Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Timon
Timon — Əsl kərtənkələlər fəsiləsinə aid cins. Əvvəllər bu cins Lacertaya daxil edilirdi. İri kərtənkələlərdir. Gözlü kərtənkələlərin uzunluğu 90 sm çatır.
Timor
Timor (ind. Pulau Timor, tetum Timor) — Malay arxipelaqının cənubunda, iki müstəqil ölkə arasında bölünən ada. Adanın şərq hissəsində Şərqi Timor, qərbində isə İndoneziyanın ərazisi yerləşir. Adanın sahəsi 30,8 min. km² təşkil edir. Adı Malay dilində "Şərq" mənasını verir. Buda fakdır ki, ada Malay arxipelaqının şərqində yerləşir. Ada iki ölkə arasında bölünmüşdür: İndoneziya və Şərqi Timor. Şərqi Timor — 15 007 km², 1 066 409 nəf. (2010) İndoneziya — 14 660 км², 1 662 056 nəf.
Cənubi Tirol
Cənubi Tirol — İtaliyanın Trentino-Cənubi Tirol bölgəsində yerləşən əyalət. İtalyanlar əraziyə Alto Adige ("Yuxarı Adige") də deyirlər. Əyalətin mərkəzi Bozen şəhəridir. Əhalisinin 64%-i Avstriya Bavariyalıları ve ya Tirolyandır, ana dil olaraq alman dilində, 25%-i isə ana dili olaraq italyan dilində danışır. Yerdə qalan əhali isə müxtəlif dillərdə danışır. Regionda əhəmiyyətli dərəcədə muxtar səlahiyyətlər var. Cənubi Tirol, geniş qanunvericilik, icra və maliyyə səlahiyyətləri ilə 2011-ci ildən həm İtaliya, həm də Avropa Birliyinin ən zəngin bölgələrindən biridir. == Coğrafiyası == Əyalətin sahəsi 7.399 km²-dir və 116 bələdiyyədən ibarətdir..
Jan Tirol
Jan Tirol (fr. Jean Tirole; d. 9 avqust 1953) — fransız iqtisadçı. 2014-cü ildə Böyük firmaların bazar gücü və idarəetməsi mövzusundakı tədqiqatlarına görə İqtisadiyyat üzrə Nobel mükafatına layiq görülmüşdür. Araşdırdığı sahələr arasında sənayenin təşkili, böyük firmaların idarə edilməsi, oyunlar nəzəriyyəsi, maliyyə, bank işi və iqtisadiyyat psixologiyası əsas yerləri tutur. == Təhsili == Jan Tirol 1976-cı ildə Fransa Politexnik Məktəbindən və daha sonra 1978-ci ildə Paris Yol və Körpü Milli Məktəbindən mühəndislik diplomu almışdır. 1978-ci ildə Paris-Dofin Universitetində doktorluq dərəcəsinə yüksəlmiş və daha sonra 1981-ci ildə ABŞ-də, Massaçusets Texnologiya İnstitutunda İqtisadi nəzəriyyə üzrə esselər (ing. Essays in economic theory) adlı bir doktorluq dissertasiyası müdafiə edərək doktorluq dərəcəsi qazanmışdır. == İşlədiyi yerlər == 1981-ci ildə ABŞ-də Massaçusets Texnologiya İnstitutunda doktorluq aldıqdan sonra 1984-cü ilə qədər Paris Yol və Körpü Milli Məktəbində, Fransada araşdırmaçı olaraq çalışmışdır. 1984-1991-ci illərdə Massaçusets Texnologiya İnstitutunda iqtisad professoru vəzifəsini yerinə yetirmişdir və bu gün də həmin universitetdə "qonaq professor" olaraq fəaliyyət göstərməkdədir.
Timor dənizi
Timor dənizi (ind. Laut Timor,port. Mar Timor — narıncı dəniz) — Hind okeanında dənizdir. Avstraliya və Timor adası arasında yerləşir. Dənizin sahəsi — 432 min km²-dir. Ən dayaz yeri 200 metrdən az, ən dərin yeri — 3310 metrdir. Dənizin ən böyük körfəzi — Cozef-Bonopart körfəzidir.
Timor plitəsi
Timor plitəsi — mikroplitə olaraq Cənub-şərqi Asiya ərazisində yerləşir. Timor adasının təməlini təşkil edir. Sahəsi 0,0087 steradiondur. Adətən Avrasiya plitəsinin tərkib hissəsini təşkil edir. Hind-Avstraliya plitəsi ilə cənubdan, qərb və şimaldan isə Banda dəniz plitəsi ilə sərhədlənir. Bird, P. "An updated digital model of plate boundaries". Geochemistry, Geophysics, Geosystems. 4 (3). 2003: 1027. doi:10.1029/2001GC000252.
Timor çəkçəkisi
Timor çəkçəkisi (lat. Saxicola gutturalis) — heyvanlar aləminin xordalılar tipinin quşlar sinfinin sərçəkimilər dəstəsinin milçəkqapanlar fəsiləsinin çəkçəki cinsinə aid heyvan növü.
İrəli, Tirol
İrəli, Tirol (alm. Vorwärts Tirol‎) — Avstriyanın Tirol əyalətində fəaliyyət göstərən siyasi partiya. Əsası 2013-cü il Tirol seçkiləri ərəfəsində Anna, Hosp, Hans Lindenberger və Kristina Oppits-Plörer tərəfindən qoyulmuşdur. Seçkilərdə 9,54% toplayan partiya yerli Landtaqda 4 mandat əldə etmişdir.
Şərqi Timor
Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir.
Timo Bol
Timo Bol (8 mart 1981) — Almaniyanı təmsil edən stolüstü tennisçi. Timo Bol Almaniyanı 2000-ci ildə Sidney şəhərində baş tutan XXVII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu, cüt turnirdə isə 17-ci pillənin sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2004-cü ildə Afina şəhərində baş tutan XXVIII Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 5-ci, cüt turnirdə isə 9-cu pillənin sahibi olub. Timo Bol Almaniyanı 2008-ci ildə Pekin şəhərində baş tutan XXIX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə gümüş medalın sahibi olub. Daha sonra Timo Bol Almaniyanı 2012-ci ildə London şəhərində baş tutan XXX Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin, Komanda turnirində isə bürünc medalın sahibi olub. Timo Bol Almaniyanı 2016-cı ildə Rio-de-Janeyro şəhərində baş tutan XXXI Yay Olimpiya Oyunlarında təmsil edib və fərdi turnirdə 9-cu pillənin sahibi olub.
Timo Stavitski
Timo Stavitski (17 iyul 1999) — Liqa 1 təmsilçilərindən olan Stad Malerbe Kann klubunda hücumçu kimi çıxış edən peşəkar Finlandiyalı futbolçudur. Stavitski 2017-ci ilin əvvəlində Veikkausliqa klublarından olan RoPS klubuna transfer olmuşdur. O, peşəkar karyerasında ilk qolunu İnter Turku klubuna qarşı oyunda vurmuş və komandası 2–6 hesabı ilə məğlub olmuşdur. 2017-ci ilin dekabr ayında Barselona klubunda baxışdan keçdikdən sonra Stavitski Liqa 1 təmsilçilərindən olan Kann klubuna transfer olmuşdur. 17 Fevral 2018 tarixində yenilənib 1Finlandiya və Fransa Kuboku görüşləri daxildir. 2Finlandiya və Fransa Liqa Kuboku görüşləri daxildir.
Timo Verner
Timo Verner (6 mart 1996-cı ildə anadan olub) — Bundesliqa təmsilçilərindən olan RB Leypziq klubunda və Almaniya milli futbol komandasında hücumçu kimi çıxış edən peşəkar Almaniya futbolçusudur. Verner Ştutqart klubu ilə debütünü 1 avqust 2013-cü ildə 2013-14 UEFA Avropa Liqası təsnifat mərhələsində Botev Plovdiv klubunaq qarşı oyunda etmişdir. 17 yaş, 4 ay və 25 günlüyündə meydana çıxan Verner rəsmi oyunlarda oyuna daxil olan ən gənc futbolçu kimi Bundesliqa klubu olan Ştutqart klubunun tarixinə düşmüşdür. O, Bundesliqada debütünü 17 avqust 2013-cü ildə Bayer Leverkuzen klubuna qarşı oyunda etmişdir. Verner Bundesliqada ilk qolunu 22 sentyabr 2013-cü ildə Ştutqart klubu ilə Ayntraxt Frankfurt klubuna qarşı oyunda vurmuşdur. 10 noyabr 2013-cü ildə Verner Frayburq klubuna qarşı oyunda iki qolla yadda qalmışdır. O, ikinci və üçüncü qolun müəllifi olmuş və komandası 3-1 hesabı ilə qalib gəlmişdir. Bu nəticə ilə Verner Bundesliqa tarixində bir oyunda iki qol vuran ən gənc futbolçu kimi tarixə düşmüşdür. Verner 18-ci ad günündə Ştutqart klubu ilə 2018-ci ilin iyun ayına qədər peşəkar müqavilə imzalamışdır. Amma Leypziq 2016-cı ilin yayında 10 milyon avro qarşılığında onu transfer etmişdir.
Tirol İnsbruk FK
Tirol (İnsbruk) — Avstriyanın futbol klubu 12 dəfə Avropa kuboklarında iştirak edib.
Şərqi Timor bayrağı
Şərqi Timor bayrağı — Şərqi Timorun Dövlət bayrağı
Şərqi Timor coğrafiyası
Şərqi Timor — Cənub-Şərqi Asiyada, İndoneziya və Avstraliya arasında yerləşən ada dövləti. Timor adasının yarısını (şərqi) əhatə edir. Atauro və Jaco adaları ilə Oecussi-Ambeno bölgəsi də Şərqi Timora məxsusdur. Şərqi Timorun coğrafi kordinatları: 125° şərq uzunluğu və 8°Cənub enliyi. Şərqi Timor İndoneziya ilə quru sərhəddinə malikdir (253 km). Timor adası Malay arxipelaqının bir hissəsi hesab olunur. Ada Kiçik Zond adalarının ən böyüyü və ən şərqdə yerləşənidir. Şərqi Timor cənub yarımkürəsində yerləşən yeganə asiya dövlətidir. Ümumi sahəsi — 14 954 km². Sahil xəttlərinin uzunluğu 6789 km-dir.
Şərqi Timor himni
Şərqi Timor dövlət himni — «Pátria» (azərb. «Vətən»‎). Birinci dəfə 28 noyabr 1979-cu (Protuqaliyadan İstiqlal Bəyannaməsi günü) ildə ifa olunub. Ondan sonra 7 dekabr 1979-cu ildə indoneziyalı qoşunlar Şərqi Timora daxil olunmuşdular. Qoşunlar çıxandan sonra, 20 may 2002-ci ildə Şərqi Timor son olaraq azadlığın alandan sonra «Pátria» dövlət himni himni elan ifa olunmu.dur. Musiqini qoşan — Afonsu Redentor de Araju (port. Afonso Redentor de Araújo), sözlərinin müəllifi — Fransişku Borja da Koşta (port. Francisco Borja da Costa). Fransişku Borja da Koşta İndoneziya ilə işğal birinci günüdə öldürülmüşdür. Bugünkü vaxtda himn ancaq portuqal dilində ifa edilir, tetum dilində (ölkənin dövlət və rəsmi dili) versiyası yoxdur.
Azərbaycan–Şərqi Timor münasibətləri
Azərbaycan–Şərqi Timor münasibətləri — Azərbaycan Respublikası ilə Şərqi Timor Demokratik Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr. == Diplomatik əlaqələr == İki ölkə arasında diplomatik əlaqələr 2004-cü ilin aprel ayının 5-də qurulmuşdur.
Şərqi Timor Demokratik Respublikası
Timor-Leste Demokratik Respublikası (tetum. Repúblika Demokrátika Timór-Leste; port. República Democrática de Timor-Leste) — Cənub-Şərqi Asiyada dövlət. Şərqi Timor Timor adasının şərq hissəsində yerləşir. Ölkə Atauro və Jaku adaları ilə Oekussi-Ambeno anklav bölgəsini əhatə edir. Adanın qalan hissəsi Qərbi Timor isə İndoneziyanın tərkibindədir. Paytaxtı və ən böyük şəhəri Dili, ümumi sahəsi 15,007 kvadrat kilometrdir. Respublika ərazisi 13 regiona (distrito) bölünmüşdür. Şərqi Timor həm də XXI əsrdə yaranmış ilk dövlətdir. "Timor" sözünün mənşəyi timur sözdən götürülüb və malay dilində "şərq" deməkdir.
Şərqi Timor Milli Kitabxanası
Şərqi Timorun Milli Kitabxanası —Şərqi Timorun milli kitabxanası və milli arxividir. Onun binası 2011-ci ildən ölkənin paytaxtı Dili şəhərinin Dom Aleixo səmtindəki Kampunq Alurun Suco məhəlləsi olan Ai-Tarak Laranda tikilir. Qurum 2009-cu ildə hökumətin qərarı ilə yaradılmışdır.O, yavaş-yavaş əsasən beynəlxalq ianələrlə Kitabxana kataloqu qurur. 2014-cü ildə kataloq Portuqaliya Milli Kitabxanası tərəfindən hədiyyə edilmiş 2500 əşyadan ibarət idi. Kitabxananın təməlqoyma mərasimi 2017-ci ildə, tikinti isə 2022-ci ildə başlandı.
Kral Şir: Timon və Pumba
Kral Şir: Timon və Pumba - 1995-1998-ci illərdə Volt Disney şirkəti tərəfindən istehsal olunmuş cizgi serialıdır. Cizgi serialına baş qəhrəmanları Timon və Pumbadır. Bu cizgi serialı özündə "Kral Şir" cizgi filmindən "Kral Şir - 2" cizgi filminə qədər olan hadisələri ehtiva edir.
Şərqi Timor 2018 Qış Olimpiya Oyunlarında
Şərqi Timor 2018 Qış Olimpiya Oyunlarında' dağ xizəyi idman növündə bir idmançı ilə təmsil olunacaqdır. Bu ölkə artıq ikinci dəfədir ki, qış olimpiyadasında iştirak edir. 2010-cu il Qış Olimpya oyunlarında ölkəni xizək yarışlaında Matyo Razanakolina təmsil etmişdir. Təsnifat mərhələsində idmançı Beynəlxalq Xizək İdmanı Federasiyasının 21 yanvar 2018-ci il reytinqinə əsasən yarışmada iştirak edirlər. Bu yarışmada top-500 daxil olan və təsnifat xalını toplaya bilən idmançılar iştirak edə bilirlər. Top-500 daxil olmayan ölkələrin idmançıları «B» kateqoriyasında iştirak edirlər. Nəticələrə əsasən Eritreya «B» kateqoriyası üzrə təmsil olunacaqdır. Ölkəsini təmsil etmək hüququ Yohann Qutt Qonsalvesə məxsusdur.
Aizol
Aidjal, Aizaul və ya Aizol (hind. आइज़ोल Āizol; benq. আইজল, Āijal; ing. Aizawl) — Hindistanda şəhər, Mizoram ştatının paytaxtı. 1894-cü ildə qurulmuş şəhər ştatın ən böyük şəhəridir. Şəhərin dəniz səviyyəsindən orta hündürlüyü 1,018 metrdir. == Tarixi == Şəhər 1894-cü ildə qurulmuşdur. Hindistan Hərbi Hava Qüvvələri 1966-cı ilin martında Mizo Milli Cəbhəsinin (MMC) qaldırdığı üsyan zamanı şəhərə hava zərbələri endirmişdir. Bundan sonra MMC Lunqley şəhərinə çəkilmişdir. == İqtisadiyyat == Aidjal kənd təsərrüfatı sahəsində ticarət mərkəzidir.
Kimon
Kimon (yun. Κίμων; Kímon; e.ə. 510, Qədim Afina – e.ə. 450, Larnaka və ya Salamin, Famaqusta rayonu[d]) — Yunan-İran müharibələri dövrünün afinalı sərkərdəsi. Miltiadın və Frakiya padşahı Olorun qızı Hehespilanın oğlu, Filaid zadəgan nəslinə aiddir. Sıravi döyüşçü və sərkərdə kimi bir sıra döyüşlərdə (o cümlədən, Salamin və Evrimedont döyüşlərində) iştirak etmişdir. Femistoklun qovulmasından sonra Afiananın ən mühüm siyasi fiquruna çevrilmişdir. Hakimiyyət başında olarkən, bir sıra mühüm tikinti proseslərini həyata keçirmişdir. Onun dövründə ucaldılmış tikililər vasitəsilə adı, dolayı da olsa da antik fəlsəfə tarixinə dolayı da olsa daxil olmuşdur. onun tərəfindən yaradılmış zeytunluq "Akademiya" ilk öncə Platonun məşhur məktəbinin üzvlərinin toplandığı yer, sonra isə elmi təşkilatlar –aka demiyaların eponiminə çevrilmişdir.
Limon
Limon (lat. Citrus limon) — Sədokimilər fəsiləsinə aid bitki növü. == Ümumi məlumat == Limon çox faydalı bitkidir. Azərbaycanın subtropik rayonlarında (Lənkəran, Astara və s.) son illərdə müvəffəqiyyətlə becərilir və onun əkin sahələri ildən-ilə genişləndirilir. Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Güman edilir ki, "limon" sözü malay dilində bu meyvəni adlandıran "lerno" sözündən əmələ gəlib. Çində isə bu bitkini "limunq" adlandırırlar və tərcümədə bu "analar üçün xeyirli" deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu.
Simvol
Simvol (q.yun. σύμβολον) — Ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunması. Bədii dildə məcaziliklə daha çox bağlı olan anlayışlardan biri simvoldur. Simvol yunanca simbolon sözündən olan şərti əlamət mənasını bildirir. Azərbaycan ədəbiyyatında simvol sözü bəzən rəmz termini ilə də əvəz olunur. Rəmz ərəb sözü olub işarə ilə müəyyən məqsəd anlatmaq, müəyyən fikir ifadə etmək mənasını bildirir. Buradan aydın olur ki, ədəbiyyatda bir sözlə müəyyən fikrin üstüörtülü şəkildə ifadə olunmasına simvol deyilir. Simvolu ancaq yazılı ədəbiyyatla məhdudlaşdırmaq olmaz. Müəyyən işarə ilə, əlamətlə bu və ya başqa fikir ifadə etmək, mətləb bildirmək üçün xalq danışığında da simvoldan istifadə olunur, həm də danışıqda işlədilən bu və ya digər simvol, demək olar ki, əksəriyyət tərəfindən başa düşülür. Bədii əsərdə simvoldan bu və ya başqa surətin xarakterini açmaq, səciyyəvi cəhətlərini oxucunun nəzərinə çatdırmaq üçün istifadə edilir.
Stimul
Stimul — insanı hansısa bir işə ruhlandırmaq, onun özünün özünə olmayan inamını artırmaq, hansısa səbəbdən ölən marağını yenidən yaratmaqdır. Stimul olmadan insan bir şeyə çətinliklə nail olur. Stimul bir çox üsullarla göstərilir: bəzən mükafat şəklində, bəzən gözəl sözlər, gözləmədiyin tərif, hədiyyə və s.
Stirol
Stirol (eniletilen, vinilbenzol, etilbenzol) C8H8 — spesifik iyli rəngsiz mayedir. Stirol, demək olar ki, suda həll olmur, üzvi həlledicilərdə yaxşı həll olur, polimerlər üçün yaxşı həlledicidir. İlk dəfə stirol 1831-ci ildə alınmışdır. Ancaq ikinci dünya müharibəsinə qədər stirol və onun polimeri sənayedə tətbiq olunmamışdı.Stirol sənaye miqyasında ilk dəfə Almaniyada 1930-cu ildə alınmışdır. 1933-cü ABŞ -da da ildə stirol istehsalı başlanmış , ancaq sintez olunan polistirol aşağı keyfiyyətə malik idi və daha başa gəlirdi. Ona ancaq toz halında alaraq təziqdə tökmə ücün istifadə edirdilər . Sənayedə stirolu, əsasən (85%-ə qədər), 600-650oC temperaturda, atmosfer təzyiqi altında və qızdırılmış su buxarı əlavə etməklə (3-10 dəfə) etilbenzolun dehidrogenləşməsindən alırlar. Katalizator kimi kalium-karbonat əlavə etməklə dəmir-xrom oksidindən istifadə edilir. Digər sənaye üsulu (qalan 15%-i alırlar) etilbenzolun hidroperoksidindən propilen oksidin alınması prosesində əmələ gələn metilfenilkarbinolun dehidratasiyasından ibarətdir. Etilbenzolun hidroperoksidini etilbenzolun hava ilə qeyri-katalitik oksidləşməsindən alırlar.
Tidal
Tidal — abonementə əsaslanan musiqi, podkast xidməti. Tidal 2014-cü ildə İsveç şirkəti Aspiro tərəfindən istifadəyə verilib, hazırda əksəriyyəti Amerikan şirkəti olan "Block, Inc"ə məxsusdur. Bütün üç əsas səsyazma leyblləri və bir çox müstəqil leybl ilə distributor müqavilələri ilə Tidal 80 milyondan çox trek və 350.000 musiqi videosuna girişi təmin etdiyini iddia edir. O, iki səviyyəli xidmət təklif edir: Tidal HiFi (CD keyfiyyətinə qədər – FLAC əsaslı 16 bit/44,1 kHz) və Tidal HiFi Plus ( MQA – 24 bit/96 kHz-ə qədər). Tidal musiqi bazarında musiqi sənətçilərinə və mahnı müəlliflərinə qonorarın ən yüksək faizini ödədiyini iddia edir.
İmola
İmola (it. Imola) — İtaliyanın şimalındakı Emiliya-Romanya regionunda, Santerno çayının sahilində, Bolonya metropolisində yerləşən şəhər. Şəhər ənənəvi olaraq tarixi Romanya regionunun qərb girişi hesab olunur. Hazırda bu ərazi Enzo e Dino Ferrari Beynəlxalq Pisti və Formula 1 San Marino Qran Prisinin evi olaraq qəbul edilir. Yarış şəhərə yaxın ərazidə yerləşən, lakin bir qran-pri yarışmasına ev sahibliyi edə bilməyəcək qədər kiçik olan müstəqil dövlət San Marino üçün belə adlandırılmışdır. Şəhər təqribən e.ə. 82-ci ildə Roma diktatoru Lutsi Korneli Sulla tərəfindən qurulduqdan sonra Forum Kornelii olaraq adlandırılmağa başlamışdır. Kənd təsərrüfatı və ticarət mərkəzi olan İmola şəhəri keramikaları ilə tanınırdı. İmola adı isə ilk dəfə 7-ci əsrdən lombardiyalılar tərəfindən istifadə olunmağa başlamışdır. Bizanslara məxsus olan Ravenna dövləti papa dövlətinin əlinə keçdikdən sonra İmola da papanın hakimiyyəti altına düşdü.
Simon
Simon — ad. Simon Minyole — Belçikalı qapıçı. Simon Stevin — Holland riyaziyyatçısı və mühəndisidir; Simon Hoytvill — Norman əsilli Siciliya qrafı. Simon Bolivar – Simon Simonyan — yazıçı, publisist, müəllim. Simon Qerada — Avstraliyanı təmsil edən stolüstü tennisçi. Simon Canaşia — gürcü tarixçisi və ictimai xadimi. Simon Virsaladze — Sovet, gürcü və rus teatr sənətçisi. Simon Açıqgözyan — Qarabağ müharibəsi və Çaykənd əməliyyatında iştirak etmiş erməni əsilli terrorçu. Simon Riekhoff — İsveçrəli suya tullanan. Simon Baxmann — Seyşel adalarını təmsil edən üzgüçü.
Templ
Templ — soyad. Şirli Templ — ABŞ aktrisası. Templ Qrandin — ABŞ-nin Kolorado Ştat Universitetinin professoru.
Limoj
Limojust (oksitanca: "Lemòtges" və ya "Limòtges") Fransanın Limuzen regionundakı Yuxarı Vyenna departamentində yerləşən bir şəhərdir. Şəhərin bələdiyyə sərhədləri daxilində yerləşən əhalisi 138 882 nəfər təşkil edir (2007-ci ilin statistik məlumatlarına əsasən). Şəhər ətrafı ərazilər ilə bərabər Limoj metropol şəhərinin əhalisi 193,342 nəfər təşkil edir. Mərkəzi olduğu şəhərləşmiş ərazinin əhalisi isə 2007-ci ildəki statistik məlumatlara əsasən 263,645 nəfər olmuşdur. Bu əhali sayı ilə Limoj Fransanın cənub-şərq hissəsində yerləşən Tuluza və Bordo ətrafındakı şəhərləşmiş ərazilərdən sonra üçüncü yeri tutmuşdur. 2008-ci ilin əvvəllərində isə Limoj bədii və tarixi şəhər kimi tanınmışdır. Şəhərin tarixində baş verən mühüm hadisələr (yəni, 1895-ci ildə Limojda ümumi fəhlə konfederasiyasının yaradılması, 1905-ci ildə şəhərdə baş verən böyük fəhlə tətilləri və şəhər seçicilərinin daimi olaraq solçu namizədlərə səslərini verməsi) nəzərə alınarsa, şəhərə bəzən verilən “qırmızı şəhər” ləqəbinin səhv olmadığını güman etmək olar. Eləcə də, şəhər haqqında bəzən deyilən “od və alov şəhəri” ləqəbi də, şəhərdə əhəmiyyətli olan orta əsrlərdən bəri beynəlxalq şöhrət qazanmış minaçılıq sənəti, həmçinin də XIX əsrdə öz zirvə nöqtəsinə yetişən məşhur Limoj çini sənayesi və şüşə məmulatlarının istehsalı səbəbindən məqbul bir ləqəb ola bilər. Bütün bunlardan əlavə, Limoj şəhəri istehsal olunan konyak içkisinin saxlanılması və köhnəldilməsi üçün çox vacib hesab edilən palıd çəlləkləri ilə də çox məşhurdur.
Tikal
Tikal — Mayya sivilizasiyasının ən böyük şəhərlərindən biri, Mutul Krallığının paytaxtı. Qvatemalanın Peten bölgəsində yerləşir. Tikalda hindu məskəni hələ e.ə. VII əsrdən mövcud idi. B.e. I–IX əsrlərdə şəhər Mayya sivilizasiyasının mühüm mərkəzlərindən idi. Tədqiqatçıların hipotezinə əsasən, bu zaman Tikalda əhalinin sayı 100–200 min nəfər təşkil edirdi. X əsrin sonlarında bir sıra qiyam hadisələri nəticəsində şəhər yerli camaat tərəfindən tərk edilmişdi. Tikal adının mənası mayya dilindən tərcümədə "ruhların səslərinin eşidildiyi yer" mənasını verir. Heroqlifik yazılarda şəhərin daha qədim adı olan Yaş-Mutul (yaşıl bağ) qeyd olunur.
Timar
Timar — Anadolu bəyliklərində və Osmanlı imperiyasında şərti feodal torpaq mülkiyyəti. 1839-cu ildə hərbi sistem ləğv edilənə qədər mövcud olmuşdur. Sultan I Muradın hakimiyyəti dövründə yaradılmışdır. Bir timardan əldə edilən illik gəlir 20 min akçadan az idi. XVI əsrin sonlarında timar tədricən çiftlik adlanan torpaq mülkiyyətinə çevrilmişdir. Bu, dövlət 1919-cu ildə süqut edənə qədər Osmanlı imperiyasında üstünlük təşkil etmişdir.
Qımıl
Qımıl — Azərbaycan Respublikasının Quba rayonunun inzibati ərazi vahidində kənd. Küpçal bələdiyyəsinin tərkibindədir. Kəndin keçmişi haqqında dəqiq məlumat yoxdur. Bölgənin ən qədim yaşayış mərkəzlərindən biridir. Kəndin əhalisini əsasən ləzgilər təşkil edir(99%). Qımıl oyk., sadə. Quba r-nunun Küpçal i.ə.v.-də kənd. Qızılqaya yaylasının şm.-ş. ətəyindədir. Kəndin adı Qimil şəklində də işlənir.
Şimal
Şimal və ya Quzey — Yer kürəsinin coğrafiyasında dörd əsas istiqamətdən biridir. Səmtləri müəyyənləşdirən kompasda cənubun əksi kimi qəbul edilib. Coğrafiyanın təkmilləşməsi dövründə "Şimal" "soyuq iqlim" kimi başa düşülürdü. Azərbaycan dilində şimal Coğrafiyada "Ş", beynəlxalq işarələmədə "N" ilə işarələnir.