həlməşikli
həmağuş 2021
OBASTAN VİKİ
Həm sevincdə, həm kədərdə
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. == Süjet xətti == Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm ziyarət, həm ticarət...
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Həm sevincdə, həm kədərdə (film, 2001)
Həm sevincdə, həm kədərdə (hindcə: कभी ख़ुशी ख़ुशी कभी कभी ग़म-->, Rom: Kabhi Khushi Kabhie Gham) — rejissoru Karan Johar olan Bollivud filmidir. Filmdə Amitabh Bachchan, Jaya Bachchan, Shahrukh Khan, Kajol, Hrithik Roshan, Kareena Kapoor və Rani Mukerji çəkilmişdirlər. Film Kuch Kuch Hota Hai filmindən sonra çəkilmişdir. == Süjet xətti == Rahul Yaşvardhan və Nandinin ögey övladıdır. O məktəbi bitirib gələndə qardaşı Rohan 9 yaşındadır. Rahulun atası Hindistanın zəngin insanlarından biridir. O, oğlunu ən yaxın dostunun qızı Naina ilə evləndirmək istəyir, lakin Rahul onların evində dayə işləyən qadının qardaşı qızı Ancaliyə aşiq olur. Rahulun atası buna qarşıdır və Rahul vəziyyəti izah etmək üçün Ancalinin yanına gedəndə Ancalinin atasının öldüyünü görür və elə həmin gün onunla evlənir. Bundan xəbər tutan atası Rahuldan imtina edir. Rahul İngiltərəyə gedir, bir daha geri qayıtmır.
Həm ziyarət, həm ticarət... (film, 1995)
Həm ziyarət, həm ticarət... — 1995-ci ildə Rasim Ocaqov tərəfindən çəkilmiş dram filmi. == Məzmun == "Ad günü"ndəki Mustafa (Hacı İsmayılov) nə edir, hansı qayğılarla yaşayır? Bu filmdə həmin o kasıb coğrafiya müəllimi Mustafa həyat yoldaşının təhriki ilə olan-olmazını satıb borc-xərclə Türkiyəyə həm qohumunu (Həsən Məmmədov) görməyə, həm də alverə gedir. Bazar iqtisadiyyatının qanunlarından xəbəri olmayan bu adamın işləri uğursuz olur. Lakin düşdüyü bu tragikomik vəziyyətdə belə o öz insani-ləyaqətini qoruyub saxlaya bilir. Film adında bir daha xatırlansa da müəlliflər ticarət, alverlə bağlı problemlərimizə qətiyyən toxunmamışlar. Çünki məqsəd alveri, alverçiləri tənqid etmək deyil, sadəcə Mustafa kimilərin timsalında belə müdrik kəlamı bir daha xatırlatmaqdır: "Həyatda hər kəsin öz ruzisi, öz qisməti olur". Filmdəki hadisələr əsasən Şəkidə və İstanbulda cərəyan edir. == Film haqqında == Film "Mosfilm-color" kinolaboratoriyasında aşkarlanmışdır.
Top həm düşər, həm qalxar (film, 2011)
Top həm düşər, həm qalxar — Rejissor Arzu Urşanın filmi. == Məzmun == Azərbaycan futbolunun 100 il ərzində keçdiyi inkişaf göstərilir. == Film haqqında == Sənədli film Azərbaycanda futbolun yaranmasının 100 illiyinə həsr olunmuşdur. Sənədli filmin təqdimatı 20 dekabr 2011-ci ildə Bakıdakı Beynəlxalq Muğam Mərkəzində keçirilmişdir. == Festivallar və mükafatlar == 1) 2011-ci il sentyabrda Rusiyanın Lipetsk şəhərində keçirilmiş "Atlant" VIII Beynəlxalq İdman Filmləri Festivalı "Olimpiya İdeallarına Sədaqət" nominasiyasında birinci mükafata layiq görülüb. 2) 2011-ci il noyabrda İtaliyanın Milan şəhərində keçirilmiş XXIX Beynəlxalq İdman Kino və Televiziya Kino Festivalı "Kino və televiziya — Böyük çempionlar" nominasiyasında "Ən yaxşı film" mükafatına layiq görülüb. 3) 2012-ci il mayda Türkiyənin İstanbul şəhərində keçirilmiş II Beynəlxalq İdman Filmləri Festivalı "İdman klubu haqqında ən yaxşı film" nominasiyasının qalibi olub. idman filmləri üzrə keçirilən birinci beynəlxalq festival — Serbiya, Zlatibor şəhəri.
"Mexaniki və üzvi həmrəylik."
Sosiologiyada " mexaniki həmrəylik " və " orqanik həmrəylik " [1] Émile Durkheim tərəfindən inkişaf etdirilən həmrəylik anlayışlarıdır. Durkheim , "The Division of Labour in Society" (1893) kitabinda cəmiyyətlərin inkişaf nəzəriyyəsinin bir hissəsi kimi "mexaniki" və "üzvi həmrəylik" ifadələrini təqdim etmişdir. Durkheimin sözlərinə görə, ictimai həmrəyliyin növləri mexaniki və üzvi cəmiyyətlər olan cəmiyyət növləri ilə əlaqəlidir. Mexaniki birliyini nümayiş etdirən bir cəmiyyətdə, onun birləşməsi və inteqrasiyası, eyni iş, təhsil və dini təlim və həyat tərzi ilə əlaqəli olan fərdlərin — homojenliyindən gəlir. Mexanika həmrəyliyi normal olaraq "ənənəvi" və kiçik miqyaslı cəmiyyətlərdə fəaliyyət göstərir. [2] Sadə cəmiyyətlərdə (məsələn, qəbilə), həmrəylik adətən ailə şəbəkələrinin qohumluq əlaqələrinə əsaslanır. Üzvi həmrəylik, işin ixtisaslaşmasından və insanlar arasındakı tamamlayıcılıqlardan yaranan bir-birinə olan bağlılığından gəlir — müasir və sənaye cəmiyyətlərində baş verən inkişaf. [2] Bu, daha inkişaf etmiş cəmiyyətlərdə bir-birinə olan asılılıqlara əsaslanan sosial birlikdir. Fərqli vəzifələri yerinə yetirərkən və müxtəlif dəyərlər və maraqlara sahib olsa da, cəmiyyətin sırası və çox həmrəyliyi insanlarin müəyyən vəzifələrini yerinə yetirmək üçün bir-birlərinə güvənməsindən asılıdır. Beləliklə, ictimai həmrəylik daha kompleks cəmiyyətlərdə onun tərkib hissələrinin bir-birindən asılı olması yolu ilə saxlanılır (məsələn, fermerlər fermerin ərzaq istehsal etməyə imkan verən traktoru istehsal edən zavod işçilərini qidalandırmaq üçün ərzaq istehsal edir).
123 saylı zərbə-həmlə alayı
123 saylı zərbə-həmlə alayı — Qarabağ müharibəsi vaxtı mövcud olmuş Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargahı tabeçiliyində zərbə həmlə alayı. Surətin dəstəsi və yaxud Surət Hüseynov dəstəsi adı ilə tanınıb. == Yaranması == == Döyüş yolu == == Batalyonları == Birinci batalyon — Yevlaxın Qaramanlı kənd Əfqanıstan müharibəsi veteranlarının rotası əsasında qurulub. Batalyon komandiri Xosrov Əhmədov, daha sonra isə "Azərbaycan Bayrağı" ordenli Dostəli Hacıyev olub. İkinci batalyon — Borsunluda yerləşmiş İkinci batalyon Azərbaycan Xalq Cəbhəsinin Yevlax rayon şöbəsinin üzvlərindən təşkil olunub. Komandirləri Kobra Murad ləqəbli Murad Qurbanov və Komandir ləqəbli Nağıyev Yusif olub. Üçüncü batalyon — Bakı, Xaçmaz, Quba, Neftçala, Salyan, Balakən və digər rayonlardan gəlmiş, yüksək döyüş hazırlıqlı könüllülərin əsasında yaradılmış batalyonun komandiri kadr zabit kapitan Hümbət Əliyev olub. Dördüncü batalyon — "Gəncə batalyonu" adı ilə tanınan Dördüncü batalyon Azərbaycan Xalq Cəbhəsinin Gəncə şöbəsinin üzvlərindən təşkil olunub. Batalyon komandiri Mehman Ələkbərov olub. Tank batalyonu — OMON-un çevik zirehli dəstəsinin ekipajları əsasında qurulmuş batalyonun ilk komandiri Nazim Bayramov, daha sonra isə Altay Bayramov olub.
2005 İslam Həmrəyliyi Oyunları
2005 İslam Həmrəyliyi Oyunları və ya I İslam Həmrəyliyi Oyunları — Səudiyyə Ərəbistanının Məkkə şəhərində baş tutmuş olan idman oyunlarıdır. 8-20 aprel tarixləri ​​arasında baş tutmuş olan oyunlarda 6000-ə idmançı iştirak etmişdir. 55 dövlətin iştirakı ilə bu oyunlar baş tutmuşdur. Əbdülməcid bin Əbdüləziz tərəfindən rəsmi açılışı edilib. Oyunlar Kral Əbdüləziz Stadionunda baş tutmuşdur.
2010 İslam Həmrəyliyi Oyunları
II İslam Həmrəyliyi Oyunları — 2010-cu ildə keçiriliməsi nəzərdə tutulan idman oyunları. İdman oyunu baş tutmamış, təxirə salınmışdır. II İslam Həmrəyliyi Oyunlarının 2009-cu ilin oktyabrında Tehranda (İran) keçirilməsi planlaşdırılırdı. Lakin 2009-cu ilin mayında məlum oldu ki, Fars körfəzinin adı ilə bağlı mübahisə yarandığından İran onların keçirilməsini 2010-cu ilin aprel ayına qədər təxirə salmağa məcbur olub. Belə ki, oyunlar barədə çap məhsullarında "Fars körfəzi" sözunun işlədilməsindən sonra, Səudiyyə Ərəbistanı və bir sıra digər ərəb ölkələri bu ifadənin istifadəsinə etiraz ediblər. Onlar bunun əvəzinə “Ərəb körfəzi” və ya sadəcə “Körfəz” ifadəsinin işlədilməsini təkid edirdilər. Tərəflər razılığa gəlmədiyi üçün 2010-cu il yanvarın 17-də II İslam Həmrəyliyi Oyunlarının keçirilməyəcəyi açıqlandı.
2013 İslam Həmrəyliyi Oyunları
İslam Həmrəyliyi Oyunları — 2013-cü ildə İndoneziyada keçirilən idman oyunları. == İştirakçı ölkələr == 2013 İslam Həmrəylik Oyunlarında 41 ölkə iştirak etmişdir.
2017 İslam Həmrəyliyi Oyunları
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ilin 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində keçirilən çoxmillətli, multi-idman turniri idi. Bundan öncə tunir 2005-ci ildə Səudiyyə Ərəbistanında, 2013-də isə İndoneziyada keçirilmişdir. Turnirin sayca ikinci dəfə 2009-cu ilin oktyabr ayında İranda keçirilməyi nəzərdə tutulsa da, sonradan təxirə salındı, daha sonra isə ləğv olundu. == Yer seçiminin keçirilməsi == 2012-ci ilin oktyabr ayında İslam Həmrəyliyi İdman Federasiyasının Səudiyyə Ərəbistanın Ciddə şəhərində keçirilən 18-ci iclası zamanı Azərbaycan Milli Olimpiya Komitəsi İslam Həmrəyliyi Oyunlarının keçirilməsi üçün öz namizədliyini irəli sürmüşdü. 2013-cü ildə İHİF-in Ciddə şəhərində keçirilən 8-ci Hesabat-seçki Baş Assambleyasında Azərbaycanın ev sahibliyi etməsi təsdiq olundu. == İştirakçı ölkələr == İslam Həmrəyliyi İdman Federasiyasının bütün 56 üzvü Oyunlarda iştirak etmişilər. Küveyt Olimpiya Komitəsinin fəaliyyətininin dayandırılması səbəbindən Küveytli idmançılar oyunlarda İslam Həmrəyliyi Federasiyasının bayrağı altında İHİF-in müstəqil idmançıları kimi iştirak etməsi nəzərdə tutulurdu, amma bu ölkə Liviya və Sudan kimi açılış mərasimindən bir gün əvvəl Oyunlarda iştirakdan imtina etdilər. Aşağıda iştirakçı ölkələrin siyahısı göstərilib, mötərizədə nümayəndə heyətinin sayı göstərilib. == Məkanlar == İslam Həmrəyliyi Oyunları üçün yeni heç bir idman arenası tikilmədi. Yarışlar 16 idman arenasında keçirildi.
2017 İslam Həmrəyliyi Oyunlarının medal sıralaması
2017 İslam Həmrəyliyi Oyunları və ya IV İslam Həmrəyliyi Oyunları (qeyri rəsmi adı Bakı 2017 İslam Həmrəyliyi Oyunları) — 2017-ci ildə 12–22 may tarixləri arasında Azərbaycanın paytaxtı Bakı şəhərində baş tutmuşdur. Yarışda 21 idman növü üzrə 56 dövlətin 6000-ə yaxın idmançısı mübarizə aparmışdır. Medalların sayına görə Türkiyə yığması fərqlənmişdir. Belə ki, Türkiyə yığması ümumilikdə 195 medal qazanmaqla yekunda medal sayında brinci pilləni tutmuşdur. Türkiyə yığması həmçinin gümüş və bürünc medalların sayında da ilk pillədə qərarlaşmışdır. Lakin Azərbaycan yığması əldə etdiyi qızıl medalların sayına görə son nəticədə medal sıralamasını birinci pillədə bitirməyə nail olmuşdur. 14 ölkənin yığması isə turniri medalsız başa vurmuşdur. Buraya Albaniya. Bruney, Burkina-Faso, Çad, Qəmər adaları, Qabon, Qvineya, Maldiv adaları, Mavritaniya, Niger, Syerra-Leone, Toqo, Somali və Fələstin yığma komandaları daxildir.
2021 İslam Həmrəyliyi Oyunları
2021-ci il İslam Həmrəyliyi Oyunları — İslam Həmrəyliyi İdman Federasiyasının himayəsi altında 2022-ci il avqustun 9-dan 18-dək Türkiyənin Konya şəhərində keçirilən tədbirdir. Müsabiqənin ilkin olaraq 2021-ci il avqustun 20-dən 29-dək keçirilməsi planlaşdırılırdı. Daha sonra Tokioda keçiriləcək Yay Olimpiya və Paralimpiya Oyunlarının 2020-ci ilin yayından 2021-ci ilə təxirə salınması ilə əlaqədar idman federasiyalarının və idmançıların gərgin iş qrafikinin qarşısını almaq üçün təxirə salınması qərara alınıb. Daha sonra, COVID-19 pandemiyasının baş verməsi ilə əlaqədar oyunlar yenidən 9-18 avqust 2022-ci il tarixinə təxirə salındı.
Abbarik (Həmədan)
Abbarik — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Hacılu kəndistanında, Kəbudərahəng qəsəbəsindən 22 km şimal-şərqdədir.
Abhindu (Həmədan)
Abhindu — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Həmədan şəhərindən 32 km cənubdadır.
Abmeşkin (Həmədan)
Abmeşkin — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Kəbudərahəng bölgəsinin Mehriban kəndistanında, Kəbudərahəng qəsəbəsindən 68 km şimal-qərbdədir.
Abənbar (Həmədan)
Abənbar — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsində, Həmədan şəhərindən 67 km cənub-şərqdə, Qaraçayın qərb sahilindədir.
Acin (Həmədan)
Acin - İranın Həmədan ostanının Əsədabad şəhristanında şəhər. Acin şəhəri Əsədabad qəsəbəsindən 20 km cənub-qərbdədir. Acin keçmişdə Əsədabad şəhristanının Mərkəzi bəxşinin Pirsalman dehistanında yerləşən bir kənd idi, lakin sonralar yeni Pirsalman bəxşinin (tərkibinə Pirsalman və Külyai dehistanları daxildirlər) yaradılmasından sonra Acin kəndi şəhər statusu qazanıb, sözügedən bəxşin inzibati mərkəzi olaraq təyin olundu, və Əsədabad şəhərindən sonra Əsədabad şəhristanında yerləşən ikinci şəhər oldu. 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 3,343 nəfər və 766 ailədən ibarət idi.Əhalisi azərbaycanlılardan ibarətdir və azərbaycan dilində danışırlar.
Acərli (Həmədan)
Acərli — İranın Həmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Rəzən bölgəsinin Pişxor kəndistanında, Rəzən qəsəbəsindən 38 km. şimal-qərbdədir.
Adi və ya həmişəyaşıl şümşad
Albaniya Həmkarlar İttifaqları Təşkilatı
Albaniya Həmkarlar İttifaqları Təşkilatı və ya qısaca AHİT — Albaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Qurumun baş qərargahı Tiranada yerləşir. == Tarixi == Təşkilatın yaranması Albaniya işçi hərəkatının böyük qalmaqalı və eyni zamanda qələbəsi ilə tarixdə qalıb. Belə ki, 1990-cı ilin son aylarında Valias şaxtasının işçiləri maaşlarının çox az olmasına və ağır iş şəraitində işlədiklərinə etiraz əlaməti olaraq silsilə tətillərə başlayırlar. Lakin hökumət tərəfindən şaxtaçıların tələblərinə cavab verən olmur. Hətta dövlət rəsmilərindən işçilərə belə bir ismarış da gəlir ki, əgər nümayişlərə son qoyulmasa onlara qarşı sərt tədbirlər planı hazırlanacaq. Bu bəyanat işçiləri daha da çox qəzəbləndirir və nəticədə böyük qalmaqallarla müşahidə olunan kütləvi tətillər keçirilir. Şaxtaçılara mədən işçiləri də qoşulur; ölkədə vəziyyət artıq nəzarətdən çıxır. İşçilər görürlər ki, onları müdafiə edəcək vahid qüvvəyə ehtiyac var. 1991-ci il fevralın 20-də etiraz edən böyük kütlə bir araya gələrək Albaniya Həmkarlar İttifaqları Təşkilatını yaradır.
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası
Almaniya Həmkarlar İttifaqları Konfederasiyası (alm. Deutscher Gewerkschaftsbund – DGB‎) — Almaniyanın ən irimiqyaslı və aparıcı həmkarlar ittifaqı təşkilatı. Konfederasiyanın baş qərargahı Berlində yerləşir. == Tarixi == === 1933-cü ilə qədər === Almaniya Həmkarlar İttifaqları Konfederasiyasının ilk ümumi komissiyası 14 mart 1892-ci ildə Halbertştad şəhərində yaradılmışdır. Həmin vaxt onun 300.000 üzvü var idi. 1919-cu ildə iyunun 30-dan iyulun 5-dək Nürnberq şəhərində keçirilən qurultayda Ümum Alman Həmkarlar İttifaqları Konfederasiyasının əsası qoyulmuşdur. Konfederasiyanın sıralarında 3 milyon üzvü olan 52 birlik birləşirdi. 1933-cü il mayın 2-də isə ölkədəki bütün həmkarlar ittifaqları nasist rejimi tərəfindən buraxılmışdır. === 1946-1949-cu illər === 1946-1949-cu illərdə alman həmkarlar ittifaqları yenidən təsis olundu. 1946-cı il oktyabrın 9-11-də Almaniyanın Sovet işğalı zonasında yerləşən indiki Berlin şəhərində Azad Alman Həmkarlar İttifaqları Konfederasiyası, 1947-ci ilin aprel ayının 25-də isə müttəfiqlərin işğalı zonasında Alman Həmkarlar İttifaqları Konfederasiyası təsis edildi.
Amil Həmzəyev
Amil Həmzəyev (25 iyun 1990, Gəncə) — Azərbaycanı təmsil edən basketbolçu Amil Həmzəyev, Azərbaycan Milli yığma komandasının kapitanı, 4 qat Respublika Çempionu, İdman ustası, Prezident mükafatçısı, IV İslam Həmrəyliyi Oyunlarının qalibi, V İslam Həmrəyliyi Oyunlarının gümüş mükafatçısı, "Fenerbahçe Azərbaycan Spor Okulları"-nın təsisçisi (2016-h.h.) == Karyerası == Amil Həmzəyev, 2004-cü ildə Gəncə şəhərində Telekom basketbol klubunda basketbol kariyerasına başlayıb, 2005-ci ildə yeniyetmələrdən ibarət Milli komandaya və Azəri klubuna seçilərək Bakı şəhərinə dəvət alan Amil ümumilikdə Gənclər arasında 4 qat Respublika Çempionu olub. 2006-cı ildə əsas Milli komandaya seçilən Amil ən gənc yaşda Milli komandaya seçilmiş oyunçu kimi basketbol tariximizə adını yazdırıb və eyni ildə Rimas Kurtinaytesin rəhbərliyi altında Albaniyanın Dusess şəhərində Avropa Çempionatı C Divizyonunda qızıl medal qazanmışdır. 2007-ci ildə yeniyetmələrdən ibarət milli komanda ilə U18 Avropa Çempionatı C Divizyonunun (Uels) və 1-ci Qaradəniz Oyunlarının (Trabzon) iştirakçısı olub. 2008-ci ildə gənclərdən ibarət milli komandanın tərkibində U20 Avropa Çempionatı B Divizyonunda (Ruminya) iştirak edib və eyni ildə Azərbaycan Milli komandası ilə Avropa Çempionatı C Divizyonunda (Şotlandiya) ikinci dəfə qızıl medala yiyələnib. 2006–2010 cu illər arasında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında təhsil almış və eyni illərdə keçirilən Spartakiadalarda 4 dəfə Respublika Çempionu titulunu yiyələnmişdir. 2010-2011-2012-2013-2014–2015-ci illərdə Qırğızıstanın Bişkek şəhərində keçirilən Novruz Beynalxalq turnirində 5 dəfə qızıl 1 dəfə gümüş medala yiyələnib. 2011–2012 ci illərdə Novruz Beynalxalq Turnirinin ən yaxşı oyunçusu adına layiq görülüb. 2011–2012 ci illərdə Milli komanda ilə Avropa Çempionatının seçmə mərhələlərində uğurlu çıxışı ilə yadda qalıb. 2013 və 2015 ci illərdə Redbull King Of The Rock yarışmasında Azərbaycan çempionu olaraq ölkəmizi Amerika Birləşmiş Ştatlarnda və Serbiyada keçirilən Dünya Finalında təmsil edib. 2013–2017 ci illər arasında 3x3 Azərbaycan Milli Komandası ilə bir sıra beynalxalq turnilərdə ölkəmizi təmsil edib və nəticələr qazanıb.
Anna Həmidova
Arif Həmzəyev
Arif Muradcan oğlu Həmzəyev (19 iyun 2001, Lək, Samux, Azərbaycan — 5 noyabr 2020, Qubadlı, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələri'nin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. == Həyatı == Arif Həmzəyev 19 iyun 2001-ci il tarixdə Samux rayonu, Lək kəndində anadan olub. 2018-ci ildə Lək tam orta məktəbini bitirib. == Hərbi xidmətləri == 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Arif Həmzəyev Cəbrayıl, Qubadlı istiqamətində gedən döyüşlərdə savaşıb. 19 oktyabr 2020-ci ildə Qubadlı istiqamətində gedən döyüşlərdə şəhid olub. 5 noyabr 2020-ci ildə Samux rayon Lək kəndində dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda qoyulmuş tapşırıqların icrası zamanı verilmiş tapşırıqları şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Həmzəyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Həmzəyev "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edildi. Azərbaycanın Qubadlı rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Arif Həmzəyev ölümündən sonra "Qubadlının azad olunmasına görə" medalı ilə təltif edildi.
Avstriya Həmkarlar İttifaqı Birliyi
Avstriya Həmkarlar İttifaqı Birliyi (alm. Österreichischer Gewerkschaftsbund‎) — Avstriyada həmkarlar ittifaqı. 1967-ci ildə yaradılmışdır.
Axtaçı (Həmədan)
Axtaçı - İranın ŞHəmədan ostanında kənd.. == Coğrafi yerləşməsi == Mərkəzi şəhristanının Siminərud bölgəsinin Çaharbölük kəndistanında, Bahar qəsəbəsindən 21 km qərbdədir.
Aydın Həmidov
Həmidov Aydın Məcnun oğlu (19 aprel 1958, Aygünlü, Dəvəçi rayonu) — == Həyatı == Aydın Həmidov 19 aprel 1958-ci ildə Şabran rayonunun (keçmiş Dəvəçi rayonun) Aygünlü kəndində anadan olmuşdur.
Ayna və Həmid (film, 1990)
Ayna və Həmid — rejissor Cəmil Fərəcov tərəfindən 1990-cı ildə çəkilmiş qısametrajlı sənədli film. Film "Azərbaycanfilm" kinostudiyasında istehsal edilmişdir. Filmdə 1937-ci ilin günahsız qurbanları olan dövlət xadimləri Ayna və Həmid Sultanovların keçdikləri həyat yolundan və fəaliyyətlərindən söhbət açılır. == Məzmun == Filmdə 1937-ci ilin günahsız qurbanları olan dövlət xadimləri Ayna və Həmid Sultanovların keçdikləri həyat yolundan və fəaliyyətlərindən söhbət açılır. == Filmin üzərində işləyənlər == Ssenari müəllifi: Cəmil Fərəcov Rejissor: Cəmil Fərəcov Operator: Köçəri Məmmədov, Elxan Əliyev == İstinadlar == == Mənbə == Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004.- səh.
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqının Respublika Komitəsi
Azərbaycan Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı (MİHİRK) – Çapçılar İttifaqı adı ilə 1905-ci ilin noyabr ayında "Cildləmə, mətbəə və litoqrafiya fəhlələri Cəmiyyəti" kimi təşkil olunmuş və 1953-cü ildən Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı kimi fəaliyyətini davam etdirmişdir. 25 dekabr 1992-ci ildən Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı adlandırılmışdır. 09.10.2012-ci tarixdə keçirilmiş Qurultaydan sonra isə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi adı ilə fəaliyyət göstərir. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 5 fevral 1993-cü ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvüdür. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı (01.01.2011-cu tarixinə) 53.238 nəfər üzvü olan müstəqil təşkilatdır. İttifaq 64 şəhər və rayon, 402 həmkarlar ittifaqı komitələrini və 314 həmkarlar ittifaqı təşkilatçılarını özündə birləşdirir. İttifaq üzvlərinin 42.051 nəfərini, yəni 79,8% qadınlar təşkil edir. Gənclərin sayı 19.988 nəfərdir, bu da 37,55% deməkdir. Respublika Komitəsi xidmətində olan Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi, eləcə də Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti ilə ayrı-ayrılıqda 2009-cu ildə 3 (üç) il müddətinə sahə Sazişləri bağlamışdır. Azərbaycan Mədəniyyət İşçiləri Müstəqil Həmkarlar İttifaqı Respublika Komitəsi 1992-ci ildən Beynəlxalq Birliyin — Həmkarlar İttifaqlarının (MOP), 2001-ci ildən Beynəlmiləl İctimai Xidmətlər Təşkilatının (PSİ), 2009-cu ildən Avropa İctimai Xidmətlər Təşkilatının (EPSU) üzvüdür.

Значение слова в других словарях