v (-tt-) 1. qoymaq; to ~ the book / the dictionary / the pen / the plate, etc. on the table kitabı / lüğəti / qələmi / boşqabı və s. stolun üstünə qoymaq; to ~ things on / in their right place şeyləri öz yerinə qoymaq; Put the knife on its right place Bıçağı öz yerinə qoy / qoyun; to ~ a mark / a tick işarə qoymaq; Put a mark / a tick against his name Onun adının qarşısında işarə / quş qoy / qoyun; to ~ money in / into a bank banka pul qoymaq; to ~ a tax on smth. bir şeyə vergi qoymaq; to ~ a veto on smth. bir şeyə veto qoymaq; to ~ blame on smb. günahı bir kəsin boynuna / üstünə qoymaq; He always tries to put the blame on me O həmişə çalışır ki, günahı mənim boynuma qoysun; 2. yatırtmaq; to ~ a child to bed uşağı yatırtmaq; 3. salmaq; to ~ sugar in smth. bir şeyə qənd salmaq; Put some sugar in my coffee Mənim qəhvəmə bir az qənd sal / salın; 4. təyin etmək, qoymaq (işə); to ~ men to work adamları işə təyin etmək / qoymaq; to ~ smb. in hospital bir kəsi xəstəxanaya qoymaq; 5. yerləşdirmək; The refugees were put in the hostel Qaçqınlar yataqxanada yerləşdirildi; 6. daxil etmək; to ~ in the list siyahıya daxil etmək; 7. tərcümə etmək (başqa dilə); Put it into English Bunu ingilis dilinə tərcümə et / edin; 8. vermək (sual); to ~ many questions çoxlu sual vermək; He put so many questions that I couldn’t answer them all O, o qədər çox sual verdi ki, mən onların hamısına cavab verə bilmədim; 9. k.t. əkmək, səpmək; The land was put under / into tomato Torpaqda pomidor əkilmişdi;
◊ to ~ to use istifadə etmək, işlətmək; to ~ right 1) düzəltmək, qayırmaq, təmir etmək; 2) doğru yola gətirmək / çəkmək:; to ~ smb. in the wrong günahı bir kəsin boynuna qoymaq; to ~ to rights qayda yaratmaq, qaydaya salmaq; to ~ heads together bir yerə yığılıb məsləhətləşmək, bir yerdə müzakirə etmək; to ~ on airs iddia / təşəxxüs satmaq; özünü çəkmək / dartmaq, lovğalanmaq