian
The Guardian — 1821-ci ildə yaranan Böyük Britaniya qəzeti. 1821-ci ildə The Manchester Guardian kimi təsis edilib və 1959-cu ildə adını dəyişib.
The HU
Hu (The HU) Monqol xalq və metal musiqi qrupu. Hu öz musiqi üslubunu "hunnu rok" adlandırır, onlar bu adı qədim monqol/türk imperiyası olan Hunlardan ilhamlanaraq götürmüşdür. Qrupun 2018-ci ilin sonlarında YouTube-da yayımlanan iki videosu "Yuve Yuve Yu" (28 sentyabr) və "Wolf Totem" (16 noyabr) 2021-ci ilin fevralına qədər birlikdə 100 milyondan çox baxış toplamışdı. 17 may 2019-cu ildə Hu, Monqolustan Prezidenti Xaltmaaqiyn Battulqa ilə görüşdü. O, qrupu ölkənin tanıdılmasında uğurlarına görə təbrik etdi. Onlar 2019-cu ilin iyun və iyul aylarında on iki Avropa ölkəsində iyirmi üç konsert verdilər. Qrup 23 avqust 2019-cu ildə dördüncü sinqlı "The Great Chinggis Khaan " (Böyük Çingiz Xan) musiqi videosunu yayımladı.
The Half
The Half (azərb. Yarı‎) — Azərbaycan rok musiqi qrupu. 2017-ci il 14 martdan başladıqları yolu 2021-ci il 9 iyulda sonlandırmışdır. "The Half" musiqi qrupunun solo gitaraçısı Nicat Gülməmmədov, ritm gitaraçısı Cahid Rəsullu, vokalisti isə Teymur Eyvazovdur. "The Half" musiqi qrupu Nicat Gülməmmədov və Cahid Rəsullu tərəfindən 2017-ci ilin yanvar ayında qurulub, daha sonra isə Teymur Eyvazov da qrupa vokalist kimi qoşulmuşdur. "Balta" cizgi serialının 5-ci seriyası üçün "Andromeda" mahnısını hazırlamışdılar. Musiqi qrupu 28 avqust 2018-ci il tarixində Nizami Kino Mərkəzində keçirilmiş "Balta" cizgi serialının 5-ci seriyasının qala gecəsində konsert vermişdi. Səbəbsiz Ey Gözəl Mavi Neyniyim qardaş Sərxoş qadın Andromeda Xəzərin sahilində (ft.
The Highlights
The Highlights - Eric Levinin Era musiqi layihəsi adından çıxardığı sayca dördüncü albomdur. Albom 2000-ci ildə Fransada satışa çıxarılıb. Onu da qeyd edək ki, "The Highlights" Era musiqi layihəsi adından həmin ildə ıxarılan ikinci albomdur. Alboma Eranın ilk iki albomuna daxil olan mahnıların yenidən işlənmiş versiyaları daxil edilib.
The Wall
The Wall — Pink Floyd qrupunun on birinci studiya albomu. Harvest Records/EMI Records və Columbia Records leyblları ilə 30 noyabr 1979-cu ildə buraxılmışdır. Albomun prodüserliyini Bob Ezrin, Devid Gilmor, Ceyms Qatri və Rocer Uoters etmişdir. Bu, qrupun klassik heyətlə buraxdığı sonuncu albomdur. The Wall 2003-cü ildə Rolling Stone-un "500 ən yaxşı albom" siyahısına 87-ci sıradan daxil olub.
The Weeknd
The Weeknd (əsl adı: Eybel Makkonen Tesfaye; 16 fevral 1990, Toronto, Ontario, Kanada) Kanadalı müğənni, mahnı yazarı və prodüser. Müasir populyar musiqinin aparıcı siması kimi qəbul edilir, o, mahnılarında falsetto səsinin istifadəsi ilə diqqət çəkir. O, dörd "Qremmi" mükafatı, iyirmi Billboard musiqi mükafatı, iyirmi iki "Juno mükafatı", altı "Amerika musiqi" mükafatı, iki "MTV Video" musiqi mükafatı və Latın "Qremmi" mükafatı laureatıdır, bundan əlavə o, "Oskar" və "Praymtaym Emmi" mükafatına namizəd olub. Torontoda doğulub böyüyən Tesfaye karyerasına 2009-cu ildə YouTube kanalına anonim şəkildə mahnılar yerləşdirərək başlayıb. Bundan iki il sonra XO səsyazma şirkətini təsis etdi, çox keçməmiş "House of Balloons", "Thursday" və "Echoes of Silence" adlı müasir pop və alternativ R&B janrı ilə diqqət çəkən miksteyplər yayımladı. 2012-ci ildə Republic Records ilə müqavilə bağladıqdan sonra o "Trilogy" adlı kompilasiya albomu buraxdı. Onun debüt studiya albomu "Kiss Land" 2013-cü ildə işıq üzü gördü və Billboard albomlar hit-paradında ikinci pillədə qərarlaşdı. Onun "Bozun əlli çaları" filmi üçün yazdığı "Earned it" mahnısı "Qremmi" mükafatına layiq görüldü və "Oskar" mükafatına namizəd oldu. Tesfayenin 2015-ci ildə buraxdığı əsasən pop üslublu ikinci albomu "Beauty Behind the Madness" kommersiya uğuru və tənqidi bəyənmə ilə qarşılandı. Albom ABŞ-da bir nömrə oldu və "İlin albomu" mükafatına namizədlik qazandı, hit-paradlara başçılıq edən "Can't Feel My Face" və "The Hills" trekləri "Qremmi" mükafatına layiq görüldü.
The Witcher
Cadugər (pol. Saga o wiedźminie) — Polşalı yazıçı Andjey Sapkovski tərəfindən yazılmış Gerlat Of Rivia (Rivialı Geralt) adındakı canavar(bədheybət) ovçusu haqqında fantastik janrda hekayə və roman seriyası/ Sapkovskinin kitablarında "Witcher", canavarlar ilə savaşmaq üçün, gənc yaşda qılınc dərsləri alan və böyük mutasiyalar keçirən canavar ovçusudur. Diqqətə çarpan xüsusiyyətləri pişiyəoxşar gözləri, kürəklərində daşıdıqları 2 uzun qılınc (biri canavarlar, biri insanlar üçün) və təhsil aldıqları məktəbin boyunbağıdır (Geraltın təhsil aldığı məktəb qurd məktəbi adlanır). Bu kitablar bir film , bir televiziya serialı , video oyunu seriyası, vizual roman və "Witcher Saga" olaraq da bilinən roman seriyası şəklində təqdim edilib.Hekayələr və romanlar İngilis dili də daxil olmaqla, bir çox dillərə tərcümə olunub. The Witcher qısa hekayələri, 1980-ci illərin əvvəlində Fantastyka adındaki polşa jurnalında yayınlanırdı. İlk hekayə "Wiedźmin" ("The Witcher") (1986), jurnal tərəfindən təşkil edilən müsabiqə üçün yazılmışdı və üçüncü yeri qazanmışdı. Sehrbaz Geralt haqqındaki ilk dörd hekayə, 1990-cı ildəki qısa hekayə kolleksiyası olan Wiedźmin ilə başlamışdı. Çıxış adı "Droga, z której się nie wraca" ("Qayıdışı Olmayan Bir Yol") olan seriya Witcher hekayələrinin başındaki dünya və Geraltın ailəsi haqqındadır. İkinci nəşr olunan qısa hekayə kolleksiyası Miecz przeznaczenia (Taleyin Qılıncı)-dır. Ostatnie życzenie (Son Arzu), Taleyin Qılıncından sonra nəşr olunmasına baxmayaraq, "Qayıdışı Olmayan Bir Yol" istisna olmaqla (Geraltsız tək hekayə) bütün Witcher hekayələrini topladığı üçün ilk kitab olaraq qəbul edildi.
The Horrors
The Horrors — İngiltərə rok-qrupu.
The Huntingdon
The Huntingdon — ABŞ Texas ştatının Hyuston şəhərində yerləşən 34 mərtəbəli yaşayış evidir. Hündürlüyü 153 metrdir, Hyustonun ən hündür yaşayış evidir.
Həm sevincdə, həm kədərdə
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.