Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Ticket to Ride (albom)
Ticket to Ride — The Carpenters albomu.
Andy Dick
Endryü Roan "ЭEndi" Dik (ing. Andrew Roane "Andy" Dick; d. 21 dekabr 1965-ci il, Çarlston, Cənubi Karolina, ABŞ) — amerika aktyoru, rejissor, prodyussor, ssenarist, bəstəkar.
Dick Dale
Riçard Entoni Monsur (4 may 1937, Boston, Massaçusets – 16 mart 2019) və ya sənət adı ilə Dik Deyl – Amerikalı rok gitara ifaçısı. O, sörf musiqisinin pioneri hesab olunur. Deyl "Sörf Gitara Kralı" kimi tanınırdı, hansı ki, bu da onun ikinci studiya albomunun adı idi. Deyl bütün zamanların və xüsusilə 1960-cı illərin əvvəllərinin ən nüfuzlu gitara ifaçılarından biri idi. The Beach Boys, Jan and Dean və The Trashmen kimi sörf musiqisində aparıcı qrupların əksəriyyəti Dale musiqisindən təsirlənmiş və tez-tez Dale mahnılarının səs qeydlərini albomlarına daxil etmişlər. Onun üslubu və musiqisi Cimi Hendriks, Pit Taunşend, Eddi Van Halen və Brayan Mey kimi gitaraçılara təsir göstərmişdir.Günümüzdə bir çox musiqi janrlarında (ekstremal metal, folk və s.) geniş istifadə olunan tremolo seçmə texnikasını populyar hala gətirməsi ilə tanınır.
Nick Jonas
Nikolas "Nik" Cerri Conas (ing. Nicholas Jerry "Nick" Jonas, 16 sentyabr 1992) — Amerikalı müğənni və aktyor, Jonas Brothers qrupunun üzvü. == Həyatı == Nik Conas 1992-ci ildə ABŞ-nin Texas ştatının Dallas şəhərində dünyaya gəlmişdir. O uşaqlıqdan musiqi alətlərinə maraq göstərmişdir. Özləri də sənət adamları olduqlarına görə valideynləri Nikə həmişə dəstək olmuşlar. Nik artıq 6 yaşında istedadlı aktyor kimi tanınmışdır. O, şəkər xəstəliyindən əziyyət çəkdiyinə görə insulindən asılı həyat tərzi sürür. Qardaşları Kevin Conas və Co Conas ilə o, gənclər arasında məşhur olan Jonas Brothers rok qrupunu yaratmışdır və özünə Mr. President ləqəbini götürmüşdr. Nik 2007-ci ildə "Geri Board Conni Kapahala" filmində rol almışdır.
Nick Nolte
Nikolas Kinq Nolti (ing. Nicholas King Nolte; 8 fevral 1941[…], Omaha, Nebraska) — ABŞ aktyoru.
Nick Tarabay
Nick Emad Tarabay (d. 28 avqust, 1975. Beyrut, Livan) — Livan-Amerika aktyoru. O ən çox Starz TV-də yayımlanan Spartak seriyasındakı Aşur rolu ilə tanınır. == Həyatı == Tarabay 1975-ci il,28 Avqustda Livanda Beyrutda dünyaya gəlib.O,orta məktəbi Livanda qurtarandan sonra Nyu-Yorka köçmüşdür.2004-cü ildə isə Los-Ancelesə köçmüşdür. Tarabay Sex and the City bir epizod əlavə kimi televiziya debüt etdi(2000).O,The Sopranosda da kiçik bir rol-Matuş-narkotik diler rolu oynadı(2001-2004).Habelə 2008-ci ildə Crashdan tez əsəbləşən polis leytenant rolu oynadı. Tarabay Starz TV-nin seriyası olan Spartacus: Blood and Sand VƏ Spartacus: Vengeancedə əsas rollardan olan Aşur xarakterini canlandırdı.O,ayağından zədələnmiş,sonra isə keçmiş qladiator kimi casusluq etmişdir.
Nick Vujicic
Nik (Nikolas) Vuyçiç (serb. Ник Вујичић; ing. Nicholas James Vujicic; 4 dekabr 1982, Melburn) — xristian vaizi. Nik Vuyçiç nadir hallarda rast gəlinən irsi xəstəlik - tetraameliya sindromu ilə ( aşağı və yuxarı ətrafların anadangəlmə olmaması) doğulmuşdur. Uşaqlıqda öz əlilliyi haqqında narahat olaraq, o əhatə edənlə öz təcrübəsiylə bölüşərək və dünyada tanınmış motivasiya yönümlü orator olub öz çatışmazlığıyla yaşamağı öyrənib. Onun çıxışları məhdudlaşdırılmış imkanlarla uşaqlara və gənclərə yönəldilmişdir, onlarda aktivləşməyə ümiddə həyatın mənasının axtarışı. Nik Vuyçiç:mənim missiyam-insanlara həyatda öz yollarını tapmaqda yardım etməkdir. == Bioqrafiya == 4 dekabr 1982-ci ildə serb mühacirlərinin ailəsində Brisben şəhərində doğulub və nadir patologiyaya malik idi: oğlanda məhdudluqlar iştirak etməyirdi — hər iki əl və hər iki ayaq (iki barmaqla bir pəncə qismən olurdu, oğlana gələcəkdə getməyi, üzməyi, skeyt bordda gəzməyi, kompüter oyunları oynamağı və yazmağı öyrənməyə icazə vermiş). Fiziki çatışmazlıqlara baxmayaraq, oğlan sağlam doğuldu və Viktoriya ştatın qanunu dəyişilən kimi valideynləri qərara aldılar ki, onların oğulu Vuyçiç adi məktəbə getməyə başlasın. 1990-cı ildə, öz fiziki çatışmazlıqları haqqında güclü narahat olaraq, oğlan intihar etməyə çalışdı, amma zamanla anladı ki, həyatda onun nailiyyətləri əhatə edənlərə ilham verə bilər.
Nick Jr.
Nick Jr. — məktəbəqədər uşaqlar üçün Nickelodeon kanalıdır. == Haqqında == Kanal 2 fevral 1999-cu ildə Noggin adı ilə yayıma başlamışdır. 28 sentyabr 2009-cu ildə kanal indiki adını almışdır. Kanal İngiltərə, Yunanıstan və Almaniya kimi bir çox ölkədə yayımlanır. Yayım olmayan ölkələrdə Nickelodeon kanalının nəsli kimi yayımlanır. Kanal Viacom-a məxsusdur. Onun qərargahı ABŞ-dadır.
Lyudviq Tik
Lüdviq Yohan Tik (alm. Johann Ludwig Tieck‎; 31.5.1773, Berlin — 28.4.1853, Berlin) — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq, tərcüməçi və tənqidçi. Yena dərnəyinin əsas üzvlərindən biri. == Həyatı == Lüdviq Tik 1773-cü ildə Berlin şəhərində sənətkar ailəsində anadan olmuşdur.
Lüdviq Tik
Lüdviq Yohan Tik (alm. Johann Ludwig Tieck‎; 31.5.1773, Berlin — 28.4.1853, Berlin) — alman romantizminin banilərindən hesab olunan şair, yazıçı, dramaturq, tərcüməçi və tənqidçi. Yena dərnəyinin əsas üzvlərindən biri. == Həyatı == Lüdviq Tik 1773-cü ildə Berlin şəhərində sənətkar ailəsində anadan olmuşdur.
Tik-Tok
Bu terminin başqa mənası da var, bax: Tik-Tok Tik-Tok (ing. Tik-Tok) — Laymen Frenk Baumun "Oz ölkəsindən olan sehrbaz" nağıllar kitabının mexaniki insan olan personajı.. Ədəbiyyatşünaslar onu "robotun prototipləri" siyahısına aid edirlər və ədəbiyyatda robotun ilk nümunələrindən (Edvard Ellisin 1868-ci ildə yazdığı "Preriyalarda buxar adamı" əsərinin personajı "buxar insanla" birlikdə) hesab edilir. Lakin robot termini ilk dəfə ancaq 1920-ci ildə Karl Çapekin "Rossum universal robotları" pyesində işlənmişdir. == F.Baumun personajı == Tik-Tok – dairəvə formada olan, tuncdan hazırlanan mexaniki insandır. O, zavod yaylarının (prujinlərinin) fəaliyyəti sayəsində hərəkət eləyir. Həmin prujinləri mexaniki saat və ya mexaniki oyuncaq kimi mütəmadi olaraq qurmaq lazımdır. Onun dizləri və ovucu cəngavər zirehini xatırladır. Tik-Tokun düşünmək, nitq və hərəkətləri üçün ayrıca mexanizmlər vardır. Lakin o bunlardan hər hansı birini sərbəst işlədə bilmək qabiliyyətində deyildir.
Kick Ci Star
Kick Ci Star — 1997-ci ildə Böyük Britaniyada anadan olub . Anası zaza millətindən olub Türkiyə əsillidir , atası Almaniyadan olub, zaza əsilli müğənnidir .
Kick avec mes Nike
Kick avec mes Nike - Busta Flexin birinci maksisi.
Liçk
Liçk — Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında, indiki Meğri rayonunda kənd.
Nick Cave and the Bad Seeds
Nick Cave and the Bad Seeds Melburn şəhərində əsas ifaçı Nick Cave,multi instrumetalist Mick Harvey və gitarist Blixa Bargeld tərəfindən qurulan alternativ rok qrupudur.Qrup indiyə qədər 15 studia albumu buraxmış və bir çox sayda beynəlxalq qastrollarda iştirak etmişdir. Qrup Cave və Harvey-in əvvəlki qrupu The Birthday Party qrupunun dağılmasından sonra yaranmışdır.Nick Cave and the Bad SeedsÖz müasirlərinin noise rok kökündən çıxıb, bir çox digər janrlara:post-punk,gothic rock,no wave və blues janrlarına təsir edən yeni alternativ rok yaratdılar. == Diskoqrafiya == From Her to Eternity (1984) The Firstborn Is Dead (1985) Kicking Against the Pricks (1986) Your Funeral… My Trial (1986) Tender Prey (1988) The Good Son (1990) Henry’s Dream (1992) Let Love In (1994) Murder Ballads (1996) The Boatman’s Call (1997) No More Shall We Part (2001) Nocturama (2003) Abattoir Blues/The Lyre of Orpheus (2CD) (2004) Dig, Lazarus, Dig!
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?
Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?, Yaponiyada tanınan adı ilə Dungeon ni Deai wo Motomeru no wa Machigatteiru Darou ka (ダンジョンに出会いを求めるのは間違っているだろうか, azərb. Zindanda qız tutmağa çalışmaq düz deyil?‎) və ya qısaca DanMachi (ダンまち?) — Suzuhito Yasudanın rəssamlığı ilə Fucino Omori tərəfindən yazılmış ranobe seriyası. SB Creative 2013-cü ilin yanvarında GA Bunko imprinti altında 19 cildini buraxmışdır. Ranobe seriyası əsasında 1 spin-off ranobesi və 2 manqa adaptasiyası istehsal olunmuşdur. J.C.Staff studiyası tərəfindən istehsal olunmuş anime serialı adaptasiyası 4 aprel 2015-ci ildən 27 iyun 2015-ci ilə kimi yayımlanmışdır. 7 dekabr 2016-cı ildə OVA seriyası buraxılmışdır. 2018-ci ilin fevralında ikinci mövsümü və orijinal film adaptasiyası anons edilmişdir.Bundan əlavə "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Sword Oratoria" adlı spin-off ranobesi 2014-cü ilin yanvarında, "Is It Wrong to Try to Pick Up Girls in a Dungeon?: Familia Chronicle!" (Nilitsunun rəssamlığı ilə) adlı spin-off ranobesi 2017-ci ilin martında nəşr olunmağa başlamışdır. Hər iki ranobe manqa adaptasiyası əldə etmişdir. "Sword Oratoria" əsasında 2017-ci ildə anime serialı adaptasiyası çəkilmişdir. == Məzmun == === Dünya === Hadisələr Orario adlı uydurma ölkədə baş verir.
Bico
Bico — Azərbaycan Respublikasının Ağsu rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Bico — 1824-cü il vergi sənədlərinə görə 35 ailə yaşayan Bico kəndi Şirvan əyalətinin Qoşun mahalına, sonralar isə Şamaxı qəzasının Qoşun dairəsinə daxil olmuşdur. Bico, Qəşəd, Keçdiməz və Ləngəbiz kəndlərinin Şıxəli bəyin övladlarının mülkiyyətində olduğu arxiv sənədlərindən məlumdurBico Azərbaycanın ən qədim kəndlərindən biridir. Kəndin tarixi tam olaraq araşdırılmasa da, bəzi mənbələrdə aşkar olaraq görünən məlumatlar Biconun qədim və zəngin tarix və mədəniyyətindən xəbər verir. ==== "Bico" sözünün etimologiyası ==== Bəzi mənbələrdə "Bicoy", "Bica" kimi göstərilir. Çar Rusiyası və Sovet imperiyasının bəzi dönəmlərində kəndin adı "Bicov" kimi işlənmişdir. Kəndin adının etimologiyası ilə bağlı indiyə qədər irəli sürülən versiyalardan hər hansı birinin üzərində qəti dayanmaq düzgün olmasa da, aşağıdakılardan bir-biri ilə əlaqəli olan birinci iki versiya daha etibarlı mənbələrə və izah üsullarına əsaslanır: Kəndin adı ilə bağlı bir versiya onun peçoyların adından götürülməsidir. Bəzi tədqiqatçılar peçoyları türklərin oğuz qrupundan olan peçeneqlərə (əksər tarixi ədəbiyyatlarda "beçene" və ya "beçeneq" kimi işlədirilir) aid edir. Bir qism tədqiqatçılar isə peçoyları hun tayfalarının bir qolu hesab edir. Türkiyəli tarixçilər isə peçoyları nə hunlara, nə də peçeneqlərə aid etmədən Peç şəhərinin əhalisi ("peçoy" və "peçevi" sözlərinin ərəb əlifbası ilə eyni cür yazılmasını əsas gətirərək) kimi Anadoludan köçmüş osmanlı türklərindən sayır ki, bu daha əsaslandırılmış versiyadır.
Buick
Byuik- Buick — bir ABŞ avtomobil markasıdır. == Mənşəyi == Güman olunur ki, "Buick" adı Azərbaycanca "buruq" deməkdir. Bu markalı maşınlar benzini çox işlətdiyi üçün firmanın adını "neft buruğu", sonralar isə sadəcə "buruq" adlandırıblar. == Tarixi == “Byuik” firmasının (“Buick Motor Car Company”) əsasını 1902-ci ildə amerikalı mühəndis Devid Danbar Byuik qoymuşdur (Miçiqan ştatı, Flint şəhəri). Onun konstruksiya etdiyi ilk avtomobil 1903-cü ildə buraxılmışdır. Firma 1908-ci ildə “Ceneral Motors” (“General Motors”) konserni ilə birləşmişdir. == Növləri == 4 silindrli (1908-ci ildən), 6 silindrli (1914-cü ildən) və 8 silindrli (1931-ci ildən) mühərriki olan avtomobillər istehsal etmişdir. Mühərrikinin işçi həcmi 1,8–5 l, gücü 63–200 kVt, maks. sürəti 160–220 km/saat-dır. 2008-ci ildən daha çox “Buick Enclave”, “Buick La Crosse”, “Buick Lucerne” modelləri istehsal edilir.
Dico
Dico — Azərbaycan Respublikasının Lerik rayonunun inzibati ərazi vahidində kənd. == Əhalisi == Əhalisi 162 nəfərdir. == Toponimiyası == Dico kəndi Peştəsər silsiləsinin ətəyindədir. Oykonim Talış dilindəki di (kənd) və colqo (yer) sözlərindən düzəlib, "kənd yeri" mənasındadır.
Disk
Disk (yunan. δίσκος (Diskos) — metaldan və ya plastik kütlədən hazırlanmış, səthi maqnit materialı ilə örtülmüş dairəvi lövhə. İnformasiya bu lövhənin üzərinə sektorlara bölünmüş konsentrik cığırlar şəklində yazılır. Əyilən plastikdən (əyilgən disk) və ya əyilməyən metaldan (sərt disk) hazırlanmış, üzərinə maqnit materiallı örtük çəkilmiş və müəyyən elektrik təsiri nəticəsində rəqəmsal (ikilik) formatda yazılmış informasiyanı özündə saxlaya bilən dairəvi lövhə. Bir çox kompüterlərdə disk, informasiyanı daimi və ya uzun müddətli saxlamaq üçün əsas vasitədir. Diskin maqnit örtüyünü zədələnmədən və çirklənmədən qorumaq lazım olduğundan əyilgən disk (5,25 düymlük) və ya mikrodisk (3,5 düymlük) qoruyucu plastik örtüyə salınır. Yüksək dəqiqlikli məmulat olan sərt disk möhkəm korpusa salınır ki, onu da toz olmayan yerdə açmaq olar. Kompüterlərdə bu növ disklərdən istifadə olunur: əyilgən disklər, mikrodisklər, sərt disklər, çıxarılıb-taxılan sərt disklər, Bernulli diskləri kimi çıxarılıb-taxılan kartriclər. == Mənbə == Физико-математическа и техническа енциклопедия", том 1, АИ "Проф. Марин Дринов, София, 1990 İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s.
Fici
Fici (rəsmi adı Fici Respublikası) — Sakit okeanın cənub hissəsində, Melaneziya adalar qrupunda yerləşən ada dövlətidir. Fici 300 adadan təşkil olunan arxipelaqdan və 500-ə qədər kiçik adacıqlardan ibarətdir, 300 adadan yalnız 110-unda məskunlaşma mövcuddur. == Coğrafiyası == Vanuatudan şimal-şərqdə, Tonqadən qərbdə və Tuvaludan cənubda yerləşir. == Ərazisi == Bu ölkə 322 adadan ibarət arxipelaqdan və 522 kiçik adadan ibarətdir. == Əhalisi == Əhalisinin 87%-i iki ən iri ada Viti-Levu və Vanua Levuda yaşayır. == Turizm == Ficinin günəşli və unikal təmiz təbiəti, 100 mil insan tərəfindən korlanmamış qumlu çimərlikləri, qeyri-adi koral bağları, mavi laqunaları, əsrarəngiz gözəllikləri olan yerləri var.
Girk
Girk — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Əhalisi 352 nəfərdir ki onunda 178 nəfəri kişi, 174 nəfəri qadındır.
Kirk
Tomas Kirk (ing. Thomas Kirk; 18 yanvar 1828, Koventri, Uest-Midlends[d] – 8 mart 1898, Vellinqton) — Yeni Zelandiya botaniki. == Elmi fəaliyyəti == Tomas Kirk toxumlu bitkilər və qıjıkimilər üzrə ixtisaslaşmışdır. == Əsərləri == Forest Flora New Zealand (1889). Students’ Flora New Zealand (1899). == Şərəfinə adlandırılmış taksonlar == CinsKirkianella cinsiNövSclerochiton kirkii C.B.Clarke Cheilanthes kirkii J.B.Armstr. Doryopteris kirkii (Hook.) Alston Centemopsis kirkii Schinz Lannea kirkii Burtt Davy Searsia kirkii (Oliv.) Moffett Macledium kirkii (Harv.) S.Ortiz Combretum kirkii M.A.Lawson Crassula kirkii (Allan) A.P.Druce & Given Euphorbia kirkii (N.E.Br.) Bruyns Ledebouria kirkii (Baker) Stedje & Thulin Gossypioides kirkii (Mast.) Skovst. Meliosma kirkii Hemsl. & E.H.Wilson == İstinadlar == == Ədəbiyyat == Ray Desmond (1994). Dictionary of British and Irish Botanists and Horticulturists includins Plant Collectors, Flower Painters and Garden Designers.
Link
Hiperlink
Pack
Pack (azərb. sıxlaşdırmaq‎) — informasiyanı yığcam formada saxlamaq. Sıxlaşdırma zamanı artıq boşluqlar və onun kimi başqa simvollar uzaqlaşdırılır. Verilənlərin sıxlaşdırılması üçün başqa xüsusi sıxlaşdırma üsullarından da istifadə oluna bilər. Bəzi proqramlarda fiziki yaddaşa (istər operativ, istərsə də sərt diskdə və ya digər informasiya daşıyıcılarında) olan tələbatı minimuma endirmək üçün sıxlaşdırmadan istifadə olunur. Sıxlaşdırılmış verilənlər insan üçün mənasız olduğundan onları istifadə zamanı açmaq və beləliklə də, informasiyanın ilkin şəklini bərpa etmək lazım gəlir. == Ədəbiyyat == İsmayıl Calallı (Sadıqov). İnformatika terminlərinin izahlı lüğəti. Bakı: "Bakı" nəşriyyatı, 2017, 622 s.
Pink
Alisya Bet Mur (ing. Alecia Beth Moore, və ya bilinən adıyla Pink və P!nk; 8 sentyabr 1979) ABŞ-lı bir pop musiqi müğənnisidir. == Həyatı == === Uşaqlıq İlləri === Pink, 8 sentyabr 1979 tarixində ABŞ'ın Pensilvaniya əyalətinin Doylestown bölgəsində dünyaya gəldi. Müğənninin Pink adını almasının səbəbi, düşünüldüyü kimi musiqi dünyasına ilk addım atdığında saçlarının bənövşəyi rəngli olması deyildi. Dostları ona bu adı, Reservoir Dogs filmindəki Mr. Pink xarakterinə bənzədiyi üçün taxmışlar idi. Pinkin musiqiyə olan marağının başlıca səbəbi, atasının onu yatırtmaq üçün bəstələdiyi mahnılardı. Yaşı irəlilədikcə bu mahnılar duetlərə çevrildi və Pink lisey illərində atasıyla birlikdə ilk bəstələrini etməyə başladı. Yerli bir rep qrupuyla səhnəyə çıxdığında isə hələ 13 yaşında idi. Olduqca problemli bir gənclik dövrü keçirdikdən və anası ilə atası ayrıldıqdan sonra, anasıyla dalaşmaqdan pis vəziyyətə düşərək 14 yaşında evi tərk etdi və musiqi həyatına daha ciddi bir şəkildə davam etmək məcburiyyətində olduğunu anladı.
Rich.
Lui Klod Rişar və ya Lui Klod Mari Rişar (fr. Louis Claude Richard və ya fr. Louis Claude Marie Richard, 19 sentyabr 1754 — 6 iyun 1821) — fransız botaniki. == Elmi əsərləri == Flora Borealis Americana, 1803. Analyse du Fruit, 1808. Demonstrations botaniques, Париж, 1808. De Orchideis Europaeis Annotationes, Париж, 1817. Observations on the Structure of Fruits and Seeds; en colab. con Lindley, John. 1819.
Risk
Risk — dəyər kəsb edən hər hansı bir obyektin, vəsaitin, və s. itirilmə ehtimalıdır. Risk arzuolunmaz bir hadisənin başvermə, yaxud gözlənilən bir hadisənin baş verməməsi ehtimalıdır. Risk neqativ nəticələnə biləcək hər hansı hərəkət, yaxud hərəkətsizliklərdir. Risk hər hansı bir işin, hərəkətin nəticəsinə 100% dəqiqliklə əmin olmadıqda meydana çıxır.Riskin bir sıra xarakterik xüsusiyyətləri var: 1. Qeyri-müəyyənlik: risk, ancaq hadisələrin gedişatının bir neçə istiqamətdə inkişaf etmə ehtimalı olduqda mövcuddur; 2. Zərər: risk, ancaq hadisələrin gedişatının itkiyə (ziyana), yaxud digər neqativ nəticələrə səbəb olma ehtimalı olduqda mövcuddur; 3. Analiz imkanı: risk, ancaq hadisənin "gözləyənlər"i tərəfindən subyektiv rəy formalaşdıqda və gələcək dövr üçün hadisələr keyfiyyət və kəmiyyət üzrə qiymətləndirildikdə mövcuddur; 4. Əhəmiyyətlilik: risk, gözlənilən hadisə əməli (praktik) əhəmiyyətə malik olduqda və ən azı bir subyektin maraqlarına aid olduqda mövcuddur. Risk mənsubiyyətsiz mövcud deyil.Risklərin bir çox klassifikasiyası mövcuddur.
Rock
Rok (ing. Rock) sözü – yellətmək, yırğalamaq; tərpətmək, silkələmək; atıb-tutmaq mənalarını verir – onlar bu cərəyana xas ritmik hərəkətləri bildirir. Rokda elektron musiqi alətlərindən istifadə, öz yaratdıqları musiqini ifa etməklə kifayətlənmə ikinci dərəcəlidi və bəzən yanlış fikirlərə gətirib, çıxarır. Buna görə də bəzi musiqi növlərinin roka məxsusluğu sual altındadı. Rok, həmçinin subkultur. Dəb növləri, hippilər, panklar, qotlar kimi subkulturlar rokun müəyyən janrları ilə sıx bağlıdır. Rokun yüngül rok-n-rolldan (rock and roll) tutmuş ta aqressiv qrayndkora qədər bir çox axınları var. Mahnılar yüngül və sərbəst, dərin və filosofi mövzulardan danışa bilir. Bəzən rok pop musiqi ilə qarşı-qarşıya qoyulur. Əslində "Rok" və "pop" anlayışları arasında açıq-aydın sərhəd yoxdur və bir çox musiqi növləri bu ikisinin arasındadır.
Jiça
Jiça monastırı (serb. Манастир Жича) ― Serbiyanın Kralevo şəhərinin yaxınlığında 13-cü əsrə aid erkən Serb Pravoslav monastırı. Monastır Serbiyanın birinci kralı, Stefan Nemaniç və Serb Pravoslav kilsəsinin ilk rəhbəri Müqəddəs Sava tərəfindən inşa edilmişdir. Jiça baş yepiskopun iqamətgahı idi (1219-1253) və ənənəyə görə Serbiya krallarının tacqoyma məkanı idi. Kral hər hansı bir serb kilsəsində tac götürsə belə, Jiçada məsh olunana qədər əsl kral sayılmırdı. Jiça 1979-cu ildə "müstəsna əhəmiyyətli mədəniyyət abidəsi" elan edildi və hal-hazırda Serbiya tərəfindən qorunur. Monastır 2008-ci ildə 800 illik mövcudluğunu qeyd etdi. == Tarix == 1219-cu ildə Serbiya kilsəsi imperator I Teodor Laskaris və Konstantinopol patriarxı I Manuel tərəfindən avtokefaliya qazanır və Müqəddəs Sava Serbiyanın ilk baş yepiskopu olur. Monstarı bu dövrdə bütün Serbiya torpaqlarının baş yepiskopunun iqamətgahı olaraq qəbul olunurdu. Müqəddəs Sava böyük qardaşı Stefan Prvovençanini Jiça monastırında "bütün Serbiyanın kralı" olaraq taclandırmışdı.1221-ci ildə Jiça monastırında Boqomilizmi qınayan sinod keçirildi.1276-92-ci illər arasında kumanlar monastırı yandırsalar da, Kral Stefan Milutin onu təmir etdirmişdir.
Liçi
Liçi (Litchi chinensis Sonn, Sapindaceae fəsiləsindəndir) — Çin gavalısı və ya çin qozu adlanan Liçinin vətəni Cənubi Çindir və burada 4000 ildir ki, becərilir. Meyvəsi yumurtavaridən yumru formaya qədərdir. Ölçüsü fındıqdan iri, gavalıdan xırdadır. Meyvəsinin quruluşuna görə Liçi qozmeyvəlilərə aiddir. Qabığı sıx olub, ətliyindən asan ayrılır. Qabığının rəngi çəhrayıdan qırmızıya qədər, bəzən sarımtılqəhvəyi olur. Ətliyi ağ, jeleyəbənzər şirəli, kifayət qədər sıx olub, çəyirdək nüvəsini əhatə edir. Ətliyi 62-84%, nüvəsi 6-26%, qabığı 12-20% arasındadır. Dadı şirin, üzüm dadını xatırladır. Zərif qızılgül və muskat ətirlidir.
QİÇS
QİÇS (Qazanılmış İmmun Çatışmazlıq Sindromu; ing. Acquired Immune Deficiency Syndrome) insanda HİV-infeksiyasının səbəb olduğu immunsisteminin zəifləməsi nəticəsində ortaya çıxan simptomların kombinasiyasını ifadə edir. Xəstələrdə həyatı təhdid edən opportunistik infeksiyalara və bədxassəli şişlərə səbəb olur. QİÇS 1 dekabr 1981-ci ildə müəyyən simptomlar toplusunun QİÇS olaraq müəyyənləşdirilməsindən sonra ABŞ Xəstəliklərin İdarə olunması və Müalicəsi Mərkəzləri (CDC) tərəfindən özlüyündə bir xəstəlik olaraq qəbul edildi. QİÇS-ə gətirib çıxara bilən HİV cinsi yolla keçən xəstəliklərə aiddir. BMT-nin HIV/AIDS üzrə Birgə Proqramına görə 2019-cu ildə dünya miqyasında 37,9 milyon HİV-pozitiv insan yaşayırdı. 2019-cu ildə 1,7 milyon yeni yoluxma halı qeydə alındı və 0,77 milyon insan HİV/QİÇS səbəbindən öldü. Epidemiya başlayandan bəri 35 milyon insan HİV-dən dünyasını dəyişib. HİV-ə yoluxanların nisbəti dünya miqyasında orta hesabla 15–49 yaşlı şəxslərin 0,8%-i civarındadır, bir sıra Afrika ölkələrində isə bu nisbət 25%-ə çatır. Qoruyucu peyvənd mövcud deyil.
Çiçi
Çiçi — Azərbaycan Respublikasının Quba rayonunun inzibati-ərazi vahidində kənd. Çiçi-Səbətlər bələdiyyəsinin tərkibindədir. == Toponimikası == Çiçi oyk., sadə. Quba rayonunun eyniadlı i.ə.v.-də kənd. Dağətəyi ərazidədir. Adını ərazidəki eyniadlı çaydan almışdır. Bəzi tədqiqatçılara görə, toponim tat dilindəki çu (ağac) və Azərbaycan dilində ki-çi (peşə-sənət bildirən şək.) komponentlərindən düzəlib, "odunçu, ağac məmulatı hazırlayan" mənasındadır. == Coğrafiyası == Çiçi Quba rayonu ərazisində çay. Şabran çayının sol qoludur. Cici türk dillərində "təzə, tər" mənasındadır.
Çiçək
Çiçək və ya gül — tumurcuqdan əmələ gələn şəklini dəyişmiş zoğ. == Çiçəklərin quruluşu == Müxtəlif bitkilərdə çiçəklərin quruluşu da fərqlidir. Çiçəyin yerində bir və bir neçə toxumu olan meyvə yetişir. Çiçəkli bitkilər, adətən, toxumla çoxalır. Müxtəlif bitki çiçəklərinin quruluşunda müəyyən oxşarlıq da vardır. Çiçək çiçək tumurcuğundan çiçək saplağı üzərində inkişaf edir. Saplağın genişlənmiş hissəsində — çiçək yatağında isə çiçəyin digər hissələri əmələ gəlir. Bəzi bitkilərin çiçəklərində çiçək saplağı olmur. Belə çiçəklər oturaq çiçəklər adlanır. === Çiçəyin funksiyaları === Çiçəyin funksiyaları: Çiçək tacının parlaqlığı və nektar cücüləri cəlb edir.