1. Şüşə və s. bu kimi boğazlı qabların ağzını və ya müxtəlif cihazların deşiklərini qapamaq üçün dairəvi mantar və ya başqa şey; probka.
[Musa kişi:] parçadan tikilmiş və nazik iplə kuzənin qulpuna bağlanmış tıxacı açdı.
Tıxac sıçrayıb qapıya dəydi, konyak yerə çiləndi.
2. məc. Normal hərəkətə, axına mane olan şeylərin toplusu; probka. Maşınlardan küçədə tıxac əmələ gəlmişdi.
3. Neft quyularında borunun içinə yığılan və nasosun normal işləməsinə mane olan parafin və s. qatı.
Borunu dəyişmək lazımdır, – deyə qoca usta, nəhayət qamətini düzəltdi: – Yoxsa yenə tıxac bağlayacaq.
Çıxmalıdır quyudan; Tıxac tutmuş borular.